Translate

14 Şubat 2012 Salı

Obama Ermənistana yardımı azaltmağı, Türkiyəyə isə artırmağı təklif edib

Barak Obama büdcə ilə bağlı təkliflərində belə fikir səsləndirib

 ABŞ prezidenti Barak Obama Konqresdə büdcə ilə bağlı müraciətində Ermənistana göstərilən iqtisadi yardımı 19 faiz azaltmağı təklif edib. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə Amerika Ermənistan Milli Komitəsi (ANKA) informasiya yayıb. 

  Bununla bərabər, Obama admnistrasiyası Türkiyənin güclü qlobal tərəfdaş kimi rolunun artmaqda davam etməsi ilə bağlı bu ölkədə beynəlxalq hərbi təhsil proqramının həyata keçirilməsi üçün əlavə 3,6 milyon dollar ayırmağı təklif edib.

  İlkin olaraq Barak Obama Ermənistana yardımların 32 faiz azaldılmasını təklif edib. Konqres Ermənistana 40 milyon dollar yardım ayırmağı nəzərdə tutsa da, o 27,219 mln dollar tövsiyə edib. Bu, təklif etdikləri rəqəmdən 12,8 milyon dollar azdır. 

  Bu məbləğə daha əvvəl təsdiqlənmiş narkotik qaçaqmalçılığı ilə mübarizə və hüquq-mühafizə sisteminin inkişafına ayrılan 2,824, səhiyyəyə dair qlobal proqramların gerçəkləşməsinə ayrılan 2,5 mln dolları əlavə etdikdə Ermənistana ayrılan yardımın məbləği 19 faiz azalmış olur.



Kəmalə Məmmədova

Hiç yorum yok: