Translate

14 Nisan 2016 Perşembe

"BİZƏ BİRLİK GƏRƏK. MƏN NƏ SÜNNİYƏM , NƏ DƏ ŞİƏ..."

ƏRDOĞANDAN ŞOK SÖZLƏR...




Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan 
İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısında 
çıxışı zamanı ilginc fikirlər səsləndirib :

“İslam aləmində baş verən böhranlara başqa güclərin 
müdaxiləsini gözləmək əvəzinə, bu problemləri özümüz 
həll etməliyik. Onlar müdaxilə edəndə neft üçün 
müdaxilə edirlər”

“Qərb ölkələri tərəfindən terror hadisələrinə ikili yanaşma 
var. Avropada Brüsseldəki terrordan danışır, ancaq 
Ankara, İstanbul, Lahordakı terrorlardan söz açmırlar. 
Bu, ikili yanaşmadır. Buradan beynəlxalq ictimaiyyəti 
errorçu qruplaşamalara yanaşmanı dəyişməyə, 
onlara maddi və silah yardımını dayanadırmağa 
çağrıram"

"Öz dövlətlərində haqsızlığa uğrayan müsəlmanlar 
Qərb dövlətlərinə getməyə başlayır. Oralarda isə 
islamofobiya ilə üzləşirlər. Bu ikili yanaşma bizi üzür. 
Terror təşkilatlarının hamısına qarşı eyni formada 
mübarizə aparmaq lazımdır. Buradan bir daha 
dünya ictimaiyyətini terror təşkilatlarına 
münasibətlərini gözdən keçirməyə 
çağırıram”

"İndi dünyada İslam dininə qarşı təbliğat aparılır.
İslam sülh və barış dinidir. Odur ki, biz müsəlmanlar 
öz aramızda ixtilafları deyil, bağlılıqları gücləndirməliyik. 
Çünki yaşanan toqquşmalardan zərər görən sadəcə, müsəlmanlardır, İslam ölkələridir"

"Mən nə sünniyəm, nə də şiə. İslam dünyası üçün ən 
böyük fitnə məzhəbçilikdir. Allah ədaləti, doğruluğu, 
barışı buyurur, kirli və çirkiin işləri qadağan edir. Bizlər 
müsəlman və islam ölkələri olaraq, sıxıntıya məruz 
qalanlara yardım etməli, bölücü deyil, birləşdirici 
olmalıyıq. Düşmənçiliklərdən uzaq olmalıyıq, 
çünki bütün münaqişələrdən ən çox zərər 
görən məhz İslam ölkələridir”.

"Hazırda İŞİD, "Boko Haram", "əş Şahab" kimi terror qruplaşmalarının İraq, Suriya, Liviya, Afrika və dünyanın 
digər ərazilərində törətdiyi terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkir"

Hazırladı : Bəybala Mirzəyev

ÖZÜLÜ VƏ DİLİ BİR OLAN TÜRKLƏR...

250 MİLYONDAN ÇOX TÜRKÜN YAŞADIĞI DÜNYAMIZDA AVROPA BİRLİYİNƏ BƏNZƏR TÜRK BİRLİYİNİN QURULMASI BİR ŞƏRT OLARAQ QARŞIMIZDADIR...




& VƏTƏNSEVƏRLƏR

12 Nisan 2016 Salı

8 Nisan 2016 Cuma

XÜSUSİ TƏYİNATLILARIMIZDAN MİSİLSİZ ƏMƏLİYYAT


Xankəndi və erməni komandanlığı yenidən vahimədə...

Son iki gün ərzində erməni mətbuatı üzərində hər hansı fərqlənmə nişanı olmayan 6 döyüşçü cəsədinin fotosunu aktiv şəkildə sosial şəbəkələrdə paylaşaraq, bunun Azərbaycan xüsusi təyinatlılarına aid olduqlarını xüsusilə qabartmağa başlamışdılar. Ancaq bu gün məkrli düşmənin bu ideoloji təxribatının gerçək səbəblərinin üstü açılıb və elə özləri tərəfindəncə etiraf edilib.

Strateq.az-a hərbi mənbələrə yaxın dairələrdən məlum olub ki, əslində ermənilərin Azərbaycan xüsusi təyinatlılarının itki verdiyi haqda bu dezinformasiyası son günlər bütövlükdə Dağlıq Qarabağdakı erməni hərbçilərinin canına vəlvələ salmış bir məlumatın qarşısını almağa hesablanıb.

Məlumata görə, aprelin 1-dən 2-ə keçən gecə erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-əməliyyat tədbirləri qısa zaman ərzində ermənilərin müdafiə xəttinin bir neçə istiqamətdən yarılması və strateji yüksəklilkərin ələ keçirilməsiylə nəticələnməklə bərabər, həm də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin müəyyən bölmələrinin sürətlə və çox rahat şəkildə Qarabağın digər vacib ərazilərinə sızmasına əlverişli şərait yaradıb.

Qısa müddət ərzində düşmən arxasına sızmağı bacaran xüsusi təyinatlılarımızın cəbhə xəttinin o biri üzündə həyata keçirdikləri bir neçə uğurlu əməliyyat isə düşmən cinahında əməlli-başlı çaşqınlıq, panika və vahimə yaradıb.

Bildirildiyinə görə, Azərbaycan radiokəşfiyyatının tutduğu erməni zabit və əsgərlərinin telefon danışıqlarından da aydın olub ki, onlar dəhşət içərisində Azərbaycan Xüsusi Təyinatlılarının bir neçə yerdən hansısa 6 – 12 nəfərlik qruplar şəklində Qarabağın içlərinə keçdikləri haqda həyəcanla bir-birlərinə xəbər veriblər. Ardınca da ermənilərin iki gün ərzində içərisində yüksəkrütbəli zabitlər də daxil 30-dan çox hərbçisinin yoxa çıxması – nə ölülərindən, nə də dirilərindən xəbərlərinin olmaması, üstəlik, bir neçə silah anbarının partlaması, əsas əlaqə yollarında avtomobillərin minaya düşməsi bütün erməni komandanlığını və əhalini təşvişə salıb…

Maraqlıdır ki, erməni tərəfi bu hadisələrdən sonra ordularında yaranmış ajiotajı yatırmaq məqsədiylə fəal şəklidə 6 xüsusi təyinatlımızın öldürüldüyü təbliğatını aparsa da, bu gün eyni vaxtda Qarabağın işğal altında olan bir neçə rayonunda, həmçinin ATƏT təmsilçilərinin qondarma "DQR prezidenti" Bako Saakyanla görüş vaxtı Xankəndinin özündə partlayışların baş verməsi (xəbəri ilk olaraq oradakı jurnalistlərə istinadən rus mediası yayıb) erməni hərbçilərini yenidən panik əhvala kökləyib. Artıq sosial şəbəkələrdəki ermənilər bir-birləriylə yazışmalarında bu partlayışların səbəbini izah edərkən, bəziləri həyəcanla bunda “Qarabağa keçmiş həmin Azərbaycanlı xüsusi təyinatlılar”ın əlinin olduğunu vurğulamağa başlayıblar və dərhal da yazdıqlarını siliblər… Və bu həyacanlı mətnlərdə onu da bildiriblər ki, artıq 5 gündür içəriyə keçmiş Azərbaycan Xüsusi Təyinatlıları tərəflər arasında atəşkəs əldə edilməsindən xəbərsiz olduqlarından, onların diversiya planlarının qarşısını almaq mümkün olmayacaq!

Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçilərinin Azərbaycan Xüsusi Təyinatlıları haqda bu fikirləri, istər-istəməz, ötən il qardaş Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində 16 hərbçinin ölümü ilə nəticələnən PKK hücumundan sonra Türkiyənin “Bordo-bereli”lərinin davranışlarını xatırladır. Həmin vaxt 12 nəfərdən ibarət “Bordo-bereli” geri çağrılmamaq üçün komandanlıqla bütün əlaqəni kəsmiş və komandanlıq da onların ya öldürüldüyü, ya da əsir düşdüyü qənaətinə gəlmişdi. Ancaq “yoxa çıxan” 12 nəfərlik “bordo bereli” bir müddət sonra PKK ilə döyüşdə 73 terrorçunu məhv edib, 25-ni isə sağ ələ keçirərək, sağ salamat tam heyətlə geri dönmüşdülər…

İnşallah, çox yaxınlarda Azərbaycan Xüsusi Təyinatlılarının da Qarabağda, eynən Türkiyə “bordo bereli”lərinin davranışları kimi, dillərdə dastana çevriləcək əməliyyatlarını eşidəcəyik.

& VƏTƏNSEVƏRLƏR