XX əsrin Nostradamusu hesab edilən və əsil adı Vangeliya Pandeva olan məşhur öncəgörən kor Vanqanın gələcək haqqında bəzi proqnozları gerçəkləşən zaman bütün dünyanın təəccübünə səbəb olub.
1911-ci ildə əslən Makedoniyaya məxsus topraqlarda anadan olan, 16 yaşında ildırım çarpmasından sonra görmə qabiliyyətini itirən və o vaxtdan da başlayaraq dünyada baş verəcək gələcək hadisələr barəsində proqnozlar verən Vanqa çox keçmir ki, bütün dünyanın diqqət mərkəzinə çevrilir. Hələ sağ ikən gələcək haqqında proqnozları bolqar hökuməti tərəfindən qeyd olunaraq qorunub saxlanılır.
Artıq o proqnozlardan bir çoxu öz təsdiqini tapıb. Belə ki, Hitlerin tez-tez ziyarət etdiyi, SSRİ gizli kəşfiyyatının yararlandığı Vanqanın proqnozları arasında SSRİ-nin çöküşü, Şahzadə Diananın ölümü, Qandinin ölümü, 11 sentyabr hadisələri, Barak Obamanın prezident seçilməsi kimi hadisələr öz təsdiqini tapıb.
Bu gün də qorunub saxlanılan proqnozlardan 2015-ci ildən sonrakı bəşəriyyət üçün çox sensasion qeydlər var. Modern.az xarici mediaya istinad edərək həmin proqnozlardan bir neçəsini təqdim edir:
2016-cı ildə Avropanın nüfuzu getdikcə azalacaq;
2018-ci ildə Çin dünyanın yeni gücünə çevriləcək;
2023-cü ildə Yerin orbiti xəfifcə dəyişəcək;
2025-ci ildə Avropa yenə də insanların məskunlaşmaq istədiyi yer olacaq;
2028-ci ildə yeni enerji qaynaqları kəşf ediləcək. İnsanların sərbəst şəkildə kosmosa hərəkəti sürətlənəcək;
2033-cü ildə qütb buzları əriyəcək və dünya okeanının səviyyəsi yüksələcək;
2043-cü ildə müsəlman bir dövlət yenidən dünyanın tək lideri olacaq;
2046-cı ildə süni orqanlar çıxarılacaq, yeni göz əməliyyatları üsulu kəşf ediləcək, orqanların dəyişilmə hadisələri artacaq;
2066-cı ildə müsəlmanların əlində olan Romaya hücumlar ediləcək. ABŞ bunun üçün xüsusi iqlim dəyişikliyi yaradan silahlar kəşf edəcək;
2076-cı ildə bütün dünyada kommunizm hakim olacaq;
2086-cı ildə təbiətin yenidən canlanması baş verəcək; dünya yaranan zaman baş verən təbiət hadisələri yenidən təkrarlanacaq. Təbiət yenidən əvvəlki vaxtını xatırladacaq;
2088-ci ildə elə bir xəstəlik gələcək ki, insanlar saniyələr içində qocalacaq;
2091-ci ildə həmin xəstəliyin müalicəsi tapılacaq;
2100-cü ildə insanların hazırladığı süni Günəş dünyanın qaranlıq tərəfini də işıqlandıracaq;
2125-ci il Macarıstan kosmosdan siqnal alacaq və insanlar yenidən Vanqanı xatırlayacaq;
Yadplanetlilərin məsləhəti ilə su altından yeni koloniyalar salınacaq;
2154-cü ildə heyvanlarda yarı insanlaşma baş verəcək. Onların bəziləri görkəminə görə insanları xatırladacaq;
2167-ci ildə yeni bir din ortaya çıxacaq;
2170-ci ildə böyük quraqlıq baş verəcək.
Hiç yorum yok:
Yorum Gönder