Türkiyənin Selçuk universitetinin azərbaycanlı təhsil işçisi, professor, doktor Məzahir Avşar “Türk tarixində Avşar türkmənləri” adlı mövzuya dair çıxışı zamanı Qarabağla bağlı maraqlı açıqlama verib. Çoxsaylı avşar türkünün qatıldığı məclisdə Məzahir Avşar Qarabağın avşarlara aid olduğunu deyib.
Məzahir Avşarın sözlərinə görə, Qarabağ bölgəsi Cavanşir avşarlarına məxsusdur: “Bu, İslama qədərki dövrə təsadüf edir. 1748-1828-ci illərdə müstəqil Qarabağ xanlığının da əsası Avşarların bir qolundan olan Sarıcalı Pənah xan tərəfindən qoyulub".
"Hazırda Cənubi Azərbaycanda avşar boyunun böyük əksəriyyətini təşkil edən türkmənlər formalaşır. İran mənbələrində isə avşarlar və qaşğaylar kimi, qəsdən ayrı bir irq olaraq göstərilib. Bu yalan sayəsində türklərin İrandakı nüfuzu zəifləyib”, - deyə, Məzahir Avşar bildirib.
VƏTƏNSEVƏRLƏR
1 yorum:
Ağdamın süqutu 1993-cü il iyulun 23-də başa çatdı. Ermənilər Ağdam rayonunun 77,4 faizini işğal edib və bu gün də işğal altında saxlayırlar. Hazırda Ağdam şəhəri və rayonun 80 kəndi erməni işğalı altındadır. Erməni təcavüzü nəticəsində rayona 13 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib. Ağdam həm də erməni təcavüzkarları ilə döyüşlərdə ən çox şəhid verən bölgələrdəndir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub.
Yorum Gönder