Translate

17 Şubat 2012 Cuma

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Milli Məclisin xüsusi iclası keçiriləcək



Xüsusi iclasda soyqırımın beynəlxalq səviyyədə tanıtdırılması ilə əlaqədar müzakirələr aparılacaq
 Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Milli Məclisin (MM) xüsusi iclası keçiriləcək. APA-nın xəbərinə görə, bunu MM sədrinin müavini Bahar Muradova bildirib. İclasın keçiriləcəyi tarixi açıqlamayan B. Muradova bununla bağlı dəqiqləşmə aparıldığını söyləyib. Onun sözlərinə görə, xüsusi iclasda Xocalı soyqırımı ilə bağlı bir sıra məsələlər, o cümlədən soyqırımın beynəlxalq səviyyədə tanıtdırılması ilə əlaqədar müzakirələr aparılacaq, üvafiq qərarlar qəbul ediləcək.

Hiç yorum yok: