Ölkəmiz üzücü bazarlaşma mərhələsində; Sergey Lavrovun səfəri cavabdan çox suallar doğurdu; hakimiyyət iki güc mərkəzi arasında yenə “qızıl orta” axtarışındadır...
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri ətrafında öncədən xeyli ajiotaj yaradılmışdı. Ötən il prezident seçkiləri ərəfəsi prezident Vladimir Putinin Bakı səfəri ərəfəsində də təxminən oxşar situasiya mövcud idi. Lavrovun ziyarətinə belə böyük maraq əlbəttə ki, onun konkret statusu və missiyası ilə yox, postsovet məkanında situasiyanın güclü şəkildə dəyişməsi və Rusiya-Azərbaycan münasibətlərindəki bir sıra məsələlər üzrə özünü göstərən qeyri-müəyyənlik faktoru ilə bağlı idi.
Məsələ ondadır ki, Putinin səfərindən sonrakı təxminən bir illik müddətdə dünyada ciddi proseslər gedib və bu proseslər Rusiya ilə Qərb (Avropa Birliyi və ABŞ) arasında postsovet məkanında dominantlıq uğrunda mübarizəni ifrat həddə kəskinləşdirib. Söhbət ilk öncə Kremlin stimul verdiyi və Krımın ilhaqı ilə, separatçılığın alovlanması və “qaz savaşı” ilə Rusiya-Ukrayna münasibətlərinin həddən ziyadə konfliktli vəziyyətə gətirilməsindən gedir.
Bu hadisələrin konteksti nəticə etibarilə qlobal geosiyasi münaqişə doğurdu və Qərblə (AB, NATO, ABŞ) Rusiya arasında qarşıdurmalı rəqabəti dərinləşdirdi. Öz növbəsində Azərbaycan da daxil, bir çox postsovet ölkəsi qeyri-iradəvi olaraq bu konfliktlərdən qaynaqlanan real və potensial təhlükələrin girovuna çevrildilər.
Münasibətlərdəki gərginlik faktoru
Putin Rusiyada hakimiyyət olimpinə qayıtdıqdan dərhal sonra aktiv şəkildə özünün “sabit ideya”sının - SSRİ-nin yeni modifikasiyası kimi Avrasiya Birliyinin (AB) yaradılmasına girişdi. Bu məqsədlə Moskva əksər postsovet ölkələrinə təzyiqləri gücləndirməyə başladı. Təzyiqlər xüsusən də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına cəlb olunmuş və GUAM üzvü olan ölkələrə (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan) yönəldi.
Qeyd edək ki, məhz Putinin Kremlə qayıdışından sonra Rusiya-Azərbaycan münasibətlərində problemlərin, qeyri-müəyyənliyin və soyuqluğun son ana kimi gizli saxlanılan yeni zolağı başlamış oldu. Aydındır ki, tonu Moskva diktə edirdi, ancaq Bakı da ara-sıra borclu qalmırdı. Son bir-iki ilin hadisələrini yada salaq.

Məsələn, Kremlin bəyan edilən yeni velikorus kursuna cavab olaraq rəsmi Bakı Qərbin Azərbaycana kəskin artan energetik ehtiyaclarından ruhlanaraq sanki aktiv şəkildə avrointeqrasiya cığırına qayıtmaq qərarı verdi. Qəbələ RLS-ə görə icarə haqqını kəskin qaldırmaqla, “Transxəzər layihəsi”nə qəfil qoşulmaqla, Türkiyə və İsraillə hərbi-siyasi əməkdaşlığı gücləndirməklə, ABŞ və AB ilə təmasları intensivləşdirməklə, İranla münasibətləri kəskinləşdirməklə, həmçinin Qarabağ məsələsində Rusiyanın sülhyaratma missiyasından məyusluq nümayiş etdirməklə və problemin hərbi yolla həllinə hazır olduğunu göstərməklə Bakı tez-tez Moskvanın maraqları əleyhinə getməkdə idi. Bununla o, sanki açıq şəkildə Qərbin əlinə oynayırdı. O hesabla ki, Qərbin ona “demokratik pressinq”i zəifləyəcək və şimaldan və cənubdan gələn təhlükələrə qarşı ondan hərtərəfli dəstək alacaq.
“Balanslı siyasət anlaşılan və müdrikdir, lakin strateji planda seçim qərarı vermək zərurətindən xilas eləmir”
Beləliklə, 2010-11-ci illərdə ölkənin xarici siyasəti üçün xarakterik olan Rusiyaya ifrat əyilmə 2012-ci ildən etibarən müvafiq şəkildə Qərbə meyllənmə ilə “düzəlməyə” başladı. Azərbaycanın bu qərbyönlü dönüşünü Rusiya əlbəttə ki, cavabsız qoymadı və qoya da bilməzdi. Qərbin planlarına fəal şəkildə müqavimət göstərən Moskva postsovet məkanının, ilk növbədə Azərbaycan da daxil Güney Qafqazın onun prioritet geosiyasi maraqlar sferasına aid olduğunu təkid eləməkdə davam elədi.
Azərbaycana gəlincə, Rusiya Qarabağ problemindən ona qarşı “qamçı və kökə” qismində daim aktiv şəkildə istifadə edib, edir və yəqin ki, bundan sonra da edəcək. Moskvanın təzyiq potensialı bununla bitmir: MDB-nin ənənəvi meydançası var, Xəzər dənizinin hüquqi statusu məsələsi var, neft-qaz rıçaqları var, iqtisadiyyatın, mədəniyyətin, siyasi lobbiçiliyin intensiv sferaları var. Üstəlik, Kremlin sevdiyi və vaxtaşırı istifadə elədiyi üsul - yeni separatçı təhlükələr yaratmaq metodu var. Nəhayət, Rusiyadakı milyonluq əmək miqrantları ordusu var, hansı təhlükəli kartdan ki, Moskva vaxtaşırı Bakını bir sıra məsələlərdə güzəştə sövq eləmək üçün faydalanmağa cəhd edir.
Bununla belə, Putinin neoimperiya kursu, onun Avrasiya Birliyi timsalında SSRİ-nin yeni analoqunu yaratmaq və bütün postsovet məkanında, o cümlədən Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi və iqtisadi dominantlığını bərpa eləmək ideyası hələ ki Bakıda dəstək və anlaşıqla qarşılanmır. Ona görə ki, bu ideya Azərbaycanın milli-dövlət maraqları ilə açıq-aşkar ziddiyyətdədir.
Bu da bir göstəricidir ki, Putin ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev Moskvaya bircə dəfə də səfər eləməyib. Hər şeydən göründüyü kimi, Rusiya Putinin Azərbaycana avqust səfərinin yekunlarından bir elə razı qalmayıb: fakt budur ki, heç bir problem üzrə, öncəliklə Gömrük İttifaqına üzvlük və Avrasiya Birliyinə dəstək məsələsində Bakının açıq-aydın mövqeyini almaq mümkün olmayıb.
Gözləntilərin intriqası
İndiki mərhələdə Moskva ilə Bakı arasında siyasi münasibətlər hansısa “məcburi” tərəfdaşlıq formatında və ambvilent şəkildə qurulub. Bir yandan, Rusiya həddən artıq maraqlıdır ki, Azərbaycanı Avropa Birliyi və NATO-dan məsafədə saxlasın ki, perspektivdə onu Avrasiya İqtisadi Birliyinə inteqrasiyaya meylləndirsin, Avropanı Azərbaycanın qismində alternativ “energetik meydança”dan məhrum eləsin. Bu məqsədlə Moskva Qarabağ məsələsində və işğal altındakı bəzi ərazilərin azad edilməsində müəyyən dərəcədə Azərbaycanın əlinə oynamağa hazırdır.
“2010-11-ci illərdə ölkənin xarici siyasəti üçün xarakterik olan Rusiyaya ifrat əyilmə 2012-ci ildən etibarən Qərbə meyllənmə ilə ”düzəlməyə" başlayıb"
Başqa yandan, Moskva BMT-dəki səsvermə zamanı Ukraynanı dəstəkləməsinə, müstəqil xarici siyasət xətti yeritməkdə inadkarlığına və alternativ energetik ambisiyalarına görə Azərbaycandan ifrat dərəcədə məyusdur. Bu planda Rusiyanın zərurət halında imperiya “qamçısı”nı təzədən işə salacağı istisna deyil.
Bakının da Moskvaya münasibətinə hazırda bir ambivalentlik xasdır. “Ukrayna olayları” və Moskvadan gələn neoimperiya hədələri Bakıya artıq ayıldıcı təsir edib və onu xarici siyasət kursuna, daha dəqiqi, ritorikaya müəyyən korrektələrin edilməsinə kökləyib.
Son ayda isə rəsmi Bakı münasibətlərdəki inamsızlıq və gərginliyi götürməyə cəhd edərək, Rusiya tərəfə aktiv reveranslar edir, ABŞ siyasətindən açıq şəkildə narazılıq və məyusluq nümayiş etdirir, avroiteqrasiya templərini bir az da ləngidir və söndürür və bununla Brüsselə, elə həm də Moskvaya açıqca göstərir ki, o, əməkdaşlığın ikitərəfli formatının tərəfdarıdır və hər hansı ittifaqa qoşulmağın əleyhinədir.
***
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri Avrokomissiyanın başçısı Barrozunun Azərbaycana ziyarətindən az sonraya təsadüf elədi. Əlamətdardır ki, rəsmi Bakı çoxsaylı məsələlər üzrə mövqe seçiminin qəlizliyi şəraitində sanki bir yandan Brüsselin nüfuzlu təmsilçiləri ilə, digər yandan isə Moskvadan olan mühüm emissarla saat əqrəblərini bir daha “tutuşdurmaq” qərarına gəlib. Görünür, Bakı yenə də “qızıl orta”nı - həm Brüsselin şirnikləndirmələrindən, həm də Moskvanın hədələrindən bərabər uzaqlıqlı mövqeyi tapmağa çalışır.
Hazırkı mərhələdə Bakının belə bərabəruzaqlıqlı və konyuktur balanslı mövqeyi bütövlükdə Brüssel və Bakını qane edə bilər. Fəqət, öz mövqeyini dəqiqləşdirmək və strateji seçimi eləmək zərurəti bu səfərlərdən sonra da itib getməyəcək. Həmçinin, Qərblə Rusiyanın asimmetrik təzyiqləri aradan qalxmayacaq. Azərbaycan istənilən halda, seçim eləməli və bir sıra məsələlərlə bağlı mövqeyini müəyyənləşdirməli olacaq.
Lavrovun səfəri çoxlu suallar doğurdu. Heç kimə sirr deyildi ki, rusiyalı nazir Azərbaycana Moskvanın təkcə Qarabağ nizamlanması, energetik siyasət, Avrasiya Birliyinə perspektiv üzvlük və s. bağlı müəyyən təkliflərini səsləndirmək üçün yox, həm də Bakının əks-təkliflərini dinləmək üçün gəlmişdi - əgər təbii ki, belə təkliflər varsa.
“Bu da bir göstəricidir ki, Putin ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan prezidenti Moskvaya bircə dəfə də səfər eləməyib”
Gözlənildiyi kimi, səfər qapalı rejimdə keçdi, mətbuat üçün hər hansı informasiya səslənmədi. Bu səbəbdən ziyarətin uğurlu və ya məhsuldar olması barədə mühakimə yürütmək olduqca çətindir. Görünən budur ki, Lavrovun səfəri üzücü danışıqlar (“bazarlaşma”) mərhələsinin yalnız başlanğıcıdır: hər halda, bu səfər hələ ki bir çox sualları ortadan qaldırmadı və səfərədək mövcud olan həyəcanlı gözləntilər ovqatını saxladı.
Rəsmi Bakı yəqin ki, bundan sonra da xarici siyasətdə konyuktur çoxvektorluluq strategiyasına söykənəcək ki, bütün qapıları açıq saxlasın, özünü geosiyasi planda bu və ya başqa sərt, etiketlənmiş taxçaya aparıb salmasın. İlham Əliyev məhz Moskva ilə Vaşinqton arasında, Ankara ilə Tehran arasında, NATO ilə Qoşulmamaq Hərəkatı arasında, Avrasiya İttifaqı ilə Avropa İttifaqı arasında müəyyən seçim azadlığı yaradan belə bir praqmatik və konyuktur balanslı siyasətə üstünlük verir.
Belə mövqe mahiyyət etibarilə anlaşılan və müdrikdir, eyni zamanda mövcud vəziyyətdə xeyli əsaslı görünür. Lakin strateji planda bu siyasət seçim qərarı vermək zərurətindən xilas eləmir. Bu gün olmasın, sabah olsun.
Zəfər QULİYEV, politoloq
musavat.com
Ümid partiyasının sədri İqbal Ağazadə Əli Rza Bozqurdla dostluğundan və bir sıra bilinməyən detallaradan danışdı
Məlum olduğu kimi, Türkiyənin əsas müxalifət partiyaları olan MHP və CHP qarşıdan gələn prezident seçkilərində vahid namizədlə çıxış etmək qərarına gəliblər. Millətçilərin və solçuların vahid namizədi sürpriz isim - İslam Əməkdaşlıq Təşkilatının sabiq sədri Ekmələddin İhsanoğlu olacaq. İlk baxışdan E.İhsanoğlu yalnız iki partiyanın razılaşdırdığı bir namizəddir. Lakin proseslərin startı böyük planlardan xəbər verir.
Maraqlıdır ki, Türkiyənin hazırkı baş naziri və seçkilərdə ən çox şansı olan Rəcəb Tayyib Ərdoğana yaxın texnoloqlar və media quruluşları iddia edirlər ki, E. İhsanoğlunun vahid namizədliyi Amerikanın layihəsidir. Yoxsa belə bir qısa zamanda iki fərqli və zidd ideologiyaya söykənən partiyalar ortaq nöqtə tapa bilməzdilər. Tayyibçilər “Amerikanın Ərdoğana qarşı irəli çıxartdığı vahid namizəd”in ismini liderlərə söyləyən adamı da bulublar. Onların iddialarına görə, bu, məşhur iş adamı, Amerika və Türkiyədə “müdhiş türk” kimi tanınan Əli Rza Bozqurddur (Ali Rıza Bozkurt). İddiaya görə, Amerikada yaşayan Əli Rza Bozqurd bu məsələ üçün Türkiyəyə gəlib MHP və CHP liderləri ilə görüşərək, onlara bu adı tövsiyə edib.
“Yeni Müsavat”ın bu barədə srağagün dərc etdiyi xəbərdə həmçinin deyilir ki, Ə.R.Bozqurdun adı Azərbaycanın bir sıra siyasi simalarına yaxşı tanışdır. Onun hazırda Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə ilə sıx əlaqələri var.
İ.Ağazadə ilə əlaqə saxlayıb Əli Rza Bozqurdla dostluq münasibətləri və digər məsələlərlə bağlı suallarımıza cavab istədik.
- İqbal bəy, Əli Rza Bozqurdla dostluğunuz nə vaxtdan başlayıb?
- 15 ildir Əli Rza bəylə dostluğumuz var. Biz tez-tez görüşürük. Dünyanın müxtəlif yerlərində görüşlərimiz olub. Birlikdə tədbirlərdə olmuşuq. Dəfələrlə Əli Rza bəyin evində olmuşam. Yəni çox yaxın münasibətlərimiz var. Əli Rza bəy Azərbaycanı sevən adamlardan biridir. Xalqına, dövlətinə bağlı olan böyük insandır. ABŞ-da, dünyanın müxtəlif yerlərində sözünə, mövqeyinə, ağlına ciddi hörmət qoyulan şəxslərdən biridir. Çox zəki, çox ağıllı insandır. Yaxın Şərqdə, dünyada baş verən prosesləri çox gözəl bilir, təhlil edir. Hesab edirəm ki, Yaxın Şərqlə bağlı, dünyada baş verən proseslərlə bağlı Əli Rza bəyin fikirlərinə və mövqeyinə etimadla yanaşılır.
- Əli Rza Bozqurdla dostluğunuz siyasi münasibətlərdən, yoxsa iqtisadi ilişkilərdən başlayıb? Dostluğunuzun tarixçəsini açıqlaya bilərsinizmi?
- Bizim çox təsadüfdən başlayan bir dostluğumuz yaranıb. Sonra dostluğumuzun çərçivəsi genişlənib. İstənilən vaxt telefon açıb dünyanın harasında olsa qonaq ola biləcəyim dostlarımdandır. Bunu bir siyasətə və ya bir iqtisadi ilişkilərə bağlama düzgün deyil. Bütün sferalarda mən Əli Rza bəyi özümün böyük dostum hesab edirəm.
- Onun sözü dünya nəhəngi olan ABŞ-da həqiqətənmi keçərlidir?
- Dünyada müxtəlif dairələrdə, xüsusilə ABŞ-da onun sözü eşidilir, onun mövqeyinə hörmətlə yanaşılır.
- Azərbaycana Əli Rza bəyin münasibəti necədir?
- Azərbaycana çox yaxşı münasibəti, sevgisi var. Rəhmətlik Əbülfəz Elçibəylə də, rəhmətlik Heydər Əliyevlə də çox yaxşı münasibətləri olub. 1992-ci ilin 7 iyununda Azərbaycanda Əbülfəz Elçibəyin prezident seçildiyi seçkiləri müşahidə edən ABŞ missiyasının rəhbəri olub. Əbülfəz Elçibəylə də ilk görüşü müşahidə missiyasına rəhbərlik edərkən seçkidən dərhal sonra olub. Heydər Əliyevlə də müxtəlif vaxtlarda görüşləri olub. Mənim bildiyimə görə Heydər Əliyevə çox böyük hörməti olub, Heydər Əliyevi siyasətçi kimi çox yüksək dəyərləndirib.
- Məlumatlar yayılıb ki, Türkiyə müxalifətinin Ekmələddin İhsanoğlunun prezidentliyə namizədliyini verməsində Əli Rza Bozqurdun mövqeyi rol oynayıb. O, ABŞ-dan gəlib həmin şəxsi tövsiyə edib...
- Türkiyədə siyasi dairələr Əli Rza bəyin fikirlərinə böyük hörmətlə yanaşırlar. Güman edirəm ki, onun Türkiyə, bu ölkənin siyasəti barədə söylədikləri nəzərdən qaçırılmır. Hər zaman nəzərə alınır. Amma sizin dediyiniz məsələ ilə bağlı dəqiq məlumatım yoxdur. Lakin bilirəm ki, məsələn, qardaş ölkədə istənilən siyasi dairə Türkiyənin iç və daxili siyasəti ilə bağlı Əli Rza bəy mövqe ifadə edirsə, onu görməzlikdən gələ bilməz. Çünki Əli Rza bəy Türkiyəni və dünya siyasətini çox gözəl bilir.
- Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin hesabatında Ümid Partiyası Azərbaycanın Milli Məclisində yeganə müxalifət partiyası kimi qeyd edilmişdi. Düşünmək olarmı ki, hesabatda bu fikirlərin əksini tapmasında Əli Rza bəyin orada yaratdığı təsəvvür də rol oynayıb?
- Bu barədə dəqiq bir şey deyə bimərəm. Yəni ABŞ-ın proseslərə bir Əli Rza Bozqurdun çərçivəsindən və ya informasiyasından baxdığını güman etmirəm. Amma Əli Rza bəydən bu barədə nəsə soruşublarsa və o, nəsə deyibsə, yəqin ki, sözünü boş verməzlər. Amma bilmirəm soruşublar, yoxsa yox.
Etibar SEYİDAĞA
musavat.com
İqbal Ağazadə ilə Ekmələddin İhsanoğlunu birləşdirən adam - Əli Rza Bozqurd
Məlum olduğu kimi, Türkiyənin əsas müxalifət partiyaları olan MHP və CHP qarşıdan gələn prezident seçkilərində vahid namizədlə çıxış etmək qərarına gəldilər. Millətçilərin və solçuların vahid namizədi sürpriz isim - Ekmələddin İhsanoğlu olacaq. İlk baxışdan, E.İhsanoğlu yalnız iki partiyanın razılaşdırdığı bir namizəddir. Lakin proseslərin startı böyük planlardan xəbər verir.
Maraqlıdır ki, Türkiyənin hazırkı baş naziri və seçkilərdə ən çox şansı olan Rəcəb Tayyib Ərdoğana yaxın texnoloqlar və media quruluşları iddia edirlər ki, E. İhsanoğlunun vahid namizədliyi Amerikanın layihəsidir. Yoxsa belə bir qısa zamanda iki fərqli və zidd ideolojiyə dayanan partiyalar ortaq nöqtə tapa bilməzdilər. Tayyibçilər “Amerikanın Ərdoğana qarşı irəli çıxartdığı vahid namizəd”in ismini liderlərə söyləyən ismi də bulublar. Onların iddialarına görə, bu, məşhur iş adamı, Amerika və Türkiyədə “müdhiş türk” kimi tanınan Əli Rza Bozqurddur (Ali Rıza Bozkurt). İddiaya görə, Amerikada yaşayan Əli Rza Bozqurd bu məsələ üçün Türkiyəyə gəlib və MHP-CHP liderləri ilə görüşərək, onlara bu adı tövsiyə edib...
Baş nazirə yaxın texnoloqların və medianın eyni anda ortaya atdıqları bu iddianı bir seçki antitəbliğatı kimi dəyərləndirmək mümkündür. Lakin istər-istəməz bu ad maraq doğurur. Əli Rza Bozqurd kimdir və onun hansı gücü var ki, haqqında bunca böyük iddialar irəli sürülür.
Öncə onu deyək ki, Ə.R.Bozqurd adı Azərbaycanın bir sıra siyasi simalarına yaxşı tanışdır. Hələ 1992-ci ildə, Əbülfəz Elçibəyin prezident seçildiyi seçkini müşahidə edən Amerika missiyasının başında Azərbaycana gəlib. 2003-cü ildə bu və ya başqa kanallarla müxalifətin namizədinə dəstək verib... Bundan sonra Azərbaycanın daxili siyasətinə marağını itirmiş kimi görünüb. Ölkədə hazırda Ümid Partiyasının lideri, deputat İqbal Ağazadə ilə sıx təmas saxlayır. Amerikanın hakimiyyət dairələrinə hər zaman yaxın olub. İndi isə ABŞ Prezidenti Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinə başçılıq edir. Yəni prezident Obamaya yaxın məsafədədir və sözü eşidilir.
Tayyib Ərdoğanın texnoloqlarının məlum iddialara düşməsinin səbəbi nədir? Ortada fakt varmı?
O zaman çoxlarının nəzərindən qaçan belə bir fakta diqqət yetirək. CHP və MHP uzun müddət idi vahid namizədi müəyyən edə bilmirdi.
Belə bir vaxtda Ankaradakı iqamətgahında Əli Rza Bozqurd bir ziyafət təşkil edir. CHP lideri Kamal Kılıçdaroğlu ziyafətdən dərhal sonra E. İhsanoğlunun vahid namizəd olacağını açıqlayır...
Hətta bu fakt olmasa da, siyasətlə dərindən maraqlananlar bilirlər ki, Əli Rza bəyin Türkiyənin siyasi həyatındakı rolu və oraya müdaxilə imkanları böyükdür...
Beləliklə, E.İhsanoğlunun arxasında Əli Rza Bozqurdun dayanması iddiası durumu xeyli tündləşdirir. Bu iş-elm-siyasət adamının seçimi proseslərə önəmli təsir göstərmək gücündədir. Xatırladaq ki, 2000-ci ildə Türkiyənin prezidenti seçilən Əhməd Nejdət Sezər də Əli Rza Bozqurdun irəli sürdüyü namizəd kimi tanınırdı.
Araşdırmalar olduqca maraqlı bir məqamı üzə çıxardır. 1999-cu ildə, prezident seçkilərinə hələ bir il vaxt qalmış, Əli Rza Bozqurd Əhməd Nejdət Sezərə bir ziyafət verir, görüşdən dərhal sonra isə kameralar qarşısına çıxaraq, ona xitabən “Hörmətli prezidentimiz, ölkəmizə uğurlu olsun”, - deyir.
O zaman adətən kölgədə qalmağı sevən Bozqurdun bu bəyanatına çoxları önəm verməmişdilər.
Lakin gözləmədiyi halda Ə. N. Sezər bir il sonra ölkənin prezidenti oldu. Elə bircə bu fakt Türkiyənin “Dərin dövləti”nin başında kimin durduğunu düşünməyə əsas verir.
Göründüyü kimi, Ə.R.Bozqurd Ə.N.Sezərin prezident olacağını bir il öncədən bilirdi. Türkiyədə bunu bilmək, həyata keçirtmək üçün möhtəşəm gücə və əlaqələrə sahib olmaq lazımdır.
Əli Rza Bozqurd təzadlı, müəmma dolu əlaqələrə malik olan bir iş adamıdır. Neft, inşaat, ən müxtəlif sahələrdə tanınan bir biznesmen olan Ə. R. Bozqurd ilk körfəz savaşında Kuveytdə idi və ABŞ-ın bu ərəb ölkəsini köməksiz qoymayacağını bəyan edirdi.
Ə.R.Bozqurdun Küveytdə proseslərə təsiri o dərəcədə böyük idi ki, İraq lideri Səddam Hüseyn onun girov götürülməsini əmr etdi. Səddamın şəxsi tapşırığı ilə girov götürülən Ə. R. Bozqurdu azad etmək üçün Ankara və Vaşinqton çox çalışmalı oldu.
Ə.R.Bozqurd ABŞ və eyni zamanda Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrə malikdir. Onun adı bu iki ölkə arasındakı iqtisadi və siyasi münasibətlərdə önəmli bir fiqur kimi keçir.
Bəs Bozqurdun “namizədi” Ekmələddin İhsanoğlunun hansı cizgiləri önəmlidir?
Misirdə anadan olan E.İhsanoğlu Türkiyə vətəndaşıdır. Bu günə kimi göstərdiyi fəaliyyət onun Səudiyyə Ərəbistanını ifrat məhəbbətlə sevdiyini deməyə əsas verir. Görünən budur ki, elə Səudiyyə Ərəbistanı da E.İhsanoğluna böyük ümidlər bəsləyir. Türkiyədə E. İhsanoğluna münasibət birmənalı deyil. Misirdəki hərbi çevriliş zamanı qanuni prezident seçilmiş Mursini kəskin tənqid edib, hərbi qiyamın lideri Sisini mədh edən bir sima olaraq E. İhsanoğlu ən müxtəlif tənqidlərə məruz qalır. Maraqlıdır ki, belə bir mövqeyi Mursi devrilərkən Səudiyyə Ərəbistanı da dəstəkləmişdi.
Ə.R.Bozqurdun seçiminin hansı səbəbə E.İhsanoğlu olmasının gizlinləri də bu məqamda bəlli olur. Maraqlıdır ki, son zamanlar ABŞ və Səudiyyə Ərəbistanı ilə Ərdoğanın münasibətləri xeyli dərəcədə gərginləşib. Belə bir vaxtda Ə. R. Bozqurd Ankaradakı ofisində ziyafət verir və vahid namizədin adı açıqlanır - Ekmələddin İhsanoğlu.
Lakin əsas sual açıq qalır - kamalçılar, ələvilər, millətçilər bu şəxsə səs verəcəklərmi?
Ə.R.Bozqurdun Türkiyə siyasətinə daha fəal müdaxilə etməsi dünyada gedən siyasi prosesləri tamamlayır. Belə ki, bölgədə Səudiyyə Ərəbistanının fəal iştirakı ilə, İŞİD, "Əl Qaidə"nin də yer aldığı mürəkkəb bir oyunun getdiyi də göz önündədir. Belə mürəkkəb bir qambitdə Ə.R.Bozqurdun yer alması düşündürücüdür.
Göründüyü kimi, Türkiyədə əsas siyasi fiqur kimi məhz Əli Rza Bozqurdun adı hallanır. Bu şəxsin tərcümeyi-halına qısa bir nəzər salaq.
1942 -ci ildə Sivasda anadan olub. Anası Merik Məryam, atası jandarma işləyən Abbas Bozqurddur.
Ə.R.Bozqurd İstanbul Texniki Universitetində inşaat mühəndisi bölümünü bitirib. 58 yaşında Harvard Universitetində ikinci təhsil alıb.
Ankarada böyük bir mənzilə sahibdir. İstanbulda, Boğaziçində möhtəşəm mənzərəli villaya malikdir.
Əsasən ABŞ-da, Los Anceles və Hollivuddakı evlərində yaşayır.
Ə.R.Bozqurdun 20-dən çox ölkədə inşaat, neft, ticarət kimi iri biznesləri var. 18 ildir ki, ABŞ siyasətinin mərkəzində duran bir simadır.
ABŞ prezidenti Corc Buşun seçki komandasının fəal üzvlərindən olub. 2008-ci ildə Konqresə seçkilərdə öz namizədliyini irəli sürüb. ABŞ vətəndaşıdır. Hazırda Obama administrasiyasına xüsusi dərəcədə yaxındır.
Ə.R.Bozqurd Türkiyənin ABŞ-dakı əsas lobbiçisi hesab olunur. Onu ABŞ -ın Türkiyə, Orta Asiya və Yaxın Şərq üzrə əsas “kuratoru” hesab edənlər də az deyil.
Azər RƏŞİDOĞLU
musavat.com
“Bizə imkan vermirlər ki, Azərbaycan dövləti, hökuməti öz ölkəsini daha yaxşı inkişaf etdirsin. Torpaqlarımızın 20%-ni Ermənistan Silahlı Qüvvələri bəzi qonşu ölkələrin köməyi ilə işğal edib və artıq 22 ildir bu torpaqlar işğal altındadır”.
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Ə.Həsənov təəssüflə qeyd edib ki, onların 53%-i, yəni 500 minə qədəri qadındır: “Son 20 ildə 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb. Əgər bu gün dünyada insan cəmiyyətində qadınların hüquqlarının qorunmasından söhbət getsə də, beynəlxalq aləmdə qadınlar insan cəmiyyətinin ən həssas hissəsi hesab edilsə də, təəssüflər olsun ki, qadınların hüquqlarının qorunması üzrə qəbul olunan qətnamə, bəyannamə, konvensiya, qaydaların icrası bu həssaslığa, zərifliyə cavab vermir. Əgər beynəlxalq aləmdə bu konvensiya, qanunlar qadının hüququnun qorunması ilə bağlı qəbul edilirsə, nə üçün icra olunmur? Beynəlxalq konvensiyalara qoşulan ölkələrdə qadınların hüququnun qorunması beynəlxalq səviyyədə təmin olunmursa, onun təmin edilməsinə mane olanlara qarşı nə üçün tədbir görülmür? Dünyada bütün beynəlxalq təşkilatlar bu problemin həlli üçün qərar və qətnamələr qəbul ediblər. Nə üçün icra olunmur?”
Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün qadınlara qarşı zorakılıq davam edir, qadınların hüquqları qaçqın kimi pozulur. Azərbaycan tarixində qadınların qaçqın statusunun olmadığını deyən Ə.Həsənovun sözlərinə görə, bu, son 30 ilin, sovet hakimiyyətinin iflasa uğradığı ərəfədə yaratdığı məhsuludur: “Azərbaycan xanımları da təəssüflər olsun ki, qaçqın adına məhkum olurlar. Bütün dünyada insan hüquqlarının qorunmasından söhbət gedirsə, nə üçün bununla bağlı qəbul olunan qaydalar, qanunlar, qətnamələr icra olunmur? Nə üçün ayrı seçkiliklər var? İkili standartlardan artıq danışmırıq. Artıq ikili standart ömrünü başa vurub və dünyada çoxşaxəli standartlar, ayrı-seçkiliklər var. Bunun hamısı gözümüzün qarşısında baş verir. Əgər hər bir ölkədə hər bir beynəlxalq qurum özü qəbul etdiyi qayda-qanunların icrasını təmin etsə, bu cür haqsızlıqlar, ədalətsizliklər baş verməz”.
Сегодня я понял, что Гражданская война в России началась! Да, именно так! А ещё я понял, как начался в России 1937 год. Как начались репрессии.
Солнечное утро, раздаётся телефонный звонок :
«- Доброе утро, мамуль!
- По тебе тюрьма плачет! Я, наконец, прочла твою статью. Ты в ней оскорбляешь президента! Ты мне больше не сын. В такое время, когда вся страна…
- А что страна? Страна напала на другую, захватила её землю, убивает её граждан, и президент, действительно, мудак, если всё это делает.
- Всё! Ты мне больше не сын! Я тебе больше никогда помогать не буду! Больше не звони!
-Ты хочешь, чтоб твоего внука отправили на эту войну?! Чтобы он убивал таких же, как и он, говорящих на том же языке? А потом убили его? За просто так? За глупость и амбиции недалёкого полковника?»
В ответ - брошенная трубка!
Именно так и начинается гражданская война. Она начинается с раскола семьи, когда мать становится против сына, дочь против отца, брат против брата. Так появляются концлагеря, так убивают несогласных, убивают руками их родных, самых близких им людей. Это самая страшная война из всех вооружённых конфликтов. Она не имеет реальных причин, она не ведётся за землю, она не ведётся за сферы влияния и её ничем нельзя оправдать. Только идеология.
Именно такой и является для меня потенциальная война с Украиной! Для меня Украина - часть меня. Мне сложно принять, что моя правая рука будет резать левую. Нет причин для такого действия, кроме шизофрении. И это можно остановить, если вовремя обратиться к врачам и принять лекарства.
Внешняя агрессия сплотит Украину, а Россию эта война развалит. Погибнут тысячи сыновей, и их матерям не поможет никто. Готовы ли матери отправить своих сыновей на бойню за золотой батон? Тысячи детей останутся без отцов. Кто им объяснит, за что они погибли? Кто им поможет вырасти и кто из них вырастет? Осознают ли они это? Или, как обычно, все думают, что это их не коснётся? Мол, это случится с соседями, а у нас будет всё нормально? Нет, не будет, никогда не будет!
Тысячи бывших солдат не получат славы и почестей. Наоборот, они вынуждены будут скрывать своё участие в ней, так как эта война будет признана преступной, а, соответственно, все принимавшие участие в ней - преступниками, лицами, исполнявшими преступные приказы. Такое уже было в истории, достаточно вспомнить Нюрнбергский процесс. Там чётко и понятно было указано, что исполнение преступного приказа является преступлением и подлежит уголовной ответственности, если повлекло тяжкие последствия. Смерть противника в этих условиях будет приравнена, со стороны напавших, к убийству, а со стороны защищающихся это будет признано правом на самооборону. В равной степени будут признаны преступниками как лица отдававшие приказы, так и лица их исполнившие, а также лица, поддержавшие и создавшие условия для их исполнения. Хотелось бы спросить у тех, кто планирует и осуществляет подготовительные действия к этой войне, они осознают последствия своих действий? На сколько шагов они планируют? И что будет дальше? Или они думают, что, развязав войну, они из неё выйдут победителями, а победителей не судят? Для этого надо победить… Да, и, кстати, Караджич с Милошевичем не пример для них?
Думайте! Время на исходе!
Леонид Власюк, специалист по кризисному PR, политическому консалтингу (Россия).