Translate

24 Mart 2017 Cuma

“ƏSGƏRLƏRİNİZİ ÇƏKİN, HÜCUM EDƏCƏYİK”

ANKARADAN MOSKVAYA 4 TƏLƏB
24 Mart 2017 / 17:45



Rusiyanın nəzarətində olan Suriyanın Afrin bölgəsindən açılan snayper atəşi nəticəsində Türkiyənin Hatay bölgəsinin Rehyanlı vilayətində əsgər Hüseyn Köroçun ölümündən sonra Ankara-Moskva arasında münasibətlər gərginləşib.

Türk əsgəri PKK-nın Suriya qolu olan PYD tərəfindən şəhid edilib.

Bu hadisəyə görə, Rusiyanın Türkiyədəki hərbi ataşesi Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə Rusiyanın qarşısında 4 məsələ qaldırıb:

1. Anlaşmaya görə, Afrin bölgəsi Rusiyanın nəzarətindədir. PYD-nin orada nə işi var? Snayperlə türk əsgərini necə şəhid edə bilirlər?

2. Rus əsgərlərini Afrindən çıxardın. Türkiyə təhdid olacağı təqdirdə, bölgəyə hücum edəcək. Rus əsgərləri hansı məqsədlə oraya yerləşdirilib?

3. Bölgədə Türkiyəyə qarşı hansısa hücum olsa, daha sərt şəkildə müdaxilə ediləcək. Bu məsələdə məsuliyyət Rusiyanın üzərindədir.

4. Baş verənlərlə bağlı Türkiyə məlumatlandırılmalıdır.


Asif,
Publika.az

Hiç yorum yok: