Translate

25 Aralık 2020 Cuma

UNUTMAĞA HAQQIMIZ YOXDUR !..

                                              Mustafa Çəmənli yazır


Bu, Sədi Şirazinin kəlamıdır ki, deyir: "Ermənidir yer üzünün Əhriməni, insanlığın düşmənidir, düşməni". Bu isə gürcülərin atalar sözüdür: "Erməni gəldi, yeni bəlalar gətirdi". Ermənilərin özləri barədə bu məsəli də çox sərrastdır: "Varteğ hay, anteğ vay - harda hay (erməni) var, orda vay var"...

Ey mənim ürəyiyumşaq xalqım! Ey mənim tükü tükdən seçən, zərifdən zərif, qəlbi geniş, duyğusal millətim! Xalq olaraq intiqamçı, irqçi deyilik, əl tutanıq, humanistik, bağışlayanıq, amma məncə, yetər! Hissiyyata qapılmamalı, əndazəni aşmamalıyıq. Adam var ki, onu yüz nəfərin yanında oğurluq üstə tutsan, şivən qoparıb həyasızlıq edəcək, səsini başına atıb deyəcək ki, oğurluq etməmişəm, mənə böhtan atırsınız... İndi biz Heredotdan, Pultarxdan bu yana dünya tarixçilərindən bir kitablıq sitatlar gətirsək, S.N.Qilinkanın "Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürməsinin təsviri" (əslində isə ermənilərin Azərbaycana köçürülməsi), "Rusiyanın Ərzurumdakı baş konsulu Mayevskinin qeydləri"ni, V.L.Veliçkonun "Qafqaz" kitabını sətir-sətir onlara oxutsaq da, zərrəcə pəysinməzlər, əksinə, yer üzünün ən qədim xalqı, hətta Adəm peyğəmbərin onlara məxsusluğunu, Nuhun tufanında "fədakarlıq" göstərdiklərini söyləyəcəklər. O qədər ədalətsizdirlər ki, Çingiz xan, Əmir Teymur, Şah İsmayıl, Nadir şah Əfşar kimi türk sərkərdələrinin varlığını belə inkar edərlər. Ağızlarını açan kimi guya bizim eradan əvvəl yaşamış II Tiqrandan danışacaqlar...

Bilmirəm, hansı axmaq tarixdə olmayan "böyük ermənistan" ideyasını bunların ağlına salıb. Bu erməniləri başa salan bir Allah bəndəsi tapılmır ki, desin indi hansı zəmanədi, sən hansı gücün və qüdrətinlə "dənizdən dənizə" dövlət yarada bilərsən?!

Bu ermənilərin son iki yüz ildə bizim başımıza açdıqları oyunları, müsibətləri xəyalımdan keçirib düşünürəm ki, əldə etdiklərinə görə şükür etməyən xalq haqqında yazmağın nə faydası! Guya onlar hardan gəldiklərini, bizim torpaqlarda necə məskunlaşdırıldıqlarını bilmirlər? Guya onların bir qisminin vaxtilə İran ərazisindən köçürülmələrinin memarlarından olan A.S.Qriboyedovun rus imperatoruna yazdığı məktubdan xəbərləri yoxdur? Var! Oxumayıblarsa, yadlarına sala bilərik. A.S.Qriboyedov yazırdı:

 "Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin! Onlar elə tayfadırlar ki, həmin yerlərdə bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salaraq bura bizim qədim dədə-baba torpaqlarımızdır deyəcəklər!"

Ermənilər azərbaycanlıların "Yersiz gəldi, yerli qaç" atalar sözlərini özlərinə şüar seçdilər. O zamankı ictimai-siyasi proseslər, Çar Rusiyasının Osmanlı Türkiyəsi ilə, İranla apardığı müharibələr onların xeyrinə işlədi. Ermənilər bu gün 10 fevral 1828-ci ildə Çar Rusiyası ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra aralıq bufer-xristian dövləti yaratmaq eşqinə düşən çar I Nikolayın onlar üçün "erməni vilayəti" adlı inzibati ərazi vahidi yaratdıqlarını hansı üzlə dana bilərlər? İnkar etmək mümkündürmü?!

Çar və nəhayət, bolşevik Rusiyasının maddi-mənəvi yardımı ilə tarixi Azərbaycan torpağında yox yerdən özlərinə dövlət yaradan bu haylar Allahlarına şükür etməkdənsə, heç zaman sakit oturmadılar. Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası", Məmməd Səid Ordubadinin 1918-ci il hadisələrindən bəhs edən "Qanlı sənələr" kitablarını oxumaq kifayətdir ki, nə qədər qəddar, kəmfürsət tayfa ilə qonşu olduğumuzu dərk edək. Ermənilərin Şuşada törətdikləri ağılasığmaz vəhşilikləri gözü ilə görən Mir Möhsün Nəvvab dəhşətə gələrək onlara üz tutub soruşur: "Əvvəla, bu tayfadan (erməni) sual edirəm ki, bu qədər mərdiməzarlıq və nahaq qanlar tökməkdə, mülklərin və malların talan və tarac edilməsində və yanıb xarabazlığa   çevrilməsində səbəb və mətləbiniz nədən ibarətdir?

Əgər məqsədiniz padşahlıq və kral olmaqdırsa, sizin bu təbiətinizlə və insafsızlığınızla ağla sığan şey deyil. Ağıllı və kamallı insanın sizin haqqınızda düşüncəsi belədir ki, belə səfeh hərəkətlərlə sizin tayfaya nəinki padşahlıq, heç koxalıq və kəndxudalıq da yaraşmır. Bu, dəfələrlə mötəbər dəlillərlə sübut olunmuşdur.

...Siz bu vəhşi təbiət və qəddarlıqla, beş-altı şahı banklara toplamaqla, fəqir-füqəranı aldadıb zorla onlardan beş-üç şahı qopardıb cibinizi doldurmaqla, bığınızı burub başınıza papaq qoymaqla və çiyninizə yapıncı salmaqla padşah olmaq mümkün deyil. Nahaq qanlar töküb namərdliklə qəflətən insan məxluqunu öldürüb, burun-qulağını kəsib, başına nal çalmaqla və başqa növ vəhşiliklə böyük olmaq mümkün deyildir. Belə qəddar və vəhşi adamlar nəinki böyük olmaz, əksinə, o, həmişə zəlil və bütün məxluqatın ayaqaltısı olar. Siz xalqınız içərisində əkdiyiniz qəddarlıq toxumunun tezliklə barını görəcəksiniz. Bununla siz başqaları üçün qazdığınız quyuya, yəqin edin ki, özünüz düşəcəksiniz". (M.M.Nəvvab. "1905-1906-cı illərdə erməni-müsəlman davası" Azərbaycan nəşriyyatı, 1993, səh. 55-56).

Bu həssas qəlbli, ağzıdualı və müdrik kişinin ermənilər barədə yazdığı bu fikirlərdən 115 il keçib. Bu 115 ildə ermənilərin xasiyyətində, əməlində nə dəyişib? Heç nə! Bir az da qəddarlıq, bir az da azğınlıq, qudurqanlıq! Belə qənaətə gəlmək olar ki, min il də keçsə, xasiyyəti, əxlaqı dəyişmək olmaz; irsiyyət, qan yaddaşı hər zaman özünü göstərəcəkdir! Yüz il bundan əvvəl, ingilis jurnalisti ermənilərin davranışlarını müşahidə edərək bu qənaətə gəlmişdir ki, "Daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Əgər bu hadisədən necə lazımdır istifadə edə bilsələr, onda o, təbliğat üçün çoxlu xeyir gətirə bilər". Dahiyanə müşahidədir. İndi bildinizmi bu 44 günlük Vətən müharibəsi dövründə, dəfələrlə müraciət olunmasına baxmayaraq, ermənilər döyüşdə öldürülən əsgərlərinin meyitini nə üçün götürmürdülər... Səbəbi - şərəfsizlik, hiyləgərlik!

Murdar erməni "ideoloq"u Zori Balayan iyrənc sətirlərlə dolu "Ruhumuzun canlanması" kitabında azərbaycanlı-türk uşağına vəhşicəsinə işgəncə vermələrini, onu ağlasığmaz amansızlıqla qətlə yetirmələrini yalnız ən yırtıcı məxluqların duya biləcəyi bir məmnunluqla təsvir edir: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq...”

Bəs Xocalı qətliamının iştirakçısı olmalarıyla fəxr edən, illərcə havasını udduqları, suyunu içdikləri, nemətlərindən barındıqları, vətəndaşı olduqları ölkəyə arxa çevirən, tökdükləri azərbaycanlı qanı üzərindən atlanıb Ermənistanda "prezident" kürsüsündə oturan Robert Köçəriyan, Serj Sarkisyan bu azğın Zori Balayandan rəhmli idilərmi? Əsla!

Özlərini dünyaya məzlum, zülmə məruz qalmış "ali irqin" nümayəndələri kimi tanıdan bu üzdəniraq düşmən 44 günlük Vətən müharibəsində məğlub olub diz çökəndən sonra 28 il işğal altında saxladıqları kənd və şəhərlərimizdə törətdikləri vəhşiliyi, vandalizmi, əxlaqa sığmayan faşist xislətlərini görüb də unutmaq olarmı?! Bir xalqın xislətindəki qərəzi, hiyləni, paxıllığı, torpaq hərisliyini sınamaq üçün bizə neçə əsr lazımdır? Nə edək, dəyişmirlər, dəyişmək istəmirlər! Özlərinə məxsus olmayanı özlərinki hesab edən, tarixi kənd və şəhərlərimizə qondarma adlar qoyan, yeraltı, yerüstü sərvətimizə, tarixi abidələrimizə qənim kəsilənlərlə hansı dildə danışmalıyıq? Cavab verməkdə çətinlik çəkirəm. Əgər bir xalqın din xadimi də cəllad kimi davranırsa, onda onların verdiyi vədə, anda inanmaq olarmı? Belə bir qənaətə gəlmək daxilən məni incidir, amma qriqoryan kilsəsinin patriarxını incitmir. Müqəddəs Qüdsdəki erməni kilsəsinin patriarxı Rusiya prezidenti cənab Putinə müraciət edib ki, "Şuşa və Hadrutu bizə geri qaytarın, Şuşa bizim ruhumuzdu". Sən ey kilsəyə sığınmış gerizəkalı, əgər sənin olmayanı sənə qaytarmaq belə asandırsa, soydaşların da bizə Zəngəzuru, Göyçəni, İrəvanı qaytarsın. İrəvan da bizim ruhumuzdu!

Söz tapmıram, axı Pənahəli xan Cavanşir tərəfindən tikilən, abad edilən Pənahabad - Şuşa qalası sizin necə ruhunuz ola bilər? Ruhunuz varsa, dünya ermənilərini çağırın özünüzə müqəddəs bir şəhər tikin, ruhunuzu orada tapın. Yoxsa bu ağılla, bu düşüncə ilə nə əldə etmək olar? Nə olar, Ququ quşuna bənzəməyin. Yoxsa ququ quşunun əməlindən xəbəriniz yoxdur? Ququ quşu özgə bir quşun hazır yuvasına bircə dənə yumurta qoyur. Bu yumurtadan çıxan Ququ quşu öz genetik xüsusiyyətinə görə tez böyüyür və müxtəlif üsullarla yuvadakı ögey quşları bir-bir yerə atır və özgə quşun yuvasına sahib çıxır. Əlbəttə, iyrənc xasiyyətdir. Vəhşi və ev heyvanlarının hər birinin özünə xas cəhətləri olduğu kimi, insan cəmiyyətində də müxtəlif xalqlar, tayfalar və hər birinin də özünəməxsus, heç zaman dəyişilməyən dəyərləri, xüsusiyyətləri var. V.L.Veliçkonun yazdığı kimi:

"Xalqların tarixində cisimlərin adları dəyişilir, amma çətin dəyişilə bilən köhnə faktlar yeni sözlər altında yaşayır".

Biz də - Azərbaycan xalqı olaraq - gərək bu bəlli həqiqətləri, aşkar həyat dərslərini unutmayaq!


525-ci qəzet & Vətənsevərlər

03.12.2020

17 Aralık 2020 Perşembe

CANDA CAN VARKƏN RUHUNU ŞAD ETMƏK DOSTLUQ BORCUMDUR

12 dekabr milli istiqlal mübarizəsinin fəal öncüllərindən biri, rəhmətlik tələbə yoldaşım, dostum, əqidədaşım, müasir müstəqil Azərbaycanın ilk müstəqil müxalifət qəzetinin qurucusu və ilk baş redaktoru Ağamalı Sadiq Əfəndinin dünyasını dəyişdiyi gündür. 1995 - ci ilin şaxtalı qış ayında Ağamalı bəy ömrünü bizə bağışladı. Ruhuna salavat. Yeri cənnət olsun. Amin...




Ağamalı Sadiq Əfəndi elə bir şəxs idi ki, həyatımın onunla bağlı səhifələrinin hamısı kino lenti kimi vaxtaşırı gözüm önündə canlanır və bu xatirələri andıqca sanki göylərdə süzüb gənclik çağlarımın tilsiminə düşürəm...

...1972 - ci il sentyabr ayının 1 - də S.M. Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin ( indiki BDU - nun ) jurnalistika, hüquq və şərqşünaslıq fakültələrinə daxil olmuş tələbələr keçmiş Kommunist küçəsində yerləşən Əlyazmalar İnstitutu binasının qarşısına toplaşmışdılar. Ağamalı ilə yaxınlığımız ilk dərs günü həyətdən başladı. O vaxt daxil olduğumuz fakültəyə yoldaşların bir qismi istehsalatdan, bir qismi isə orta məktəb partası arxasından gəlmişdi. Ağamalı məndən bir neçə yaş böyük idi. O, Sumqayıt şəhərində istehsalatda şalışmışdı. Mən isə Uzeyir Hacıbəyov adına Ağdam Şəhər Orta İxtisas Musiqi Məktəbini bitirib, şəhərin 4 saylı orta məktəbində pioner baş dəstə pəhbəri işləmişdim. Ağamalı ilə tanışlığımızın ilk günündən o mənə böyük qardaş münasibəti bəsləməyə başladı. 

 Kurs yoldaşlarımızın bir neçəsi ailəli idi. Ağamalının ailəsi Bakının 8 - ci mikrorayonunun girişində, altında çörək mağazası yerləşən binada yaşayırdı. Mən də həmin mikrorayonda kirayənişin idim. Deməli, yolumuz bir idi. Sonradan əqidəmiz də birləşdi.

...Ağamalı çox səmimi, mehriban və qonaqpərvər bir insan idi. Qazaxdan ona pay göndəriləndə həyat yoldaşı Nabat bacıya çox ləzzətli xörəklər bişirtdirib qəlbinə yatan tələbə yoldaşlarını evinə dəvət edərdi... İmtahanlara da onlarla birlikdə hazırlaşardı. Ağamalıya Qazaxdan yenə pay göndərmişdilər. Bu dəfə zoğal arağı göndərilən payı daha qiymətli etmişdi. Nabat bacı bizə - atadan, anadan uzaq düşmüş, qərib gənclərə - bir teşt qiyməli xəngəl bişirdi. Qurutdan hazırlanmış sarımsaqlı qatıqla o xəngəli gözümüzə elə təpdik ki, heç doymadıq. Zoğal arağı da yavaş - yavaş öz işini görürdü. Biz isə şeirdən, sənətdən, ədəbiyyatdan və tarixdən şirin - şirin söhbət edirdik. Biri - birimizdən bilmədiklərimizi öyrənirdik. Həmin gecə Ağamalı bizi buraxmadı. Onlarda yatıb qaldıq. Səhər tezdən universitetin humanitar fakültə tələbələrinin ən çox qorxduğu Zinyət Əlizadənin imtahanına getdik və kəsildik. Sonradan o xanımın hüzuruna uzun get - gəllə, birtəhər qiymət aldıq.

...Biz millətin gələcəyi naminə tələbələr arasında ictimai fəallıq göstərməyi xoşlayan və bunu özümüzə borc bilən insanlar idik. Sağ qalanlar indi də bu ənənəni davam etdirirlər.

... Jurnalistika fakültəsinin dekanlığı Bakının 26 - lar rayonu hərbi komissarlığına bitişik binada yerləşirdi. Fakültədə yaratdığım bədii dərnəyin bütün məşqləri axşam bu binada keçirdi. Ağamalı bədii dərnəyin məşqlərinə baxmağı xoşlayırdı. Və bir gün mənə müraciət edib bildirdi ki, tar alsam, mənimlə məşğul olarsan? Dedim ki, Ağamalı, onda sən də mənə saz çalmağı öyrədərsən. Dedi ki, mən saz çalmağı mükəmməl bilmirəm. Sən tarı çalmağı mənə öyrət, tar sazdan çətin alətdir. Çətinliyi aşandan, mən sazı mükəmməl çala biləndən sonra səni öyrədərəm. Vaxt ayırıb Ağamalıya tar çalmağı öyrətdim. Tarı çalarkən hərdən muğamat da oxuyardı. Və beləliklə, Ağamalı öz üzərində çalışaraq inkişaf edirdi. Ağamalı ardıcıl olaraq qəzəllər, şeirlər yazmağa başladı. Onun ilk oxucuları biz dostları idik...

... Fakültəmizdə yaratdığım bədii dərnəyin ilk tədbirini Hüseyn Cavidin həyat və yaradıcılığına həsr etmişdik. Tələbələr onun qızı Turan Cavidi tədbirdə görəndə gözlərinə inanmadılar. Turan Cavid atasının unudulmadığından çox məmnun qaldı. O vaxt ömrünü sürgündə keçirmiş və orada həlak olmuş adlı - sanlı insanlara belə tədbirlər həsr etmək asan iş deyildi...

 Bundan sonra ardıcıl olaraq Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Şıxəli Qurbanovun həyat və yaradıcılığına həsr edilmiş tədbirlər keçirdik. Onların əsərlərini istedadlı tələbələrin köməyilə səhnələşdirib göstərdik. Müəllimlərimizin və tələbə yoldaşlarımızın arasında böyük nüfuz qazandıq. Fakültəmizin dekanı professor Şirməmməd Hüseynov fəaliyyətimizi yüksək qiymətləndirdi. Dekan müavini Akif Rüstəmov bizə əlindən gələn köməkliyi göstərir və məşqlərin səmərəli keçməsi üçün şərait yaradırdı. Bizim bədii dərnəyin sorağı bütün universitetə yayıldı. Universitetin rəhbərliyi böyük akt zalında keçirilən möhtəşəm tədbirlərdə bizi də çıxış etməyə çağırırdı. Həmin tədbirlərdə rəhmətlik Ağamalı sazı sinəsinə basıb çalıb - oxumaqdan yorulmurdu.

... Şıxəli Qurbanovun müəmmalı ölümündən sonra Novruz bayramını rəsmi şəkildə qeyd etmək qadağan olunmasa da, qorxu - hürkü içərisində yaşayan xalq baharın gəlişini gizlincə evində bayram edirdi. Eyni əqidəli bir qrup tələbə yoldaşımızla Fəxri Xiyabanda uyuyan xalqın vətənpərvər övladlarını ziyarət etməklə Novruz bayramını qarşılamaq fikrinə düşdük. Rəhmətlik müəllimimiz professor Qulu Xəlilovdan, yazıçı Əzizə xanım Cəfərzadədən məsləhət aldıq. Onların xeyir - duasından sonra fəaliyyətə başladıq. Qızlarımıza səməni hazırlamağı sifariş etdik. Mənim foto sənətindən, tələbə yoldaşım Yaşar Vəliyevin rəssamlıqdan baş çıxarmağımız dadımıza yetdi.

 Yaşarla bu qənaətə gəldik ki, baharın gəlişi ilə bağlı bir dəvətnamə hazırlayıb foto ilə üzünü çoxaldaq və həmin dəvətnamələri ADU ( BDU ), Politexnik İnstitut və APİ tələbələri arasında yayaq. İki gecə yatmadıq. Yaşarın əl ilə çəkdiyi dəvətnaməni fotoya köçürüb xeyli dəvətnamə hazırladıq və tələbə yoldaşlarımızın köməyi ilə onları yaydıq. Novruz bayramına bir gün qalmış, başda Ağamalı olmaqla, mən, Mehman Cavadoğlu, rəhmətlik Qəzənfər Rüstəm, Yaşar Vəliyev, Əjdər Kazımov, Müştəba Əliyev, Tehran Vəliyev, rəhmətlik Ələkbər Hüseynov, Hüseyn Əsgərov və başqaları Fəxri Xiyabanın qarşısında toplaşdıq. Bir azdan bizim universitet tərəfdən küçə boyu tələbələrin gəldiyini gördük. Onları qarşılayıb Fəxri Xiyabana daxil olduq. Qızlar Şıxəli Qurbanovun məzarı üstünə səməni düzdülər. Çıxış edənlər xalqımızın vətənpərvər oğlunu dərin ehtiramla yad etdilər. Ona min rəhmət dilədilər. Tədbirin təşkilatçıları iştirakçılara vətənimizin digər qeyrətli oğullarının məzarını da ziyarət etməyi təklif etdilər. Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun məzarları üstündə də çıxışlar oldu. Ağamalı sazını sinəsinə basıb torpağımızda və qürbətdə uyuyan babalarımızın ruhunu şad etdi. Bu vaxtadək Ağamalı tələbə yoldaşları arasında "Ağamalı Əfəndi" təxəllüsü ilə tanınırdı. Bu hadisədən sonra o, təxəllüsünə "Sadiq" sözü də əlavə etdi. Yəni vətənimizə, xalqımıza, ulu babalarımıza sadiq Ağamalı Sadiq Əfəndi.

 Universitetdə hərbi kafedra fəaliyyət göstərirdi. Biz hərbi kursu bitirəndən sonra Neftçala rayonunun Bankə qəsəbəsindəki hərbi hissəyə üç aylıq ezamiyyətə göndərildik. Burada da gələcəyin jurnalistləri hərbi xidmətlərilə başqa fakültələrin tələbələrindən fərqlənməyə çalışırdılar.

... Bir gün bizə təlim keçən rus zabitləri xəbər verdilər ki, Zaqafqaziya Hərbi Dairəsinin komandanı bizim xidmət etdiyimiz hərbi hissəyə təşrif buyuracaq. Hər fakültənin tələbələri bir vzvodda birləşmişdilər. Bizim vzvod komandirimiz Ağamalı Sadiq Əfəndi idi. O, öz vzvoduna bütün əmrləri Azərbaycan dilində verirdi. Hətta arada zarafat edib deyirdi ki, Əli bəy əsgəri, döş irəli, ... ( dal ) geri... Hamımızın gülməkdən gözü yaşarırdı. Ağamalı hər an özündən asılı olmadan millətçiliyini göstərirdi. Qonağın gəlişi münasibətilə hərbi hissədəki hər vzvoda mahnı mətni təqdim olundu. Hamı öz mahnısını bir gecəyə əzbərləyib səhəri gün qonağı qarşılayarkən oxumalı idi. Bizim vzvodun bəxtinə isə məşhur "Katyuşa" mahnısı düşmüşdü. O biri vzvodlardan gizlin biz "Katyuşa"nı qırağa qoyub, doğma ana dilimizdə mahnı oxumağı qərara aldıq. Ağamalı sual verdi ki, bəs yaxşı, bizim dilimizdə addıma uyğun elə bir mahnı varmı? Mustafa Çəmənli təklif etdi ki, Adil İrşadoğlunun musiqi təhsili var. Bir mahnı fikirləşib tapsın, biz də oxuyaq. Koroğlu ilə zülmkarlara qarşı çiyin - çiyinə mübarizə aparan Dəli Həsənin döyüşdən qələbə ilə qayıdarkən oxuduğu mahnı yadıma düşdü. "Bana, bana gəl, qaçma gözəl !" Mətni bir neçə nüsxə kağıza köçürüb vzvodumuzun üzvlərinə ötürdüm. Solonu Mustafa ilə mən oxuyacağımızı, yerdə qalan sözləri bütün vzvodun oxuyacağını anlatdım. Hamı mətni əzbərləyəndən sonra məşq etdik. İstəyirdik ki, bizim sıra ilə keçərkən oxuduğumuz mahnı nəinki rus zabitlərinə, eləcə də digər fakültələrin tələbələrinə "sürpriz" olsun. Oldu da... Biz mahnını oxuya - oxuya keçərkən tribunada dayanan zabitlər özlərini itirmişdilər. Polkovnik mikrofonu qapıb qışqırdı ki, "prekratite bala, bala qyal". Biz mahnını yarımçıq qoymadıq, axıradək oxuduq. Nəticəsi də bu oldu ki, təşkilatçıları müxtəlif bəhanələr gətirib cəzalandırdılar.

... Ağamalı Sadiq Əfəndi ilə bağlı elə xatirələrim də var ki, çapa yararlı deyil. Bu kitabın təşəbbüsündə bulunanlara və onun ərsəyə gəlməsində əziyyət çəkənlərə öz dərin minnətdarlığımı bildirirəm.

 Unudulmaz dostum Ağamalı Sadiq Əfəndinin əziz xatirəsi və əbədi ruhu qarşısında isə hörmət və ehtiramla baş əyirəm.


Adil İrşadoğlu ( Əliyev ),

İlk dəfə 24 oktyabr 2005 - ci ildə çapa imzalanmış

"Vətən üçün yaşanmış Əfəndi ömrü" kitabında dərc edilmişdir.

Kitabın müəllifi :  Gülzar Əfəndiqızı.


11 Aralık 2020 Cuma

HƏYAT YAŞANTILARIMDAN HƏM DƏRS, HƏM DƏ HƏZZ ALIRAM...



                                               © KEÇMİŞİNİ UNUTMA !


Mən keçmişimə boylanmaqdan ehtiyat etmirəm. Əksinə keçmişimi vərəqlədikcə bu acılı-şirinli həyat yaşantılarımdan həm dərs, həm də həzz  alıram...

Keçmişini bilməyən bu gününü anlaya bilməz və sabahını qura bilməz.

Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur. Keçmişini unutma !


... Tanınmış jurnalist Adil İrşadoğlunun 2018-ci ildə 65 illik yubileyi münasibətilə hazırlanmış "GƏLİN QARABAĞA BİRLİKDƏ GEDƏK" adlı 1 saat 45 dəqiqəlik sənədli filmdən seçilmiş 45 dəqiqəlik gerçək tarixi sizlərə təqdim edirəm.

... Nəhayət Ali Baş Komandanın rəhbərliyilə, müzəffər Azərbaycan Ordusunun şücaətilə biz düşmənlərimizə qalib gəlirik. Azərbaycanımızın erməni işğalı altındakı torpaqlarını sülh yolu ilə qaytarılmasına çox çalışdıq, alınmadı. İşğal altındakı torpaqlarımızı hərbi yolla azad etməyə başladıq. Şanlı ordumuz sürətlə hücuma keçərək xeyli ərazimizi işğaldan azad etdi... Biz bu xoşbəxt anları yaşadığımıza görə Tanrıya, Ali Baş Komandana, Türk dünyasının qəhrəman oğlu, lideri hörmətli və sevimli Başkan cənab Recep Tayyip Erdoğana, əsgərlərimizə, zabitlərimizə, şəhidlərimizə ömrümüzün axırınadək borcluyuq. Allah yaralılarımıza şəfa versin. Allah şəhidlərimizə rəhmət eyləsin. 


QARABAĞ AZƏRBAYCANDIR !

YAŞASIN BÜTÖV AZƏRBAYCAN !

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/2703116806622195 

https://fb.watch/2jsek_9Itv/ 

Adil İrşadoğlu. ©

09.11.2020. / 21-00.

© OZÜM HAQQINDA


SƏN KİMSƏN, ADİL İRŞADOĞLU (ƏLİYEV) ?!



Mən, Adil İrşad oğlu Əliyev 1953 - cü il noyabrın 1-də Ağdam şəhərində ziyalı ailəsində doğulmuşam.

Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənahəli xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, atam İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 - cü ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir. Ağdamın "Birinci Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir.
(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).

Soy - kökü Ağdamın Xıdırlı kəndindən olan anam, Qənirə Rüstəm qızı Rüstəmova 50 ildən çox Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində fizika - riyaziyyat fənnlərindən dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Anam məcburi köçkün həyatını Bakı şəhərində - mənim ailəmlə birlikdə yaşamışdır və bizim gözümüzün önündə dünyasını dəyişmişdir. 
(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).

1955 - ci il təvəllüdlü bacım, Elmira İrşad qızı Əliyeva müəllimə işləyir.

1960 - cı il təvəllüdlü qardaşım, Oqtay İrşad oğlu Əliyev Biləsuvar, Ağdam, Goranboy, Yardımlı rayonlarının milli təhlükəsizlik idarələrində, sonradan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində nümunəvi çalışmış və 2006 - cı ilin fevral ayında iş başında vəfat etmişdir.

Yeri gəlmişkən, dövlət Ağdam ərazisinin, sonradan Ağdam rayonunun idarə olunmasını uzun müddət mənim qohum-əqrabama etibar etmişdir.

1. Atamın anası Hurizat nənəmin atası Mehdi bəy çox varlı və sözü keçən bir insan olmuşdur. Onun seçmə at ilxıları var imiş. Bolşeviklər Ağdam atçılıq zavodunu Mehdi babamın seçmə Qarabağ atlarının hesabına yaratmışlar. 
2. Vaxtilə xarici ticarətlə məşğul olan, 5 dildə danışmağı bacaran atamın atası Məhəmməd bəy (Zinger Məhəmməd ) sonradan Ağdam torpaq şöbəsinin müdiri işləmişdir.
3. Anamın atası Rüstəm Rüstəmzadə Azərbaycan Respublikası Mərkəzi Komitəsində, Füzuli (o vaxtlar rayonun adını ruslar dəyişib Koryagin qoymuşlar) rayon Partiya Komitəsində çalışmış və 1941-1943-cü illərdə Ağdam rayon Partiya Komitəsinin 2-ci katibi işləmişdir.
4. Anamın ən yaxın qohumu, Ağdamın Xıdırlı kəndinin nümayəndəsi Məhəmməd Əliyev Ağdam rayon Partiya Komitəsinin uzun müddət 1-ci katibi işləmişdir.
5. Atam, İrşad Məhəmməd oğlu Əliyev də Ağdam rayon Partiya Komitəsində və digər məsul vəzifələrdə çalışmışdır. Sonradan Ağdam rayon polis şöbəsi rəisinin müavini işləmiş, Ağdam rayon polis şöbəsinə nəzarət idarəsinin rəisi təyin edilmişdir.
6. Atamın dayısı oğlu Fikrət Ağalar oğlu Mehdiyev Seyidli - Sarıhacılı kəndləri üzrə sovetliyin katibi olmuşdur.
7. Əmim İslam Məhəmməd oğlu Əliyev Ağdam rayon Partiya Komitəsində şöbə müdiri, rayon Təhsil İdarəsinin müdiri və Ağdam şəhər Sovetinin sədri işləmişdir.
8. Əmim İslam Əliyevin bacanağı Qulu Qasımov (Qulu həkim) Ağdam rayon Səhiyyə İdarəsinin müdiri olmuşdur.
9. Xalamın həyat yoldaşı Hüseyn Hüseynov üzun müddət Ağdam rayon Maliyyə İdarəsinin müdiri işləmişdir.
10. Atamın yaxın qohumu Gündüz Axundov Ağdam rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.
11. Atamın qohumu, ən yaxın dostu, qardaşım Oqtay Əliyevin kirvəsi Camal İsmayılov rayon üzrə Tikinti Bankının müdiri olmuşdur. Və sair...

İnşəallah, suyu quruyan arxdan bir də su axar...

Ailəliyəm. Həyat yoldaşım, Yeganə Ənvər qızı Qənbərova ağdamlı Baxış bəyin oğlundan olan nəvəsidir. Bizim iki oğlumuz var. İkisi də universitet bitirmiş, əsgər olmuş, Vətənin keşiyində dayanmışlar. Başqa cavanlarımız kimi onlar da özlərinə münasib iş tapa bilmirlər. Ayrıca evləri olmadığına görə, hələ ki, ailə qurmaq istəmirlər. Bu isə biz valideynləri çox əndişələndirir. İndi zəmanətsiz bu ölkədə vicdanlı insanların normal yaşaması qeyri - mümkündür. ALLAH bizlərə rəhm eləsin! Amin...

Mən, Adil İrşadoğlu (Əliyev) 1961 - ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuşam. 1971 - ci ildə həmin orta məktəbi əla qiymətlərlə başa vurmuşam. Orta məktəbdə oxumaqla yanaşı - 1968 - ci ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi Məktəbinə də daxil olmuşam və 1972 - ci ildə həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. 1972 - ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə ( indiki BDU -ya ) daxil olmuş və 1977 - ci ildə həmin universitetin jurnalistika fakültəsini əla qiymətlərlə başa vurmuşam. Sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişinə əsasən, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləmişəm. Teleradio Verilişləri Komitəsinin rəhbərliyi ictimai işlərdəki səriştəliliyimi nəzərə alaraq məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm - Leninizm Universitetinə siyasi təhsil almağa göndərmişdir. 1982 - ci ildə həmin universiteti əla qiymətlərlə başa vurmuşam. Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989 - cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etmişəm. Həmçinin, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəməmişəm. Teleradio Verilişləri Komitəsində işlədiyim müddətdə 3000 - dən çox veriliş hazırlayıb efirdə göstərmişəm. 1988 - ci ildən bugünədək Qarabağla bağlı hadisələrdə yaxından iştirak etmişəm. 1 - ci Qarabağ müharibəsinin iştirakçısıyam. Cəbhədən hazırladığım verilişlər yəqin ki, AzTV-nin arxivində indi də saxlanılır.

Hazırladığım verilişlərə görə, müxtəlif mükafatlara layiq görülmüşəm. Xalq təsərrüfatının inkişaf etdirilməsində yaxından iştirak etdiyimə görə, SSRİ XTNS Baş Komitəsinin 8 dekabr 1981 - ci il tarixli qərarına əsasən, xüsusi medalla təltif olunmuşam. Respublikanın yenilikçi və səmərələşdiricilərinin xalq təsərrüfatının inkişaf etdirilməsindəki fəaliyyətini geniş və mütəmadi işıqlandırdığıma görə, Yenilikçi və Səmərələşdiricilərin Ümumittifaq Cəmiyyəti Bakı Şəhər Sovetinin Fəxri fərmanına layiq görülmüşəm. Məhsuldar və keyfiyyətli əməyimə görə, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin 5 noyabr 1987 - ci il tarixli qərarına əsasən, Fəxri fərmanla təltif edilmişəm. Ordumuzun formalaşmasında yaxından iştirak etdiyimə görə, "N" saylı hərbi hissə komandirinin 17 noyabr 1994 - cü il tarixli qərarına əsasən, Fəxri fərmana layiq görülmüşəm. Cəbhədə əsgər və zabitlərimizin həyatından hazırladığım salnamələrə görə, "N" saylı hərbi hissə komandirinin 1 avqust 1995 - ci il tarixli qərarına əsasən, "ŞAH İSMAYIL XƏTAİ" adına Fəxri fərmanla mükafatlandırılmışam. 25 oktyabr 2018-ci il tarixində Azərbaycan mətbuatının inkişafındakı xidmətlərimə görə və 65 illik yubileyim münasibətilə Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi olan "Qızıl qələm" lə təntənəli şəkildə təltif edilmişəm. 29 dekabr 2018-ci il tarixində Qarabağ müharibəsi zamanı əsgər və zabitlərimizin şücaətindən bəhs edən silsilə televerilişlər hazırladığıma, qazilərə daim mənəvi dəstək olduğuma görə və 65 illik yubileyim münasibətilə  “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri tərəfindən Fəxri Diplomla təltif olunmuşam. 3 Noyabr 2023-cü il tarixində milli mətbuat ənənələrimizin qorunmasına yönələn xidmətlərimə, zəngin yaradıcılıq dəst-xəttimə, jurnalistika sahəsində çoxillik səmərəli fəaliyyətimə görə və 70 illik yubileyim (01.11.1953 - 01.11.2023) münasibətilə təşkil edilmiş rəsmi yığıncaqda Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsilə təntənəli şəkildə təltif olunmuşam. 

1980 - ci ildə Gənc Jurnalistlərin Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsinin iştirakçısı olmuşam. 1980 - ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm. Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətimin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlayıb xalqımıza göstərməyi vətəndaşlıq borcum bilmişəm. Teleşirkətin 1-ci Qarabağ müharibəsi arxivinin yaradılmasında yaxından iştirak etmişəm. 1997 - ci ilin sonunda inciyərək məndən asılı olmayan amillərlə bağlı 25 il (5 il ştatdankənar, 20 il ştatda) can qoyduğum dövlət teleşirkətində işləməkdən imtina etdim. İndi dənizdən sahilə atılmış balığa bənzəyirəm.

Teleşirkətdə işlədiyim zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazılarımla çıxış etmişəm. Sonralar "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion" adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress" qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti olmuşam. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi işləmişəm. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüyəm. Qaziyəm və “Qarabağ qaziləri” ictimai birliyinin fəal üzvüyəm, vəsiqə №2613. 

Hazırda Azərbaycanda Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın — "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müaviniyəm. Qüdrətli Azərbaycan, qüdrətli Türk dünyası, qüdrətli Turan birliyi uğrunda təmənnasız hizmət göstərirəm. İctimai əsaslarla işləyirəm. Əmək pensiyasından başqa heç bir yerdən gəlirim yoxdur. 45 ildən çoxdur ki, jurnalistlik fəaliyyətilə məşğulam. ALLAH məni nadan insanların qarşısında sındırmasın, ALLAH əzizlərimin canını sağ eləsin! AMİN...


© ADİL İRŞADOĞLU (ƏLİYEV)

Veteran televiziya və qəzet jurnalisti, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

24.01.2011. (14-40)
--------------------------
Mükafata görə düzəliş edildi : 01.11.2018 / 30.12.2018 / 03.11.2023-cü ildə.

E - mail :
Adil_Irshadoglu@mail.ru
adil.irshadoglu@gmail.com
adil.irshadoglu@irshadtv.com


İNDİ MÜSTƏQİL JURNALİST OLARAQ FƏALİYYƏT GÖSTƏRİRƏM. AŞAĞIDAKILAR ŞƏXSİ SAYTLARIMDIR. DİQQƏT EDİB BAXSANIZ XEYLİ QAZANARSINIZ...

6 Aralık 2020 Pazar

© Adil Irshadoqlu / QARABAĞ EŞQİMİZ, ETİBARIMIZ... (4-cü söhbət).

Azərbaycan Respublikasının televiziya və qəzet jurnalisti Adil İrşadoğlu 06.10. 2020 - ci il tarixində Malik həkimin Bakı şəhərində məskunlaşdığı evində olmuş və ondan növbəti müsahibə götürmüşdür. 4-cü müsahibədə Malik həkim Ali Baş Komandanın rəhbərliyilə rəşadətli ordumuzun Qarabağ cəbhəsində qazandığı uğurlara münasibətini bildirir, şəhidlərimizə rəhmət diləyir və yaralılarımıza Allahdan şəfa arzulayır. Videonu izləməyə dəyər. Sağlıqla izləyin...

Yaşasın bütöv Azərbaycan. Yaşasın Turan. Qarabağ Azərbaycandır !