Translate

Famil Mehdi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Famil Mehdi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

8 Nisan 2022 Cuma

SİMPSONLAR SSRİ-Nİ NƏ ÜÇÜN “BƏRPA ETMİŞDİLƏR”?



Məşhur “Simpsonlar” cizgi filminin 9-cu sezonunun 19-cu seriyasında (29.03.1998) belə bir səhnə vardır:

Cizgi filminin əsas qəhrəmanlarından biri Homer dostları ilə birlikdə ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində xidmətə başlayır. Az müddət sonra onları sualtı nüvə qayığına göndərirlər. Sadəlövh kapitan Homeri başçı təyin edir və nəticədə o, sualtı qayığı Rusiyanın ərazi sularına aparır. Rusiyanın BMT-dəki nümayəndəsi bəyan edir ki, “Sovet İttifaqı sizin qayığınızı buraxacaq”. Rusiya qəfildən Sovet İttifaqına çevrilir – hippi bayrağının altından oraq və çəkic düşür, tanklar attraksionları tərk edir, Berlin divarı yenidən peyda olub böyüyür, Lenin mavzoleydə xortlayıb ayağa qalxır.

Qeyd: SSRİ üç slavyan respublikasının – Rusiya, Ukrayna və Belarusun rəhbərlərinin 26 dekabr 1991-ci il tarixli birgə qərarı ilə ləğv olunduğu kimi, imperiyanın bərpa prosesi də yalnız bu üç ölkənin ittifaqından başlana bilər. 2021-ci ilin martından etibarən Rusiya və Belarus faktiki olaraq bir dövlətə çevrilmişlər. Yalnız Ukrayna onlara qoşulmaq istəmirdi.

2022-ci il fevralın 24-də Rusiya Federasiyası Ukrayna Respublikasına qarşı elan edilməmiş müharibəyə başladı. İlk günlərdə hərbi mütəxəssislərin bir çoxu deyirdi ki, savaşın nəticələri Ukrayna üçün fəlakətli olacaq, paytaxt Kiyev tezliklə süquta uğrayacaq. Lakin hərbi əməliyyatların sonrakı gedişi onların yanıldığını göstərdi. Hazırda iddia etmək olar ki, Rusiya Ukraynaya soxulmaqla özünü sözün əsl mənasında bataqlığa salmışdır. Rusiya üçün ən pisi odur ki, bu bataqlıq yalnız Ukrayna ərazisi ilə məhdudlaşmır. Bir tərəfdən müharibənin uzanması, digər tərəfdən isə Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiyanı taqətdən salmaqdadır.

Nəticə. 

Birinci fərziyyəyə əsasən, SSRİ-nin bərpa olunacağı barədə “Simpsonlar”ın “öncəgörməsi” Qərbin həyata keçirdiyi manipulyasiya xarakterli tədbirlərdən yalnız biri olmuşdur. Məqsəd Rusiyaya rəhbərlik edən şəxslərin şüurlarına təsir göstərməklə onları lazım olan istiqamətdə hərəkətlərə təhrik etmək idi. Görünür, Qərb təhlilçiləri belə bir qənaətə gəlmişdilər ki, Rusiya liderləri arasında mistikaya, möcüzələrə inanan xəyalpərvər adamlar vardır. 

İkinci fərziyyə isə belədir: Qərblilər bu yolla bildirmişdilər ki, Rusiya imperiyasını bərpa etmək istəyənlərin revanş planlarından agahdırlar. Xəbərdarlığın cizgi filmi vasitəsilə edilməsi isə onu göstərir ki, qərblilər "SSRİ-nin yenidən qurulması" cəhdini bəri başdan uğursuzluğa məhkum avantüra sayırlar.


P.S. Qərb Rusiyanın Ukrayna girdabına düşməsini istəyirdimi və əgər belədirsə, o öz hədəfinə nail olmuşdurmu? Bu suallara, böyük ehtimalla, təxminən bir ay ərzində aydınlıq gətiriləcək. 


Araz Şəhrili.

Araşdırmaçı, jurnalist.


28 Mart 2022 Pazartesi

BƏRƏKƏTLƏRDƏN YEDDİSİN


Araz Əhmədoğlu


20-ci yüzilliyin başlanğıcında İranda farsları hakimiyyətə gətirən düşüncə sistemi Türk ulusuna aid olan dəyərlərin başda gedən Bayramını (İl Bayramı da adlanır) eləcə də başqa dəbləri, dəyərlərini uydurub dəyişməyə, ən azı unutdurmağa  başladı. Farsların "Həft sin" (yeddi dənə "s" hərfi) adlandırdığı süfrəyə sarımsaq, sumaq kimi acı, turş yeməklər qoyulur! Acı hara Bayram havası hara?! "Buyurun, ağzınızı şirin eləyin.", "Ağzın şirin olsun!" kimi xeyir sözlər işlənən aynda (Ərəbicə mərasimdə) acı sarımsağın, turş sumağın nə anlamı ola bilər ki? Bəziləri qarşıtlar fəlsəfəsini irəli sürüb gecə ilə gündüz, ağ ilə qara, eləcə də şirin'lə acının bir arada olması şərtini irəli sürə bilər. Ancaq Türk dünya görüşündə Bayram hal-havası ancaq keçmiş qışdan ölüb yazda yenidən doğulmaq yaxud birdəfəlik dəyişmək fəlsəfəsi ilə bayram tutulur. Elə ona görə də ölüləri anmaq üçün "Qara Bayram" olaraq ilin son Cümə axşamını bu ayn üçün nəzərdə tuturlar. Beləlik'lə də qarşıtlar fəlsəfəsinin burada keçəri qalmır. Ondan başqa çox zadlar "s" herfi'lə başlayır, elə hər nə /s/ səsi'lə başlasa, süfrəyə qoyula bilərmi? Yox artıq! Daha nələr?!!

Bayram ayı ilin, həm də qışın son ayı dır. Bu ayda insan yaşayışının dəyişməsinin başlıca görüntü yaxud simgəsi olaraq ev tökmə aynı'yla başlayar. Bu aynda evin hirsi-tozu alınar; kilimlər, xalılar yuyular; evin hər yeri arınıb sil-süpür olunar; göy göyərdilər. Ev tökmə bitdikdən sonra, bayram ayının son günlərində "Bayram süfrəsi" qoyular. Bu süfrə evdən evə, xanımların səliqəsi, bir də o evin var-dövlətinə görə bir-birindən fərqli görünsə də, əslində süfrəyə qoyulan o yeddi qələm nəsnə eyni olar. Bayram süfrəsində qoyulan hər nəyin özünə anlamı var. Başqa söz'lə, o süfrədəki hər nə özünə bir imgə, bir simbol dır. 

Ev böyükləri gənclərə belə bir tapşırıq verər: "Süfrəyə bərəkətlərdən (ikisin, üçün, dördün, besin, altısın yox) YEDDİSİN qoyun". O yeddi dənə bunlardan ibarət olur:

1. Göy bərəkəti: Quran, Su, ayna/güzgü, yanar şam (bu simgələr toy aynında (mərasimində) də görünür. Onlar hamısı aydınlığı təmsil edən rəmzlər dir. Aydınlıq istəyi bütün aynlarımızda başda gəlir. Bu aydınlıq gözdə, qulaqda, beyində, ürəkdə, bir söz'lə, bütün varlığımızda yaranmalıdır. Örnək üçün, Quranı elçisinə yollayan Allahın insan oğluna ilk tapşırığı bu olub: “إقرأ” yəni “OXU!”. Aydınlığın əzəli-əbədi yolu elə bu oxumaqdan başlayır.

2. Yer bərəkəti: buğda (qovurqa)

3. Torpaq bərəkəti: səməni, göy

4. Ağac bərəkəti: alma, iydə, badam, cəviz/qoz, kişmiş, fındıq

5. İş bərəkəti: sikkə, pul (xırda pul'sa, göyün içinə, kağız pul'sa, Quranın içinə qoyulub il süftəsi verilir)

6. Heyvan bərəkəti: (Soğan qabığı'yla boyanmış) yumurta 

7. Süfrə bərəkəti: şirnilər, noğul, şokolad

Bizdəki o 7 o vaxtlar göz'lə görünə bilən yeddi ulduz-gəzəgən, yaradılışın yeddi gün çəkməsi, göylərin yeddi qat olması, Nəsiminin yaradıcılığının binövrələrindən sayılan Allahın görsəntisi (təzahürü) olan insan üzündəki yeddi cizgi, Həmd surəsinin yeddi ayəsi (Ərəbicə Səbülməsani, سبع المثانی), həftənin yeddi günü və hər gün üçün özəl bərəkət ya nemət istəyi kimi qutsal inamlardan irəli gəlib.

“7” Türk ulusunun bütün dünya görüşündə özünə geniş yeri var. Örnək üçün bu bayatıda elimiz niyə “yeddi” oğul istəyir?

Gəlin, gəlin, duz gəlin,

Əl-ayağı düz gəlin,

Yeddi oğul istərəm,

Bircə dənə qız gəlin!


Milli qəhrəmanımız, ulu mifimiz Koroğlunun 7000, bəzi deyimlərdə 77000 dəlisi var. Klasik ədəbiyyatımızın zirvəsi olan Nəsimi rübailərindən üç örnək:


"Ey qaşın'la kirpiyin, zülfün yedi (7),

Ol yedi (7) kim Şeytan onu bilmədi;

Həqq bu sirri Əhmədə kəşf eylədi

Onun üçün adını "Ümmi" dedi.


Həqq dedi kim yer yedi (7) vü göy yedi (7),

Laməkan təxtində gizli dir yedi (7);

Gizli Adəmdə əyan oldu yedi (7),

Dörd yedi bir kez nədən oldu yedi?


Quranda Təlaq surəsi, 12-ci ayədə buyurur: "Yeddi göyü, yerdən də oncasını yaradan Allah dır." Ərəb dilinin əlifbası da 28 dənə dir: 28 ÷ 4 = 7.


Kirpiyin qaşın'la zülfün dir yedi (7),

Yer yedi vü göy yedi, Sən də yedi (7);

Nə səbəbdən həftənin adı yedi (7)?

Bunda hikmət var dırır: Müshəf yedi (7)!"

***



8 Mart 2022 Salı

İSVEÇİN AZƏRBAYCANLI XANIM DEPUTATI

 “Biz haray qoparanda heç kim bizə belə dəstək vermədi”


İradə Əliyeva Söderberg


İsveçin azərbaycanlı xanım deputatı: “Hər kəs istəyər ki, ömrünün son illərini doğma torpağında keçirsin”

İradə Əliyeva Söderberg 15 ildir ki, İsveçin ən böyük və hakim partiyası olan Sosial Demokratrlar Partiyasının fəal üzvüdür. Çox saylı ictimai vəzifələrdən başqa 12 ildən çoxdur ki, (üçüncü mandat mərhələsi) 360 min əhalisi olan bölgənin regional parlamentinin deputatıdır.  81 xalq vəkilindən biri olan İradə xanım Medianews.az- ın suallarını cavalandırdı.

– İsveçdə Rusiya Ukrayna müharibəsi ilə bağlı reaksiya necədir?

 Rusiyaya işğalçı, azğınlaşmış bir diktator kimi münasibət bəsləyirik. Sözsüz, İsveç dövləti və xalqı birmənalı olaraq Ukraynanı dəstəkləyir. Hər sahədə, baş nazirdən tutmuş adi vətəndaşa qədər hər kəs Ukraynanın yanındadır. Hamı əlindən gələn yardımı edir. Dövlət səviyyəsində Ukraynaya böyük həcmdə yardımlar göstərilib. Buna görə hətta Rusiya tərəfindən İsveçə qarşı hədə-qorxu da gəlib.



 İsveç bu müharibənin harasındadır? Hansı formada dəstəyini ifadə edir?

– Bayaq dediyim kimi, bütün sivil dünya, bütün Avropa kimi İsveç birmənalı şəkildə Ukraynanın yanındadır. İsveç demokratiyanın, dövlətlərin suverenliyinin tərəfindədir. Ukraynada qohumu, tanışı olan hər kəs onlara qucaq açır, kömək etməyə çalışır.

– İsveç xalqının müharibə ilə bağlı baxışı nədir? oradakı Azərbaycanlılar necə düşünür?

 İsveç xalqı heç bir zaman müharibə istəməyib. Müharibəyə, işğalçıya nifrət hissi bəslənir burada. Eyni zamanda İsveçdə bütün partiyalar, siyasi qüvvələr və xalq birləşib. Müdafiə sistemlərini gücləndirirlər. Çox yüksək səviyyədə strateji işlər gedir. Buradakı azərbaycanlılar da eynilə İsveç xalqı kimi düşünür. Biz azərbaycanlılar hər gün deyirik ki, görürsünüz, 30 il bundan qabaq Azərbaycan torpaqları bütün dünyanın gözü qarşısında işğal olundu, onda niyə bu reaksiyanı vermədiniz? Biz haray qoparanda heç kim bizə belə dəstək vermədi. Əksinə, Ermənistanın tərəfi tutuldu. O zaman dünya Azərbaycanın yanında olsaydı, bu gün bəlkə də hər şey tam başqa cür olardı…

 Ukraynadan İsveçə sığınan azərbaycanlılar oldumu, İsveç hökumətinin qaçqınlara münasibəti necədir?

– Ukraynadan İsveçə sığınan azərbaycanlılara gəldikdə, düşünürəm ki, elə bir fakt yoxdur hələ ki. Çünki onlar yaxın ölkələrə təxliyə olunur, oradan da bizim ölkəyə göndərilirlər. Digər tərəfdən, bura Şengen zonadır, daxil olmaq heç də asan deyil.

– Bilirik ki, siz də uşaqlığınızı Ağdamda keçirmisiniz və amansız hücumlar nəticəsində torpağınız işğal olunub. Ukraynadakı o uşaqları yəqin ki, sizdən yaxşı heç kim anlaya bilməz.

– Bəli, mən Ağdamın, doğma kəndimin işğalını yaşamışam. 30 il də bu torpaqların həsrəti ilə yaşamışıq. Şükürlər olsun ki, artıq torpağımız azad olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Sözsüz ki, indi də Ukrayna ilə bağlı eyni hissləri keçirirəm. Sanki yenidən həmin müharibəni yaşayıram.  Uşaqlar, qadınlar, qaçqınlar, bunlar tamamilə tanış mənzərədir. Göz yaşlarını saxlamaq mümkün deyil. Bütün rəsmi və qeyri-rəsmi görüşlərdə, söhbətlərdə Qarabağla eyni müqayisəni aparıram. Hər kəs maraqla dinləyir, təəssüf hissi keçirir.



– Qarabağda yaşamaq istərdinizmi?

– Əlbəttə, böyük məmnuniyyətlə. Qarabağ mənə görə dünyanın ən gözəl, cənnət guşəsidir. Qarabağ mənim ruhumdur, canımdır. Mən oranın suyu və çörəyi ilə böyümüşəm. Hər kəs istəyər ki, ömrünün son illərini doğma torpağında keçirsin. Oradakı evimizdə yenidən yaşamaq, onu yenidən tikmək böyük arzumdur.

– Ağdama dönüşünüzü necə təsəvvür edirsiniz?

– Ağdam işğal olunandan sonra ora ilə bağlı çox xəyallar qurmuşam. Saysız yuxular görmüşəm. Görmüşəm ki, evimizdəyəm, şəhərdə gəzirəm. Realda isə bunu təsəvvür edə bilmirəm. Yəni necə hislər keçirəcəyimi indidən demək mümkün deyil. Çünki hələ də arada itirdiyimiz o illər sanki zamanı dayandırıb. Düşünürəm ki, mən Ağdama qayıdanda həmin dövrə, uşaqlığıma qayıdacam. Həmin Ağdamı, həmin küçələri, həmin insanları görəcəm. Amma bilirəm ki, reallıqda elə deyil. Ona görə də özüm üçün real bir təsəvvür formalaşdıra bilməmişəm. Sadəcə, hər şeyi taleyin, fantaziyanın üzərinə buraxmışam. Yəqin ki, ağlayacam, sevinəcəm, kədərlənəcəm. Bir tərəfdən də qorxuram ki, gedib məktəbimizin, evimizin, anamın qəbrinin yerində nə görəcəm?


Xəyalə Rəis 

Medianews.az

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 5.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”


4 Mart 2022 Cuma

RUSİYALI TATAR EKSPERT MÜHARİBƏNİ ANALİZ EDİR

 RUSİYA UDUZACAQ


Milliyətcə tatar olan rusiyalı müstəqil ekspert Kamil Qaleyevin Rusiya-Ukrayna müharibəsilə bağlı Tvitterdə yazısı dərc olunub. 

Qaynarinfo yazının maraqlı olduğunu nəzərə alaraq, onun əsas müddəalarını oxucuların diqqətinə çatdırır. 

Ekspert iddia edir ki, Rusiya bu müharibəni uduzacaq: 

"Analitiklər Rusiya ordusunun imkanlarını həddən artıq şişirdir. Ukrayna ordusunun imkanlarını isə aşağı qiymətləndirirlər. Onlar həmçinin Rusiyanın strategiyası və siyasi məqsədlərini səhv başa düşürlər. 2014-cü il müharibəsində Ukraynada hərbi təchizat və texnikanın durumu dəhşətli idi. Onun texnika və hərbi sursatı 25 ildən çox istifadədə olan Sovet istehsallı məhsullar idi. Hərbi maşınların radiatorları, akkumulyatorları ya çürümüş, ya da illərlə təmir olunmurdu. Ukrayna ordusu o vaxt belə acınacaqlı durumda Donbasda məğlub oldu”. 

Qaleyevin fikrincə, ötən 8 ildə isə çox şey dəyişib: 

"Ukraynada orduya çağırış sistemi dəyişdi. İnsanlar hərbi xidmətə çağırılaraq Donbasa göndərilirdi. Daha sonra əksəriyyəti tərxis olunur və mülki həyata qaytarılırdı. Bununla da Donbasdakı hərbi kontingent 60 minə yaxın əsgərdən ibarət saxlamaqla daim rotasiya olunurdu. Nəticədə hazırda Ukraynada 400 000-dən çox Donbas müharibəsi veteranı var. Yəni Ukraynada döyüş təcrübəsinə sahib çoxsaylı veteran var. Ukraynaya hücum edən Rusiya əsgərlərinin əksəriyyəti isə müharibə görməyib.

Üstəlik, gördükləri döyüş fərqlidir. Rus əsgərləri yalnız tam üstünlük əldə etdikdə döyüşə atılır. Təchizat baxımından Ukrayna ordusu qismən təmin edilib. Ukraynaya məxsus bir çox yeni silah hazırlanıb. Ancaq demək olar ki, heç biri geniş miqyasda istehsala buraxılmayıb. Ukrayna Türkiyənin 48 ədəd Bayraktar TB2 dronu sifariş edib. Ondan yalnız 12 ədəd qoşunlara çatıb. Ukrayna türklərlə birlikdə yeni, daha güclü pilotsuz uçan aparat "Bayraktar Akıncı” hazırlayır, lakin dronlar indiki müharibə üçün hələ hazır deyil. 

Bununla belə, ukraynalılar Amerika istehsalı olan bir sıra Javelins, M141 Bunker, Britaniya-İsveç istehsalı olan MBT LAW döyüş sursatları əldə etdilər. Ukrayna istehsalı olan "StugnaP", RK-3 "Corsar" və "Baryer" kimi tank əleyhinə silahları da Rusiya tankları ilə mübarizəyə yönəldilib. 

Putin hücum edənə qədər Ukrayna qoşunları tamamilə yeni tanklarla təchiz olunmamışdı. Amma bununla belə ordunun istifadəsində yeni zirehli maşınlar, Türkiyə istehsalı olan Aselsan döyüş modulları ilə yerli istehsal Cossack-2 və bir sıra Amerika zirehli maşınları, Humvees və s. var. 

Nəhayət, Ukrayna yeni qoşun növünü - ərazi müdafiə qoşunlarını yaradıb. Onların ümumi sayı 60 000 nəfərdir. Bu, Polşa qoşun növünün surətidir. Bunlar hərbi təhsil alan mülki şəxslərdir və bir gün ərzində öz şəhər və bölgələrində döyüşmək üçün səfərbər oluna bilirlər”.

Rusiya ordusuna gəldikdə, ekspert düşünür ki, bir neçə eşelonlu hücumla düzgün blitskrieg təşkil etsəydi, yəqin ki, Ukrayna uduzardı: 

"Amma Rusiya bunu etmədi. Hazırda Ukrayna ətrafında Rusiya qüvvələri azdır. Onun çoxlu artilleriya silahı olsa da, bu, qələbə qazanmaq üçün kifayət deyil. Putin ilk gündən Ukrayna ordusunun qaçacağı və ya təslim olacağını düşünürdü. Onlar ukraynalıların real müqavimət göstərəcəyinə inanmırdı. Ona görə də Putin hücumu yalnız bir eşelonla həyata keçirdi. Qoşunlar məhv edilməmiş çoxsaylı ukraynalı nizami əsgərləri və postlarını geridə qoyaraq irəlilədi. Amma ikinci və üçüncü eşelon dağılmış ukraynalı müdafiəçiləri bitirmək üçün gəlmədi”. 

Qaleyev qeyd edir ki, belə vəziyyət Rusiya ordusunda 

təchizat və yerləşmə problemi yaradıb: 

"İrəliləyən birinci eşalonun sursat, yanacaq, qida və yardımçı insanlara ehtiyacı var. Belə təchizat olmadıqda isə konvoylar asanlıqla "Bayraktar”larla yanaşı, arxada qalan nizami və ərazi müdafiə qoşunlarının hücumuna məruz qalır. Habelə Kiyevin silah payladığı könüllülər rus kolonlarına qarşı dura bilməsə də, konvoylara hücum edə bilərlər”. 

Rusiyalı ekspert Putin narahat olduğunu da bildirir: 

"Fevralın 25-də çəkilmiş videoda o, Ukrayna hərbçilərini dövlət çevrilişinə çağırıb. Əgər onun planı ilk növbədə işləsəydi, bu çağrışa ehtiyac olmazdı. Bu isə o anlama gəlir ki, Putinin planı baş tutmayıb. Çünki o, müharibə planlaşdırmırdı. O, heç vaxt müharibə etməyib və müharibədə necə mübarizə aparacağını bilmir. O, digər yerlərdə olduğu kimi, Ukraynada da xüsusi əməliyyatlar həyata keçirir. Ukraynalıların mübarizəni davam etdirməsi də Putini ciddi narahat etməkdədir. Çətin ki, Putin hazırkı üsullarla qalib gəlsin. Əksər rus hərbçiləri əyləncəli və sərgüzəştlərlə dolu kiçik bir xarici missiyaya həvəslə gedərdi, buna etiraz etməzdi. Amma həqiqi ölüm ehtimalı ilə uzun müddət davam edən bir müharibədə olmaq başqa məsələdir.

Sosioloji araşdırmalara görə, Rusiyada əsgərliyə getmək üçün əsas motivasiya adətən pulsuz mənzil almaqdır. İmkansız gənclər üçün bu mənada orduda xidmət dövlətdən mənzil almaq şansıdır.

İndi ölürsənsə, mənzil də ala bilməyəcəksən. Ola bilsin ki, artıq Ukraynada olanların seçimi azdır, amma müqavimətin davam etməsi, müharibənin qanlı olması və itkilərin real olması faktı geri qayıdanları böyük dərəcədə ruhdan salacaq. Rusiya tərəfindən müharibəyə getmək üçün heç bir həvəs gözləməyin”.

Belə durumda ekspert Putin nə edə biləcəyinin proqnozunu da verib: 

"1. İnfrastrukturun məhvi, buna başlayıb. 2. Şəhərlərin blokadası, onu da həyata keçirir. 3. Çeçenistan və ya Suriyadakı kimi şəhərləri bombardman və artilleriya ilə çökdürmək, bu da mümkündür. Öncə qeyd edilən iki məqam humanitar fəlakətə gətirib çıxaracaq müqavimətin gücünü qıracaq. Üçüncüsü daha problemlidir. 

Mübarizə davam edərsə və qələbə olmazsa, Rusiya ordusunun döyüş bacarığı və döyüşmək istəyi də tezliklə yox olacaq. Putinin seçimi yoxdur, amma tabeliyində olanların seçimi var.

Hətta Rusiya texniki cəhətdən uduzmasa və hansısa atəşkəs, razılaşma əldə olunsa belə, Ukrayna artıq qalib gəlib. Niyə?

Rus xalqı pravoslav monarxiya mifinə inanır. Təbii ki, ortodoks çara qarşı çıxanlar da olacaq. Amma ona qarşı müqavimət təşkil etmək mümkün deyil. Beləliklə, müqavimət edən fərdlər olsa da, onlar mütəşəkkil Opriçnik qüvvələri tərəfindən asanlıqla əziləcəklər. 

Opricniklər çox cəsarətli və qəddar olurlar. Rus xalqının mifologiyası onların 99 faizinə bu təhlükəsizlik qüvvələrinə müqavimət göstərməyi qadağan edir. Amma 1572-ci ildə Krım xanı Moskvaya hücum edərkən opriçnik qüvvələri onunla üz-üzə gəlsə də, oxlarla darmadağın edildilər. Çünki inandıqları mif onları müqavimət qabiliyyəti olmayan insanlarla vuruşmağa alışdırmışdı. 

Ukraynalılar isə bu mifoloji məkanı çoxdan tərk edib. Üstün düşmənə qarşı müqavimət faktının özü Ukrayna mifologiyasını gücləndirir. Bu, şahidi olduğumuz nəhəng mif binasıdır. Müharibə fenomeninin özünü mifoloji ölçünü nəzərə almadan təsəvvür etmək mümkün deyil. Mübarizə olmadan müstəqiliyinizi təhvil versəniz, həyatınızı xilas edəcəksiz. Amma bununla miflərinizi də öldürəcək və qalib tərəf sizi həzm edəcək. 

Ancaq amansız və qanlı döyüşdən sonra məğlub olsanız belə, mifiniz canlıdır. Son döyüşün xatirəsi əsrlər boyu yaşayacaq. Bu, sizdən sonra gələn nəsillərin yaşadığı mifoloji məkanı formalaşdıracaq və onlar ilk fürsətdə müstəqilliyi bərpa etməyə çalışacaqlar”.


Rüfət Sultan.

Qaynarinfo.az

04.03.2022. / 10:57.

& VƏTƏNSEVƏRLƏR


27 Şubat 2022 Pazar

GÖZÜMÜN AĞI-QARASI BİRCƏ QARDAŞIM...


Oqtay İrşad oğlu Əliyev

Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.

Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatmaq istədilər. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmədilər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına inanırdım. Ancaq bu cinayətkarlar öz layiqli cəzalarını hələ almayıblar, alacaqlarına ümid edirəm. Bunun üçün Azərbaycanın beynəlxalq birliyin köməyinə ehtiyacı var.

Bu gün, həm də, "qanadımı" itirdiyim gündür. Gözümün ağı-qarası, məndən kiçik qardaşım Oqtay İrşad oğlu Əliyev 2006-cı ilin 27 fevralında, 45 yaşında iş başında vəfat etdi. O vaxtdan tək qanadla qalmışam.

 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında iş başında şəhid olub. Allah rəhmət eləsin !


ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN ! AMİN ...


Adil İrşadoğlu (Əliyev).

27.02.2022.


3 Şubat 2022 Perşembe

"O" - MUSTAFA ÇƏMƏNLİ

 #AZTV #MədəniyyətTV


Mustafa Şura oğlu Mustafayev (Mustafa Çəmənli) — nasir, publisist, Əməkdar mədəniyyət işçisi (2018), 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979).

& VƏTƏNSEVƏRLƏR

17 Ocak 2022 Pazartesi

KƏLBƏCƏR, LAÇIN, QUBADLI, ZƏNGİLAN CAMAATININ QƏDİM ALBANLARLA ƏLAQƏSİ VARMI?

 ARAŞDIRMA



"Qubadlının Əliyanlı mahalının Başarat və Armudlu kəndlərində alban məbədləri, Qafqaz Albaniyası dövründən qalmış digər abidələr vardır..."

 

“Bu gün təkcə Qazaxıstan Respublikasında 750.000 alban yaşayır...”

 

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin özünün “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindəki faktlar əsasında hazırladığı  “Qafqaz albanları: Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan camaatı” başlıqlı yazısının “Albanlar və alanlar” adlı 1-ci hissəsini təqdim edirik: 



Cənubi Qafqaz albanları və Şimali Qafqaz alanları... Albanlar azərbaycanlıların və dağıstanlıların, alanlar isə qaraçaylıların, balkarların və osetinlərin əcdadı sayılırlar. Albaniyanın adı əski salnamələrdə Albania (latın), Arianiya (qədim yunan), Arran (ərəb-pars), Aluank (qrabar) və başqa formalarda qeyd olunub. Alaniyanın adı isə qədim mətnlərdə Alania (latın), Allan (ərəb), Alank (qrabar) və digər şəkillərdə göstərilib. Nüfuzlu fransız linqvisti Emile Benveniste (1902–1976) hesab edirdi ki, Alaniya adı qədim pars dilindəki Ariana (Arran?) sözündən törəyib.

“Qədim türk dilinin lüğəti” əsərindən («Древнетюркский словарь», город Ленинград, издательство «Наука», 1969, с. 33) bəllidir ki, qədim türk dilində “alanq” sözü “düz” (hamar), “alban” sözü isə “dövlət vergisi” anlamını ifadə etmişdir. Saxa türkləri mərdlik və şücaət kimi keyfiyyətlərə “alban” deyirlər. Monqol dilində isə “alban” sözü “dövlət”, “qanun”, “vergi” mənalarında işlənir.

Quba rayonunun Alpan kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri və Qafqaz Albaniyasının yadigarıdır. Alpan toponimi özündə qədim alban tayfasının adını əks etdirir. Bu tayfa yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də yayılmışdır. Bu gün təkcə Qazaxıstan Respublikasında 750.000 alban yaşayır. Özbək albanları sakau tayfasının, türkmən alpanları isə sakat və təkə tayfalarının tirələridir. Tanınmış tarixçilər – fransız Lui Vivyen de Sen-Marten (1802–1897) və rus Sergey Pavloviç Tolstov (1907–1976) müasir türkmən xalqının təkə və qədim saka xalqının daha tayfalarını eyniləşdirmişlər. Alban və alpan adlı tirələri olan digər iki tayfanın da adlarına diqqət yetirək: sakau və sakat. Xatırladaq ki, Şimali Qafqaz alanları məhz qədim sakaların törəmələri idilər.

 

Azərbaycanın aşağıdakı yer adları da, 

ola bilsin ki, alan–aluan–alban etnonimi ilə bağlıdır: 



- Ağsu rayonundakı Sanqalan dağı və Sanqalan (sanq–alan–aluan–alban) kəndi;

- Abşeron rayonunun Xırdalan (xırd–alan–aluan–alban) şəhəri;

- Xəzər rayonunun Şüvəlan (şüv–alan–aluan–alban) kəndi;

- Cəlilabad rayonunun Albalan (alp–alan–aluan–alban) kəndi;

- Kəlbəcər rayonundakı İlandağ (alan–aluan–alban–dağ) dağı;

- Zəngilan (zəng–alan–aluan–alban) rayonu;

- Culfa rayonundakı Əlincə (alan–aluan–alban) qalası, Əlincə dağı, Əlincə çayı və İlandağ dağı;

- Ordubad rayonundakı Alangözdağ dağı;

- Füzuli rayonundakı Məngələnata (min, minq–alan–ata) dağı;

- İranın Ərdəbil ostanındakı Savalan (sav–alan–aluan–alban) dağı;

- Qəbələ rayonundakı Savalan dağ silsiləsi və Savalan kəndi;

- Laçın rayonundakı Ağoğlan (ağ alan–aluan–alban) dağı, Ağoğlan çayı, Ağoğlan monastırı, Ağoğlan qalası və Ağoğlan kəndi;

- Sədərək rayonundakı Ağoğlan türbəsi;

- Cəbrayıl rayonundakı Ağoğlan piri;

- Yevlax rayonunun Qaraoğlan (qara–alan–aluan–alban) kəndi;

- Ağdaş rayonunun Qaraoğlan kəndi.



Göstərilən yer adları arasında müəyyən zahiri fərqlərin mövcudluğu onların əksəriyyətinin məhz alan–aluan–alban etnonimi ilə bağlılığı barədə fərziyyəmizi istisna etmir. Zaman və məkan kimi amillərin təsiri altında istənilən söz ilkin mənasını saxlamaqla müxtəlif formalara düşə bilər.

 Haşiyə: 

 Bir iddiaya görə, Savalan dağının adı türk dilindəki “saval” (soyuq, sərt hava şəraiti) və fars dilindəki “an” cəm şəkilçisindən ibarətdir. Digər ehtimala əsasən, türk dilindəki “sala” (barmaq) və “bu” (çıxıntı) sözlərindən yaranmışdır. Belə bir fikir də var ki, Savalan dağının adı türk dilindəki “saal” (dağ yalı) sözü ilə əlaqəlidir. Başqa bir fərziyyə isə budur ki, Savalan oronimi avar dilindəki “şabal” (dağ, zirvə, təpə) sözündən törəmişdir. Amma göründüyü kimi, bu izahların hamısı kifayət qədər ziddiyyətlidir. Zənnimizcə, Savalan adının birinci hissəsi qədim türk dilindəki “sav” (aləm, yer) sözü, ikinci komponenti isə alan etnonimidir.

Qubadlı rayonunun Əliyanlı mahalının adı da alan etnoniminə bənzərliyi baxımından maraq doğurur. Əliyanlı camaatı qaraçorlu tayfasının bir qolu hesab edilir. Tarixdən bəllidir ki, Qafqaz Albaniyasının Dərbənd şəhərindən Beşbarmaq dağınadək uzanan ərazisinin adı Çor olub. Əliyanlı mahalının Başarat və Armudlu kəndlərində alban məbədləri, Qafqaz Albaniyası dövründən qalmış digər abidələr vardır. Bunları nəzərə alaraq, ehtimal edə bilərik ki, əliyanlı adı, əslində, ilkin alban–aluan–alan adının bir forması, əliyanlı tayfası isə qədim albanların bir nəslidir.

Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu “Əliyanlı mahalının tarixi irsi və maddi abidələri” adlı məqaləsində yazır: “Pir dağının üstündəki alban məbədi V–VI əsrlərə aiddir. Xalqın qoruyub saxladığı müqəddəs ziyarətgahın uzunluğu 4 metr, eni 3 metr, hündürlüyü 2,5 metr, forması düzbucaqlı, üstü tağbənd şəkilli, materialı daşdan idi. Quzeyindəki giriş qapısının hündürlüyü 1,8 metr, eni 80 sm olardı. İçəridə hər iki divar boyunca 15-ə qədər  taxça  (40–60 sm) və yazısız iki məzar vardı. Başdaşı (60 sm hündürlüyündə) və sinədaşı kobud daşlardan yonulmuşdu. Günəş çıxanda pirin içərisi işıqlanırdı. Qapıdan aşağıda ardıc kollarının dibindən sərin sulu Pir bulağı axırdı, ətrafı çaşır bürümüşdü. Başarat kəndindən 6–7 km cənub-qərbdə, Albalı (alban?) yeri deyilən ərazidə romb formalı, üzərində mixi hərflərinə oxşar yazılar olan 10–15 qəbir daşı (boyu 1,5–2 metr) vardı. Başdaşlarının ortasındakı xaç işarələrindən, künclərindəki qızılgül təsvirlərindən bilinirdi ki, bunlar II–III əsrlər alban mədəniyyətinin nümunələridir. Ətrafda əlliyədək qədim yurd yeri görünürdü”.

Müasir türkmənlərin olam və ulam tayfaları, eləcə də salur və yomut tayfalarının alam adlı tirələri alan əsillidirlər. Türkmənistanın bu tayfa və tirələrinin yaşadıqları ərazilərdə Alan qala və Qızıl Alan adlı qədim qalalar olmuşdur. Onu da qeyd etməliyik ki, qaraçaylılar və balkarlar bugün də özlərinə alan deyirlər. Xarəzm alimi Əbu Reyhan Muhəmməd ibn Əhməd əl-Biruni (973–1048) yazır: “Alanların və asların dili xarəzmlilərin və peçeneqlərin dilinə bənzəyir”.

 

(Ardı var...)

 

Müəllif: 

Milli Kimlik Araşdırmaları 

Qrupunun üzvü Araz Şəhrili.

Moderator.az 


& VƏTƏNSEVƏRLƏR


7 Ocak 2022 Cuma

BƏYLİKDƏN İMPERİYAYA

 Cənubi Qafqaz, Anadolu, İran, İraq, 

Suriyaya nəzarət və Məkkə-Mədinə iddiası 


Uzun Həsən


Uzun Həsən Azərbaycan Ağqoyunlu imperiyasının banisi – böyük dövlət xadimidir. 1423-cü ildə Diyarbəkirdə doğulan tarixi şəxsiyyətimiz 1478-ci il yanvarın 6-da Təbrizdə vəfat edib.

EDNews.net xəbər verir ki, Uzun Həsənin qurduğu imperiya Türkiyənin bir hissəsi, İraq, İran və Suriyanı əhatə edib.

XV əsrin 60-cı illərinin ortalarında İspirdən Urfaya, Şərqi Qara­hisardan Siirtə qədər uzanan bölgələr Uzun Həsənin hakimiyyəti altında idi.

1468-ci ildə Azərbaycan Qaraqoyunlu dövləti süqut etdi və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Ağqoyunlu dövləti yarandı. Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövlətinin tərkibinə Azərbaycanın Kür çayına qədərki bütün cənub torpaqları, Şərqi Anadolu, Diyarbəkir, Əcəm İraqı, Ərəb İraqı, Fars və Xorasan sərhədlərinə qədər olan torpaqlar daxil idi.

Zamanla Uzun Həsən Xorasandan Sivasa qədər uzanan daha geniş bir imperatorluğun sahibi oldu. Bundan sonra mənbələrdə bu böyük hökmdar “Sultanül – adil Həsən xan”, “Sultanül – Qalib Həsən Padşah” adları ilə qeyd olun­mağa başladı.

Uzun Həsənin yaratmış olduğu Azərbaycan Ağqoyunlu dövləti bölgənin ən böyük güclərindən birinə çevrildi və nəticədə regionun digər iki böyük dövləti olan Osmanlılar və Məmlüklərlə növbəti münaqişələr yarandı. Aralıq dənizinə açılan dəhlizə görə, Uzun Həsən Məmlük valilərini və vassallarını təhdid etməyə başladı. Digər tərəfdən, Uzun Həsənin islamın müqəddəs yerləri olan Məkkə və Mədinə şəhərləri üzərində hakimiyyətə iddialı olduğunu bəyan etməsi Məmlüklərlə münasibətlərdə yeni anlaşılmazlığa yol açdı.

Ağqoyunlu hökmdarı bu addımı ilə islam dünyasının ən böyük güclərindən biri olduğunu elan etmiş oldu.

XV əsrin 70-ci illərin əvvəllərində «Qaraman böhranı» Ağqoyunlu və Osmanlı dövlətləri arasındakı münasibətləri gərginləşdirərək müharibə vəziyyətinə çatdırdı.

Ağqoyunlu sultanının Osmanlılara qarşı hərbi əməliyyata başlamağa qərar verməsində Qərbi Avropa xristian dövlətlərinin rolu az olmayıb. 

Topqapı Sarayında saxlanılan bir məktubun müəllifi 9 bənddə Uzun Həsəni Teymurla müqayisə edir və Ağqoyunlu hökmdarının Teymurdan da üstün olduğunu göstərir. 

Uzun Həsən Avropa mənbələrində də Əmir Teymura bənzədilir, bəzən isə ikinci Teymur adlandırılır.

Ağqoyunlu hərbi qüvvələri 1472-ci ilin yayında Qaramanı ələ keçirib Aralıq dənizi sahilinə çıxdılar. Lakin Venesiya vəd etdiyi odlu silahları və artilleriya mütəxəssislərini vaxtında göndərmədi.

Əksinə, Ağqoyunlu – Osmanlı müharibəsinin (1472-1473) qızğın çağında Türkiyə ilə gizli – separat danışıqlara girib, müttəfiqinin qələbələrindən istifadə edərək, Osmanlı sultanından dinc yolla ticarət imtiyazları qoparmağa çalışdı. Bununla da, əslində, Ağqoyunlu dövlətinin məğlub olmasına şərait yaratdı.

Nəticədə Osmanlı sultanı özünün bütün hərbi qüvvələrini Uzun Həsənə qarşı səfərbər edə bildi və Otluqbelidə mühüm qələbə qazandı.

- Uzun Həsən açıq şəkildə türklərin hökmdarı olduğunu söyləyirdi. O, hətta II Mehmedə göndərdiyi məktubunda “Ölkənizdə türklərə qarşı qeyri-müsəlmanlar kimi davranılır, onlardan xərac alınır” - söyləyirdi. Uzun Həsən Bayandur boyunun damğasını rəsmiləşdirib. Hətta pulların üzərində də bu simvol olub. 

- F.Sümer Uzun Həsənin Quranı ibadət zamanı oxunmaq üçün türkcəyə çevirtdiyini və o zaman din xadimləri və üləmanın buna qarşı çıxmasına görə onun təşəbbüsünün baş tutmadığını yazır. Z.V.Toğan isə tarixçi Lariyə istinadən yazır ki, Uzun Həsən Quranı türkcəyə tərcümə etdirərək oxutdurub. Son illərdə aparılan araşdırmalar Z.V.Toğanın haqlı olduğunu göstərir. 

Uzun Həsənun oğlu Uğurlu Məhəmməd atasına qarşı üsyan qaldırır.  Təqib olunduqdan sonra isə Osmanlıya qaçır.

Sultan II Mehmed orada onu ədəb-ərkanla qəbul edir və öz qızı Kövhərxan sultanı da ona ərə verir. Fateh Sultan Mehmet onu Sivasa hakim təyin edir. Uğurlu Məhəmməd atasına qarşı mübarizəsini davam etdirir, lakin onu tezliklə tutub edam edirlər. Bundan az sonra 1478-ci ilin 6 yanvarında Uzun Həsənin özü də həyatla vidalaşır.


Moderator.az

06.01.2022. / 22-14.

4 Ocak 2022 Salı

ŞAHMAR HEYY !

 Shahmar

Ş.Əkbərzadə Mustafa Çəmənlinin 

yubiley gecəsində çıxış edərkən. 16.09.1997.


    Gecə saat 1-də, dünyanın səssizliyə bələndiyi bir vaxtda telefon səsləndi. Hövlnak yuxudan ayıldım. Əlimi həyəcandan çırpınan ürəyimin üstünə qoydum: xeyir ola! Dəstəyi qaldırdım. 


    – Mustafa, Şahmar ölüb! Şahmar Əkbərzadə! Bilirsən? 

İçimdə nəsə qırılıb, çilik-çilik oldu. Zəng kəndimizdən vurulurdu. Səs Çəmənlidən gəlirdi. Şahmarın həmişə adıyla öyündüyü ana beşiyimiz Çəmənlidən.

    Bu an sənin öz səsin gəldi qulağıma, Şahmar müəllim. «Çəmənli» şerini oxuyurdun:


Bu gecə qürbətdə girdin yuxuma,

Elə bil əmdiyim südə bələndim,

Neçə zirvələrdən boylandım, amma

Vüqarım sən oldun, sənə güvəndim.


Laylamın binəsi səndən başlanır,

Çəmənlim, a mənim könül çəmənim!

Hər səni ananda gözüm yaşarır,

Gözü yolda qalan anamsan mənim.


    Qardaş, yaddaşımda uyuyan, sənin avazına bələnmiş şerinə dinşək kəsildim. İçimdə bir fəryad qopdu: Şahmar heyyy!

    Gecənin bir aləmində mənə elə gəldi ki, sənin ruhun Çəmənlinin səmasında dolaşır, ustad. Axı özün deyirdin ki:


Yüz il qucağından uzaqda gəzsəm,

Xəyalım yenə də səmanda süzər,

Sənə ürəyimin paytaxtı desəm,

Nə Təbriz inciyər, nə Bakım küsər.


    Yox, küsməz, Şahmar müəllim! Axı sən o taylı – bu taylı vətənimizi canından artıq sevirdin.

    Qarabağın sahibsiz qalmış yurd yerlərindən, Ağdamın minarəsindən, Şuşanın Cıdır düzündən, Kəlbəcərdən, Dəlidağdan, Mərənddən, Təbrizdən bir haray qopdu:

    …Şahmar heyy!

    Şahmar, sən mənə dərs deməmişdin, amma həmişə səni özümə müəllim bilirdim. Vətənsevən, insansevən, yurd qədri bilən, el təəssübü çəkən, məclislər yaraşığı, dostlarını baldan şirin sözlərinlə şərəfləndirən Şahmar! Ey ürəyi özündən böyük müəllimim! Çılğın ürəyi, həssasdan-həssas qəlbi köksünə sığmayan böyük qardaşım.


Sahmar_M

Şahmar müəllimlə ömrümün bir anı… (1997)


    Şahmar müəllim, sən özündən, öz yaradıcılığından çox başqalarından danışardın. Sevdiyin şair, yazıçı, alim dostlarını təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında təbliğ edərdin. Sən özünsə, dünyanın o qayğısız çağlarında belə ildə bir kitab çap etdirməyə can atan, qonorar eşqinə qələm çalan qələm sahibi deyildin, Şahmar müəllim! Sən az yazan, amma gözəl yazan, misraları yaddaşlara həkk olunan böyük ruh şairi idin. Sən dünyanın içini-çölünü bilən, ensiklopedik bilik sahibi idin. Hər kəlməni obrazlı deməyi sevirdin. Hər cümlən, hər fikrin son sözün kimi səslənirdi. Böyük bir el ruhunun daşıyıcısı idin. Sən ilahiyyatı, muğamatı necə gözəl bilirdin. Yaxşını tez görüb, tez qiymətləndirən, pisliyə, rəzilliyə qənim kəsilən ər kişi idin, qardaş! 


    Sonuncu kitabının adını «Haqqa pəncərə» qoymuşdun. Çünki sən haqqı tanıyan, üzünü haqqa tutan, haqqa qapı açan mərd bir kişi idin! Sən alovlu bir natiq idin. Sən danışanda gözlərimiz önündə odsuz-ocaqsız yanardın. Buna ürəkmi dözərdi, qardaş! Dözmədi də. Dağ boyda Qarabağ dərdi də üstəlik… Sən elə eygili gündə belə deyərdin:

…Üstə dizin-dizin iməklədiyim,

Torpağın könlünü nə təhər alım.

Anamdır, bəs ona nə təhər deyim,

Yanına gəlməyə yoxdur macalım.

    

    Amansız tale sənə Qarabağın azad olacağı günü görməyi qismət eləmədi, ustad! O günü sən görsəydin… Yox, sən Qarabağı dizin-dizin gəzərdin, ürəyini köksündən çıxardıb deyərdin:

Bir quşam mənimki gətirib belə,

Çıxmaz ürəyimdən Əppəkli dərə.

Həsrətim çatarmı görən poçt ilə

Qızıl kövşənlərdə bildirçinlərə.


    Heyhat!... Ey böyük ruh şairim! Qızıl kövşənlərdə, viran qalmış Ağdam şəhərində bildirçinlər, səni sevən dostların, oxucuların bu gün – Şahmar heyyy deyir!

Allah sənə rəhmət eləsin!


Mustafa Çəmənli,

Nasir, publisist.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979),

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988),

Əməkdar mədəniyyət işçisi (2018).

30 avqust 2000-ci il.


27 Aralık 2021 Pazartesi

SSENARİSTİN VƏTƏN SEVDASI

Araz Əhmədoğlu


     İRAN sinamasında gözlənilməz bir ilk yarandı. Bu ilkin yaradıcısı Xoy’lu senarist, oyunçu, sayın Hadı bəy Hicazifər oldu.

     Tehran’da memarlıq oxuyan Atabay (Kazım) ata-baba yurduna döndükdə daha artıq çirkinlikər görüb dəliləyir. Atası başqa dostları’yla birlikdə bir daxmaya təpilib tüstüləyirlər. Bacısı əri uyuşdurucu üçün ata-baba torpaqlarını Fars bir dəllala (maklerə) satıb. Fars dəllal’sa iki qızı’yla birlikdə Atabayın yurdunda at çapıdır. Atabayın evlənməyə çox kiçik olan bacısı sevməzdən əri Pərviz’lə evləndirilib, ondan bir oğlu var. Eyni halda əri Pərvizdən zəhləsi getdiyi üçün əski sevgilisi, Atabayın yaxın dostu, Yəhya’yla gizlicə görüşürlər. Pərviz də onu oğlu’yla təkbaşına buraxıb başqa şəhərdə özünə ev-eşik qurubdur. Fərruxliqa da bu dərdlərə dözə bilməyib özünü kəndin ortasında yandırır. İndi Atabayın dünyası o bacısından qalmış bacoğlusu, Aydın dır.

    Yeni nəsil dərs oxumaq’la – ya da nəyin bahasına olur olsun – ata-baba yurdunu simgələyən kənddən qaçmaq istəyir. Bu nəslin simgəsi kəndli qız obrazı Ceyran dır. Ceyran atası yaşda olan Atabaydan istəyir onu alıb canını bu kənddən qurtarsın! Atabayı da Milyonlar Azərbaycanlı kimi Tehrana çəkən o xəyalların ardıca qaçmaq dır. Ancaq nə qədər güclü olursan ol, səni ikinci, bəlkə də üçüncü dərcə vətəndaş sayanlar həmişə səndən üç-heçə qabaq olub qurduğun xəyallarıva çatmaqda səni arxada qoyacaqlar. Atabay bilyurdda klasın birincisi olur, ama ləhcəsi – Farsıcanı Türki ləhcəsi ilə danışmaq – üçün, onlardan biri olmadığı üçün heç vaxt qurduğu xəyallara, istəklərinə çata bilmir. Dum-duru sevgisini sunduğu Sima adlı Fars gözəli onu bir ev qurmaqdan uzun illər boyu məhrum edib saçını ağardır. Ama həmin adam ikinci dəfə bir başqa Simaya aşiq olur. Niyə Sima? Farsıca “sima” sözcüyü bizim ana dilimizdə “üz; görüntü” anlamını daşıyır. Demək Kazım kimi gənclər kəndlərinin darıxdırıcı (?!) çevrəsindən çıxıb ayaqları böyük şəhərlərin təmtaraqlı, göz qamaşdırıcı həyəcanlarına çatdıqda oradakı gözəl görünən üzlərə, görüntülərə vurulub gərçək sevgidən uzaq düşürlər. “Eşqin gözü kor olur” deyənlər, “gərçək sevgini görə bilməyib, yalnız üzdəki gözəlliyə vurulanların gözü kor dır” demək istəyiblər.

     Atabay öz dili’ylə “Kazım öldü! Atabay!” desə də, başqa yerdə “insan dəyişməz” deyir. Bu paradoks “Atabay” adının varlığının – adın böyüklüyünə baxmayaraq – ancaq boş bir şuar olduğunu görsədir. O üzdən Atabay öldü sandığı “Kazım”ı öz içində daşıyır. Filmin başlanışındakı ədədlər filmin sonunda eynən təkrarlanır. 2, 3, 4, 5, yəni iki rəqmin əvvəlndə gələn ədələr dəyişsə də, sonlarındakı “1” dəyişmir. Kazım adını dəyişib Atabay olsa da, düşüncə baxımından heç vaxt bir atabay ola bilmir. O üzdən böyüdükdə dayısı olmaq istəyən Aydını da boş vədənin ardıca özü’ylə sürükləyir. Ata-babalar deyib: “Ağıllı adam iki dəfə bir dəlikdən sancılmaz!” Ama Kazım kimilər yüz dəfə sancılsa da, ağıllanmayacaq. Ağıllansa idı, Aydını döyüb sonra da dəfələr’lə “Pox yedim!” deyib üzr istəməzdi. Filmin ana qonusu senaristin bu baxışı dır. Yad elliyə göyül verənlərin sonu göz önündə dir. Üzü gülmüş bir beləsini görsəniz, səlam yetirin! Senarist bu anlamı çox gözəl bir səhnədə canlandırır. Qonaqlar gəlməmişdən öncə, Atabay onlara kəklik otu yığmağa gedir. Ama güclü yel dağ başında naylonu onun əlindən alıb uçudur. Atabay isə boş bir naylonun ardıca dağ-daşda qaçmağa başlayır. Bu boş naylunun ardıca qaçmaq boş bir sevdanın ardıca qaçmağı simgələyir (təmsil edir).

     “Aydın” sözcüyü “sevincdən parıldayıb gülmək; açıq düşüncəli; düşüncəsi zaman’la ayaqlaşan birisi” anlamlarını daşıyır. Örnək üçün, “Gözün aydın!” dedikdə birinci anlamı daşıyır; “elimizin aydınları” dedikdə elimizin ziyalı adamları, farsıca “rovşənfekr” anlamında olub ikinci anlamı daşıyır. Özəl ad olaraq da ikinci anlamda işlənir. Bu filmin mətnində Aydın obrazı evin təbərlik uşağı, tayfanın ən ağıllısı, ən gözəli Azərbaycanın ucqar bir  kəndində yaşayıb farsıca şer yazır, fars qızı Siminə vurulur. Aydın da Ceyran kimi yeni nəsli simgələyir. Ancaq bir elin ağıllısı Atabay’la Aydın olsa, vay olsun o elin ağılsızlarına! Filmdə gözə çarpan sorunlardan biri də “Aydın” sözcüyünün tələffüzü dir. “Gözün aydın!” duasında hamı düz tələffüz edir. Ancaq eyni sözcüyü özəl ad olaraq işlədəndə – yaşlılar yox, farsıca təhsil almışlar – farslar kimi “Aydin” tələffüz edir. Bu da keçmiş əlifbada /i/ səsi ilə /ı/ səslərinin bir şəkildə (آیدین) yazılmasından irəli gəlir. 

     “Ceyran” sözcüyü Türkçədə heyvanların ən gözəli olduğu üçün qız adı seçilir. Ancaq yalnız “gözəllik” dəyil, eyni halda “arınlıq; günahsızlıq” anlamını da daşıyır. 8-nci imam niyə ceyranın zamini olur? Niyə Türk ulusunda atalar qızlarına, aşiq olanlar’sa sevdiklərinə “Ceyranım!” deyir? Atabay filmindəki Ceyran şik görünən Simadan qat-qat gözəl dir. Ama Atabay kimilər bu gözəlliyi görə bilmir. Sinama salonunda Ceyranın sadə, səmimi davranışına birlikdə gülən tamaşaçılar əslində çağdaş toplumda bu saflığın artıq bir dəyər olmamasını vurqulayır. Elə bu düşüncədə olan bir toplumun gənc yaşda zor’la ərə verilmiş qızları, ərli olduqlarına baxmayaraq gizlicə sevgililəri ilə görüşüb sonunda da özlərini öldürmək zorunda qalmağa məhkum dır.

     Atabayın itirdiyi uçmağ (cənnət) isə bacısı əri Pərvizin satıb sovurduğu bağ, bir də qurumaqda olan “Urmu gölü” dir. Ama artıq bu uçmağların hər ikisi də Atabayın əlindən çıxıb! Qurumuş Urmu gölünün milyonların yaşayışını hədələyən duzlarının üstündə addımlayan hər bir Azərbaycanlı “Kim inanar, bir günlər biz burada çimərdik!” sözünü hansı yanqılarlar’la dilə gətirdiyini yaxşı anlayır. Doğma uçmağını əldən vermiş Atabay da, bacoğlusu da sevgi axtarır. Ancaq sevgi sanıb ardıca getdikləri’sə sonunda boşa çıxan ilqım dır.

     Senario uluscul (milli) kimlik təməlində qurulmuş bir düşüncədən qaynaqlanaraq yazılıbdır. Xoyun eşsiz Şəms minarəsi (qülləsi), tarixi bazarı, Mütəllib xan sarayı kimi abidələr Azərbaycan memarlığını ən gözəlcəsinə göz önündə canlandırır. Aşıq musiqisi bu gözəlliyi qat-qat artırır. Filmin mətnində hətta qəyiş qapma (qayış qoydu) kimi el oyunlarına da diqqət yetirilib.

     Filmin güclü çəkilişi (rəssamlığı) var. Bu çəkiliş Xoyun, Azərbaycanın gözəllikləri ilə bir araya gələndə filmin gözəlliyi daha da artır. Filmin mətninə uyqun olaraq iki rəng monoton laytmotif yaradır. Xoyun təbiəti, eləcə də kəndlərində yaşayan millətin dərdlərini, darıxdırıcı həyat tərzini çatdırmaq üçün kameraman narıncı boyanı hakim qılır. Urmu gölünün durumunu isə maviyə çalan boz rəng’lə görsədir. Bu rəng ölümü çox gözəl təmsil edir. Özəllik’lə, Atabay’la Yəhyanı iskələdə görsədən səhnə çox klasik gözəllik daşıyır. Filmin əvvəllərində Atabay kəndin qəhvəxanasına girdikdə, qəhvəxananın eşiyində uşaqlar qayış-qapdı oynayır. Eyni halda kəndin yanından keçən qatarın görüntüsü qəhvəxananın camında yanqılanır. Aydın dır kameraman, eləcə də yönətmən üçün qatarın birbaşa görüntüsünün önəmi yox imiş. Olsaydı, birbaşa qatarın gəlişi görüntüyə alındıqdan sonra Atabayın qəhvəxanaya gəlməsi çəkilərdi. Ama bu səhnə şans üzündən olsa da, filmin ən anlamlı səhnələrindən biri dir. Birinci və ikinci Dünya Savaşının ərbablarının stratejisinə qulluq etmək üçün nəzərdə alınmış bu lojestik dəmir yolu sözdə Nazism, ama əslində Osmanlı epmeratorluğu, eləcə də bütün Türk və İslam dünyasına qarşı savaşan Müttəfiqlərin – birləşmiş dörd ölkə: Britaniya, ABŞ, Rusiya və Fransa – silah-sursatını Rusiya cəbhəsinə daşımaq üçün bu torpaqlarda yaşayan millətlərin pulu və əməyinin gücü’ylə çəkilən strateji bir yol olub. Dünyanın hər yerində dəmir yolu təməl quruluş (infrastructure) sayılır. Getdiyi yerlərə gəlişməni daşımaq üçün çəkilir. Ancaq bu dəmir yolu bizim torpaqlardan çəkilsə də, bizim millətimizə heç bir faydası olmayıb! Elə 21-nci yüzillikdə Atabay filmində çəkilən bu kəndin özü bu düşüncənin canlı şahidi dir. 

     Filmin çəkilişi yaxşı alınıb. Ancaq toy səhnəsində kənd adamı yallı gedərkən rəqs edənlərin ayaq hərəkətlərini yox, yalnız hərəkət edən başlarını görsədir. Bir də aşıq oxuyarkən adamın yalnız üzü’ylə ağzında görünən dişləri yaxın ekrana çəkilir. Bu böyük irad İran televizyonunda alışqanlığa döndürülmüş bir eyb dir. O gözəllikdə sədəfli sazı, istəyərək, çəkməyib pulsuz aşığın dişləri ilə burnunu ekrana çəkmək Sazın gücündən qorxmaqdan başqa nə ola bilər ki?

     Atabay, Aydın, Yəhya, Sima rolları yaxşı alınıb. Özəllik’lə də Atabayın hirsi (pərtliyi), Aydının dum-duru sadəliyi ilə qarışanda, Azərbaycan, eləcə də bütün Türk dünyasına tanış, doğma duyqular yarada bilir. Hikayə birinci şəxs baxış açısı’yla rəvayət edilərək başlayıb objektiv baxış açısına keçir. Hikayə baxımından çağdaş-ötəsi (post-modern) bir gərçəkçi (realisti) əsər görə bilirik. Gərilim bəri başdan Atabayın saydığı ədədlər’lə – 21, 31, 41, 51, 61, 71, 81, 91 – başlayıb bəlirsiz bir sonda eyni ədədlər’lə sona çatır.

     Quruluş baxımından yaxşı irəliləyir. Ancaq dialoqlar, bəlkə də əsərin quruluşu, yer-zaman ölçüsünə görə kütlə səviyyəsindən yuxarı çıxa bilmir. Ana dildə təhsilin olmaması dərdi də ap-aydın gözə çarpır. Obrazlar əsərin quruluşuna məntiq’lə yaraşır. Ancaq Yəhya obrazını filmin ya hikayənin kontekstinə görə daha yerli görünsün deyə ləhcə örgətməni ilə yola salmaq olardı. Cavad İzzətinin yaxşı oyunçuluğuna baxmayaraq, nədən’sə, bəlkə də pul çatışmazlığı sorununa görə yaxşı alınmayıb.

     Urmu gölü Azərbaycanın ölüb-qalma sorunu dır. Senarist bu dərdi, filmin çəkilişi və öz dili’ylə gözəl çatdıra bilir. Yalnız, gecə işığındakı pəxlənlər (flaminqolar) səhnəsindəki özəl etgilər (special effects) gözəlliyinə baxmayaraq, yaxşı alınmayıb. Gölün istənilmiş qurudulmasından sonra Azərbaycanın hünərmənləri ilə ədəbi şəxsiyyətləri dünyanın diqqətini çəkmək üçün pəxləni öldürülməkdə olan Urmu gölünün simgəsi olaraq seçiblər. Hər gün Azərbaycanın hər yerində olduğu kimi bu səhnədə də Atabay fars qonaqlara görə öz doğma bacoğlusu’yla farsıca danışır. Özü də qonaqlar onların vətəninə gəlib, onlar qonaq getməyib! Dünyanın heç yerində özünə bunca xor baxan bir millət görə bilməzsiniz. Filmin mətni, eləcə də quruluşuna görə, oyunçulara səhnə bəzəyi (qrim) o qədər də lazım olmur. Yalnız hovuza düşərkən Aydının başının çapılıb qanaması, bir də Atabayın üz-gözündəki cızıqları görsətmək üçün işlənmiş bəzəklər çox doğal alınıb.

     Obrazların geyimi çox uyqun seçilib. Atabayın mindiyi Kadilak, çağdaş qərb dünyası modlarına uyqun rəsmi olmayan geyimi, qərb dünyası musiqisi, hərdən də Tatlısəs dinləməsi boynundan asdığı kəhrəbayı təsbeh ilə böyük paradoks yaradır. O paradoksları yaşayan obraz aşıq musiqisini toyda susdurur. Ama dostu Yəhyanın yoldaşının yasına gedərkən, el içində heç də bəyənilməyən bir iş görür. Yasa gedənlər arasında Atabayın batı (qərb) musiqisi dinləməsi başqalarında ən azı etiraz yaratmaq üçün dir. Ancaq, Dağ başındakı göldə qırmızı bayram balıqalarının haradan gəlməsini sorub soruşdurmayan kütlə mədəniyyətinə tam özgə olan durumlarda da etiraz etməsini başara bilmir.

     Musiqi baxımından’sa çox da uğurlu çıxmayıb. Filmin sonundakı musiqidən görünür filmin mətninə ondan güclü bir əsər yaratmaq olardı. Örnək üçün, uluscul, yerli musiqi ilə çağdaş dünya musiqisi qarışımından tam yeni bir əsər yaratmaq olardı.

      Atabay filmin sovunu (mesajını) ilginc bir səhnə ilə çatdırmaq istəyir. Dostu Yəhyaya “Dəyişmək gərək! Dəyişmək üçün içindəki alovu söndürməlisən. Söndürmədikcə bu od getdiyi yerləri yandırıb yaxacaqdır” demək istəyir. Atabay bunun üçün Yəhya'yla birlikdə bir təpənin üstünə çıxıb bir təkərə benzin töküb yandırdıqdan sonra aşağıya helləyirlər. Umuruq bu filmə baxanlar bu səhnəni tərsinə başa düşüb əyləncə üçün sabah dağları oda çəkməzlər!

     Senarist Atabay obrazının özünə olan baxışını çox anlamlı bir simgə ilə görsətməyə çalışır. Atabay kəndə diqqət’lə baxanda dürbin’lə yuxarıdan baxır. Bu səhnələr Atabay obrazı kimi yaşayanların öz kəndlərinə aşağı göz’lə baxdığını simgələyir. Elə insanlar toplumun basqısı altında özlərinə, eləcə də öz uluscul kimliklərinə arxayınlıq’la yox, alçaldıcı göz’lə baxırlar. Özünə, özlüyünə xor baxan bir toplumun üyələri Aranda buğdadan, Bağdatda xurmadan qalır!

     Üst-üstə, film senario, yönətmənlik, oyunçuluq, quruluş, geyim, işıqlandırma, səhnə seçimi baxımlarından uğurlu sayılır. Bu gözəl filmin başda senaristi, baş rolu Hadı Hicazifər cənablarına, yönətməni Niki Kərimi xanıma, dsətəkçisi Qulamrza Bəhari bəyə dərin təşəkkürlərimizi bildirib vətən sevgisi ilə yaşayan bütün igidlərə can sağlığı, uğurlar diləyirik.


Xoy, 9 dekabr, 2021.




2 Kasım 2021 Salı

"SƏMİMİ SÖHBƏT"İN QONAĞI JURNALİST ADİL İRŞADOĞLUDUR

 Bu gün - 01.11.2021-ci il tarixində tanınmış yazar Təranə Məmməd Facebook profilində "Səmimi söhbət" layihəsinə tanınmış jurnalist Adil İrşadoğlunu qonaq çağırıb. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirik.


Sual 1:

- Adil müəllim, hər şeydən əvvəl sizi doğum gününz münasibətilə təbrik edir, sizə uzun ömür və can sağlığı arzu edirəm. Arxada nə az, nə çox 68 il var. Ömür karvanında özünüzü necə hiss edirsiniz?

Cavab:

- Bu keşməkeşli dünyamızda diqqət göstərib məni yada saldığınıza görə, doğum günüm münasibətilə məni təbrik etdiyinizə görə çox sağolun. Sizə və oxucularınıza minnətdaram. Ömür karvanımda özümü ruhən cavan, cismən yaşlı, qəlbiqırıq, müqəddəs arzularından çoxuna çata bilməyən bir insan kimi hiss edirəm. Ancaq buna baxmayaraq Tanrıya - Allaha daim şükür edirəm. Ümidlə yaşayıram. Allah heç kimi ümidsiz buraxmasın.

Sual 2:

- Siz Ağdamda sayılan seçilən ailələrdən birində anadan olmusunuz. Valideynlərinizdən aldığınız tərbiyəni öz övladlarınıza ötürə bildinizmi?

Cavab:

- Valideynlərimdən aldığım tərbiyəni öz övladlarıma ötürməyə çalışdım, ancaq onlar başqa bir zamanda yaşayırlar, həmin tərbiyəni qismən qavradılar. Hər bir ailə, hər bir xalq özünün xoşbəxt gələcəyi naminə ümidlərini ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin bilikli, vətənpərvər, diqqətli, məsuliyyətli, xeyirxah, halal və haramı başa düşən kimi yetişdirilməsi hər bir ailə üçün, hər bir ölkə üçün ən başlıca məsələdir.

Sual 3: 

- Dostumuz və sevimli şairimiz  Adil Cəmilin bir şeiri var “Mən yaşamaq istədim, mən yaşaya bilmədim"... Bu sözlər sizə nə dərəcədə aiddir?

Cavab:

- Allah tələbə yoldaşım, dostum və Azərbaycan xalqının sevimli şairi Adil Cəmilə cansağlığı, uzun ömür versin. Onun rəhmətlik oğlu Orxanla da dost idim. Orxan mənim oğlum Elşadla universitetdə birlikdə təhsil almışdılar. Onlar da dost idi. Ancaq heyf ki, indi Orxan bu dünyadan köçüb... Qaldı ki, Adil Cəmilin “Mən yaşamaq istədim" şeirinə, bu şeir qismən mənə aiddir. Mənə aid olan Adil Cəmilin bax, bu şeiridir : 

MƏN DÜNYANI DUYAN GÜNDƏN

Mən dünyanı duyan gündən

Taleyimə biçilmədim.

Böyük-kiçik şahiddir ki,

Böyümədim, kiçilmədim.

Yenə qaldım mənliyimdə -

Yeyilmədim, içilmədim.

Nə yaxşı ki, "pay verilən

Qismətimlə" ölçülmədim.

Özgə qismət qismətimmiş -

Bu fürsəti keçirmədim.

Ürəyimin yanğısını 

Boş günlərə içirmədim.

Dünya mənə çox yalvardı,

Ürəyimə köçürmədim...

Sual 4:

- Gəlin həyatımızın ən gözəl anlarına, uşaqlığa qayıdaq. Ağdam şəhəri, armudlu həyət, qonaqlı-qaralı baba evi... Nələr düşür yadınıza?

Cavab: 

- Həmin həyətin ağdamlıların və Ağdama gəlib-gedənlərin dilindən səslənən məşhur bir adı var idi, "Armudun dibi". Bu barlı-bəhərli həyətin, evin bünövrəsini mənim rəhmətlik babalarım, ...Məhəmmədəli bəy, Mikayıl bəy, Məhəmməd bəy qoymuşdur. Soruşursunuz ki, nələr düşür yadınıza? Yadıma çox şey düşür. "Armudun dibi"ndə Əsgərana, Xankəndinə, Şuşaya gedən avtobusların stansiyası var idi. Rəhmətlik Əmir kişi avtobus stansiyasında çayxana açmışdı. Çayxanaya yaxın əkilmiş armud ağacının hacalanmış gövdəsində oturub armud yeyərdim və armudun qalığını erməninin başına atardım. İndi fikirləşirəm ki, o vaxt lap düz etmişəm...   Valideynlərim ailə quranda həmin ünvanda yaşayıblar. Mən doğulandan 6 yaşıma qədər valideynlərimlə bu evdə yaşamışam. Bu məkanla bağlı xatirəm çoxdur. Sonra ailəmiz baba yurdundan başqa bir evə köçdü.

Sual 5:

- Siz jurnalistsiniz. 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz. Nə vaxt və harada başladınız, bu işə?

Cavab:

- Bəli, mən Azərbaycan Respublikasının ahıl jurnalistlərindən biriyəm. Jurnalistikaya uşaqlıqdan böyük həvəsim olub. Hələ Ağdam şəhər 1 saylı orta məktəbdə 5-6-cı siniflərdə oxuyanda məktəbimizin ictimai həyatından yazılar yazar və fotolar çəkib rayon qəzetimizdə çap etdirərdim. Çapdan çıxan qəzeti səhər tezdən köşkdən alıb evimizə gətirərdim. Atam, anam, bacım və qardaşım mənim uğuruma sevinərdilər. Bu da məni çox ruhlandırırdı. Orta məktəbi əla qiymətlərlə bitirdim. Fikirləşirdim ki, ya şərqşünas olacam, ya da jurnalist. Jurnalist olmaq qismətimdəymiş. Azərbaycan Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin telejurnalist bölməsini əla qiymətlərlə bitirdim. Məni Azərbaycan Respublikası Nazirlər Sovetinin yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə redaktor işləməyə göndərdilər. 25 il (5 il ştatdankənar, 20 il ştatda) bu məbədgahda, əsl həyat məktəbində nöqsansız, şərəflə  çalışdım. Sonra digər mətbuat orqanlarında fəaliyyətimi uğurla davam etdirdim. Bu vaxtadək sevimli peşəmdən ayrılmamışam.

Sual 6:

- Birinci Qarabağ müharibəsinin iştirakçısısınız. O vaxtlar səngərdə döyüşcülərimizin yanında olur, cəbhə xəbərlərini mütəmadi olaraq xalqa çatdırırdınız. Qəhrəman əsgər və zabitlərimizdən verilişlər hazırlayırdınız. Həmin günləri necə xatırlayırsınız?

Cavab:

- Bu barədə danışmaq üçün gərək dərinə gedəm. Ancaq bu, sizin ‎layihənizə uyğun gəlmir. Qısaca deyim ki, ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı - "Hünər" verilişləri proqramı var idi. Mən Şöbə müdirliyini buraxdım, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəmədim. Fikrim-zikrim Qarabağda qalmışdı, Bakıda dözə bilmədim, yenə könüllü cəbhəyə yollandım. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldum və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdim. Həmin verilişlər mənim və çəkiliş qrupumun canı və qanı bahasına başa gəlmişdir. Kim idi çəkiliş qrupumun üzvləri? Jurnalist Adil İrşadoğlu, kinooperatorlar Tahir Qarayev, Fikrət Hüseynov, Ramiz Rüstəmov, Əlövsət Aslanov və Şakir Məmmədov, rejissorlar Taleh İsmayılov, Tofiq Gülməmmədov və Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Çəkiliş qrupumun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşuq. Allah şəhidlərimizə rəhmət eyləsin. Allah qazilərimizə ağrısız-acısız uzun ömür qismət eyləsin.

Sual 7:

- Adil müəllim,  qardaşınız - təhlükəsizlik mayoru Oqtay İrşad oğlu Əliyevin vaxtsız ölümü sizə çox pis təsir etmişdi. Hətta “mən qanadlarımı itirdim” demişdiniz, o vaxt. Oqtay müəllim sizinçün kim idi?

Cavab:

- Oqtay mənim kiçik qardaşım idi. Oqtay mənim döyüş yoldaşım idi. Oqtay mənim dostum idi. Bu dünyanı cavan ikən, 45 yaşında tərk etdi. Bizi ağlar qoydu... Oqtay çox ağıllı, təmkinli, vətənpərvər, diqqətli, məsuliyyətli, istiqanlı və ailəcanlı bir insan, bir zabit idi. Heyf Oqtaydan. Arzularını həyata keçirə bilmədi, onları özü ilə apardı. 

Sual 8:

- 30 ilə yaxın Azərbaycan xalqı Qarabağ həsrəti yaşadı. Siz bir ağdamlı olaraq o illəri necə yaşadınız?

Cavab:

- Mən bu 30 il heç yaşamadım ki... Ah-nalə içərisində üzüldüm. Ruhum Qarabağda, Ağdamda idi, cismim isə Bakıda. Dostum, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyyətinin sədri Akif Nağı vaxtilə mənə belə tərif vermişdi: 

"Ağdam şəhəri ayrıca planet idi, ağdamlıların balaca bir planeti. Mən kənd uşağı idim, şəhəri yaxşı tanımırdım, kənddə məktəbi bitirəndən sonra Bakıya çıxıb gəlmişəm. İndi də Ağdam şəhərini o qədər də tanımıram. Yanımda Ağdamdan danışanda çox yerini, çox adamlarını tanımıram. Amma Ağdam şəhərlilərinin Ağdamın hər xırda detalından, döngəsindən, tinindən, məhəlləsindən, adamlarından necə danışdıqlarına heyranlıqla qulaq asıram. Heç kəsin xətrinə dəyməsin, amma bu, ağdamlılardan başqa heç kimdə yoxdur. Ağdam bəlkə də dövlət içərisində bir şəhər-dövlət, Azərbaycan içərisində Azərbaycanın özündən böyük bir meqapolis idi. “İdi” deməyə də adamın dili gəlmir.

Xeyli ağdamlı tanıyıram ki, onların sözü-söhbəti, hərəkəti və ruhi vəziyyətinə baxanda məndə elə təsəvvür yaranır ki, onlar Ağdamdan çıxmayıb, çıxmaq istəmirlər, hələ də Ağdamdadırlar, orda yaşayırlar.

Belə insanlardan biri də dostum, tanınmış jurnalist Adil İrşadoğludur. O, Bakıya qaçqınlıq vaxtı gəlməyib, universitet təhsilindən sonra burda çalışıb, amma sovet dövrünün assimilyasiya maşını Adilin də ağdamlılığını əlindən ala bilməmişdir. Onunla oturub söhbət eyləyəndə, daim hiss edirsən ki, o, burda deyil, Ağdamdadır. Onun Ağdama belə bir təmənnasız, sözlə deyilə bilməyən bir sevgisi var".  

Sual 9:

- Adil müəllim, bilirəm ki, çox kövrək ürəkli insansınız, Şuşa alınan günü göz yaşlarınızı saxlaya bildiniz?

Cavab:

- Ulu babalarımızdan bizə miras qalan qədim mədəniyyət mərkəzimiz Şuşa erməni və rus işğalından azad edilən gün az qaldı ki, sevincdən ürəyim partlasın. O qədər ağladım ki... Təzyiqim yüksəldi, evdəkilər təcili müdaxilə etməsəydilər mən bu gün sizə müsahibə verə bilməzdim. Hələ ki, yaşayıram. Bütün günü yazıram, çalışıram. Görəcəyim çox işlər var. Allah bunları həyata keçirməyimə imkan versin, yardımçım olsun.

Sual 10:

- Şuşa demiş, Sizin Şuşayla bağlı çöxlu xatirələriniz olmalıdır. Bu gün Şuşada olsaydınız ən birinci hara gedərdiniz?

Cavab:

- Bir gün Şuşanı yenidən görmək mənə nəsib olsa birinci məscidə gedib dualar oxuyardım, doyunca ürəyimi boşaldardım. Sonra hər il yay fəslində 3 ay qonağı olduğumuz evə gedərdim. Həmin ev Molla Pənah Vaqifin məqbərəsi ilə üzbə-üz dayananda məqbərənin sol tərəfində yerləşirdi. Həmin evdə ailəmizin bütün üzvlərinin xatirələri yaşayır. O evin, o ailənin başçısı Muxtar əmiyə, onun həyat yoldaşı Mehri xalaya və bu unudulmaz ailənin dünyasını dəyişmiş digər üzvlərinə dualar oxuyardım, rəhmətlər diləyərdim. Qonşumuz Gülbuta xalanı, görkəmli sənətçimiz Flora Kərimovanın əmisigili xatırlayardım. Öz ailə üzvlərimin, uşaqlıq dostlarım Zahid Tağıyevin, Fikrət Xudatzadənin, Təranə Məmmədin, Habil Qurbanovun, İlham Qurbanovun, Nurəddin Süleymanovun, Çingiz Tağıyevin, İbrahim Rüstəmovun, Kamil Hüseynovun, Əli İsmayılovun, Şaiq Bəşirovun, Nizami Aslanovun, Tahir Qarayevin, Malik həkimin (İsmayılov), Zahid Qarayevin yanımda olmasını istəyərdim.

Sual 11:

- Adil müəllim, Zəfərimiz möhtəşəmdir. İndi biz ancaq irəli addımlayırıq. Siz Ağdama həmişəlik yaşamağa gedəcəksiniz? Bu qayıdışı necə təsəvvür edirsiniz?

Cavab:

- Mən, 1972-ci ildə ali təhsil ocağı olan Azərbaycan Dövlət Unuversitetinə daxil olduğum və 1977-ci ildə ali təhsili başa vurub təyinatla Nazirlər Soveti yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işləməyə göndərildiyim üçün o vaxtdan Bakı şəhərində yaşayıram, məcburi köçkün deyiləm. Ancaq dünyasını Bakı şəhərində dəyişən rəhmətlik atam, rəhmətlik anam, rəhmətlik qardaşım ailəsilə birlikdə məcburi köçkün idilər...

Mən məcburi köçkün olmasam da, Bakıda atamın evlənib ailə qurduğum zaman mənə aldığı darısqal mənzilimi oğullarımdan birinə verib Ağdam şəhərində məskunlaşmağı arzu edirəm. Soruşursunuz ki, Qarabağa qayıdacaqsınızmı? Əlbəttə qayıdacam! Ömrümün qalan hissəsini dünyaya gəldiyim, gözümü açdığım doğma Ağdamda ləzzətlə yaşamaq istəyirəm. Dövlətimiz məni 6 sot torpaq sahəsində evlə təmin etsə elə sevinərəm ki... Keçmiş köçkünləri də bu qayıdışa qoşulmağa dəvət edirəm. Biz hamımız uzun illərdir ki, ata-baba yurdumuza, əzizlərimizin doğulduğu, yaşadığı, uyuduğu yerlərə həsrətik. Şərait yaradılan və təhlükəsizliyimiz təmin edilən zaman dövlətimizin “geri qayıt” əmrini canla-başla yerinə yetirməyə hazıram. Siz də hazır olun. Qayıtmaq istəməyənləri isə məcbur qaytaqmaq lazımdır. Biz işğal altındakı torpaqlarımızı geri qaytarmaq üçün müharibə aparmışıq. Bu qədər şəhid vermişik. Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik. Bəs, torpaqlarımız nə üçün azad olunub?

Sual 12:

- Deyirəm, kaş burda bir piano, ya da tar olaydı. Sizin musiqi duyumunuz, bir neçə alətdə ifa edə bildiyiniz mənə məlumdur. Nə ifa edərdiniz indi burda?

Cavab:

- 1993-cü ildən bu yana nə tarda, nə pianoda, nə də gigər alətdə heç bir ifa etmədim. Yalnız ürəyim oxuyurdu, ağlayırdı, ancaq musiqi alətinə yaxın dura bilmirdim. Elə həmişə ürəyimdə bunu ifa etmişəm:

Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.


Bir ovçu gördüm,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda.


Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.


Sözlər və musiqi: Cəfər Cabbarlı.

Nota köçürən: Əfrasiyab Bədəlbəyli.

İfaçısı: Səxavət Məmmədov.


Sual 13:

- Musiqi insanın ruhunun qidasıdır, deyirlər. Ruhunuzu daha nə qidalandırır?

Cavab:

- Mənim ruhumu birinci qidalandıran dünya şöhrətli sənətçi professor Arif İmran oğlu Babayevin, Əbülfət Əliyevin, Əhsən Dadaşovun, Habil Əliyevin, Mənsum İbrahimovun ifalarıdır. Məni həm də sevdiyim işlərlə məşğul olmaq, ailəmin və övladlarımın xoşbəxtliyi, məni sevən, hörmət edən səmimi dostlarımla görüşmək, onlarla birlikdə məclis qurub yeyib-içib şənlənmək, keçmişi xatırlayıb gələcəyin planlarını qurmaq qidalandırır.

Sual 14:

- Siz indi də internetdə, Facebookdakı səhifələrinizdə jurnalist işinizi davam etdirirsiniz, maraqlı məlumatlar, yazılar və videolar hazırlayıb paylaşırsınız. Müasir jurnalistlərə nə tövsiyyə edərdiniz?

Cavab:

- Onlara heç nə tövsiyyə etmirəm. Çünki onlar bizim tövsiyyəmizi bəyənmirlər. Bizi keçmişin qalığı hesab edirlər. Kinayə ilə bizə Sovetdən qalma insan olduğumuzu xatırladırlar. Ancaq bu, belə deyil. Düşündüyümə görə jurnalistika çoxplanlı, çoxmənalı, çoxüzlü kütləvi informasiya vasitəsi olub, “dördüncü hakimiyyət”, cəmiyyətin güzgüsüdür.

Əfsuslar olsun ki, bizi keçmişin qalığı hesab edib yalan yazanlar azlıq təşkil etsələr də, sadəcə reytinq xətrinə, “filankəsi filankəslə filan yerdə gördülər” kimi sensasiyalı “hekayə”lər yazanlar, evinə “çörək pulu” aparmaq üçün insanları şantaj eləyib “hörmət” qazananlar da var. Amma fəxrlə deyə bilərik ki, ömrünü bu sahəyə həsr edən, həqiqi, vicdanlı, obyektiv, qərəzsiz qərarlar verən qələm sahiblərimiz reket jurnalistlərə qarşı uğurla mübarizə aparmaq, onlara qalib gəlmək və cəmiyyətimizi parlaq ayna kimi əks etdirmək əzmindədirlər.

Əsl Jurnalistlər dövlətin sütunlarıdır. Onları böyük bir okeanda üzən gəminin kapitanları adlandırmaq olar: hansı istiqamətə getsələr, nə yazsalar, xalq da onlarla gedəcək, həmin məlumatı oxuyacaq. Ona görə də, jurnalistlər çalışmalıdırlar ki, öz şərəfli vəzifələrinin öhdəsindən ləyaqətlə gəlsinlər, Azərbaycan həqiqətlərini dünyaya tanıtsınlar. Çox sevindiricidir ki, Azərbaycan jurnalistləri bunu böyük əzmkarlıqla həyata keçirməyə çalışırlar.  

Sual 15:

- Adil müəllim, bu gün 68 yaşınız tamam olur. Arzulardan doğan arzunuz varmı?

Cavab:

- Əlbəttə var. İnsan ölənədək nələri isə arzulayır və arzulardan arzular doğur. Çox arzulayıram ki, xalqımızın və millətimizin düşmənlərindən başqa bütün  insanların, eləcə də mənim xoş niyyətli arzularım çin olsun. Yaxşı arzular həyata, yaşamağa və insanlara sevgidən yaranır. Ürəyində sevgi hissi olmayan insan heç vaxt xoş niyyətli arzu arzulaya bilməz. Çünki bunu yalnız sevgi bacarır.

Sual 16:

- Bir Qarabağ atı olsaydı və onu saxlamaq imkanınız olsaydı neyləyərdiniz? Heç özünüzü at belində Qarabağda təsəvvür etmisinizmi?

Cavab:

- Bir Qarabağ atını saxlamaq imkanım olsaydı onu saxlayardım. Həmişə özümü Qarabağ atının yanında və tərkində hiss etmişəm. Ata məhəbbət mənə gen yaddaşımdan miras qalıb. Ulu babam Allahverən oğlu Mehdi bəyin Qarabağ cinsli böyük milli at ilxısı olub. Bu ilxı ona ulu babalarından yadigar qalıbmış. Azərbaycanda Sovet Hakimiyyəti qurulanda bolşeviklər digər bəylər kimi babam Mehdi bəyi də çox sıxışdırıblar. Onun bütün varidatını əlindən almaq istəyiblər. Mehdi bəy yaşadığı kəndini və kəndinin əhalisini qorumaq üçün Qarabağ cinsli böyük milli at ilxısını və xeyli qızılını Sovet hökumətinə bağışlayıb. Bir müddətdən sonra həmin hökumət babamın bütün varidatını müsadirə edib...

Sual 17:

- Adil müəllim, jurnalist olaraq çox söz demisiniz. Nələri deməmisiniz? Nədən yazmamısınız və yazmaq istəyərdiniz?

Cavab:

- Hörmətli jurnalist, yazıçı Seymur Baycan deyir ki, "yazılanlara inansaq, belə bir əhvalat olub. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir, məsləhət istəyir. Dostoyevski deyir ki, get öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən…İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var. 

Bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim jurnalistikamızın, ədəbiyyatımızın ən böyük problemlərindən biri də odur ki, yazarlarımız öz həyatlarını, qəhrəmanlarının həyatlarını dəqiq və açıq yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. 

...İkinci böyük problem odur ki, yazarlarımız sadə görünməkdən qorxurlar. Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim jurnalistlər, yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər.

...Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur". 

Hörmətli Seymur Baycanın bu fikirləri ilə tam şərikəm. Təranə xnım, siz həyatda və öz yaradıcılığınızda tam səmimisiniz. Mən də həyatda və yaradıcılığımda tam səmimi olmağa çalşmışam və çalışıram. Bugünədək demədiklərimi indi sizə dedim. Hazırda ilk kitabımı çox məsuliyyətlə çapa hazırlayıram. İnşallah tezliklə kitabsevərlərə təqdim edəcəm. 

Sual 18:

- Sizi bir daha təbrik edib, ailə səadəti və sağlam uzun ömür arzu edirəm. Ümid edirəm ki, bir zaman atalarımızın dostcasına yaşadığı Ağdamda görüşəcəyik sizinlə. Şuşanın dumanlı dağlarını seyr edəcəyik. Dəvətimi qəbul edib mənimlə səmimi söhbət etdiyinizə görə təşəkkürümü bildirirəm.

Cavab:

- İnşallah. Allah qismət eyləsin. Təranə xanım, siz sağ olun ki, diqqət göstərmisiniz, məni yada salmısınız, müraciət etmisiniz, “Səmimi söhbət”in qonağı olmuşam. Sizinlə təmasda olmaqdan, bu layihənin - rubrikanın qonağı olmaqdan qürur duydum. Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Çox sağolun.

Sual 19:

- Sonda mənə və “Səmimi söhbət”in oxucularına deyəsi sözünüz varmı?

Cavab:

- Bəli, sizə və oxucularınıza deyəsi sözüm var. Hamının xəyalı, arzuları var və bunlar gizlidir. Çox vaxt bu xəyal və arzular gerçəkləşmir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxmaq, çalışmaq, səbrli olmaq, Allaha dua etmək lazımdır. Vətəni sevmək hamımızın müqəddəs borcudur. Vətənin bütövlüyünü qorumaq üçün xalqın birliyi çox vacibdir. Qüdrətli və bütöv Azərbaycan naminə hamımız öz işimizdə məsuliyyətlə çalışmalı, bir-birimizə qarşı diqqətli və qayğıkeş olmalı, canımızı fəda etməyi bacarmalıyıq. 


Hazırladı: Təranə Məmməd.

Bakı, 01.11.2021. / 01-00.