Translate

11 Mayıs 2016 Çarşamba

ATATÜRKƏ QARŞI TƏBLİĞAT APARANLARA ŞİRMƏMMƏD HÜSEYNOVDAN SƏRT CAVAB


«Atatürkün Azərbaycanı satdığı ilə bağlı fikrin tarixi reallıqla heç bir əlaqəsi yoxdur»


Turqut Ər : «Azərbaycanda Atatürk əleyhinə aparılan təbliğatın məqsədi Azərbaycanla Türkiyənin arasını vurmaqdır»

Son zamanlar bəzi saytların, qəzetlərin, telekanalların anti-Türkiyə təbliğatı aparması təsadüfi qiymətləndirilmir. Ekspertlərin fikrincə, burada konkret məqsəd var. O da Türkiyə ilə Azərbaycanın əlaqələrinə xələl gətirməkdir.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri, “Azadlıqdan Tiranlığa” kitabının müəllifi Turqut Ər də Azərbaycanda antitürk təbliğatının getməsindən narahatdır. Sabiq diplomat qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanda xüsusən də bir neçə tezis, tarixi həqiqətləri təhrif etməklə Türkiyə, Atatürk əleyhinə təbliğat vasitəsinə çevrilib: “Azərbaycan azadlığa qovuşduqdan sonra Türkiyə ilə qardaşlıq əlaqələri sıxlaşdıqca, Rusiyadan Bakının əlaqələri soyuduqca, Azərbaycanda Türkiyəyə qarşı iddialar baş qaldırmağa başladı. Burada əsas kimi Atatürklə Rusiya arasında imzalanan sazişlər göstərilir. Nəticədə bəziləri “iynəylə gor qazmağa başladılar” və bununla Azərbaycanla Türkiyənin arası vurulmağa çalışılır. Bir müddətdir təbliğat gedir ki, Atatürk Azərbaycanı Leninə satıb. Guya ruslar Atatürkə pul verib, istiqlal müharibəsinə maliyyə dəstəyi edib, bunun qarşılığında da Atatürk Qırmızı Ordunun Azərbaycanı işğal etməsinə göz yumub”.



T.Ərin fikrincə, bu tezisləri hər il gündəmə gətirənlər Azərbaycanda və Qafqazdakı kommunizmi hələ də beynindən, ürəyindən, qanından təmizləməmiş olanlardır. T.Ərin sözlərinə görə, Türkiyə ilə Azərbaycanın qurduğu və daha da inkişaf edəcək güclü birliyi zərbə vurmaq istəyənlərdir. T.Ər ortaya atılan bu kimi iddiaların heç birinin həqiqəti əks etdirmdəyini, dəfələrlə təkzib olunsa da, yenə bilərəkdən gündəmə gətirildiyini söyləyib.

Araşdırmaçı Şirməmməd Hüseynov bildirdi ki, Atatürk əleyhinə səslənən və tarixi reallıqla heç bir əlaqəsi olmayan ittihamlara cavab verməyə dəyməz: “Atatürk əleyhinə fikir səsləndirənlər Jirinovskinin yolunu gedirlər. Onlar istəyirlər ki, səslənən fikirlər mediada dərc olunsun və onlar populyarlıq əldə etsinlər. Tarix yanlış təbliğ olunur. Tarixin yiyəsi yoxdur. Tarixin yiyəsi olsa o düzgün təbliğ olunar və orta məktəblərdə də düzgün keçilər. Və bu cür siyasətin də nəticəsində heç kimi ağlına gəlməz ki, desin ki, Atatürk Azərbaycanı satıb. Bu sarsaq bir fikirdir. Bu fikrin tarixi reallıqla heç bir əlaqəsi yoxdur”.

AZADLİG.İNFO & VƏTƏNSEVƏRLƏR 

Hiç yorum yok: