Məşhur rejissor bununla bağlı ermənilərlə danışıqlara start verib
Oskar mükafatı laureatı, məşhur rejissor Stiven Spilberq qondarma erməni soyqırımı haqqında film çəkə bilər. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, rejissor bunun üçün Erməni Beynəlxalq Kino Mərkəzinin nümayəndələri ilə danışıqlara başlayıb.
Ermənilər 1915-ci ildə baş verdiyi iddia edilən qondarma soyqırım haqqında filmi 2015-ci ilədək ekranlara çıxarmaq fikrindədirlər. Xatırıladaq ki, rejissor Stiven Spilberq dünyaca məşhur “Şindlerin siyahısı” filmi ilə tanınıb. Onun lentə aldığı film “bütün dövrlərin ən yaxşı filmləri” sırasında yer alıb. Prakatdan 300 milyon dollar gəlir əldə edən film Oskar, Qızıl Qlobus, BAFTA və Qremmi kimi mükafatlara sahib çıxıb.
Azad Əliyev

Hiç yorum yok:
Yorum Gönder