Mən keçmişimə boylanmaqdan ehtiyat etmirəm. Əksinə keçmişimi vərəqlədikcə bu acılı-şirinli həyat yaşantılarımdan həm dərs, həm də həzz alıram...
Keçmişini bilməyən bu gününü anlaya bilməz və sabahını qura bilməz.
Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur. Keçmişini unutma !
... Tanınmış jurnalist Adil İrşadoğlunun 2018-ci ildə 65 illik yubileyi münasibətilə hazırlanmış "GƏLİN QARABAĞA BİRLİKDƏ GEDƏK" adlı 1 saat 45 dəqiqəlik sənədli filmdən seçilmiş 45 dəqiqəlik gerçək tarixi sizlərə təqdim edirəm.
... Nəhayət Ali Baş Komandanın rəhbərliyilə, müzəffər Azərbaycan Ordusunun şücaətilə biz düşmənlərimizə qalib gəlirik. Azərbaycanımızın erməni işğalı altındakı torpaqlarını sülh yolu ilə qaytarılmasına çox çalışdıq, alınmadı. İşğal altındakı torpaqlarımızı hərbi yolla azad etməyə başladıq. Şanlı ordumuz sürətlə hücuma keçərək xeyli ərazimizi işğaldan azad etdi... Biz bu xoşbəxt anları yaşadığımıza görə Tanrıya, Ali Baş Komandana, Türk dünyasının qəhrəman oğlu, lideri hörmətli və sevimli Başkan cənab Recep Tayyip Erdoğana, əsgərlərimizə, zabitlərimizə, şəhidlərimizə ömrümüzün axırınadək borcluyuq. Allah yaralılarımıza şəfa versin. Allah şəhidlərimizə rəhmət eyləsin.
QARABAĞ AZƏRBAYCANDIR !
YAŞASIN BÜTÖV AZƏRBAYCAN !
https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/2703116806622195
Adil İrşadoğlu. ©
09.11.2020. / 21-00.
Hiç yorum yok:
Yorum Gönder