© SAYT HAQQINDA / Siz saytımı vərəqlədikcə, Azərbaycandan və Azərbaycanın ürəyi sayılan Qarabağdan bəhs edən xəbərləri, yazıları, videoları izləyəcək və qurucunun tərcümeyi-halı, yaradıcılığı ilə tanış olacaqsınız. © Adil İrşadoğlu (Əliyev), saytın qurucusu.
Translate
25 Şubat 2017 Cumartesi
24 Şubat 2017 Cuma
MİSSİONERLƏRİN ANADOLUDA FƏALİYYƏTİ
ABŞ-ın Türkiyəyə aid planları
1786-cı il. ABŞ abveriaturalı bir gəmi ilk dəfə olaraq Osmanlı dövlətinin limanlarından birinə yaxınlaşdı.
Gəminin adı “Grand Türk” idi. Gəmidə isə Anadoluya göndərilən ilk nifaq toxumları vardı. Gəmidəkilər ilk olaraq İzmir və ətrafına yayıldılar. Türk dövlətinin qonaqpərvərliyindən istifadə edən sırtıq qonaqlar həyasızlıq edirdilər. Gələnlər Anadoluda bir çox missioner məktəbi açdılar. Məktəblərə ilk olaraq, bulqar, erməni, yunan, ingilis, yəhudi və kürdləri qəbul etdilər.
Sonradan kilsələr açıldı və kilsələr vasitəsilə müxtəlif icmalar yaradıldı. Missionerlər mətbəələr açaraq türk millətinin əleyhinə minlərlə kitab, jurnal nərş etdilər. Artıq 1863-cü ildə bu mətbəələrdə erməni, yunan, bolqar, yəhudi, kürd və türk dilində 160 min kitab çap edilmişdi. 1900-cü ildə isə təkcə Anadoluda (İstanbul da daxil olmaq şərtilə) 400 məktəb fəaliyyət göstərirdi və bu məktəblərdə 17 min 500 tələbə təhsil alırdı. Missionerlər tələbələrin beynini zəhərləməklə nifaq toxumu səpirdilər.
Müqayisə üçün o dövrdə fəaliyyət göstərən türk məktəbləri barədə də məlumat verək. 1913-1914-cü illər ərzində təkcə Anadoluda yox, bütün imperiya ərazisində cəmi 63 məktəb fəaliyyət göstərirdi. Bu məktəblərdə təhsil alan tələbələrin sayı isə cəmi 6 min 800 nəfər idi.
1869-cu ildə Osmanlı dövləti xarici məktəbləri yaxından izləməyə başlayır. Bu vaxt isə ABŞ hərbi gəmilərinin Osmanlı imperiyasının dəniz sularına göndərilməsi məsələsi gündəmə gəlir. Çünki dövrün ABŞ prezidenti Teodor Ruzveltin fikrinə görə, dünyada hamıdan əvvəl türk milləti və türkün gücü əzilməli idi.
Teodor Ruzvelt
Missionerləri Anadoluya göndərən gizli qüvvə onlara belə təlimat vermişdi: “Bir müharibəyə girmiş fateh əsgərlər olduğunuzu unutmayın. Mübarizə mənəvi sahədə, başın başla, qəlbin qəlblə mübarizəsi olsa da sizin Tanrının inayəti ilə gücləndirilmiş mənəvi bir silahınız varsa da, Napoleonun əsgərləri kimi araşdırma, bilik və düşünməyə, müzakirəyə ehtiyac duyun. Bu müqəddəs və vəd edilmiş torpaqlar silahsız Səlib Səfəri ilə geri alınacaq”. Qısacası, “Grand Türk” gəmisinin sərnişinləri böyük Türkü kiçiltmək üçün gəlmişdilər. Bolqarıstanı quran insanlar əsasən “Robert Kolleci” və digər məktəblərdə yetişdirildilər. Nəticədə müstəqil Bolqarıstan dövləti quruldu.
Missionerlərin vasitəsilə Anadoluda nifaq toxumları əkilir, Anadoluda yaşayan xalqlar arasında narazılıqlar yaradılır, bu xalqlar bir-birinə düşmən edilir, Anadoluda can verməkdə olan xristianlıq gücləndirilirdi.
1948-ci ildən 1970-ci illərə qədər davam edən “Marşal Yardımı” layihəsi çərçivəsində beyinlər zəhərləndi. Anadoluda hər evdə qoyun, keçi və inək olsa da, içinə nə qatıldığı bilinməyən süd tozları bütün məktəblərdə şagirdlərə paylandı və axmaq, savadsız bir nəsil yetişdirilmək işinə girişildi. Bununla belə, Adnan Menderesin hakimiyyəti illərində türk əsgərləri Koreya müharibəsində iştirak edib.
1960-cı ildə artıq yeni planlar ortaya çıxdı. 1960-cı ildə ABŞ səfirliyində bir polkovnikin rəhbərliyi altında 18 nəfərdən ibarət Kürd işləri bürosu quruldu və bu büro vasitəsilə, xüsusən də, Türkiyənin şərq vilayətlərində ABŞ adına çalışacaq, kürd dilində sərbəst danışa bilən və bölgə haqqında geniş biliklərə sahib yeni casuslar yetişdirilməyə başlandı. Bu casuslar qısa müddətə Anadoluya göndərildi. Casuslar əvvəlcə Parisə göndərildi. Burada onlara kürd dili öyrədilirdi. Casusların böyük əksəriyyəti çox ağıllı, gənc və gözəl qızlardan ibarət idi. Yolu-yolağası olmayan kürd kəndlərində bu qızları görən gənclərin ağlı başından uçurdu. O dövrdə Türkiyədə müharibə olmasa da, bu casuslara “Amerika sülh könüllüləri” deyirdilər.
“Amerika sülh könüllüləri”
Artıq 1969-cu ildə Türkiyənin 69 vilayətində 232 “sülh könüllüsü” fəaliyyət göstərirdi. “Peace Corps” adlandırılan bu layihə 1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən parlamentin qərarı ilə başlanan bir layihədir.
Layihə çərçivəsində Türkiyəyə göndərilən “könüllü” (əslində casus) sayı rəsmi rəqəmlərə görə 1201 nəfər olsa da, real rəqəmlər barədə heç bir məlumat yoxdur.
APO və silahdaşları ilə
10 il sonra PKK hərəkatı başladı
1992-ci ildə ABŞ-a məxsus helikopter Cudi dağında PKK-lılara silah-sursat verdi. ABŞ-ın PKK və PYD-yə kömək etməsi yenilik deyildi. Bu barədə məlumatlar Eşref Bitlis tərəfindən ordu baş qərargahına bildirildi. 1992-ci ilin 17 dekabr tarixində ABŞ-a məxsus helikopterlər İraqın Səlahəddin şəhərinə səfər edən Eşref Bitlisin vertolyotunu atəşə tutdular. Eyni ildə amerikalılar tərəfindən “təsadüfən” türk agenti qətlə yetirildi. Bundan 3 gün sonra isə İraqda Kürd Federal Dövləti elan edildi. Türkiyə isə İraqda kürd dövlətinin qurulmasını istəmir və bunu müharibə səbəbi sayırdı. Eşref paşa isə Şimali İraqda PKK-ya qarşı böyük bir hərəkata başlasa da, 1993-cü ildə təyyarə qəzasında həlak oldu.
Əşrəf Paşa Bitlis
1996-cı ildə Səddam Hüseyn bölgədə gücləndikcə Şimali İraqdakı 7 min 500 MKİ peşmergə kürdü ABŞ tərəfindən ərazidən evakuasiya edildi. Eyni ildə Vaşinqtonda kürd institutu yaradıldı və Mayk Amitay adlı bir yəhudi bu quruma direktor təyin edildi. Mayk uzun illər Anadoluda kəşfiyyat materialları toplamış və yeni bir dövlətin layihəsini hazırlayırdı. ABŞ-ın Şimali İraqdan qaçırdığı peşmərgələr isə Avropa, Türkiyə, Suriya və İrandan seçilmiş kürdlər yuxarıda adı qeyd edilən institut tərəfindən yetişdirilməyə başladı. Eyni institutda başqa bir qrup isə yaradılması nəzərdə tutulan kürd dövlətində bürokratiya qurmaq üçün yetişdirilirdi.
2003-cü ildə kürd qruplaşmaları Kərkük və Mosulu işğal etdilər. Türk şəhərlərinə girən MKİ kürdləri dövlət sənədlərini yandırdılar. Bunun səbəbi isə sənədlərin ərazinin türk torpağı olduğunu sübut etməsi idi. Məqsəd bölgədə kürd dövləti qurmaq olduğu üçün ərəblər və türklər təmizlənməli idi...
Hikmət,
ÖLKƏ.AZ & VƏTƏNSEVƏRLƏR

20 Şubat 2017 Pazartesi
16 Şubat 2017 Perşembe
TRAMPDAN ERMƏNİLƏRƏ BÖYÜK ZƏRBƏ
16.02.2017 / 15-00
“907-ci düzəliş” ləğv edilir, Qarabağ... İrəvan təşvişdə...
ABŞ və Rusiyanın Suriya və Ukrayna münaqişələrini müzakirə etmək, həmçinin, bundan sonrakı münasibətlərini ayırd etmək üçün məkan olaraq Bakını seçməsi Azərbaycanın regional və dünya səviyyəsindəki nüfuzunun aydın göstəricisidir. Bu gün ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Dunfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov məhz Bakıda bir araya gəlir.
Bakının nüfuz mərkəzi olaraq beynəlxalq güclərin münasibətlərini ayırd etməsinə ev sahibliyi etməsi Ermənistanda ciddi təşvişə qarşılanıb.
Irshadtv.com publika.az-a istinadən xəbər verir ki, Ermənistanın “lragir” saytı Bakı görüşünün ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ ola biləcəyini yazıb.
Sayt qeyd edir ki, Azərbaycanın İsraillə münasibətləri Bakı-Vaşinqton xəttində mühüm rol oynayır: “ABŞ “907-ci düzəliş”ə görə Azərbaycana silah sata bilmir. Lakin Azərbaycan İsraildən ən müasir silahları əldə edir. Son zamanlar, İsrailin “Dəmir günbəz” sistemlərini Azərbaycana satdığı haqda məlumatlar çoxalıb. Bu sistemin komplektləri ABŞ-da istehsal edilir və hesab etmək olar ki, Amerika bunları Azərbaycana satmamalıdır. Bununla bağlı Amerika erməni milli komitəsi Ağ Evə şikayət edib, lakin heç bir nəticə yoxdur”.
“Lragir” qeyd edir ki, ABŞ-ın İrana qarşı sərt siyasət yürütməsi regionda Azərbaycanın əhəmiyyətini artırıb.
“Artıq belə fikirlər səslənir ki, Tramp Administrasiyası Azərbaycana qarşı olan “907-ci düzəliş”i ləğv etməyi düşünür. Bu, ABŞ-Azərbaycan-İsrail əməkdaşlığının qarşısındakı maneələrin aradan götürülməsi məqsədinə xidmət edir”, - deyə sayt yazıb.
Qeyd edək ki, “907-ci düzəliş” 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yarıdımını qadağan edən düzəlişdir. Bu düzəlişi Konqresdə Obama Administrasiyası dövründə dövlət katibi vəzifəsini tutan Con Kerri kimi erməni lobbisinə bağlı konqresmenlər qəbul etdirib. Nəticədə bu günə qədər ABŞ Azərbaycana birbaşa dövlət yardımı edə bilmir. Bunun əksinə olaraq işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma rejimə Vaşinqton tərəfindən dəfələrlə dövlət yardımı olunub. Bu faktın özü də düzəlişin arxasında məhz erməni lobbisinin dayandığını sübut edir. Ermənistanda və İrəvanın Qarabağda yaratdığı qondarma rejimə ən çox dəstəyin Obama Administrasiyası dövründə olması da diqqətdən yayınmır. Məlumatlara görə, bunun əsas səbəbi Con Kerrinin ABŞ xarici siyasət kursuna rəhbərlik etməsi idi.
İndi ABŞ-da situasiyanın dəyişdiyi haqda söhbətlər gəzir. Yeni prezident Donald Tramp “Amerika maraqları hər şeyin üzərindədir” prinsipini əsas götürür. Bu isə Vaşinqtonun regionda Ermənistanla deyil, məhz Azərbaycanla münasibətləri inkişaf etdirməsini şərtləndirir. ABŞ və Rusiyanın yüksək vəzifəli generallarının görüş üçün Bakını seçməsinin arxasında bu amilin dayandığı da şübhəsizdir.
“Lragir” Azərbaycana qarşı düzəlişin ləğv edilməsi ehtimalının gücləndiyini xüsusi vurğulayır. Çünki Donald Tramp ABŞ-dakı erməni diasporunun və lobbisinin nümayəndələrini qəbul etməkdən imtina edib. Bu günə qədər Amerika erməni milli komitəsi və erməni lobbisində təmsil olunan siyasətçilərin cəhdləri nəticə verməyib.
Son dövrlər Ermənistan mediasında müzakirə edilən bir məsələ də bütün bunların fonunda diqqətdən yayınmır. Belə ki, erməni şərhçilər Trampın qapıları erməni lobbisinin üzünə bağlamasından sonra “ABŞ Ermənistan və Dağlıq Qarabağa (qondarma rejim nəzərdə tutulur – red.) yardımı kəsəcək” fikirlərini irəli sürürlər.
ABŞ-Azərbaycan-İsrail əməkdaşlığının güclənməsi fonunda bunun baş verməsi gözləniləndir.
& VƏTƏNSEVƏRLƏR

ERMƏNİLƏRİN TÜRKLƏRƏ QARŞI SOYQIRIM SİYASƏTİ
Ermənilər tarix boyu dünyayı aldatmaqda ən mahir tayfa kimi qəbul edilə bilər. Onlar kosmopolit siyasəti ustalıqla həyata keçirməyi bacarırlar. Gerçəkləri gizlədərək, yalanlarına inandırmaq qabiliyyəti yalnız bu tayfaya aiddir. Türklərin uğradığı haqsızlıq və ədalətsizliklər ermənilər tərəfindən əksinə təbliğ edilmiş və edilməkdədir. Türklərə və müsəlmanlara qarşı törətdikləri soyqırımı, ermənilərə edilmiş soyqırım adıyla dünyaya tam əksinə təbliğ edə bilmişlər. Xocalı soyqırımından ona görə bəhs edirik ki, ən azından əlimizdə video materiallar mövcuddur, xarici jurnalistlər də bunun canlı şahidləridir və xarici ölkə qaynaqlarında belə materiallar kifayət qədərdir. Halbuki, ermənilər Xocalı soyqırımındakı materialları da 1915-ci ildə onlara qarşı edilən soyqırım kimi nümayiş etdirməkdən çəkinməmişlər. Bu cür propoqanda həyata keçirməkdə ermənilər çox təcrübəlidirlər. Bu ədalətsizlik təkcə Anadolu türklərinə yox, Azərbaycan türklərinə, türk dünyasına qarşı da planlı şəkildə həyata keçirilmişdir və davam etməkdədir...
İZLƏMƏK ÜÇÜN BURAYA DAXİL OLUN : IRSHAD TV |
10 Şubat 2017 Cuma
8 Şubat 2017 Çarşamba
3 Şubat 2017 Cuma
Kaydol:
Kayıtlar (Atom)