Translate

Pənahəli xan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Pənahəli xan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Temmuz 2022 Perşembe

PEŞƏ BAYRAMINIZ MÜBARƏK !

PEŞƏ BAYRAMINIZ MÜBARƏK !
 
Onunla 1995-ci ildə, Bakı Dövlət Universitetində...
Yazının müəllifi Azərbaycan Tərcümə Mərkəzi 
informasiya departamentinin rəhbəri İlqar Rəsuldur.  


Şəkildəki ADİL İRŞADOĞLU (ƏLİYEV) dir. ©
O. Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısıdır (1988-1996).

Saytın digər yazılarını 


27 Şubat 2022 Pazar

GÖZÜMÜN AĞI-QARASI BİRCƏ QARDAŞIM...


Oqtay İrşad oğlu Əliyev

Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.

Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatmaq istədilər. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmədilər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına inanırdım. Ancaq bu cinayətkarlar öz layiqli cəzalarını hələ almayıblar, alacaqlarına ümid edirəm. Bunun üçün Azərbaycanın beynəlxalq birliyin köməyinə ehtiyacı var.

Bu gün, həm də, "qanadımı" itirdiyim gündür. Gözümün ağı-qarası, məndən kiçik qardaşım Oqtay İrşad oğlu Əliyev 2006-cı ilin 27 fevralında, 45 yaşında iş başında vəfat etdi. O vaxtdan tək qanadla qalmışam.

 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında iş başında şəhid olub. Allah rəhmət eləsin !


ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN ! AMİN ...


Adil İrşadoğlu (Əliyev).

27.02.2022.


2 Kasım 2021 Salı

"SƏMİMİ SÖHBƏT"İN QONAĞI JURNALİST ADİL İRŞADOĞLUDUR

 Bu gün - 01.11.2021-ci il tarixində tanınmış yazar Təranə Məmməd Facebook profilində "Səmimi söhbət" layihəsinə tanınmış jurnalist Adil İrşadoğlunu qonaq çağırıb. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirik.


Sual 1:

- Adil müəllim, hər şeydən əvvəl sizi doğum gününz münasibətilə təbrik edir, sizə uzun ömür və can sağlığı arzu edirəm. Arxada nə az, nə çox 68 il var. Ömür karvanında özünüzü necə hiss edirsiniz?

Cavab:

- Bu keşməkeşli dünyamızda diqqət göstərib məni yada saldığınıza görə, doğum günüm münasibətilə məni təbrik etdiyinizə görə çox sağolun. Sizə və oxucularınıza minnətdaram. Ömür karvanımda özümü ruhən cavan, cismən yaşlı, qəlbiqırıq, müqəddəs arzularından çoxuna çata bilməyən bir insan kimi hiss edirəm. Ancaq buna baxmayaraq Tanrıya - Allaha daim şükür edirəm. Ümidlə yaşayıram. Allah heç kimi ümidsiz buraxmasın.

Sual 2:

- Siz Ağdamda sayılan seçilən ailələrdən birində anadan olmusunuz. Valideynlərinizdən aldığınız tərbiyəni öz övladlarınıza ötürə bildinizmi?

Cavab:

- Valideynlərimdən aldığım tərbiyəni öz övladlarıma ötürməyə çalışdım, ancaq onlar başqa bir zamanda yaşayırlar, həmin tərbiyəni qismən qavradılar. Hər bir ailə, hər bir xalq özünün xoşbəxt gələcəyi naminə ümidlərini ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin bilikli, vətənpərvər, diqqətli, məsuliyyətli, xeyirxah, halal və haramı başa düşən kimi yetişdirilməsi hər bir ailə üçün, hər bir ölkə üçün ən başlıca məsələdir.

Sual 3: 

- Dostumuz və sevimli şairimiz  Adil Cəmilin bir şeiri var “Mən yaşamaq istədim, mən yaşaya bilmədim"... Bu sözlər sizə nə dərəcədə aiddir?

Cavab:

- Allah tələbə yoldaşım, dostum və Azərbaycan xalqının sevimli şairi Adil Cəmilə cansağlığı, uzun ömür versin. Onun rəhmətlik oğlu Orxanla da dost idim. Orxan mənim oğlum Elşadla universitetdə birlikdə təhsil almışdılar. Onlar da dost idi. Ancaq heyf ki, indi Orxan bu dünyadan köçüb... Qaldı ki, Adil Cəmilin “Mən yaşamaq istədim" şeirinə, bu şeir qismən mənə aiddir. Mənə aid olan Adil Cəmilin bax, bu şeiridir : 

MƏN DÜNYANI DUYAN GÜNDƏN

Mən dünyanı duyan gündən

Taleyimə biçilmədim.

Böyük-kiçik şahiddir ki,

Böyümədim, kiçilmədim.

Yenə qaldım mənliyimdə -

Yeyilmədim, içilmədim.

Nə yaxşı ki, "pay verilən

Qismətimlə" ölçülmədim.

Özgə qismət qismətimmiş -

Bu fürsəti keçirmədim.

Ürəyimin yanğısını 

Boş günlərə içirmədim.

Dünya mənə çox yalvardı,

Ürəyimə köçürmədim...

Sual 4:

- Gəlin həyatımızın ən gözəl anlarına, uşaqlığa qayıdaq. Ağdam şəhəri, armudlu həyət, qonaqlı-qaralı baba evi... Nələr düşür yadınıza?

Cavab: 

- Həmin həyətin ağdamlıların və Ağdama gəlib-gedənlərin dilindən səslənən məşhur bir adı var idi, "Armudun dibi". Bu barlı-bəhərli həyətin, evin bünövrəsini mənim rəhmətlik babalarım, ...Məhəmmədəli bəy, Mikayıl bəy, Məhəmməd bəy qoymuşdur. Soruşursunuz ki, nələr düşür yadınıza? Yadıma çox şey düşür. "Armudun dibi"ndə Əsgərana, Xankəndinə, Şuşaya gedən avtobusların stansiyası var idi. Rəhmətlik Əmir kişi avtobus stansiyasında çayxana açmışdı. Çayxanaya yaxın əkilmiş armud ağacının hacalanmış gövdəsində oturub armud yeyərdim və armudun qalığını erməninin başına atardım. İndi fikirləşirəm ki, o vaxt lap düz etmişəm...   Valideynlərim ailə quranda həmin ünvanda yaşayıblar. Mən doğulandan 6 yaşıma qədər valideynlərimlə bu evdə yaşamışam. Bu məkanla bağlı xatirəm çoxdur. Sonra ailəmiz baba yurdundan başqa bir evə köçdü.

Sual 5:

- Siz jurnalistsiniz. 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz. Nə vaxt və harada başladınız, bu işə?

Cavab:

- Bəli, mən Azərbaycan Respublikasının ahıl jurnalistlərindən biriyəm. Jurnalistikaya uşaqlıqdan böyük həvəsim olub. Hələ Ağdam şəhər 1 saylı orta məktəbdə 5-6-cı siniflərdə oxuyanda məktəbimizin ictimai həyatından yazılar yazar və fotolar çəkib rayon qəzetimizdə çap etdirərdim. Çapdan çıxan qəzeti səhər tezdən köşkdən alıb evimizə gətirərdim. Atam, anam, bacım və qardaşım mənim uğuruma sevinərdilər. Bu da məni çox ruhlandırırdı. Orta məktəbi əla qiymətlərlə bitirdim. Fikirləşirdim ki, ya şərqşünas olacam, ya da jurnalist. Jurnalist olmaq qismətimdəymiş. Azərbaycan Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin telejurnalist bölməsini əla qiymətlərlə bitirdim. Məni Azərbaycan Respublikası Nazirlər Sovetinin yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə redaktor işləməyə göndərdilər. 25 il (5 il ştatdankənar, 20 il ştatda) bu məbədgahda, əsl həyat məktəbində nöqsansız, şərəflə  çalışdım. Sonra digər mətbuat orqanlarında fəaliyyətimi uğurla davam etdirdim. Bu vaxtadək sevimli peşəmdən ayrılmamışam.

Sual 6:

- Birinci Qarabağ müharibəsinin iştirakçısısınız. O vaxtlar səngərdə döyüşcülərimizin yanında olur, cəbhə xəbərlərini mütəmadi olaraq xalqa çatdırırdınız. Qəhrəman əsgər və zabitlərimizdən verilişlər hazırlayırdınız. Həmin günləri necə xatırlayırsınız?

Cavab:

- Bu barədə danışmaq üçün gərək dərinə gedəm. Ancaq bu, sizin ‎layihənizə uyğun gəlmir. Qısaca deyim ki, ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı - "Hünər" verilişləri proqramı var idi. Mən Şöbə müdirliyini buraxdım, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəmədim. Fikrim-zikrim Qarabağda qalmışdı, Bakıda dözə bilmədim, yenə könüllü cəbhəyə yollandım. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldum və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdim. Həmin verilişlər mənim və çəkiliş qrupumun canı və qanı bahasına başa gəlmişdir. Kim idi çəkiliş qrupumun üzvləri? Jurnalist Adil İrşadoğlu, kinooperatorlar Tahir Qarayev, Fikrət Hüseynov, Ramiz Rüstəmov, Əlövsət Aslanov və Şakir Məmmədov, rejissorlar Taleh İsmayılov, Tofiq Gülməmmədov və Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Çəkiliş qrupumun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşuq. Allah şəhidlərimizə rəhmət eyləsin. Allah qazilərimizə ağrısız-acısız uzun ömür qismət eyləsin.

Sual 7:

- Adil müəllim,  qardaşınız - təhlükəsizlik mayoru Oqtay İrşad oğlu Əliyevin vaxtsız ölümü sizə çox pis təsir etmişdi. Hətta “mən qanadlarımı itirdim” demişdiniz, o vaxt. Oqtay müəllim sizinçün kim idi?

Cavab:

- Oqtay mənim kiçik qardaşım idi. Oqtay mənim döyüş yoldaşım idi. Oqtay mənim dostum idi. Bu dünyanı cavan ikən, 45 yaşında tərk etdi. Bizi ağlar qoydu... Oqtay çox ağıllı, təmkinli, vətənpərvər, diqqətli, məsuliyyətli, istiqanlı və ailəcanlı bir insan, bir zabit idi. Heyf Oqtaydan. Arzularını həyata keçirə bilmədi, onları özü ilə apardı. 

Sual 8:

- 30 ilə yaxın Azərbaycan xalqı Qarabağ həsrəti yaşadı. Siz bir ağdamlı olaraq o illəri necə yaşadınız?

Cavab:

- Mən bu 30 il heç yaşamadım ki... Ah-nalə içərisində üzüldüm. Ruhum Qarabağda, Ağdamda idi, cismim isə Bakıda. Dostum, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyyətinin sədri Akif Nağı vaxtilə mənə belə tərif vermişdi: 

"Ağdam şəhəri ayrıca planet idi, ağdamlıların balaca bir planeti. Mən kənd uşağı idim, şəhəri yaxşı tanımırdım, kənddə məktəbi bitirəndən sonra Bakıya çıxıb gəlmişəm. İndi də Ağdam şəhərini o qədər də tanımıram. Yanımda Ağdamdan danışanda çox yerini, çox adamlarını tanımıram. Amma Ağdam şəhərlilərinin Ağdamın hər xırda detalından, döngəsindən, tinindən, məhəlləsindən, adamlarından necə danışdıqlarına heyranlıqla qulaq asıram. Heç kəsin xətrinə dəyməsin, amma bu, ağdamlılardan başqa heç kimdə yoxdur. Ağdam bəlkə də dövlət içərisində bir şəhər-dövlət, Azərbaycan içərisində Azərbaycanın özündən böyük bir meqapolis idi. “İdi” deməyə də adamın dili gəlmir.

Xeyli ağdamlı tanıyıram ki, onların sözü-söhbəti, hərəkəti və ruhi vəziyyətinə baxanda məndə elə təsəvvür yaranır ki, onlar Ağdamdan çıxmayıb, çıxmaq istəmirlər, hələ də Ağdamdadırlar, orda yaşayırlar.

Belə insanlardan biri də dostum, tanınmış jurnalist Adil İrşadoğludur. O, Bakıya qaçqınlıq vaxtı gəlməyib, universitet təhsilindən sonra burda çalışıb, amma sovet dövrünün assimilyasiya maşını Adilin də ağdamlılığını əlindən ala bilməmişdir. Onunla oturub söhbət eyləyəndə, daim hiss edirsən ki, o, burda deyil, Ağdamdadır. Onun Ağdama belə bir təmənnasız, sözlə deyilə bilməyən bir sevgisi var".  

Sual 9:

- Adil müəllim, bilirəm ki, çox kövrək ürəkli insansınız, Şuşa alınan günü göz yaşlarınızı saxlaya bildiniz?

Cavab:

- Ulu babalarımızdan bizə miras qalan qədim mədəniyyət mərkəzimiz Şuşa erməni və rus işğalından azad edilən gün az qaldı ki, sevincdən ürəyim partlasın. O qədər ağladım ki... Təzyiqim yüksəldi, evdəkilər təcili müdaxilə etməsəydilər mən bu gün sizə müsahibə verə bilməzdim. Hələ ki, yaşayıram. Bütün günü yazıram, çalışıram. Görəcəyim çox işlər var. Allah bunları həyata keçirməyimə imkan versin, yardımçım olsun.

Sual 10:

- Şuşa demiş, Sizin Şuşayla bağlı çöxlu xatirələriniz olmalıdır. Bu gün Şuşada olsaydınız ən birinci hara gedərdiniz?

Cavab:

- Bir gün Şuşanı yenidən görmək mənə nəsib olsa birinci məscidə gedib dualar oxuyardım, doyunca ürəyimi boşaldardım. Sonra hər il yay fəslində 3 ay qonağı olduğumuz evə gedərdim. Həmin ev Molla Pənah Vaqifin məqbərəsi ilə üzbə-üz dayananda məqbərənin sol tərəfində yerləşirdi. Həmin evdə ailəmizin bütün üzvlərinin xatirələri yaşayır. O evin, o ailənin başçısı Muxtar əmiyə, onun həyat yoldaşı Mehri xalaya və bu unudulmaz ailənin dünyasını dəyişmiş digər üzvlərinə dualar oxuyardım, rəhmətlər diləyərdim. Qonşumuz Gülbuta xalanı, görkəmli sənətçimiz Flora Kərimovanın əmisigili xatırlayardım. Öz ailə üzvlərimin, uşaqlıq dostlarım Zahid Tağıyevin, Fikrət Xudatzadənin, Təranə Məmmədin, Habil Qurbanovun, İlham Qurbanovun, Nurəddin Süleymanovun, Çingiz Tağıyevin, İbrahim Rüstəmovun, Kamil Hüseynovun, Əli İsmayılovun, Şaiq Bəşirovun, Nizami Aslanovun, Tahir Qarayevin, Malik həkimin (İsmayılov), Zahid Qarayevin yanımda olmasını istəyərdim.

Sual 11:

- Adil müəllim, Zəfərimiz möhtəşəmdir. İndi biz ancaq irəli addımlayırıq. Siz Ağdama həmişəlik yaşamağa gedəcəksiniz? Bu qayıdışı necə təsəvvür edirsiniz?

Cavab:

- Mən, 1972-ci ildə ali təhsil ocağı olan Azərbaycan Dövlət Unuversitetinə daxil olduğum və 1977-ci ildə ali təhsili başa vurub təyinatla Nazirlər Soveti yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işləməyə göndərildiyim üçün o vaxtdan Bakı şəhərində yaşayıram, məcburi köçkün deyiləm. Ancaq dünyasını Bakı şəhərində dəyişən rəhmətlik atam, rəhmətlik anam, rəhmətlik qardaşım ailəsilə birlikdə məcburi köçkün idilər...

Mən məcburi köçkün olmasam da, Bakıda atamın evlənib ailə qurduğum zaman mənə aldığı darısqal mənzilimi oğullarımdan birinə verib Ağdam şəhərində məskunlaşmağı arzu edirəm. Soruşursunuz ki, Qarabağa qayıdacaqsınızmı? Əlbəttə qayıdacam! Ömrümün qalan hissəsini dünyaya gəldiyim, gözümü açdığım doğma Ağdamda ləzzətlə yaşamaq istəyirəm. Dövlətimiz məni 6 sot torpaq sahəsində evlə təmin etsə elə sevinərəm ki... Keçmiş köçkünləri də bu qayıdışa qoşulmağa dəvət edirəm. Biz hamımız uzun illərdir ki, ata-baba yurdumuza, əzizlərimizin doğulduğu, yaşadığı, uyuduğu yerlərə həsrətik. Şərait yaradılan və təhlükəsizliyimiz təmin edilən zaman dövlətimizin “geri qayıt” əmrini canla-başla yerinə yetirməyə hazıram. Siz də hazır olun. Qayıtmaq istəməyənləri isə məcbur qaytaqmaq lazımdır. Biz işğal altındakı torpaqlarımızı geri qaytarmaq üçün müharibə aparmışıq. Bu qədər şəhid vermişik. Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik. Bəs, torpaqlarımız nə üçün azad olunub?

Sual 12:

- Deyirəm, kaş burda bir piano, ya da tar olaydı. Sizin musiqi duyumunuz, bir neçə alətdə ifa edə bildiyiniz mənə məlumdur. Nə ifa edərdiniz indi burda?

Cavab:

- 1993-cü ildən bu yana nə tarda, nə pianoda, nə də gigər alətdə heç bir ifa etmədim. Yalnız ürəyim oxuyurdu, ağlayırdı, ancaq musiqi alətinə yaxın dura bilmirdim. Elə həmişə ürəyimdə bunu ifa etmişəm:

Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.


Bir ovçu gördüm,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda.


Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.


Sözlər və musiqi: Cəfər Cabbarlı.

Nota köçürən: Əfrasiyab Bədəlbəyli.

İfaçısı: Səxavət Məmmədov.


Sual 13:

- Musiqi insanın ruhunun qidasıdır, deyirlər. Ruhunuzu daha nə qidalandırır?

Cavab:

- Mənim ruhumu birinci qidalandıran dünya şöhrətli sənətçi professor Arif İmran oğlu Babayevin, Əbülfət Əliyevin, Əhsən Dadaşovun, Habil Əliyevin, Mənsum İbrahimovun ifalarıdır. Məni həm də sevdiyim işlərlə məşğul olmaq, ailəmin və övladlarımın xoşbəxtliyi, məni sevən, hörmət edən səmimi dostlarımla görüşmək, onlarla birlikdə məclis qurub yeyib-içib şənlənmək, keçmişi xatırlayıb gələcəyin planlarını qurmaq qidalandırır.

Sual 14:

- Siz indi də internetdə, Facebookdakı səhifələrinizdə jurnalist işinizi davam etdirirsiniz, maraqlı məlumatlar, yazılar və videolar hazırlayıb paylaşırsınız. Müasir jurnalistlərə nə tövsiyyə edərdiniz?

Cavab:

- Onlara heç nə tövsiyyə etmirəm. Çünki onlar bizim tövsiyyəmizi bəyənmirlər. Bizi keçmişin qalığı hesab edirlər. Kinayə ilə bizə Sovetdən qalma insan olduğumuzu xatırladırlar. Ancaq bu, belə deyil. Düşündüyümə görə jurnalistika çoxplanlı, çoxmənalı, çoxüzlü kütləvi informasiya vasitəsi olub, “dördüncü hakimiyyət”, cəmiyyətin güzgüsüdür.

Əfsuslar olsun ki, bizi keçmişin qalığı hesab edib yalan yazanlar azlıq təşkil etsələr də, sadəcə reytinq xətrinə, “filankəsi filankəslə filan yerdə gördülər” kimi sensasiyalı “hekayə”lər yazanlar, evinə “çörək pulu” aparmaq üçün insanları şantaj eləyib “hörmət” qazananlar da var. Amma fəxrlə deyə bilərik ki, ömrünü bu sahəyə həsr edən, həqiqi, vicdanlı, obyektiv, qərəzsiz qərarlar verən qələm sahiblərimiz reket jurnalistlərə qarşı uğurla mübarizə aparmaq, onlara qalib gəlmək və cəmiyyətimizi parlaq ayna kimi əks etdirmək əzmindədirlər.

Əsl Jurnalistlər dövlətin sütunlarıdır. Onları böyük bir okeanda üzən gəminin kapitanları adlandırmaq olar: hansı istiqamətə getsələr, nə yazsalar, xalq da onlarla gedəcək, həmin məlumatı oxuyacaq. Ona görə də, jurnalistlər çalışmalıdırlar ki, öz şərəfli vəzifələrinin öhdəsindən ləyaqətlə gəlsinlər, Azərbaycan həqiqətlərini dünyaya tanıtsınlar. Çox sevindiricidir ki, Azərbaycan jurnalistləri bunu böyük əzmkarlıqla həyata keçirməyə çalışırlar.  

Sual 15:

- Adil müəllim, bu gün 68 yaşınız tamam olur. Arzulardan doğan arzunuz varmı?

Cavab:

- Əlbəttə var. İnsan ölənədək nələri isə arzulayır və arzulardan arzular doğur. Çox arzulayıram ki, xalqımızın və millətimizin düşmənlərindən başqa bütün  insanların, eləcə də mənim xoş niyyətli arzularım çin olsun. Yaxşı arzular həyata, yaşamağa və insanlara sevgidən yaranır. Ürəyində sevgi hissi olmayan insan heç vaxt xoş niyyətli arzu arzulaya bilməz. Çünki bunu yalnız sevgi bacarır.

Sual 16:

- Bir Qarabağ atı olsaydı və onu saxlamaq imkanınız olsaydı neyləyərdiniz? Heç özünüzü at belində Qarabağda təsəvvür etmisinizmi?

Cavab:

- Bir Qarabağ atını saxlamaq imkanım olsaydı onu saxlayardım. Həmişə özümü Qarabağ atının yanında və tərkində hiss etmişəm. Ata məhəbbət mənə gen yaddaşımdan miras qalıb. Ulu babam Allahverən oğlu Mehdi bəyin Qarabağ cinsli böyük milli at ilxısı olub. Bu ilxı ona ulu babalarından yadigar qalıbmış. Azərbaycanda Sovet Hakimiyyəti qurulanda bolşeviklər digər bəylər kimi babam Mehdi bəyi də çox sıxışdırıblar. Onun bütün varidatını əlindən almaq istəyiblər. Mehdi bəy yaşadığı kəndini və kəndinin əhalisini qorumaq üçün Qarabağ cinsli böyük milli at ilxısını və xeyli qızılını Sovet hökumətinə bağışlayıb. Bir müddətdən sonra həmin hökumət babamın bütün varidatını müsadirə edib...

Sual 17:

- Adil müəllim, jurnalist olaraq çox söz demisiniz. Nələri deməmisiniz? Nədən yazmamısınız və yazmaq istəyərdiniz?

Cavab:

- Hörmətli jurnalist, yazıçı Seymur Baycan deyir ki, "yazılanlara inansaq, belə bir əhvalat olub. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir, məsləhət istəyir. Dostoyevski deyir ki, get öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən…İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var. 

Bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim jurnalistikamızın, ədəbiyyatımızın ən böyük problemlərindən biri də odur ki, yazarlarımız öz həyatlarını, qəhrəmanlarının həyatlarını dəqiq və açıq yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. 

...İkinci böyük problem odur ki, yazarlarımız sadə görünməkdən qorxurlar. Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim jurnalistlər, yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər.

...Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur". 

Hörmətli Seymur Baycanın bu fikirləri ilə tam şərikəm. Təranə xnım, siz həyatda və öz yaradıcılığınızda tam səmimisiniz. Mən də həyatda və yaradıcılığımda tam səmimi olmağa çalşmışam və çalışıram. Bugünədək demədiklərimi indi sizə dedim. Hazırda ilk kitabımı çox məsuliyyətlə çapa hazırlayıram. İnşallah tezliklə kitabsevərlərə təqdim edəcəm. 

Sual 18:

- Sizi bir daha təbrik edib, ailə səadəti və sağlam uzun ömür arzu edirəm. Ümid edirəm ki, bir zaman atalarımızın dostcasına yaşadığı Ağdamda görüşəcəyik sizinlə. Şuşanın dumanlı dağlarını seyr edəcəyik. Dəvətimi qəbul edib mənimlə səmimi söhbət etdiyinizə görə təşəkkürümü bildirirəm.

Cavab:

- İnşallah. Allah qismət eyləsin. Təranə xanım, siz sağ olun ki, diqqət göstərmisiniz, məni yada salmısınız, müraciət etmisiniz, “Səmimi söhbət”in qonağı olmuşam. Sizinlə təmasda olmaqdan, bu layihənin - rubrikanın qonağı olmaqdan qürur duydum. Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Çox sağolun.

Sual 19:

- Sonda mənə və “Səmimi söhbət”in oxucularına deyəsi sözünüz varmı?

Cavab:

- Bəli, sizə və oxucularınıza deyəsi sözüm var. Hamının xəyalı, arzuları var və bunlar gizlidir. Çox vaxt bu xəyal və arzular gerçəkləşmir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxmaq, çalışmaq, səbrli olmaq, Allaha dua etmək lazımdır. Vətəni sevmək hamımızın müqəddəs borcudur. Vətənin bütövlüyünü qorumaq üçün xalqın birliyi çox vacibdir. Qüdrətli və bütöv Azərbaycan naminə hamımız öz işimizdə məsuliyyətlə çalışmalı, bir-birimizə qarşı diqqətli və qayğıkeş olmalı, canımızı fəda etməyi bacarmalıyıq. 


Hazırladı: Təranə Məmməd.

Bakı, 01.11.2021. / 01-00.

27 Ağustos 2021 Cuma

MƏN ONA HEYRAN QALMIŞDIM


Lətif Niftəli oğlu Vəlizadə


Adil İrşadoğlu ilə tanışlığımız və dostluğumuz hardasa 30 ildən çox bir dövrü əhatə edir. O vaxtlar Adil deyib-gülən, yeyib-içən, çevik insan idi. O, İş yerimizdə, bekar vaxtlarımızda, otaqda kənar adamlar olmayanda zarafatlaşar, musiqidən söz salar, haqqında danışdığı musiqini zümzümə edər və həmin musiqinin ritminə uyğun stolun kənarında çırtıq çalardı. Bu da mənim olduqca xoşuma gələrdi, çünki musiqini dərindən bilən adam belə ritmlə zümzümə edər və çırtıq çala bilərdi. Ancaq o vaxt mən hələ bilmirdim ki, Adil Ağdam Musiqi Texnikumunun Tar şöbəsini fərqlənmə diplomu ilə bitirib. Mayestro Niyazinin rəhbərlik etdiyi komissiyaya dövlət imtahanı verib. Dövlət imtahanını uğurla başa vurduğuna görə müəllimi rəhmətlik Məşədi Nəriman öz qiymətli tarını ona hədiyyə edib.

... 80-ci illərin axırı idi. Həyat kəskin surətdə dəyişmişdi. Birbaşa Moskvanın havadarlıq etdiyi nankor ermənilər yenə baş qaldırmışdılar. Onlar Qərbi Azərbaycandakı soydaşlarımıza hücum edərək günahsız insanlara işgəncələr verməyə və qədim məskənlərindən didərgin salmağa başlamışdılar. Qarabağda da eyniylə həmin hadisələr ardıcıllıqla davam etdirilirdi. Şəhərlərimiz, kəndlərimiz ağır silahlardan mütəmadi atəşə tutulur, günahsız insanlarımız həlak olur, evlər, idarə və müəssisələr yerlə yeksan edilirdi. Əsrlərlə yaşadıqları dədə-baba yurdlarından qovulan, var-dövləti  əlindən alınan, dilənçi vəziyyətinə salınan və öldürülən soydaşlarımızın ah-naləsinə məhəl qoyan yox idi. Dünyanın qabaqcıl demokratik ölkələri bu cinayətlərə göz yumurdu. Sanki onların görən gözü kor olmuşdu. Üstəlik sapı özümüzdən olan baltalar da əl-ayağa dolaşır, başımıza gətirilən bu müsibətləri açıq danışmağa maneçilik törədirdilər. 

Yadımdadır, Xankəndində yaşadığı evindən bir çöp belə götürmədən çıxarılan jurnalist Cahid Quliyev yana-yana ermənilərin özbaşınalığından danışırdı. Qoltuğunda faktlarla dolu iri bir papka var idi. Deyirdi ki, "neçə dəfə yazmışam, göstərmişəm ki, ermənilər bizim əleyhimizə necə qorxulu işlər görürlər. Ancaq sözümü heç kəs eşitmir. Üstəlik mənim özümü günühlandırırlar ki, "provakasiya" ilə məşğul olma, get işinin-gücünün dalınca. Sənin o fakt dolu yazılarından zibil yeşiyində yüzlərlədir".

... Moskva Azərbaycana açıq-aşkar qoşun yeritmişdi. Azərbaycanlılar Ermənistandan it günündə qovulduqları halda rus əsgərləri hər bir erməni kəndinin girəcəyində post qurmuşdu, zirehli maşınları da ki, öz yerində. Bir nəfər də olsun erməni kəndlərinə yaxınlaşa bilməzdi.

Bu, elə bir dövr idi ki, ölkəmiz qaynar qazan kimi çalxalanırdı. Sapı özümüzdən olan baltaların isə səsi çıxmırdı. Əksinə, öz kommunist əqidələrinə sadiq qalaraq Moskvaya nökərçilik edirdilər. Xalqımızın qanına yerikləyən Zori Balayan kimi cəllada bir kəlmə belə deyilmədiyi halda Xəlil Rza kimi vətənpərvər şairi həbs etmişdilər.

... 89-cu ilin sonları idi. AzTv-nin rəhbərliyi məni də çəkiliş qrupum ilə Şuşaya ezam etmişdi. Şuşa istirahət evinin otaqları isə yüksək rütbəli rus zabitləri ilə dolu idi. Həmin günlərdə gözləmədiyimiz halda Azərbaycan Respublikasının xalq şairi (1992) Xəlil Rza Ulitürk və Xalq artisti Mikayıl Mirzə də gəlib Şuşaya çıxdılar. Açığını deyim ki, elə bil mənə dünyanı bağışladılar. Axşam bizə ayrılan efir vaxtında verilişə başladım. Qonaqlarımı tamaşaçılara təqdim etdim. Xəlil Rza elə bir odlu-alovlu çıxış etdi ki, tayı, bərabəri yox idi. Bakıdan bizə ayrılan vaxt sona çatmaq üzrə idi. Həmin anlarda Azərbaycan Dövlət Televiziyasının rəhbərliyindən telefon zəngi gəldi ki, verilişi yarımçıq kəsməyin, qoyun Xəlil Rza Ulitürk odlu-alovlu çıxışını sonadək davam etsin. Xəlil Rzanın bu çıxışı respublikamızda böyük əks-səda doğurdu. Aradan bir az keçmişdi ki. Xəlil Rzanı sapı özümüzdən olan baltalar həbs etdilər. O vaxt məni və Mİkayıl Mİrzəni sorğu-sual üçün keçmiş "Cənub mehmanxanası"na çağırmışdılar. Ancaq yadımda qalmayıb, sorğu-sual edən rus idi, yoxsa azərbaycanlı. Məndən soruşdular ki, Xəlil Rzanı sən dəvət etmişdin, yoxsa o özü gəlmişdi? Dedim ki, mən heç kəsi dəvət etməmişəm, o təsadüfi bir iş idi. Bununla da sorğu-suala son qoyuldu.

Həmin o gərgin günlərdə, aylarda Adil İrşadoğlu heç nədən qorxub çəkinmədən Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki balaca bir otaqda yaratdıqları studiyadan daşnaqların təbliğatına qarşı əks təbliğatla məşğul idi. Adil İrşadoğlu öz komandası ilə 1989-cu ilin oktyabr ayının əvvəlindən Şuşada fəaliyyət göstərirdi. Komanda çox çətin şəraitdə işləyirdi. Mən Şuşaya yaradıcılıq ezamiyyətinə gedəndə 1989-cu ilin dekabr ayının axırları idi. Təxminən 15 gün Şuşada canlı efirə çıxdım. Montaj etməyə texniki qurğu olmadığından mən canlı yayıma üstünlük verirdim. Ancaq Adil özünə zülm edirdi. Gecə yatmayıb verilişinin ssenarisini əvvəlcədən yazırdı və səhərisi gün həmin ssenariylə çəkiliş edirdi. Yəni, daha montaja ehtiyac qalmırdı. Bu adam yorulmaq nədir, bilmirdi. Mən ona heyran qalmışdım. O, həm çəkilişə gedirdi, həm ssenari yazırdı, həm redaktor idi, həm də öz verilişlərinin aparıcısı idi. 

Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri (1988) rəhmətlik Mikayıl Gözəlov Adilin xətrini çox istəyirdi. Onun fəaliyyətindən olduqca məmnun idi. Mikayıl müəllim daşnak tör-töküntülərinin iç üzünün açılmasında əlindən gələni əsirgəməyən jurnalist Adil İrşadoğlunun normal fəaliyyəti üçün ona hər cür şərait yaratmışdı. Ancaq gecələr işıq sönəndə Adilin əhvalı xarab olurdu, ssenarisini oturub yaza bilmirdi. Mikayıl müəllimdən xahiş edirdi ki, "Ağdama gedən olanda tapşırın ki, mənə bir qutu şam alıb gətirsin". Yeri gəlmişkən, bildirim ki, Mikayıl Gözəlov Şuşa şəhərinin və Dağlıq Qarabağ ərazisindəki digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. 1989-cu ilin dekabr ayının 30-da Adil İrşadoğlunu evə, ailəsilə görüşməyə buraxdılar. Mən də 1990-cı il yanvarın 10-da Bakıya qayıtdım. Sonra isə Sovet rəhbərliyinin himayədarlığı ilə sovet dövlətinin hərb maşını tariximizin qanlı 20 yanvar faciəsini törətdi. 20 yanvar həm də xalqımızın şanlı səhifəsidir...

Xalqımızın fəxri, vüqarı sayılan Pənahəli xan Cavanşirin nəslindən olan jurnalist Adil İrşadoğlu Şuşadan qayıtdıqdan sonra bir müddət televiziyanın "Sənaye şöbəsi"nin müdiri işlədi. Ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı - "Hünər" verilişləri proqramı var idi. Adil Şöbə müdirliyini buraxdı, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmədi. Fikri-zikri Qarabağda qalmışdı, Bakıda dözmədi, yenə könüllü cəbhəyə yollandı. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldu və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdi. Həmin verilişlər Adilin və onun çəkiliş qrupunun canı və qanı bahasına başa gəlmişdir. Onlar - Adil İrşadoğlu, Tahir Qarayev, Fikrət Hüseynov, Tofiq Ataxanoğlu, Ramiz Rüstəmov, Əlövsət Aslanov, Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Adil İrşadoğlu çəkiliş qrupunun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşdur. Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüş səhnələrini çəkib veriliş hazırlayan və efirdə göstərən fərqli jurnalistdir. 

AzTv-də əhval-ruhiyyə dəyişdikcə, insanların da üzü dəyişirdi. Adil İrşadoğluna və digər milli vətənpərvər işçilərə qarşı haqsızlıq baş alıb gedirdi. Daxili gizli qüvvələr belə insanların normal fəaliyyətinə mane olurdular. Gah ön cəbhəyə getmək üçün icazə sənədini ləngidirdilər, gah videokamera çatışmırdı, gah ezamiyyət pulu vermirdilər, gah verilişi hazırlamaq üçün montaj stolu ayırmırdılar, gah da verilişin efirə getməyinə az qalmış onu efirdən çıxardırdılar... Mən özüm də teleşirkətdə çox təzyiqlərlə, haqsızlıqlarla üzləşmişəm. Adilə isə işləməyə heç imkan vermirdilər. O da məcbur olub 25 il (5 il ştatdankənar, 20 il ştatda) can qoyduğu, qəlbən seçdiyi və sevdiyi televiziyadan, Azərbaycanın yeganə televiziyasından ayrıldı, müstəqil jurnalist olaraq fəaliyyətini davam etdirdi.

Adil İrşadoğlu "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion" adlı rəngli, 24 səhifəli, həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress" qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti işlədi. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi oldu. O, Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü  seçildi.

Adil İrşadoğlu hazırda Azərbaycan Respublikasında Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın - "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru, Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir. İctimai əsaslarla işlədiyinə görə əmək pensiyasından başqa heç bir yerdən gəliri yoxdur. 50 ilə yaxındır ki, jurnalistlik fəaliyyətilə məşğuldur.

Bu gün onun 100 mindən çox oxucusu var. İnternetdə 1 saytı, sosial şəbəkələrdə rəngarəng və çox maraqlı səhifələri, 7 bloku, “YouTube”də 5 kanalı, “Facebook”da 10 səhifəsi və 7 qrupu, "Web.tv"də 1 kanalı fəaliyyətdədir. O, deyir ki, "Əlimdən alınan meydanı burada tapmışam". 

Ahıl jurnalist Adil İrşadoğlu İnternetin imkanlarından çox məharətlə istifadə edir. Yeni media platformasında, sahibi olduğu sayt, kanal və bloqlarında davamlı şəkildə Azərbaycan həqiqətlərini yayır. Bütün bunların sayəsində virtual aləmdə yüz mindən çox oxucu toplaya bilib. Buna görə də “Google” şirkəti onu "1 nömrəli bloqçu" adlandırıb.

Adil İrşadoğlu deyir ki, "Mən peşəkarlıq zirvəsinə vətənpərvərliyimlə, seçdiyim yola sədaqət, xarakterimdəki yorulmazlıq, məqsədyönlülük, topladığım böyük təcrübə sayəsində nail olmuşam. Hərəkətlərimdə ancaq humanizmə, ədalətə, obyektivliyə söykənmişəm. Hesab edirəm ki, Google da, Facebook da, Twitter də ciddi bir platformadır. Bu işə ciddi yanaşmaq lazımdır. İndi xəbərləşmək, xəbər paylaşmaq, məlumat almaq, ötürmək internetsiz çox çətindir. Bu, artıq cəmiyyəti məlumatlandırmanın yeni bir mərhələsidir". 

Adil İrşadoğlu bəzi yalançı, "işbaz" kabinet jurnalistləri kimi deyil. O, heç bir təmənna ummadan, Allahdan başqa heç kimdən qorxub-çəkinmədən vətənpərvərliyini öz işi ilə sübuta yetirən professional jurnalistdir. Açıq-aşkar deyə bilərəm ki, Vətən uğrunda könüllü heç bir fəaliyyəti olmayan, bir dəfə də olsun cəbhə bölgəsinə addım atmayan, yeri gəldikdə yüz cür cildə girərək dövlətdən nə gəldi qopartmağı bacaran, fəxri ad və ev alan əldəqayırma "jurnalist"lərdən fərqli olaraq Adilin səsinə səs verməyiblər. Əksinə, ona dövlətdən iş, fəxri ad və ev verilməsinə əngəl törədiblər. Onun ailəsinin çətin vəziyyətdə yaşamasına etinasız yanaşıblar. Halbuki elə adamlar qaranlıq karyera yüksəlişinə çatıblar ki, təəcüblənməyə bilmirsən. 

Adil İrşadoğlu deyir ki, "Dəfələrlə müraciətimə baxmayaraq dövlətimiz tərəfindən diqqət və qayğı görməmişəm. Yanımda həyat və iş təcribəsi keçib öyrənən, atalıq qayğısı göstərdiyim işçilərimdən fərqli olaraq fəxri ad almamışam, geniş mənzillə təmin olunmamışam. Nə bağım var, nə bostanım, bu darısqal evimdən başqa nə əlavə evim var, nə də avtomobilim, nə fəxri adım var, nə də medalım-ordenim. Prezident təqaüdü də almıram. Jurnalistlər üçün tikilib təhvil verilən 1-ci, 2-ci binadan mənə mənzil vermədilər. Çalışıram ki, tikilib hazır olan 3-cü binadan mənə də bir mənzil düşsün. Buna ehtiyacım böyükdür". 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli və sevimli Mehriban xanım, jurnalistikaya, ədəbiyyata, yaradıcı insanlara xüsusi diqqətinizi, onların problemlərinə hər zaman dəstək olduğunuzu nəzərə alaraq, Sizə ərkiyanə müraciət edirəm. Veteran televiziya və qəzet jurnalisti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), ahıl jurnalist Adil İrşadoğlu çətin şəraitdə, ağır sosial durumda yaşayır, səhhətində problemlər var. Onun bu durumu həmkarı və dostu kimi məni də ciddi narahat edir. Tanınmış jurnalist Adil İrşadoğlunun xidmətlərini nəzərə alaraq onun problemlərinə diqqət göstərməyinizi və həmin problemlərin aradan qaldırılmasını nəzarətə götürməyinizi xahiş edirəm. Sizə öncədən minnətdarlığımı bildirirəm.


Lətif Vəlizadə. 

Şair, yazıçı-publisist. 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985).


24.08.2021. / 13-15.


11 Aralık 2020 Cuma

© OZÜM HAQQINDA


SƏN KİMSƏN, ADİL İRŞADOĞLU (ƏLİYEV) ?!



Mən, Adil İrşad oğlu Əliyev 1953 - cü il noyabrın 1-də Ağdam şəhərində ziyalı ailəsində doğulmuşam.

Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənahəli xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, atam İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 - cü ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir. Ağdamın "Birinci Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir.
(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).

Soy - kökü Ağdamın Xıdırlı kəndindən olan anam, Qənirə Rüstəm qızı Rüstəmova 50 ildən çox Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində fizika - riyaziyyat fənnlərindən dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Anam məcburi köçkün həyatını Bakı şəhərində - mənim ailəmlə birlikdə yaşamışdır və bizim gözümüzün önündə dünyasını dəyişmişdir. 
(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).

1955 - ci il təvəllüdlü bacım, Elmira İrşad qızı Əliyeva müəllimə işləyir.

1960 - cı il təvəllüdlü qardaşım, Oqtay İrşad oğlu Əliyev Biləsuvar, Ağdam, Goranboy, Yardımlı rayonlarının milli təhlükəsizlik idarələrində, sonradan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində nümunəvi çalışmış və 2006 - cı ilin fevral ayında iş başında vəfat etmişdir.

Yeri gəlmişkən, dövlət Ağdam ərazisinin, sonradan Ağdam rayonunun idarə olunmasını uzun müddət mənim qohum-əqrabama etibar etmişdir.

1. Atamın anası Hurizat nənəmin atası Mehdi bəy çox varlı və sözü keçən bir insan olmuşdur. Onun seçmə at ilxıları var imiş. Bolşeviklər Ağdam atçılıq zavodunu Mehdi babamın seçmə Qarabağ atlarının hesabına yaratmışlar. 
2. Vaxtilə xarici ticarətlə məşğul olan, 5 dildə danışmağı bacaran atamın atası Məhəmməd bəy (Zinger Məhəmməd ) sonradan Ağdam torpaq şöbəsinin müdiri işləmişdir.
3. Anamın atası Rüstəm Rüstəmzadə Azərbaycan Respublikası Mərkəzi Komitəsində, Füzuli (o vaxtlar rayonun adını ruslar dəyişib Koryagin qoymuşlar) rayon Partiya Komitəsində çalışmış və 1941-1943-cü illərdə Ağdam rayon Partiya Komitəsinin 2-ci katibi işləmişdir.
4. Anamın ən yaxın qohumu, Ağdamın Xıdırlı kəndinin nümayəndəsi Məhəmməd Əliyev Ağdam rayon Partiya Komitəsinin uzun müddət 1-ci katibi işləmişdir.
5. Atam, İrşad Məhəmməd oğlu Əliyev də Ağdam rayon Partiya Komitəsində və digər məsul vəzifələrdə çalışmışdır. Sonradan Ağdam rayon polis şöbəsi rəisinin müavini işləmiş, Ağdam rayon polis şöbəsinə nəzarət idarəsinin rəisi təyin edilmişdir.
6. Atamın dayısı oğlu Fikrət Ağalar oğlu Mehdiyev Seyidli - Sarıhacılı kəndləri üzrə sovetliyin katibi olmuşdur.
7. Əmim İslam Məhəmməd oğlu Əliyev Ağdam rayon Partiya Komitəsində şöbə müdiri, rayon Təhsil İdarəsinin müdiri və Ağdam şəhər Sovetinin sədri işləmişdir.
8. Əmim İslam Əliyevin bacanağı Qulu Qasımov (Qulu həkim) Ağdam rayon Səhiyyə İdarəsinin müdiri olmuşdur.
9. Xalamın həyat yoldaşı Hüseyn Hüseynov üzun müddət Ağdam rayon Maliyyə İdarəsinin müdiri işləmişdir.
10. Atamın yaxın qohumu Gündüz Axundov Ağdam rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.
11. Atamın qohumu, ən yaxın dostu, qardaşım Oqtay Əliyevin kirvəsi Camal İsmayılov rayon üzrə Tikinti Bankının müdiri olmuşdur. Və sair...

İnşəallah, suyu quruyan arxdan bir də su axar...

Ailəliyəm. Həyat yoldaşım, Yeganə Ənvər qızı Qənbərova ağdamlı Baxış bəyin oğlundan olan nəvəsidir. Bizim iki oğlumuz var. İkisi də universitet bitirmiş, əsgər olmuş, Vətənin keşiyində dayanmışlar. Başqa cavanlarımız kimi onlar da özlərinə münasib iş tapa bilmirlər. Ayrıca evləri olmadığına görə, hələ ki, ailə qurmaq istəmirlər. Bu isə biz valideynləri çox əndişələndirir. İndi zəmanətsiz bu ölkədə vicdanlı insanların normal yaşaması qeyri - mümkündür. ALLAH bizlərə rəhm eləsin! Amin...

Mən, Adil İrşadoğlu (Əliyev) 1961 - ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuşam. 1971 - ci ildə həmin orta məktəbi əla qiymətlərlə başa vurmuşam. Orta məktəbdə oxumaqla yanaşı - 1968 - ci ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi Məktəbinə də daxil olmuşam və 1972 - ci ildə həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. 1972 - ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə ( indiki BDU -ya ) daxil olmuş və 1977 - ci ildə həmin universitetin jurnalistika fakültəsini əla qiymətlərlə başa vurmuşam. Sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişinə əsasən, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləmişəm. Teleradio Verilişləri Komitəsinin rəhbərliyi ictimai işlərdəki səriştəliliyimi nəzərə alaraq məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm - Leninizm Universitetinə siyasi təhsil almağa göndərmişdir. 1982 - ci ildə həmin universiteti əla qiymətlərlə başa vurmuşam. Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989 - cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etmişəm. Həmçinin, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəməmişəm. Teleradio Verilişləri Komitəsində işlədiyim müddətdə 3000 - dən çox veriliş hazırlayıb efirdə göstərmişəm. 1988 - ci ildən bugünədək Qarabağla bağlı hadisələrdə yaxından iştirak etmişəm. 1 - ci Qarabağ müharibəsinin iştirakçısıyam. Cəbhədən hazırladığım verilişlər yəqin ki, AzTV-nin arxivində indi də saxlanılır.

Hazırladığım verilişlərə görə, müxtəlif mükafatlara layiq görülmüşəm. Xalq təsərrüfatının inkişaf etdirilməsində yaxından iştirak etdiyimə görə, SSRİ XTNS Baş Komitəsinin 8 dekabr 1981 - ci il tarixli qərarına əsasən, xüsusi medalla təltif olunmuşam. Respublikanın yenilikçi və səmərələşdiricilərinin xalq təsərrüfatının inkişaf etdirilməsindəki fəaliyyətini geniş və mütəmadi işıqlandırdığıma görə, Yenilikçi və Səmərələşdiricilərin Ümumittifaq Cəmiyyəti Bakı Şəhər Sovetinin Fəxri fərmanına layiq görülmüşəm. Məhsuldar və keyfiyyətli əməyimə görə, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin 5 noyabr 1987 - ci il tarixli qərarına əsasən, Fəxri fərmanla təltif edilmişəm. Ordumuzun formalaşmasında yaxından iştirak etdiyimə görə, "N" saylı hərbi hissə komandirinin 17 noyabr 1994 - cü il tarixli qərarına əsasən, Fəxri fərmana layiq görülmüşəm. Cəbhədə əsgər və zabitlərimizin həyatından hazırladığım salnamələrə görə, "N" saylı hərbi hissə komandirinin 1 avqust 1995 - ci il tarixli qərarına əsasən, "ŞAH İSMAYIL XƏTAİ" adına Fəxri fərmanla mükafatlandırılmışam. 25 oktyabr 2018-ci il tarixində Azərbaycan mətbuatının inkişafındakı xidmətlərimə görə və 65 illik yubileyim münasibətilə Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi olan "Qızıl qələm" lə təntənəli şəkildə təltif edilmişəm. 29 dekabr 2018-ci il tarixində Qarabağ müharibəsi zamanı əsgər və zabitlərimizin şücaətindən bəhs edən silsilə televerilişlər hazırladığıma, qazilərə daim mənəvi dəstək olduğuma görə və 65 illik yubileyim münasibətilə  “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri tərəfindən Fəxri Diplomla təltif olunmuşam. 3 Noyabr 2023-cü il tarixində milli mətbuat ənənələrimizin qorunmasına yönələn xidmətlərimə, zəngin yaradıcılıq dəst-xəttimə, jurnalistika sahəsində çoxillik səmərəli fəaliyyətimə görə və 70 illik yubileyim (01.11.1953 - 01.11.2023) münasibətilə təşkil edilmiş rəsmi yığıncaqda Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsilə təntənəli şəkildə təltif olunmuşam. 

1980 - ci ildə Gənc Jurnalistlərin Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsinin iştirakçısı olmuşam. 1980 - ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm. Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətimin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlayıb xalqımıza göstərməyi vətəndaşlıq borcum bilmişəm. Teleşirkətin 1-ci Qarabağ müharibəsi arxivinin yaradılmasında yaxından iştirak etmişəm. 1997 - ci ilin sonunda inciyərək məndən asılı olmayan amillərlə bağlı 25 il (5 il ştatdankənar, 20 il ştatda) can qoyduğum dövlət teleşirkətində işləməkdən imtina etdim. İndi dənizdən sahilə atılmış balığa bənzəyirəm.

Teleşirkətdə işlədiyim zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazılarımla çıxış etmişəm. Sonralar "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion" adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress" qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti olmuşam. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi işləmişəm. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüyəm. Qaziyəm və “Qarabağ qaziləri” ictimai birliyinin fəal üzvüyəm, vəsiqə №2613. 

Hazırda Azərbaycanda Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın — "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müaviniyəm. Qüdrətli Azərbaycan, qüdrətli Türk dünyası, qüdrətli Turan birliyi uğrunda təmənnasız hizmət göstərirəm. İctimai əsaslarla işləyirəm. Əmək pensiyasından başqa heç bir yerdən gəlirim yoxdur. 45 ildən çoxdur ki, jurnalistlik fəaliyyətilə məşğulam. ALLAH məni nadan insanların qarşısında sındırmasın, ALLAH əzizlərimin canını sağ eləsin! AMİN...


© ADİL İRŞADOĞLU (ƏLİYEV)

Veteran televiziya və qəzet jurnalisti, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

24.01.2011. (14-40)
--------------------------
Mükafata görə düzəliş edildi : 01.11.2018 / 30.12.2018 / 03.11.2023-cü ildə.

E - mail :
Adil_Irshadoglu@mail.ru
adil.irshadoglu@gmail.com
adil.irshadoglu@irshadtv.com


İNDİ MÜSTƏQİL JURNALİST OLARAQ FƏALİYYƏT GÖSTƏRİRƏM. AŞAĞIDAKILAR ŞƏXSİ SAYTLARIMDIR. DİQQƏT EDİB BAXSANIZ XEYLİ QAZANARSINIZ...

20 Nisan 2016 Çarşamba

4) ERMĂNİSTAN - AZĂRBAYCAN MÜHARİBĂSİ


ORTAQ TÜRK TARİXİ 

GÖNDEREN : YALQUZAQ.COM



Xronoloji gerçäk tarix - 4 
(iyun 1992 – yanvar 1993 - cü illär)
Adil İrşadoğlu (Ăliyev)

                                                             Ăks hücum

1992-ci ilin ortalarına doğru müharibänin miqyası ciddi şäkildä genişländi. MDB çärçiväsindä dövlätlärarası müqavilälärin bağlanması näticäsindä Azärbaycan vä Ermänistan onların ärazisindä yerläşän Rusiyaya mäxsus texnika, silah, maddi vä tälim bazalarını özlärinä götürdülär. 1992-ci ilin sonuna qädär bu ölkälärin ärazilärindäki Rusiyaya mäxsus härbi qruplaşmalar (4-cü ordu, 7-ci qvardiya ordusu, Zaqafqaziya härbi dairäsinin 34-cü härbi hava ordusunun bir hissäsi, 19-cu hava hücumundan müdafiä ordusu, Xäzär donanması) faktiki olaraq fäaliyyätini dayandırdı. Ermänistan 15-ci (Kirovakan), 164-cü (İrävan) motoatıcı diviziyaların, 7-ci qvardiya ordusunun silah vä texnikasını, o cümlädän 250 tank, 350 digär zirehli texnika, 350 artilleriya-minaatan sistemini älä keçirdi. Ermänistan may-iyun aylarında härbi xidmätä kütlävi çağırış häyata keçirdi. Laçın dählizi vasitäsi ilä älavä qüvvälär Qarabağdakı qruplaşmaların tärkibinä göndärildi. Bunun näticäsindä ermänilär Qarabağda ordu korpus birläşmäsinä uyğun olan 70 minlik canlı qüvvä, 100 ädäd zirehli texnika cämläşdirdilär.
Xalq Cäbhäsinin hakimiyyätä gälmäsi ilä Azärbaycanda väziyyät däyişdi. AXC öz proqram täläblärinä uyğun olaraq härbi väziyyätin käskin şäkildä däyişdirilmäsi xättini elan etdi. Müdafiä Nazirliyi Zaqafqaziya härbi dairäsinin 23, 60, 75, 295-ci motoatıcı diviziyalarının silah vä texnikası äsasında yeni hissälärin yaradılması prosesini sürätländirdi. Silahlı qüvvälärin vahid ştat strukturunun, idaräetmä sisteminin, rabitä, arxa cäbhä ilä älaqälärin yaradılması istiqamätindä müäyyän iräliläyişlär äldä olundu. Keçmiş SSRİ-nin müxtälif yerlärindän äsgär vä zabitlär geri çağırıldılar. 1993-cü ilin yanvar ayına qädär Rusiya Federasiyasından 1200 zabit Azärbaycana qayıtdı. Rusiya härbi komandanlığı silah vä texnikanın Azärbaycana verilmäsini här vasitä ilä längidirdi. Avropada qoşun vä silahların mähdudlaşdırılması vä ixtisarına dair müqaviläyä älavä olaraq qäbul edilmiş Daşkänd protokolunun täläblärinin äksinä Azärbaycan härbi aviasiya kvotasından (100 täyyarä) mährum edildi. İyunun 9-dan 10-na keçän gecä RF müdafiä naziri P. Qraçevin ämri ilä 60-cı aviasiya polkunun (Sitalçay) SU25 hücum täyyaräläri, 936-cı aviasiya polkunun (Kürdämir) SU24 bombardmançı täyyarälärinin hamısı Rusiya ärazisinä keçirildilär. Ruslar bu bazaları tärk edärkän bütün texnika vä avadanlığı mähv etdilär. Bundan sonra Azärbaycan digär aerodromlara näzaräti gücländirdi. Qala härbi bazasına 8 vertolyotdan desant endirildi vä näzarätä götürüldü. Dällär aerodromunda 16 MİQ 25 vä SU24 täyyaräsi, 1 ädäd İL76 näqliyyat täyyaräsi älä keçirildi. Rus komandanlığı texnika vä ämlakı sıradan çıxarır, silahları respublikadan känara çıxarmağa çalışırdılar. Güzdäkdä sursat anbarı diversiya näticäsindä partladıldı. Bu häräkätlärlä Azärbaycana ciddi zärär yetirildi.
Ermänistanın härbi komandanlığı iyunun optalarına Ağcakänd istiqamätindän Xanlara doğru hücum ämäliyyatı planlaşdırmışdı. Hämin ärazilärin minadan tämizlänmäsinä başlamışdılar. Azärbaycan ordusu düşmänin niyyätini başa düşäräk, onu qabaqlaya bildi. Azärbaycanın härbi-siyasi rähbärliyi irimiqyaslı äks-hücuma keçmäk haqqında qärar qäbul etdi. Härbi ämäliyyata baş qärargah räisi general Valeh Bärşadlı rähbärlik edirdi. İyunun ävvälindä Milli Ordunun xeyli qüvväsi (3-cü xüsusi motoatıcı briqada, 4-cü tank briqadası, Tärtär, Goranboy, Xanlar, Mingäçevir, Länkäran, Yevlax ärazi batalyonları, “Qurtuluş” batalyonu, daxili qoşun hissäläri) cäbhä xättinä yeridilmiş vä gizli şäkildä çıxış mäntäqälärindä cämläşdirilmişdilär.
İyunun 12-dä sähär Azärbaycan ordusunun hissäläri Xanlar vä Naftalan rayonları täräfdän Şaumyan rayon märkäzinä doğru güclü zärbä vurdular. Eyni vaxtda Ağdärädän cänuba, Äsgärandan şimala vä cänuba doğru, hämçinin Hadrut istiqamätindä zärbälär vuruldu. Härbi hissälärimiz yüksäk hücum sürätini saxlamaqla 48 saat ärzindä Şaumyan möhkämländirilmiş müdafiä xättini yardılar, düşmäni cänub istiqamätindä geri çäkilmäyä mäcbur etdilär, hämçinin Äsgäran şähärini iki täräfdän mühasiräyä aldılar. İyunun 15-dä ermäni komandanlığı bir qädär özünä gäldikdän sonra äks-zärbä endirmäyä, väziyyäti bärpa etmäyä cähd göstärdi. Äsgäran istiqamätindä ağır döyüşlärdän sonra Azärbaycan ordusu daha 6 yaşayış mäntäqäsini azad etdi, lakin ermänilär milli ordumuzun hücumlarını bu häddä dayandıra bildilär. Şimal sektorunda Azärbaycan ordusu härbi ämäliyyatları Ağdärä rayonunun içärilärinä doğru davam etdirdi. İyunun 17-dän iyulun 9-na qädär Milli Ordunun hissäläri düşmänin müqavimätini qıraraq Ağdärä (4 iyul), Marquşevan, Marağa, Aterk yaşayış mäntäqälärini azad etdilär, Särsäng su anbarının şimal sahilinä näzaräti bärpa etdilär. Münaqişänin nizama salınmasına dair danışıqların yeni märhäläsinin başlanması ilä älaqädar iyulun 9-da Azärbaycan härbi ämäliyyatları dayandırdı.
Ermänistan rähbärliyi operativ pauzadan istifadä edäräk härbi hissälärini gücländirdi, Laçın dählizi vasitäsi ilä älavä qüvvälär gätirdi. Bundan sonra ermänilär iyulun 15-dä äks-hücuma keçdilär. Näticädä onlar ärazilärin bir hissäsini yenidän zäbt edä vä Ağdäräyä yaxınlaşa bildilär. Avqustun ävvälindä Azärbaycan ordusu bu istiqamätdä cavab zärbäsi vurdu. Uğurlu ämäliyyat näticäsindä silahlı qüvvälärimiz düşmäni darmadağın etdilär, Särsäng su anbarı zonasına näzaräti tam älä keçirdilär, Ağdärä-Kälbäcär avtomobil yolunun 121 km-lik hissäsini düşmänin näzarätindän çıxardılar vä Tärtär çayını keçäräk cänub istiqamätindä irälilädilär. Sentyabrın 2-dä Azärbaycan härbi hissäläri 83 günlük hücum ämäliyyatını başa vuraraq Çıldıran yaşayış mäntäqäsinä çıxdılar. Bu ämäliyyat näticäsindä Dağlıq Qarabağın ärazisinin 13 hissäsi ermäni işğalından azad edildi. Sentyabrın ävvälindä bu sahädä cäbhä xätti Xaçınçay vadisi boyunca müäyyänläşdi. Ermänistan işğalçı ordusu böyük itkilär verdi. Ämäliyyat zamanı täkcä 3-cü xüsusi motoatıcı briqadanın hücum sektorundan ermänilär ölän vä yaralananlarla 2 min näfärä qädär canlı qüvvä, 50 ädäd zirehli texnika, 16 artilleriya-minaatan sistemi itirdilär. 5 tank, 8 PDM, 3 artilleriya sistemi älä keçirildi.
Yay kampaniyası zamanı digär istiqamätlärdä äsasän mövqe döyüşläri aparılırdı. Täräflär Dağlıq Qarabağın şärq vä cänub-şärq perimetri ilä yaşayış mäntäqäläri uğrunda ämäliyyatlar häyata keçirirdilär. Ermänistanla särhäd zonasında härbi hissälärimiz avqustun 8-dä ermäni birläşmälärini Başkänd anklavından vurub çıxardı. Ermäni täräfi müxtälif sektorlarda, birinci növbädä Laçın dählizi ärazisindä därininä eşalonlaşdırılmış müdafiä sistemi yaradırdı. Azärbaycanın Härbi Hava Qüvväläri SU25 hücum, MİQ21, MİQ25 qırıcı, L29 tälim-döyüş täyyarälärindän istifadä edäräk avqustun ortalarından etibarän düşmänin Xankändi rayonundakı mövqelärinä havadan zärbälär endirmäyä başladılar.
General-leytenant V. Bärşadlı baş qärargah räisi väzifäsindän istefa verdikdän sonra, sentyabrın ävvälindä Azärbaycanın härbi rähbärliyi Qarabağın şimalında härbi ämäliyyatları dayandıraraq, äsas zärbäni Laçın dählizi istiqamätinä yönältdi. Sentyabrın 18-dä bir briqadanın qüvväläri ilä Laçın dählizinin şimal hissäsinä doğru hücum başladı. Eyni vaxtda 3-cü dağ atıcı alayın hissäläri paraşüt-desant dästäsinin kömäyi ilä Şuşa şähäri istiqamätindä häräkät etdi. Üçüncü zärbä Dağlıq Qarabağın cänub-şärq sektorunda, Xocavänd rayon märkäzi istiqamätindä vuruldu. İki gün ärzindä Milli Ordumuzun hissäläri ermäni müdafiä sisteminin içärilärinä doğru xeyli irälilädilär. Laçın dählizi zonasında ermänilärin älaqä imkanları faktiki olaraq käsildi, Xocavänd şähäri azad edildi. Härbi hissälärimiz Laçın şähärinin birbaşa yaxınlığına çıxdılar. Hücumu inkişaf etdirmäk üçün bütün imkanlar var idi, lakin Rusiyanın därhal Azärbaycan hakimiyyätinä täzyiqlär göstärmäsi näticäsindä ämäliyyatlar dayandırıldı. Bununla da härbi baxımdan särfäli olmayan pauzanın yaranması ilä Azärbaycan müharibänin gedişindä hälledici dönüş yaratmaq imkanını itirdi.
Yay kampaniyası zamanı här iki täräf ciddi itkilärlä üzläşdi. Azärbaycan 70, ermänilär isä 30 döyüş maşını itirdilär. Azärbaycanın çox itki vermäsi hücum edän täräf olması, hämçinin näyin bahasına olursa-olsun yaxşı näticänin äldä edilmäsi ämri ilä bağlı idi.
Payızda täräflär äsasän mövqe döyüşläri ilä kifayätlänir, daha çox atäş nöqtälärinin mähv edilmäsinä, käşfiyyat-diversiya qrupları, snayperlärdän istifadä olunmasına üstünlük verirdilär. Ermänilär väziyyätdän istifadä edäräk äks-hücumlar täşkil etdilär, näticädä Ağdam rayonunun bir neçä yaşayış mäntäqäsini, Xocavänd şähärini (oktyabr) älä keçirdilär. Noyabrın 16-da ermäni birläşmäläri Dağlıq Qarabağın şärq sektorunda hücuma keçäräk cänub istiqamätindän Ağdama yaxınlaşdılar. Bakı härbi mäktäbinin kursantlarından ibarät batalyon düşmänin hücumunu dayandırdı vä onları geriyä atdı. Noyabrın 23-dä Azärbaycanın daxili qoşunlar alayı şimal sektorunda hücum ämäliyyatına başladı vä ermänilärin Sırxavänd müdafiä xättini tutdu, lakin bir gündän sonra älavä kömäk gälmädiyinä görä geri çäkilmäli oldu.
Daha çox fäallıq Laçın dählizi zonasında hiss olunurdu. Oktyabr-dekabr ayları ärzindä här iki täräf däfälärlä dählizin cänub vä şimal sämtlärindäki hälledici mövqeläri älä keçirmäyä cähdlär göstärdilär. Ermänistanın işğalçı qüvväläri Laçın dählizindäki härbi hissälärimizin diqqätini yayındırmaq mäqsädi ilä dekabrın 10-12-dä Zängilan rayonu ärazisindä fäallaşdılar vä hämin rayonun 8 yaşayış mäntäqäsini zäbt etdilär. Düşmänin bu häräkätläri näticäsindä härbi ämäliyyatlar Azärbaycan-Ermänistan särhädlärinä keçdi. Azärbaycanın härbi rähbärliyi düşmänin särhädboyu vä Ermänistanın içärilärinä doğru mövqelärinä raket-artilleriya vä aviasiya zärbäläri vurmaq mäcburiyyätindä qaldı. Bu zärbälär näticäsindä Qafan, Gorus, Vardenis, Krasnoselsk, İcevan şähärlärinä xeyli zärär yetirildi. Härbi hissälärimiz Qafan rayonuna doğru hücuma da keçdi.
1992 vä 1993-cü ilin soyuq qış şäraitindä Azärbaycan ordusu cäbhänin şimal sektorunda geniş härbi ämäliyyata başladı. Yanvarın 15-dä härbi hissälärimiz Çıldıran, Sırxavänd istiqamätindä häräkät etdilär. Mäqsäd burada möhkämländikdän sonra Xankändinä doğru irälilämäk idi. Färrux yaşayış mäntäqäsi vä “Qlobus” yüksäkliyi yaxınlığında gärgin döyüşlär getdi. Lakin qarşıya qoyulmuş väzifäni yerinä yetirmäk mümkün olmadı. Yaranmış väziyyätdä Azärbaycan härbi rähbärliyi müdafiäyä keçmäk haqqında ämr verdi. Bu qärar 1993-cü il yaz-yay kampaniyasındakı uğursuzluqların äsasını qoydu.

Ardı olacaq...

Mänbä: Arxiv sänädläri, qäzet, jurnal materialları, televiziya, radio verilişläri vä şäxsi müşahidälärim. İlk däfä “Azad Qarabağ” qäzetindä çap edilib (16.03.2006. N-05).
VÄTÄNİ SEVMÄK İMANDANDIR ! İMANLI OLAQ ! VÄTÄNİ SEVÄK !


3) ERMĂNİSTAN - AZĂRBAYCAN MÜHARİBĂSİ


ORTAQ TÜRK TARİXİ 

GÖNDEREN : YALQUZAQ.COM




Xronoloji gerçäk tarix - 3 
(avqust 1991 – may 1992 - ci illär)
Adil İrşadoğlu (Ăliyev)

                                                               Müdaxilä

1991-ci ilin avqust çevrilişi, SSRİ rähbärliyindä baş verän siyasi däyişikliklär Qarabağda härbi ämäliyyatların gedişinä hälledici täsir göstärdi. Sonrakı bir neçä ay ärzindä böhran därinläşdi vä lokal toqquşmalardan intensiv silahlı münaqişäyä keçid baş verdi.
Avqustun sonlarından etibarän märkäzin daxili qoşun qüvväläri faktiki olaraq Dağlıq Qarabağda FV rejimini häyata keçirmäkdän imtina etdi. Dağlıq Qarabağdakı ermäni qüvväläri yaranmış väziyyätdän istifadä edäräk açıq fäaliyyätä keçdi vä 1991-ci il sentyabrın 2-dä “Dağlıq Qarabağ Respublikası” deyilän oyuncaq qurumu yaratdıqlarını elan etdi. Bütün silahlı qruplaşmalar (yerli dästälär, partiya birläşmäläri, Ermänistandan gälän dästälär) “DQR-in özünümüdafiä qüvväläri” (sonralar “DQR-in müdafiä ordusu” adlandırıldı) adı altında birläşdirildi, onların ümumi sayı 15 min näfärä çatdırıldı.
Sentyabrın ortalarında ermänilär Goranboy rayonunun qärb hissäsindä XTMD-nin mövqelärinä hücum edäräk, ävväl itirdikläri bäzi yaşayış mäntäqälärinä näzaräti bärpa etdilär. Oktyabrın ävvällärindä ermäni quldur dästäläri Dağlıq Qarabağın bütün ärazisindän Azärbaycanlıları sıxışdırıb çıxarmağa başladılar. Bu vaxt SSRİ DİN-in qoşunları açıq şäkildä ermäni birläşmälärinä yardım göstärirdilär. Oktyabrın 28-dä ermänilär daxili qoşunların zirehli texnikasından istifadä edäräk Xocavänd rayonunun yaşayış mäntäqälärinä hücumlara başladılar. Nöyabrın 16-da härbi ämäliyyatlar Hadrut rayonu ärazisinä dä keçirildi. 1991-ci il noyabrın 24-ä qädär ermäni işğalçıları Qarabağın iri yaşayış mäntäqälärinin - Şuşa vä Xocalının ätraf ärazilärlä älaqäsini tamamilä käsdilär. Dağlıq Qarabağdan demäk olar ki, Azärbaycanlıların hamısı çıxarıldı. SSRİ DİN-in daxili qoşunları ermänilär täräfindän çıxış etdiyinä görä Azärbaycan DİN-in Xüsusi Täyinatlı Milis Dästäläri ilä toqquşmalara girir, itkilärä märuz qalırdı. Onların Qarabağda 1991-ci ildä 19 näfär äsgäri ölmüş, 34 näfär yaralanmışdı. SSRİ DİN daxili qoşunları dekabrın ortalarında regionu tärk etmäyä başladılar. Bu qoşunlar çıxarkän härbi texnika, silah-sursatının böyük bir hissäsini ermänilärä bu vä ya digär adlar altında tähvil verirdi. Mäsälän, Daxili Qoşunların 81-ci operativ polku 10 ädäd zirehli texnikanı, 1000-dän artıq atıcı silahı ermäni täräfinin näzarätinä verdi.
SSRİ-nin läğvi, Azärbaycan vä Ermänistanın müstäqillik äldä etmäsi ilä münaqişänin yeni märhäläsi başlandı. Azärbaycan bu märhäläyä hazırlıqsız daxil oldu. DİN vä DTK-nın härbläşdirilmiş birläşmäläri azsaylı vä zäif idi, onların dağ şäraitindä döyüş täcrübäsi yox idi. 1991-ci ilin sentyabrından 1992-ci ilin yanvarına qädär Müdafiä Şurası, Müdafiä Nazirliyi, Baş Qärargah yaradıldı. Lakin ordunun yaradılması üçün konkret addımlar atılmadı, 150 näfärdän ibarät bir batalyon formalaşdırıldı. Müxalifätin säyläri ilä könüllülärdän, AXC fäallarından ibarät bir neçä batalyon yaradıldı vä cäbhä bölgäsinä göndärildi. Artıq keçmiş SSRİ-nin Azärbaycanda olan härbi hissäläri qeyri-müäyyän väziyyätdä qalmışdılar.
Azärbaycandan färqli olaraq Ermänistan yaranmış yeni väziyyätdän daha çox yararlandı. Hämin ana qädär o, Azärbaycanı härbi quruculuq baxımından 3 il qabaqlayırdı. Ermänistanda vä Qarabağda 30 minlik ordu artıq formalaşdırılmışdı. 1991-ci ilin payızında Ermänistan rähbärliyi öz vätändaşlarının yenidän SSRİ silahlı qüvvälärinä härbi çağırışını bärpa etdi. Bu çağırışçılar härbi hazırlıq keçmäk üçün Zaqafqaziya härbi dairäsinin tälim märkäzlärinä, härbi hissälärinä göndärilir, sonradan isä Ermänistan silahlı qüvvälärinin tärkibinä qaytarılırdı. Ermänistan Moskvada siyasi hakimiyyätin bäzi yeni xüsusiyyätlärindän istifadä edäräk, härbi xarakterli bir sıra mäsäläläri öz xeyrinä häll edä bildi.
SSRİ daxili qoşunlarının çıxarılması qısa bir müddätä Qarabağda qüvvälär nisbätinin balanslaşdırılması ilä näticäländi. Bu şäraitdä Azärbaycanın könüllü dästäläri äks hücuma keçäräk Xankändi yaxınlığında Kärkicahan yaşayış mäntäqäsini azad etdilär vä Xankändindäki ermäni mövqelärinä ciddi täzyiqlär göstärmäyä başladılar. Bu vaxt şähärdän cänub vä qärbä doğru yüksäkliklärdän BM-13 “Katyuşa”, BM-21 “Qrad”, tank äleyhinä T-12 “Rapira” topları vä digär qurğulardan istifadä olunurdu. Eyni zamanda Ağdam rayonunda qüvvälärin cämläşdirilmäsinä cähd göstärilirdi, burada Qarabağın içärilärinä doğru hücum etmäk mäqsädilä DİN bölmäläri, ärazi batalyonları, AXC dästälärindän ordu birläşmäläri yaradıldı. Lakin bu väzifänin yerinä yetirilmäsi vahid rähbärliyin, märkäzläşdirilmiş idaräetmä sisteminin, rabitä vä arxa ilä älaqälärin olmaması ilä çätinläşirdi. Orduya çağırış kampaniyasının pozulması (1991-ci ilin dekabrından 1992-ci ilin martına qädär näzärdä tutulan 20 min näfär äväzinä 3614 näfäri orduya çağırmaq mümkün olmuşdu) yeni yaradılan hissälärin komplektläşdirilmäsinä imkan vermädi. Yuxarıda deyilän säbäblärdän Ağdam härbi qruplaşması yanvar-fevral aylarında faktiki olaraq fäaliyyätsiz qaldı, yalnız bir neçä uğursuz hücum cähdi ilä kifayätländi. Yanvarın 25-26-da 1-ci käşfiyyat batalyonunun da Daşaltıda ämäliyyat keçirmäk cähdi uğursuzluqla näticäländi, 100 näfärä yaxın ölän vä yaralanan oldu.
Yanvarın sonunda ermäni işğalçı dästäläri Dağlıq Qarabağda azärbaycanlıların son yaşayış mäntäqälärini zäbt etmäyä başladılar. Bu vaxt onlar 23-cü motoatıcı diviziyanın 366-cı polkunun, keçmiş Sovet Ordusunun Xankändi qarnizonunun älahiddä kimyävi müdafiä batalyonunun, hämçinin 42-ci särhäd dästäsinin kömäyindän istifadä edirdilär. Fevral ayının ilk yarısında ermänilär Kärkicahanı, Şuşa-Xocalı yolu vä Şuşa ätrafındakı yaşayış mäntäqälärini älä keçirdilär. Xocalı şähäri tam mühasiräyä alındı, ermäni artilleriyasının daimi atäşläri ilä hava älaqäsi dä käsildi. Şähärin azsaylı qarnizonu XTMD-nin rotası, ärazi batalyonu vä mina atanlar batareyasından ibarät idi. Fevralın 25-dän 26-na keçän gecä ermänilär 366-cı motoatıcı polkun bölmälärinin iştirakı ilä hücuma keçdilär, Xocalını vä yaxınlıqda yerläşän aeroportu zäbt etdilär. Bu hücum zamanı ermänilär xüsusi qäddarlıqla dinc ähalini qätlä yetirdilär, 613 näfär öldürüldü, 1000-dän artıq adam yaralandı. Azärbaycan härbi dästäläri martın 5-6-da Äsgäran, Xocalı istiqamätindä äks hücum keçirmäyä cähd göstärdilär, bir neçä tank Äsgäranın hüdudlarına çıxa bildi. Lakin hücum dayandırıldı, dästälär ävvälki yerlärinä qaytarıldı. Bu vaxt Zaqafqaziya härbi dairäsinin rähbärliyi täläsik 366-cı polkun şäxsi heyätini münaqişä zonasından çıxardı, hämin polkun 25 tank, 87 BMP, 28 BTR vä BRDM, 45 artilleriya-minaatan sistemi ermäni täräfinä verildi. Polkun 180 härbi qulluqçusu, o cümlädän 22 zabiti ermäni birläşmälärinin tärkibinä keçdi.
Qarabağda ermänilärin böyük härbi qüvväsi formalaşdırıldı, şärq vä cänub-şärq istiqamätlärindä (Äsgäran, Martuni, Hadrut) möhkämländirilmiş ärazilär yaradıldı.
Möhkämländirilmiş ärazilär bir neçä müdafiä hüdudundan, uzunmüddätli atäş qurğularından, mühändis istehkamlarından ibarät idi. Qarabağdakı işğalçı qruplaşmaların silah, sursat, yanacaqla täminatı, şäxsi heyätin rotasiyası hava yolu ilä Ermänistandan täyyarä vä vertolyotlarla (helikopterlärlä) tämin olunur, Xocalı aeroportundan, Xankändi vä Kolataqdakı vertolyot meydançalarından istifadä edilirdi.
May ayının ävvälindä Şuşanın müdafiäsi xeyli zäiflädi, şäxsi heyätin bir hissäsi şähärdän çıxarıldı. Şähärdä qalan qüvvälär Şuşa briqadasının qärargahı, reyd dästäsi, 3 tankı olan “Säbayıl” tank batalyonu, respublikanın 5 rayonundan gälmiş könüllülärin dästälärindän vä yerli milislärdän ibarät idi. Ermänilär mayın 7-dän 8-nä keçän gecä Şuşa üzärinä hücuma keçdilär. Düşmän hücuma çoxlu sayda canlı qüvvä cälb etmäklä, artilleriya, tank vä PDM-lärdän geniş şäkildä istifadä edirdi. Şuşanın müdafiäçiläri bir neçä däfä äks hücuma keçmäyä cähd göstärdilär, lakin 3 täräfdän mühasiräyä alındıqlarına görä şähäri tärk edib Laçına täräf çäkilmäli oldular. Sonrakı 7 gün ärzindä ermänilär hücumlarını davam etdirdilär. Mayın 18-dä ermäni qüvväläri Ermänistanın Gorus rayonu täräfdän vä Şuşa istiqamätindän eyni vaxtda häräkätä başlayaraq Laçını zäbt etdilär. Laçın ärazi müdafiä alayı döyüşä-döyüşä cänub istiqamätindä geri çäkildi. Bununla ermäni işğalçıları Ermänistanla Qarabağ arasında 20 km enindä dählizi älä keçirdilär. Ermänilär Naxçıvanın Sädäräk rayonu istiqamätindä hücuma keçäräk älavä gärginlik mänbäyi yaratdılar.
Cäbhädäki mäğlubiyyätlär Azärbaycanda hakimiyyät böhranına säbäb oldu, siyasi rähbärlikdä däyişikliklär baş verdi.

Ardı var...

Mänbä: Arxiv sänädläri, qäzet, jurnal materialları, televiziya, radio verilişläri vä şäxsi müşahidälärim.İlk däfä “Azad Qarabağ” qäzetindä çap edilib (02.03.2006. N-03).
VÄTÄNİ SEVMÄK İMANDANDIR ! İMANLI OLAQ ! VÄTÄNİ SEVÄK !