Həqiqətən Azərbaycan mətbuatının şərəfli tarixinin bir parçası olmaq qürurvericidir. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis olunmuş ali mükafata layiq görülən həmkarlarımı, xalqımızın dərd-sərindən yazan, Qarabağ gerçəkliklərini dünyaya yayan, səngərlərdən reportajlar hazırlayan, döyüş vaxtı əsgərlərimizin yanında olan, qazilərimizin, şəhid analarımızın problemlərindən yazan, onlara dəstək olan jurnalistlərimizi təbrik edirəm. Bir daha Medianın İnkişafı Agentliyinə, Əhməd İsmayılov'a və Mətbuat Şurasına, Rəşad Məcid'ə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Adil İrşadoğlu (Əliyev)
24.12.2025. / 20-15.

Hiç yorum yok:
Yorum Gönder