Translate

4 Mart 2014 Salı

UKRAYNADA DÖYÜŞ OLARSA, TÜRKİYƏ NƏ EDƏCƏK ?


Rusiyanın hərbi qüvvə salaraq idarəetməni tamamilə ələ keçirdiyi Krımda gedən son proseslər Ankaranı da hərəkət etməyə təşviq edib.

ANS PRESS-in xəbərinə görə, Rusiyanın əsgərlərini Krımdan çıxarması üçün Ukraynaya 12 saat müddət verildiyi deyilən əsnada Çankaya köşkündə "Ukrayna-Krım Zirvəsi" keçirilib.

Türkiyə prezidenti Abdullah Gülün dəvəti ilə xarici işlər naziri Əhməd Davudoğlu və xarici işlər müşaviri Feridun Sinirlioğlunun iştirakıyla reallaşan toplantı təxminən 1 saat 45 dəqiqə davam edib. 

Görüşdə Davudoğlu həftə sonunda Kiyevdəki yeni rəhbərliklə, Krım tatarları və Yanukoviç tərəfdarları ilə reallaşdırdığı telefon danışıqları haqqında ətraflı məlumat verib.

Davudoğlu Türkiyənin rəsmi mövqeyinin Ukraynanın ərazi bütövlüyünün qorunmasının tərəfində olduğunu vurğulayıb. Görüşdə, həmçinin Krımda döyüş baş verəcəyi halda bunun Türkiyəyə və Qaradəniz sahili ölkərinə nə dərəcədə təsir edəcəyi müzakirə olunub. 

Avropanın Berlin Divarının yıxılmasından bəri ən ciddi böhranla qarşı-qarşıya olduğunun qiymətləndirildiyi görüşdə Ukraynanın bölünəcəyi halda bunun bölgədəki geniş bir coğrafiyaya mənfi təsir edəcəyi qeyd edilib.

Sonda Davudoğlu Rusiya tərəfi ilə də görüşmək üçün rus həmkarı Sergey Lavrovla görüşmək fikrini prezident Gülə çatdırıb.

Mənbə :
ANS PRESS 

AZƏRBAYCANLILAR KRIMA DÖYÜŞƏ GETMƏK İSTƏYİR, AMMA...


Səfər Hümbətov: “Elə bir şərait və imkan olarsa, tatarlarla bərabər döyüşməyə hazıram”.

Elman Fəttah: “Çox istərdim Ukrayna ilə Azərbaycan arasında müdafiə haqqında bir sənəd imzalanaydı”.

Hacı Qamət: “Krımda cihada ehtiyac yoxdur”.

Rusiya tarixən türk torpağı olan Krımı işğal edir. Azərbaycanın da taleyinin həll olunduğu   Ukraynaya indi kömək vaxtıdır. Vəhhabilər Suriyada, Əfqanıstanda din uğrunda vuruşur, bəs “demokratiya vəhhabiləri” necə, Krımda vuruşarlarmı?

Müsavat Partiyasının Məclis üzvü, keçmiş Qarabağ döyüşçüsü Elman Fəttah bildirdi ki, Ukraynanın ərazi bütövlüyü və demokratiya naminə Krımda işğalçıya qarşı döyüşlərə qatılmağa hazırdır, amma... “Mən çox istərdim Ukrayna ilə Azərbaycan dövləti arasında qarşılıqlı yardım, müdafiə haqqında bir sənəd imzalanaydı. 

Məhz həmin sənəd həm Azərbaycanın hərbçilərinin, həm də mənim kimi könüllülərin Krıma gedib Ukraynanın ərazi bütövlüyünün qorunmasında iştirakına icazə verəydi. Kaş mənim əlimdə imkan olaydı, o zaman məmnuniyyətlə gedib döyüşərdim. Bu, mənim üçün böyük şərəf olardı”.

MDP-nin funksioneri, keçmiş Qarabağ döyüşçüsü Səfər Hümbətov da razıdır ki, Krımda həm də Azərbaycanın dövlət və milli təhlükəsizliyi həll olunur: “Biz həm buna görə, həm də ən azı bəşəri cinayətin-işğalın qarşısının alınması üçün imkanımız çatanı etməliyik. Elə bir şərait və imkan olarsa, mən keçmiş döyüşçü kimi gedib tatarlarla bərabər döyüşməyə hazıram. Nəzərə almaq lazımdır ki, Krımda həm də Qarabağın gələcək taleyi həll olunur. Krımın taleyinin necə sonuclanması gələcəkdə Qarabağın taleyinə təsir göstərəcək. Mən həm də buna görə düşünmədən Krımın müdafiəsinə gedərəm. Məncə, Azərbaycandan oraya kifayət qədər heyət gedə bilər”.

Dini ekspert Kənan Rövşənoğlu isə bildirdi ki, Krım müsəlman torpağıdır. Bu mənada Krımın işğaldan qorunması, oradakı müsəlmanların qorunması üçün cihad fitvası verilə bilər. Müvafiq din adamları Krım müsəlmanları üçün çağırış etmək ixtiyarındadır: “Eyni zamanda Qurana əsasən müsəlmanın vətəninə hücum olarsa döyüşmək, vətənini qorumaq fərzdir. Bunun üçün xüsusi fitvaya da gərək yoxdur. Krım müsəlman torpağıdır. Ancaq digər ölkələrdən müsəlmanlar üçün cihad fitvası bir qədər mürəkkəb mövzudur. Çünki bir qayda olaraq bu cür könüllü dəstələr savaşa ciddi təsir edə bilmir, əksinə, daha çox problemlər yaradır. Bu cür savaşlar ötən əsrin əvvəllərində İspaniyada, daha sonra Əfqanıstanda, indi də Suriyada ciddi nəticə verməyib, daha çox macəraçı görüntüsü yaradıb və faydası zərərindən az olub. Bu mənada müsəlmanlar üçün Krıma gedib döyüşməkdən daha üstün olanı, Krım üçün dua etmək, yardım toplamaq, ictimai-siyasi dəstək vermək daha faydalı olar, nəinki gedib orda savaşlara qatılmaq. Bu mənada Krım uğrunda savaşmaq məsuliyyəti ilk növbədə yerli sakinlərin üzərindədir. Bizə düşən isə o xalqa burdan mümkün olanı etməkdir”. 

“Əbu-Bəkir” məscidinin imam-camaatı Hacı Qamət Süleymanov  bildirdi ki, Krımda cihada ehtiyac yoxdur. Səbəbini isə belə əsaslandırdı: “Çünki orada əhalinin 60 faizi rusdur, 23 faizi xaxoldur, tatarlar çox az faiz təşkil edir. Ona görə də istənilsə də orada cihad mümkün deyil. Hələlik orada cihad ab-havası da yoxdur”. 

Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bu mövzuda bizimlə söhbətində dedi ki, bütün beynəlxalq media maşını, beynəlxalq oyunçular siyasi gücü ilə Rusiya əleyhinə işləyir. Sözsüz ki, bu, Putin üçün başağrısına səbəb olacaq. Lakin Rusiya imicini nə vaxtsa nəzərə alırmı? Əlbəttə, yox. Z.Orucun sözlərinə görə, Krım məsələsi daha çox 1990-cı illərin Azərbaycanına oxşayır: “Hesab edirəm ki, Ukraynada yaranmış vəziyyəti, Krım məsələsini Abxaziyaya bənzətmək doğru deyil. Bu, 1990-cı illərin Azərbaycanına daha çox oxşayır. Baxın, Krımda guya yerli xalqların təhlükəsizlik məsələsi qaldırılır. Rus qoşunları bu ad altında yeridilir Ukrayna ərazisinə. 

Məncə, Ukrayna nə Rusiyameylli, nə də Qərbmeylli olmalıdır. Ukrayna müstəqil dövlət kimi oturuşmalıdır. Hazırda Qara dənizin ələ keçirilməsi uğrunda dünyəvi savaş gedir. İddia eləmirəm ki, ABŞ Rusiya əleyhinə Əfqanıstandakı kimi böyük savaş açsın. Qərb hələ ki bəyanatlarla informasiya müharibəsi aparır. Hazırkı vəziyyətdə Qarabağ məsələsinə gələndə, Azərbaycanın qlobal savaşa qoşulması çox yanlış olardı. Bu işdə gözləmə mövqeyi tutmaq lazımdır. Baxmayaraq ki, Ukrayna ilə müttəfiqik, lakin “Krım məsələsindən sonra Qarabağa Rusiya təhlükəsi var, ona görə də hərəkətə keçməliyik” yanaşması ilə addımlar atıb dalaşan fillərin ayağı altında əzilən ota çevrilməli deyilik". 
Deputat hesab edir ki, Azərbaycan İkinci Dünya müharibəsində Türkiyənin sərgilədiyi mövqeyi nümayiş etdirməlidir: “Nə bu gün Qarabağa hücum zamanı deyil, nə də Ukrayna məsələsində barrikadaların heç birinin arxasında dayanmaq gərək deyil. Çünki Rusiyanın pəncəsi çox genişdir. Bəhanə ilə Qarabağa da Abxaziyaya yeritdiyi qoşunlardan bir neçə dəfə artığını göndərə bilər. Biz beynəlxalq səviyyədə Rusiyaya qarşı gedən savaşın yekununu gözləməliyik. Heç bir tədbirlərə əl atıb Rusiyanın hədəfinə çevrilmək olmaz”. 

Etibar SEYİDAĞA
"Yeni Müsavat"

“RUSİYA KRIMDAN BAŞINI GÖTÜRÜB QAÇMAĞA MƏCBUR OLACAQ”



Rusiya ilə Ukrayna arasında son günlərdə başlamış qarşıdurma politoloq Qabil Hüseynli tərəfindən Putinin çox dərin düşünülmüş siyasətinin olmaması kimi dəyərləndirilib. 

ANS PRESS-ə müsahibə verən politoloq Putinin özünü tora saldığını deyi b. "İndi onun bu tordan çıxması, Rusiyanın da olmasa, Putinin kariyerası hesabına başa gələ bilər. Çünki bütün dünya Rusiyanın Ukraynaya təcavüzü olayları ilə bağlı etiraza qalxıb və Rusiyaya qarşı sanksiyadan tutmuş, müxtəlif hədələrə qədər səslənməkdədir”. 

Qabil Hüseynli iqtisadi müstəvidə Rusiyaya təzyiqlər edilməyə başlanıldığını bildirib. Onun sözlərinə görə, artıq Rusiya birjasının və “Qazprom” da daxil olmaqla şirkətlərin aksiyalarının qiymətləri sürətlə aşağı düşməkdədir. Bu onunla əlaqədardır ki, qərb Rusiyaya qarşı açıq təhdidə keçib. Onun sözlərinə görə, qərb eyni zamanda Rusiyaya siyasi xarekterli sanksiyalar tətbiq etməyə başlayıb: “Səkkizlərin mart ayında Soçidə keçiriləcək sammiti artıq baş tutmayacaq. Bu isə o deməkdir ki, Rusiya artıq səkkizlərin üzvü ola bilməyəcək”.

Politoloqun fikrincə, həm də Rusiya qazının və neftinin alınması ilə bağlı müəyyən sanksiyalar ola biləcək: “Bu isə Rusiyanın əsas gəlir mənbəyidir. Dünya bazarında dollardan aslı olan Rusiya böyük maliyə itkiləri ilə üzləşəcək. Rusiya bır sıra şirkətlərdən aldığı malları indi ala bilməyəcək. Böyük şirkətlərin Rusiyadan getməsi prossesi sürətlənəcək”. 

Qabil Hüseynli bildirib ki, Kremlin Ukraynaya qarşı zorakılığına qarşı Rusiyanın özündə də etirazlar yüksələcək: “Sankt Petrburuqda, Tatarıstanda, Başqırdıstanda, Moskvada bu cür etirazlar keçirilir. Bu isə Rusiyanın özündə də mövcud rejimə qarşı fikirlər səsləndirildiyi deməkdir. Putin indi başa düşüb ki, hansı avantürayaya əl atıb və sonda hansı problemlərə gətirib çıxara bilər. Ukrayna hadisələri Rusiyanın özünə qarşı çeviriləcək. Rusiyanın özündə ciddi təlatümlər yaranacaq”. 

Onun fikrincə, Krımı qətiyyən Cənubi Osetiya və Abxaziyanın aqibəti gözləmir. Krım məsələsi Abxaziya və Cənubi Osetiya məsələsi deyil. “Bu məsələdə Rusiya dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən qınaq obyektinə çevriləcək. Rusiya ciddi sanksiyalara məruz qalacaq. Və bir növ Krımdan başını götürüb qaçmaq məcburiyyətində qalacaq. Ən yaxşı halda Ukrayna ordusunun güclü müqaviməti nəticəsində oradan çıxmaq məcburiyətində qalacaq. Bu da Rusiya tarixində görünməmiş hadisə olacaq. Bu, Rusiyanın içində böyük narazılıqlarla müşayət olunacaq”.

Politoloq Tofiq Abbasov isə Rusiyanın özbaşınalığını beynəlxalq güclərin fəaliyyətsizliyi ilə əlaqələndirib: “Hazırda biz dünya nizamında dərin bir böhranı müşahidə edirik. Dünyada qəbul edilən nizam artıq işləmir. Bunu xarici qurum və təşkilatların Azərbaycana qarşı münasibətindən də görmək mümkündür. Azərbaycan 20 ildən çoxdur ki, beynəlxalq qüvvələri məsuliyyətə, BMT qətnamələrinin icrasına çağırsa da, hələ ki, bir nəticə əldə olunmayıb. Mənim fikrimcə, İkinci Dünya Müharibəsindən sonra qəbul olunan normativ aktlar, beynəlxalq konvensiyalar kağızda qalaraq heç bir təsir göstərmir. Yəni gücə malik olan bloklar, tərəflər istədiklərini edirlər. Hazırda gərək güc sahibləri əlahiddə danışıqlar aparsınlar. Burada təmas prosesinə böyük ehtiyac duyulur. Bu xaos dərinləşir, kəskinləşir. Ukraynanın təzə hakimiyyəti isə çox kövrəkdir. Ukraynanın şərqində və cənubunda rusdilli xalqın çoxluğu faktoru da öz rolunu oynayır. Bu özlüyündə Rusiyanın bu bölgələrə yiyə durmasına şərait yaradır. Ukraynanın öz daxili gücü hesabına bu gərgin vəziyyətdən çıxmaq ehtimalı azdır. Gərək bu vəziyyətdə qərb dövlətləri və ABŞ məsələyə müdaxilə etsin. Ukrayna böhranı ilə bağlı beynəlxalq konfransın keçirilməsinə artıq ehtiyac yaranıb. Bu danışıqlarda “ağsaqqal”lığı ABŞ və Rusiya öz üzərinə götürməlidir”.

Mənbə:
ANS PRESS

“10 GÜNƏ RUSİYA DÖVLƏTİ ÇÖKƏCƏK, PUTİN DEVRİLƏCƏK ”


“Rusiya Ukraynaya kobud müdaxilə etməklə Qərbi, NATO-nu nüvə müharibəsi həddinə çatdırmaq istəyir. Rusiya dünyanı hədələyir. İstəyir ki, Qərb Rusiyanın Krım üzərindəki hegemonluğuna göz yumsun, Ukraynanın daxili işlərinə qarışmasın”. 

Bunu politoloq Vəfa Quluzadə teleqraf.com saytına müsahibəsində deyib. O, bildirib ki, qərbin elan etdiyi boykot, iqtisadi sanksiyalar Rusiyanı çökdürür: “Rusiya bir gündə 76 milyard dollar itirib. Rusiyanın bütün aktivlərinin, o cümlədən rublun məzənnəsi düşüb. Belə getsə, Rusiya 10 günə iflas olacaq. Ölkə iqtisadiyyatı çökəcək, iqtidar da məcbur olub istefaya gedəcək. İnanmıram ki, Rusiyanın əsgəri heyəti bütün bunları öncədən bilməsin. Əsas məqsədləri odur ki, Qərb qıcıqlansın. Rusiya deyir ki, embarqoları aradan qaldırın, yoxsa nüvə müharibəsinə başlayacam. Putin hesab edir ki, Qərb olduqca komfort içindədir, cəh-cəlal içərisində yaşayır, ona görə də Rusiyanın nüvə müharibəsi şantajının qarşısında geri çəkiləcək. Putinin hazırda əsas strategiyası budur. Çünki bütün sanksiyalar Rusiyanı çökdürür. 10 günə qədər bu məsələlər həllini tapmasa, hesab edin ki, Rusiya dövləti çökəcək, Putin devriləcək. Düşünürəm ki, Putin əvvəlcədən istefa verməli idi. Ölkənin güc strukturları ona təzyiq göstərməməsi üçün o, postundan getməli idi. Putin başa düşür ki, oyunun axırı iflasdır, amma məcbur olub buna gedir”.

25 Şubat 2014 Salı

" XOCALIDA RUS ZABİTLƏRİNİN VƏ ƏSGƏRLƏRİNİN ŞƏRƏFİ LƏKƏLƏNMİŞDİR "


RUS ZABİTİ SAVELYEV :  XOCALIDA RUS ZABİTLƏRİNİN VƏ ƏSGƏRLƏRİNİN ŞƏRƏFİ LƏKƏLƏNMİŞDİR.

Xocalıda baş verənlərlə bağlı Kremlə göndərdiyi məktubunda polkovnik Savelyev açıq şəkildə deyir : “Mənim gözlərim qarşısında baş vermiş erməni və rus hərbçilərinin Xocalıda törətdikləri faktlar barədə susmaq istəmirəm. Mən güllələnən insanları – uşaqları, qocaları, hamilə qadınları unuda bilmərəm. Bu qanlı hadisələrin qarşısını almağa gücüm çatmadığı üçün azərbaycanlılar məni bağışlasınlar. 19 səhifəlik gizli yazdığım məlumatı Kremlə, SSRİ Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat idarəsinə göndərirəm. 
XOCALIDA RUS ZABİTLƏRİNİN VƏ ƏSGƏRLƏRİNİN ŞƏRƏFİ LƏKƏLƏNMİŞDİR" !

10 mart 1992-ci ildə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinə Daxili İşlər Naziri Viktor Yerinin məktubu çatır. Məktubda nazir Xocalı barədə şəxsi görüş zamanı daha ətraflı məlumat verəcəyini qeyd edir. Və xahiş edir ki, məktuba əlavə etdiyi videokasetə baxsın.
Videokasetdə 366-cı alayın 1890 nəfər şəxsi heyətinin hərəkətləri və Xocalı faciəsi olduğu kimi əksini tapmışdır.
General yazır : “… Xocalıda qadın, uşaq və qocalar güllələnib, meyitlərin dərisi soyulub. Bu, azərbaycanlıların çəkdiyi sənədli filmdə də təsdiq olunur. Kinokameralar qulaqları kəsilən bir neçə uşağı, üzünün sol tərəfindən dərisi kəsilmiş yaşlı qadını, dərisi soyulmuş kişiləri sənədli olaraq çəkmişlər. Bunlar bilərəkdən meyidlərin təhqir olunmasının sübutudur. Meyitlərin bir çox orqanları daha eybəcər hala salınmış vəziyyətdədir. Mustafayev soyadlı bir kinorejissorun çəkdiyi sənədli filmdə Dağlıq Qarabağda yerləşən 366-cı alayın vəhşiliklərindən də bəhs edilir”. (N.Qavrilov:”Voennıy vedomosti,İzd-vo Sankt-Peterburq 1998, str.96).
R. Novruzoğlunda olan məlumatlara görə, Yeltsin videokasetə baxdıqdan sonra xüsusi sərəncam imzalamışdır. (0219/21.-OD-1992.III.12). Sərəncamda rus hərbi kəşfiyyat əsgərlərinin şərəf və ləyaqətinə xələl gətirən, belə kadrların göstərilməsinin qarşısını almaq tapşırılmışdır.
8 may 1998-ci ildə Yeravanda Livan ermənisi olan Dauda Mansura Xeyrianın “VO İMYA KRESTA” (Xaç naminə) kitabının təqdimatı keçirilmişdir. Tədbirdə erməni diasporunun Los-Ancelesdən tutmuş Fransaya qədər olan bütün nümayəndələri iştirak etmişlər. Bayram tədbirində masa arxasında Xocalı haqqında sağlıq (tost) deyiləndə bildirildi ki, “Biz özümüzə hörmət etməyə məcbur etdik”. Bundan sonra kitab fransız, ingilis və erməni dillərində çap edilmişdir, çünki kitab ərəb dilində yazılmışdır. Tərcümədən sonra kitab “VO İMYA KRESTA” (Xaç naminə) adını almışdır. Erməni dilinə tərcümədə bir necə səhifə Xocalı haqqında yazılmışdır. Ermənilər Xocalıda törətdikləri faciəyə, vəhşiliklərə bununla bəraət qazandırmaq istəmişlər. Təcili həmin kitabın dünya ictimaiyyətindən gizlədilməsi qərarı verilmişdir. İranda bu kitabın fars dilinə tərcümə edilməsi gündəmə gələndə, erməni icmasının üzvləri bunun qarşısının alınması üçün İsfahan üzrə icma rəhbərlərinə tapşırıq vermişlər.
Bu kitabı indi tapmaq çox çətindir. Amma məlum olduğu kimi, CİDANI ÇUVALDA GİZLƏTMƏK OLMAZ və bu məlumat erməni kordonundan çıxaraq məlum olmuşdur. İndi də ermənilər bu kitabın yayılmasının qarşısını almağa çalışsalar da artıq gecdir.
Biz Sizə Dauda Xeyriyanın “VO İMYA KRESTA” (Xaç naminə) kitabının 19-76-cı səhifələrində Xocalı faciəsindən yazdıqları ilə tanış olmaq imkanı yaradırıq :
Səhifə 26 : “… Bu şaxtalı səhər biz Daşbulaq yaxınlığındakı Xocalı şəhərinə (Əsgəranın keçmiş kəndinə) yaxınlaşmaq üçün, uzun bataqlıqdan keçməmək üçün, ölülərdən ibarət bir körpüdən keçməli idik. Mən cəsədlərin üzərində yerimək istəmirdim. Sonra polkovnik Ohanyan (Ermənistanın hazırkı Müdafiə Naziri – Müəllif) mənə bir ibrət dərsi verdi və bildirdi ki, bu müharibənin qanunlarından biridir. Mən qan içində olan 9-11 yaşlı qızın sinəsi üstə çıxaraq yeridim, ayaqqabım, şalvarım qan içində idi. Beləliklə, mən 1200 cəsədin üstü ilə yeridim.”
62 - 63-cü səhifədə müəllif yazır : “… Martın 2-də, ermənilərin Gaflan qrupu ( cəsədləri yandırmaqla məşğul olurdular) 2000-ə yaxın bütpərəst monqolların (yəni,türklərin) meyitlərini yığaraq bir neçə kilometr Xocalıdan qərbdə yandırdılar. Son yük maşınında mən boynundan və əlindən yaralı olan 10 yaşlı bir qız uşağı gördüm. O, sakitcə nəfəs alırdı. Soyuqdan donmasına və ac olmasına baxmayaraq, yaralı uşaq hələ də sağ idi. Ölüm ilə mübarizə aparan bu uşaq heç vaxt gözlərim önündən getmir. Sonra Tigranyan adlı bir əsgər onun qulağından tutdu və yanan mazutun içinə atdı. O, diri-diri yandırıldı. Mən bu ərazidə onların necə qışqırmalarını və kömək üçün yalvarmalarını gördüm və bundan sonra yeriyə bilmədim. Amma mən lənətə gəlmiş türklərdən Şuşanı da azad etmək istəyirdim. Buna görə də geri qayıtdım. Amma onlar müqəddəslərimizin ruhu naminə (Xaç naminə) öz əməllərinə davam etdilər.
Sizlərin diqqətinə Zori Balayanın “RUHUMUZUN DİRİLMƏSİ” kitabından parçaları çatdırırıq :
“… amma yalnız xalqının ürəyi qoparılaraq dərd-qəm atəşlərində yandırılan bir erməninin qəlbi bu sətirlərdən riqqətə gələ, qürur duya bilər. Mən də bu əməli vətəndaşlıq şərəfimdən doğan duyğularımın çağrısi ilə törədir, monqol tör - töküntülərindən qisas almaqla, özümün müqəddəs kişilik borcumu yerinə yetirirdim.
Biz Xaçaturla zirzəmiyə girəndə, onları orada saxlayırdılar (söhbət azərbaycanlı əsirlərin saxlandığı yerdən gedir – red), bizim əsgərlər artıq uşağı dirsəklərindən pəncərənin çərçivəsinə mismarlamışdılar. Çox səs - küy edə bilməsin deyə, Xaçatur onun ölmüş anasının döşünü kəsərək ağzına tıxadı. Sonra mən, bu 13 yaşlı türklə, onun əcdadlarının bizim uşaqlara yapdıqlarını elədim. Əvvəl alın sümüyünü, sonra da sənəsinin və qarnının dərisini qopartdım. 7dəqiqədən sonra o, qan itirməkdən öldü. Mən, ilkin peşəsi həkimlik olan bir adam kimi, humanistəm və bu səbəbdən də, bir uşaqla elədiklərimdən çox da xoşhal deyildim. Bnunla belə, törətdiyim əməldən pərvazlanan ruhumun duyduğu sevincin hədi-hüdudu yox idi ki, xalqımın ağrı və əzablarından yüzdə birinin də olsa, qisasını ala bilmişdim.
Xaçatur meyidi baltalayaraq hissələrə bölüb itlərə atdı, hansılardan ki, bu türk cocuğu əmələ gəlmişdi. Axşama qədər daha 3 türk cocuğunu eyni işgəngələrlə öldürərək itlərə yem elədik. . Amma mən bütün bunlara bir patriotun, bir vətəndaşın, bir erməninin borcu kimi baxır və bu əməlləri də o hisslərlə törədirdim. Xaçaturun necə tər tökərək bu işləri məmnuniyyətlə gördüyünü də qeyd etmək lazımdı. Mən onun da, digərlərinin də gözlərində alışıb-yanan qisas hisslərini və aşırı patriotizm ruhunu gördüm. Sonda mənim uşaqlıq dostum olan mayor Suren dedi : “Biz vəhşi deyilik, amma soyuqqanlılığımızı da saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri babalarımızın ruhları rahatlanmalıdır”.
O biri gün biz bir yerdə kilsəyə getdik, 1915 - də öldürülənlərimizin ruhlarına dualar oxuduq, dünən gördüklərimizə və elədiklərimizə görə bağışlanmamızı dilədik. Ancaq biz Xocalını – vətənimizin bu hissəsini 30 minlik murdar tör - töküntüdən azad edə bildik.
Sonra Surenin evinə gəldik və onun arvadı bizə “cermuk” gətirincə, Xaçatur yorğun səslə: “Ermənilər öz doğma torpaqlarını azad etməyə borcludurlar və Böyük Ermənistanin yenidən bərpası davam etməlidir. Ruhumuz göylərdə olanda bu bizin hesabımıza yazılacaq və biz orada əcdadlarımızın qarşısına təmiz vicdanla çıxacağıq” - dedi. Mən bununla razılaşmaya bilməzdim”.  (“Dirilmə” “Vanadzor” – 1996, səh – 260-262)
Erməni “müdrikləri"nin əsil siması və sifəti bax budur. Maraqlıdır, bəs görəsən humanist Qərb demokratiyası bütün bunları bilə-bilə və görə -görə niyə hələ də susur ???!!!

P.S. NOTA

11 Şubat 2014 Salı

"ABŞ qalib gəlsə, Rusiya ümidini itirsə, Qarabağ problemi həll olunacaq"


“Ukrayna tamamilə Avropaya yönələndən və Rusiya imperiyanı bərpa etmək yolundakı bütün ümidlərini itirəndən sonra Dağlıq Qarabağ münaqişəsi həll olunacaq”.

Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Dağlıq Qarabağla bağlı aparılan danışıqların perspektivini şərh edərkən deyib.

“ABŞ Qarabağ problemini əsas prioritet elan edəndən sonra münaqişə həll olunacaq”

Siyasi ekspert Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində ABŞ-ın səylərinə diqqət çəkib. Onun sözlərinə görə Ağ Ev Qarabağ probleminin çözümünü  əsas prioritet elan edəndən sonra münaqişə öz həllini tapacaq. 

“ABŞ münaqişənin həllində həmişə fəallıq göstərib. İndiki vəziyyətdə Ukrayna ABŞ-ın prioritetidir. ABŞ Ukrayna məsələsinin üzərində möhkəm dayanıb və axıra qədər də belə davam edəcək. Bir gün Cənubi Qafqazda sülh və Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın prioriteti olacaq. O zaman məsələlər öz məcrasına düşəcək və problemlər həll olunacaq”-deyə V.Quluzadə bildirib.

“Minsk Qrupu münaqişənin həllinə heç bir xeyir vermir”

Analitik Minsk Qrupunun formatının dəyişməsi ilə bağlı suala belə aydınlıq gətirib: “Minsk Qrupu münaqişənin həllinə heç bir xeyir vermir. Nə qədər müzakirə ola bilər?”. 

Sabiq dövlət müşaviri onu da qeyd edib ki, Dağlıq Qarabağ probleminin ədalətli nizamlanmasında danışıqlar elə də rol oynamır. 

Ekspertin fikrincə, konfliktin danışıqlar yolu ilə tənzimlənməsi üçün gərək siyasi bünövrə olsun.

“Ermənilərin marağı Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından ibarətdir”

V.Quluzadənin sözlərinə görə,  dünya danışıqlar üçün  siyasi atmosferə hazır olmalıdır. 

“Atmosfer nədən ibarət olmalıdır? Rusiya imperiya kimi çökməlidir. Bundan sonra Rusiyanın yaratdığı bütün münaqişələr həll olunacaq. Regiondakı bütün münaqişələri, erməni millətçiliyini Rusiya yaradıb. Rusiya Ermənistanı idarə edir. Kreml elə siyasət yürüdür ki, ermənilər Qarabağla bağlı hər hansı razılıqdan boyun qaçırır. Ermənilərin marağı Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından ibarətdir. Ermənilər məsələnin həllinə razılıq verəndə Rusiya tərəfindən  müxtəlif vasitələrlə onlara təzyiq olunur. Ya parlament nümayəndələrini güllələyirlər, ya prezidenti işdən çıxarırlar. Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan o zaman münaqişəni birbaşa Azərbaycanla həll etmək istəyəndə Moskva onu işindən kənarlaşdırdı. Serj Sərkisyan isə tam olaraq Rusiyanın nökərinə çevrilib”-deyə .V.Quluzadə şərh edib.

9 Şubat 2014 Pazar

“RUSİYA İMPERİYASI ÖZ CANINI MAYDANDA TAPŞIRACAQ”


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Maydan qələbəsinin Rusiya imperiyasının sonu olacağını deyib. Musavat.com - un Ukryana mediasına istinadla verdiyi məlumata görə, Saakaşvili bu sözləri ABŞ-da Ukrayna pravoslav kilsəsinin Kiyev patriarxlığının başçısı Filaretlə görüşü zamanı söyləyib.

“Bu, həqiqətən də belədir. Vaxt gələcək, tarixçilər yazacaq ki, Rusiya imperiyası öz mövcudluğuna Kiyev Maydanında son verdi. Belə də olacaq. Xalq hökmən qalib gələcək və mən inanıram ki, bütün xalqları birləşdirən yaxşı bir aqibət və gələcək gerçəkləşəcək”, - deyə sabiq prezident bildirib. 

Musavat.com