12.03.2017 / 12-00
Rafiq Turabxanoğlu
Son vaxtlar internet üzərindən, bir çox həyati məsələlərə, açıq şəkildə izahlar verməyə çalışdım. Mən hər zaman belə izahlara, cəmiyyətin ehtiyacı var dedikdə, alternativ fikir həmkarlarım, inandırmağa çalışırdılar ki, dünya sivilizasiyasından uzaq olan toplumlarda, belə müzakirələr stress yarada bilər.
İnternet əsrində, toplum arasında belə bir stresin ola biləcəyinə, mənim münasıbətim hər zaman mənfi olub. Odur ki işə başladım və izah etdim ki, dünyada mədəniyyət deyilən anlayışın fundamental əsası, insan toplumu və bu toplumun gündəlik təlabatını ödəmək prinsipləri əsasında yaranıb və inkişaf edir. Burada prinsipial cəhət odur ki, insan gündəlik təlabatını ödəmək üçün, daha sivil formalar kəşf edib onu cəmiyyətə tətbiq edə bilsin.
Tarixi mahiyyətinə görə dünya əhəmiyyətli əsər sayılan, Kitabi Dəddəm Qorqud məhz bu prinsiplərin, Türk xalqlarına anladılmasına xidmət etmiş və edir də. Mübaliğəsiz şəkildə deyim ki, mənə görə bu kitab, dünyada tanış olduğum bütün müqəddəs kitablardan öndə getməyə layiq olan bir mənbədir. Bu kitabda çox məntiqli şəkildə izah olunur ki, dünyada və o cümlədən də Türk xalqlarında insan toplumu, yaranışdan bu günə, Yağmalama mədəniyyəti adında bir darvanış formasını, öz gündəlik həyatına daxil edib və onu yaşadır ki, öz yaşamını təmin edə bilsin. Təbii ki, bu mədəniyyət tarixi inkişafın tələblərinə uyğun olaraq, hər zaman təkmilləşərək, böyük bir sənət aləmini və mübaliğəsiz deyərdim ki, incə sənət dünyasını gündəlik həyatımıza gətirib. Amma unutmaq olmaz ki, Yağmalama mədəniyyətinin, başlıca vəzifəsi insan toplumu ilə bu toplumun gündəlik təlabatının tənzimlənməsinin zaman üçün ən sivil formasını tapmağa, onu cəmiyyətə tətbiq etməyə aitdir. Təbii ki, Yağmalama mədəniyyətinin çatışmayan cəhətləri çoxdur və zamanla bağlı üzərində formaca müxtəlif təkmilləşmə məqsədli dəyişikliklər aparılıb. Odur ki, dünyanın sahib olduğu bu günkü Yağmalama mədəniyyəti, hətta bizim eranın onuncu əsrində mövcud olan, Yağmalama mədəniyyətimizdən formaca köklü şəkildə fərqlidir. Dünya sivilizasiyası, Yağmalama mədəniyyətinin məqsədinə xidmət edəcək daha bir mədəniyyət formasını da gündəmə gətirərək onun adına İstehsal mədəniyyəti, deyərək inkişafına nail olubdur. Bu mədəniyyət ən çox ikinci dünya muharibəsindən sonra gündəmə gətirilərək, əsasən qərb dövlətlərinin əsas prinsipinə çevrildi. Odur ki, qərb dünyası bu yolda bu gün çox böyük nailiyyətlərə sahib olubdur. Bu gün istehsal mədəniyyətinin nailiyyətləri, dünyanın insan cəmiyyətlərinə tədriclə tətbiq olunmaqdadır.
Xüsusi olaraq qeyd edim ki, mövcud problemin bu baxış bucağında anlaşılması ona görə vacibdir ki, bu gün sosial setdə, mübahisə mövzusu olan, bir çox beynəlxalq əhəmiyyətli məsələlərdən millət, xalq, dövlət, hökumət, demokratiya, avtokratiya, din, dini cəryanlar, ictimai təşkilatlar, siyasi partiyalar və bir çox buna bənzər anlayışlar, hər birimizin düşüncəsində öz fundamental həllini tapar.
Rafiq Turabxanoğlu.
hungar.net

Hiç yorum yok:
Yorum Gönder