Translate

21 Mart 2021 Pazar

NOVRUZ SİRLƏRİ / 1-CI YAZI


1- Cİ YAZI

Araz Şəhrilinin 

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında


Novruza tacik dilində “Navruz”, başqırd dilində “Nauruz”, çuvaş dilində “Naras” deyilir. “Günəş” sözü buryat dilində “naran”, monqol dilində “nar” formasındadır. Nar ağacının adı fars, qazax və monqol dillərində “anar”dır. Azərbaycan dilində “yanar”, ərəb dilində isə “nar” və “nur” sözləri odu, alovu, işığı bildirir.

“Novruz” sözünün “nov” hissəsi fars dilində “yeni” anlamını verir. Bu söz rus dilində «новый», ingilis dilində “new”, alman dilində “neu”, irland dilində “nua”, isveç dilində “ny”, urdu dilində “nəya”, Litva dilində “naujas”, latış dilində “jauns” formasındadır. Litva dilindəki “jaunas”, italyan dilindəki “giovane”, fars dilindəki “cəvan”, ispan dilindəki “joven”, fransız dilindəki “jeune”, rus dilindəki «юный», ingilis dilindəki “young”, alman dilindəki “jung” sözləri “gənc”, “yeniyetmə” mənalarını ifadə edir. O kalmık dilindəki “şin”, monqol dilindəki “şine”, buryat dilindəki “şene”, çuvaş dilindəki “çene”, Azərbaycan dilindəki “yeni”, türkmən dilindəki “yengi”, uyğur dilindəki “yangi”, başqırd dilindəki “yanı”, tatar dilindəki “yana”, xakas dilindəki “naa” sözlərinə bənzəyir.


Diqqət yetirsək görərik ki, Azərbaycan dilində odu, alovu, işığı bildirən “yanar” sözü ilə tatar dilindəki “yana” (yeni) və yava dilindəki “anyar” (yeni) sözləri arasında oxşarlıq vardır. Türk və hind-Avropa dillərindəki “yeni”, “yanı”, “yana”, “naa”, “nəya”, “nua”, “neu”, “new” sözləri sanki bir-birlərindən törəmişlər. Bu mənzərəni monqol dilindəki “nar” (günəş), ərəb dilindəki “nur” (işıq) və “nar” (od) sözləri tamamlayır. Hər zülmət gecədən və hər sərt qışdan sonra həyatı canlandıran, təbiəti yeniləyən nədir? – Sözsüz ki, Tanrının ən böyük nemətlərindən biri olan günəş, onun işığı və istisi.

Görünür, “Novruz” sözünün ikinci hissəsi olan “ruz” (gün) sözü ilə ispan dilindəki “luz” (işıq), rus dilindəki «луч» (şüa), «русый» (açıq-qəhvəyi), «рай» (Cənnət bağı), ingilis dilindəki “ray” (şüa), sloven dilindəki “rus” (sarı), latın dilindəki “russus” (qırmızı, kürən), Litva dilindəki “ruseti” (közərmək), ərəb dilindəki “rauzə” (Cənnət bağı), “rizq” (nemət), “rustu” (isti), fars dilindəki “ruşən” (işıqlı), mordov dilindəki “riz” (xoşbəxtlik) sözləri arasındakı bənzərlik də təsadüfi deyildir.

Beləliklə, bu qənaətə gələ bilərik ki, “Novruz” sözünün ilkin anlamı “yeni gün” deyil, “günəş işığı”, “günəş istisi” (“nar”, “nur” – günəş və “ruz” – işıq, isti) olmuş, sonradan onun “nur” və “ruz” hissələri “yeni”, “cavan”, “gün” və s. kimi mənaları qazanaraq müxtəlif dilləri daha da zənginləşdirmişlər.

Ardı var…

Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist.

Fedai.az

Redaksiyadan : Orta Asiya türklərində, tatarlarda Nardukan bayramı bu gün də qeyd edilir. Bu bayram həyatın təntənəsi və günəşin oyanmasını simvollaşdırır. Bayram üçün «bavırsak», digər lokumlar və ləziz nemətlər bişirilir. Bayramın atributlarından biri də «Yezek salu» deyən bəxt falıdır: Evdə qaranlıq düşən kimi axşam saatlarında gənclər, əsasən evlilik yaşı çatmış qızlar, bəzən də oğlanlar toplanırlar. Qızlardan biri buzu qırıb, bir vedrə su yığır, arxasına baxmadan evə aparır. Sonra qızlar üzüklərini və ya düymələrini suya qoyub fal tuturlar. Bu zaman falçılıq edənlərdən ən gənc iştirakçı sudan təsadüfi bir üzük və ya düymə çıxarır. Çıxarılan üzük və ya düymənin sahibəsinin “taleyi” fal ilə müəyyənləşdirilir. Qədim yunan mənbələrində və Herodotun əsərlərində bu bayramın adı Apa Tur bayramı adlanır və saklar vasitəsiylə bütün Avropa xalqlarına yayılmışdı. Ən son bu bayram 25 dekabr olaraq İsa peyğəmbərin mövludu kimi qəbul edildi. Əslində isə qədim türklərdə Novruz diriliş, Apa Tur isə yekun, nəsil sayma bayramı idi. Yəni «nur, nar» sözlərinin fars dilinə heç bir bağlılığı yoxdur.


& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

17.03.2021.



15 Mart 2021 Pazartesi

BABİL QÜLLƏSİ: ÇİNGİZ XAN HANSI DİLDƏ DANIŞIRDI?


Araz Şəhrilinin

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında


XX əsrin əvvəllərinədək Çingiz xanın türk olduğu, türk dilində danışdığı heç kimdə şübhə doğurmurdu. Lakin monqolşünaslıq bir elm sahəsi kimi yarandıqdan sonra belə bir fikir səslənməyə başladı ki, tarixin ən böyük fatehlərindən biri əslində monqol olmuş və monqol dilində danışmışdır.

Tarixçilərin bəziləri bu iddianı dəstəkləməyə başladılar. Amma onlarla razılaşmayanlar da var idi. Bunların əsas arqumentlərindən biri o idi ki, Çingiz xanın (1162–1227) nəvəsi Hülakü xanın (1217–1265) nəticəsi Qazan xanın (1271–1304) vəziri Fəzlullah Rəşidəddin (1247–1318) özünün “Cami ət-təvarix” əsərində həm Borciginlər nəslinin, həm də bütün tatar tayfalarının təmiz türk olduqlarını vurğulamışdır. Sözsüz ki, bu əsərin üzərində adlı-sanlı tatar dövlət xadimi və türk tarixinin ən mahir bilicilərindən biri sayılan Polad ağa (1240–1313) ilə birgə çalışmış Rəşidəddin öz hökmdarı Qazan xanla razılaşdırmadan həmin fikri qələmə ala bilməzdi. Ümumiyyətlə isə dövrümüzə gəlib çatmış salnamələrdən görünür ki, XIII əsrdə Çingiz xanın və tatarların türklüyü məsələsi mübahisə mövzusu deyildi. Düşmənləri də, dostları da onları türk hesab edirdilər. Amma fərqli fikirdə olanlar da vardı. Məsələn, Mahmud Kaşğari (1029–1101) “Divanu lüğət-it-türk” əsərində yazır: “Tatar və kay (qayı?) köçəri qəbilələrdir. Tatarlar və kayılar türk dilini yaxşı bilirlər. Lakin öz aralarında başqa bir dildə danışırlar”.


Qeyd etmək lazımdır ki, Çingiz xanın ətrafında birləşmiş tayfaların əksəriyyəti məhz tatar mənşəli idi. Beləliklə, tatarlar hansı dildə danışırdılar? Çingiz xanın birbaşa nəslindən olan İlxani hökmdarı Qazan xanın Roma papası VIII Bonifasiyə uyğur əlifbası ilə yazdığı 12 aprel 1302-ci il tarixli məktubun transkripsiyasına nəzər salaq, onu təhlilin analiz, müqayisə və statistik metodlarının köməyilə tədqiq edək.

İddiaya əsasən, bu məktub Roma papasının gizli arxivində aşkarlanmışdır.


MƏTNİN TRANSKRİPSİYASI


Qasan üge manu Baba.

Urida ber Bisqarun iyar çinu ilegsen duradqal, sayin üges, biçig. Bid andur kürbe qariğu inu ber Kőkedei küregen, Bisqarun, Tümen ğurban iyar jrlğ ilelegei. Edüge ber bögesü mőn kü yosuğar turbiĵu amui. Ta ber čerigüdiyen ĵasaĵu irgen, irgenü sultadtür ileĵü bolĵal ülü qoĵidan. Tngriyi ĵalbariĵu yeke üileyi uğuğata nigen ĵug bolğaya kemen. Ede Sadadin, Sinanadin, Samsadini ilebei. Ta Tngriyi ĵalbariĵu čerigüdiyen jaĵasadqun.

Bičig manu doluğan ĵağud nigenudtur bars ĵil qaburun ečüs sarayin arban dőrbene Qos Qabuqa büküidür bičibei.

Mətnin Azərbaycan dilinə tərcüməsi.

Qazan sözüm Babaya.

Əvvəlcə çatdı Biskarun ilə sənin göndərdiyin təkliflər, yaxşı sözlər, məktub. Biz buna görə, qarşılığında onun Kökedey kürəkən, Bisqarun, Tümən – üçü ilə əmri göndərdik. İndiki vəziyyətə gəlincə, hazırlıq görürük. Siz hazır edin əsgərlərinizi, əmri xalqlara, xalqların sultanlarına göndərin və işi gecikdirməyin. Tanrıya dua edərək böyük iş haqqında, (məmlüklərə qarşı müharibəni) yeganə məqsəd edəcəyik. (Bunu bildirmək üçün) Sadəddini, Sinanaddini və Səmsəddini göndərdik. Siz də Tanrıya dua edib əsgərlərinizi toplayın.

Məktubumu 701-ci pələng ili, baharın sonuncu ayının 14-də Qos Qabuğda yazdıq.


MƏTNDƏKİ SÖZLƏRİN MÜQAYİSƏLİ TƏHLİLİ


1. Qasan – türk dillərində şəxs adı (Qazan);

2. Üge – “söz”. Müasir monqol dilində “üq” formasındadır. Bu sözlə Azərbaycan dilindəki “öyüd” (“ögüd”) sözünün mənşəyi eynidir. Əslində, “öyüd” sözü iki hissədən ibarətdir: sözün kökü olan “öy” və cəm şəkilçisi “üd”. “Öyüd” sözünün birbaşa mənası “sözlər”dir. Yeri gəlmişkən, tərifləmək mənasını verən “öymək” sözündəki “öy” də “söz”dür. Belə ki, “filankəsi tərifləmək”, əslində “onun barəsində söz demək” anlamını ifadə edir.Həmçinin də əski türkcə «uge» hökmdar olmadığı zamanlarda qurultaya başçılıq edən dövlət adamı. Daha sonralar Baş vəzir anlamında işlədilib (red.).

3. Manu – “mənim”. Müasir monqol dilində “miniy” formasındadır. «Manu» əski türkcədən sankskrit dilən keçmiş «mən» sözündən yarandığı və insan soyunun ataları, prototipləri olan, meydana getirilmiş Manular mənasında işlənirdi. Bu söz anlam olaraq 4 qrupa bölünür. (red.)

4. Baba – göründüyü kimi, XIII əsr moğolları Roma papasına “Baba” deyə müraciət etmişlər. Belə bir ehtimal var ki, V əsrdə hunlar da Roma yepiskopuna “baba” (“ata”) demişlər. Qeyd etmək lazımdır ki, ingilis dilindəki “pope”, rus dilindəki “papa”, türk dilindəki “baba”, yenə də türk və monqol dillərindəki “aba” sözləri arasında həm forma, həm də məna eyniliyi vardır.

5. Urida – “əvvəl”. Müasir monqol dilində “urd”, “ert” formalarındadır. Ola bilsin ki, bu sözlər Azərbaycan dilindəki “ertə” və rus dilindəki «утро» (“səhər”), ingilis dilindəki “early” (“ertə”) sözləri ilə eyni mənşəlidir.

6. Ber (və ya “bar”) – güman ki, “gəldi”, “yetişdi”, “çatdı” mənalarını ifadə edir. Əgər bu ehtimal doğrudursa, XIII əsrin moğol dilindəki “ber” (və ya “bar”) sözü ilə müasir monqol dilindəki “irsen” (“çatdı”, “gəldi”) sözünün “ir” (“var”) hissəsinin, Azərbaycan dilindəki “vardı” (“çatdı”, “gəldi”), qədim türk dilindəki “bardı” (“çatdı”, “gəldi”) sözlərinin “var”–“bar” hissəsinin mənşəyi eynidir.

7. Bisqarun – XIII–XIV əsrlərin Genuya taciri və diplomatı Buskarello de Gizelfi.

8. İyar – müasir monqol və mancur dillərində bu sözün bənzərini müəyyən edə bilmədik. Çağdaş Özbək Türkcəsində «iyer-moq» (ияр-моқ) dial. ‘эргамоқ’ (s.346b) (arxasından getmək, izindən yürümək, təqib etmək) anlamında işlənir. Eyni feilin – t- artırılmasıyla genişlədilmiş forması da «iyart-moq» (иярт-моқ) iyermoq fl. ort. n. (s. 346b) olaraq verilmiş və ikisinin də eynı anlamda olduğu bildirilmişdir («Türk Dilinin Tarihi Söz Varlığından Örnekler II»)

Yalnız saxa dilindəki “kıtarı” (“ilə”) sözü ilə onun arasında tam olmayan oxşarlıq vardır. Mütəxəssislərin əksəriyyəti “iyar” sözünü “ilə” kimi tərcümə etmişlər.

9. Çinu – “sənin”. Müasir monqol dilində “çiniy” formasındadır. Monqol dilindəki “çi” şəxs əvəzliyi Azərbaycan dilindəki “sən” şəxs əvəzliyi ilə ehtimal ki, eyni mənşəyə malikdir;

10. İlegsen – “göndərdiyin”. Müasir monqol dilində “ilgeesen” şəklindədir. Forma və müəyyən dərəcədə məna baxımından türk dilindəki “ilgi” (“maraq”) sözünə bənzəyir. Müasir türk dilində “iletmek” (“ötürmək”, “çatdırmaq”) sözü də vardır. Həmçinin türk dillərindəki “ilçi”, “elçi” sözünü də göstərə bilərik.

11. Duradqal – bu söz XIII əsrin moğol dilindən “təkliflər” kimi tərcümə edilmişdir. Müasir monqol dilində “durdsan” (“xatırlatdıqların”), “durdax” (“xatırlamaq”) formalarındadır. Türk dillərində isə bu söz «durud» sözünə uyğundur və dua etmək, mədh edilən və s. anlamında işlənir.(red.)

12. Sayin – “sayılan”, “ehtiramlı”, “yaxşı” kimi mənaları ifadə edən bu söz müasir monqol dilində “sayn” formasındadır. “Sayın” sözünün etimologiyası və müxtəlif dillərdəki paralelləri haqqında “Babil qülləsi: Çingiz xan və seyidlər” adlı məqalədə geniş məlumat verilmişdir.

13. Biçig – bu söz həm qədim türk (“bitik”), həm də monqol dillərində vardır, “namə”, “məktub”, “kitab” mənalarını verir. Türk dilində «biçug» «sözünü tutmaq» anlamında işlənir. Məsələn: Erning biligi biçug. — Yəni verdiyi sözü tutmaz.

14. Bid – “biz”. Müasir monqol dilində “bi” – “mən”, “bid” – “biz”, “bidend” – “bizə”dir. Əslində, həm monqol dilindəki “bid”, həm də türk dillərindəki “biz” şəxs əvəzliyi iki hissədən ibarətdir: sözün kökü olan “bi” şəxs əvəzliyi və cəm şəkilçisi “id”, “iz”. Türk dillərində ilk rəqəmin “bir” adlanması da təsadüfi deyildir. Qədim insan saymağa özündən də başlaya bilərdi. Güman ki, “biz” şəxs əvəzliyinin ən qədim forması çuvaş dilindədir: “eper” – “ber” (tatar, başqırd) – “bir”.

15. Andur – zənnimizcə, bu söz Azərbaycan dilinə “buna” kimi tərcümə edilməlidir. Müasir monqol dilində “ene talaar” formasındadır. “Bu” sözü monqol dilində “ene” şəklindədir. Əslində isə, türk dillərindəki “ol” (“o”) sözü ilə monqol dilindəki “an”–“ene” (“bu”) sözünün mənşəyi ehtimal ki, eynidir. Azərbacan dilindəki -“na”, -“nə” şəkilçisinin funksiyasını müasir monqol dilində “deer” şəkilçisi yerinə yetirir.

16. Kürbe – müasir monqol dilində “əgər” mənasını ifadə edən “xervee” sözü vardır. “Əgər” və “xervee” sözləri məna baxımından eyni, formaca bənzərdirlər. Lakin mətnin məzmunundan görünür ki, “kürbe” sözü “əgər” deyil, “görə” kimi tərcümə edilməlidir. Qeyd etmək lazımdır ki, “kürbe” və “görə” sözləri arasında da zahiri oxşarlıq vardır. Yeri gəlmişkən, Azərbaycan dilindəki “gərəkdir” sözü müasir monqol dilində “xereqtey” şəklindədir.

17. Qariğu – böyük ehtimalla “cavabında”, “cavab olaraq”, “qarşılığında” kimi tərcümə edilməlidir. Müasir monqol dilində “xariudn” formasındadır. Ola bilsin ki, “qariğu” sözü ilə Azərbaycan dilindəki “qarşı” sözü arasında əlaqə vardır. Amma bunu birmənalı şəkildə iddia edə bilmərik.

18. İnu – güman ki, “onun”. Müasir monqol dilində “tüüniy” (“onun”, “onu”) şəklindədir. XIII əsrin moğol dilindəki “inu” sözü ilə Azərbaycan dilindəki “onun” sözü mənaca eyni, formaca bənzərdir.

19. Kőkedei – şəxs adı.

20. Küregen – müasir monqol dilində “xürgen”, Azərbaycan dilində “kürəkən” formasındadır.

21. Tümen – mətndə şəxs adıdır. Qədim türk dilində “tümən”, monqol dilində isə “tümen” formasındadır. Türk ordularında on min süvaridən ibarət təşkilati taktiki vahid “tümən” adlanırdı. Ehtimal edə bilərik ki, rus dilindəki «тьма», «темный», «туман», Azərbaycan dilindəki “duman”, digər türk dillərindəki “tuman”, isveç dilindəki “dimma”, fin dilindəki “sumu” sözləri də “tümen” sözü ilə əlaqəlidir. Ola bilsin ki, “tümən” sözü hind-Avropa dillərindəki “deh” (“on”) və türk dilindəki “min” sözlərinin birləşməsindən yaranmışdır. Yeri gəlmişkən, rus dilindəki «тыcяча» (“min”), ingilis dilindəki “thousand” (“min”) sözləri də eyni yolla əmələ gəlmişdir. Belə ki, “yüz”ə rus dilində «сто», ingilis dilində isə “hundred” deyilsə də, fikrimizi əsaslandıra bilərik. Rus dilindəki «кто», «что» sual əvəzliklərinin ilkin forması «кем» (“kim”), «чем» (“nə”) əvəzlikləridir. Güman ki, rus dilindəki «кем» sual əvəzliyi Azərbaycan dilindəki “kim” sual əvəzliyi ilə eyni mənşəyə malikdir. Ehtimal edirik ki, slavyan dillərindəki «сто» sözü də əvvəllər “sat” formasında olmuş, sonradan dəyişib indiki şəklinə düşmüşdür. “Yüz” sözü fars dilində “sad”, eston dilində “sada”, fin dilində “sata”, malaqasi (malay dillərinə aiddir) dilində “zato”, macar dilində “szaz”, qazax dilində “jüz”, müasir monqol dilində “zuu” formasındadır. Beləliklə, iddia edə bilərik ki, rus dilindəki «тысяча» sözünün «сяча» hissəsi və ingilis dilindəki “thousand” sözünün “sand” hissəsi ilkin dildəki “yüz” sözünün zaman və məkan kimi amillərin təsiri altında dəyişikliyə uğramış variantlarıdır.

22. Ğurban – “üç”. Müasir monqol dilində “qurav”, “qurban”, “qurvan”. Maraqlıdır ki, monqol dilindəki “qurav” sözü elə monqol dilindəki “quç” (“otuz”) sözünün vasitəsilə türk dilindəki “üç” sözünə yaxınlaşır: “qurav” – “quç” – “uç”, “üç”.

23. Jrlğ – “əmr”, “göstəriş”. Müasir monqol dilində “zarliq”, türk dillərində “yarlıq” formasındadır. Türk–monqol–mancur mənşəli “jar” (“xəbər”, “qışqırıq” – Azərbaycan dilində “zar”) sözündən yarandığı ehtimal edilir.

24. İlelegei – “göndərdik”. Müasir monqol dilində “ilgeesen” şəklindədir. Doqquzuncu sözə bax.

25. Edüge – “mövcud”, “hazırkı”, “indiki”, “bugünkü”. Müasir monqol dilində “odogiin”, “odoo” formalarındadır. Zənnimizcə, Azərbaycan dilindəki “indi”, “indiki”, Koreya dilindəki “hyundai” (“müasir”) sözləri ilə eyni mənşəyə malikdir.

26. Bögesü – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

27. Mőn kü – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

28. Yosuğar – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

29. Turbiĵu – ehtimala görə, qədim monqol dilində “başlamaq”, “həyata keçirmək” kimi anlamları ifadə edən “toğurbi” feilindən yaranmışdır. Şübhəsiz ki, bu elə türk dillərindəki “doğurmaq” sözüdür.

30. Amui – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.

31. Ta – “siz”. Müasir monqol dilində də “ta” formasındadır.

32. Çerigüd – “çeriklər”, “əsgərlər”. Bu söz də iki hissədən ibarətdir: kök – “çerig” və cəm şəkilçisi – “üd”. Müasir monqol dilində “tsereq” (“əsgər”) formasındadır.

33. Jasaĵu – “yazını”, “göstərişi”. Türk dilində “yasaq” (“vergi”), monqol dilində isə “zasaq” (“hakimiyyət”) formasındadır.

34. İrgen – “irqlər”, “xalqlar”. Bu sözün müasir monqol dilində olub-olmadığını müəyyənləşdirə bilmədik. Ola bilsin ki, uyğurlar vasitəsilə ərəb dilindən keçmişdir.

35. Sultad – “sultanlara”, “hökmdarlara”. Bu da ərəb dilindən alınma sözdür.

36. İleĵü – “göndərin”. Müasir monqol dilində “ilgeex” formasındadır. Doqquzuncu sözə bax.

37. Boljal – “və”. Müasir monqol dilində “ba” və “bolon”, çuvaş dilində “pa”, Tıva dilində “bolqaş” və “bile”, türk dilində “ile”, xakas dilində “le” formasındadır. Zənnimizcə, bu sözlərin hamısı bir-birindən törəmişdir.

38. Ülü – böyük ehtimalla, “hərəkət”, “əməl”, “iş”. Müasir monqol dilində “üyl” formasındadır. Ola bilsin ki, Azərbaycan dilindəki “elə”, “əl” (“bədən üzvü”) sözləri ilə eyni mənşəlidir.

39. Qoĵidan – ola bilsin ki, “gecikdirməyin”, “yubatmayın”, “ləngiməyin”. Amma bu sözün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

40. Tngriyi – “Tanrıya”. Müasir monqol dilində “Tengeri” formasındadır. Azərbaycan dilində isə “Tanrı” sözü ilə yanaşı “dan yeri” ifadəsi də vardır. “Dan yeri” əslində elə “Tanrıdır”.

41. Jalbariĵu – “dua edib”. Müasir monqol dilində “zalbir”, “zalbiral” formasındadır. Fikrimizcə, Azərbaycan dilindəki “yalvarış” sözü ilə mətndəki “jalbariju” sözünün və müasir monqol dilindəki “zalbir” sözünün mənşəyi eynidir.

42. Yeke – “yekə”, “böyük”. Müasir monqol dilində “ix” şəklindədir. Bu söz özünün mətndəki formasını olduğu kimi Azərbaycan dilində saxlamışdır.

43. Üileyi – “hərəkət”, “əməl”, “iş”. Otuz səkkizinci sözə bax.

44. Uğuğata – “haqqında”, barəsində”, “üçün”, “naminə” kimi tərcümə edənlər vardır. Müasir monqol dilində həmin mənanı ifadə edən və “uğuğata” sözünə bənzəyən “tuxay” sözü vardır. Amma bu sözün eynisini, yaxud oxşarını müasir türk dillərində müəyyənləşdirə bilmədik.

45. Jug – müasir monqol dilindəki “tsuqluulax” sözü “yığışmaq” mənasını ifadə edir. Azərbaycan dilindəki “yığışmaq” sözünün “yığ” hissəsini də mətndəki “juq” sözü ilə müqayisə edə bilərik. Amma “juq” sözü “məqsəd”, “hədəf”, əslində isə “istiqamət” kimi də tərcümə edilir. Monqol dilində “çiqlel” (“istiqamət”) və “tseq” (“nöqtə”) sözləri vardır.

46. Bolğay – ehtimala əsasən, bu söz XIII əsrin moğol dilində “ol”, “olaq”, “olmaq” anlamını ifadə etmişdir. Deməli, moğol dilindəki “bolğay” sözü türk dilindəki “bol” (“ol”) sözünün eynidir. Yeri gəlmişkən, müasir monqol dilində “bolno” (“ol”) sözü mövcuddur.

47. Kemen – bu sözün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

48. Ede – bir varianta görə, “öz”, “özümüzün”, “bizim”. Müasir monqol dilində “tedniy” formasındadır. Digər varianta əsasən, “deyərək” anlamını ifadə edir.

49. Sadadin – şəxs adıdır.

50. Sinanadin – şəxs adıdır.

51. Samsadin-i – şəxs adıdır.

52. İlebei – “göndərdim”. Müasir monqol dilində “ilgeesen” formasındadır. Ola bilsin ki, “ilebei” sözü “ile” (“göndər”) və “bi” (“mən”) sözlərinin birləşməsindən yaranmışdır. Həmçinin doqquzuncu sözə bax.

53. Jaĵasadqun (və ya “jasadqun”) – bəzi variantlarda bu söz “toplayın”, “toplaşın”, “yığın”, “yığışın” kimi, digərlərində isə “hazırlaşın” kimi tərcümə edilmişdir. Zənnimizcə, ikinci variant doğrudur. Onun eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

54. Doluğan – “yeddi”. Müasir monqol dilində “doloo” formasındadır. Bu sözün türk dillərində bənzəri yoxdur.

55. Jağud – “yüz”. Müasir monqol dilində “zuu” formasındadır. Monqol dilindəki “zuu” sözü ilə türk dillərindəki “jüz”, macar dilindəki “szaz”, fars dilindəki “sad”, eston dilindəki “sada” sözlərinin mənşəyi eynidir.

56. Nigen – “bir”. Müasir monqol dilində “neq” şəklindədir. Hay dilindəki “meq”, macar dilindəki “egy”, fin dilindəki “yksi”, eston dilindəki “üks”, tacik dilindəki “yak”, fars dilindəki “yek”, Azərbaycan dilindəki “tək” sözü ilə eyni mənşəlidir.

57. Od – “da”, -“də”. Müasir monqol dilində “ond” şəklindədir.

58. Bars – “bars”, “bəbir”, “pələng”. Müasir monqol dilində “bar”, türk dillərində isə “bars” formasındadır. Qeyd etmək lazımdır ki, monqol dilindəki “bar”, türk dillərindəki “bars”, latın dilindəki “pard”, “pardus” (“bəbir”) sözləri arasında yaxınlıq vardır.

59. Jil – “il”. Müasir monqol dilində də “jil” şəklindədir. Zənnimizcə, monqol dilindəki “jil”, qazax dilindəki “jıl”, saxa dilindəki “sıl”, tacik dilindəki “sol”, kürd və fars dillərindəki “sal” sözlərinin mənşəyi eynidir.

60. Qaburun – “baharın”. Müasir monqol dilində “xavar” formasındadır. Monqol dilindəki “xavar” sözü ilə Azərbaycan dilindəki “bahar” və fars dilindəki “bəhar” sözləri mənaca eyni, formaca bənzərdirlər.

61. Ečüs – böyük ehtimalla, “sonuncu”, “axırıncı”. Monqol və türk dillərində bənzərini müəyyənləşdirə bilmədik.

62. Sarayin – “ay”, “ayın”. Müasir monqol dilində həm təvim ayına, həm də səma cismi aya “sar” deyilir. Zənnimizcə, o türk dillərindəki “ay” sözü ilə eyni mənşəyə malikdir.

63. Arban – “on”. Müasir monqol dilində “arvan”, “arban” şəklindədir. Bəlkə də bu sözün “ban”, “van” hissəsi çuvaş dilindəki “vunna” (“on”) sözünün vasitəsilə digər türk dillərindəki “on”, “un” sözü ilə əlaqəlidir.

64. Dőrben – “dörd”. Müasir monqol dilində “döröv”, “dörvön”, “durben” formasındadır. Şübhəsiz ki, türk dillərindəki “dörd” və mancur dillərindəki “dıgin” (“dörd”) sözləri ilə eyni mənşəlidir.

65. Qos Qabuğ – yer adıdır.

66. Büküidür – mətndən göründüyü kimi, bu söz Azərbaycan dilinə “yerdə”, yaxud “yaxınlığında”, “ətrafında” kimi tərcümə edilə bilər. Amma “büküidür” sözünün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.

67. Bičibei – “biçdim”, “yazdım”. Müasir monqol dilində “biçsen” formasındadır.


Nəticə. Mətndə işlənmiş 82 sözdən yeddisi şəxs adı, biri titul, biri toponim, on üçü təkrarlanan sözlərdir. Yerdə 60 söz qalır. Onlardan təxminən qırx beşinin eynisi, yaxud bənzəri müasir Azərbaycan dilində vardır. Xatırladaq ki, müqayisə XIII əsrin moğol dili ilə XXI əsrin Azərbaycan dili arasında aparılmış və belə bir nəticə (75%) alınmışdır. Görəsən, XIII əsrin moğol dili ilə VI əsrin türk dili arasında müqayisə aparılsaydı, nəticə necə olardı?

Beləliklə, bu qənaətə gələ bilərik ki, Çingiz xan indiki monqol dilinə yaxın olan bir dildə danışırdı. Lakin təhlilimiz göstərdi ki, həmin dil türk dilinə də yaxın idi. Çingiz xanın XIII–XIV əsrlərdə yaşamış və bu dildə danışmağı hələ yadırğamamış törəmələri də onu məhz türk dili adlandırırdılar.

Osmanlı səyyahı Övliya Çələbi (1611–1682) “Səyahətnamə” əsərində yazır: “Dağıstanda sayı 20.000 nəfərdən çox olan qaytaq xalqı yaşayır. Qaytaqlar nəhəng, enlikürək, fiziki cəhətdən çox möhkəm insanlardır. Heç bir at və qatır qaytağın bədəninin ağırlığına tab gətirə bilmir. Buna görə də onlar dağlardan piyada düşürlər, Şəki və Ərəş şəhərlərinə isə arabada gedirlər. Qaytaqlar oğuzdurlar, moğolların bir qoludurlar. Moğol ölkəsi Maxandandırlar. Amma özləri türkdürlər. Moğol dilində danışırlar. Lakin bu dili türk dili adlandırırlar”. Övliya Çələbi qaytaq dilində işlənən bəzi sözləri təqdim etmişdir. Onlardan bir neçəsinə nəzər salaq:


Azərbaycan dilində /  XVII əsrin qaytaq dilində / Monqol dilində


1. At —— Mori —— Mori, aduu

2. Ayğır ——- Acirqa ——- Azarqa

3. Madyan ———— Güvən ———— Güü, baydsan

4. Dayça ————- Utqan ——— Unaqa, daaqa

5. İt ————- Noxay ———— Noxoy

6. Donuz ———- Qaxa ————— Qaxay

7. Dələ ———- Kerem ——— Xerem

8. Dovşan —— Taulay ——— Tuulay

9. Samur ——— Bulaqan —— Bulqa

10. Canavar(çönə, börü) ——— Çinoa ————- Çono

11. Dəvə, teve (çuvaş) ———— Temegen ——— Temee

12. Qatır ———- laşa (çuvaş-at) —— Looşa Luus

13. Öküz ———— vakar (çuvaş) ———— Xuer Üxer

14. Toyuq —— — Teqeu ———- Taxia

15. Şahin ———— Laçin ———— Naçin

16. Bit ———- Puvasud ———- Böös

17. Bildirçin —— Büdükçin —— Bödnö

18. Cücə —— Çiqe

19. Ceyran —— Ceyran

20. Yağı, düşmən —- Cad (yad?)


Qeyd. XVII əsrdə moğoldilli qaytaqların yaşadıqları ərazidə bugün əsasən Dağıstanın dargin xalqı yaşayır.

P.S. Əslində, bir sıra xüsusiyyətlərinə görə, elə indiki monqol dilini də türk dilinin uzaq dialekti hesab etmək olardı. Amma məsələ bundadır ki, linqvistlərin əksəriyyəti “hind-Avropa dil ailəsi” formalaşdırılarkən istifadə olunmuş meyarların universallığına inanır.


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist.

Fedai.az


& VƏTƏNSEVƏRLƏR

Araşdırma

14.03.2021.


                                                                               

16 Şubat 2021 Salı

AMERİKA HİNDULARININ MƏNŞƏYİ: TÜRK İZİ BARƏSİNDƏ DÜŞÜNCƏLƏR…


3) BABİL QÜLLƏSİ RUBRİKASINDAN


Yazımıza Amerika yerlilərinin nümayəndəsi, ötən əsrin 70-ci illərində keçmiş SSRİ-də olmuş Cek Raşinqin sözləri ilə başlayaq: “Mənsub olduğum mohavk qəbiləsinin mənşəyinə gəlincə, deməliyəm ki, mövcud rəvayətlərə əsasən, biz 50.000 il əvvəl (son elmi dəlillərə görə, təxminən, 23.000 il əvvəl – müəllif) Amerika qitəsinə başqa bir yerdən – indiki Azərbaycandan gəlmişik. Bunun antropoloji dəlilləri də vardır.

O zamanlar Berinq boğazından uzanan quru yol vasitəsilə ovçuların ardıcıl köçü baş verirdi. Onlar Xəzər sahillərindən, indiki Özbəkistan və Qazaxıstandan, Sibir torpaqlarından gəlirdilər. Bugünün özündə də bizdə Azərbaycan xalqının adətlərinə və Azərbaycan dilindəki sözlərə bənzəyən xeyli adət və söz qalmışdır. Aramızda müəyyən etnik uyğunluqlar da mövcuddur. Mənə elə gəlir ki, Bakıdakı dostlarıma mühüm bir siqnal vermiş oluram. Amerika hindularının mədəniyyəti ilə Azərbaycanın milli mədəniyyətinin oxşarlığı ideyası, düşünürəm ki, onlar üçün də yenidir. Azərbaycanlılar bunu tədqiq edə bilərlər. Lakin edəcəklərmi? Bunu bilmirəm!”

Haşiyə. Mohavklar məşhur ABŞ yazıçısı Ceyms Fenimor Kuperin (1789–1851) oxucularına onun əsərlərinin əsas qəhrəmanları Nataniel Bamponun və mogikan Çinqaçqukun barışmaz və amansız düşmənləri kimi tanışdırlar. Bugün Kanadada və ABŞ-ın Nyu-York ştatında 64.000 mohavk yaşayır. Onlardan cəmi 3.000 nəfəri öz doğma dilində danışa bilir.



Fikirlərindən görünür ki, Cek Raşinq öz xalqının tarixi ilə maraqlanmış, onu araşdırmağa çalışmışdır. Sözsüz ki, o, öz ehtimallarını irəli sürərkən müəyyən faktlara əsaslanmışdır. Amma bizə daha dolğun və birmənalı dəlillər lazımdır. Beləliklə, bu məsələyə elmin, daha doğrusu, onun müxtəlif sahələrinin münasibəti necədir?

Əvvəlcə arxeoloqların verdikləri məlumata nəzər salaq… Ötən əsrin 80-ci illərində Alyaskada və Mərkəzi Asiyada yerləşən qədim insan məskənlərində tapılmış artefaktlar müqayisəli şəkildə tədqiq edilmişdir. Bu zaman məlum olmuşdur ki, əmək və ov alətləri, müxtəlif amuletlər, geyim əşyaları, digər predmetlər arasında bənzərlik, bəzən isə eynilik vardır. Həmçinin müəyyən edilmişdir ki, Altay və Sibir xalqları ilə Amerika yerlilərinin qədim dəfn mərasimləri də oxşardır. Bu paralellər ayrı-ayrı qitələrdə yerləşən qədim mədəniyyətləri bir-birinə bağlayaraq sübuta yetirmişdir ki, onlar, əslində, bir zəncirin halqalarıdır.

Lakin mədəniyyətlərin bənzərliyi hələ qan qohumluğuna, genetik yaxınlığa dəlalət etmir. Eyni məkan və şəraitdə oxşar həyat tərzi, məişət əşyalarının və geyimin hazırlanmasında bənzər materiallardan (dəri, sümük, obsidian daşı və s.) istifadə yuxarıda göstərilən nəticələrə səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, bizi maraqlandıran məsələ barəsində ən dəqiq məlumatı genetika elmi verir. Belə ki, Amerika hindularının əksəriyyəti Y xromosomlu Q haploqrupunun daşıyıcısıdır. Bugün İranda, Əfqanıstanda və Özbəkistanda yaşayan türkmənlərin əksəriyyəti, kulan-kıpşak və kanqlı tayfalarından olan qazaxların 46-48%-i, azərbaycanlıların və norveçlilərin 4.8%-i (bu genin Norvegiyadakı daşıyıcıları Azərbaycandan getmişlər), hindoy, çeberloy, qordaloy, engenoy, egişbatoy, dişniy, şuonoy, noxçmaxkaxoy nəsillərindən olan çeçenlərin bir hissəsi və Aşkenazi yəhudilərinin müəyyən bir qismi Q haploqrupuna aiddir. Həmin haploqrupun daşıyıcılarına Pribaltikada, Volqaboyuda, Monqolustanda da rast gəlmək mümkündür.

Q haploqrupu, təxminən, 31.900 il əvvəl indiki Uralda və ya Sibirdə P haploqrupundan yaranmışdır. Həmin dövrdə P haploqrupundan həmçinin R haploqrupu da törəmişdir. Sonradan



R haploqrupu öz növbəsində R1 və R2 haploqruplarına, R1 haploqrupu isə, təxminən, 18.000 il əvvəl R1a və R1b haploqruplarına bölünmüşdür. R1a-nın Z93 subkladı (subclade) şərti olaraq qədim arilərin haploqrupu hesab edilir. Bunun da səbəbi odur ki, bugünkü Hindistanın brahman və kşatriya varnalarında (kastalarında) məhz R1a haploqrupunun Z93 subkladının daşıyıcılarının faizi 31–72 arasındadır. Məsələ burasındadır ki, əski mətnlərə əsasən, arilərin əsas təbəqələri məhz brahmanlar və kşatriyalar olmuşlar. Elə buna görə də R1a Z93-ə həm də ari haploqrupu deyilir. Müasir xotonların (türk xalqı) 83–87%-i, qırğızların 65%-i, Altay türklərinin 53%-i, yəhudi xalqının cəmi 4%-ni təşkil edən lavililərin 52%-i, Kuban noqaylarının 50%-i, pəncablıların 47%-i, taciklərin 30–68%-i, puştunların (Əfqanıstan) 45–51%-i, şəmmar tayfasından olan ərəblərin 43%-i, Krım tatarlarının və özbəklərin 32%-i, çuvaşların və uyğurların 30%-i, qaraçay-balkarların 28%-i, farsların 18–25%-i, kürdlərin 10–20%-i həmin haploqrupun daşıyıcısıdır.

Şərqi Avropa ölkələrində də üstünlük R1a haploqrupuna məxsusdur. Belə ki, belorusların 60%-i, polyakların 56%-i, rusların 34–55%-i, ykraynalıların 53%, latışların 40%-i, litvalıların 38%-i, həmçinin Avropanın şimalında və qərbində yaşayan norveçlilərin 26%-i, almanların 16–24%-i, avstriyalıların 19%-i bu haploqrupun müxtəlif subkladlarına aiddir. Amma bir məsələni də vurğulayaq ki, R1a Z93-dən fərqli olaraq, onların heç biri “ari haploqrupu” hesab edilmir.

Qərbi Avropada isə daha çox (50%) R1b haploqrupu yayılmışdır. İngilislərin 70–90%-i, baskların 88%-i, ispanların 70%-i, almanların 40%-i, eləcə də Altay kumandinlərinin (türk xalqı) 49%-i, kıpşak tayfasından olan qazaxların 47%-i, tabasaranlıların 45%-i, osetinlərin 43%-i, türkmənlərin 37%-i R1b-nin müxtəlif subkladlarının daşıyıcısıdır.

Sadaladıqlarımızı sadə dilə çevirək. Təxminən 44.300 il əvvəl Cənub-Şərqi Asiyada bir oğlan (P haploqrupu) doğulur. O, həyatda uğurlu olur, nəsli artır və yayılmağa başlayır. P-nin dünyaya gəlməsindən 12.400 il sonra onun nəslində R və Q adlı iki oğlan uşağı anadan olur. Ulu babaları P kimi tale onların da üzünə gülür. Beləliklə, iki yeni nəslin əsası qoyulur. Bu hadisədən təxminən 9.000 il ötür. Q-nin övladlarının bir hissəsi hansısa səbəblər üzündən (iqlim, müharibə və s.) köçə başlayır. Onlar Berinq boğazından Amerika qitəsinə keçirlər. Sonrası məlumdur.



P-nin digər “övladı” R-in Mərkəzi Asiyada yaşayan nəsli isə ondan cəmi 1.500 il sonra iki qola – R1a-ya və R1b-yə ayrılır. Əvvəlcə R1a-nın törəmələri müvəffəqiyyət qazanaraq əlverişli mövqelərə çıxırlar. Güman edilir ki, Midiya və Əhəməni hökmdarları, Hindistanın brahman və kşatriyaları, bulqar türklərinin Dulo sülaləsi və Xaqan Atilla, göytürklərin Aşina xaqan nəsli, Çingiz xan, macar kralları – Arpadlar, Osmanlı sultanları, eləcə də digər sülalələr və nəsillər məhz R1a haploqrupunun Z93 subkladının müxtəlif klasterlərinin daşıyıcıları olmuşlar.

Qeyd. Bu məlumatların çoxu dolayı dəlillərə əsaslanan ehtimallardır. Məsələn, macar kralları – Arpadlar özlərini Xaqan Atillanın nəslindən hesab etmişlər. Genetiklər müəyyənləşdirmişlər ki, Arpadların haploqrupu həqiqətən də R1a Z93-dür. Bunun əsasında güman edilmişdir ki, Xaqan Atilla da həmin haploqrupun daşıyıcısı ola bilərdi.

Lakin sonradan vəziyyət dəyişmiş, estafet R1b-nin törəmələrinə keçmişdir. Böyük Britaniya, ABŞ, Almaniya və İtaliya kimi inkişaf etmiş ölkələrin əhalisinin əhəmiyyətli bir hissəsi R1b haploqrupunun daşıyıcısıdır.

1492-ci il oktyabr ayının 12-də əksəriyyəti Q-nin “qardaşı” R-in nəslindən olan avropalılar gəmilərlə Amerika sahillərinə yan aldılar. İşğal və ağır müstəmləkəçilik dövrü başlandı. Qəsbkarlar özlərinin uzaq “əmiuşaqlarını” nəinki dəhşətli və amansız soyqırıma məruz qoydular, həm də uzun müddət ərzində onları bəşər övladı, insan kimi tanımaqdan belə imtina etdilər. Həqiqətən də, “qohumlar” arasında düşmənçilik daha şiddətli və barışmaz olur.

Beləliklə, mövzunun əvvəlindəki suala yenidən qayıdaq: Amerikanın yerli əhalisini türklərin qohumları hesab etmək olarmı? Cavab müsbətdir: Amerika hinduları Q haploqrupunun

daşıyıcıları olan türklərin, “hind-Avropalılar”ın və digərlərinin “qardaşları”, R haploqrupunun daşıyıcıları olan türklərin, “hind-Avropalılar”ın və başqalarının isə “əmiuşaqları”dır.

Indi isə bəhs etdiyimiz məsələ ilə əlaqədar dilçilərin bəzi tədqiqat və mülahizələrinə müraciət edək. R1 haploqrupu R1a və R1b haploqruplarına bölünsə də onlar, eləcə də P-nin digər törəmələri hələ 6.000 il bir-birlərinə yaxın dillərdə danışmışlar. 12.000 il əvvəl bugün şərti olaraq “nostratik” adı verilmiş vahid dil Altay, Ural, “hind-Avropa” və dravid dil ailələrinə bölünmüşdür. Linqvistlər Amerika hindularının dillərini nostratik dil ailəsinə aid etmirlər. Bu isə o deməkdir ki, misal üçün, ingilis, yaxud rus dili türk dilinə apaçi dilindən daha yaxındır. Amma qeyd etdik ki, türklərin, “hind-Avropalılar”ın və Amerika hindularının əksəriyyəti, əslində, bir nəsildən olmuşlar. Bunu nəzərə alaraq, ehtimal edə bilərik ki, ən azı 23.000–25.000 il əvvələdək onlar eyni dildə danışmışlar.

Nostratik dillər kimi, Amerika hindullarının dilləri də müxtəlif quruluşlara malikdir. Onlar arasında “hind-Avropa” dilləri tək flektiv, türk dilləri kimi aqqlütinativ (iltisaqi) olanları vardır. Yeri gəlmişkən vurğulamaq lazımdır ki, linqvistlərin ehtimalına əsasən, kök nostratik dilin quruluşu iltisaqi olmuşdur. Məlumdur ki, iltisaqi dillərdə söz şəkilçinin təsirinə daha az məruz qaldığı üçün özünün ilkin formasını daha yaxşı saxlayır. Belə dillərdə sözün kökü lokomativə, şəkilçi isə vaqona bənzəyir. Məsələn, “qalib-lər-dən-siniz-mi” sözündəki “qalib” özündən sonrakı hissələrin təsiri altına düşmür və dəyişikliyə məruz qalmır. Başqa bir misal – “arı” sözünə cəm şəkilçisi əlavə etdikdə “arılar” sözü yaranır. Lakin sözün kökü – “arı” olduğu kimi qalır. Rus dilində «пчела» sözünün cəmi «пчелы» sözüdür. Göründüyü kimi rus dilində kök söz ona şəkilçi qoşulan kimi özünün sonuncu saitini, yəni ilkin formasını itirir.

Bu sadə misalları ona görə çəkdik ki, iltisaqi dillərdə sözün daha sabit qaldığını göstərək. Amerika hindularının əsas dillərindən olan keçua dilinin quruluşu iltisaqidir. Sözsüz ki, tədqiqat obyekti kimi məhz iltisaqi dilləri seçmək daha məqsədəuyğundur. Beləliklə, hindu dillərinin türk dilindən ayrıldığı vaxtı müəyyənləşdirmək üçün keçua dili ilə Altay–Ural dillərindəki 207 sabit və əsas sözü (Morris Svodeşin siyahısı) Sergey Starostinin metodikasına uyğun şəkildə müqayisə və təhlil edək.



Qeyd. Svodeşin siyahısı – sabit və əsas sözlərin bənzərliyi əsasında fərqli dillər arasında qohumluq dərəcəsinin təyin edilməsi üçün ABŞ dilçisi Morris Svodeş tərəfindən təklif olunmuş siyahıdır. Burada elə sözlər toplanmışdır ki, heç bir dil onlarsız keçinə bilməz. Məsələn, ata, ana, günəş, bir, iki və s. Morris Svodeşin ehtimalına görə, hər 1.000 ildə sözügedən siyahıdakı sözlərdən on dördü itir və ya dəyişir.

Morris Svodeşdən fərqli olaraq Sergey Starostin hesab edir ki, bu siyahıya alınma sözləri deyil, hər bir dilin öz (milli mənşəli) sözlərini salmaq lazımdır. Onun fikrincə, müqayisə zamanı nəzərə alınmalıdır ki, hər 1.000 ildə həmin siyahıdakı sözlərdən beşi və ya altısı itir, yaxud o qədər dəyişir ki, qohum dilin daşıyıcısı onları tanıya bilmir.

Tədqiqat. Əvvəlcə keçua və Ural-Altay dillərinə aid Svodeş siyahıları arasında müqayisə aparıb 60 bənzər sözü (onlardan bəziləri məqalənin sonunda təqdim olunmuşdur) müəyyənləşdiririk. Yerdə 147 söz qalır. Ardınca Starostinin üsulunu tətbiq edirik.


Nəticə. Əgər hər min ildə altı söz dəyişirsə, deməli, keçua dili türk dilindən təxminən 25.000 il əvvəl ayrılmışdır. Bundan 13.000 il sonra isə (bəlkə bir qədər də tez) vahid “nostratik” dil Altay, Ural, “hind-Avropa” və dravid dil ailələrinə bölünmüşdür.


ALTAY-URAL – KEÇUA PARALELLƏRİNDƏN


1. Nə – ima (keçua) – nimə (başqırd), nime (xakas), nima (özbək).

2. Yox – ama (keçua) – amas (uyğur).

3. Bir – huk (keçua) – ek, yek (İran dilləri), üks (eston), ik (mari), neq (monqol).

4. Dörd – tava (keçua) – tavatta (çuvaş).

5. Beş – pichqa (keçua) – beş (Azərbaycan), bies (saxa) , viisi (finn), pənc (fars), пять (rus).

6. Uzun – suni (keçua) – uzun (Azərbaycan), uzın (qaraqalpaq).

7. Balaca – uchuy (keçua) – üçükn (kalmık).

8. Dar – kichki (keçua) – kiçik (türk dilləri – formaca və mənaca bənzər sözdür).

9. Ana – mama (keçua) – mama (bibi – Azərbaycan).

10. Ata – tayta (keçua) – dədə (Azərbaycan).

11. Uşaq – irqi (keçua) – ür (monqol).

12. Qadın (arvad) – warmi (keçua) – vaimo (finn)

13. Balıq – challwa (keçua) – kala (finn).

14. Qurd – kuru (keçua) – kurt (Tıva), xorxa (monqol).

15. Ot – qura (keçua) – kurak (çuvaş).

16. Ət – aycha (keçua) – aş (çuvaş).

17. Saç – chukcha (keçua) – çuç (çuvaş).

18. Dil – qallu (keçua) – çelxe (çuvaş), xel (monqol), kel (finn), kieli (karel), kyal (mokşan).

19. Sinə – qasqu (keçua) – köks (Azərbaycan), köküs (Krım).

20. Sıxmaq – qapiy (keçua) – qapmaq (Azərbaycan – formaca eyni, mənaca yaxın sözdür).

21. Tikmək – siray (keçua) – sırımaq (Azərbaycan).

22. İsti – illi (keçua) – ilıq (Azərbaycan).

23. Düz – chiqa (keçua) – çike (Altay).

24. Doğru – chanin (keçua) – çın (Altay).

25. Və – wan (keçua) – uonna (saxa), ba (monqol), və (ərəb).


AZƏRBAYCAN – MAYYA PARALELLƏRİNDƏN


1. Arı – ah bool (mayya) – bal (həm forma, həç də məna baxımından bənzər sözdür).

2. Yalançı — ah tuzach (mayya) – tuzaq (tələ).

3. Altında – alan (mayya) – altında.

4. Ana bətnində uşaq – baal nak (mayya) – bala ana.

5. Dolu (çox) – balan (mayya) – bol.

6. Balta – baat (mayya) – balta.

7. Buxar – buy (mayya) – buğ.

8. Böyümək – buyul (mayya) – böyümək.

9. Bağlamaq, toxumaq – bukul (mayya) – bükmək.

10. Dolmuş, batmış – bulaan (mayya) – boğulan.

11. Maral – keh (mayya) – keyik.

12. Ağ – zak (mayya) – ağ.

13. Ögey ana – zak naa (mayya) – ağ ana (hərfi tərcümədir).

14. Külək – zulik (mayya) – külək.

15. Körpə, övlad, bala – jeje paal, paal (mayya) – cici bala, bala.

16. Əsas, səbəb – chun (mayya) – çün.

17. Mən – en (mayya) – mən.

18. Açmaq – hech (mayya) – aç.

19. Yara – ya (mayya) – yara.

20. Yaymaq – yar (mayya) – yay.

21. Yaxmaq – yach (mayya) – yax.

22. Düşmən – yakal (mayya) – yağı.

23. Yoxlamaq – yalat (mayya) – yoxla.

24. Yaşıl, göy – yash, yaash (mayya) – yaşıl.

25. Yeni, birinci – yash, yaash (mayya) – yaş.

26. İçində – ich (mayya) – iç.

27. Qala – ich paa (mayya) – iç paya.

28. Döş – im (mayya) – əmcək.

29. Ev, otaq – kaz (mayya) – qazma.

30. Əti qaxac etmək – kaklah (mayya) – qaxac.

31. Bitkinin quruması, solması – kakmal (mayya) – qaxsımaq.

32. Gün (vaxt), günəş – kin (mayya) – gün.

33. Kəsmək – koz (mayya) – kəs.

34. Lil – mum (mayya) – mum (formaca eyni, mənaca oxşar sözdür).

35. Ana – naa (mayya) – ana.

36. Çoxlu – on (mayya) – on.

37. Ev – otoch (mayya) – otaq.

38. Üç, çoxlu – osh (mayya) – üç.

39. Hasar – paa (mayya) – paya.

40. Borc almaq – pay (mayya) – pay.

41. Əvvəlinci, qabaqdakı – payan (mayya) – bayan.

42. Piy – pip (mayya) – piy.

43. Bəyaz, rəngsiz – poz (mayya) – boz (forma və mənaca bənzər sözdür).

44. Dərin – tam (mayya) – tam (formaca eyni, mənaca bənzər sözdür).

45. Ata – tat (mayya) – dədə, ata.

46. Toz – tooz (mayya) – toz.

47. Tüpürcək – tub (mayya) – tüpürcək.

48. Yalan, aldatmaq – tuz (mayya) – tuzaq.

49. Əmr vermək, qayda qoymaq – tuz (mayya) – tüzük, düz, düzmək.

50. Meyvə tumu – tun (mayya) – tum.



Yuxarıdakı 50 bənzər söz məşhur sovet tarixçisi və linqvisti Yuri Knorozovun «Письменность индейцев майя» əsərindəki qısa mayya–rus lüğətinin tədqiqi prosesində bu sətirlərin müəllifi tərəfindən müəyyən edilmiş paralellərin yalnız bir hissəsidir.

Məlumat üçün bildirək ki, mayya sivilizasiyası e.ə. 2000-ci ildə Mərkəzi Amerikada yaranmış, eramızın 250-ci ilində süquta uğramışdır. Amma mayya xalqı yox olmamışdır. Bugün Yukatan yarımadasında, Belizdə, Qvatemalada və Hondurasda altı milyondan çox mayya yaşayır.

Ardı var…


Araz ŞƏHRİLİ

Fedai.az


& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

15.02.2021.


9 Şubat 2021 Salı

3) ERMƏNİLƏRİN ƏSL VƏTƏNİ - HİNDİSTAN, YOXSA EFİOPİYA?

 3 HİSSƏ 



Araz Şəhrilinin 

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında

Araşdırmamızın birinci hissəsi hay – Efiopiya (bax: https://fedai.az/?p=26043), ikinci hissəsi hay – Hindistan (bax: https://fedai.az/?p=27548) paralellərinə həsr edilmişdir. Təqdim etdiyimiz III hissə Ermənistanın türk və fin-uqor coğrafiyası, Avropa, Yaxın və Orta Şərq ölkələri ilə paralelləri barəsindədir.



Qeyd etmək lazımdır ki, nəzərimizə düşmüş toponimlərdən bəziləri bir deyil, bir neçə ölkədə təkrarlanır. Məsələn, Abaran toponiminin paralelləri həm Hindistanda, həm Avropada, həm də türk ellərində vardır. Barana toponiminə biz Hindistanda, İranda, Tatarıstanda, Polşada və Fələstində rast gəlirik. Efiopiyada və Hindistanda Agin adlı toponimlər mövcuddur. Belə misallar kifayət qədərdir. Yer adlarının bir-birindən çox uzaqda yerləşən ölkələrdə, qitələrdə təkrarlanmasının müxtəlif səbəbləri ola bilər:

— diqqətimizi cəlb etmiş bənzərliklər təsadüflər nəticəsində ortaya çıxmışdır;

— müqayisə edilən toponimlərin əsl formaları ingilis dilli məxəzlərdə təhrifə uğramışdır;

— təkrar miqrasiyalar nəticəsində yer adları bir ölkədən digərlərinə daşınmışdır.

Bir məsələni də qeyd edək: müqayisə, əsasən, Ermənistan (Hayastan) Respublikası ərazisində bugün mövcud olan, erməniləşdirilmiş toponimlər üzrə aparılmışdır. Lakin tədqiqatın nəticələrindən göründüyü kimi, onlardan bəzilərinin, məsələn, Abaran, Ararat, İrəvan, Qapan, Mehri, Tavuş, Gümrü kimi yer adlarının hay dilinə və haylara heç bir aidiyyəti yoxdur. Daha maraqlısı odur ki, sıravi azərbaycanlının az qala haylarla, Ermənistanla eyniləşdirdiyi Ararat toponimi, əslində, türk mənşəlidir. Belə ki, bugün də qədim türk yurdu olan Xakasiyada Ararat adlı dağ zirvəsi vardır. Ararat sözünü türk dillərinin vasitəsilə çox aydın bir şəkildə izah etmək mümkündür. Daşınma toponim olan Sevanın birinci hissəsi – “se” – böyük ehtimalla, İran mənşəlidir. Onun “van” hissəsi Azərbaycanda, Orta Asiyada və Hindistanda təkrarlanır.

Digər bir maraqlı cəhət budur ki, indiki Ermənistan toponimlərindən bəzilərinin paralelləri fin-uqor xalqlarının vaxtı ilə və ya hazırda yaşadıqları ərazilərdə mövcuddur. Amma bu, təəccüblü görünməməlidir. Belə ki, uqor xalqları keçmişdə oqur türkləri (bulqarlar) ilə eyni dövlətlərin tərkibində yaşamışlar. Ehtimala görə, uqorların zadəgan nəsillərinin əksəriyyəti bulqar mənşəlidir. Məsələn, uqor (əslində, bu etnonim oqur sözünün başqa bir formasıdır) xalqlarından biri olan macarlar inanırdılar ki, onların kralları – Arpadlar sülaləsi bulqarların Dulo soyundan, Xaqan Atillanın nəslindəndir. Ermənistanın türk coğrafiyası ilə paralellərinin də əksəriyyəti məhz oqur türklərinin haçansa yaşadıqları ərazilərlə, yaxud Çuvaşıstanla əlaqəlidir. Məlumdur ki, oqur türk dilinin bugün yeganə varisi çuvaş dilidir. Yeri gəlmişkən, hayların xristianlığa qədərki dini inanclarında onların nəhəng məhsuldarlıq tanrısının adı Turk olmuşdur.

Araşdırmamız göstərir ki, bugünkü Ermənistan toponimlərinin böyük əksəriyyəti hay mənşəli deyildir. Bu isə öz növbəsində bir daha onu sübut edir ki, bədnam qonşularımız nəinki əzəli Azərbaycan torpaqlarına, hətta Anadoluya da sonradan köçürülmüşlər. Özünü hay adlandıran bu toplum Azərbaycana və Anadoluya haradan gəlmişdir sualının mümkün cavabı ilə oxucu yazımızın IV hissəsində tanış ola biləcəkdir.

TÜRK ELLƏRİ İLƏ ƏLAQƏLİ TOPONİMLƏR

1. Abaran, Aparan (Azərbaycanın qərb torpaqlarında qondarılmış Hayastanda – indiki Ermənistanda əzəli sakinləri azərbaycanlılar olmuş kənd, şəhər, yaylaq yeri, eləcə də çöl və çay) – Avar, abar, obr (VI–IX əsrlərdə Mərkəzi Avropada yaşamış və Avar xaqanlığını qurmuş türk xalqı, nüfuzlu rus linqvisti Oleq Mudrak sübuta yetirmişdir ki, avar dili türk dillərinin oqur-bulqar qrupuna aiddir);

2. Axtala (Ermənistanda şəhər) – Ağtala (Xaçmaz rayonunda kənd) – Ak-talaa (Qırğızıstanda rayon) – Ak-tal (Tıvada yer adı və kənd) – Aktal (Altayda kənd);

3. Ararat (Ermənistanda şəhər) – Ararat (Türkiyədə hündürlüyü 5165 metr olan dağın məşhur adlarından biri) – Ararat (Xakasiyanın Sayan-Altay vilayətində 1546 metr hündürlüyündə dağ, bu paralel xakas türklərinin öz əcdadlarını parıs adlandırmaları kontekstində maraq doğurur) – Qeyd: bir ehtimala görə, Türkiyədə yerləşən Ararat dağının adı bu dağın ərəb dilindəki Cəbəl əl-Harət (“cəbəl” – “dağ”, “harət” – “əkinçi”) adından götürülmüşdür. Maraqlıdır ki, türk və monqol dillərində zəhmətkeşə “arat” deyilir. Ararat adının hay dilinə heç bir aidiyyəti yoxdur, haylar bu dağı Masis adlandırırlar;

4. Artik (Ermənistanda şəhər) – Artık (Türkmənistanda yer adı) – Artık (XII əsrdə yaşamış qıpçaq xanı) – Artık (Rusiyanın Saxa Respublikasının Öymököön ulusunda qəsəbə) – Artek (Krımda çay);

5. Aştarak (Ermənistanda şəhər) – Həştərək (İranın Qərbi Azərbaycan ostanında kənd);

6. Aşxadaryan (gəlmə hayların feodal nəsli) – Aşkadar (Başqırdıstanın Sterlitamak rayonunda çay və kənd);

7. Avan (Ermənistanda əhalisi yezidi kürdlərdən ibarət kənd) – Avan (İranın Şərqi Azərbaycan və Qəzvin ostanlarında iki kənd) – avan (çuvaş dilində “yaxşı”, “gözəl”) – avand (Azərbaycan dilində “yaxşı”, “uğurlu”) – Avan (Rusiya Federasiyasının Xabarovsk diyarında kənd);

8. Ayrum (Ermənistanda şəhər) – ayrum (yarıköçəri həyat tərzi sürmüş qədim türk tayfası) – urum (əvvəllər Krımda, Osmanlı imperiyasında və Qıpçaq çölündə yaşamış, hazırda isə Yunanıstanda, Ukraynada və Rusiyada yaşayan, “türkdilli yunanlar”dan hesab edilən xristian türk tayfası);

9. Bağanis (Ermənistanın Barana rayonunda kənd) – Bağanis Ayrım (Qazax rayonunda kənd) – Bağana (türk dillərində “köhnə”, “keçmiş”, “sadəlövh”) – Baqan (türk dillərində “sütun”) – Baqan (Rusiya Federasiyasının Novosibirsk vilayətində rayon, qəsəbə, kənd və çay);

10. Balak (Ermənistanın Sünik vilayətində kənd) – Belek (Türkiyənin Antalya ilində şəhər) – Belek (Türkmənistanın Balkan vilayətində kənd);

11. Barana (Ermənistanın Noyemberyan şəhərinin keçmiş adı) – Barani (Qaraqoyunluların hakim tayfası) – baran, bərən, parən (tatar, başqırd dillərində “quzu, toğlu”… bu sözün türk dillərinə rus dilindən keçməsi barədə iddia, yəni qədimdən qoyunçuluqla məşğul olmuş türklərin baran sözünü həmin sahədən çox uzaq olan slavyanlardan götürdükləri inandırıcı deyildir) – Krasnıy Baran, Arbuzov Baran, Novıy Baran (Tatarıstanda üç kənd) – Baran Düz (İranın Qərbi Azərbaycan ostanında üç kənd) – Barancar (Volqa Bulqarıstanında tayfa) – Barangar (qədim türk dilində sağ qol) – Paran (İranın Qərbi Azərbaycan ostanında kənd) – Parni (Ərsakiləri dəstəkləmiş məşhur Parfiya tayfası);

12. Boxayetsi (gəlmə hayların feodal nəsli) – Bohay (698–926-cı illərdə Mancuriyada dövlət) – Bohai (Sakit okeanda dəniz) – Boxay quyusu (Qazaxıstanda yer adı);

13. Bujuni (hayların feodal nəsli) – Bujon (Şimali Koreyanın Hamgyong vilayətində göl) – Bujin (İranın Həmədan ostanında kənd);

14. Çambarak (Ermənistanda şəhər) – Çəmbərəkənd (Bakıda məhəllə, Laçın rayonunda kənd) – Çembar (Rusiyanın Penza vilayətində çay və əhalisinin əksəriyyəti tatarlardan və mordvalılardan ibarət olmuş Belinsk şəhərinin 1946-cı ilə kimi adı);

15. Erməni (hayların ekzonimi – başqa xalqların onlara qoyduqları ad) – Ariman, ərmən, airyaman, airyanam (ari adamı – ehtimala görə, Altay əsillli qədim köçəri xalq) –Ərmənət (Oğuz rayonunda məşhur oğuzlar qəbrinin yerləşdiyi kənd) – Armankası (Çuvaşıstanda kənd) – Arman (Qazaxıstanda kənd);

16. İrəvan (Ermənistanın paytaxtı) – Aravenyan (gəlmə hayların feodal nəsli) – Aravan (Qırğızıstanın Oş vilayətində qəsəbə və rayon) – Qeyd: göründüyü kimi Sevan, İrəvan, Aravan Şirvan, Naxçıvan, Arvan, Avan, İcevan, Sarvan və s. toponimlərin ikinsi hissəsi “van” sözüdür. Bu sözün də hay dilinə heç bir aidiyyəti yoxdur;

17. Gerikyan (hayların feodal nəsli) – Gerik (İranın Qərbi Azərbaycan ostanında kənd);

18. Gümrü (Ermənistanda şəhər) – Gimri (Dağıstanda avar kəndi, bu kəndə avarlar Qenub, qumuqlar Qamri deyirlər) – kimmer (Azərbaycana e.ə. VIII əsrdə gəlmiş köçəri xalq) – Kəmərli (Qazax rayonunda kənd) – Çörük-Qəmərli (Borçalıda keçmiş şəhər) – Qəmərli (Qərbi Azərbaycanda kənd) – Yuxarı Kəmar, Aşağı Kəmar (İranın Şərqi Azərbaycan ostanında iki kənd) – Kemer (Türkiyənin Aydın şəhərində məhəllə, Kayseri ilində əfşar məhəlləsi, Çanaqqala ilində kənd) – Seydikemer (Türkiyənin Muğla ilində ilçə) – Kemerovo (Rusiya Federasiyasında vilayət və şəhər) – Kemer, Karakemer, Akkemer, Jarkemer (Qazaxıstanın Aqtöbe vilayətində kənd) – Kemer (Qazaxıstanın Qostanay vilayətində və Cənubi Qazaxıstan vilayətinin Ordabas rayonunda iki kənd) – Karakemer (Qazaxıstanın Almatı və Jambıl vilayətlərində üç kənd);

19. Qacaran (Ermənistanda şəhər) – Qacar (qədim türk tayfası);

20. Qapan (Ermənistanda şəhər) – Qapanlı (Tərtər və Şəmkir rayonlarında iki kənd) – Kapan xana (Makedoniyada Osmanlı dövründən qalmış ticarət mərkəzi) – Kapan kan (Meksikada İnk dövründən qalmış dağ yolu) – Manko Kapan (Cənubi Amerikada ink xalqının ilk hökmdarının adı) – Kapana (Bulqarıstanın Plovdiv şəhərində məhəllə);



21. Manas, Manes (Ermənistanın Alaverdi şəhərinin qədim adı) – Manas (Rusiya Federasiyasının Altay vilayətində göl) – Manas (Dağıstanın Qarabudaq rayonunda kənd) – Manas (Qırğızıstanın Çuy və Talas vilayətlərində iki kənd) – “Manas” (qırğız dastanı) – Manas (Çinin Sincan-Uyğur MR-da çay, göl və qəza) – Manas (Çin, Hindistan və Butan ərazilərindən axan çay) – Manas (Perunun Cajatambo vilayətində dairə) – Manasarovar (Tibetdə göl);

22. Mehri, Meğri, Mığrı (Ermənistanda şəhər, toponim qədim türk dilində “dalan kimi dərə” mənasını verən “mukur” sözündən yaranmışdır 1, 2) – Mehrili (Qubadlı rayonunda kənd);

23. Mamikonyan (Movses Xorenatsiyə görə, hayların Çin əsilli feodal nəsli) – Mamukxan (XV əsrdə yaşamış Sibir xanı);

24. Şirak (Ermənistanda vilayət, XX əsrin əvvəllərinə kimi burada əsasən azərbaycanlılar yaşamışlar) – Sirak (qədim Turan və Azərbaycan tayfalarından biri) – Şirakavan (Türkiyədə qədim şəhər) – Shirak, Sirak (İranın Qəzvin və Şərqi Azərbaycan ostanlarında iki kənd) – Çiraq, Çiraqlı (Ağdam, Daşkəsən, Kəlbəcər, Laçın və Şamaxı rayonlarında beş kənd) – Çıraxlı, Çıraqlı (Qərbi Azərbaycanda beş kənd) – Çiraq (Rusiya Federasiyasının Dağıstan Respublikasının Aqul rayonunda dargin kəndi) – Çirak-Kol (Qaraçay-Çərkəz Respublikasında çay) – Çırak (Qırğızıstanın İssık-Kul vilayətində kənd);

25. Slkuni (hayların Manna əsilli feodal nəsli, bu nəslin əcdadı Cənubi Azərbaycanın sala adlı tayfasının nümayəndəsi Slak olmuşdur3) – Sala (Krımda çay);

26. Truni (hayların feodal nəsli, hay tarixçisi Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Tur adlı şəxs olmuşdur) – Tura (“Avesta”ya görə, turanlıların ulu babası) – Tura (çuvaş türklərinin dilində Tanrının adı) – tura (tatar dilində “şəhər”) – tur (başqırd türklərinin Ğəynə tayfasının bir qolunun adı) – Tura (Rusiyanın Zabaykalsk diyarında çay) – Tura (Krasnoyarsk diyarının Evenk rayonunda qəsəbə) – Nijnyaya Tura, Verxnyaya Tura (Sverdlovsk vilayətində iki şəhər) – Tura (Qərbi Sibirdə çay) – tur (ərəb dilində “dağ”) – tuu (Altay türklərinin dilində “dağ”) – tau (Şimali Qafqaz türklərinin dilində “dağ”) – tav (müxtəlif türk ləhcələrində “dağ”) – dağ (Azərbaycan dilində “yüksəklik, zirvə”);

27. Tavuş (Ermənistanda vilayət) – Tovuz (Azərbaycanda rayon) – Tauş və ya Tıuış (Başqırdıstanın İqlinsk və Ufa rayonlarında iki kənd) – Tauş (Başqırdıstanda çay) – Tauş (Tümen vilayətində çay) – Tauşkası (Çuvaşıstanın Çivil və Çeboksar rayonlarında iki kənd);

28. Turk (hayların xristianlığa qədərki inanclarında nəhəng məhsuldarlıq tanrısı) – Türk (etnos) – Turka (Buryatiya Respublikasında kənd) – Turka (Sibirdə üç çay);

29. Vaqarşapat (Ermənistanda şəhər, bu toponimin də haylara heç bir aidiyyəti yoxdur, gəlmə haylar eramızın 140-cı illərində Parfiya şahzadəsi Vaqarş tərəfindən salınmış və onun şərəfinə Vaqarşabad adlandırılmış şəhərin adını 1992-ci ildə Eçmiədzin şəhərinə vermişlər, Eçmiədzin şəhərinin 1945-ci ilədək adı isə Üçkilsə olmuşdur) – vakar (çuvaş dilində “öküz”) – üxer (monqol dilində “öküz”) – ökör (macar dilində “öküz”) – oqur (türk xalqı);

30. Vanandasi (hayların feodal nəsli, hay tarixçisi Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Vahandur Vənd adlı bulqar türküdür) – Vanand (Ermənistanda iki kənd) – Vənənd (Ordubad rayonunda kənd).

FİN-UQOR ELLƏRİ İLƏ ƏLAQƏLİ TOPONİMLƏR

1. Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Ermənistanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar tərəfindən dəyişdirilmişdir) – Ara (Ermənistanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara (Rusiya Federasiyasının Kola yarımadasında ərazi);

2. Artik (Ermənistanda şəhər) – Artık (Udmurtiyada kənd);

3. Avatsatsi (gəlmə hayların feodal nəsli) – Vatsa (Rusiya Federasiyasının Arxangelsk vilayətində qəsəbə, sakinləri finlər olmuşlar) – Vatsa (Estoniyada kənd);

4. Barana (Ermənistanın Noyemberyan şəhərinin keçmiş adı) – Baran (Rusiyanın Kostroma vilayətində çay və kənd) – Baran (Polşada iki kənd);

5. Çambarak (Ermənistanda şəhər) – Çembar (Rusiyanın Penza vilayətində çay və əhalisinin əksəriyyəti tatarlardan və mordvalılardan ibarət olmuş Belinsk şəhərinin 1946-cı ilə kimi adı);

6. Dvin (Qərbi Azərbaycanda qədim şəhər) – Divin (Slovakiyanın Banska Bystrica bölgəsinin Lucenec dairəsində macar kəndi);

7. Muratsyan (hayların feodal nəsli) – Muratsi (Estoniyanın Saaremaa qəzasında kənd);

8. Şirak (Ermənistanda vilayət, XX əsrin əvvəllərinə kimi burada əsasən azərbaycanlılar yaşamışlar) – Sirak (Macarıstanda şəhər);

9. Slkuni (hayların Manna əsilli feodal nəsli, bu nəslin əcdadı Cənubi Azərbaycanın sala adlı tayfasının nümayəndəsi Slak olmuşdur4) – Sala (RF-nin Leninqrad vilayətində kənd, Arxangelsk vilayətində çay);

10. Talin (Ermənistanda şəhər) – Tallin (Estoniyanın paytaxtı);

11. Tavuş (Ermənistanda vilayət) – Tauş, Tauşka (Rusiyanın Perm diyarında kənd və çay);

12. Truni (hayların feodal nəsli, hay tarixçisi Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Tur adlı şəxs olmuşdur) – Tura (Macarıstanda şəhər) – Tura (Udmurtiyanın Krasnoqorsk rayonunda kənd) – Tura (Slovakiyanın Nitra diyarında macar kəndi) – Stara Tura (Slovakiyanın Trençin diyarında macar şəhəri) – Tur (Rumıniyanın Transilvaniya bölgəsində macar kəndi) – Tur (Macarıstanda çay) – Tura (Rusiyanın Arxangelsk və Tomsk vilayətlərində iki çay);

13. Turk (hayların xristianlığa qədərki inanclarında nəhəng məhsuldarlıq tanrısı) – Turku (Finlandiyada şəhər) – Turka (Rusiya Federasiyasının Perm diyarında çay və qəsəbə, Kursk vilayətində iki kənd);

14. Vaqarşapat (Ermənistanda şəhər, bu toponimin haylara heç bir aidiyyəti yoxdur, gəlmə haylar eramızın 140-cı illərində Parfiya şahzadəsi Vaqarş tərəfindən salınmış və onun şərəfinə Vaqarşabad adlandırılmış şəhərin adını 1992-ci ildə Eçmiədzin şəhərinə vermişlər, Eçmiədzin şəhərinin 1945-ci ilədək adı isə Üçkilsə olmuşdur) – Vakari (Estoniyada qəsəbə);

15. Vanadzor (Ermənistanda şəhər) – Vana-Vigala, Vana-Kaiu (Estoniyanın Raplamaa vilayətində iki kənd).

AVROPA ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLİ TOPONİMLƏR

1. Abaran, Aparan (Azərbaycanın qərb torpaqlarında qondarılmış Hayastanda – indiki Ermənistanda əzəli sakinləri azərbaycanlılar olmuş kənd, şəhər, yaylaq yeri, eləcə də çöl və çay) – Abaran (İspaniyanın Mursiya vilayətində kənd – ehtimal edilir ki, bulqarların bir qolu olan avarlar “xalqların böyük köçü” zamanı İspaniyaya da gedib çıxmışlar);

2. Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Ermənistanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar tərəfindən dəyişdirilmişdir) – Ara (Ermənistanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara (Norveçdə göl) – Ara (İrlandiyada çay);

3. Avan (Ermənistanda əhalisi yezidi kürdlərdən ibarət kənd) – avan (fransız dilində “öndə”, “qabaqda”) – Awan (Belçikanın Lej vilayətində kommuna);

4. Ayrum (Ermənistanda şəhər) – arum, arumın, arumani, armani (yarıköçəri həyat tərzi sürən rumın tayfası);

5. Balak (Ermənistanın Sünik vilayətində kənd) – Belek (Polşada kənd);

6. Barana (Ermənistanın Noyemberyan şəhərinin keçmiş adı) – Baran (Belarusda çay və şəhər) – Baran (Polşada iki kənd) ;

7. Dvin (Qərbi Azərbaycanda qədim şəhər) – Divin (Bosniyada kənd) – Divin (Belarusun Brest vilayətində kənd);

8. Erməni (hayların ekzonimi – başqa xalqların onlara qoyduqları ad) – Arman, Armin (Avropada kişi adı) – Arminius (I əsrdə romalılara qarşı üsyana başçılıq etmiş german qəbilə başçısı);

9. Keşkənd (Ermənistanın Yeğeqnadzor şəhərinin 1935-ci ilə qədərki adı, bu toponim “Keşişkənd deyil, Keşkənd formasında idi”5) – Kesh (Şimali İrlandiyada kənd);

10. Manas, Manes (Ermənistanın Alaverdi şəhərinin qədim adı) – Manas, Manas-Bastanous (Fransanın Drome və Gers departamentlərində iki kommuna);

11. Muratsyan (hayların feodal nəsli) – Muras (İspaniyanın Lugo vilayətində kənd);

12. Şirak (Ermənistanda vilayət, XX əsrin əvvəllərinə kimi burada əsasən azərbaycanlılar yaşamışlar) – Sirak (Fransanın Auch və ya Ash dairəsində kommuna);

13. Slkuni (hayların Manna əsilli feodal nəsli, bu nəslin əcdadı Cənubi Azərbaycanın sala adlı tayfasının nümayəndəsi Slak olmuşdur) – Sala (İsveçdə ada və kommuna) – Sala Bolognese (İtaliyada kommuna) – Sala Consilina (İtaliyada şəhər) – Sala (Latviyanın Salas diyarının inzibati mərkəzi) – Sala (Fransada çay);

14. Truni (hayların feodal nəsli, hay tarixçisi Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Tur adlı şəxs olmuşdur) – Tur (qədim skandinaviyalılarda Tanrı) – Tura (Fransada şəhər) – Tur (Fransada şəhər, dairə) – Tur (Polşanın Lodzin və Kuyav-Pomor voyevadalıqlarında iki kənd) – Tur (Ukraynanın Volın vilayətində kənd) – Tur (İsveçrədə çay) – Tur (X əsrdə Belarus dövlətçiliyinin əsasını qoymuş şəxsin adı) – Tur (Belarusda çay);

15. Tavuş (Ermənistanda vilayət) – Tauscha (Almaniyanın Saksoniya federal torpağında kommuna) – Tausch (Almaniyada nəsil və ya soyad);

16. Turk (hayların xristianlığa qədərki inanclarında nəhəng məhsuldarlıq tanrısı) – Türk (etnos) – Turka (Ukraynanın Lvov vilayətində şəhər və rayon, İvano-Frankovsk vilayətində kənd) – Turka (Ukraynada, Moldovada, Rumıniyada çay) – Turka (Polşanın Lublin voyevodalığının Lublin və Chelm dairələrində iki kənd);

17. Vaqarşapat (Ermənistanda şəhər, bu toponimin haylara heç bir aidiyyəti yoxdur, haylar eramızın 140-cı illərində Parfiya şahzadəsi Vaqarş tərəfindən salınmış və onun şərəfinə  Vaqarşabad adlandırılmış şəhərin adını 1992-ci ildə Eçmiədzin şəhərinə vermişlər, Eçmiədzin şəhərinin 1945-ci ilədək adı Üçkilsə olmuşdur) – Vagar (Danimarkanın Farer adalarına daxil olan ada).

YAXIN ŞƏRQ ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLİ TOPONİMLƏR

1. Abelyan (gəlmə hayların feodal nəsli, Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Abel adlı şəxsdir) – Habil (ərəb şəxs adı) – Hebel (yəhudi şəxs adı);

2. Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Ermənistanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar tərəfindən dəyişdirilmişdir) – Ara (Ermənistanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara (İsraildə kənd);

3. Aram (hayların mifik əcdadı Haykın nəticəsi) – Aram (“Tövrat”a görə, Nuh Peyğəmbərin nəvəsi) – Aram (Suriyanın qədim yəhudi dilində adı);

4. Aştarak (Ermənistanda şəhər) – Ashtar, Astar (İordaniyanın qərbində mövcud olmuş qədim Moab ölkəsində və Efiopiya ilə Eritreyanın ərazilərində mövcud olmuş Aksum krallığında ən çox pərəstiş edilmiş tanrılardan biri);

5. Avan (Ermənistanda əhalisi yezidi kürdlərdən ibarət kənd) – Avan (“Tövrat”a görə, Adəm və Həvvanın qızı) – Avana (Suriya ərazisindən axan Bərədə çayının “Tövrat”dakı adı);

6. Barana (Ermənistanın Noyemberyan şəhərinin keçmiş adı) – Paran (Ptolemeyə görə, Misirin Sinay yarımadasındakı Feiran vadisinin keçmiş adı) – Paran (İsraildə kənd);

7. Cermuk (Ermənistanda şəhər və mineral bulaq) – Yarmuk (Suriyada və İordaniyada çay);

8. Elar, Ellər (Ermənistandakı Abovyan şəhərinin qədim adı – XIII əsrdən) – Ellar (Fələstində kənd);

9. Gümrü (Ermənistanda şəhər) – Deir El Kamar (Livanda kənd);

10. Truni (hayların feodal nəsli, hay tarixçisi Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Tur adlı şəxs olmuşdur) – Tura əl-Gharbiya (Fələstində şəhər).

İRAN, TACİKİSTAN, ƏFQANISTAN VƏ PAKİSTAN İLƏ ƏLAQƏLİ TOPONİMLƏR

1. Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Ermənistanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar tərəfindən dəyişdirilmişdir) – Ara (Ermənistanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara (İranın Mazandaran ostanında kənd);

2. Aram (gəlmə hayların mifik əcdadı Haykın nəticəsi) – Aram, Tul Aram, Pole Aram (İranın Xuzistan ostanında bir, Gülüstan ostanında iki kənd);

3. Avan (Ermənistanda əhalisi yezidi kürdlərdən ibarət kənd) – Avan (İranın Kerman ostanında kənd) – Awan (İranda qədim Elam şəhəri) – Awan (qədim Elam ölkəsində şah sülaləsi) – Awan (Pakistanın Pəncab ştatında etnik qrup);



4. Balak (Ermənistanın Sünik vilayətində kənd) – Balak (İranın Kerman və Kürdüstan ostanlarında iki kənd) – balak (kürd tayfası);

5. Barana (Ermənistanın Noyemberyan şəhərinin keçmiş adı) – Baran (Pakistanın Bəlucistan vilayətində kənd) – Baran, Borje Baran (İranın Xuzistan və Mərkəzi ostanlarında iki kənd) – Paran (Mazandaran ostanında iki kənd);

6. Çambarak (Ermənistanda şəhər) – Chambara (Əfqanıstanın Qəznə vilayətində yer adı);

7. Cermuk (Ermənistanda şəhər, mineral bulaq) – Charmuk (İranın Buşehr ostanında kənd);

8. Dilican (Ermənistanda şəhər) – Dilican (İranın Mərkəzi ostanında şəhər, Şimali Xorasan və Gilan ostanlarında dörd kənd);

9. Erməni (hayların ekzonimi – başqa xalqların onlara qoyduqları ad) – Ermən (orta pars dilində “icma, tayfa üzvü” mənasını ifadə edən söz, faktiki olaraq, qədim parsların özlərini adlandırmaq üçün istifadə etdikləri etnonimlərdən biri);

10. Gümrü (Ermənistanda şəhər) – Kemari (Pakistanda şəhər) – Kamar (Əfqanıstanda kənd) – Kamar (Tacikistanda şəhər);

11. Xorxoruni (hayların hurri əsilli feodal nəsli, bu nəslin əcdadının adı Xor olmuşdur) – Korkhor-e Sofla (İranın Kermanşah ostanında kənd);

12. Qavar (Ermənistanda şəhər) – Gavar (İranın Mərkəzi ostanında kənd);

13. Qukan (hayların feodal nəsli) – Gukan (İranın İsfahan ostanında kənd);

14. Mehri, Meğri, Mığrı (Ermənistanda şəhər, “mehr” sözü İran dillərində “günəş”, “sevgi” mənalarını ifadə edir);

15. Nor-Açin (Ermənistanda şəhər) – Achin (Əfqanıstanın Nanqarhar vilayətində rayon);

16. Saaruni (hayların feodal nəsli) – Saruni-ye Sofla (İranın Kerman ostanında kənd);

17. Şirak (Ermənistanda vilayət, XX əsrin əvvəllərinə kimi burada əsasən azərbaycanlılar yaşamışlar) – Deh Shirak, Shirag (İranın Kerman və Cənubi Xorasan ostanlarında üç kənd) – Sirak (İranın Luristan və Fars ostanlarında iki kənd, Çaharmahal və Bəxtiyar ostanında bir kənd);

18. Slkuni (hayların Manna əsilli feodal nəsli, bu nəslin əcdadı Cənubi Azərbaycanın sala adlı tayfasının nümayəndəsi Slak olmuşdur6) – Sala (İranın Kürdüstan ostanında kənd);

19. Taşir (Ermənistanda şəhər) – Tashar (İranın Kerman və Kermanşah ostanlarında iki kənd);

20. Truni (hayların feodal nəsli, hay tarixçisi Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Tur adlı şəxs olmuşdur) – Tura (İranın Xuzistan ostanında kənd) – Tur (İranın Cənubi Xorasan ostanında kənd);

21. Tavuş (Ermənistanda vilayət) – Tawus Khel, Sang-e Tawus, Tawus Malang (Əfqanıstanda yer adları).


Araz ŞƏHRİLİ

Fedai.az


& VƏTƏNSEVƏRLƏR

Araşdırma

  08.02.2021.


4 Şubat 2021 Perşembe

2) BABİL QÜLLƏSİ - ÇİNGİZ XAN VƏ SEYİDLƏR

 2 HİSSƏ


Araz Şəhrilinin 

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında

Bütün dövrlərdə müsəlman cəmiyyətinin Muhəmməd Peyğəmbərə və onun nəslindən olan şəxslərə münasibətinin əsas xəttini dərin sevgi və ehtiram hissi təşkil etmişdir. Xüsusi ilə Azərbaycanda, İranda, Orta Asiyada, Qazaxıstanda və indiki Pakistan torpaqlarında belə davranış özünü həmişə daha bariz şəkildə göstərmişdir. Bugün də bu ölkələrdə seyidə əl qaldırmaq, onu təhqir etmək bir yana, hətta xətrinə dəymək belə el arasında ən ağır günahlardan hesab olunur. İndinin özündə də qazax xalqının ən nüfuzlu iki təbəqəsindən biri seyidlərdir.

Türklər və orta əsr monqolları seyidlərə həmişə xüsusi hörmətlə yanaşmışlar. Çingiz xan “Yasa”sının birinci qanunu Yeri və Göyü yaratmış Tanrının təkliyini, ikinci (və ya onuncu) qanunu isə Əli bəy Əbu Talibin övladlarından heç bir vergi və xəracın alınmayacağını bəyan edir. 



Böyük fateh Əmir Teymur isə qələbələrinin sirrini Muhəmməd Peyğəmbərin nəslinə olan məhəbbətində bilirdi:  “Hansı vilayətin camaatının etiqadı Peyğəmbər xanədanının əqidəsindən fərqlənərsə, əsl padşahın həmin vilayəti basıb alması və oranın əhalisini pozğun əqidəsindən döndərməsi vacibdir. Buna misal - Şamı tutdum və oradakı pozğun etiqadlı adamları cəzalandırdım”.  “Muhəmməd övladlarının mərtəbəsini başqalarından yuxarı qaldırıb, onlara çatacaq hörmət-izzəti yerinə yetir. Onlara nə qədər çox məhəbbət bəsləmiş olsan, düşünmə ki, israfçılıq edirsən, çünki Allah yolunda görülən işdə israf yoxdur”.  “Bir məsələni anladım ki, seyidlərin xahişlərini sözsüz yerinə yetirmək və onlara ehtiram göstərmək vacibdir”. 

Qeyd etmək lazımdır ki, rusların “святой”, «свято», «свят» (“müqəddəs”), «свет» (“işıq”), xorvatların “svetac” (“müqəddəs”), litvalıların “sviesa” (“işıq”), latışların “svetais” (“müqəddəs”), farsların “setayeş” (“ibadət”), ukraynalıların “svit” (“dünya”), qədim keltlərin “sidhe” (kelt mifologiyasına görə, insandan gözəl, hündür və güclü varlıqlar), polyakların “swiety” (“müqəddəs”), boşnakların “sviyet” (“dünya”), ərəblərin “seyid” (“cənab”), qədim sakaların “sayi” (böyük ehtimalla, “zadəgan”, “cənab”), türklərin “sayın” (“hörmətli”, “cənab”), monqolların «сайн» (“yaxşı”), ingilislərin “saint” (“müqəddəs”), bretonların və katalanların “sant” (“müqəddəs”), türklərin “san”, “şan” (“ad”, “şöhrət”, “şərəf”), rusların «сан» (dini rütbə), yaponların “san” (sayğı suffiksi), frizlərin “soan” (“oğul”), ingilislərin “son” (“oğul”),  rusların və belorusların «сын» (“oğul”), serblərin və ukraynalıların “sin” (“oğul”), vallonların, pəncablıların və sindhilərin “sint” (“müqəddəs”), türklərin “çin” (“doğru”, “gerçək”), rusların «чин» (“dərəcə”, “rütbə”), ingilislərin “shine” (“işıq”, “parıltı”) sözlərinin bir-birinə bənzədiyini və bəlkə də hamısının bir-birindən törədiyini görmək üçün peşəkar linqvist olmağa ehtiyac yoxdur. 

Haşiyə. Qədim keltlərin “sidhe” adlandırdıqları ucaboylu mifik varlıqlara qədim skandinavlar “alv” deyirdilər. Əfsanələrə görə, “sidhe”lər və “alv”lar həm yaxşı süvarilər, həm də sərrast oxçulardır. Bəllidir ki, qədim türk bahadırlarının bir adı da “alp” olmuşdur. “Alp” həm də Qərbi Avropanın ən hündür dağ sisteminin adıdır. Amma qeyd etməliyik ki, bu oronimin mənşəyinə aydınlıq gətirilməmişdir.

E.ə. 250-ci ildən eramızın 224-cü ilinədək Azərbaycanı, İranı və Yaxın Şərqin böyük bir hissəsini idarə etmiş Ərsakilərə də əhali yüksək ehtiram hissi ilə yanaşırdı. Ammian Marsellin yazır: “İranda Ərsakilər bütün nəsillərdən üstün sayılır. Hər bir iranlı hətta daxili qarşıdurmalar zamanı belə, döyüşçü və ya sadə insan olmasından asılı olmayaraq, bu nəslin istənilən nümayəndəsinə  əl qaldırmağı ən böyük günah hesab edir”.  

Yazımızın bu yerində bir məsələni xatırlamaq yerinə düşərdi: Ərsakilər dövlətinin qurulmasında məhz sakaların (skiflərin) day tayfasının böyük rolu olmuşdur. Onu da vurğulamaq lazımdır ki, e.ə. III əsrə aid “Protogenin şərəfinə Olviya dekreti”nə əsasən, “çar skifləri (sakalar) özlərinə “sayi” deyir, digər skiflər isə onlara müxtəlif hədiyyələr verirdilər”. 

B.N.Qrakovun fikrincə, skiflərin “sayi” sözü qədim “hşaya” (şah) titulundan törəmişdir. Zənnimizcə, ərəb “seyid”inin və yuxarıda sadaladığımız digər oxşar sözlərin mənşəyi həmin “sayi” və “hşaya” titulları ilə əlaqəlidir. Böyük ehtimalla, “şah” sözü də “hşaya” sözündən əmələ gəlmişdir. Həm məna, həm də leksik forma baxımından qədim “şah” titulu ilə ərəblərin “şeyx” titulu arasında yaxınlıq aydın sezilir.

Orta Asiyanın türk xalqları Qureyş əsilli şəxslərə, müqəddəslərə və alimlərə xoca, xoja və ya hoca, Muhəmməd Peyğəmbərin nəslindən olan şəxslərə isə seyid xoca deyirlər.
 
Hindistanın Bihar, Madhya-Pradeş, Racastan və Uttar-Pradeş ştatlarında, eləcə də Nepalda brahman, kahin kastasının nümayəndələrini ojha adlandırırlar.

Ehtimal ki, Azərbaycan dilində pir, ziyarətgah, müqəddəs yer, müqəddəs insan mənalarını ifadə edən ocaq sözü və anlayışı Orta Asiya xalqlarının hoca, hindistanlıların və nepallıların ojha sözləri və anlayışları ilə eyni mənşəyə malikdir.

Ardı var...

Araz ŞƏHRİLİ
Moderator.az

& VƏTƏNSEVƏRLƏR

Araşdırma 
30.01.2021.