Gürcüstan tarixçisi, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya Axar.az-ın suallarını cavablandırır.
- Məlum olduğu kimi, 29 may 1918-ci ildə Milli Şuranın qərarı ilə Azərbaycan Demokratik Respublikası (ADR) İrəvan və digər ərazilərin ermənilərə verilməsi ilə bağlı saziş imzalamışdı. Hazırda isə Azərbaycan Parlamenti həmin sazişin ləğv edilməsi ilə bağlı qərar verməyə hazırlaşır. Sizcə, bu, hazırki vəziyyətdə nə qədər real görünür?
- Beynəlxalq müqavilələrin hüququ ümumi beynəlxalq hüququn tərkib hissəsi olub, müqavilələrin bağlanması və xitamı da beynəlxalq hüququn digər subyektləri arasında münasibətləri tənzimləyən qaydalarla müəyyən edilir. Bağlanməş hər hansı beynəlxalq müqavilədən bir tərəf imtina edərsə, həmin müqavilə öz hüquqi qüvvəsini itirmiş olur. Həqiqətlə ayaqlaşmayan beynəlxalq müqavilələrin ləğv olunması qanunla tənzimlənir. Eyni zamanda, həmin müqavilə bir qurup dövləti vaxtıyla təmsil edən sələflər tərəfindən bağlanarsa və ya müqavilə bağlamış tərəf həmin müqavilənin şərtlərini bilərəkdən pozarsa, o müqavilə etibarsız sayılır. 29 may 1918-ci ildə bağlanmış müqaviləyə əsasən, erməni tərəfinin azərbaycanlılara qarşı hər hansı kütləvi etiraz və hücumların olmamasına dair söz verib.
Ermənilərin götürdüyü bu öhdəliklər 4 iyun 1918-ci ildə bağlanmış Batumi sülh müqaviləsində də öz əksini tapıb. Lakin erməni hakimiyyətinin Tiflisdən İrəvana köçürülməsinə baxmayaraq, ermənilər söz verdikləri kimi yeni və xoş niyyətli erməni hökumətini qurmaq niyyətində deyildilər. Ermənilərin yeni paytaxtları olan İrəvanda çoxluq təşkil edən azərbaycanlılar onların yad bir yerdə əsaslı erməni hakimiyyətini qurmaq və yerləşmək niyyətlərinə mane olurdu. Buna görə də erməni dövlətinin formalaşdırmaqdan dolayı həmin ərazilərdə azərbaycanlıların təmizlənməsinə başladılar. Nəticə etibarilə bu da faktiki olaraq, İrəvanda azərbaycanlıların soyqrımına gətirib çıxardı. Daha sonra azərbaycanlıların təmizlənməsi planını ermənilər digər bölgələrdə də aparmağa başladılar. Ermənilər tərəfindən Dağlıq Qarabağda, Quba rayonunda kütləvi halda qadınlar, qocalar, uşaqlar amansızlıqla qətlə yetirilmişdir. Bütün bunlar ümumiyyətlə azərbaycanlıların izinin yox edilməsinə hesablanmış plan idi. Ona görə də bu gün əminliklə deyə bilərik ki, İrəvanın 1918-ci ildə Ermənistana verilməsi ilə bağlı müqavilə öz əhəmiyyətini itirib. Qeyd edim ki, Azərbaycan Demokratik Respublikası sadəlövcəsinə ermənilərin öz səhvlərini başa düşəcəklərinə inanırdı. Lakin müəyyən müddətdən sonra Cənubi Qafqazın ərazisi Rusiya imperiyasının tərkibinə keçdi. Sovet dönəmindəki tarixdə bütün bu faktlar işıqlandırılmırdı. Çünki israrla xalqların dostluğu haqqında moizələr oxunurdu. Yeni nəsil isə Azərbaycan xalqının bu cür faciəvi illər yaşadığı haqqında məlumatsızdır. Sovet dönəmində və ondan sonra da erməni tərəfi yenə də öz ənənəvi separatçı siyasətini yürütməyə başladı. Nəticədə də Azərbaycanın 20% ərazisi ermənilər tərəfindən işğal edildi.
Lakin bu gün Azərbaycan olduqca güclü orduya malikdir. Ona görə də bu gün Azərbaycanın Qərb və Şərq kimi geosiyasi qüvvələrdən nə siyasi, nə də iqtisadi asılacağı var. Bu gün Azərbaycan regionda olduqca möhkəm siyasi və hərbi gücə malik bir dövlətdir. Heç şübhə yox ki, bütün bu sadalanan amillər Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsinə hesablanıb. Məhz bu nöqteyi-nəzərdən, bu gün Azərbaycan cəmiyyətində 29 may 1918-ci ildə bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı məsələ gündəmə gəlib. Hesab edirəm ki, bu, heç kəs üçün təəccüb doğurmamalıdır. Çünki Azərbaycan Silahlı Qüvvələri istənilən an nəinki Dağlıq Qarabağı azad etməyə, həmçinin İrəvanı da geri almağa qadirdir.
- Necə düşünürsüz, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və Rusiyanın bir dövlət kimi zəifləməsi Gürcüstanın öz torpaqlarını geri qaytara bilməsi üçün ümid yeri ola bilərmi?
- Beynəlxalq münasibətlərin əsas prinsipləri arasında uyğunsuzluqlar suverenlik doktrinası tərəfindən təsbit olunmuş məhdudiyyətlər təcrübəsidir. Çünki beynəlxalq aləmdə heç bir dövlət nə siyasi, nə də hüquqi geosiyasi təcavüzdən sığortalanmayıb və mövcud dünya nizamının qanunilik mümkünlüyü, ciddi təhlükə mərkəzləri göstərir ki, bu cür qanunlar formal xarakter daşıyır. Ona görə də BMT bu gün bir təşkilat olaraq əvvəl onun yaradıcısına, daha sonra işçilərinə xidmət edir. Beynəlxalq ictimaiyyət heç nə etmədən Rusiyanın istədiyi kimi Ukraynada “addımlamasına” seyrçi qala bilməzdi. Ona görə də hesab edirəm ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ədalətlidir. Amma Rusiya bu sanksiyalarla zəifləməyəcək. Bu, sadəcə, Rusiya xalqına zərər vuracaq. Gürcüstanın ərazi bütövlüyünü təmin etməsi ilə bağlı fürsətə gəlincə isə, hesab edirəm ki, bunu zaman göstərməlidir. Düşünürəm ki, Rusiyada hakimiyyətə əsl rus gələrsə, o zaman onlar gürcü xalqından üzr diləyəcək və o torpaqları tərk edəcəklər. Amma dünyada hər şey ikili rol oynayır. Ona görə də digər variant daha var. Bu da məsələnin müharibə yolu ilə həllidir. Bu yolla Abxaziya və Sixinvalini iki saata azad etmək mümkündür. Lakin qeyd etməliyəm ki, biz artıq 20 il yatmışıq. Bu neçə illər ərzində Gürcüstan öz ordusunu möhkəmlətmək əvəzinə, “NATO-ya və ya Avropa İttifaqına daxil oluruq” kimi sözdə vədlər verərək xalqı gic yerinə qoymaqla məşqul olub. Amma əslində, bütün bu torpaqların işğalı Gürcüstanın həmin təşkilatlara üzv ola bilməməsindən irəli gəlir.
- Deyilənə görə, Gürcüstan mövcud vəziyyətdən istifadə edib Rusiyanı Qara dənizdə nəhəng enerji layihəsinə cəlb etək niyyətindədir. Necə düşünürsüz, Gürcüstanın Avrasiya İttifaqına üzvlükdən rəsmən imtina etməsini nəzərə alsaq, Rusiyanın bu təklifi dəyərləndirməsi nə qədər real görünür?
- Bəli, söhbət Supsadakı neftemaledici zavoddan və neft-kimya kompleksindən gedir. Rusiya geoiqtisadi layihələrdən heç vaxt imtina etməyib. Əksinə, o bu layihələrə qoşulmaq üçün mübarizə aparır. Bundan əlavə, əminəm ki, sözü gedən layihənin realizə olunmasında həmçinin Azərbaycan da iştirak edəcək və bildiyim qədəriylə, bu layihəyə bir çox Avropa şirkətləri də qoşulmaqda maraqlıdır.
- Abxaziya, Osetiya və Dağlıq Qarabağ 2014-cü ildə: Rusiyaya yaxınlaşma və münaqişələrin qızışması... Bir tarixçi kimi bu üç münaqişəni necə xaraterizə edərdiz və bunların oxşar cəhətləri hansılardır?
- Tarix bir elm kimi heç cür pravoslav Rusiyanın gürcü kəndlərini və şəhərlərini nə üçün bombardman etdiyini açıqlaya bilmir. Baxmayaraq ki, həmin çətin zamanda Türkiyə bir islam dövləti kimi Gürcüstana dəstək olmuşdu. Hələ mən heç Azərbaycanı demirəm. Lakin başqa bir elm var - olduqca soyuqqanlı şəkildə hər şeyi öz yerinə qoya bilən geosiyasət. Bütün baş verən bədbəxtliklərin səbəbi çəkişmələr. Yəni talasokratiya və tellerukratiyadır. Başqa sözlə desək, iqtisadi, hərbi, siyasi aspektlər başlıca rol oynayır. Bəzən ani bir maraq üçün, mütəmadi meydana gələn və yox olan qarşıdurmalar coğrafi faktor kimi arxa plana keçir, unudulur. O zamana qədər ki, məğlubiyyətlər və uğursuzluqlar məcburən həmin məsələyə dəfələrlə qayıtmağa sövq etmir... Bu gün beynəlxalq münasibətlərdə dominanatlıq edən əsas məsələ rəqabətdir. Dövlətlərarası rəqabət. Rusiya öz geosiyasi mübarizəsində hələ də orta əsrlərin ənənələrindən xilas ola bilməyib. 2014-ci ildə Rusiya müəyyən mənada Gürcüstan torpaqlarının anyeksiyasını qismət həyata keçirdi. Amma ötən il Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə də yadda qaldı. Əlbəttə, bu gün Amerika silahlı qüvvələrinin hərbi bazasının Gürcüstan ərazisində yerləşdiriilməsi bütün regionun təhlükəsizliyi üçün daha yaxşı variantdır. Gürcüstanın bu yöndə siyasi kursu və mövqeyi olduqca birmənalıdır. Bu fikrə Qərb tərəfindən də pozitiv baxılır. Azərbaycan bu yöndə çoxvektorlu siyasət aparır. Çünki bərabəthüquqlu və bütün geosiyasi qüvvələrlə balanslaşdırlmış siyasət yürüdür. Ona görə də hesab edirəm ki, ABŞ hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsi məsələsinə Azərbaycan da müsbət baxır. Bütün bu münaqişələrin başlıca səbəbi də elə budur ki, ABŞ-ın possovet dövlətlərinə girməsin. Bunun da bir yolu var: bu iki geosiyasi gücdən biri məğlub olmalıdır. Bu, geosiyasətin qanunlarındandır.
- Azərbaycanda yeni fəaliyyətə başlayan Beynəlxalq Media və Araşdırmalar Mərkəzi Gürcüstan KİV-ləri ilə əməkdaşlıq edərək, işğalçılığa qarşı birgə mübarizə aparmaq niyyətini açıqlayıb. Nəzərə alsaq ki, bu gün informasiya müharibəsi real müharibədən daha effektlidir, siz bu mərkəz təklifini necə qiymətləndirərdiz? Sizcə, Cənubi Qafqazda iki işğala məruz qalmış dövlətin mətbuatının əməkdaşlığı nə dərəcədə effektli ola bilər?
- Kütləvi İnformasiya Vasitələri çox yaxşı fəxri ada malikdir – “dördüncü hakimiyyət”. Gəlin razılaşaq ki, bu gün mətbuatda qarşıdurmalara səbəb olacaq proseslər yer alır. Lakin problemin həcmi çox böyükdür. Etiraf edək ki, bu gün KİV-in fəaliyyəti dövlətin milli maraqlarının realizə edilməsi üçün olduqca əhəmiyyətli bir faktordur. Əslində, KİV-in fəaliyyəti siyasi fəaliyyət qədər vacibdir və sistemli bir təşkilata ehtiyacı olan sahədir. Əslində, zənnimcə, bu mərkəz dövlətlərarası milli maraqların və dövləti maraqların vahid bir tərəzidə tənzimlənməsini realizə edir. Bu gün Azərbaycan və Gürcüstanın regionda geosiyasi tərəfdaş və oxşar ərazi bütövlüyü problemi olduğunu nəzərə alaraq iki dövlətin mətbuatının ikitərəfli əməkdaşlığı alqışlanmalıdır. Hesab edirəm ki, bu, iki dövlət arasındakı əlaqələrin daha da inkişafına xidmət edəcək çox xeyirli addım olacaq. Siyasi hadisələrin təhlili göstərir ki, sözügedən əməkdaşlıq lap yerinə düşüb. Əlbəttə, bu əməkdaşlığı daha əvvəl də başlamaq olardı. Amma hesab edirəm ki, bu əməkdaşlığı daha gec olmadan dəyərləndirmək lazımdır. Bu mərkəz ümumiyyətlə mətbuatı tənzimləyən güc olmalıdır.
Hiç yorum yok:
Yorum Gönder