Atam İrşad Kərbəlayi Mikayıl Məhəmməd oğlu Əliyev Ağdamın, Qarabağın sayılıb - seçilən ağsaqqallarından biri idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə min rəhmət oxuması səbəbsiz deyil. Qoy patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlardaydı. Böyüyə, ata - anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi.
Daha çox... www.realistadilaz.blogcu.com
Daha çox... www.realistadilaz.blogcu.com
1 yorum:
Qarabağı müharibəyə sürüklədilər. Bu müharibə, erməni daşnaqlarının əsassız torpaq iddiaları bizə dərd - kədər, ölüm - itim, məhrumiyyətlər gətirdi. Öz yurdumuzda qaçqına, köçkünə döndük. Yox, bu "qaçqın", "köçkün" ifadələri ürəyimizdəkilərin mində birini əks etdirmir. Qarabağlıları respublikanın bütün şəhər və kəndlərinə səpələdilər. Onların genefondunu pozdular. Müsibət müsibət dalınca gəldi. Vicdanlı, namuslu insanların bu təhqirlərə tab gətirəni də oldu, gətirməyəni də. Atam dözmədi. Onu könüllü döyüşə atılmış qəhrəman oğullarımızın ruhlarının harayı, anaların ah - naləsi, qız - gəlinlərin fəryadı yandırdı. Yurd, əzizlərinin uyuduğu qəbiristanlıq və yerlə - yeksan edilən ev - eşik həsrətilə İrşad Məhəmməd oğlu Əliyev dünyasını dəyişdi. Allah rəhmət eləsin. Amin...
Yorum Gönder