Translate

25 Kasım 2013 Pazartesi

" 10 İL SONRA RUSİYA OLMAYACAQ "


Kanadalı «Nostradamus» bu ölkənin müstəqilliyini itirəcəyini proqnozlaşdırır

MDB dövlətlərinin bəzilərini də Rusiyanın taleyi gözləyir

Tanınmış kanadalı yazıçı, futuroloq Domenik Rikardi Rusiyanın gələcəyi ilə bağlı proqnozlarını açıqlayıb. Qərbdə “Kvebek Nostardamusu” kimi tanınan Rikardi Niksonun hakimiyyətdən gedəcəyi tarixi, Berlin divarının uçurulacağını, Yuqoslaviya və SSRI-nin dağılacağını əvvəlcədən deyib.
Rusiya mətbuatına açıqlamasında Domenik Rikardi “10-20 ildən sonra Rusiyanı necə görürsünüz” suala cavabında “10 ildən sonra Rusiyanı görmürəm” cavabını verib. Onun proqnozuna görə, 10 il sonra Rusiya müstəqil dövlət kimi mövcud olmayacaq.

O, Rusiyanın ərazisini necə gördüyünü da təsvir edib:

“Şərqdən qərbə Saxalin adasının cənub hissəsi, Kuril arxipelaqının bütün adaları və Kamçatkanın cənub-qərb sahilləri Yaponiyanın protektoratı altında olacaq. Həmin ərazidə sərhədlərə sərt nəzarət ediləcək. Yaponlar həmçinin həmin ərazilərin sahillərini yuyan Sakit okeanın akvatoriyasına, Oxot və Vladivostokdan Yaponiya sahillərinə qədər Yapon dənizlərinə nəzarət edəcək. Hərbi baza və Petropavlovsk-Kamçatsk limanı ABŞ-la Yaponiyanın birgə nəzarətində olacaq.
Qərbə mənzərə belə olacaq: 65-ci paraleldən cənubdan şimala və şərqdə Uelendan Arxangelskə qədər ABŞ-ın nəzarətində olacaq. Daha sonra şimal-qərb istiqamətində Britaniyanın, şimal-şərqdə Almaniya və Norveçin yurisdiksiyası başlayır. 65-ci paraleldən cənuba, yəni Şimal qütb dairəsindən cənubda bütün Şərqi Sibir, həmçinin Monqolustan Çinin nəzarəti altına düşəcək. Həmin ərazilərdə Çin rejimi sərtliyi ilə seçiləcək. Həbsxana və konslagerlər sibirli və monqolustanlı partizanlarla doldurulacaq. Lakin sərhədlərin zəif mühafizəsi ordan qaçmağa da imkan verəcək. Çindən milyonlarla insan Monqolustan və Şərqi Sibirə köç etməyə başlayacaq.
Qərbi Sibirdə Ural dağ silsiləsindən Peterburqa, Murmanskdan Astraxana qədər olan ərazilərə NATO nəzarət edəcək. Kursk, Bryansk və Smolesk vilayətləri Fransanın, Tver, Yaroslavl, Arxangelsk, Kostroma vilayətləri Britaniyanın, Kalininqrad və Leninqrad vilayətləri Almaniyanın idarəçiliyi altına düşəcək. Yalnız Moskva və Moskva vilayəti qarışıq olacaq. Burda Yunanıstan və Türkiyə istisna olmaqla NATO-ya üzv olan bütün ölkələr təmsil olunacaq. Bütün ərazilərdə rəsmi dil ingilis dili olacaq. Bütün sənədləşmə işləri bu dildə aparılacaq. Ancaq qismən rus dili də istifadə ediləcək. Bu ərazilərdə inzibati orqanlarda yerli və NATO nümayəndələri çalışacaq. Pul vahidi rubl olsa da, indikindən fərqlənəcək.
Rusiyanın cənubunda vəziyyət tam fərqli olacaq. Qafqaz və onunla sərhəddə yerləşən Stavropol diyarındə uzunmüddətli etnik və dini münaqişə davam edəcək. Mübarizə isə ayrı-ayrı etnoslar arasında deyil, Islamda bir-biri ilə düşmən olan iki cərəyanın orduları arasında gedəcək.
Rikardi 10 il sonra Qafqazdakı durumun hazırda Əfqanıstandakı durumla eyni olacağını da deyib. Hətta NATO qoşunları ora daxil olmağa cəsarət etməyəcək. Çünki bu, böyük itkilərə səbəb ola bilər.

Rusiya müstəqilliyini müharibəsiz itirəcək

Rikardi eyni zamanda Rusiyanın nə səbəbdən parçalanacağına da aydınlıq gətirib. Buna səbəb ölkənin iqtisadi və siyasi təsirinin azalması, eyni zamanda geniş miqyas alan korrupsiya olacaq. Rusiyanın Qərbin təsiri altına düşməsi isə müharibəsiz və “dinc yolla” baş verəcək.

Azərbaycan Türkiyənin təsir dairəsinə düşəcək

“Kvebek Nostradamusu” digər MDB dövlətlərinin də gələcəyi barədə danışıb. O, Ukraynanın formal olaraq müstəqilliyini qoruyub saxlayacağını, ancaq bunun üçün Türkiyənin xeyrinə Krım yarımadasından keçməli olduğunu deyib. Ancaq bu tam dinc yolla, münaqişəsiz baş verəcək.
Belarus Rusiya kimi müstəqilliyini itirəcək və faktiki olaraq NATO-nun idarəçiliyinə keçəcək. Belarusun formal rəhbəri isə keçmiş siyasi mühacir olacaq.
Digər MDB dövlətlərinə gəldikdə, Rikardi onların müstəqilliyini qoruya biləcəyini deyir. Məsələn, Azərbaycan Türkiyənin təsir dairəsinə düşəcək, Iranın isə ölkəmizdə təsiri xeyli zəifləyəcək. Qazaxıstan Çinlə Türkiyə arasında uzun və üzücü mübarizənin meydanına çevriləcək. Ancaq Qazaxıstan rəhbərliyi hər iki qüvvə arasında manevr etməyi bacaracaq.

Fizzə
azadliq.info

Hiç yorum yok: