Translate

11 Şubat 2014 Salı

"ABŞ qalib gəlsə, Rusiya ümidini itirsə, Qarabağ problemi həll olunacaq"


“Ukrayna tamamilə Avropaya yönələndən və Rusiya imperiyanı bərpa etmək yolundakı bütün ümidlərini itirəndən sonra Dağlıq Qarabağ münaqişəsi həll olunacaq”.

Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Dağlıq Qarabağla bağlı aparılan danışıqların perspektivini şərh edərkən deyib.

“ABŞ Qarabağ problemini əsas prioritet elan edəndən sonra münaqişə həll olunacaq”

Siyasi ekspert Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində ABŞ-ın səylərinə diqqət çəkib. Onun sözlərinə görə Ağ Ev Qarabağ probleminin çözümünü  əsas prioritet elan edəndən sonra münaqişə öz həllini tapacaq. 

“ABŞ münaqişənin həllində həmişə fəallıq göstərib. İndiki vəziyyətdə Ukrayna ABŞ-ın prioritetidir. ABŞ Ukrayna məsələsinin üzərində möhkəm dayanıb və axıra qədər də belə davam edəcək. Bir gün Cənubi Qafqazda sülh və Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın prioriteti olacaq. O zaman məsələlər öz məcrasına düşəcək və problemlər həll olunacaq”-deyə V.Quluzadə bildirib.

“Minsk Qrupu münaqişənin həllinə heç bir xeyir vermir”

Analitik Minsk Qrupunun formatının dəyişməsi ilə bağlı suala belə aydınlıq gətirib: “Minsk Qrupu münaqişənin həllinə heç bir xeyir vermir. Nə qədər müzakirə ola bilər?”. 

Sabiq dövlət müşaviri onu da qeyd edib ki, Dağlıq Qarabağ probleminin ədalətli nizamlanmasında danışıqlar elə də rol oynamır. 

Ekspertin fikrincə, konfliktin danışıqlar yolu ilə tənzimlənməsi üçün gərək siyasi bünövrə olsun.

“Ermənilərin marağı Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından ibarətdir”

V.Quluzadənin sözlərinə görə,  dünya danışıqlar üçün  siyasi atmosferə hazır olmalıdır. 

“Atmosfer nədən ibarət olmalıdır? Rusiya imperiya kimi çökməlidir. Bundan sonra Rusiyanın yaratdığı bütün münaqişələr həll olunacaq. Regiondakı bütün münaqişələri, erməni millətçiliyini Rusiya yaradıb. Rusiya Ermənistanı idarə edir. Kreml elə siyasət yürüdür ki, ermənilər Qarabağla bağlı hər hansı razılıqdan boyun qaçırır. Ermənilərin marağı Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından ibarətdir. Ermənilər məsələnin həllinə razılıq verəndə Rusiya tərəfindən  müxtəlif vasitələrlə onlara təzyiq olunur. Ya parlament nümayəndələrini güllələyirlər, ya prezidenti işdən çıxarırlar. Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan o zaman münaqişəni birbaşa Azərbaycanla həll etmək istəyəndə Moskva onu işindən kənarlaşdırdı. Serj Sərkisyan isə tam olaraq Rusiyanın nökərinə çevrilib”-deyə .V.Quluzadə şərh edib.

9 Şubat 2014 Pazar

“RUSİYA İMPERİYASI ÖZ CANINI MAYDANDA TAPŞIRACAQ”


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Maydan qələbəsinin Rusiya imperiyasının sonu olacağını deyib. Musavat.com - un Ukryana mediasına istinadla verdiyi məlumata görə, Saakaşvili bu sözləri ABŞ-da Ukrayna pravoslav kilsəsinin Kiyev patriarxlığının başçısı Filaretlə görüşü zamanı söyləyib.

“Bu, həqiqətən də belədir. Vaxt gələcək, tarixçilər yazacaq ki, Rusiya imperiyası öz mövcudluğuna Kiyev Maydanında son verdi. Belə də olacaq. Xalq hökmən qalib gələcək və mən inanıram ki, bütün xalqları birləşdirən yaxşı bir aqibət və gələcək gerçəkləşəcək”, - deyə sabiq prezident bildirib. 

Musavat.com

8 Şubat 2014 Cumartesi

Əhalisinin 76 faizi türk olan İrəvan ermənilərə necə verildi?


Qərbi Azərbaycanın (indiki Ermənistan) rus-erməni işğalı və azərbaycanlılara qarşı törədilmiş müdhiş cinayətlər haqqında tarixi faktlar

 İşğalçılıq siyasətini və bəşəri cinayətlərini gizlətmək üçün özləri barədə “əzabkeş”, “yazıq” obrazı yaratmağı bacaran dünya erməniləri 2015-ci ildə qondarma “erməni  soyqırımı”nın  100 illiyini “təntənəli” şəkildə qeyd etməyə hazırlaşır.

Tarixi həqiqətlərin saxtalaşdırılması işində mahir olan bədnam qonşularımızın, erməni ideoloqlarının və onların havadarlarının gerçək mahiyyətinin açılması istiqamətində bir sıra ciddi qaynaqlar var ki, onların zaman-zaman ictimailəşdirilməsinə, onların Azərbaycan və xarici oxucu auditoriyasına çatdırmağa ciddi zərurət var.

Səməndər Mehdiyev: “Bizə məxsus olan İrəvan xanlığının torpaqlarını tələb etməli və hansı yolla olursa-olsun həmin torpaqlara qayıtmaq uğrunda mübarizə aparmalıyıq”
Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyinin rəhbəri Səməndər Mehdiyev tarixi sənədlərə və digər mənbələrə əsaslanaraq erməni vandalizmini və saxtakarlığını ifşa edən çox ciddi mətləbləri ortaya qoyub.

Bununla bağlı redaksiyamıza təqdim etdiyi müəllif yazısında S.Mehdiyev ermənilərin 99 ildir ki, hər il aprel ayının 24-də Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının mərkəzi sayılan İrəvan (Yerevan) şəhərinə toplaşdığını, Türkiyə və Azərbaycana tarixən düşmən olan bir sıra xarici dövlətlərin nümayəndələrinin iştirakı ilə 1915-ci ildə guya türklər tərəfindən ermənilərə qarşı törədilmiş “soyqrımı”nı yada saldığını,  öldürülmüş ermənilərin qisasını türk və müsəlmanlardan çıxmaq üçün quldur katolik keşişlərinin “xeyir-duasını” aldığını xatırladıb.

Hovannes Şahxatunyan: “390 il İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olub”

Araşdırmaçı xatırladır ki, erməni tarixçilərinin belə bir çoxu bu torpaqların İrəvan xanlığının inzibati ərazisi olduğunu və azərbaycanlı xanlar tərəfindən idarə edildiyini təsdiqləyib: “Hətta erməni kahin Hovannes Şahxatunyanın tərtib etdiyi siyahıda göstərilir ki, 390 il (1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olmuşdur. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də quldur yuvası kimi fəaliyyət göstərən erməni katolik kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı  "Erməni Sovet  Ensiklopediyası"nda öz əksini tapmışdır". S.Mehdiyev yazır ki, dünya ölkələrinin arxivlərində mövcud olan tarixi sənədlərə heç bir məhəl qoymayan daşnaklar  II Dünya müharibəsindən sonra yəhudilərin Almaniyadan təzminat almasından şirnikləşərək 1915-ci ildə bu “əzabkeş”, “yazıq” millətə qarşı guya Osmanlı Türkiyəsi tərəfindən “soyqırımı” törədildiyini iddia edir. Ancaq əslində XX əsrin əvvəllərində rus qoşunları və erməni silahlı dəstələrinin təkcə Türkiyədə deyil, Qərbi Azərbaycanda (indiki Ermənistan) türk və digər müsəlman xalqlara  qarşı kütləvi qırğınlar törətmələri tarixi sənədlərlə sübuta yetirilib.

S.Mehdiyev qeyd edir ki, tarixən əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. Hələ 1876-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamış, 1802-ci ildə çar I Aleksandr  Sisyanova yazdığı məktubda ermənilərə münasibətini belə ifadə etmişdir: “Nə olursa-olsun ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır”. Bu siyasət sonrakı illərdə də davam etdirildi. 1828-ci ilin mart ayının 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi. Elə həmin ildə İranın Marağa şəhərindən 40 min erməni Dağlıq Qarabağa, 40 min erməni  isə İrəvan xanlığının ərazisinə köçürüldü.

Cigərxanyanın tarixi etirafı

Yeri gəlmişkən, Dağlıq Qarabağa köçürülən ermənilər 1978-ci ildə köçürülmələrinin 150 illik yubileyini təntənəli şəkildə  qeyd etmələrinə və buna aid abidə ucaltmalarına baxmayaraq ermənilər indi özlərini Dağlıq Qarabağın aborigen milləti sayır. Qarabağda məlum hadisələr başlayandan sonra isə ermənilər bu bölgənin “əsl sahibləri” olduqlarını iddia etmək üçün həmin abidəni yer üzündən sildilər. S.Mehdiyev araşdırma materialında bu barədə yazır: “Maraqlıdır ki, bir neçə il bundan qabaq SSRİ xalq artisti aktyor Armen Cigərxanyan müsahibə verərkən jurnalistə kobud şəkildə belə dedi: "Ay uşaq, mənim ulu babamın qəbri İranın Marağa şəhərindədir. Ad-familyaları da qəbir daşında yazılıb. Mən necə deyə bilərəm ki, ulu babam stepanakertlidir". İndi həmin A.Cigərxanyan ermənilər tərəfindən “arzuolunmaz şəxs” hesab edilərək  daşnak məclislərinə buraxılmır".

***
Sonralar ermənilər çar Rusiyasına arxalanaraq “Böyük Ermənistan” dövləti yaratmaq iddiasına düşdülər və İrəvan xanlığının ərazisində müvəqqəti “Erməni vilayəti”ni dövlət kimi formalaşdırmağa başladılar. Birinci növbədə  Qərbi Azərbaycanda (indiki Ermənistan) əhalinin milli tərkibinin sayını öz xeyirlərinə dəyişdirmək məqsədi ilə xarici ölkələrdən xanlığın ərazisinə erməniləri köçürmək, Azərbaycan türklərini dədə-baba yurdlarından qovaraq yerli əhaliyə aid bütün tarixi abidələri yer üzündən silmək, tarixi toponimləri dəyişdirmək və s. kimi planlarını həyata keçirməyə başladılar. XX əsrin əvvəllərində öz sələflərinin  yolunu davam etdirən Sovet Rusiyası və digər havadarlar “türksüz Ermənistan” yaratmaq məqsədi ilə ermənilərin planlarına rəvac verdilər.

İrəvan xanlığının tarixi torpaqları üzərində erməni dövləti yaratmaq üçün hələ XIX əsrin əvvəllərindən başlayaraq ermənilər aborigen əhalini zorla dədə-baba yurdlarından  qovub çıxarmaq prosesini mərhələ-mərhələ həyata keçirib. S.Mehdiyev tarixi reallıqları konkret faktlarla təqdim edir:

I mərhələ 1828-1905-ci illəri əhatə edib və 595.000 nəfər soydaşımız deportasiya edilib. II mərhələ 1905-1907-ci illərə təsadüf edib ki, bu zaman 275.000 azərbaycanlı yurdundan qovulub. III mərhələ 1914-1920-ci illəri (575.000 qovulub), IV mərhələ 1948-1953-cü illəri (105.000 azərbaycanlı deportasiya olunub), V mərhələ isə 1988-1990-cı illəri əhatə edib və nəticədə Qərbi Azərbaycandakı 250.000 azərbaycanlı son nəfərinədək deportasiyaya məruz qalıb. Bu illərdə azərbaycanlılara qarşı saysız-hesabsız qırğınlar törədilib, təxminən 900 minə qədər qərbi azərbaycanlı öldürülüb, yerli əhaliyə məxsus bütün əmlakları talan edilib, yurd-yuvası dağıdılıb, dinc əhaliyə 105 milyarddan çox ABŞ dolları həcmində maddi ziyan dəyib. Təkcə 1918-1920-ci illərdə daşnak Andronikin başçılığı ilə törədilmiş soyqırım zamanı 50 mindən çox Azərbaycan türkü və müsəlman əhali öldürülüb. 1948-1953-cü illər deportasiyası zamanı köçürülən 105 min əhalinin yarıdan çoxu (!) şəraitsizlik və aclıqdan qırılıb. Maraqlıdır ki, pambıqçılığın inkişafı adı altında yurdlarında zorla qovulan əhalinin köçürülməsi o zaman ölkə rəhbərləri olmuş M.C.Bağırov (Azərbaycan) və Q.Y.Haruyutunovun (Ermənistan) Stalinə göndərdikləri 3 dekabr 1947-ci il tarixli razılıq məktubu əsasında həyata keçirilib. Azərbaycanda deportasiya olunmuş həmin əhalinin məskunlaşması üçün ayrılmış vəsaitin yalnız 47%-i xərclənmişdir. Bu da minlərlə insanların aclıq və şəraitsizlikdən məhvinə səbəb olub.
Tarixi faktlar sübut edir ki, ermənilər Qərbi Azərbaycan əhalisini zorla qovub çıxarmaqla bərabər boşaldılmış yaşayış məntəqələrinə xarici ölkələrdən erməni əhalisinin köçürülməsini də müxtəlif dövrlərdə planlı şəkildə həyata keçiriblər. Bu proses 1928-ci ildən başlayaraq 1953-cü ilədək daha geniş miqyasda həyata keçirilib. Ancaq elə son onilliklərdə də işğal olunmuş Qarabağ ərazilərində Suriya erməniləri hesabına qanunsuz məskunlaşma prosesi həyata keçirilir.

Müəllif yazır ki, yalançı vədlərə inanaraq “Ermənistan”a axışan ermənilərlə yanaşı, müxtəlif ölkələrdə ayrı-ayrı millətlərə qarşı cinayət törətmiş, gizlənmək üçün  İrəvan xanlığının torpağında məskunlaşan  terrorçu ermənilər əhalinin sayını öz xeyirlərinə dəyişdirə bildilər.

Ermənilərin Azərbaycana böyük köçü

Azərbaycanın tarixi ərazilərinə böyük erməni köçünü S.Mehdiyev aşağıdakı kimi qruplaşdırıb və köçürülən ermənilərin sayına diqqət çəkib:

1 . 1928-ci ildən başlayaraq: - İrandan 40.000 , Türkiyədən 84.600, Suriyadan 30.000 nəfər.
2. 1914-1922-ci illərdə: - Türkiyədən 70.000, Fransadan 30.000 nəfər.
3. 1946-cı ildən başlayaraq: - İran, Suriya, Livan, Bolqarıstan, Yunanıstan, Rumıniyadan 409.000 nəfər.
4. 1947-ci ildə: - ABŞ, Fələstin, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 35.000 nəfər.
5.1948-1953-cü illərdə: - ABŞ, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 100.000 nəfər.
Ermənilərdən daha bir etiraf - 76 faiz azərbaycanlı!
Erməni yazarları Z.Lalayanın “Tarixi xatirələr” kitabında (II hissə), X.Hakopyan, S.Melikbaxşıyan və X.Barseğiyanın “Ermənistanın və ətraf rayonların toponimlər lüğəti” əsərində və Ermənistan Sovet Ensiklopediyasında birmənalı şəkildə təsdiq olunur ki, İrəvan xanlığının və ətraf rayonların əhalisinin 76%-dən çoxu (!!!) Azərbaycan türkləri və müsəlmanlar olmuşdur.

Erməni vandalları insanlara qarşı törətdikləri cinayətləri Qərbi Azərbaycanda (indiki Ermənistan) tarixi abidələrə də tətbiq edilib. Onlar türk-müsəlman izlərini itirmək üçün bütün tarixi abidələri yer üzündən siliblər.

S.Mehdiyev təkcə İrəvan şəhəri və onun ətrafında dağıdılmış böyük həcmli möhtəşəm tarixi abidələrin bir qismi haqqında faktları xatırladıb:

- İrəvan qalası, 1413-cü ildə inşa edilmişdi.

- 1510-cu ildə Şah İsmayılın əmri ilə İrəvanda inşa edilmiş Şah İsmayıl məscidi. (ermənilər 1918-ci ildə həmin məscidə türk və müsəlmanları dolduraraq od vurub yandırmışlar)
- 1510-cu ildə İrəvan sərdarı Əmirqulu xan Qacar tərəfindən ucaldılan, Hüseynəli xan tərəfindən 1782-ci ildə təkmilləşdirilən Sərdar qalası.

- 1604-cü ildə I Şah Abbasın inşa etdirdiyi , İrəvan qalası ərazisində,  Sərdar sarayının şərqində yerləşən I Şah Abbas məscidi.

- 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalası yaxınlığında inşa edilmiş möhtəşəm məscid.

- Müxtəlif illərdə İrəvan qalası və onun ətrafında inşa edilmiş 8 məscid kompleksi.

- Sərdarabad qalası və s.

Müəllif yazır ki, ümumiyyətlə, Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində 42, Üçmüədzin qəzasında 33 və Zəngəzur qəzasında 35 böyük həcmli tarixi abidələr dağıdılıb: “Ermənilər bu gün də öz iyrənc əməllərini davam etdirərək bütün toponimləri, o cümlədən bütün yaşayış məntəqələrinin adlarını dəyişdirməkdə davam edirlər. Dəyişdirilmiş adların sayı 590-dan çoxdur. Göründüyü kimi, ermənilər havadarlarının köməyi ilə XXI əsrin əvvəllərində Qərbi Azərbaycanla (indiki Ermənistan) bağlı bütün planlarını həyata keçirərək təkmillətli dövlət yaratmağa nail oldular. Əslində bu onların hünəri, qüdrəti deyil. Zəncirlənmiş quduz it simasında havadarlarına  tulalıq  missiyasını həyata keçirirlər. Vaxt gələcək, onların əsas himayəçisi olan Rusiyanın da qatı düşməninə çevriləcəklər”.
Ermənilər barədə tarixi həqiqətlər zaman-zaman qeyri-azərbaycanlı məşhurlar tərəfindən qeyd olunub. Rus yazıçısı V.Valeçko yazırdı: “Ermənilər tarix boyu tez-tez öz himayəçilərini dəyişmişlər; Roma, Bizans, İran, Rus, İngilis, Fransız, Türk... Tarix səhnəsində ermənilərə yeni-yeni himayədar çıxarkən, həmişə köhnə himayəçilərini satmışlar”. ABŞ  tədqiqatçısı Samuel Uimzin isə yazırdı: “Terrorçu xristian erməni dövlətinin bugünkü işğalçılıq siyasətinin təməlləri XIX əsrin sonlarında ”Erməni məsələsi" ortaya atılarkən qoyulmuşdur. Bu siyasət SSRİ dövründə də Ermənistanın rəsmi siyasəti olmuşdur".

S.Mehdiyev Dağlıq Qarabağın və ətraf ərazilərin düşməndən azad ediləcəyinə əmindir: “İndi biz Qərbi Azərbaycan  (indiki Ermənistan) dövlətindən bizə məxsus olan İrəvan xanlığının torpaqlarını tələb etməli və hansı yolla olursa-olsun həmin torpaqlara qayıtmaq uğrunda mübarizə aparmalıyıq. Bu məsələnin həllində Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya edilmiş və hər cür zorakılığa, terrorizmə və soyqırımına məruz qalmış qərbi azərbaycanlılar xüsusi fəallıq göstərməlidirlər”. Təşkilat rəhbər ermənilərin tarixi cinayətlərini unutmamağa, düşməndən qisas almağa çağırır: “Biz, qərbi azərbaycanlılar VƏTƏNİMİZƏ QAYIDIŞ missiyasını həyata keçirmək üçün bütün vasitələrdən istifadə etməli və tarixi düşmənlərimizdən QİSAS almalıyıq.  Ermənilərin tarix boyu terrorizm, soyqırımı, vandalizmi  "kişilik" əlaməti saydıqları və insanlığa xas olmayan əməlləri həyata keçirmək üçün yaratdıqları “Daşnakstyün”, “ASALA”, “Hnçaq”, “Ramkavar”və s. terror təşkilatlarının törətdikləri cinayətləri onların özlərinə qarşı törətməyin vaxtı çatıb".

Elşad PAŞASOY

4 Şubat 2014 Salı

İLHAM ƏLİYEV UKRAYNANIN XİLASI ÜÇÜN PUL AYIRIR


Avropa İttifaqının sensasion planı məlum oldu, 
Azərbaycan da bu plana dəstək verənlərdən biridir 

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali komissarı Ketrin Eşton Brüsselin Ukraynadakı siyasi böhranının həllinə dair yeni planını təqdim etmək üçün Kiyevə gedir.
Virtualaz.org saytının "EU Observer” nəşrindən əldə etdiyi məlumata görə, bu plan siyasi böhranının həllinin əvəzində Kiyevə iri məbləğdə maliyyə yardımının edilməsini nəzərdə tutur. Məsələnin sensasion tərəfi odur ki, Azərbaycan da bu planda yer alanlardan biridir.
Xəbərə görə, plan fevralın 3-də Brüsseldə Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsinin iclasında müzakirə olunub. Ketrin Eştonun nümayəndələri Aİ ölkələrinin səfirlərinə planın bütün detallarını bildirməsə də bəzi detalları çatdırıblar. Plana görə, prezident Viktor Yanukoviç güzəştə gedərək müxalifətin qalan  tələblərini də yerinə yetirsə, Ukraynaya iri həcmdə maliyyə yardımı ediləcək.
K.Eştonun nümayəndələri məbləği açıqlamayıblar. Lakin deyiblər ki, pullar beynəlxalq sponsorlar qrupundan, o cümlədən Avropa İttifaqından, ABŞ-dan, habelə Azərbaycan, Yaponiya və Norveçdən daxil olacaq.
Komitənin iclasında həmçinin Litvanın Yanukoviçin yaxın ətrafına daxil olan şəxslərə qarşı sanksiyaların tətbiq olunmasına dair təşəbbüsü geniş dəstək qazanıb. Ketrin Eşton bu gün axşam Kiyevə səfər edir. Onun müxalifət və hakimiyyət nümayəndələri ilə danışıqları gözlənilir.

Avropa İttifaqının Ukraynaya yeni maliyyə yardımı təklifi Rusiyanın Ukraynaya vəd etdiyi 15 milyard dollarlıq krediti dondurmasından sonra irəli sürülür. Moskva həmçinin Yanukoviçi xəbərdar edib ki, Ukraynanın qaza görə 2,7 milyard dollar borcu yaranıb. Rusiya bu addımları Yanukoviçin müxalifətin irəli sürdüyü tələblərin bir neçəsini qəbul etməsindən, o cümlədən baş naziri istefaya göndərməsindən sonra atıb.
Brüsseldəki mənbə deyib ki, Aİ-nin təklif etdiyi maliyyə yardımının əvəzində Yanukoviç hökumətdə iqtisadiyyat bloku nazirliklərini müxalifət nümayəndələrinə verməli, seçki islahatları aparmalı, növbədənkənar prezident seçkilərinin vaxtını təyin etməli və prezidentin səlahiyyətlərinin azaldılaraq parlamentə verilməsini həyata keçirən onstitusiya düzəlişləri etməlidir.
Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ketrin Eştonun səfəri ərəfəsində Avropa İttifaqının Kiyevdəki səfirləri Ali Radada görüşlər keçirir. Müxalifət liderləri də Ali Radaya dəvət olunub. Ukrayna parlamentinin binası qarşısında Azərbaycan səfirliyinin xidməti avtomobili də park edib və bu, ölkəmizin Kiyevdəki diplomatik təmsilçisinin Avropa İttifaqının sözügedən planı ilə bağlı müzakirələrdə yer aldığını göstərir.
Bəs Azərbaycan Ukrayna üçün pul ayırmağa niyə hazırdır və nədən rəsmi Bakı Aİ-nin bu ölkədə hakimiyyətin Qərbmeylli müxalifətə keçməsinə imkan yaradan planına dəstək verir?

Bu sualın cavabını Ukraynanın Azərbaycan üçün nə dərəcədə mühüm ölkə olmasında axtarmaq lazımdır. Çünki Ukraynada gedən proseslər Qərbin məğlubiyyəti və Rusiyanın qələbəsi ilə başa çatsa, o zaman Azərbaycanın da müstəqil siyasət yürütməsi xeyli çətinləşəcək.
Deməli, Azərbaycanın Aİ-nin Ukrayna planına yer alması bilavasitə ölkənin uzunmüddətli milli maraqları nəzərə alınmaqla atılmış riskli, eyni zamanda kifayət qədər cəsarətli addımdır.
Keçmiş sovet məkanında Azərbaycanla Ukrayna həmişə koordinasiyalı xarici siyasət yürüdüblər və təsadüfi deyil ki, ötən ilin payızında prezident Viktor Yanukoviç Aİ-nin Şərq Tərəfdaşlığı sammiti ərəfəsində - Avropa ilə assosiasiya sazişinə dair qərar qəbul etmək ərəfəsində olanda Azərbaycan prezidenti ilə məsləhətləşmələr aparmağa ehtiyac görmüşdü.
Həmin sammit ərəfəsində Kiyevə səfər edən prezident İlham Əliyev Viktor Yanukoviçlə onun iqamətgahında yüksək məxfilik şəraitində uzun müzakirələr aparmışdı. 

29 Ocak 2014 Çarşamba

CHE GUEVARA-nın ÖLDÜKDƏN SONRA ÇANTASINDAN ÇIXAN NİTQ KİTABI



Kuba İnqilabının qabaqcıllarından və Fidel Castronun əqidə yoldaşı Argentinalı inqilabçı həkim Che Guevara, 1967-ci ildə Bolivyada tutulub öldürüldüyündə kürək çantasından, 
" Atatürkün Böyük NİTQi " kitabı çıxmışdır...

NİTQin Kuba İnqilabındakı yeri əslində daha əvvəlki illərə uzanır. Sosialist Kuba Respublika başçısı Fidel Castro, 12 May 1961 tarixində Havanada vəzifəli gənc Türkiyə diplomatı Bilal Şimşirdən "Atatürkün Böyük Nitq Kitabını" istər. ABŞın məlumatı olmaması xahişiylə edilən bu istək, Bilal Şimşir tərəfindən uzunca bir müddət sonra yerinə gətirilə bilər. İşdə, Fidel Castronun Atatürk heyranlığının qaynağı; İngiliscə "Nitq" kitabını özümsəyərək oxumasında və inqilabçı M. Kamal ATATÜRKün ilk antiemperyalist döyüşümünü zəfərə çatdıran "1919 Ruhu"ndan ilhamlanmasında yatır. 

 12 dekabr 1996da bir mükafat mərasimi üçün getdiyi Kubada Fidel Castro ilə görüşən Dursun ÖZDEN özünə "Türkiyədə solçu, qabaqcıl və inqilabçı gənclər; Che Guevara və Fidel Castronu çox sevirlər və sizləri mütləq öndər olaraq qəbul edirlər..." deyər. Bu sözlərə Castronun verdiyi cavab çox mənalıdır: "İnqilabçı M. Kamal ATATÜRK varkən, Türk gəncləri niyə özlərinə başqa öndər axtarırlar?... İnqilabçı ATATÜRK bizim və bütün məzlum xalqların əsil qaynağıdır..." 

Mart 1997 də Habitat Yığıncağı üçün İstanbula gələn Fidel Castro, etdiyi danışmada belə deyər: "Əsl inqilabçı M. Kamal Atatürkdür. Mən bir inqilab etdim, amma ONun etdiklərini əsla bacara bilməzdim. Əsla özünüzə başqa əsin qaynağı axtarışın..." Fidel Castronun bu sözləri qarşısında həyəcanlanmamaq mümkünmü? 

Bu məzmunda son illərdə Latın Amerika ölkələrində əsməkdə olan "milliçi və antiemperyalist küləkdə" Mustafa Kamal işığının təsiri yoxdurmu sizcə?...

O Mustafa Kamal işığıdır ki; şərqdən qərbə, cənubdan şimala, bir çox xalq hərəkətini və xalq öndərini təsir etmişdir. Məsələn, müasirləri Lenin və Churchill özünü həmişə təqdir etmişlər. Məsələn, 1935dəki Uzun Gediş əvvəlində Şankay Meydanında toplanan minlərlə Çinliyə səslənən Maonun ilk sözləri belədir: "Mən, Çinin Atatürküyəm.." Və 1948dən bu günə qədər, Çin Xalq Respublikasındakı 8. və 9. siniflərdə Yakınçağ Tarixi dərslərində Atatürk və Respublika İnqilabları oxudulur.

Mix.az
http://youtu.be/lOfo6VMFIHM