Translate

15 Nisan 2017 Cumartesi

TANRIÇILIQ FƏLSƏFƏSİ (1-ci yazı)

15.04.2017 / 06:03:43
                                                Dos., Dr. Faiq Qəzənfəroğlu

Hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına nadir hallarda rast gəlmək mümkündür. 

Bütövlükdə isə “Türk fəlsəfəsi” və “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsində, dünya fəlsəfə tarixində özünəməxsus bir yeri olması fikrini söyləmək çox çətindir. Ən yaxşı halda Türk düşüncəsi İudaizm, Buddizm, Zərdüştizm, Xristian, İslam kimi dini-fəlsəfi təlimlərin, mədəniyyətlərin müəyyən bir tərkib hissəsi kimi verilərək, onun müstəqil varlığından isə qətiyyən bəhs olunmur. Məsələn, Hind fəlsəfi təlimi buddizmə, Çin fəlsəfi təlimi konfusiliyə, Yunan fəlsəfi təlimi  kosmologiyaya, İran/Fars fəlsəfi təlimi zərdüştlüyə türk bilgələrin hər hansı əlavələrinin, şərhlərinin olması haqqında bilgilər verildiyi halda, müstəqil bir Türk dini-fəlsəfi təlimin adı çəkilməmişdir. Bizcə, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb də, ancaq həmin dini-fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstərilməsi olmuşdur. Məhz bunun nəticə olaraq, ən yaxşı halda ilk Türk fəlsəfəsinin, türk filosoflarının adları Orta əsrlərdə çəkilir ki, onların özləri də əsasən İslam mədəniyyətinin ya da ərəbdilli fəlsəfənin nümayəndələri kimi qələmə verilirlər.

Əski Türk düşüncəsi, Türk dünyagörüşü Tanrıçılıq (Göy Tanrı) fəlsəfəsiylə bağlıdır ki, onun da Sami, Yunan, Çin, Hind-İran, Misir fəlsəfələrindən daha öncə var olmasına qətiyyən şübhə etmirik. Hər halda Turan-Türk uluslarından hesab olunan, m.ö. IV minillikdə İkiçayarasında mövcud olmuş Sumer sivilizasiyasının varlığı da Turan/Türk kosmoqoniya­sının İran, Çin, Hind, Misir kosmoqoniyalarından qədimliyinə dəlalət edir. Sumerlərdə və digər Turani qövmlərdə görünən Göy Tanrı dininin (Göy Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması, üstəlik onlara təsir göstərməsi yavaş-yavaş dünya elmində də qəbul olunmaqdadır. Eyni zamanda Türklərin Sumerlərdən öncə və Sumerlər dövründən indiyə qədər şüurlarında yaşat­dıqları “Ana haqqı – Tanrı haqqı”, “Tanrı haqqı”, “Göy haqqı”, “Su haqqı”, “Torpaq haq­qı”, “Yer haqqı”, “Günəş haqqı” anlayışları, eləcə də ailə­də ataya, ağsaqqala sonsuz hörmət, ailə törəsi, el törəsi, atalar sözləri də Tanrıçılıq fəlsəfəsiylə sıx şəkildə bağlıdır.

Tanrıçılıq ideyası Sumerlərə qədər mövcud olmuş, Türk soylu ya da Türklərlə başqa bir xalqın qaynayıb qarışması olan Sumerlər də bu fəlsəfəni m.ö. IV-III minilliklərdə davam etdirmişlər. Hər halda Tanrıya “Dingir” deyən Sumerlərlə, Tanrıya “Cingir baba”, yəni Tanrı baba deyən əski Azərbaycan türkləri arasında yalnız dil qohumluğu deyil, dini-mənəvi eynilik də düşündürücüdür. Prototürk Subarlar isə Tanrıya Tenger demişlər. Türklərin, o cümlədən Azərbaycan türklərinin baş tanrı Tenqri/Dingirlə yanaşı Turan, Turkan, Tork, Turuk, Aras, Baba, Asar, Kuer, Qut, Qaşqay, Günəş kimi iyəadları da olmuşdur. Ümumilikdə, “Tanrı” ilə “Göy Tanrı” kəlimələri Türk xalqlarında müxtəlif şəkillərdə (dingir, tenqri, tanrı, tarı, tenqri və b.) səslənsə də mahiyyət birdir. Türkiyə və Azərbaycan türkləri baş tanrıya Tan­rı, altaylar və şorlar tenqri, xaqaslar tiqir, şumerlər din­qir, yakutlar tanqara adlandırmışlar.

Tanrının sinonimi olan Dinqir sözünə, “Dinqir Rusaşe” şəklində Urartu mixiyazılı kitablarında rast gəlirik. Görünür, “Dinqir Rusaşe” Tanrı Rusanın ya da Tanrı Uruzun övladları anlamındadır. Digər tərəfdən Urartu çarlarının adı olan Rusa adı Uruz şəklində Tanrı adına sinonim kimi eyniləşdirilməklə yanaşı, o da iddia olunur ki, Uruz m.ö. I minillikdə etrusk tayfa ittifaqının sevgi və incəsənət tanrısı, Turan isə ilahəsi idi.

Bizcə, Türk və Tanrı sözlərində də yaxınlıq, doğmalıq vardır. Avestada adı keçən turanlı Dureketay Turuq-taydır ki, onu da Tenqritay/Taqritalyla eyniləşdirmək mümkündür. Tenqri, Tanrı  və Türük sözlərinin doğmalığı Türk şəxs adlarında da öz əksini tapmışdır.

Ziya Bünyadov «Tanrı» və «Göy Tan­rı» anlayışları ilə bağlı yazırdı ki, bugünkü Orta Asiya türk şivələrinin əksəriy­yətində tenqri «Tanrı» və «Göy» mənalarını ifadə edir. Onun fik­rincə, Türkiyə türkcəsində isə, bu söz (olduqca qədimləşmiş) yalnız «Allah» mənasında işlənmişdir: «Orxon-Yenisey ki­ta­bələr­ində Tenqri daim ilahi bir qüdrət kimi göstərilir: onun iradəsi ilə kaan (xaqan, hökmdar) iqtidara gəlir və şəx­sən bu hökmdar Tenqri kimi və Tenqri doğumludur və Tenqri tərəfindən yaradılmışdır. Tenqri türk xalqını qoru­yur, onun milli varlığı, daimliyini təmin edir və türk bəy­lə­rinin düşmən üzərində qələbə çalmalarını dəstəkləyir. Bu si­fətilə, xüsusən türklərin hamisi olaraq türk Tenqrisi adlanır».

Türk-Azərbaycan etnoqonik miflərinin birində də göstərilir ki, Uğuz-Oğuz Tanrını qəbul etməyən atasına qarşı çıxmış və yer üzündə tək tanrıçılığı – Göy Tanrıya inamı yaymışdır. Əslində Uğuzun/Oğuzun digər bir adının Buğa/Öküz/Okuz xan olması da bunu təsdiq edir. Oğuz dastanına görə də ilk Türk hökmdarlarından biri olan Buğuhan tək Tanrıçılıq dinini təsis etmişdi. F.Rə­şi­dəddin də yazır ki, tanrıçılıq dinini Oğuz xan for­ma­laşdırıb və türklər arasında yayıb. Oğuz xan dastanına görə, türklər həmişə tək Tanrıya ya da Göy Tanrıya inanmış, çoxallahlı olmamışlar. Şamanizm və Maniçilik kimi digər Uzaq Doğu kökənli dinlər Türklər arasında kiçik zümrələr xaricində heç bir zaman yayğınlıq qazanmamışdır. F.Ağasıoğlu yazır: “Özlərini təbiətin yavrusu sayan türklər, özəlliklə bozqır türkləri hər bir təbii varlığın yiyəsi olduğuna inanır, onlara öz qamları vasitəsilə münasibət bildirir, ancaq bütün varlığın yaradıcısı kimi bir Tanrıya (Tenqri) tapınırdılar. Sumerlərin də dinqir dediyi bu teonim həm Tanrını, həm də onun simvolu olan Göyü (səmanı) bildirirdi”. Emin əl-Razi, İbn Fadlan kimi müəlliflərə görə də, Türklər, o cümlədən xəzərlər bir Tanrıya tapınırıdlar.

Çox güman ki, türklərdə Tanrı, Tanrıçılıq ideyası ya da fəlsəfəsi formalaşana qədər mifik-dini təfəkkürün bəlli inkişaf dövrlərindən keçmişdir. Hər halda  Tanrı ideyasının müəyyən təka­mül prosesinin məhsulu olması artıq çoxlarında şübhə doğurmur. Bu anlamda Tanrıçılıq fəlsəfəsi Türk dini-mifik təfəkkürünün yekun nəticəsidir. Nizami Cəfərov yazır: «Tanrıçılıq dünyagörüşünün müəyyən­ləş­məsi ilə ona qədərki bütün etnik-ideoloji idrak formaları tan­rıçılığa tabe olur, mifologiya bundan sonra məhz bu mü­kəm­məl dünyagörüş­ünün (tanrıçılığın) «məntiqi» ilə yaşayır, onu tamamlayır və qədim türk cəmiyyətində kütləvi düşün­cə­dən fərqli olaraq, «professional» düşüncə (yuxarı silkin, cəmiyyətin yüksək təbəqələrinin düşüncəsi) daha çox tan­rı­çılığa əsaslanır». Onun fikrinə görə, Tanrı – göylər aləmi ilə bağlıdır, lakin Türkün yaşadığı torpağın da, cəmiyyətin də, qəbilənin də taleyini Tanrı müəyyənləşdirir: «Əgər Tanrı is­tə­məsə, kimsə türk cəmiyyətinin hökmdarı (kağanı) ola bilməz. Ona görə də türklərdə hökmdar kultu möv­cud olmuş, hətta tanrıçılığın tənəzzülündən sonra da ya­şa­mışdır».

XIX-XX əsrlərdə Tanrıçılıqla bağlı dini-fəlsəfi inanclar Avropa və Rusiya elmində daha çox “şamanizm” ya da “qamlıq” kimi verilməyə çalışılmışdır. Özəlliklə, Avropa alimləri tərəfindən “şamanizm” adlandırılan, ancaq əski dönəmlərdə qamların fəlsəfi dünyagörüşünü əks etdirən biliklər Tanrıçılıqdan başqa bir şey deyildir. Başqa sözlə, “Qam” ya da “Şaman” Tanrıçılıq dinində “filosof” rolunu oynadığı üçün, bu dini Qamlıq ya da Şamanizm adlandırmaq yanlışdır. Birincisi, Tanrıçılığı təbliğ edən “şaman” deyil, Qam olmuşdur. Bu baxımdan indi “şamanizm” kimi qələmə verilən dini-mifoloji inanclar daha çox Qamların təbliğ etdiyi Tanrıçılıqla bağlıdır. Bu anlamda türk filosofu Hilmi Ziya Ülken doğru qeyd etmişdir ki, əski Türklər dini rəislərinə “toyon”, sehirbazlara “kam” dedikləri halda, avropalılar bu kəliməni “şaman” olaraq almışlardır: “Sehir, dinin ziddi qiymətlərə malikdir: Əski Türk dini sağı, şamanizm solu uğurlu sayırdı. Din sağdakı erkəyə, şamanizm soldakı qadına qiymət verirdi. Bundan dolayı “kam”lar ya həqiqətən qadınlardır; yaxud da  qadın qiyafətinə girmiş və bütün hərəkətlərində onu təqlid edən erkəklərdi. Şaman bir növü ibtidai təbib və texnikdi: sinir xəstəliklərini müalicə edər; yağmur, hasad, bərəkət üçün  sehirli tədbirlər alır; sehirbazlıq və kahinlik yapardı. Kamlar, əllərində, rəqs və ayin əsnasında qamçılar buludururdular. Kəlimə də göstərir ki, bu alət qamlara, yəni Şamanlara məxsusdur”.

Bizcə, Tanrıçılıq dini-fəlsəfi təlimini Avropalılar əski Türk dünyagörüşünü dar anlamda “şamanizm” adlandırıb ona kölgə salmağa çalışsalar da, zamanla əski Türk fəlsəfəsinin daha geniş anlamda Tanrıçılıqla bağlı olması ortaya çıxmaqdadır. Məhz bütün türk xalqlarının əski dünyagörüşünü özündə əks etdirməsi anlamında Azərbaycan türk bilginlərindən tanınmış alim, türkoloq Cavad Heyət də bir­mə­nalı şəkildə iddia edir ki, türklər qədim dövrlərdə “şamanizm”ə, “totemizm”ə deyil, məhz təktanrıçı təlim olan Göy Tanrı dininə inanmışlar. Digər tərəfdən Tanrıçılıq fəlsəfəsini təbliğ edənlər Qamlar idilər ki, «əski türklərdə Kam və ya Qam ruhani mənasına gəlir, lakin şaman sözü hind-avropalı bir termindir». Ona görə də, Ümit Hassanın yazması ki, şamanlıq/qamlıq arxaik kökə dayanır, dünyanın inkişafı baxımından mədəniyyətin olmadığı tarix öncəsinə, yəni tarixi sivilizasiyanın doğuşundan çox-çox əvvəllərə – 20 və ya 25 min il öncəyə aiddir, burada ancaq Tanrıçılıq fəlsəfəsinin ilkin dövründən bəhs oluna bilər. Çünki bu müəllifə görə, qədim türklərin fəlsəfəsi əsasən Tanrıçılıqda öz əksini tapmışdır ki,  «Tenqri» kəlməsi də əvvəlcə göyü, sonra isə bəzi fonetik dəyişikliklər nəticəsində Tanrını ifadə etmişdir. Türklərdə, bir çox hallarda göyün Tanrı, yaxud səma, mavinin isə Yer mənasında işlədilməsinə rast gəlinir. Məhz bunları daha dərindən dərk edən Hikmət Tanyu da göstərmişdir ki, əski Türklərin dini-fəlsəfi təlimi olaraq “şamanizm” ya da “totemizm” deyil Tanrıçılıq olmuşdur.

Ardı var...

Dos., Dr. Faiq Qəzənfəroğlu

4 Nisan 2017 Salı

İLHAM ƏLİYEV : “DAŞ - DAŞ ÜSTƏ QALMAYACAQ”


"Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi".

Bu sözləri Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bildirib.


Dövlət başçısı deyib : "İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.


& VƏTƏNSEVƏRLƏR

31 Mart 2017 Cuma

AZƏRBAYCANLILARIN MART SOYQIRIMI... IRSHAD TV - Nİ İZLƏMƏYİ UNUTMAYIN...

AZƏRBAYCANLILARIN MART SOYQIRIMI...
DƏQİQ FAKTLARA SÖYKƏNƏN BU MARAQLI YAZINI AXIRADƏK OXUMAĞINIZI VƏ PAYLAŞMAĞINIZI XAHİŞ EDİRƏM. ALLAH RƏHMƏT ELƏSİN. QƏBİRLƏRİ NURLA DOLSUN. QƏBİRLƏRİ OLMAYANLARA İSƏ ALLAH MİN RƏHMƏT ELƏSİN. RUHLARI BİZDƏN İNCİMƏSİN...

İZLƏMƏK ÜÇÜN BURAYA DAXİL OLUN :  IRSHAD TV


İZLƏMƏK ÜÇÜN BURAYA DAXİL OLUN :  IRSHAD TV

28 Mart 2017 Salı

HƏRBİ EKSPERTDƏN "HAZIR OLAQ" ÇAĞIRIŞI

Üzeyir Cəfərov: “Ermənistan hər an hücuma keçə bilər, qarşıdakı günlərdə ordumuz hazır olmalıdır”



Ermənistan üçün məğlubiyyətlə sonuclanan 2016-cı ilin 2-5 aprel əməliyyatlarının bir ilinə və işğalçı ölkədə 2 aprel parlament seçkilərinə sayılı günlər qalmış Ermənistan prezidenti Serj Sərkisyan müharibə bəyanatlarını artırıb. Serj Sərkisyan Dağlıq Qarabağa son gəlişi zamanı deyib ki, ötən ilin aprel döyüşləri zamanı itirdikləri yüksəkliyi (Lələtəpə yüksəkliyini nəzərdə tutur) geri qaytarmaq üçün əmr verməməsinin səbəbi var. O qeyd edib ki, iki seçimi var idi. Birinci seçim - yüksəkliyi geri qaytarmaq üçün əks-hücuma keçmək əmri verməli idi, ancaq bu halda ən azı yenə 100 nəfər itki ola bilərdi. İkinci seçim – hərbçilərimin sağ qalması üçün yüksəkliyin itirilməsiylə barışmalı idi. Uşaq qatili olan Sərkisyan özünü tərifləyərək “güclü siyasətçi” kimi ikinci seçimə üstlük verdiyini deyib. O deyib ki, insan həyatını ancaq güclü siyasətçi qoruya bilər. Sərkisyan sonra Azərbaycanı “İsgəndər” raketləri ilə hədələyib. Lazım olarsa gözünü belə qırpmadan “İsgəndər” raketlərinin Azərbaycana atılması üçün əmr verə biləcəyini sərsəmləyib.

Martın 27-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sərkisyanın “İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Serj Sarkisyanın bu bəyanatı öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır: “Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir.

Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir”.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan qarşıdakı bir həftədə həmişəkindən qat-qat diqqətli və hazır vəziyyətdə olmalıdır. Artıq Ermənistan prezidentinin psixoloji gərginliyinin pik həddə olduğu özünü göstərir. Onun son günlər davranışları, bəyanatları, hətta əsgərlər qarşısına pinti geyimdə çıxması da bunu deyir: “Belə bir adam hər an cəbhə xəttində genişmqiyaslı döyüşlər əmri verə bilər. Sərkisyanın “Gözümü qırpmadan Azərbaycana “İsgəndər” raketlərinin atılması əmrini verməyə hazıram” açıqlamasını verməsi də onu deməyə əsas verir ki, bu adam çox gərgin psixi durumdadır və keçən ilin aprelində düçar olduğu uğursuzluğun əvəzini çıxmaq və əhali arasında itirdiyi nüfuzunu bərpa etmək arzusundadır. Ona görə də Sərkisyan istənilən təxribata getməyə hazırdır və gedə də bilər. Sərkisyan keçən ilin aprelində xalqa söz vermişdi ki, itirdikləri yüksəklikləri nəyin bahasına olur-olsun geri alacaq. Bir il keçir, lakin Sərkisyan bu vədini yerinə yetirə bilməyib. İndi də parlament seçkisi gəlib çatıb və seçki məhz aprelin 2-dədir. Qarşıdakı günlərdə terrorçu Serj Sərkisyan orduya hücum əmri verə və ya gizli şəkildə təxribatlara başlamaq göstərişi verə bilər. Ona görə də Azərbaycanın Müdafiə Nazirliyi, ordumuz tam hazır vəziyyətdə olmalıdır. Hər an hücum, təxribatlar baş verə bilər. Qəfil hücumlara və təxribatlara həmişəkindən qat-qat hazır olmaq vacibdir”.

Təcrübəli hərbi ekspert qeyd etdi ki, əgər Ermənistan hücuma keçsə, Azərbaycan ordusu təkcə müdafiə olunmaqla kifayətlənməməlidir, Ermənistanı lərzəyə salan cavab tədbiri görməlidir, hücuma geniş miqyaslı əks-hücumla cavab verməlidir: “Azərbaycanın buna kifayət qədər hərbi imkanları var. Azərbaycanda ən müasir, hətta 3-cü, 4-cü nəsil silahlar var. Hətta Vladimir Putin bu yaxınlarda dedi ki, Azərbaycana T90-S tankları satılıb. Ermənistanda bu tankların nəinki eynisi yoxdur, hətta onlara yaxını belə, yoxdur. Ermənistanın işğalçı ordusunu çökdürmək mümkündür. Ermənistan bu dəfə də hücum etsə, aprel hadisələri təkrarlansa və Azərbaycan ordusu əks-hücumunu sona qədər davam etdirməsə şəxsən mən buna sərt şəkildə münasibətimi ortaya qoyanlardan biri olacağam. Çünki bizim ordunun erməni təxribatçılarını yuvalarına qədər qovmaq imkanı var və bu imkandan istifadə edilməlidir. Ötən bir il sübut etdi ki, Azərbaycanın səbrindən Ermənistan və havadarları sui-istifadə edir, Ermənistan münaqişənin sülh yollu ilə həllində maraqlı deyil”.



Etibar Seyidağa,
Musavat.com

RUSLAR İRƏVANDAN QARABAĞA BAXMAQ İSTƏMİR

BÖYÜK QARABAĞ OYUNU DEYƏSƏN, BİTİR 


                                                        Zahid Oruc

Hər zaman Rusiyanın Ermənistanda hərbi hərəkətlərini diqqətlə izləyən cəmiyyətimiz üçün ötən həftə İrəvanda keçirilən bir beynəlxalq forum gerçəkdən də heç bir maraq doğurmadı. Kimsə bunu qardaş Türkiyə ilə Qərb arasında güclənən siyasi qarşıdurmanın informasiya məkanımızda bəlli səbəblərdən daha çox dominantlıq etməsiylə əlaqələndirə bilərdi, lakin media və bloqosfer dünyamızın vətəndaşlıq duyğuları, siyasi birlik və həmrəylik ehtirasları Ağrı dağının ətəyinə toplanmış “Valday forumu” iştirakçılarının səsini bütövlükdə batıra bilməzdi,əgər qonşuda əleyhimizə atəş açılsaydı!

2004-cü ildən başlayaraq, Rusiyanın dünyaya ideya ixracının mühüm platformasına çevrilmiş Valday konfransı hər il prezident Vladimir Putinin siyasi arsenalında dayanan fikir və mülahizələri, mühüm strateji planları öyrənmək üçün yüzlərlə beynəlxalq miqyaslı alim, siyasətçi və informasiya quruluşlarının yığışdığı arenaya çevrilir. Doğrudur, Münhen Təhlükəsizlik Sammiti ilə müqayisədə Böyük Novqoroda-Valday gölü ətrafına can atan dövlət başçıları, nüfuzlu ideoloji klublar və beyin mərkəzləri təmsilçilərinin sayı minlərlə olmasa da, lakin Putinin hər addımını öyrənmək üçün müntəzir dayanan düşüncə kontorları - onun rəqibi sayılan çeşidli dövlət nümayəndələri Rusiyanın adı ilə bağlı olan heç bir tədbiri nəzərdən qaçırmaq istəmirlər.

Breyn-rinq və məhəlli maymaq

Lakin Ermənistanda keçirilən tədbirin gözlənildiyindən daha az effekt doğurması tamam başqa amillərlə bağlıdır. Prezident Serj Sərkisyanın strateji miqyasda təhlil apara bilmədiyini, belə brey-rinqin standartlarından kənar olduğunu nəzərə alan İrəvan hakimiyyəti son illər adı siyasi varis kimi hallandırılan müdafiə naziri Vigen Sərkisyanı baş məruzəçi qismində irəli sürmüşdülər. Əslində, düz də etmişdilər, çünki Poznerlə söhbətdə özünü “məhəlli maymaq” kimi aparan birisinin regional trendi formalaşdırmaq üçün qurulmuş tribunanı dar ağacına çevirəcəyini yaxşı bilirdilər. İnsafən, Sərkisyan erməni milli potensialının üzə çıxardığı ən zəif fiqurdur.

Hər halda hər gün Rusiya televiziyalarında sürətli və iti nitqləri ilə dünyanı dəyərləndirilən alim, politoloq və siyasi aparıcıların qarşısına qlobal düşüncədən kənar olanları itələmək Cənubi Qafqazın intellektual dövlət elitası ilə öyünən biriləri üçün ölümə bərabər akt olardı. Milli siyasi məkanı gündəlik boyat xəbərlərlə doldura bilmədiyinə görə yad ölkələrin sosial-iqtisadi həyatı, yaxud maraqları ilə yüklənməyə məcbur qaldığını ayıq ermənilər çoxdan açıq söyləyirlər.

Konseptual düşüncə və sistem analizləri ilə məşğul olan Hraçya Arzumanyan mənsub olduğu ölkənin siyasi vakuum şəraitində yaşamasını erməni dövlətçiliyinə vurulan ən böyük zərbə hesab eləyir. Həqiqətən də millətin başını yaşamaq uğrunda mübarizəyə qatanda, ictimai institutlar məhv ediləndə və köklü vətəndaş azadlıqları, mənəvi dəyərləri ayaqlar altında tapdananda təkcə xarici maliyyə yardımları deyil, həmçinin ideya və fikir idxalı da qaçılmaz olacaq.

Lakin İrəvandakı “Valday forumu”nun ortaya qoyduğu reallıq bizim üçün tamam başqa idi. 90-cı illərin Azərbaycanı Rusiya məkanında onun maraqlarını peşəkar qoruyan adamları tapmaq əvəzinə düşmənlərini hər gün artırmaqda davam edirdi. Doğrudur, təcrübə yox idi. Hamıya elə gəlirdi ki, maraqları qorumaq yalnız diplomatların işidir. Ona görə də dünyada nüfuz qazanmış istənilən peşə sahibini informasiya savaşında öz səngərinə çəkməkdənsə, hər gün təklənən Bakı yalnız sonrakı illərdə dünya şöhrətli Mstislav Rostropoviçi tipajlı şəxsləri axtarıb taparaq, onlardan lobbi maraqları üçün istifadəyə başladı.

Rusiya televiziyalarında isə Qurnovdan Sorokinayadək, Storovoytovadan Saxarovadək onlarla iriçaplı ictimai personalar hər gün Azərbaycanı mühakimə edir, erməni xalqının apardığı silahlı mübarizəni dünyaya azadlıq və ədalət uğrunda müqəddəs savaş kimi təqdim edirdilər. İndi vəziyyət xeyli dəyişib.

Ruslar İrəvandan Qarabağa baxmaq istəmir

Aleksandr Rarı dünyanın ekspert camiəsi yaxşı tanıyır. O, Almaniya-Rusiya arasında münasibətlərdə mühüm rol oynayan beynəlxalq araşdırmaçılardan biridir. Putindən bəhs edən dünya şöhrətli kitabların müəllifi bilirsizmi İrəvanda nə deyir? Diqqət edin-daim 90-cı illər Yeltsin dövrünün antiazərbaycan siyasətinin ağrısına köklənən və işğal faktından kənarlaşa bilməyən rusofoblar üçün görkəmli fikir adamı Rarın açıqlaması əsil məhkəmə hökmü sayıla bilər. O, deyir ki, Valday klubunun üzvləri öz aralarında razılaşdılar ki, Qarabağ münaqişəsinə toxunmasınlar. Eşitdinizmi? Bəli, ruslar İrəvandan Xankəndinə erməni gözü ilə baxmaq istəmir. Tarixi dəyişiklik, beyinlərin yenidən formatlandırıması adlandırıla biləcək bu hadisə gerçəkdən də inanılmazdır. Söhbət heç Kremlin direktivlərinin daha kəsilməsindən də getmir. Onsuz da Gümrünün sərhədlərini aşan 102-ci bazanın hərbi kontingenti Qafqazdan ayağını çəkməyəcək imperiyanın kimliyini yaxşı göstərir. Amma ruslar dünya siyasəti üçün yeni axtarışlara çıxanda Ağrı dağının ətəyində oturub türklər və azərbaycanlıları kölgəsini qılınclayan ermənilərlə eyni dildə danışmırlar. Bu, ağıla gətiriləsi iş deyil. Təsəvvür edirsizmi, ermənilər öz milli davalarını illər ərzində rus hərbçiləri ilə yanaşı, Moskva intellektuallarının çiyninə necə yükləyirdilər.

Azərbaycanın qələbəsi və rusların yeni obrazı

Deyəcəksiz ki, bilmək olmaz kim-kimdən istifadə edirdi. Olsun. Lakin son illər Moskva-Bakı arasında qurulan yüksək münasibətlər Rusiyanın siyasi-informativ resurslarının əleyhimizə işləməsini xeyli durdurub və bunun nəticəsində Ermənistanda bir əsrlik onları türklərə və azərbaycanlılara qarşı alətə çevrildiyini dərk edən asilər hərəkatı meydana çıxıb. Rarın dediyi odur ki, vaxtilə Bakının neft mədənlərini tankların tırtılları altına almaq istəyən rus hökuməti indi regionda qurulmuş balansı zədələmək istəmir. Çünki ağrılı mövzu adlandırdıqları Qarabağda növbəti toqquşma erməni tərəfinin-deməli, ənənəvi müttəfiqliyin ziddinə ola bilər və Azərbaycanın qələbəsi rusların regionda yeni obrazını formalaşdıra bilər. Rar belə ssenarini gördüyündən bunu İrəvanda açıq söyləməyi doğru saymır. Lakin başqa bir Rusiya ağırçəkilisi-Rossiya-1 televiziyası və “Sputnik” media şəbəkəsi, həmçinin, “Russia Today” telekanalının rəhbəri Dmitriy Kiselyov isə daha kəskin bir leksikonla erməniləri rüsvay edir. Onun çıxışını Rusiyanın Azərbaycana silah satmasına şimaldan verilən ən yaxşı cavab saymaq olar. Kiselyov bəyan edir ki, rəsmi Bakı hərbi texnikanı və sursatı bizdən möhkəm valyuta ilə alır. Nəticədə qazandığımız pulla Ermənistana heç də hər zaman əvəzi ödənilməyən sialh verməli oluruq. Lakin ən önəmlisi, Bakı və Moskva arasında qarşılıqlı təsir mühiti yaranır, əks halda Azərbaycan onsuz da dünya ilə açıq hərbi ticarət siyasətini yürütməkdə azaddır.

Eyni sözləri rus akademiki Vitali Naumkin də birbaşa tribunadan narazılıq edənlərin ön cərgəsində oturmuş Edvard Nalbəndyanın üzünə söyləyir.

“Valday” konfransını əldə fürsət kimi tutan erməni hakimiyyəti 21-ci əsrin ruslarını öz ideoloji davalarına qoşa bilmədiyindən son tədbiri Bakı Humanitar Forumuna alternativ kimi irəli sürməyə heç kəs cəsarət etmir. Əksinə, politoloq Fyodr Lukyanovun “müharibə başlasa, toqquşmaların Azərbycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərində getdiyi günə qədər Rusiya tərəfindən müdaxilə olmayacaq” bəyanatı hər halda rəsmi dövlət adamı olmasa da, tanınmış bir şəxsin hər gün erməni səhra komandirlərinin qurduqları böyük hərbi xəyallara zərbə sayıla bilər.

“Valday” intellektual meydanı döyüş poliqonu kimidir-orada rus çəkmələri altında qalan erməni beynini bizə açıq göstərdi. Düşməni təkcə səngərdə deyil, istənilən məkanda məğlub eləmək lazımdır. Rusiyanın təkcə dövlət resursu ilə deyil, bütün varlığı ilə qarşımıza çıxmağa çalışanların meydanını daraltmaq üçün geniş miqyasda işləmək lazımdır. Yoxsa, hər gün şahnazaryanları, miqranyanları, balayanları rus efirində görüb Putinə asi düşmək Qarabağdakı tankdan və topdan Moskvaya yaylım atəşi açmağa bərabər küfrdən başqa bir iş olmayacaq. Axı dünya hərb tarixi öyrədir ki, düşmənini başqa ölkədə qarşılayıb məğlub etmək daha itkisiz başa gəlir.

Azərbaycan “Valday” forumunu keçirsəydi, Rusiyanın intellektualları qarşısında İrəvana top atacaq dostlarımız kimlər olardı?




(Yazı "Axar.az" saytından götürülüb) 

24 Mart 2017 Cuma

PETROSYAN BİR DAHA TƏLƏB ETDİ : “QARABAĞI TƏCİLİ QAYTARAQ"

24 Mart 2017 / 15:45


Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyan parlament seçkilərində əsas şüar olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini irəli sürür.
Petrosyan Dağlıq Qarabağ münaqişəsinin təcili həllinin vacibliyini vurğulayır və qeyd edir ki, “nə qədər gec deyil Ermənistanın inkişafı üçün münaqişə həll edilməlidir”.

Ter-Petrosyan münaqişənin “Madrid prinsipləri” çərçivəsində həllinin tərəfdarıdır.

Ermənistan mediasının məlumatına görə, Petrosyan seçki kampaniyası çərçivəsində çıxışı zamanı bir daha bildirib ki, ölkənin gələcək inkişafı üçün münaqişə hazırki şərtlər (ərazilərin qaytarılması-red) daxilində həll edilməlidir: “Geciksək, nəticə bizim üçün daha pis olacaq”.

Xatırladaq ki, Petrosyan ötən ilin dekabrında keçirilən partiyasının qurultayında ərazilərin qaytarılması və münaqişənin təcili həll edilməsi ideyasını gündəmə gətirmişdi.

“Erməni Milli Konqresi”nin nümayəndəsi Levon Zurabyan da dünən jurnalistlərə açıqlamasında Qarabağda sülh və ölkədə korrupsiya ilə mübarizə proqramı hazırladıqlarını bildirib.

O qeyd edib ki, seçkidə qalib gələrək, yeni hökuməti formalaşdırmaq imkanına nail olsalar, “Madrid prinsipləri” çərçivəsində Qarabağda sülh sazişinin imzalanmasını həyata keçirdəcəklər.
Qeyd edək ki, Ter-Petrosyanın bu ideyası Ermənistanda hakim dairələr tərəfindən “vətən xainliyi” olaraq təqdim edilir.

Lakin Ermənistan cəmiyyətində ərazilərin Azərbaycana qaytarılması və münaqişənin sülh yolu ilə həll edilməsi ideyasını əksəriyyət dəstəkləyir. Xüsusilə övladlarının Qarabağda ölməsini istəməyən erməni vətəndaşlar Petrosyanın ətrafında birləşiblər.

“Lragir” saytı da yazır ki, övladlarının Qarabağda ölməsini istəməyən valideynlər Levon Ter-Petrosyanı dəstəkləyir.

Hazırda Ermənistanda seçkiöncəsi vəziyyət olduqca gərgindir. Serj Sarkisyan partiyasının seçkidə qələbə çalması üçün bütün vasitələrdən istifadə edir. “Ohanyan-Raffi-Oskanyan” (keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” Partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanın birgə yaratdığı blok) seçki blokunu dəstəkləyən Samvel Babayanın həbsinin də məhz əsas rəqiblərin sıradan çıxarılması gedişi olduğu hesab olunur.

Qondarma “DQR”-in keçmiş “müdafiə naziri” olmuş Babayanın aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra silahlı qiyam hazırladığına dair informasiyalar var.


Asif,
Publika.az

“ƏSGƏRLƏRİNİZİ ÇƏKİN, HÜCUM EDƏCƏYİK”

ANKARADAN MOSKVAYA 4 TƏLƏB
24 Mart 2017 / 17:45



Rusiyanın nəzarətində olan Suriyanın Afrin bölgəsindən açılan snayper atəşi nəticəsində Türkiyənin Hatay bölgəsinin Rehyanlı vilayətində əsgər Hüseyn Köroçun ölümündən sonra Ankara-Moskva arasında münasibətlər gərginləşib.

Türk əsgəri PKK-nın Suriya qolu olan PYD tərəfindən şəhid edilib.

Bu hadisəyə görə, Rusiyanın Türkiyədəki hərbi ataşesi Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə Rusiyanın qarşısında 4 məsələ qaldırıb:

1. Anlaşmaya görə, Afrin bölgəsi Rusiyanın nəzarətindədir. PYD-nin orada nə işi var? Snayperlə türk əsgərini necə şəhid edə bilirlər?

2. Rus əsgərlərini Afrindən çıxardın. Türkiyə təhdid olacağı təqdirdə, bölgəyə hücum edəcək. Rus əsgərləri hansı məqsədlə oraya yerləşdirilib?

3. Bölgədə Türkiyəyə qarşı hansısa hücum olsa, daha sərt şəkildə müdaxilə ediləcək. Bu məsələdə məsuliyyət Rusiyanın üzərindədir.

4. Baş verənlərlə bağlı Türkiyə məlumatlandırılmalıdır.


Asif,
Publika.az