Translate

17 Ekim 2013 Perşembe

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 22 illiyini qeyd edir


Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 22 il ötür.

Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.

18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir, lakin qeyri-iş günü sayılmır. 

RUSİYADAN QORXUNC MESAJ...


Geri çəkilmək Azərbaycana müstəqilliyi bahasına başa gələ bilər

Ortalıq toz-dumandır. Cənubi Qafqaz uğrunda amansız savaş  gedir. Savaşanlar regiona sahiblənmək istəyən dünya nəhəngləridir. Ancaq bu savaşın zərbələri bölgənin balaca dövlətlərinə dəyir. Çünki nəhənglər birbaşa deyil, onların üzərindən savaşır. Yeni və artıq deyəsən, həlledici mərhələdir. Qalib gələn Cənubi Qafqazda daha rahat nəfəs alacaq.

Hər superdövlətin öz savaş yöntəmi var. ABŞ və  Qərb rəqibinin üzərinə gedərkən, qullanmaq istədiyi balaca dövləti siyasi faktorlarla sıxışdırır. Rusiya isə daha qəddardır. Və Kreml üçün oyun qaydaları yoxdur. Hədəfləri naminə qarşısına çıxan hər kəsi və hər şeyi əzib keçməyə hazırdır.

Son Moskva olaylarında bunu açıq-aşkar müşahidə etdik. Əlbəttə, əli cinayətə bulaşmış kimisə müdafiə etmək niyyətimiz yoxdur. Əgər, kimsə cinayət törədibsə, cəzasını da çəkməlidir.

Ancaq baş verənlər o qədər qəddar və qorxunc xarakter daşıyır ki, olayın reallıqla əlaqəsinə də şübhə etmək məcburiyyəti yaranır. Olayın Rusiya və MDB ictimaiyyətinə təqdimat yöntəmi isə hadisənin əvvəlcədən planlaşdırılmış ola biləcəyi ehtimalına haqq qazandırır. 

Birincisi, suçlu kimi təqdim edilən azərbaycanlının həmin cinayəti törətməsini sübut edən dəlillər hələlik ortada yoxdur. Halbuki “günahsızlıq prezumpsiyası” deyilən bir anlayış da var. Və günahı sübuta yetirilmədən, məhkəmənin hökmü olmadan kimisə cinayətkar elan etmək yolverilməzdir. Rusiya və Azərbaycanın hüquq müdafiə təşkilatları bu məsələyə reaksiya verməməklə “sinifdə qaldılar”.

İkincisi, adamın üzərində böyük bir qorxu dalğası yaradılıb. Və özünün etiraflarının olduğu bildirilir. Bu qədər basqı qarşısında adamın istənilən cinayəti boynuna ala biləcəyi istisna deyil. Üstəlik, onun döyüldüyü və işgəncələrə məruz qaldığı da bildirilir. Hətta bəzi Rusiya media orqanları artıq bu barədə yazmağa başlayıb.

Nəhayət, məişət zəminində baş  verdiyi şübhə doğurmayan bir cinayət olayının bu qədər şişirdilərək milli-etnik qarşıdurma səviyyəsinə qaldırılması da şübhəli məqamdır. Axı, Rusiyada hər gün yüzlərlə oxşar cinayət baş verir. Ancaq onların heç birisinə belə əcaib reaksiya verilmir. Rusiyanın daxili işlər naziri də həmin yüzlərlə cinayətin suçlularını şəxsən sorğu-sual etmir. Bu hadisənin istisna təşkil etməsi planlı prosesdən xəbər verir.

Əks halda, bu hadisə bir belə böyüdülməzdi. “Qəzəblənmiş dazbaşlar” da azərbaycanlıların işlədiyi bazara basqın etməzdilər. Çünki “dazbaşlar”ın yalnız Kremlin istədiyi vaxtlarda “qəzəbləndikləri” hər kəsə məlumdur. Deməli, Kreml planlı şəkildə bu hadisəni bir azərbaycanlının üzərinə yükləməklə, “dazbaşları qəzəbləndirib” milli-etnik toqquşmalar yaratmaqla Azərbaycana mesaj vermək niyyəti güdür.

Kremlin analoji mesajlarına əvvəllər də rast gəlinib. Ermənistan Avropaya tərəf nəzər salmaq cəsarəti göstərdiyinə görə Rusiyada cinayət törətmiş bir erməni məhkəmə salonuna qadın xalatında gətirilmişdi. Və bu, Ermənistana xəbərdarlıq mesajıydı. Kreml demək istəyirdi ki, Ermənistan onun mülkiyyətidir. Kreml istəmədikcə, rəsmi İrəvanın gözü Rusiyadan başqa heç yana baxa bilməz. Nəticədə Ermənistan artıq Gömrük İttifaqına üzvlüyünü rəsmən elan edib.

Bəli, indi Azərbaycana da mesaj verirlər. Demək istəyirlər ki, Azərbaycan da Gömrük İttifaqına və Avrasiya Birliyinə girməlidir. Əks halda, Kremlin Rusiyada girova çevirdiyi azərbaycanlılara qarşı “dazbaşların qəzəbi” soyumaz. Və azərbaycanlıların canını qurtarmaq üçün kütləvi şəkildə Azərbaycana üz tutması ölkədə siyasi-iqtisadi böhran yarada bilər.

Əsl şantaj xarakterli mesajdır. Azərbaycanın geri çəkilməsi isə fəlakətə bərabər ola bilər. Çünki Kreml məhz Azərbaycanın müstəqilliyinə əl uzadıb. Ona görə də indi çox şey rəsmi Bakının müqavimət imkanlarından asılıdır.

Elçin XALİDBƏYLİ

10 Ekim 2013 Perşembe

LOZAN ANTLAŞMASI 1923 - 2023 ve MADDELER

MÜHARİBƏLƏR NƏTİCƏSİNDƏ DÜNYANIN DƏFƏLƏRLƏ BÖLÜŞDÜRÜLMƏSİNİ GÖSTƏRƏN BU VİDEO ÇOX MARAQLIDIR. SAĞLIQLA İZLƏYİN.




&VƏTƏNSEVƏRLƏR


9 Ekim 2013 Çarşamba

RUSİYA MÜHARİBƏYƏ HAZIRLAŞIR ?



Vəfa Quluzadə: «Rusiya müharibə qorxusu olan regionda güclü görünmək istəyir»

Rusiya Xəzər və Qara dəniz ətrafı ərazilərə hücum təyinatlı hərbi texnika yerləşdirir. Eyni zamanda Cənub Hərbi Dairəsində sürətli silahlanma işləri aparılır, o cümlədən Ermənistandakı hərbi baza da yeni hərbi texnikalarla təchiz olunur.
Rusiyanın regiona silah və hərbi texnika yığmasının əsas səbəbi nə ola bilər?
Politoloq Vəfa Quluzadə burda iki məqsədin ola biləcəyini deyir. Birincisi, Ermənistan və Azərbaycanın işğal olunmuş əraziləri Iranla həmsədrdir. Rusiya da müharibə qorxusu olan regionda güclü görünmək istəyir. Çünki Suriya məsələsi təkcə bir ölkəyə aid deyil. Bu regionda Iran, Suriya, Hezbollah və Rusiya demək birgə cəbhə ilə Amerikanın əleyhinədir. ABŞ bunu çox gözəl bilir və bu səbəbdən də hərbi gəmiləri, sualtı qayığları Suriya sərhəddinə yaxınlaşıb.
Ekspert regionda Yaxın Şərqin taleyini həll edəcək böyük müharibənin olacağını deyir. Bu eyni zamanda Iranla Rusiyanın da taleyinə böyük təsiri göstərəck. Rusiya anlayır ki, Amerika qısa müddətdə Iranı, Suriyanı, Hezbullahı darmadağın etməyə qadirdir. Belə olan halda Rusiya Yaxın Şərqi tamamilə itirir. Ona görə Rusiya gələcək müharibəyə hazırlıq görərək “Isgəndər” raketlərini, güclü hərbi texnikanı, uzaq məsafəli təyyarələri regionda yerləşdirir. Yığılan bu hərbi qüvvə keçmiş sovet respublikaların əleyhinə işləməyəcək, Rusiyanın buna ehtiyacı da yoxdur. Çünki Rusiya siyasi yollarla keçmiş sovet respublikalarına təzyiq, təsir göstərə bilir.
Ekspertin sözlərinə görə, geniş müharibə olacağı təqdirdə region böyük təhlükə altında olacaq. Azərbaycan da öz sərhdlərini qorumaq üçün buna hazır olmalıdır: “Suriya, Iran və Hezbollah məsələsinin siyasi yolla həll olunacağına inanmıram. Ya ABŞ güclü antiAmerika və antiIsrail blokunun güclənməsini etiraf etməli və geri çəkilməli, ya da onlara zərbə endirməlidir. Zərbə endirməli olsa, bu böyük fəlakətlərə gətirib çıxaracaq. Bu yaxınlarda ”Nyu York Times" qəzetində belə bir pronoz dərc olunmuşdu ki, Yaxış Şərqdə 15-ə yaxın yeni balaca dövlətlərlər əmələ gələ bilər. Bununla onu nəzərdə tuturlar ki, ABŞ-ın Suriyaya zərbəsindən sonra Yaxın Şərqdə tamam başqa, yəni Amerika düzəni olacaq. Bunun Azərbaycana da böyük təhlükəsi var. Amerika Iraqı vurandan, Kosovanı müstəqil dövlət elan edəndən sonra Rusiya Gürcüstanın Abxaziya və Osetiya regionlarını işğal edib ABŞ-a cavab olaraq onları müstəqil dövlət elan etdi. Indi Amerika Yaxın Şərqdə bu əməliyyatları keçirsə, Rusiya  Ermənistanın sərhədlərini genişləndirə, Azərbaycanın bu ərazilərini Ermənistana birləşdirə və Amerikanın acığına tanıya bilər. Bu varianta indidən hazırlaşmaq və  Qarabağ məsələsini həll etməyə tələsmək lazımdır".

Fizzə

1 Ekim 2013 Salı

QRABAR QƏDİM ERMƏNİ DİLİDİRMİ ?



Məlum olduğu kimi, “erməni” etnonimi ermənilərə aid deyildir. Onlar özlərini “hay” adlandırır. Müsəlmanlar bütün xristianları – monofizitləri, onların etnik mənsubiyyətinə fikir vermədən, o cümlədən alban, hay, udin, tat monofozitləri, aysorlar və qədim suriyalıları (arameyləri) bu ad ilə çağırırdılar. Məsələn, orta əsr ərəb müəllifləri sonralar nəvəsinin doğma alban (arran) dilinin qrammatikasını yazmış alban feodalı Səhl ibn Smbatı (VIII əsr) imanına görə “erməni” adlandırırdı, paralel olaraq onun etnik mənsubiyyətini nəzərə alaraq aranlı, yəni alban deyirdi. İlk dəfə “erməni” (arman) adını qədim süryanilər istifadə edib, onlar aramlıları belə adlandırırdı. Aramlıların dövlətinin süryanı və fars adı “Armana” olub. Qədim yunanlar bu adı farslardan qəbul edib, özlərinə uyğun “Armeniya” adlandırıb. (1, səh.336) Bildiyimiz kimi semitlər – aramlıların ermənilər – haylarla heç bir əlaqəsi yoxdur. Hayların bu dövlətə kütləvi köçürülməsindən sonra ,onları da “erməni” çağırmağa başladılar. Hal-hazırda onlar bu adla qonşularımızı çağırır, özlərini isə bir çox əsrlər əvvəl olduğu kimi “hay” adlandırırlar. (2 səh.168-169) Bu gün bizim tanıdığımız “Ermənistan Respublikası” adlı dövlət tarixi Ermənistana heç bir dəxli yoxdur, ermənilər (haylar) öz dilində onu Ermənistan deyil, “Hayastan” (hayların dövləti) adlandırır.
Yuxarıda dediklərimizə Rusiya imperatorunun 11 mart 1836-cı il tarixli fərmanında “Erməni-qriqoriyan kilsəsinin patriarxı və bütün haykan (hay) xalqının katalikosu” ifadəsində hal-hazırda “erməni” (hay) və imanının adı (erməni-qriqoriyan) ilə tanınan xalqın etnik mənsubiyyəti vurğulanan faktı sübutdur. Son zamanlaradək Azərbaycan udinləri də erməni adlandırırdı, halbuki etnik mənada udinlər ermənilərə , yəni haylara aidiyyatı yoxdur. Müsəlman dağıstanlılar isə indinin özündə belə öz həmyerliləri olan udinləri öz imanlarına görə erməni adlandırırlar. Eyni hal Şamaxı ilçəsinin tat-xristianları ilə baş vermişdi, çar məmurları əhalinin siyahıya alınmasında onları ermənilərlə bərabərləşdirmişdilər.
Beləliklə, “erməni” adı təkamül edərək aramlı > monofizit (qriqoriyan) > erməni (hay) sxemi üzrə hazırki mənanı kəsb edir. Bu gün çox az adama məlumdur ki, erməni adlandırılanlar qarışıq tərkibli tayfaların konqlomeratıdır, bu isə “ermənilərin” etnik və antropoloji mənada müxtəlif olduqlarını sübut edir.
“Erməni etnosunun” formalaşmasında bütün ortaq xalqların onların genofonduna az və ya çox bərabər köməyindən başqa erməni dilinin inkişafı və formalaşmasında da mühüm rol oynamışlar. Elə bir tarixi an gəldi ki, əjdad qədim erməni dilində danışıb, amma onun atası, ulu atası ikidilli olub, ata və babasının əjdadı isə təmiz luviyalı, urart, xurit olub. (2)
Adətən, Ermənistanı monoetnik dövlət hesab edirlər. Lakin ermənilərin (hayların) mütləq ədədi üstünlüyünə baxmayaraq bu ölkədə bir çox bənzəri olmayan milli azlıqlar yaşayır. Bunlardan biri dil və mədəniyyət əlaqələrində semitlərə (aysorlar, yəhudilər), digəri isə hind-avropalılara (yunan, ruslar, ukraynalılar, kürdlər, yezidlər) məxsusdur. Milli azliqlardan başqa Ermənistanda iki unikal etnoqrafik qrup – erməni qaraçıları (boşa) və erməni-tatlar vardır. (3)
Maraqlı etnoqrafik qruplardan biri xəzəryanı fars xalqları nümayəndəsi olan “tat ermənilərdir”. “Tat” termini türk mənşəlidir. İlkin olaraq “tat” termini Azərbaycan ərazisindəki bütün farsdilli qrupların (talişlardan başqa) sosial-alçaldıcı əlaməti olub və “türk zərflərini bilməyən, türk olmayan” mənasını daşıyırdı. Onlar imanına görə üç qrupa bölünür: 1) yəhudi-tatlar; 2) müsəlman-tatlar; 3) monofizit tatlar (qriqorian kilsəsinin davamçıları). (4) Sonuncular qarabağ hadisələrinə qədər Azərbaycanın iki kəndində – Mədrəsə və Kilvarda yaşayıblar və birbaşa Qafqaz Albaniyasının hakim sülaləsi olan Mihranilər nəslindəndir.
Baxmayaraq ki, yaşlı nəsil icma daxilində parseren, yəni fars adlandırdıqları dildə danışırlar. “qriqoriyan-tatlar” və ya “erməni-tatlar” hal-hazırda monolinqvadır . Fars kökləri olan bu etnoqrafik qrup bütün etnik atributlarını itirərək əjdadlarının nadir dilini qismən qoruyub saxlamışlar. Bununla “erməni-tatlarda” bu gün erməni şüuru, adları, məişət ənənələri var. Bu qrupun formalaşması alban etno-siyasi əsasda olsa da, bu gün artıq aydındır ki, onlar tarixi şərait nəticəsində doğma dillərini itirib, tat şüurunu, alban mədəni elementini qismən qoruyub assimilyasiya olmuş alban tatlarıdır.
Qeyd etdiyimiz kimi bu qrupun əjdadları VI əsrdə İrandan qaçıb Qafqaz Albaniyasında yerləşərək xristianlığı və maştosun əlifbasını qəbul etmiş Sasanilərin qohumu Mihranilərdir. Kilsə ədəbiyyatını alban dilindən (qıpçaq-qarqar) tat dilinə tərcümə edərək türkdilli ilə bərabər tatdilli alban ədəbiyyatı yaratdılar. Məhz bunu ermənilər (haylar) qədim erməni ədəbiyyatı, yazılı irsin dilini – qrabarı isə qədim erməni dilinin ədəbiyyatı kimi təqdim edirlər.
Ermənişünasların fikrincə, qrabar və ya “klassik erməni dili” yazılı mənbələrdə qorunub saxlanmış və güya ki, ilk abidələri b. e. V əsrinə aid olan erməni dilinin “qədim formasıdır”. Xüsusilə vikipediyada deyilir ki, “qrabar XİX əsrin əvvəllinə qədər (orta erməni dili ilə bərabər) Xaçatur Abovyanın aşxarabar (hərfi mənada “dünyəvi”) adlanan müasir danışıq dilində (5) yazdığı ədəbi əsərdə istifadə olunub. XX əsrin əvvəlində qrabar məktəblərdə tədris olunub, bu isə erməni dilini bir-birindən seçilən çoxsaylı dialektlərinin olması şərtilə birləşdirici faktor idi”. (6)
“Bir birindən seçilən erməni dilinin dialektləri” anlayışı altında nəyi nəzərdə tutduğumuzu başqa məqalədə nəzərdən keçirərik. Lakin o fakt ki, qrabar “XİX əsrin əvvəlinə qədər ədəbi dil qismində” istifadə edilib və “XX əsrin əvvəlində məktəblərdə tədris olunub”, fəsahətlə qrabar, “ortaerməni dili” və aşxrabarın iki, bəlkədə üç fərqli dil olduğunu sübut edir. Qrabar orta erməni dilindən çox yaşadı, onu zorla “aşxrabarlaşdırıb” sovet vaxtı sıxışdıraraq aradan çıxarılması (7), ədəbi dil kimi mövcud olmasını dayandırdı və monofizit tatlardan fərqli olaraq ermənilər onu anlamır. Bu barədə ermənilərin özü də danışırdı. X.Abovyan yazırdı: “Mənə, qədim dildən bu qədər seçilən müasir dil məlum deyil, necə ki yeni erməni dili qədim erməni dilindən seçilir… heç bir dil mənə bu qədər çətin görünməmişdi (söhbət qrabardan gedir)”. Bu sözlərin müəllifi altı dili mükəmməl bilirdi. Sonra o, çətinlikləri törədən səbəbləri anladır: “…bütün anlayışlar, sözlərin quruluşu, hətta ayrı-ayrı sözlər müasir ifadə yolu və təfsirinə uyğun deyil”.
İlk dəfə qrabarın tat (ortafars) dilinin 400 fars və türk mənşəli sözlərindən başqa erməni dili ilə heç bir əlaqəsi olmaması haqqında Yerevan Universitetində təhsil alıb qrabarı erməni dili ilə bərabər öyrənən tanınmış azərbaycanlı filoloq, mərhum M.Seyidov qeyd etmişdir. Lakin o vaxtlar (1987-ci il) onun sözləri bizə inandırıcı görünmürdü. Onun haqlı olduğu Zərifə Mirzoyanın “Kommunist” türkmən qazetinin səhifələrində çap edilmiş məqaləsini oxuduqdan sonra bəlli oldu. Erməni-azərbaycan münaqişəsinin əvvəlində Azərbaycanı tərk etmiş milliyyəti erməni tatlardan olan Zərifə Mirzoyan yazırdi :
“1937-ci ilə qədər məktəblərdə biz o vaxt türk adlanan azərbaycan və rus dilindən savayı doğma tat dilini öyrənirdik. Məhz bu dili Ermənistanda “qədim erməni dili” hesab edirlər. Lakin 1937-ci ildən sonra azərbaycan və tat dillərinin tədrisi dayandırıldı və gözəl yiyələnib hər gün danışdığımız dillərin əvəzinə tədrisə yad olan erməni dilini daxil etdilər”. (9)
Bəli, məhz tatlar qrabarla yazıb-yaratmışlar, məhz onlar “qədim erməni dilində” zəngin din-kilsə ədəbiyyatının yaradıcılarıdır. Etmənilərə gəlldikdə isə, XX əsrin əvvəllərində ermənilərin inkişafı barədə məlumat verən yazıçı V.Papazyan qeyd edirdi: “Erməni xalqı cahil, savadsız, vəhşi və ilk öncə şüursuz idi. İnsanlar əsasən soyğunçuluq və quldurluqla məşqul olurdu…onlar şimal vəhşiləri kimi ov hesabına yaşayırdı”. Eyni sözləri bir neçə əsr əvvəl Moisey Xorenasi də demişdir :
“Qədim əjdadlarımızın bədbin xasiyyətini qınaq edərək xatırlamaya bilmərəm, amma burada onları məzəmmət edəcəyəm. Əgər tarixdə və dastanlarda öz zamanı, tarixin gedişini yazılı şəkildə əbədiləşdirən çarlar tarixə layiqdirsə, onların ardınca bu tarixə arxivlərdə kitabların yazılması üzərində zəhmət çəkənlər də layiqdir. Onların sayəsində biz yazıları oxuyur, dünyəvi və vətəndaş qanunlarını öyrənirik. Ələlxsus, xaldeylərin və süryanilərin, misirlilərin, yunanların müdrik çıxışlarını oxuyur və onların bu işə necə əmək gösrərmələrinə, düşüncələrinə qibtə edirik. Baxmayaraq ki, biz balaca cərgəyik, sayımız məhduddur, qüvvətimiz azdır. Dəfələrlə başqa dövlətlər tərəfindən ram edilmişik, bununla belə bizim ölkəmiz də yazılarda əbədiləşdirilməyə layıq bir çox şücaət göstərib. Amma bunu kitablara yazmağın qayğısına qalan olmayıb. Beləliklə, əgər onlar özlərinin xeyiri barədə düşünməyib və tarixlerini yazmayıblarsa, onları günahlanlandırıb və nəsə tələb etməyin mənası varmı ? Amma deyə bilərlər ki, bunu o vaxt ədəbiyyat və yazının olmaması, bir birinin ardınca baş vermiş müxtəlif müharibələrin ucbatından ede bilməyiblər. Lakin. bu boş fikirdir. Çünki müharibələr arası boşluq olub və o zamanlarda onlarda əmlak, evlər, icma məhkəmələri və sazişləri, ələlxsus ata-baba dövlətinin varisliyi haqqında fars və yunanca yazılan kitablar olub. Mənə elə gəlir ki, indiki və qədim ermənilərin elmə və mahnıların toplanmasına marağı olmayıb. Ona görə, vəhşı, axmaq, və şüursuz adamlar haqqında danışmaq əbəsdir”. (8)

İstifadə olunan ədəbiyyat :

1. İ.M.Dyakonov. Dilçilik üçün Eblanın əhəmiyyəti. “Qədim Ebla” M.,1985
2. İ.M.Dyakonov. Erməni dilinin tarixi barədə. “Tarix-filoloji jurnalı”.Y.,1983
3. V.Voskanyan. http://forum.hayastan.com/index.php?showtopic=28183
4. A.Akopyan. http://forum. hayastan.com
5. X.Abovyan. Böyük Sovet ensiklopediyası
6. Ermənistanın etnik xarakteristikası
7. M.Xorenasi. Ermənistan tarixi, 3-cü kitab, 3-cü fəsil
8. Z.Mirzoyan. “Azğın millətçilik”, “Kommunist”, A.,1991

Bəxtiyar Tuncay
KarabakhİNFO.com

27 Eylül 2013 Cuma

RUSİYANIN AZƏRBAYCANDA NÖVBƏTİ SEPARATİZM LAYİHƏSİ


Şimal ölkədə yaşayan həmvətənlərimiz təxribat ssenarisi barədə «Bizim Yol»a sensasiyalı məlumatlar verdilər. 
Rusiyaya gedən milli azlıq nümayəndələrinin problemləri tezliklə həll olunur, onları Azərbaycana qarşı çıxışlara təhrik edirlər.

Rusiya hökuməti bütün mümkün təzyiq vasitələrindən Azərbaycana qarşı istifadə etməyə başlayıb. Rəsmi Bakı Kremlin təqdim etdiyi siyasi layihələrdə iştirak etməyəcəyini bəyan edir. Təbii ki, bu zaman Putin hökumətinin təzyiq potensiyalını əvvəlcədən hesablayaraq müqavimət göstərmək yolunu seçib. 

Azərbaycanın keçmiş SSR-nin tərkibində və onun varisi Rusiya ilə həmsərhəd ölkə olması, 2 milyon azərbaycanlının bu ölkədə çalışması əsas təzyiq rıçaqları kimi nəzərdən keçirilir.
Moskva Dağlıq Qarabağda həyata keçirdiyi etnik separatizm layihəsini Azərbaycanın başqa milli azlıqlar yaşayan bölgəsində də yaymağa iştahlıdır. Bu istiqamətdə artıq konkret iş gedir. 

Azərbaycandan bu ölkəyə işləmək üçün gedən milli azlıq nümayəndələri arasında separatist təbliğat aparılır.
Bu barədə Şimal ölkədə çalışan bir soydaşımız apardığı müşahidələrini «Bizim Yol»un əməkdaşı ilə bölüşüb. 
Mənbənin bildirdiyinə görə Azərbaycan vətəndaşları olan talışlar arasında bu millətin Rusiya elmi dairələrində yüksəlmiş nümayəndəsi Fəxrəddin Abbaszadənin rəhbərliyi ilə genişmiqyaslı iş aparılır. Onun təşkilatının rəhbərliyində Nəsir Mirzəyev və Bilal Əliyev adlı şəxslər də təmsil olunur. İri maliyyə imkanlarına, internet resurslarına malik olan bu təşkilatın əsas missiyası talış həmvətənlərimizi Azərbaycan dövlətinə qarşı çıxışlara təhrik etməkdir. 
Rusiya hökuməti onların yaratdığı qurumu diaspor təşkilatı kimi tanıyıb, ölkə ərazisində manesiz fəaliyyət göstərməsinə şərait yaradır. 

F.Abbaszadə və onun ətrafındakı adamlar talış əsilli Azərbaycan vətəndaşlarını yığaraq toplantılar keçrir, onları ianələr yığmağa, qohumlarını, tanışlarını təşkilata qoşmağa məcbur edirlər. 

Mənbə bildirib ki, separtçıların təkliflərini rədd edə iş adamlarına qarşı müxtəlif təqib-təzyiqlərdən istifadə olunur. Evlərinə, avtomobillərinə basqınlar təşkil edilir, hədə-qorxu mesajları yazılır.

F.Abbaszadənin keçirdiyi toplantılara Rusiya hakimiyyət dairələri məmuniyyətlə məkanlar ayırır. O, çıxışların birində «Rus ordusu abxazlardan əvvəl Azərbaycanda talışların köməyinə gəlməliydi» deyə öz missiyasını ifşa edən fikirlər səsləndirib.
Rusiyadakı soydaşlarımız orada çalışan azərbaycanlılar arasında separtizimi təbliğ edən ədəbiyyatlar, qəzet nüsxələri, təqvimlər buroşürlər yayıldığını bildirirlər. Təbliğat vasitələrində Azərbaycanın milli azlıqlar yaşayan bölgələri müstəqil dövlətlər kimi təqdim olunur, ölkənin tarixi qəhrəmanları ilə bağlı çaşdırıcı, yalan məlumatlar verilir. Azərbaycanda yaşayan az saylı xalqların  guya diskrminasiyaya məruz qaldığı, onların mədəni hüqüqlarının belə tanınmadığı iddia olunur.

Mənbəmiz bildirir ki, Azərbaycan dövlətinə qarşı yönəlmiş genişmiqyaslı kampaniya rəsmi dairələr tərəfindən açıq aşkar himayə olunur. Xüsusən, son bir ildə separatçı əhval-ruhiyyədə olanların fəaliyyəti intensivləşib. 

Rusiya qonşu ölkələrdə separatizmin yayılmasını öz siyasi hegemonluğunun təməl prinsipi hesab edir. Cənubi Qafqaz ölkələri, Moldova məhz Kremlin layihələndirdiyi separatizmdən əziyyət çəkir. Ukraynada, Qazaxıstanda və Özbəkistanda da durum həssasdır, Rusiya ilə siyasi toqquşmaların daxili münaqişələrlə sirayət etməsi üçün üçün çoxdan zəmin var. 
Azərbaycanda isə buna zəmin yoxdur, Rusiya hələ əsrin əvvəllərində  və müstəqilliyin ilk illərində də buna cəhdlər edib, amma yerli əhalidən dəstək ala bilməyərək fiasko ilə üzləşib. 

Bu gün Azərbaycanda əksər vətəndaşları əzən və bilavasitə yarıtmaz idarəçilikdən qaynaqalanan çoxsaylı problemlər var. Vətəndaşlar siyasi, sosial hüquqlarını həyata keçirmək istəyərkən böyük təzyiqlərlə üzləşirlər. Bu, ölkənin hər yerində belədir, təkcə milli azlıqlar yaşayan bölgələrdə yox. 

Bu baxımdan separatçıların Rusiyaya üz tutan həmvətənlərimizi hədəf seçməsi təsadüfi deyil. Şimal ölkəyə kifayət qədər azərbaycanlı gedir, onların iş, yaşamaq, ailələrinə pul göndərmək problemləri var. Həmvətənlərimizin verdiyi məlumata görə milli azlıqların nümayəndələri üçün problemlər məqsədli şəkildə, tezliklə həll olunur. Onların iş icazəsı alması, sığortalanması, bazarlarda yerlə təmin olunması görünməyən «qüvvətli əl» tərəfindən həll edilir. Yetər ki, həmin şəxs özünü Azərbaycandan gəlmiş milli azlığın nümayəndəsi kimi təqdim etsin. Amma bu şirnikləndirici vədlər özünü doğrultmur. Soydaşlarımızın «Bizim Yol»a verdikləri məlumatdan belə aydın olur. Separatçıların havadarları ilk addımda istədiklərinə nail olsaydılar, iş adamları total basqı, təzyiq şantajla məcbur etməyə nə ehtiyac var. 

Həm Azərbaycandakı milli azılıqların durumu, həm Rusiyanın apardığı növbəti əməliyyatın uğursuzluğu Azərbaycanın bu bəlanı yaşamayacağından xəbər verir. Bu anlamda zəmin yoxdur. Amma ölkədəki korrupsiya və ədalətsizlik, qanunların işləməməsi milli təhlükəsizliiymizi təhdid edən əsas problemlərdir. Azərbaycanda öz maraqlarını həyata keçirmək istəyən qüvvələrə parçalanmış cəmiyyət, xalq-hakimiyyət qarşıdurması çox cəlbedici görünür…

Elmar