Translate

31 Ekim 2013 Perşembe

FƏRHAD ƏLİZADƏNİN TƏBRİKİ



ATAMA ÜRƏYİMDƏ BƏSLƏDİYİM SÖZLƏRİM

Azərbaycan Respublikasının tanınmış jurnalisti, millətimizin dəyərli övladı, əsilli-köklü, orijinal və təvazökar insanı, Böyük Türk Dünyasına hizmətlər yapmaqdan zövq alan vətənpərvər insan Adil İrşadoğlunun     (Əliyevin) 1 noyabr 2013-cü il tarixində 60 yaşı tamam olur.

Canım Ata, səni ailəmiz adından doğum günün münasibətilə təbrik edirəm. Gördüyümə, bildiyimə, oxuduğuma və eşitdiyimə görə sən çox cəfakeşsən. Kamil və mükəmməl bir insansan. Olduğun kimi görünən insansan. Etdiyin yaxşılıqların qarşılığını gözləməyən insansan. Sadəsən. Sadəlövh deyilsən. Xeyirxahsan. Düşmənə qarşı barışmazsan.

Əziz Ata, sən həm də xalqın əsil oğlusan. Hər bir addımında, hər bir əməlində xalqını düşünərək hərəkət etmisən və edirsən. Dövlətimizə sadiqsən. Müstəqillik sənin üçün hər şeydən əzizdir. Səni həmişə müstəqil və əziz olasan. Sən bu xalq üçün nələri etməmisən... Bacardığını, əlindən gələni əsirgəməmisən. Çox təəssüf ki, bu vaxtadək çəkdiyin əziyyətin dövlət səviyyəsində qarşılığını görməmisən. Erməni separatizmi Qarabağda və Azərbaycanın digər sərhəd bölgələrində baş qaldırıb təxribatlar törətdiyi, müstəqilliyimizə zərbələr vurduğu illərdə sən bu xain qonşuya – erməni daşnaqlarına qarşı dəyərli əks təbliğat işi görmüsən və indi də görürsən. Birinci Qarabağ müharibəsi illərində ailənin yanında isti yorğan – döşəkdə yatmağı yox, cəbhəni, bu gün şəhidlik zirvəsinə ucalmış insanların yanında olmağı üstün tutmusan və həyatını təhlükəyə ataraq səngərlərdən geri çəkilməmisən. Kişi adamsan. Qeyrətinə qurban olum.

Hörmətli Ata, sən o qədər Vətən, Millət xəstəsisən ki, onların naminə ailənin, qohum - əqrabanın, əzizlərinin mənafeyini unutmaqdan belə çəkinmirsən. Sənin üçün Vətənin, Millətin mənafeyi hər şeydən üstündür.

Bütün bunlara görə, səni çox sevirəm mənim sevimli atam. Ailəmizin sənsiz bir günü olmasın. Sənə birinci növbədə can sağlığı, uzun və mənalı ömür arzulayıram. Hər şeyə görə çox sağ ol bizim qiymətli atamız. Bütün arzularına sağ ikən çatasan. Allah sənə yar olsun.
60 YAŞIN MÜBARƏK !


Hörmətlə, Fərhad Adiloğlu ( Əlizadə )
31.10.2013.


Hiç yorum yok: