Translate

1 Kasım 2024 Cuma

DOSTLUQ SADİQ QALMAĞI BİLƏNLƏR ÜÇÜNDÜR

 (Üçüncü məqalə)


Lətif Niftəli oğlu Vəlizadə

Ötən yazılarımın birində qeyd etdiyim kimi, qocaman jurnalist dostum Adil İrşadoğlu ilə Az.Tv-də uzun illər bir yerdə çalışmışıq. O zaman o, cavan, yaraşıqlı bir gənc idi. Hamı ilə dostluq edirdi, deyib-gülürdü, zarafatlaşırdı. Sovet dövləti çökəndən sonra Şirkətdə köklü dəyişikliklər baş verdi. Xain qonşu dövlətlər ölkəmizə hücum etdilər, dünyanın böyük qüvvələri bizi müharibəyə sürüklədi. 

Həmin o gərgin günlərdə, aylarda Adil İrşadoğlu heç nədən qorxub çəkinmədən Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki balaca bir otaqda yaratdıqları studiyadan daşnaqların təbliğatına qarşı əks təbliğatla məşğul idi. 

Xalqımızın fəxri, vüqarı sayılan Pənahəli xan Cavanşirin nəslindən olan jurnalist Adil İrşadoğlu Şuşadan qayıtdıqdan sonra bir müddət televiziyanın "Sənaye şöbəsi"nin müdiri işlədi. 

Ağdamın işğalından sonra Adil şöbə müdirliyini buraxdı, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmədi. Fikri-zikri Qarabağda qalmışdı, Bakıda dözmədi, yenə könüllü cəbhəyə yollandı. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldu və tamaşaçıların intizarla gözlədiyi maraqlı verilişlər hazırlayıb efirdə göstərdi. Həmin verilişlər Adilin və onun çəkiliş qrupunun canı və qanı bahasına başa gəlmişdir. Onlar - Adil İrşadoğlu, Tahir Qarayev, Fikrət Hüseynov, Tofiq Ataxanoğlu, Ramiz Rüstəmov, Əlövsət Aslanov, Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Adil İrşadoğlu çəkiliş qrupunun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşdur. Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüş səhnələrini çəkib veriliş hazırlayan və efirdə göstərən fərqli jurnalistdir. 

O, AzTv-də işləyə-işləyə Azərbaycan Dövlət Nəşriyyatında - Prezidentin İşlər İdarəsinin tabeliyində olan MMC-də İxtiyar Şirinovun təsisçiliyi ilə "DE FAKTO" adlı qəzetin bünövrəsini qoydu. Qəzetin qurucusu həm də onun ilk baş redaktoru oldu. Bu qəzet qısa müddətdə populyar qəzetə çevrildi. AzTv-dən acıq edib ayrılandan sonra Adil İrşadoğlu gücünü həmin qəzetin daha da inkişafına yönəltdi. 

Qısa müddətdə qəzet geniş oxucu kütləsinin böyük rəğbətini qazandı. Başqa qəzetlər köşklərdə yığılıb qaldığı halda 10 min tirajla buraxılan "DE FAKTO" qəzeti satışa gəlməyilə qurtarmağı bir olurdu. Yorulmaq bilməyən Adil İrşadoğlu qəzetin bütün proseslərinə - çap üçün kağızın təchizatına, redaksiyaya gələn yazıların redaktəsinə və çapına, qəzetin satışına özü nəzarət  edirdi. Buna görə də nəşriyyatda onu gözü götürməyənlər peyda oldular və qəzetin çapına  müxtəlif əngəllər törətməyə və özünə təzyiqlər göstərməyə başladılar. Nəticədə Adil İrşadoğlu min bir zəhmətlə ərsəyə gətirdiyi qəzetin işini dayandırmalı oldu. Lakin o, bununla ruhdan düşmədi. Müstəqil jurnalistliyini bugünədək davam etdirir. 

Düşünürəm ki, dostluq sadiq qalmağı bilənlər üçündür. O, tez-tez bizə gəlir, çay süfrəsi arxasında əyləşib olub-keçənlər barədə söhbət edirik, deyib-gülürük.

Adil İrşadoğlu Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbini (1968-1972 ) fərqlənmə diplomu ilə bitirib. Onu bu illər ərzində (30 ildən çox bir müddətdə) nə qədər dilə tutdumsa faydası olmadı. Bircə dəfə də olsun Adil tarını sinəsinə basıb dilləndirmədi. Hər dəfə mənə deyir ki, "qaqa", vallah əlim gəlmir. Ürəyim dərdnən doludur. Mən o tarı necə dilləndirim ki, quduzlaşmış hay tayfası ruslarla, farslarla birləşərək yurdumu-yuvamı yaman günə qoyublar. Qismət olar, nə vaxt ilanın başı möhkəm əzilər, o zaman birlikdə Ağdama gedərik. Ürəyin nə qədər istəsə səninçün o tarı dilləndirərəm, ürəyimdən tikan çıxar. Birlikdə o gözəl günü qeyd edərik. 

NOYABR ayının 1-i əziz və hörmətli jurnalist qardaşım Adil İrşadoğlunun doğum günüdür. Dostumu 71 yaşının tamam olması münasibətilə qəlbən təbrik edirəm və eyni zamanda onun ürəyindən keçənləri, arzu və istəklərini qısa da olsa nəzmə çəkərək oxucularımızın, daha doğrusu, Adil İrşadoğlunu sevənlərin diqqətinə çatdırmağı özümə borc bilirəm.


Əsən külək, apar məni o yerə,

Qoy sevinim ürəyimcə bir kərə, 

Neçə ildir o yerlərə həsrətəm, 

Ürəyimi parçalayır kədər, qəm,

Neçə ildir yurdum-yuvam dağılıb,

Ev-eşiyim talan olub, boş qalıb,

Apar məni, o yerləri gəzim bir,

Titrək qəlbim dumandadır, çəndədir,

O yerlərin mehi dəysin üzümə.

Şəfqət gəlsin, işıq dolsun gözümə.

Başım üstə açıq-aydın bir səma,

Əsən külək apar məni Ağdama...

Soran olsa, hara gedir bu ADİL? 

- Yolum qardaş, Ağdamadır, Ağdama...


Lətif Niftəli oğlu Vəlizadə. ©

Şair, yazıçı-publisist. 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985).

31.10.2024-cü il.


Jurnalist Adil İrşadoğlu haqqında digər yazıları 

aşağıdakı linklərə daxil olub izləyə bilərsiniz:

1) "MƏN ONA HEYRAN QALMIŞDIM"

https://adilirshadoglu.blogspot.com/2021/08/mn-ona-heyran-qalmisdim.html


2) "MÖVZUYA QAYIDIŞ VƏ YA HAZIRIN NAZİRLƏRİ..."

https://adilirshadoglu.blogspot.com/2022/10/movzuya-qayidis-v-ya-hazirin-nazirlri.html


3) "GECİKMƏYİN SƏBƏBİ BAĞIŞLANMAZDIR..."

https://adilirshadoglu.blogspot.com/2023/06/gecikmyin-sbbi-bagislanmazdir-v-onun.html


30 Ağustos 2024 Cuma

TEZ-TEZ SİDİK İFRAZINDAN PROSTAT XƏRÇƏNGİNƏ QƏDƏR BİR ADDIM

 TƏHLÜKƏNİ NECƏ VAXTINDA MÜƏYYƏN ETMƏLİ?


Dr. Mahmudov: tibb elmləri namizədi, 

MDB ölkələrində xidmət etmiş həkim, "Klinika" tibb mərkəzinin direktoru. 


- Prostatit xəstəliyi, özündə eyni zamanda bir neçə 

təhlükə daşıyır, onlardan ən əsasları:


1) İMPOTENSİYA

2) PROSTATIN ADENOMASI

3) PROSTAT XƏRÇƏNGİ


Prostatit olan hər kişidə impotensiya yaranır. Kimdəsə tez, kimdəsə gec.

Prostat xərçəngi prostatitin daha son mərhələlərində yaranır. Prostatiti müalicə etməyib onunla yaşayan kişilər faktiki olaraq, "od-alovla oynayırlar". Əgər uzun ömrə və yaxşı ereksiyaya sahib olmaq istəyirsinizsə, prostatiti mümkün qədər tez müalicə etməlisiniz.

Problem burasındadır ki, bu xəstəliyə düçar olmuş kişilərin əksəriyyəti kömək üçün həkimə müraciət etmir. Onların bir qismi onu təhlükəli hesab etmir, digər qismi isə utanır. Nəticədə xəstələrin xəstəliklərini ciddiyə almaması halı yaranır. Kişilər həkimə gec müraciət etdiklərinə görə xərçəng şişi inkişaf edir və...  

Yadda saxlamaq lazımdır ki, prostatit — prostat xərçənginə çevrilən ölümcül xəstəlikdir. Nəzarətsiz və müalicəsiz qalan xəstəlik bəzən 1-2 ilə xərçəngin yaranmasına gətirib çıxarır və sürətlə inkişaf edir.

İndi isə kişilərin bu xəstəlikdən birdəfəlik xilas olmaları üçün unikal şans yaranmışdır, özü də klinikanı müntəzəm olaraq ziyarət etmədən.

Məsələ burasındadır ki, 2020-cı ildə qısa müddətdə prostat vəzinin fəaliyyətini bərpa edən, iltihabı aradan qaldıran inqilabi preparat meydana gəlmişdir. Bu preparat hətta xroniki prostatiti belə tamamilə sağaldır, potensiya və cinsi aktı nəzərəçarpacaq dərəcədə artırır. Bu preparatın adı GOPROSTATdır. Bu, çox sərfəli qiymətə olan yerli preparatdır. Onun istehsalında Almaniya və Fransa tibb alimləri də iştirak etmişdir.



2020-cı ildə, urologiya sahəsində Rusiyanın aparıcı elmi mərkəzi olan N.A.Lopatkin adına urologiya ETİ-də, prostatit əleyhinə mübarizə üçün hazırlanmış yeni nəsil Goprostat preparatının kliniki sınaqları uğurla sona çatmışdır. İnstitutun mətbuat mərkəzi aşağıdakı açıqlamanı etmişdir:




2020-cı ilədək ölkədə prostatitin müalicəsi üçün effektiv və ən əsası da, əlçatan vasitə mövcud deyildi. Bu isə inanılmaz nəticələrə gətirib çıxartmışdı. Xəstəliyin səviyyəsi yaşlı nəsldə - 45% və ən dəhşətlisi isə gənc oğlanlar arasında 25% - təşkil edirdi. GOPROSTAT - PROSTATİTİN müalicəsində bir inqilabdır, əsl panaseyadır. Preparatın effektivliyi Rusiya və artıq Avropa təcrübəsində də sübut olunmuşdur. Alimlər tərəfindən kəşf olunan unikal tərkib əvəzolunmaz vasitədir.

Kliniki sınaqlardan keçmiş bu preparat və onun nəticələri uroloqlar üçün əsl sarsıntıya səbəb olmuşdur. Bu preparat vasitəsilə üzərində təcrübə aparılan xəstələrin 98%-i sağalmış, qalanlarında isə əlamətlər tamamilə aradan qalxmış və prostatda iltihab prosesləri dayanmışdır. Lakin bununla yanaşı müəyyən residivlər ola bilərdi ki, onlar da Goprostatdan mütəmadi istifadə zamanı gələcəkdə tam aradan qalxardı.

Kİmyəvi dərmanlara, cərrahi əməliyyatlara və həkimə müraciət etməyə etməyə ehtiyac yoxdur. Nəzərə alın ki, 30 yaşdan yuxarı kişilərin 62%-də erektil disfunksiya var. Və yaşlandıqca cinsi zəifliyə sahib olma ehtimalınız daha yüksəkdir. Ancaq dərhal müalicəyə başlasanız hər şey yaxşı olacaq. İndi apteklərdə "Viagra", "Sildenafil", "Dinamico", "Maxigra", "Cialis", "Vizarsin", "Tadafil", "İmpasa", "Verona", "Androgel" və digər dərmanlar müalicə adı ilə satılır. Onlar yalnız erektil disfunksiyanı ağırlaşdırır, ağciyərlərin altındakı vəzləri öldürür və ürəyin damarlarını korlayır.

Ancaq  Goprostatın unikal komponentlərinin vəhdəti sayəsində, potensiyanın və cinsi aktın müddətinin qat-qat aydın ifadə olunmuş artması mövcuddur.

Goprostat preparatının problemi kompleks şəkildə həll etməsi yaxşı haldır. O, kişinin bütün sidik-cinsiyyət sisteminə fenomenal sağaltma effekti verir. Sadə dildə desək, preparatın müalicəvi kursundan sonra, kişi orqanizmi 25 yaş səviyyəsində fəaliyyət göstərir. Məhz bu səbəbdən də, biz onu bütün kişilərə məsləhət görürük. Hətta prostatit olmasa belə, preparat effektiv profilaktika həyata keçirərək, potensiyanı nəzərəçarpacaq dərəcədə artırır. 

Rusiya ilə yanaşı, preparat Almaniya və Fransanın urologiya universitetlərində də sertifikasiyadan keçmişdir. Kliniki sınaqlar bütövlükdə Rusiya məlumatlarını təsdiq etmişdir. Fransa isə hətta daha artıq faiz sağalmış əldə etmişdir.

KİŞİLƏR, xəstəliyinizi başına buraxmayın. Həyatdan zövq alın, özünüzü impotensiyaya düçar etməyin və həyatınızı təhlükə altında qoymayın. Bu preparatın satışı hələ ki, apteklərdə həyata keçirilmir, o, çox az istehsal edilir. PREPARATI yalnız internet vasitəsilə əldə etmək olar. Hamıya SAĞLAMLIQ arzu edirik.




Hal-hazırda orijinal Goprostat preparatını təchizatçının rəsmi saytından sifariş etmək olar. 
Daxil olmaq üçün linkin üzərinə tıklayın:


DIQQƏT! 
SAXTA MƏHSULLARDAN UZAQ DURUN.



21 Haziran 2024 Cuma

REALİST NƏ DEMƏKDİR? REALİST BAXIŞ NƏDİR?

 

REALİST - Realist perspektivi olan şəxs və ya 

realist hərəkatı müdafiə edən sənətkar, deməkdir. 

O, realist bir insandır. 






REALİSTİK BAXIŞ - Konkret məlumatlara əsaslanaraq hadisələri və vəziyyətləri obyektiv qiymətləndirən perspektiv, deməkdir. Müəllif romanında realist baxış sərgiləyir və hadisələri olduğu kimi nəql edir.


REALİZM - Sənətdə və ədəbiyyatda, olayları və kişiləri olduğu kimi izah etməyi müdafiə edən hərəkat, deməkdir. Balzakın əsərləri realizmin ən yaxşı nümunələrindəndir.



11 Mayıs 2024 Cumartesi

VƏTƏNPƏRVƏRLİK BİR FƏRDİN ÖLKƏSİNƏ DUYDUĞU SEVGİ VƏ BAĞLILIĞIDIR

 

Bu anlayış tarixin müəyyən dönəmlərində 

fərqli mənalarda işlədilib və bunun mənası dövrün şərtlərinə, 

coğrafiya və cəmiyyətlərinə fəlsəfəsindən olduqca asılıdır.




Millətçilik hisslərinə yaxın anlayış kimi qəbul edilsə də, 

Vətənpərvərlik heç vaxt millətçiliyi təbliğ edən anlayış olmayıb. 

İZLƏMƏK ÜÇÜN DAXİL OLUN :

https://adilirshadoglu.wordpress.com/



8 Mayıs 2024 Çarşamba

ARKADAŞ, YURDUMA ALÇAKLARI UĞRATMA SAKIN !

 

QORXMA EY BÖYÜK TÜRK ALÇAKLARDAN !



Defence Turk - kardeşim,

* Əziz dostum, diqqətinizə görə təşəkkür edirəm.

* Sevgili arkadaşım, ilginiz için teşekkür ederiz.

* Дорогой друг, спасибо за внимание.

* Dear friend, thank you for your attention.



26 Şubat 2024 Pazartesi

GÖZÜMÜN AĞI-QARASI BİRCƏ QARDAŞIM...



Oqtay İrşad oğlu Əliyev 

(Doğum: 18.10.1960. / Ölüm tarixi: 27.02.2006).


Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.

Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatmaq istədilər. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmədilər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına inanırdım. Ancaq bu cinayətkarlar öz layiqli cəzalarını hələ almayıblar, alacaqlarına ümid edirəm. Bunun üçün Azərbaycanın beynəlxalq birliyin köməyinə ehtiyacı var.

Bu gün, həm də, "qanadımı" itirdiyim gündür. Gözümün ağı-qarası məndən kiçik qardaşım Oqtay İrşad oğlu Əliyev 2006-cı ilin 27 fevralında, 45 yaşında iş başında vəfat etdi. O vaxtdan tək qanadla qalmışam.



Oqtay İrşad oğlu Əliyevin ailəsi

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında iş başında şəhid olub. Allah rəhmət eləsin !

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN ! AMİN ...


Adil İrşadoğlu (Əliyev).

27.02.2022.