İFA EDİRLƏR :
Alim Qasımov, Elnarə Abdullayeva, Güllü Muradova,
Səbuhi İbayev, Ehtiram Hüseynov...
Qarabağ şikəstəsi Azərbaycan xanəndəlik sənətində iki şikəstədən biridir.
O biri şikəstə isə Kəsmə şikəstədir. Qarabağ şikəstəsi 19-cu əsrdə zərbi muğam kimi təşəkkül tapmışdır. Şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır.
Şikəstənin Qarabağ və Kəsmə şikəstəsi növləri xanəndələrimiz tərəfindən tez-tez oxunur. Hər iki şikəstədə sevgi və məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var. Məhz bu xüsusiyyətinə görə onların musiqisində həzinlik var. Qarabağ şikəstəsinin sözləri xalqdan alınmışdır. Qarabağ şikəstəsinin mətnini bayatılar təşkil edir.
Cəngi isə Azərbaycanın milli rəqsidir. "Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi" nin yaranma tarixi çox qədimdir. "Cəngi" xarakter cəhətdən eyni olan "Qaytağı", "Halay" kimi musiqi əsərləri qrupundandır.
& VƏTƏNSEVƏRLƏR
Hiç yorum yok:
Yorum Gönder