Translate

4 Şubat 2012 Cumartesi

TƏKİ VƏTƏN YAŞASIN !




 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyevin vətənimiz, xalqımız, dövlətimiz üçün gördüyü işlərdən, aldığı qiymətli mükafatlardan bu vaxtadək çox soydaşımız xəbərsiz olub. Oqtay Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında şəhid olub.
Allah rəhmət eləsin !
Amin !

İ
ş yoldaşları adından bir qrup.
Mənbə : "525 - ci qəzet", 27 fevral 2007 - ci il.

Hiç yorum yok: