Translate

18 Mayıs 2016 Çarşamba

"QARABAĞDA BİR DAHA MÜHARİBƏ OLMAYACAQ"

BUNU "STRATFOR" un BAŞ ANALİTİKİ SÖYLƏYİR...  


Kəşfiyyat-analitik mərkəzi "Stratfor". Heç şübhəsiz, onun hesablamalarına və proqnozlarına bütün dünyada diqqətlə yanaşır və onları nəzərə alırlar.
Həm qorxu, həm də ehtiramla "MKİ-nin kölgəsi" adlandırılan bu qlobal şirkət 1996-cı ildə əsası qoyulan gündən müştərilərə imkanlarını müəyyənləşdirməyə, strateji qərarlar qəbul etməyə, siyasi riskləri və təhlükəsizlik hədələrini nəzarətdə saxlamağa kömək edən geosiyasi kəşfiyyat və konsaltinq firması mövqeyində dayanır.

Həmin "Stratfor"un baş analitiki Yevgeni Çausovski "haqqin.az" saytına eksklüziv müsahibə verib.

O, bu ilin aprel ayında genişlənən Dağlıq Qarabağ münaqişəsinin əvvəldən gözlənilən bir hal olduğunu gizlətməyib.

Ümumiyyətlə, analitik müsahibəsində Ermənistan-Azərbaycan müharibəsi, Qarabağdakı mövcud vəziyyət, aprelin əvvəlindəki məlum hərbi əməliyyatlar və bütün bunlara ABŞ-la Rusiyanın münasibəti, eləcə də münaqişə tərəflərinin Vyanadakı son görüşü barədə maraqlı fikirlər söyləyib.

"Bu gün Qarabağda müharibənin yenidən başlayacağı ehtimalı nə qədər böyükdür və hərbi əməliyyatlar yenidən başlayarsa, ABŞ hansı mövqeni tutacaq" sualına isə o belə cavab verib:

- Baxmayaraq ki, burada təminatlar ola bilməz, amma indiki geosiyasi şəraitdə Qarabağda tammiqyaslı müharibə çətin ki, mümkün olsun. Daha genişmiqyaslı hərbi münaqişənin başlamasına mane olan çox vacib məhdudiyyətlər var. Bu xüsusilə Azərbaycanın təşəbbüsü ilə başladılacaq hücumlar zamanı Rusiyanın erməni silahlı qüvvələrinin tərəfində çıxış etməsi ilə bağlıdır. Hərçənd ki, Moskva bu münaqişənin nəzarətdə saxlanan şəkildə, qaynayan vəziyyətdə qalmasında maraqlı ola bilər. Bununla belə, o, Azərbaycan tərəfindən olan genişmiqyaslı hərbi əməliyyatları dəstəkləməyə meyilli deyil. Çünki bu, gözlənilməz nəticələrə gətirib çıxara bilər. Münaqişənin bu səviyyəyə qədər kəskinləşməsində yalnız ABŞ-ın deyil, həm də Türkiyə və Rusiya kimi digər xarici qüvvələrin siyasi münaqişə və bununla bağlı qlobal təhlükəsizliyin qorunmamasında bilavasitə iştirakı riski artır.

Onu da qeyd edək ki, müsahibənin rus dilində olan tam mətnini bu ling vasitəsi ilə oxuya bilərsiniz : http://haqqin.az/dictatorship/70647

& VƏTƏNSEVƏRLƏR


16 Mayıs 2016 Pazartesi

QARABAĞIN MİLLİ CİNS ATLARI VƏ ÇAPARLAR ÇOX MARAQLI ŞOU PROQRAM NÜMAYİŞ ETDİRDİLƏR

16. 05. 2016.
BRİTANİYANIN ŞAHZADƏSİ 2-Cİ YELİZAVETANIN 90 İLLİK YUBİLEYİNDƏ QARABAĞIN MİLLİ CİNS ATLARI VƏ ÇAPARLAR ÇOX MARAQLI ŞOU PROQRAM NÜMAYİŞ ETDİRDİLƏR. BU TƏDBİRDƏ QARABAĞ CİNSLİ 15 AT ŞAHZADƏNI VƏ BÜTÜN TAMAŞAÇILARI HEYRAN QOYDU. 


QEYD : XAN QIZI NATAVANDAN  YAXIN QONUMU MEHDİ BABAMA VƏ ONUN XANIMI ƏZİZ NƏNƏMƏ  MİRAS QALMIŞ VAR-DÖVLƏT, ELƏCƏ DƏ MİLLİ QARABAĞ AT İLXILARI BOLŞEVİK HÖKUMƏTİ TƏRƏFİNDƏN ƏLLƏRİNDƏN ALINMIŞDIR. RƏHMƏTLİK MEHDİ BABAMIN VƏ ƏZİZ NƏNƏMİN AT İLXILARININ TÖRƏMƏLƏRİ BAXIN GÖRÜN HANSI QABİLİYYƏTİN YİYƏSİDİRLƏR...

 AZƏRTAC & VƏTƏNSEVƏRLƏR

14 Mayıs 2016 Cumartesi

KEÇMİŞ BAŞ PROKUROR SÜKUTU POZDU - İLGİNC İTTİHAMLAR...

İxtiyar Şirin “Yeni Müsavat”a heyrətamiz faktlar açıqladı: “Sürət Hüseynov dedi ki, biz o torpaqları ermənilərə əl borcu vermişik”, “Azərbaycan 1994-cü ilin atəşkəsindən imtina etməlidir” 


Milli Konqres Partiyasının sədri, keçmiş baş prokuror İxtiyar Şirin aktiv siyasətə qayıdıb. Son illərdə mətbuatda, siyasi arenada görünməyən partiya sədri hazırda bir neçə siyasi qurumun təsis etdiyi Antiböhran Koalisiyasında təmsil olunur.

İ.Şirinlə ofisində siyasətdən uzaqlaşması və geri dönüşü barədə, eləcə də, baş prokuror işlədiyi 1992-93-cü illərdə Azərbaycanda baş verən, hazırda ölkədə cərəyan edən proseslər barədə söhbət etdik.

- Son illərdə siyasətdən uzaqlaşmışdınız. Geri dönüşə səbəb nə oldu?

- Siyasətdən getməmişdim. Bu illər ərzində də yoxa çıxmamışdım. Sadəcə, mətbuat bizdən uzaqlaşmışdı. Çox sevinirəm ki, uzun illərdən sonra qəzetiniz bizə üz tutub və müsahibə alır. Buna görə “Yeni Müsavat”a xüsusi təşəkkür edirəm.

- Hər siyasi proseslərdə aktiv iştirakınız yox idi. Bəlkə müxalifətdəki ümumi durğunluq siyasətdən getməyinizə dair fikirlərin formalaşmasına səbəb olub?

- Azərbaycan müxalifəti son illər ən ağır dövrünü yaşayır. Daxildə olan parçalanmalar, bir-birinə olan münasibətlər, aktual siyasi məsələlərdən kənarda qalmalar, ölkənin milli məsələlərini birlikdə müzakirə etmək üçün cəhdlərin olmaması müxalifəti kölgədə qoyub. Bunun yerini müxalifətdaxili münaqişələr tutub. Özünü gündəmdən çıxaran müxalifətdir. Amma son aylar təkcə Antiböhran Koalisiyasında deyil, digər qurumlarda da Azərbaycan mövzusu müzakirə olunmağa başlayıb. Müxalifətin əsas vəzifəsi də budur. Azərbaycan məsələsinin hələ ki geniş müzakirə olunduğu birlik bizik. Müsavat və AXCP kimi partiyalar tək fəaliyyətə üstünlük verirlər. Hazırda problemlərimiz o həddə çatıb ki, bunu təkcə müxalifət qurumları deyil, iqtidar partiyası və ətrafı da müxalifətlə birlikdə müzakirə etməlidir. Qarabağ kimi hərbi və diplomatik yolla həlli mümkün olan problemimiz var. Digər tərəfdən neftin qiymətinin aşağı düşməsi ilə iqtisadiyyatımızın nə yerdə olduğu üzə çıxdı. İqtidar və müxalifətin bir yerdə olmasının tam zamanıdır. Müxalifət şəxsi maraqlarını kənara qoyub, bu işlərlə birlikdə məşğul olmalıdır. Siyasəti mən belə düşünürəm. Mənə deyirsiniz ki, son illərdə yox idiniz. Bu illərdə Azərbaycanın problemləri ilə bağlı səslər eşidilmirdi. Buna təəssüflənirəm. Ancaq daxili qarşıdurmalar gündəmdə idi. Mətbuat da düşünürdü ki, əsas aktual məsələ bunlardır. Amma partiya olaraq, daim bu işlərlə məşğul olmuşuq.

- Cəbhədə baş verən məlum prosesləri necə dəyərləndirirsiniz?

“16 minlik təcrübəli ordunu türklər bizə verəcəkdilər”

-  1993-cü ildən bu yana Azərbaycan Qarabağ probleminin həlli istiqamətində böyük uğursuzluqlara düçar olmuşdu. Atəşkəslə bağlı imzalanan “Bişkək” protokolu ölkəmizi məğlub göstərmək üçün ciddi sənəd idi. Dağlıq Qarabağ da faktiki tərəf kimi tanınmışdı. 1994-cü ildə bağlanan atəşkəsdən sonra gedən danışıqların heç biri Azərbaycanın xeyrinə olmadı. ATƏT-in Minsk qrupunun meydana çıxması Türkiyənin bu prosesdə təsirini aradan qaldırdı. Rusiya, Fransa və ABŞ kimi dövlətlər həmsədrlərə çevrildilər. Bu dövlətlər isə ermənilərin dostudurlar. Biz Qarabağ məsələsini ermənilərin dostlarının əllərinə verdik. Bu dövlətlər 3 təklif irəli sürdülər. Biri problemin həlli ilə bağlı idi ki, Azərbaycan ona imza atdı. İkinci təklif paket həll planı idi. 



Azərbaycan yenə imza atdı, lakin Ermənistan qəbul etmədi. Yaxşı ki, belə addım atdılar. Üçüncü təklif ümumi dövlət həlli prinsipi idi. Yəni Azərbaycan və Dağlıq Qarabağ birlikdə dövlət yaradırdı, adı isə məlum deyildi. Azərbaycan bundan imtina etdi. Rəhmətlik Heydər Əliyev bu təklifləri parlamentin müzakirəsinə verdi. Nəticədə hər üç təklifdən imtina qərarı verildi. Həmin təkliflər bizim üçün çox aşağılayıcı idi. Azad ediləcək ərazilərə ermənilər istənilən vaxt girə bilərdilər. Uzun müddət sonra - 2007-ci ildən başlayaraq yeni təkliflər meydana çıxdı. Söhbət “Madrid prinsipləri”ndən gedir. 

Bu, ölkəmiz əleyhinə olan təkliflərdir. Bunu Azərbaycan qəbul edərsə, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu tanıyır. Əvvəlki üç təklifdən daha ağırdır. Qarabağın bizdən alınmasını Minsk qrupu bu təkliflərin içərisinə qoyub. Azərbaycan bu yolla gedərsə, Qarabağ bizim olmayacaq. Ona görə hazırda gedən sülh danışıqlarının ölkəmizin xeyrinə olduğunu düşünmürəm. Azərbaycan danışıqlara davam etmək istəyirsə, ilk növbədə 1994-cü ilin atəşkəsindən imtina etməlidir. Ötən ay yeni atəşkəs imzalandı. 

Apreldəki döyüşlərin ən böyük əhəmiyyəti budur. Ölkəmiz “Madrid prinsipləri”ndən də imtina etməlidir. Əgər etməsə, baxmayaraq ki, aprel döyüşlərində qələbə qazanıb, amma danışıqlarda bu şans yoxdur. Nəticədə Dağlıq Qarabağ itiriləcək. Hakimiyyətin üzərinə ağır vəzifələr düşür. Azərbaycan məsələnin hərbi yolla həllinə daha çox üstünlük verməlidir. Ermənistan üzərində daha ciddi uğur qazanılmasa, danışıqların müsbət nəticəsinə inanmıram. Başqa yolumuz da qalmayıb. Əvvəl-axır Azərbaycan müharibə yolunu seçəcək.

“Azərbaycan 1994-cü ilin atəşkəsindən imtina etməlidir”

- Torpaqlarımızın işğalı vaxtı Azərbaycan rəhbərliyində təmsil olunmusunuz. İndiki situasiya həmin dövrdə olsaydı, torpaqlarımız itirilərdi?

- Torpaqlarımız onda getməyəcəkdi. Hər hansı bir situasiyaya ehtiyac yox idi. Azərbaycan torpaqlarını müdafiə etmək üçün Kəlbəcərin işğalından sonra ciddi işlər görmüşdü. Mən Kəlbəcərin işğalından sonra prezidentlə danışıb Türkiyəyə getdim. Süleyman Dəmirəl və hərbiçilərlə görüşüb, xeyrimizə qərarlar qəbul etdirdik. Təcrübəli ordu yaratmaq üçün Türkiyədən 175 zabit gətirdik. Kifayət qədər lazımi silah aldıq. 

Məhz onların köməyi ilə BMT-də 822-ci qətnamə qəbul olundu. Türk ordusu Ermənistan sərhədlərində manevr edərək, ermənilərə işğal etdikləri Azərbaycan torpaqlarının geri qaytarılması üçün xəbərdarlıqlar etdi. Bundan sonra ermənilər Kəlbəcəri geri qaytarmaq üçün sənəd imzaladılar. Ancaq daxili düşmənlər xaricilərlə birləşib, bu prosesi davam etdirməyə mane oldular. Gəncədə 4 iyun qiyamı törədildi, ordumuz darmadağın edildi, ölkə qarışdı. Dövlət də sıradan çıxarıldı. Əks halda sentyabr ayında Kəlbəcər azad olunacaqdı. 

Həmin ilin oktyabrından etibarən hər üç aydan bir 16 minlik təcrübəli ordunu türklər bizə verəcəkdilər. Azərbaycanın heç bir rayonu işğal olunmayacaqdı. Ancaq satqın müxalifət, vəzifə hərisləri, rusların buradakı əlaltıları Azərbaycanı yıxdılar və bir neçə ay ərzində torpaqları təhvil verdilər. Sürət Hüseynov dedi ki, biz o torpaqları ermənilərə əl borcu vermişik. Bu nə deməkdir? Vətənə xəyanət deyil? 

O cümlədən, onunla birlikdə olan hər kəs vətənə xəyanət ediblər. 4 iyun qiyamı olmasaydı, Azərbaycanın heç bir rayonu işğal olunmayacaqdı, Kəlbəcər də qaytarılacaqdı. Həmin proseslər başa çatsaydı, Azərbaycan güclü dövlətə çevriləcək, torpaqlarımız da azad olunacaqdı. İndi hamı birləşib, torpaqlarımızı azad etməliyik. Müxalifətdəki partiyalar buna kökləniblər. Parlamentdə olanları demirəm, onlar müxtəlif hava çalırlar.

- Elçibəyin həbsi ilə bağlı hazırlanan sanksiya sənədi ilə bağlı daim gündəmdəsiniz. Məhkəmə buna son qoysa da, tez-tez gündəmə bununla gəlirsiz...

- Əli Ömərov məhkəmədə böhtançı kimi tanınaraq, cərimələndi. Elçibəyə heç bir sanksiya verməmişəm. Məni istəməyənlər və bilməyənlər bunu qabardırlar. Həmin sənədi Nemət Pənahlı, Ömərov və digərləri hazırlayıblar. Pənahlı özü dedi ki, biz girov götürüləndə həmin saxta sənədi hazırlayıblar.

“İqtidar və müxalifətin bir yerdə olmasının tam zamanıdır”  


- Surət Hüseynov azadlığa çıxdıqdan sonra onunla rastlaşmısız?

- Xeyr. Hesab edirəm ki, o cür şəxslə görüşmək lazımsızdır.

- Nə zamansa üz-üzə gəlsəniz, ona deyəcək sözləriniz varmı? 

- O, əlborcu verdiyi torpaqlar üçün Azərbaycan xalqının qarşısında nə vaxt cavab verəcək? Məni yalnız bu maraqlandırır. Xalqıma hesabat verib ki, verdiyi torpaqları necə qaytaracaq? Minlərlə vətəndaşımız o döyüşlərdə şəhid oldular. O, buna cavabdeh deyil?! 

- Torpaqların işğalında əsas onu günahkar görürsünüz?

- Surət Hüseynov və onunla birlikdə olan hər kəs günahkardır. Kimlər ki, onu və Gəncə qiyamını müdafiə ediblər, hamısı məsuliyyət daşıyırlar.


- Laçının işğalı günü yaxınlaşır. 1992-ci ilin bu günlərini necə xatırlayırsınız?

-  Bu məsələlərin mahiyyətinə varmaq lazımdır. O dövrdəki hadisələrin yalnız bir səbəbi var. Vəzirov, Mütəllibov və Yaqub Məmmədov hakimiyyətləri bu hadisələrin mahiyyətinə ya varmadılar, ya da baş verənləri gizlətdilər. Həmin işğala qarşı mübarizə aparmadılar. Ancaq öz hakimiyyətlərini qorumaqla məşğul oldular. Hadisələrin əksəriyyəti erməni işğalına göz yuman hakimiyyətin dövründə baş verdi. Mütəllibovu nəzərdə tuturam. Çünki iki dəfə o, hakimiyyətdən uzaqlaşdırıldı. Bu çevrilişə hər cür ad qoymaq olar. Hər şey ölkəni xilas etmək üçün edilirdi. 


Bu da xalq tərəfindən doğru qəbul edildi. Mütəllibov hazırda Bakıda oturub, Xocalı və digər hadisələrlə bağlı fikirlər bildirir. Ona məsləhət görərdim ki, ümumiyyətlə, bu məsələlərlə bağlı səsini çıxarmasa daha yaxşı olar. Çünki onun mövqeyi əvvəlki kimi yanlışdır. O dövrdə heç bir dövlət çevrilişi olmadı. Sadəcə, Azərbaycanı məğlubiyyətə aparan qüvvələrin uzaqlaşdırılması və daha ümidverici qüvvələrin hakimiyyətə gəlməsi prosesi baş verdi. Amma 4 iyun qiyamı birbaşa dövlət çevrilişi idi. Bunun başqa adı yoxdur.

- Yaqub Məmmədovun gedişini də dövlət çevrilişi kimi qəbul etmək olar?

- Orada məqsəd Məmmədovu devirmək deyildi. Sadəcə Mütəllibovu hakimiyyətə gətirmək üçün gedən proseslər idi. 15 may hadisələri komissiyasının sədri mən olmuşam. Araşdıranda məlum oldu ki, Ali Sovetin Mütəllibovu hakimiyyətə qaytarmaq səlahiyyəti yox idi. Bu, ancaq seçkilərlə ola bilərdi. Qanunsuz qərar verilmişdi. Özü də kvorum olmadan. Ona görə dövlət çevrilişi idi. Sadəcə, Ayaz bəyin tərəfdarları müxtəlif don geyindirirlər.

- Yaqub Məmmədov hakimiyyətdə qalsa necə olardı?

- Qarşıdan prezident seçkiləri gəlirdi. 17 mayda Ali Sovetin iclasında iştirak etmişəm. Məmmədov özü Ali Sovetin sədri qalmaq istəmirdi, istefa verdi. Ondan sonra sədrin kim olması gündəmə gələndə cəbhə iddiaçını irəli sürdü, hamı da onu müdafiə etdi. Fikir ayrılığı olmadı. Təkcə Heydər Əliyevlə bağlı məsələ oldu. Ona zəng etdilər, amma cavab gəlmədi. Onun namizədliyini irəli sürənlər var idi. Səsvermə üçün razılıq lazım idi.

- Həmin dövrdə əsas fiqurlardan biri də Rəhim Qazıyev idi...

“Rəhim Qazıyevin müdafiə naziri kimi cəbhə hakimiyyətində işinə davam etməsi yanlış qərar idi” 

- Şuşanın verilməsi ilə bağlı cinayət işinə rəhbərlik etmişəm. Qazıyevin Şuşanın verilməsində olan rolu mənə aydındır. Onun müdafiə naziri kimi Cəbhə hakimiyyətində işinə davam etməsi yanlış qərar idi. Azərbaycan lazım olan vacib zamanını itirmişdi müdafiə gücünü artırmaq üçün. Onun uzaqlaşdırılmasından sonra nazirliyin işi ilə tanış olanda dəhşətə gəldik. 

Heç bir şey yox idi. Ordu tamam dağılmışdı. Kəlbəcərin işğalı göstərdi ki, o zamankı ordu rəhbərliyimizin ordu qurmaq təcrübələri yox idi. Rusiya ilə həmin dövrdə dost olsaq belə, torpaqlarımız yenə də işğal olunacaqdı. Gəncə hadisələrinin nəticəsidir ki, bu gün Azərbaycan hakimiyyəti bu qədər çətinliklərlə üz-üzədir.

- Sizcə, bundan sonrakı proseslərdə müharibə qaçılmaz olacaq?

- Qərb Ermənistanı sülhə məcbur etməyəcək. Onların məqsədi Dağlıq Qarabaği müstəqil dövlətə çevirmək, ərazilərimizin bir hissəsini koridor adı ilə Ermənistana verməkdir. Hərb yolu Azərbaycanın hüququdur. Beynəlxalq hüququn tanıdığı haqdır.  BMT-nin nizamnaməsində bu var. Torpaqları azad etmək borcumuzdur.

- Zakir Həsənova qədər olan müdafiə nazirlərimiz daim tənqid olunublar. Siz necə, indiki nazirin fəaliyyətindən razısınız?

“Zakir Həsənovun fəaliyyəti məndə xoş təəssürat yaradıb” 

 - Müdafiə sahəmiz milli məsələdir. Ona görə bu sistemdə çalışanlar millətin nümayəndələridir. Hansı hakimiyyət olursa-olsun. Onları müdafiə etməliyik. Zakir Həsənov əvvəlki nazirdən fərqli fəaliyyət göstərir. Bu göz qabağındadır. Müdafiə naziri xalqın adamı səviyyəsində olmalıdır. Həsənovun fəaliyyəti hamıda, şəxsən məndə də xoş təəssürat yaradıb. 

Mən də onu müdafiə edirəm. Bu həm də milli borcumdur. Xalqımız silaha sarılıb, müharibəyə getmək istəyirdi. Bu, orduya olan inamdır. Ermənistan qalib gələ biləcəyimiz düşməndir. Çətin olan onların havadarlarıdır. Aprel döyüşlərində ordumuz qələbə qazandı. Ermənilər müxtəlif don geyindirsələr də, faktiki qələbə var. Amma elə qələbə lazımdır ki, erməni havadarları olan ölkələr başqa tələb irəli sürə bilməsinlər. Bu qələbə erməniləri yola gətirmək üçün kifayət deyil.


MUSAVAT.COM
Cavanşir ABBASLI  &  VƏTƏNSEVƏRLƏR




İŞĞALÇINI QICIQLANDIRAN ŞOK GƏLİŞMƏ


Putin ermənilərin 1 nömrəli düşmənini Bakıya göndərir 


Azərbaycan yenidən regional proseslərin episentrində; Ermənilərin faktiki “persona non-qrata” elan elədiyi Roqozinin prezidentlərin Vyana görüşündən dərhal sonra Azərbaycana gəlişinin pərdəarxası; ziyarətin silahlarla bağlı olduğu da deyilir; sabah isə Qəbələdə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü başlayır... 
Güney Qafqaz ətrafında, o sırada Dağlıq Qarabağla bağlı gedən proseslərdə son günlər maraqlı dinamika, xeyli vaxtdır görünməyən siyasi-diplomatik və hərbi aktivlik müşahidə olunmaqdadır. Baş verənlərin ötəri təhlili göstərir ki, münaqişələrlə zəngin, Rusiyanın “həyati maraqlar zonası” elan elədiyi Cənubi Qafqaz uğrunda onun ABŞ-la, Qərblə rəqabəti daha kəskin fazaya adlayıb. İntensivləşən proseslərin episentrində isə həmişəki kimi, Azərbaycan və Qarabağ münaqişəsi durur.

Buna hazırda özünü göstərən üç mühüm gəlişmədən görmək olar. Ötən sayımızda vurğuladığımız kimi, bölgə uğrunda qlobal güclərin kəskinləşən savaşı ilk növbədə hərbi güc müstəvisində özünü göstərir. Belə ki, dünəndən etibarən NATO-nun Gürcüstanda ilk və genişmiqyaslı hərbi təlimləri başlayıb. Bu təlimlərə cavab olaraq isə Rusiya forpost Ermənistanda eyni vaxtda təlimlərə start verib.

NATO təlimləri ayın axırlınadək çəkəcək və Alyansın Gürcüstanda hərbi qüvvələr saxlaması ilə başa çatacaq. Həmin vaxt Rusiya prezidenti Vladimir Putinin Bakı və İrəvana səfər edəcəyi xəbəri yayılıb, rəsmən təsdiqlənməsə də...



Bu arada - mayın 16-da isə Vyanada, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin xarici siyasət idarələrinin başçılarının iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi xəbəri yayılıb. 4 günlük aprel müharibəsindən sonra ilk olacaq belə yüksək səviyyəli təmasda hansısa sülh sənədinin imzalanacağı real olmasa da, belə bir görüş bölgəyə Qərbin artan diqqətini göstərir. Bu da Moskvanı bir elə məmnun edən məqam deyil. Çünki Rusiya Qarabağ məsələsində dominant rolunu itirmək fikrində deyil.   

Ən maraqlısı odur ki, Vyana görüşündən cəmi bir gün sonra, mayın 17-də Rusiya baş nazirinin müavini, ölkənin hərbi-sənaye kompleksini kurasiya edən, Putinin yaxın adamlarından sayılan Dmitri Roqozin Bakıya səfər edəcək. Bu haqda “İnterfaks-Azərbaycan” məlumatlı mənbəyə istinadən xəbər yayıb.

“Rusiya baş nazirinin müavini Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir PutininBakıya gözlənilən səfərinə dair hazırlıq işləri müzakirə olunacaq” - mənbə qeyd edib. Məlumatlara görə, gözlənilir ki, D.Roqozin Bakıda Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti də müzakirə edəcək. 

*    *    *

Xatırladaq ki, D.Roqozin eyni zamanda Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədridir, V.Putinin səlahiyyətli şəxslərindən və sözçülərindən hesab olunur. Sonuncu dəfə o, mart ayında Bakıya qəfil səfər eləmiş, Rusiyanın Azərbaycana silah satışına dair müqavilələrin yerinə yetirilməsində yaranmış problemlə bağlı danışıqlar aparmışdı. 

Ondan az sonra, Putinin də diqqətində olan problem aradan qaldırılmışdı. Mötəbər mənbələr bildirir ki, Azərbaycan Rusiyadan növbəti iri partiya silah və hərbi texnika sifariş verməyə hazırlaşır və çox güman ki, Roqozinin növbəti səfərində bu məsələ detallı müzakirə olunacaq. 

Onu da yada salaq ki, aprelin əvvəllərində Qarabağda gedən hərbi əməliyyatlar zamanı Ermənistanın Rusiyanın Azərbaycana silah satmasına etirazlarına cavab olaraq Roqozin erməni tərəfinə sərt reaksiya vermiş, hətta erməniləri aşağılamışdı. Roqozin demişdi ki, belə bəyanatlar demaqogiyadır və Bakıya silah satışı davam edəcək. “Əgər Rusiya Azərbaycana silah satmasa, onun yerini dərhal NATO ölkələri tutacaq” - o, vurğulamışdı.

Roqozinin xüsusən də 4 günlük müharibədən sonra bu kimi açıqlamalar verməsi Ermənistanda güclü qıcıq doğurmuş, hətta işğalçı ölkədə o, faktiki, “persona non qrata” elan edilmişdi. Halbuki, Roqozin həmin bəyanatları Putinin adından verirdi. Ayrı sözlə desək, ermənilər bununla əslində Rusiya prezidentinə təpki göstərmişdilər.

*    *    *
Putin indi ermənilərin 1 nömrəli düşmənini təzədən Bakıya yollayır - eyni məsələ ilə bağlı, silah ticarətini genişləndirmək üçün. Həm də elə bir dönəmdə ki, Moskva İrəvana ötən il silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kreditin verilməsini uzatmaqdadır. Şübhə yox ki, bütün bunlar Ermənistanı bir az da qəzəbləndirmiş olacaq. 


Söz düşmüşkən, srağagün Rusiya XİN rəsmisi Mariya Zaxarova Moskvada keçirdiyi ənənəvi brifinqdə Bakıya silah satmaqla bağlı sual verən erməni jurnalisti məyus edib. Zaxarova deyib ki, “Rusiyanın Azərbaycana silah satmasında hər hansı nüanslar axtarmaq lazım deyil. Rusiya digər ölkələrlə hərbi-texniki əməkdaşlığını aydın beynəlxalq hüquqi əsaslarda aparır”. Yəni erməni tərəfinin narazılığı və narahatlığı Moskvada ciddiyə alınmayacaq. Niyə? 
Belə güman eləmək olar ki, Güney Qafqazın açar ölkəsi kimi, Azərbaycan Rusiya üçün hazırda təkcə etibarlı silah alıcısı kimi yox, həmçinin, başqa aspektlərdən qat-qat böyük önəm daşıyır. Söhbət yuxarıda vurğulandığı kimi,  Qərbin, NATO-nun xeyrinə rəsmi Bakının strateji seçim edə biləcəyindən dolayı əndişədən gedir. Yəni bölgədə mübarizə əslində Azərbaycan uğrundadır. Moskva hər vəchlə çalışır ki, Azərbaycan onun siyasi-hərbi orbitindən uzaqlaşmasın və imkan düşərsə, Avrasiya layihələrinə qoşulsun...  
*** 
Maraqlıdır ki, Roqozinin səfərindən iki gün öncə Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçlü görüşü planlaşdırılır. Belə ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Azərbaycanda rəsmi səfərə gələcəklər. 

Mayın 15-dək çəkəcək müzakirələr hərbi və hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığın bundan sonrakı perspektivlərinə həsr olunacaq. Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

*    *    *
Göründüyü kimi, proseslərin episentrində həqiqətən də Azərbaycandır. Bunun ölkəmizə, o cümlədən Qarabağ məsələsində hansı dividentlər gətirəcəyini yəqin ki, üzümüzə gələn həftə(lər)də biləcəyik.

Sonda əlavə edək ki, bir sıra analitiklər Suriyadan əsas hərbi qüvvələrini çəkdikdən sonra Rusiyanın diqqətini Ukrayna və Güney Qafqaza yönəldəcəyini təxmin etmişdilər. Hesab edilir ki, yaxın və orta perspektivdə Rusiyanın Qərblə (ABŞ, NATO ilə) maraqlarının ən çox toqquşa biləcəyi bölgələr məhz bunlardır. 

İyulda NATO-nun növbəti sammiti keçiriləcək. Sammit ərəfəsində Qərb-Rusiya rəqabəti xüsusilə Güney Qafqaz, daha dəqiqi, Alyansa üzvlüyün 1-2 addımlığında olan Gürcüstandakı proseslər fonunda qabarıq görünür. Bölgə və ətrafında Qarabağ məsələsini də öz ağuşuna alan, hətta regionun təzədən şəkillənməsinə gətirə biləcək maraqlı proseslər başlayıb.


MUSAVAT.COM & VƏTƏNSEVƏRLƏR

13 Mayıs 2016 Cuma

BİZ QAFQAZA YARAŞIRIQ, QAFQAZ BİZƏ !

DÜŞMƏNLƏRİMİZ QAFQAZDAKI ƏMİNAMANLIĞI, ADƏT-ƏNƏNƏLƏRİ VƏ HƏRTƏRƏFLİ GÖZƏLLİYİ GÖZLƏRİ GÖTÜRMƏDİYİNƏ GÖRƏ ERMƏNİLƏRİ, BU TULLANTI, YARAMAZ TAYFANI QRDAN-BURDAN YIĞIB DOLDURDULAR QAFQAZA. QAFQAZ DA QOCA QAFQAZDI HA... DÜNYANIN HƏR ÜZÜNÜ GÖRÜB.


& VƏTƏNSEVƏRLƏR