Translate

8 Nisan 2015 Çarşamba

2015-ci ildən sonranın SENSASİON proqnozları: “Bir İslam dövləti dünya lideri olacaq”


XX əsrin Nostradamusu hesab edilən və əsil adı Vangeliya Pandeva olan məşhur öncəgörən kor Vanqanın gələcək haqqında bəzi proqnozları gerçəkləşən zaman bütün dünyanın təəccübünə səbəb olub. 

1911-ci ildə əslən Makedoniyaya məxsus topraqlarda anadan olan, 16 yaşında ildırım çarpmasından sonra görmə qabiliyyətini itirən və o vaxtdan da başlayaraq dünyada baş verəcək gələcək hadisələr barəsində proqnozlar verən Vanqa çox keçmir ki, bütün dünyanın diqqət mərkəzinə çevrilir. Hələ sağ ikən gələcək haqqında proqnozları bolqar hökuməti tərəfindən qeyd olunaraq qorunub saxlanılır. 

Artıq o proqnozlardan bir çoxu öz təsdiqini tapıb. Belə ki, Hitlerin tez-tez ziyarət etdiyi, SSRİ gizli kəşfiyyatının yararlandığı Vanqanın proqnozları arasında SSRİ-nin çöküşü, Şahzadə Diananın ölümü, Qandinin ölümü, 11 sentyabr hadisələri, Barak Obamanın prezident seçilməsi kimi hadisələr öz təsdiqini tapıb.

Bu gün də qorunub saxlanılan proqnozlardan 2015-ci ildən sonrakı bəşəriyyət üçün çox sensasion qeydlər var. Modern.az xarici mediaya istinad edərək həmin proqnozlardan bir neçəsini təqdim edir:

2016-cı ildə Avropanın nüfuzu getdikcə azalacaq;

2018-ci ildə Çin dünyanın yeni gücünə çevriləcək;

2023-cü ildə Yerin orbiti xəfifcə dəyişəcək;

2025-ci ildə Avropa yenə də insanların məskunlaşmaq istədiyi yer olacaq;

2028-ci ildə yeni enerji qaynaqları kəşf ediləcək. İnsanların sərbəst şəkildə kosmosa hərəkəti sürətlənəcək;

2033-cü ildə qütb buzları əriyəcək və dünya okeanının səviyyəsi yüksələcək;

2043-cü ildə  müsəlman bir dövlət yenidən dünyanın tək lideri olacaq;

2046-cı ildə süni orqanlar çıxarılacaq, yeni göz əməliyyatları üsulu kəşf ediləcək, orqanların dəyişilmə hadisələri artacaq;

2066-cı ildə müsəlmanların əlində olan Romaya hücumlar ediləcək. ABŞ bunun üçün xüsusi iqlim dəyişikliyi yaradan silahlar kəşf edəcək;

2076-cı ildə bütün dünyada kommunizm hakim olacaq;

2086-cı ildə təbiətin yenidən canlanması baş verəcək; dünya yaranan zaman baş verən təbiət hadisələri yenidən təkrarlanacaq. Təbiət yenidən əvvəlki vaxtını xatırladacaq;

2088-ci ildə elə bir xəstəlik gələcək ki, insanlar saniyələr içində qocalacaq;

2091-ci ildə həmin xəstəliyin müalicəsi tapılacaq;

2100-cü ildə insanların hazırladığı süni Günəş dünyanın qaranlıq tərəfini də işıqlandıracaq;

2125-ci il  Macarıstan kosmosdan siqnal alacaq və insanlar yenidən Vanqanı xatırlayacaq;

Yadplanetlilərin məsləhəti ilə su altından yeni koloniyalar salınacaq;

2154-cü ildə heyvanlarda  yarı insanlaşma baş verəcək. Onların bəziləri görkəminə görə insanları xatırladacaq;

2167-ci ildə yeni bir din ortaya çıxacaq;

2170-ci ildə böyük quraqlıq baş verəcək.

6 Nisan 2015 Pazartesi

ŞOK SƏNƏDLƏR... ATATÜRKÜN ZƏHƏRLƏNDİYİ SÜBÜT OLUNUR.



Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümündəki sirr pərdəsi aralanır.

Publika.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, sənədlər 77 ildir danışılan “Atatürk zəhərləndi” iddiasının gerçək olduğunu və “sui-qəsdin” Türkiyənin ikinci prezidenti İsmət İnönü tərəfindən hazırlandığını ortaya qoyur.

Qəzet yazır ki, 77 ildir yalnız dost məclislərində gündəmə gələn “Atatürk ölmədi, zəhərləndi” iddiaları ilə bağlı tarixi sənədlər ortaya çıxıb. Əlli yeddi yaşında həyatını itirən Atatürkün dövrün siyasiləri və həkimləri tərəfindən zəhərləndiyinə dair iddialar zaman-zaman dilə gətirilsə də, bunlar yalnız müzakirələrlə tamamlanmışdı.

Son olaraq baş nazir Bülent Ecevitin həkimi Mücahid Pəhləvan “Atatürk zəhərləndi” deyərək məzarının açılmasını və cəsədin DNT testindən keçirilməsini təklif etmişdi. “Yeni Şafak”ın yazdığına görə, Atatürkün zəhərləndiyini sübut edəcək ilk sənəd daxili işlər naziri Şükrü Kayanın 30 iyun 1938-ci ildə, yəni Atatürkün ölümündən 4,5 ay  əvvəl İsmət İnönüyə göndərdiyi məktubdur. Kaya yazıda “Təyin etdiyimiz həkimin vəzifəsini layiqincə yerinə yetirdiyi qənaətindəyəm” deyir. Məktuba görə Atatürk həkimlərdən şübhələndiyi üçün xarici həkimləri uzaqlaşdırır və “Məni türk həkimlərinə əmanət edin” təlimatı verir. CHP-li Şükrü Kaya İnönüyə göndərdiyi məktubunda Atatürkün yanına yerləşdirilən həkimin “vəzifəsini layiqincə yerinə yetirdiyindən” bəhs edir və “Sizi yaxında prezident olaraq görəcəyik” deyir.

İkinci yazını isə CHP-nin keçmiş rəhbəri Kasım Gülek yazıb. O, 26 fevral 1959-cu il tarixli yazısında sonralar daxili işlər naziri olacaq Hıfzı Oğuz Bekataya nəzakətli bir şəkildə xəbərdarlıq edir. CHP sədri “Atatürkün zəhərlənməsi ilə bağlı hesabatı” başqaları ilə paylaşdığı üçün Bekataya “Bu məsələnin altından qalxa bilmərik. Keçmişdə edilən səhvləri kompensasiya edə bilməyəcəyimizi yaxşı bilirsən” deyir.  Hıfzı Oğuz Bekataya CHP sədrinin xəbərdarlıqlarına baxmayaraq, Atatürkün ölümünün arxasındakı sirri araşdırmağa davam edib. Bekataya bunun üçün həkim Lebit Yurdoğlundan dəstək istəyir. Yurdoğlu əldə etdiyi məlumatları analiz edərək Bekataya yazdığı yazıda Atatürkün öldürüldüyünə diqqət çəkir.

Lebit Yurdoğlu 18 oktyabr 1962-ci il tarixli məktubunda  Atatürkə qoyulan diaqnozlara uyğun dərmanlardan istifadə edilmədiyini bildirib.

Ömər Dağlı

3 Mart 2015 Salı

DOĞRU YOL GÖSTƏRƏN...



" İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası " Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil Azərbaycanın dövlət mənafeyinə, xalqına, ölkədən uzaqlarda yaşayan digər soydaşlarına və Azərbaycanı sevən dünya  xalqlarına xidmət edəcək. Onlara ictimai – siyasi, maarifləndirici, sosial, dini, elmi, iqtisadi verilişlər hazırlayıb təqdim edəcək. Eyni zamanda azərbaycanlıların dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırılmasında yaxından iştirak edəcək. Dünya azərbaycanlılarının vətənpərvərlik hisslərinin yüksəldilməsində bacardığını əsirgəməyəcək.

“ İRŞAD “ sözü Müqəddəs kitabımız  QURANdan götürülmüşdür. Mənası “ Doğru yol göstərən “ deməkdir. Rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev bu adı dünyasını dəyişənədək şərəflə daşımışdır.

26 Şubat 2015 Perşembe

5 Şubat 2015 Perşembe

Zakir Həsənov : Ermənistandakı hərbi xuntanın rəhbərləri bilməlidirlər ki...



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən təlimlərin növbəti mərhələsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.

Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə Vətən və xalq qarşısında məsuliyyətlərinə diqqət çəkərək təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə, bir an belə tərəddüd etmədən Vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkür edib.

Nazir bilidirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər: "Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu gün də davam edir. Silahlı Qüvvələrimiz bütün imkanlardan istifadə etməklə düşməni işğal olunmuş torpaqlarımızdan çıxarmağa qadirdir. Son zamanlar düşmən daha da azğınlaşıb. Amma Ermənistandakı hərbi xuntanın rəhbərləri bilməlidirlər ki, Azərbaycan Ordusu və Azərbaycan əsgəri onların layiqli cavabını verir və bundan sonra da verəcəkdir. Qısa bir müddət ərzində 20-dən çox işğalçı məhv edilib. Düşmənin onlarla yaralısı var.

Silahlı Qüvvələrimiz də vətən uğrunda şəhid verib. Biz onların yaxınlarına və əzizlərinə baş sağlığı veririk. Xalqımız bilməlidir ki, şəhidlərin qisası birə on qat alınıb və bundan sonra da belə olacaqdır".

Müdafiə naziri təlimlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələb və tapşıpıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, Ali Baş Komandanın göstərişinə əsasən birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə fevral ayının 2-də başlayan təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, o cümlədən ehtiyatda olan 5.000 nəfərədək hərbi vəzifəli cəlb edilib.

Döyüş hazırlığı çərçivəsində ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir

RUSİYADAN MÜHARİBƏ ANONSU : 2 - Cİ QARABAĞ MÜHARİBƏSİNİN QALİBİ AZƏRBAYCAN OLACAQ




“Qərb Rusiya ilə sərhəddə ikinci gərginliyi yarada bilər. Belə bir proqnozu hələ ötən il vermişdik. Bu, Cənubi Qafqazda, yaxud birbaşa Şimali Qafqazın özündə baş verə bilər. Fikrimcə, yeni hərbi münaqişənin yaranmasına cəhdlər olacaq. Biz artıq Cənubi Qafqazda bunu görürük”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.

Politoloq Dağlıq Qarabağda yeni müharibənin baş verməsi ehtimalını yüksək dəyərləndirib: “Biz Qarabağda müharibənin ilkin elementlərini müşahidə edirik. Qoşunların təmas xəttində hər gün ciddi toqquşmalar baş verir”.

V. Arkov 2 - ci Qarabağ müharibəsinin qalibinin Azərbaycan olacağını düşünür.


“Ermənistan bütün göstəricilərə görə Azərbaycana uduzur. Bakı heç bir zaman itirilmiş torpaqlarını geri qaytarmağa indiki kimi həvəsli olmayıb. Çünki bir həmlə ona bu şansı verəcək. Lakin Azərbaycan təcavüzə məruz qalan ölkədən təcavüzkar ölkəyə çevrilmək istəmir.

Onsuz da dünyada erməni lobbisi kifayət qədər güclüdür və indiyə qədər məhz onların fəaliyyəti nəticəsində bir çox həqiqət yanlış təbliğ olunub. Digər tərəfdən, Bakıda müharibə baş verərsə, Rusiyanın Ermənistan tərəfindən çıxış etməyəcəyinə dair əminlik yoxdur. Birincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsi Ermənistanı müdafiə etməyi tələb edir. İkincisi, heç kim Kremlin Şərqi Ukrayna təcrübəsindən yararlanmayacağına zəmanət verə bilməz. Yəni Moskva öz vətəndaşlarının mümkün müharibədə muzdlu olaraq döyüşməsinə göz yumacaq”, - deyə o bildirib.

V. Arkov tərəflərin toqquşmalardan çəkinəcəyinə və sülh yolunu tutacaqlarına ümid edir.

Rusiyalı politoloq Şimali Qafqazda yaranmış vəziyyəti də təhlil edir. Onun fikrincə, bu regionda baş verənlər Moskva üçün ciddi təhdiddir.

Asif Nərimanlı
Sonxeber.info