Translate

26 Şubat 2015 Perşembe

5 Şubat 2015 Perşembe

Zakir Həsənov : Ermənistandakı hərbi xuntanın rəhbərləri bilməlidirlər ki...



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən təlimlərin növbəti mərhələsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.

Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə Vətən və xalq qarşısında məsuliyyətlərinə diqqət çəkərək təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə, bir an belə tərəddüd etmədən Vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkür edib.

Nazir bilidirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər: "Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu gün də davam edir. Silahlı Qüvvələrimiz bütün imkanlardan istifadə etməklə düşməni işğal olunmuş torpaqlarımızdan çıxarmağa qadirdir. Son zamanlar düşmən daha da azğınlaşıb. Amma Ermənistandakı hərbi xuntanın rəhbərləri bilməlidirlər ki, Azərbaycan Ordusu və Azərbaycan əsgəri onların layiqli cavabını verir və bundan sonra da verəcəkdir. Qısa bir müddət ərzində 20-dən çox işğalçı məhv edilib. Düşmənin onlarla yaralısı var.

Silahlı Qüvvələrimiz də vətən uğrunda şəhid verib. Biz onların yaxınlarına və əzizlərinə baş sağlığı veririk. Xalqımız bilməlidir ki, şəhidlərin qisası birə on qat alınıb və bundan sonra da belə olacaqdır".

Müdafiə naziri təlimlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələb və tapşıpıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, Ali Baş Komandanın göstərişinə əsasən birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə fevral ayının 2-də başlayan təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, o cümlədən ehtiyatda olan 5.000 nəfərədək hərbi vəzifəli cəlb edilib.

Döyüş hazırlığı çərçivəsində ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir

RUSİYADAN MÜHARİBƏ ANONSU : 2 - Cİ QARABAĞ MÜHARİBƏSİNİN QALİBİ AZƏRBAYCAN OLACAQ




“Qərb Rusiya ilə sərhəddə ikinci gərginliyi yarada bilər. Belə bir proqnozu hələ ötən il vermişdik. Bu, Cənubi Qafqazda, yaxud birbaşa Şimali Qafqazın özündə baş verə bilər. Fikrimcə, yeni hərbi münaqişənin yaranmasına cəhdlər olacaq. Biz artıq Cənubi Qafqazda bunu görürük”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.

Politoloq Dağlıq Qarabağda yeni müharibənin baş verməsi ehtimalını yüksək dəyərləndirib: “Biz Qarabağda müharibənin ilkin elementlərini müşahidə edirik. Qoşunların təmas xəttində hər gün ciddi toqquşmalar baş verir”.

V. Arkov 2 - ci Qarabağ müharibəsinin qalibinin Azərbaycan olacağını düşünür.


“Ermənistan bütün göstəricilərə görə Azərbaycana uduzur. Bakı heç bir zaman itirilmiş torpaqlarını geri qaytarmağa indiki kimi həvəsli olmayıb. Çünki bir həmlə ona bu şansı verəcək. Lakin Azərbaycan təcavüzə məruz qalan ölkədən təcavüzkar ölkəyə çevrilmək istəmir.

Onsuz da dünyada erməni lobbisi kifayət qədər güclüdür və indiyə qədər məhz onların fəaliyyəti nəticəsində bir çox həqiqət yanlış təbliğ olunub. Digər tərəfdən, Bakıda müharibə baş verərsə, Rusiyanın Ermənistan tərəfindən çıxış etməyəcəyinə dair əminlik yoxdur. Birincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsi Ermənistanı müdafiə etməyi tələb edir. İkincisi, heç kim Kremlin Şərqi Ukrayna təcrübəsindən yararlanmayacağına zəmanət verə bilməz. Yəni Moskva öz vətəndaşlarının mümkün müharibədə muzdlu olaraq döyüşməsinə göz yumacaq”, - deyə o bildirib.

V. Arkov tərəflərin toqquşmalardan çəkinəcəyinə və sülh yolunu tutacaqlarına ümid edir.

Rusiyalı politoloq Şimali Qafqazda yaranmış vəziyyəti də təhlil edir. Onun fikrincə, bu regionda baş verənlər Moskva üçün ciddi təhdiddir.

Asif Nərimanlı
Sonxeber.info