SƏN KİMSƏN, ADİL İRŞADOĞLU (ƏLİYEV) !?
Mən, Adil İrşad oğlu Əliyev 1953 - cü il noyabrın 1-də Ağdam şəhərində ziyalı ailəsində doğulmuşam.
Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənahəli xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, atam İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 - cü ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir. Ağdamın "Birinci Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir.
(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).
(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).
1955 - ci il təvəllüdlü bacım, Elmira İrşad qızı Əliyeva müəllimə işləyir.
Yeri gəlmişkən, dövlət Ağdam ərazisinin, sonradan Ağdam rayonunun idarə olunmasını uzun müddət mənim qohum-əqrabama etibar etmişdir.
1. Atamın anası Hurizat nənəmin atası Mehdi bəy çox varlı və sözü keçən bir insan olmuşdur. Onun seçmə at ilxıları var imiş. Bolşeviklər Ağdam atçılıq zavodunu Mehdi babamın seçmə Qarabağ atlarının hesabına yaratmışlar.
2. Vaxtilə xarici ticarətlə məşğul olan, 5 dildə danışmağı bacaran atamın atası Məhəmməd bəy (Zinger Məhəmməd ) sonradan Ağdam torpaq şöbəsinin müdiri işləmişdir.
3. Anamın atası Rüstəm Rüstəmzadə Azərbaycan Respublikası Mərkəzi Komitəsində, Füzuli (o vaxtlar rayonun adını ruslar dəyişib Koryagin qoymuşlar) rayon Partiya Komitəsində çalışmış və 1941-1943-cü illərdə Ağdam rayon Partiya Komitəsinin 2-ci katibi işləmişdir.
4. Anamın ən yaxın qohumu, Ağdamın Xıdırlı kəndinin nümayəndəsi Məhəmməd Əliyev Ağdam rayon Partiya Komitəsinin uzun müddət 1-ci katibi işləmişdir.
5. Atam, İrşad Məhəmməd oğlu Əliyev də Ağdam rayon Partiya Komitəsində və digər məsul vəzifələrdə çalışmışdır. Sonradan Ağdam rayon polis şöbəsi rəisinin müavini işləmiş, Ağdam rayon polis şöbəsinə nəzarət idarəsinin rəisi təyin edilmişdir.
6. Atamın dayısı oğlu Fikrət Ağalar oğlu Mehdiyev Seyidli - Sarıhacılı kəndləri üzrə sovetliyin katibi olmuşdur.
7. Əmim İslam Məhəmməd oğlu Əliyev Ağdam rayon Partiya Komitəsində şöbə müdiri, rayon Təhsil İdarəsinin müdiri və Ağdam şəhər Sovetinin sədri işləmişdir.
8. Əmim İslam Əliyevin bacanağı Qulu Qasımov (Qulu həkim) Ağdam rayon Səhiyyə İdarəsinin müdiri olmuşdur.
9. Xalamın həyat yoldaşı Hüseyn Hüseynov üzun müddət Ağdam rayon Maliyyə İdarəsinin müdiri işləmişdir.
10. Atamın yaxın qohumu Gündüz Axundov Ağdam rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.
11. Atamın qohumu, ən yaxın dostu, qardaşım Oqtay Əliyevin kirvəsi Camal İsmayılov rayon üzrə Tikinti Bankının müdiri olmuşdur. Və sair...
İnşəallah, suyu quruyan arxdan bir də su axar...
Ailəliyəm. Həyat yoldaşım, Yeganə Ənvər qızı Qənbərova ağdamlı Baxış bəyin oğlundan olan nəvəsidir. Bizim iki oğlumuz var. İkisi də universitet bitirmiş, əsgər olmuş, Vətənin keşiyində dayanmışlar. Başqa cavanlarımız kimi onlar da özlərinə münasib iş tapa bilmirlər. Ayrıca evləri olmadığına görə, hələ ki, ailə qurmaq istəmirlər. Bu isə biz valideynləri çox əndişələndirir. İndi zəmanətsiz bu ölkədə vicdanlı insanların normal yaşaması qeyri - mümkündür. ALLAH bizlərə rəhm eləsin! Amin...
Mən, Adil İrşadoğlu (Əliyev) 1961 - ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuşam. 1971 - ci ildə həmin orta məktəbi əla qiymətlərlə başa vurmuşam. Orta məktəbdə oxumaqla yanaşı - 1968 - ci ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi Məktəbinə də daxil olmuşam və 1972 - ci ildə həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. 1972 - ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə ( indiki BDU -ya ) daxil olmuş və 1977 - ci ildə həmin universitetin jurnalistika fakültəsini əla qiymətlərlə başa vurmuşam. Sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişinə əsasən, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləmişəm. Teleradio Verilişləri Komitəsinin rəhbərliyi ictimai işlərdəki səriştəliliyimi nəzərə alaraq məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm - Leninizm Universitetinə siyasi təhsil almağa göndərmişdir. 1982 - ci ildə həmin universiteti əla qiymətlərlə başa vurmuşam. Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989 - cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etmişəm. Həmçinin, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəməmişəm. Teleradio Verilişləri Komitəsində işlədiyim müddətdə 3000 - dən çox veriliş hazırlayıb efirdə göstərmişəm. 1988 - ci ildən bugünədək Qarabağla bağlı hadisələrdə yaxından iştirak etmişəm. 1 - ci Qarabağ müharibəsinin iştirakçısıyam. Cəbhədən hazırladığım verilişlər yəqin ki, AzTV-nin arxivində indi də saxlanılır.
Hazırladığım verilişlərə görə, müxtəlif mükafatlara layiq görülmüşəm. Xalq təsərrüfatının inkişaf etdirilməsində yaxından iştirak etdiyimə görə, SSRİ XTNS Baş Komitəsinin 8 dekabr 1981 - ci il tarixli qərarına əsasən, xüsusi medalla təltif olunmuşam. Respublikanın yenilikçi və səmərələşdiricilərinin xalq təsərrüfatının inkişaf etdirilməsindəki fəaliyyətini geniş və mütəmadi işıqlandırdığıma görə, Yenilikçi və Səmərələşdiricilərin Ümumittifaq Cəmiyyəti Bakı Şəhər Sovetinin Fəxri fərmanına layiq görülmüşəm. Məhsuldar və keyfiyyətli əməyimə görə, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin 5 noyabr 1987 - ci il tarixli qərarına əsasən, Fəxri fərmanla təltif edilmişəm. Ordumuzun formalaşmasında yaxından iştirak etdiyimə görə, "N" saylı hərbi hissə komandirinin 17 noyabr 1994 - cü il tarixli qərarına əsasən, Fəxri fərmana layiq görülmüşəm. Cəbhədə əsgər və zabitlərimizin həyatından hazırladığım salnamələrə görə, "N" saylı hərbi hissə komandirinin 1 avqust 1995 - ci il tarixli qərarına əsasən, "ŞAH İSMAYIL XƏTAİ" adına Fəxri fərmanla mükafatlandırılmışam. 25 oktyabr 2018-ci il tarixində Azərbaycan mətbuatının inkişafındakı xidmətlərimə görə və 65 illik yubileyim münasibətilə Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi olan "Qızıl qələm" lə təntənəli şəkildə təltif edilmişəm. 29 dekabr 2018-ci il tarixində Qarabağ müharibəsi zamanı əsgər və zabitlərimizin şücaətindən bəhs edən silsilə televerilişlər hazırladığıma, qazilərə daim mənəvi dəstək olduğuma görə və 65 illik yubileyim münasibətilə “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri tərəfindən Fəxri Diplomla təltif olunmuşam. 3 Noyabr 2023-cü il tarixində milli mətbuat ənənələrimizin qorunmasına yönələn xidmətlərimə, zəngin yaradıcılıq dəst-xəttimə, jurnalistika sahəsində çoxillik səmərəli fəaliyyətimə görə və 70 illik yubileyim (01.11.1953 - 01.11.2023) münasibətilə təşkil edilmiş rəsmi yığıncaqda Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsilə təntənəli şəkildə təltif olunmuşam.
1980 - ci ildə Gənc Jurnalistlərin Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsinin iştirakçısı olmuşam. 1980 - ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm. Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətimin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlayıb xalqımıza göstərməyi vətəndaşlıq borcum bilmişəm. Teleşirkətin 1-ci Qarabağ müharibəsi arxivinin yaradılmasında yaxından iştirak etmişəm. 1997 - ci ilin sonunda inciyərək məndən asılı olmayan amillərlə bağlı 25 il (5 il ştatdankənar, 20 il ştatda) can qoyduğum dövlət teleşirkətində işləməkdən imtina etdim. İndi dənizdən sahilə atılmış balığa bənzəyirəm.
Teleşirkətdə işlədiyim zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazılarımla çıxış etmişəm. Sonralar "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion" adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress" qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti olmuşam. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi işləmişəm. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüyəm. Qaziyəm və “Qarabağ qaziləri” ictimai birliyinin fəal üzvüyəm, vəsiqə №2613.
Hazırda Azərbaycanda Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın — "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müaviniyəm. Qüdrətli Azərbaycan, qüdrətli Türk dünyası, qüdrətli Turan birliyi uğrunda təmənnasız hizmət göstərirəm. İctimai əsaslarla işləyirəm. Əmək pensiyasından başqa heç bir yerdən gəlirim yoxdur. 45 ildən çoxdur ki, jurnalistlik fəaliyyətilə məşğulam. ALLAH məni nadan insanların qarşısında sındırmasın, ALLAH əzizlərimin canını sağ eləsin! AMİN...
© ADİL İRŞADOĞLU (ƏLİYEV)
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).
24.01.2011. (14-40)
--------------------------
Mükafata görə düzəliş edildi : 01.11.2018 / 30.12.2018 / 03.11.2023-cü ildə.
E - mail :
Adil_Irshadoglu@mail.ru
adil.irshadoglu@gmail.com
adil.irshadoglu@gmail.com
adil.irshadoglu@irshadtv.com
İNDİ MÜSTƏQİL JURNALİST OLARAQ FƏALİYYƏT GÖSTƏRİRƏM. AŞAĞIDAKILAR ŞƏXSİ SAYTLARIMDIR. DİQQƏT EDİB BAXSANIZ XEYLİ QAZANARSINIZ...1)
https://www.facebook.com/REALIST.A.Irshadoglu?ref=tn_tnmn
2)
https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/?ref=bookmarks
3)
http://adilirshadoglu.blogspot.com/
4)
http://realistadil.blogspot.com/
5)
https://www.facebook.com/REALIST.A.Irshadoglu?ref=tn_tnmn
2)
https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/?ref=bookmarks
3)
http://adilirshadoglu.blogspot.com/
4)
http://realistadil.blogspot.com/
5)
http://realistadil.blogspot.com/2016/04/ermnistan-azarbaycan-muharibsi.html
6)
http://realistadil.blogspot.com/2016/04/ermanistan-azarbaycan-muharibasi.html
7)
http://realistadil.blogspot.com/2016/04/ermanistan-azarbaycan-muharibasi_20.html
8)
http://realistadil.blogspot.com/2016/04/ermanistan-azarbaycan-muharibasi_13.html
9)
https://www.facebook.com/A.Irshadoqlu.Turklerinizinde/
10)
https://www.facebook.com/groups/A.Irshadoqlu.Jurnalistikamuharibede/
11)
https://www.facebook.com/AdilIrshadogluCanAzerbaycan/
12)
https://www.facebook.com/irshadtv.az/
13)
http://www.irshadtv.com/
14)
6)
http://realistadil.blogspot.com/2016/04/ermanistan-azarbaycan-muharibasi.html
7)
http://realistadil.blogspot.com/2016/04/ermanistan-azarbaycan-muharibasi_20.html
8)
http://realistadil.blogspot.com/2016/04/ermanistan-azarbaycan-muharibasi_13.html
9)
https://www.facebook.com/A.Irshadoqlu.Turklerinizinde/
10)
https://www.facebook.com/groups/A.Irshadoqlu.Jurnalistikamuharibede/
11)
https://www.facebook.com/AdilIrshadogluCanAzerbaycan/
12)
https://www.facebook.com/irshadtv.az/
13)
http://www.irshadtv.com/
14)
3 yorum:
Ağdamın süqutu 1993-cü il iyulun 23-də başa çatdı. Ermənilər Ağdam rayonunun 77,4 faizini işğal edib və bu gün də işğal altında saxlayırlar. Hazırda Ağdam şəhəri və rayonun 80 kəndi erməni işğalı altındadır. Erməni təcavüzü nəticəsində rayona 13 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib. Ağdam həm də erməni təcavüzkarları ilə döyüşlərdə ən çox şəhid verən bölgələrdəndir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub.
ALLAH məni nadan insanların qarşısında sındırmasın, ALLAH əzizlərimin canını sağ eləsin! AMİN...
Adil İrşadoğlu yaşa, var ol. Allah sənə ürəyinə görə versin. Sən ləyaqətli, nümunəvi, yaxşı kişisən, yaxşı dostsan. Sağlam yaşa, çox yaşa.
Yorum Gönder