28/07/2016 - 12:09
“Türkiyədən sonra ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub”
“Fətullah Gülən hərəkatı uzaqdan kifayət qədər məsum görünən, xüsusilə Türkiyəmizin, Azərbaycan kimi bizimlə qardaş olan millətimizin ən həssas nöqtələrini özü üçün sui-istifadə vasitəsinə çevirən bir hərəkatdır.
Birincisi, inancdan istifadə edərlər. Gülən hərəkatı özünü “mühafizəkar, inanclı” bir hərəkat kimi təqdim edir. Bizim millətimiz onsuz da inanclı bir millət olduğu üçün həmin bu həssas nöqtəni özləri üçün sui-istifadə vasitəsi halına gətiriblər.
İkincisi, millətimizin digər həssas nöqtələrindən biri yardıma, xeyir işlərinə möhtac olan şəxslərə dəstək verməkdir. Gülən hərəkatı bu mənada özünü fəal, konstruktiv işlər görən təşkilat kimi aparmağa çalışır. Görünüşdə, çevrəsinə qarşı həssas davranır, təhsilə önəm verir. Bunlar həm Türkiyədə, həm xaricdə getdikləri yerlərdə bu sözdə məsumanə kimliyi ortaya qoyurlar.
Bizim çox fəxr etdiyimiz özəllikləri öz özəllikləri kimi təqdim edirlər. Guya ki, mədəniyyətlərarası dialoqa çox önəm verirlər. Getdikləri yerlərdə məktəblər açırlar, bacarıqlı uşaqları həmin məktəblərə gətirib, təqaüdlə oxutdururlar. Orada təhsil alanlar bəlli maarifləndirmədən keçir və o məktəbləri bitirdikdən sonra dövlət idarəçiliyində mühüm vəzifələrə gəlirlər. Bununla yanaşı, biznes fəaliyyətləri də mövcuddur. Bu təşkilat üzvləri getdikləri ölkələrdə lokallaşırlar. Beləcə, iqtisadi qazanc və bu fəaliyyətləri dəstəkləyəcək maliyyə imkanları qazanaraq özünü təmin edən çarx halına gəlirlər”.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun APA-ya müsahibəsində deyib.
Səfir “Gülənçilərin” Azərbaycandakı gücü və imkanları barədə sualı cavablandırarkən bildirib ki, onların ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub: “Dindən, insanların vicdanından sui-istifadə edərək, robotlaşmış fərdlər yetişdirərək dövləti ələ keçirmək təşəbbüsü göstərən təşkilatdan söhbət gedir. Təkcə Türkiyədə deyil, 140-dan çox ölkədə fəaliyyət göstərən terror təşkilatından danışırıq. Bunların Türkiyədən sonra ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub. Dil yaxınlığı, qardaşlıq hissiyyatı və s. amillərlə əlaqədar bu coğrafiyanı ilk gediləcək yer olaraq görüblər. Dolayısı ilə, Türkiyənin başına gələnlərlə heç bir dövlətin, millətin, demokratiyanın qarşılaşmamasını istəyirik. Türkiyədə təəssüf ki, Silahlı Qüvvələrin keçmişdən gələn “uğurlu” çevrilişləri olub…”.
Səfir qeyd edib ki, Azərbaycanla “Gülənçilərin” buradakı təşkilatlanması ilə bağlı məlumat mübadiləsi aparırlar. “Hər ölkə kimi, şübhəsiz, Azərbaycanımız da özü üçün lazımi nəticələri çıxaracaq”, – deyə Alper Coşkun bildirib.
Türkiyənin Azərbaycandakı səfirinin “bunların Türkiyədən sonra ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub” fikrinin ardınca “Türkiyənin başına gələnlərlə heç bir dövlətin, millətin, demokratiyanın qarşılaşmamasını istəyirik ” sözlərini rəsmi Bakıya xəbərdarlıq kimi izah etmək olar. Bununla səfir bir qədər örtülü şəkildə “Gülənçilər”in Azərbaycanda güclü olduqlarına işarə vurub.
Eyni zamanda onların özlərini yüksək dəyərlərə, yerli halkimiyyətlərin önəm verdiyi xüsusiyətlərə malik insanlar kimi göstərərək, gizli yollarla dövləti ələ keşirməkdə mahir olduğunu bildirərərək, Bakının təhlükəni göründüyündən daha ciddi qəbul etməsini zəruriliyinə işarə vurub.
Səfirin son fikirləri isə Türkiyənin rəsmi Bakıdan Azərbaycanını dövlət qurumlarındakı “Gülənçilər”in təmizləməsini gözlədiyini göstərir.
AZPOLİTİKA.İNFO & VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok:
Yorum Gönder