Translate

13 Şubat 2012 Pazartesi

TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI DANIŞDI



Hanifi Çakır: “Azərbaycan hökuməti bizə dəstək versə, ortaya daha mükəmməl iş qoyarıq” 

 “Bütün Türkiyə hazırda fevralın 26-da İstanbulun məşhur Taksim meydanında keçiriləcək yürüşə hazırlaşır”. Bu məlumatı “Yeni Müsavat”a Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü, Türk Dünyası Kültür və İnsan Haqları Dərnəyinin İstanbul təmsilçisi Hanifi Çakır verdi.

 H.Çakır bildirdi ki, fevralın 2-də dərnəyin başqanı Cəlal Öcal və özü İstanbulun Bəyoğlu rayon bələdiyyəsinə müraciət edərək Qalatasaray və Taksim meydanları arasında Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə yürüş keçirəcəklərini bildiriblər: “Bələdiyyə və Bəyoğlu hüquq-mühafizə orqanları müraciətimizə ”yox" cavabı vermədi. Fevralın 26-da saat 14:30-dan 15:30-ə qədərki müddətdə dediyimiz ərazidə yürüş edəcəyik. Bununla yanaşı Taksim meydanında mətbuat konfransı da keçiriləcək. Bu yürüşü keçirməkdə məqsədimiz Xocalı qurbanlarının xatirəsini anmaq, eləcə də ölkəmizin əleyhinə Fransada və digər ölkələrdə qəbul etdirilməsi nəzərdə tutulan yalançı “erməni soyqırımı”na etiraz etməkdir".
 H.Çakır bildirdi ki, Türk Dünyası Kültür və İnsan Haqları Dərnəyinin təşkilatçılığı ilə keçiriləcək bu yürüşə Türkiyə Cümhuriyyətinin iqtidar və müxalifət təşkilatları, o cümlədən ölkənin aparıcı dərnəkləri və qeyri-hökumət təşkilatları da dəstək verəcək. MHP üzvü onu da bildirdi ki, aksiyaya dəstək verəcək təşkilatlar arasında “Mövzu vətəndirsə - gerisi təfərrüat” qrupu, “Şərqi Türküstan” gənclər dərnəyi, “Göy börü” Turançılar Birliyi, Ülkü ocaqları, Türk ocaqları, Alperenler, AKP, MHP və CHP-nin gənclər təşkilatları, “Aydınlıq” gənclər təşkilatı, Kuvayi-Milliye Hərəkatı, “İraq Türkmənləri” İnsan Haqları ocağı, Əfqanıstan Gəncləri Təşkilatı, Krım dərnəkləri, Suriya Türkləri Təşkilatı, Qərbi Trakiya Gənclər Təşkilatı, Rumeli Türk Birliyi Federasiyası, Prizren Gənclər Təşkilatı, Kipr Türk Kültür Dərnəyi, Atsızlar qrupu, Aydınlar Ocağı, Hoca Əhməd Yasevi Elm və İrfan Vəqfi də var: “Adlarını çəkdiyim təşkilatlar yürüşü dəstəkləyəcək təşkilatların hələ beşdə biridir”.
 H.Çakır bildirdi ki, yürüşdən reportaj hazırlamaq üçün ABŞ, İngiltərə, Almaniya, Hollandiya və digər Qərb ölkələrinin tanınmış telekanalları onlara müraciət ediblər. Yürüşlə bağlı proqram artıq hazırlanır: “Biz Xocalı qətlini canlandıran teatr səhnələri də qurmaq istəyirik. Bunun üçün Azərbaycan hökumətinin dəstəyi lazımdır. Bizə dəstək versələr, ortaya daha mükəmməl bir iş qoymuş olarıq. Hazırda yürüşə hazırlıq işləri gedir. Türkiyədə 5-6 milyon azərbaycanlı yaşayır. Amma onlar təşkilatlanmayıblar. Onlardan aksiyamıza qatılanlar olacaq. Amma təşkilatlanmış böyük bir qurum olsa, Türkiyədə erməni yönümlü təşkilatların aksiyalarını kölgə altına ala bilərlər. Ermənilərin Türkiyədə 276 xeyriyyə cəmiyyəti, 300 ibtidai sinif məktəbi, Azərbaycanın isə Türkiyədə bircə səfirliyi var. Düşünürük ki, Azərbaycan tərəfi bu məsələdə ortaya iradə və mövqe qoymalıdır”.

Leyla İLQAR

12 Şubat 2012 Pazar

HARA GEDİR SABAHIMIZ ?!

BƏXTİYAR VAHABZADƏNİN ÖZ SƏSİ İLƏ


Azərbaycan şairi, dramaturqu, ədəbiyyatşünası, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000), "İstiqlal" ordenli(1995) Bəxtiyar Mahmud oğlu və ya Zəkəriyya oğlu Vahabzadə.





& VƏTƏNSEVƏRLƏR


9 Şubat 2012 Perşembe

Akademik Rafiq Əziz oğlu Əliyevin doğum günü



  Dəyərli Akademikimiz Rafiq Əziz oğlu Əliyevi doğum günü münasibətilə 
"REALIST ADIL"in əməkdaşları təbrik edirlər, ona can sağlığı və yeni-yeni nailiyyətlər arzulayırlar. 


Professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, ″Zadə irsi və Süni intellekt″ Assosiasiyasının prezidenti.

 Rafiq Əziz oğlu Əliyev 10 fevral 1942-ci ildə Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1948-1958-ci ildə Ağdamda orta məktəbi medalla bitirmişdir. 1958-1963-cü ildə Bakıda M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu fərqlənmə diplomu ilə bitirib.

1964-1967-ci ildə Moskva şəhəri, SSRİ Elimlər Akademiyası İdarəetmə Problemləri institutunda oxuyub, Aspirant olub



• 1967-ci ildə Texnika elmləri namizədi,

• 1975-ci il Texnika elmləri doktoru,

• 1976-cı ildə Professor,

• 1989 Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü.

• 1967-1969 Neftkimyaavtomat (Azərbaycan, Bakı) Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ), elmi-tədqiqat laboratoriyasının müdiri.

• 1989-dən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, Bakı.

• 1998-dən indiyə kimi MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ.

• 2001-dən indiyə kimi BBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ

Mükafatları:

• 1971 Elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı laureatı

• 1983 Elm və Texnika üzrə SSRİ Dövlət mükafatı verilmişdir.

• 1992: Təbriz Universitetinin professoru, İran

• 1999: Corciya Dövlət Universitetinin professoru, GA, Atlanta, ABŞ

• 2000: Siegen Universitetinin professoru, Almaniya

• 2003: Yaxın Doğu Universitetinin professoru (Near East University), Şimali Kipr

R.Ə.Əliyevin əsas elmi nailiyyətlərinin qısa xülasəsi:

• Çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik (1967), qeyri-səlis (1981) idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması;

• İntellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması (1969);

• Stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi (1976);

• Çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980);

• AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması (1984-1986);

• Qeyri-səlis modellərin adekvatlığ şərtlərinin formalaşdırılması (1984);

• Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi (1986);

• ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi (1987);

• Qeyri-səlis paylanmış intellektual sistemlər konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi (1993);

• Agentləri arasında rəqabət və kooperasiya olan Soft Kompütinq əsaslı çoxagentli intellektual sistemlərin yaradılması (1997);

• Qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997);

• Genetik alqoritmlər əsasında qeyri-səlis reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998);

• Qeyri-səlis-xaos sinerci əsasında adaptiv idarəetmə sistemlərinin təklif olunması (2001);

• Qeyri-səlis zaman sırıları əsasında yeni proqnozlaşdırma üsullarının yaradılması, 2002;


 Ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin yaradılması. Dinamik sistemlərin dayanıqlığının Zadə - Əliyev tərifi və meyarının təklif olunması, 2003-2007.

 R.Ə.Əliyevin respublikamızda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu olmuşdur. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaratmış, Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 30 elmlər doktoru hazırlamışdır. Onun tələbələri hazırda həmin məktəbin ənənələrini təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) ləyaqətlə davam etdirirlər.

 R.Ə.Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra ölkələrində ″Qeyri-səlis sistemlərin tətbiqi″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Özbəkstan Respublikasının Daşkənt şəhərində ″Qeyri-səlis sistemlərin tətbiqi və Soft Kompütinq″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Türkiyyənin Antalya şəhərində ″Sistem təhlilində, qərarqəbuletmə və idarəetmədə sözlə işləyən kompüter və Soft Kompütinq″ üzrə beynəlxalq elmi konfranslar keçirilir.

 R.Ə.Əliyev informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompütingə həsr olunmuş 70-ə yaxın kitabın350-dən çoxelmi məqalənin müəllifidir.

7 Şubat 2012 Salı

BOZKURT - ŞEİRİ - AZERBAYCAN

Xəlil Rza Ulutürk / azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992). Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub.




& VƏTƏNSEVƏRLƏR

AYAĞA DUR AZƏRBAYCAN - ŞƏHRİYAR

Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi). 1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində almışdır. Tibb kolecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində çalışmışdır.

Şəhriyarda ədəbiyyata maraq uşaqlıqdan var idi. Bu sahədə peşakarlaşmasında valideynlərinin az rolu olmamışdır. O, 7 yaşından azərbaycanca, 9 yaşından isə farsca şeirlər yazmışdır.




& VƏTƏNSEVƏRLƏR

HEYDƏR BABAYA SALAM - ŞEİR


Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi). 1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində almışdır. Tibb kolecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində çalışmışdır.

Şəhriyarda ədəbiyyata maraq uşaqlıqdan var idi. Bu sahədə peşakarlaşmasında valideynlərinin az rolu olmamışdır. O, 7 yaşından azərbaycanca, 9 yaşından isə farsca şeirlər yazmışdır.




& VƏTƏNSEVƏRLƏR

PROFESSOR AKİF RÜSTƏM OĞLU RÜSTƏMOV


QISA BİOQRAFİK MƏLUMAT

1939-cu ildə Ağdamda anadan olub.

Ailəlidir, üç övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1964-1969-cu illərdə ADU, Jurnalistika fakültəsində təhsil alıb.

1982-ci ildə namizədlik dissertasiyası müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ

1969-1975-ci illərdə jurnalistika fakültəsində baş laborant vəzifəsində çalışıb.

1975-1989-cu illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1989-1999-cu illərdə Jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışıb.

1999-cu ildən jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasının dosentidir, professordur.

TƏDQIQAT SAHƏSI

Mass medianın hədəf auditoriyası, KİV-in fəaliyyətində auditoriyanın rolu və yeri.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1995-ci il Avropa Jurnalistlərinin beynəlxalq seminarı, Hollandiya...

SEÇIILMIŞ ƏSƏRLƏRI 

Kütləvi informasiya vasitələri IV hakimiyyət kimi. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2006
Jurnalistika demokratik cəmiyyətdə. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2006
Azərbaycanın müstəqil mətbuatının təşəkkülü. „Dirçəliş XXI əsr ". Bakı, 104-105 sayi, 2006
Jurnalist təşkilatları vətəndaş cəmiyyətinin atributudur. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2008
Qadın hüquqlarının müdafiəsinda jurnalist təşəbüssləri. „Qadın və cəmiyyət", Bakı, 2007

KITABLAR


Xarici ölkələrin jurnalistikası. (Həmmüəllif). B., 2007
Jurnalistika. Dərs vəsaiti. B., 2005