Translate

Jurnalist etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Jurnalist etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

30 Haziran 2021 Çarşamba

ZƏRDÜŞT KƏBƏSİ, SÜLEYMAN MƏBƏDİ VƏ MÜQƏDDƏS KƏBƏ EVİ: DÜŞÜNDÜRÜCÜ PARALELLƏR

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

İran İslam Respublikasının qədim Persepolis şəhərinin yaxınlığındakı Nəqşi-Rüstəm adlı məntəqədə əsl təyinatı bugünədək bilinməyən, sirli bir bina yerləşir. Kub şəklində olduğuna və fasadının bəzi yerlərinə qara daşdan üzlük vurulduğuna görə “Zərdüşt Kəbəsi” adlandırılan bu abidə e.ə. VI–V əsrlərdə tikilmişdir.

Ehtimala görə, ən azı XIV əsrdən etibarən “Zərdüşt Kəbəsi” adı ilə tanınan tikilinin digər adı “Zindani Süleyman”dır. Guya Süleyman Peyğəmbər burada xəlvətə çəkilərək Allaha ibadət edirmiş.




“Zərdüşt Kəbəsi”nin yalnız cənub-qərb küncünün bir hissəsində azacıq qaralma vardır. Əvvəllər məhz bu fakta əsaslanaraq güman edirdilər ki, tikili atəşpərəstlərin məbədi olmuşdur. Lakin sonrakı tədqiqatlar zamanı burada vaxtı ilə Zərdüşt ayinlərinin icra olunduğunu göstərə biləcək ciddi dəlillər – od, tüstü, his izləri və s. aşkar edilmədi. Halbuki Zərdüşt məbədlərinin hamısında, istisnasız olaraq, “müqəddəs od” qalanır, nəticədə divarlara, tavana tüstü hopurdu. Əlavə olaraq qeyd edək ki, aşağıdakı iki amil binanın atəşgah olmadığını göstərir:

— tikilinin pəncərələri olmadığı üçün orada qalanan ocaq uzun müddət yana bilməz;

— yunan salnaməçilərinin məlumatlarına əsasən, Əhəməni dövrünün məbədlərində müqəddəs od qalanmırdı.

Daha çox ehtimal edilən budur ki, “Zərdüşt Kəbəsi” Əhəməni imperiyasının qurucusu Böyük Küruşun göstərişi ilə inşa olunmuşdur. Başqa bir gümana görə, o I Daranın və ya I Kserksesin tacqoyma mərasimi üçün tikilmişdir. Digər fərziyyəyə əsasən, bina Əhəməni hökmdarlarından birinin sərdabasıdır. Belə bir fikir də vardır ki, tikilidən atəşpərəstlərin müqəddəs mətnlərinin saxlanc yeri – arxiv və ya kitabxana kimi istifadə edilirmiş.

“Zərdüşt Kəbəsi”nin hündürlüyü 12 metr 50 santimetrdir. O üçpilləli postamentlə birlikdə 14 metrə çatır, divarının uzunluğu 7 metr 25 santimetrdir. Qapısının hündürlüyü 1 metr 90 santimetr, eni 1 metr 70 santimetrdir. Tikilinin səmti şimaladır.

Mütəxəssislərin fikrincə, bu binanın yanında Böyük Küruş tərəfindən inşa etdirilmiş daha bir “Kəbə” olmuş, lakin zamanla ondan yalnız bir divar qalmış, qalan hissələri uçub-dağılmışdır.

Beşinci şəkildə qədim yəhudilərin əfsanəvi səfər məbədi – “Skiniya” təsvir olunmuşdur. Kəbəyə bənzəyən bu çadır-məbədə yəhudilər “Mişkan ha-şem” – Allahın adının olduğu yer, Allah evi deyirdilər. Məbədin yəhudi adına bir daha nəzər salaq: “Mişkan ha-şem” (Ha-şemin məskəni).

Altıncı şəkildə əfsanəvi “Süleyman məbədi”nin rekonstruksiya olunmuş modellərindən birini görürük. Onu yəhudilərin “birinci məbəd”i də adlandırırlar. Məbədin giriş hissəsi “Zərdüşt Kəbəsi”nin giriş hissəsi ilə, demək olar ki, eynidir. Yəhudilər inanırlar ki, bu məbədi e.ə. 950-ci ildə Süleyman Peyğəmbər inşa etdirmişdir. “Birinci məbəd” guya e.ə. 586-cı ildə Babil çarı II Nəbukadnezzar tərəfindən dağıdılmışdır.

Yeddinci şəkildəki “Zorovavel məbədi”nin modelidir. “İkinci məbəd” adı ilə məşhurdur. Onun tikintisi yəhudiləri Babil əsarətindən xilas etmiş Böyük Küruşun əmri ilə e.ə. 538-ci ildə başlanmış, e.ə. 516-cı ildə Böyük Dara tərəfindən başa çatdırılmışdır. Eramızın 70-ci ilində yəhudi üsyanını yatıran Roma ordusu məbədi uçurmuşdur.



“Tövrat”ın yəhudi tədqiqatçılarının ehtimalına görə, “Süleyman məbədi”nin uzunluğu 30 metr, eni 10 metr, hündürlüyü 15 metr olmuşdur.

Haşiyə. Yəhudilərin birinci və ikinci məbədləri ilə “Əhəməni Kəbəsi”ni bir-birinə bağlayan bir məsələ diqqətimizi cəlb edir. Yuxarıda qeyd etdiyimiz kimi, birinci məbəd real tarixi şəxsiyyət olduğunu “Tövrat” və “Quran”dan başqa heç bir tarixi mənbənin təsdiqləmədiyi Süleyman Peyğəmbər, ikinci məbəd isə Əhəməni imperiyasının qurucusu Böyük Küruş tərəfindən inşa etdirilmişdir. Maraqlıdır ki, “Zərdüşt Kəbəsi”nin el arasında yayılmış adlarından biri “Zindani-Süleyman”dır.

P.S. Sonda Məkkə şəhərində yerləşən müqəddəs “Kəbə Evi” haqqında qısa məlumat verək. Kəbədə bir neçə dəfə, o cümlədən 605-ci ildə qureyşilər, 683-cü ildə Xəlifə Abdullah ibn Zubeyr, 693-cü ildə Əməvi xəlifəsi Əbdulməlik ibn Mərvan, 1629-cu ildə Osmanlı sultanı Murad, 1996-cı ildə Səudiyyə dövləti tərəfindən əsaslı təmir işləri aparılmış, bəzən isə bina sökülərək yenidən inşa edilmişdir. Hazırda Allah evinin hündürlüyü 13 metr 10 sm, uzunluğu 11 metr 3 sm, eni 12 metr 86 santimetrdir. Kəbənin qapısının hündürlüyü 3 metr 60 santimetr, eni 1 metr 68 santimetrdir. Qapı yerdən iki metr hündürlükdədir. Bina kub formasındadır.


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist. 

& VƏTƏNSEVƏRLƏR

Araşdırma

20.06.2021

19 Haziran 2021 Cumartesi

ÜÇ DOSTUN BİR SEVGİSİ

Təranə Məmməd 
Yazıçı, Publisist, şair 


Universitetin İkinci kursunu bitirirdim. Ərəb dilindən imtahan verirdim o gün. Tələbə yoldaşlarımdan ayrılıb boş bir otaqda biletlərin suallarını təkrar edirdim. Oturduğum otağa bir cavan oğlan daxil oldu.
- Burda otursam sizə mane olmaram? - deyə soruşdu.
-Yox. Buyurun, - dedim.
O,  arxada oturdu, başını aşağı salıb dəftərindən nəsə oxuyurdu. İmtahan ərəfəsində o qədər həyacanlı idim ki, onun mənə verdiyi sualı dəqiq eşitmədim və çönüb ondan:
- Nəsə dediniz? - soruşdum.
- Dedim ki, bakılısınız?
- Xeyr. 
Mən yenə gözlərimi kitaba zillədim.
- Bəs haralısınız?
Mən arxaya çönüb gülümsündüm və:
- Yenə nəsə dediniz? - deyə soruşdum.
- Dedim ki, bəs haralısınız? - deyə o da gülümsündü.
- Anam şuşalıdır. Atam ağdamlı. 
- Ola bilməz?
- Niyə?
- Çünki mən də şuşalıyam.
- Doğrudan?
Beləliklə, biz tanış olduq. Mən o qədər sevinirdim ki, elə bil qohumlarımdan kiməsə rast gəlmişdim.
- Mən 4-cü kursda oxuyuram, Hüquq fakültəsində. Adım Ümiddir, - deyə oğlan mənə tanışlıq verdi.
- Mənim adım Gülərdir. Şərqşünas olacam əgər bu gün imtahanı verə bilsəm, - deyə mən də tanışlığı qəbul etdim.
Bir qədər sonra yenicə tanış olduğum həmyerlimlə  sağollaşıb imtahana getdim.
Sonralar onu bir daha  görmədim.
O, məndən yaşca böyük və ilk baxışdan çox ciddi bir oğlan kimi qaldı yadımda. 
Həmin yay biz Şuşaya istirahətə getdik.
Atamın dostları bizi həmişə Şuşada o qədər gözəl qarşılayırdılar ki, günlərin necə gəlib necə getdiyini hiss etmirdik.
Bu dəfə ecazkar Şuşada bizi həm də qohumlar gözləyirdi.
İlk getdiyimiz yer və orda qalacağımız qohumlardan birinin evi idi.
Biz təzəcə yerləşmişdik ki, ev telefonuna zəng gəldi.
- Evin sahıbəsi mənə baxaraq:
- Gülər, qızım, səni telefona çağırırlar.
- Hamı mənə baxdı.
Bir qədər özümü itirib:
- Siz səhv edirsiz. Mənə kim zəng edə bilər?
- Deyir tələbə yoldaşıdı. 
Mən telefona yaxınlaşdım.
- Vətənə xoş gəldiniz, Gülər xanım.
- Bağışlayın...
- Ümiddir.
- Aaaa! Ümid. Necəsiniz? Biz indicə yerləşmişik hələ.
- Bilirəm. Gördüm sizi gələndə. Sonra arxanızca gəldim. O evi tanıyıram. Ona görə zəng etdim. Bir gün bizə də dəvətlisiniz.
- Çox sağolun. 
Mən dəstəyi yerinə asanda rəngim qıpqırmızı idi. Bilmirəm nədən.
Evdəkilərin baxışları mənə zillənmişdi. Özümü bu yaranmış vəziyyətdən xilas etmək üçün dərindən nəfəs alıb:
- Tələbə yoldaşımdır. Şuşalıdır, - dedim.
Evdəkilərin bir saniyə sükutunu bizimlə gedən xalaqızı pozdu.
- Gəlin sabah Çıdır düzünə gedək!
Hamı elə bunu gözləyirmiş kimi sabahkı günün planını qurmağa başladı.
Anam məni mətbəxə çəkib:
- Kim idi zəng edən? - deyə soruşdu.
- Mən onu cəmi bir dəfə görmüşəm, tanımıram. Dedi ki, şuşalıdır.
- Qəribədir. Biabır olduq camaatın içində.
Mən pərt olmuşdum, amma dəqiq bilirdim ki, heç bir günahım yoxdur.
Hamı günorta yeməyinə hazırlaşırdı. Qarabağ aşının və gecədən qızların, gəlinlərin bükdüyü yarpaq dolmasının ətri aləmi götürmüşdü. Böyük  şüşəbənd dolu idi qohum-əqraba ilə.
Bakıdan gələcək daha bir adamı gözləyirdilər. Tezliklə həyətdə hay-küy eşidildi. Özünəməxsus səslə və sırf Qarabağ ləhcəsində danışan cavan bir oğlan həyət qapısından içəri girdi. İlk baxışdan kinoaktyor Nodar Şaşıqoğluya bənzəyən bu şən oğlan hər kəslə öz dilində danışırdı. O, diqqəti cəlb etdikcə özündən razı şəkildə pilləkənləri qalxıb bizə yaxınlaşdı. )))
Hamı bu cavan oğlanı öpüb bağrına basırdı. Düzü özüm də anlamadığım qısqanclıq hissi yarandı məndə. Bu oğlan, mənim tanımadığım uzaq qohumum, gələcəyin jurnalısti Vüqar idi.
Məclisimizin ağbirçəyi isə onun nənəsi idi. Nənə o qədər gözəl, mötəbər, təmkinli və yumorlu qadın idi ki, hamının sevimlisinə çevrilmişdi.
- Nənəəə? Nətəərsən? - deyə o birinci nənəsini öpdü.
- Yaxşıyam, ay bala, sən nətərsən?
- Ay nənə, bu "firmenni" paltarı hardan almısan?
- Nə paltarı? - deyə nənə sual verdi.
Hamı gülüşdü.
Beləliklə, bu yeni gələn cavan oğlan məclisi tam əlinə aldı.
Sonra mən onun diqqətini cəlb etmək məqsədiylə:
- Sabah Cıdır düzünə gedəcəyik. Siz də gedirsiniz?
- O, sanki məni ilk dəfə görürmüş kimi düz gözümün içinə baxdı və:
- Kimlər gedir? - deyə soruşdu.
- Hamı.
- Gedirəm! Cıdır düzünə getməmək olarmı?
Gözüm kənardan bizə baxan nənəyə sataşdı. O altdan-altdan nəvəsinə baxıb fərəhlə  gülümsəyirdi.
- Get, nənə qurban, sən də get! - deyə nənə nəvəsinə göz vurdu.
- Yox, alınmayacaq! Mənim sabah dostumla görüşüm var. Gözləyəcək məni. Atlara baxmağa gedəcəyik. Mən Şuşaya gəlib, Qarabağ atını çapmasam qayıda bilmərəm Bakıya.  Atları çox sevirəm. Yəqin bu irsidir. Onda belə edərik, hamılıqla əvvəl dostumla görüşərik, sonra birlikdə Cıdır düzünə gedərik. İndi ona zəng edib deyərəm. 
- Kimdi, bala, o dostun? Denən gəlsin burda görüşün dayna, - deyə nənə  müdaxilə etdi.
- Yox, ay nənə, Ümid evinə qonaq çağırıb ey məni.
Mən o qədər özümü itirdim ki...
- Ümid? - deyə təəccübləndim.
- Hə, Ümid mənim dostumdur. Qızıl kimi oğlandır. Hüquqşünasdır. Bugün-sabah prokurordur, - deyə qohumum yenə gülümsədi.
Mən Ümidin kim olduğunu dərhal anladım, amma heç nə demədim. Ertəsi gün hamımız Cıdır düzünə getməyə hazırlaşırdıq. Səsimiz ətrafı götürmüşdü. Şuşanın füsunkar gözəlliyinə heyranlıqla onun unudulmaz küçələriylə addımladıqca içimizdə bir fərəh hissi var idi sanki. 
Vüqar dostuyla görüşü Şuşa İncəsənət muzeyinin qarşısında təyin etmişdi. 




Onlar çox mehriban görüşdülər. Biz onlara kənardan baxırdıq. Birdən onlar bizə tərəf addımladılar.
- Tanış ol! Qohumlarımdı hamısı. Bu qız isə şərqşünasdır. Bizim Univesitetdə oxuyur, - deyə Vüqar bizi tanış etməyə çalışdı.
- Biz tanışıq, - deyə Ümid irəli addımlayıb əlini mənə uzatdı və:
- Vətənə xoş gəlmisiniz, Gülər xanım! - dedi
Mən sakit səslə:
- Çox sağolun, - deyib geri çəkildim.
Hiss etdim ki, qohumumun bu tanışlıq xoşuna gəlmədi. Düşündüm ki, gərək Ümidi tanıdığımı ona deyəydim dünən. Vüqar özünü ələ alıb dostuna bizimlə getməyi təklif etdi. Ümiddə çaşqın, lakin cox ciddi idi. O, bizimlə getmədi.
Bu iki gəncin mənə münasibəti heç zaman dəyişmədi. Onlar indi də mənə hörmət və ehtiram bəsləyirlər.
Şuşa, Cıdır düzü, təbiətin yaratdığı ən möhtəşəm sənət əsəri! O çiçəklər, o ətir, o hava, o səslər sonralar uzun illər unudulmadı. Şuşada bitən ən gözəl çiçək Xarıbülbül yadıma düşəndə indi də kövrəlirəm. Məşhur Qırx pilləkən, Daşaltı, Topxana,Ərim gəldi qayası. Bu yerləri qarış-qarış gəzdik o yay. Dəfələrlə İsa bulağında olduq. Hətta Xan əmini canlı dinlədim mən Şuşada həmin il. Bilsəydim ki, bu Şuşayla son görüşümdür əyilib o daşlı küçələrindən öpərdim Şuşamın. Onunla vidalaşardım heç olmasa.
Vüqar çox qalmadı bizimlə. Bakıya qayıtmalı idi. Ümidi  Şuşada bir daha görmədim. Bu iki yaraşıqlı, ağıllı və tərbiyəli oğlanların hər ikisi çox ləyaqətli insan, etibarlı dost idi. Qarabağda dostluq müqəddəsdir. Biz həqiqətən dost ola bildik. Biz üç dost olduq. Üçümüzün də bir sevgisi var idi. Biz Şuşaya, Qarabağa vurğun idik. Şuşa məhəbbəti, Qarabağ sevgisi birləşdirirdi bizi .
Lakin... biz o gözəl məkanda bir daha görüşə bilmədik.
Qaraldı gözəllər-gözəli Şuşanın mavi səması.
Tarixə alınmaz Qala kimi yazılmış Şüşanı ermənilər işğal etdi. Dağ çəkildi ürəklərimizə. Üzlərimizdə gülüşümüz, təbəssümümüz dondu. Biz heç birimiz ürəkdən gülüb danışa bilmədik ondan sonra. Yaman kövrək olduq üçümüz də. Hər dəvə Qarabağdan söz düşəndə yanıb töküldük, yaramız gövr etdi.
Şuşada görüşmək ümudiylə yaşayırıq hələ də.
Biz üçümüz də Şuşa və Qarabağ üçün əlimizdən gələni etdik.  
Ümid Qarabağ müharibəsinin ilk günündən əyninə hərbi paltar geyindi. Vüqar cəbhə bölgələrində könüllü hərbi jurnalıst kimi çalışdı. Mən isə təhlükəsizlik zabiti oldum. Hərə öz fəaliyyət cəbhəsində Qarabağ probleminin həlli naminə çalışdı. Amma... 
 
Hər üçümüz canımızdan keçməyə indi də hazırıq müqəddəs məhəbbətimiz, sevgimiz uğrunda. Çünki hər üçümüz Şuşanı və Qarabağı dəlicəsinə sevirik.

Təranə Məmməd.
Bakı - 15.06.2017.

& VƏTƏNSEVƏRLƏR

18 Haziran 2021 Cuma

SABAHIMIZIN AĞDAM ŞƏHƏRİ

MUSTAFA ÇƏMƏNLİNİN SƏFƏR QEYDLƏRİ  



Xalqımızın çox əziz tarixi günündə - 28 Mayda səhər tezdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak edəcəyi Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak üçün Quzanlı qəsəbəsindən yola çıxdıq.

28 il üzümüzə qapadılmış Dördyoldan keçib həsrətində olduğumuz Ağdama gedirdik. İrəlilədikcə Bərdədən Ağdama uzanan dəmiryolunun yenidən bərpa olunduğunun şahidi olduq. 28 il idi bu dəmir yolla Bakı-Ağdam qatarı hərəkət etməmişdi. O zamandan bu dəmiryolu mənim yaddaşımda acı bir xatirə kimi qalmışdı. O zaman Köçərli stansiyasının yaxınlığında relslərin üstündə bir neçə vaqon hərəkətsiz dayanmışdı. Bir neçə qaçqın ailəsi bu vaqonlarda məskunlaşmışdı. İsti yay günlərində körpə uşaqları vaqonların kölgəsində oynayan görəndə təəssüflənir, göz yaşlarımı qəlbimə axıdırdım. Acı-acı fikirləşirdim ki, bu uşaqların axırı necə olacaq?! Doğrusu, o zaman güman etməzdim ki, Ağdam işğalda uzun müddət qalacaqdır. Ancaq gümanımda yanılmışdım. Sən demə, qismətimizdə qaçqın-köçkün ömrü də yaşamaq varmış.

Yadımdadır, 1992-ci il martın 13-də axşam televiziyadan diktorun verdiyi xəbər bizi bir daha sarsıtmışdı. Ağdərə rayonunun ərazisində 6 kəndi - Sırxavənd, Başgüneypəyə, Ortagüneypəyə, Manikli, Xatınbəyli, Tellibinə kəndlərini ermənilər güclü döyüş texnikasının köməyilə işğal eləmişdilər.

Səhər tezdən Ağdama gəldim. Həmişə qaynayan, özünəməxsus qələbəliyilə seçilən Ağdam şəhəri tanınmaz olmuşdu. Mağazalar, dükanlar bağlı idi. Şəhərin bir çox yerində ermənilərin atdığı "Alazan", "Kristal" raketlərinin nişanələri gözə dəyirdi. Şəhərdə əməlli-başlı köç əhvali-ruhiyyəsi vardı.

Ağdamdakı hospitalda oldum. Ağır yaralıları Bakıya yola salmışdılar. Orda olan əsgər və tibb işçilərilə görüşüb ayrıldım. Yenidən şəhərin mərkəzinə qayıtdım. Burda Sırxavənd qaçqınlarını gördüm. İki bir-üç bir gəlirdilər. Bir-birini salamat görən adamların görüş səhnəsinə baxmağa ürək tab gətirmirdi.

Bakıya qayıtdıqdan sonra "Birləşib vuruşsaydıq..." sərlövhəli məqalə yazıb "Ədəbiyyat və İncəsənət" qəzetinin 10 aprel 1992-ci il tarixli nömrəsində çap etdirdim.

İndi o zamandan 29 il keçib, ümidlərimizin az qala tükəndiyi bir zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, dönməz iradəsi, şanlı ordumuzun rəşadəti nəticəsində Qarabağ torpağı, o cümlədən, doğma Ağdam şəhəri və kəndləri mənfur düşmənin işğalından azad olunub. Vətən müharibəsi nəticəsində - əsrə bərabər 44 gündə!..

İndi isə, 28 May günü biz işğaldan azad olunmuş Ağdama gedirik. Onun müasir, çağdaş təməl daşını qoymağa. Ağdamın bərpası yoldan başlayıb. Qızğın iş gedir. Tarixi Bərdə-Ağdam yolu Prezident İlham Əliyevin göstərişi ilə 4 hərəkət zolağına çevrilməkdədir. Yolun uzunluğu 44,5 kilometr olacaq.

Vaxtilə işğal altında olan bütün Qarabağ - Ağdam, Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Laçın daim yaddaşımda yaşayıb. Mən bir qarabağlı, bir Azərbaycan vətəndaşı olaraq heç vaxt bu işğalla barışmamışam. Həmişə bədii və publisistik əsərlərimdə, məqalə və esselərimdə oxuculara bir gün Qarabağın işğaldan azad olacağı ümidini aşılamışam. Birinci Qarabağ müharibəsinin qəhrəmanı Asif Məhərrəmov haqqında yazdığım və 1996-cı ildə çap etdirdiyim "Fred Asif" romanında son dəqiqələrini yaşayan Azərbaycanın Milli Qəhrəmanı titrək əli ilə qucağında can verdiyi qardaşı Bəhlulun yanağına yuvarlanmış göz yaşını silərək deyir:

"Kişi ağlamaz. Möhkəm ol. Bax sifətimə, bax bədənimə, düşmən yarası yoxdur ki?! Düşmənin yox, qardaşımın qucağında ölürəm. Bundan böyük səadət varmı?.. Bəhlul, Qarabağ alınanda məni də yad edin. Yamaclarında su tapmayanda qarını çeynədiyim o qəlbi dağlara qalxanda məni də xatırlayın... Anama de, ağlamasın. Mən səhrada bitən tənha bir çiçəyəm. Tənha bir çiçək!.."

2007-ci ildə çap etdirdiyim "Ruhların üsyanı" povestini aşağıdakı epizodla bitirmişdim (kiçik ixtisarla): "...Qatar tərpəndi. Dinib-danışmırdıq, baş verənlər bizə yuxu kimi gəlirdi. Deyəsən, maşinist də Qarabağa tez çatmağa tələsirdi. Qatar çox sürətlə gedirdi. Əyilib pəncərədən göyə baxdım, dumduru idi. Çölün-çəmənin xoş qoxusu vaqonun pəncərəsindən süzülüb içəri dolurdu.

Vaqonun üstündə qol-qola girmiş cavanlar üçrəngli bayrağı başları üzərində yelləndirərək Dövlət Himnimizi oxuyurdular:


Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa! 


Qatardakılar da cavanlara qoşulmuşdular. Hamı oxuyurdu. Mən də oxuyurdum. Amma göz yaşlarımı heç cür saxlaya bilmirdim. Güllü tez-tez:


- Qurban olum, Mətləb, sən ağlama, qoy mən ağlayım, - deyirdi.



... Mən ona bir söz demədim, qalxıb vaqonun balaca pəncərəsindən geriyə boylandım, qatarların sayı-hesabı yox idi. Minlərcə insan atlı-piyada, maşınla yola çıxmışdı. Deyəsən, qaçqınlığın, köçkünlüyün sonuydu. Uşaqlar, yeniyetmələr əllərində məşəl tutaraq qatarın yanıyca gedirdilər. Ruhların üsyanı milləti uşaqdan böyüyə ayağa qaldırmışdı. Ölülərlə dirilərin ruhları biri-birinə qovuşmuşdu.

... Qatarlar durmadan irəliləyirdi. Səhərin açılmağına az qalırdı.

Deyirlər gecə hamilədir, sabah nə doğulacağını kimsə bilmir. Amma mən bilirdim ki, sabah torpağımızın Azadlığı doğulacaqdır".

1998-ci ildə Firidun Şuşinskinin "Şuşa" kitabı mənim redaktorluğumla baş redaktoru olduğum "Gənclik" nəşriyyatında nəşr olunmuşdu. Kitaba yazdığım "Qarabağın tacı" sərlövhəli ön sözü bu sətirlərlə bitirmişdim:

"Firidun bəy! Bir gün gələcək biz adına saysız öygülər qoşulmuş, bayatılar deyilmiş qədim vətənimizin bir parçası olan Qarabağa qayıdacağıq! Qayıtmasaq, evinə düşmən ayağı dəymiş Bülbül küsər, Xan ağlayar! Utanarıq Pənah xanın, Xan qızı Natəvanın ruhundan. Qayıtmasaq, Üzeyir bəyin heykəlinə belə baxmağa haqqımız olmaz. Yox, biz qayıdacağıq! Və yeddi milyonluq Azərbaycan xalqının həsrətlə gözlədiyi o gün - Qarabağın azad olacağı gün sənin "Şuşa" kitabını Cıdır düzündə başım üstə qaldırıb var səsimlə hayqıracağam: Allah sənə rəhmət eləsin, Firidun bəy! Sənin "Şuşa" kitabını doğma Şuşana gətirmişəm".

Şükürlər olsun Yaradanımıza ki, 8 noyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi, müzəffər ordumuzun şücaəti sayəsində alınmaz qalamız erməni faşistlərindən geri alındı. Bu qalanın fəthi tarixdə nadir hallarda baş verən qəhrəmanlıq salnaməsidir. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə cansağlığı arzulayıram.

O gün, 8 noyabr 2020-ci il xalqımızın həyatında tarixi bir gün oldu! Həmin gün Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan xalqına sevinc, fərəh hissiylə dolu bir səslə: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!" müjdəli xəbərindən sonra paytaxt sakinləri bir an içində küçələrə axışdı. Küçələr, xiyabanlar üçrəngli bayraqlara büründü. Ayaqlarını itirmiş qazilər belə küçələrə çıxmışdılar: "Qarabağ bizimdir, bizim olacaq!" sədası şəhərdə əks-səda verirdi. Üç-beş yaşlı uşaqların, yeniyetmələrin hayqırtıları qəlbimizi fərəh hissilə doldururdu. Sən demə, millətimizin Şuşa sevdası sonsuzuymuş! Şuşa bizim şərəf rəmzimiz, Şuşa bizim qeyrət qalamız imiş! Var olsun Ali Baş Komandanımız! Var olsun əsgər və zabitlərimiz! Ruhları əbədiyyətə qovuşmuş şəhidlərimiz!

Doğrudan da, həyat gözlənilməz təsadüflərlə, zərurətdən doğan reallıqlarla doludur. Koronavirus deyilən bu gözəgörünməz düşmənə görə Novruz bayramından sonra yaşıma görə "ev dustağı" olanda "Gözəgörünməz düşmən" adlı ovqat-essemdə böyük nigarançılıq içində yazmışdım: "Bu "Evdəqal" dövründə gecələri daha ağır keçirirəm. Bəzən sübhə kimi yata bilmirəm. Xəyalım dağda-bağda gəzir. Biədəb bir məsəl var: oynayıram, gülürəm, oynaş yaddan çıxmır.



Mənim yadımdan çıxmayan isə müqəddəs Qarabağdı! Qarabağ! İşğal altında inləyən, bizi haraylayan Qarabağ! İnsanın zaman-zaman unuda bilmədiyi bir şey varsa, o da gördükləridir. O, görmədiyini təsəvvür edir, sən deyən qədər də həsrətində olmur, gözü ilə görüb yaddaşına köçürdükləri isə əbədi yol yoldaşıdır. Son nəfəsinə qədər onu tərk etməz. O qədər həssaslıqla xatırlayar ki, özü öz yaddaşına heyran qalar. Səhər-səhər əlli il bundan qabaq bir həyətdə gördüyü açmış qızılgülün üstündəki şeh də yadına düşər. Mən bu 27 ildə elə bir gecə olmayıb ki, bir ruh kimi Qarabağı, eygili gündə gəzdiyim, gecələdiyim Ağdamı, Şuşanı, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı gəzib, görüb səhərə yaxın geri qayıtmayam. Ah, koronavirusdan, bu gözəgörünməz bəladan, insan qəsdinə durmuş cəlladdan qorxmuram. Qorxduğum tək bir şey var, qəflətən öləm, Qarabağın azad olacağı o BÖYÜK GÜNÜ görməyəm. Ey böyük Yaradan, sən belə bir əzabı mənə rəva görmə. Çoxları "Qarabağ, Qarabağ" deyə köçdü dünyadan. Barı yerdə qalanlara möhlət ver, İlahi" ("Ədalət" qəzeti, 4-6 may 2020-ci il).

Şükür Tanrının böyüklüyünə ki, o BÖYÜK ZƏFƏR GÜNÜnü nəinki mən, yaşıdlarım, bütün Azərbaycan xalqı gördü və o günün sevincini, nəşəsini yaşadı. Bu, əsrlər boyu unudulmayacaq tarixi bir gündür. Zəfər günüdür!

Budur, indi biz səhər tezdən, tarixi bir gündə - 28 Mayda Ağdama təməlqoyma mərasiminə gedirik. "Mersedes" markalı avtobusda mənəm, telejurnalist, tərcüməçi İlqar Əlfidir, telejurnalist, "Çöl adamı" verilişinin müəllifi və aparıcısı Kamal Dənizdir, bir də karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Fariz Nəcəfovdur. Avtobusun pəncərəsindən enləndirilməkdə olan Bərdə - Ağdam yoluna, başıqarlı Murova, Şah bulağına baxırıq. Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povestində təsvir etdiyi Qərvəndi keçirik.

Mənim gözüm Göytəpə kəndini axtarır, çünki o kənd mənim uşaqlıq və yeniyetməlik kəndimdi. Sovetlər dövründə Çəmənlidən ara yolla Göytəpəyə gəlib, oradan asfalt yolla Ağdama gələrdik. Heyhat, Göytəpə kəndindən bir nişanə qalmayıb. Kamal Dəniz yaddaşına güc verib Şahbulaq dağının ətəyindəki "kəndləri" göstərir. Belə də kənd olar, darvazasını açıb içəri giriləsi bir ev belə yoxdur. Uşaq vaxtı dördtəkərli at arabamızla, sonralar avtobusla Ətyeməzli kəndinə çatanda sevinərdik, çünki bu kənd Ağdamın girəcəyində idi. Ona görə keçmiş zamanda danışıram ki, Ətyeməzli, Keştazlı kəndləri yer üzündən silinib. Tək-tük uçuq-sökük evlərin divarları görünür. Mənzil başına çatırıq. Burada Bakıdan gəlmiş 20 nəfərin və Ağdam İcra Hakimiyyətinin nümayəndələri təməlqoyma mərasimində iştirak edəcək. Böyük, çox böyük bir çətirin altındayıq. Yaxınlıqda Ağdam məscidini görüb yeganə salamat tikili olduğu üçün sevinirik.

Kamal, İlqar, Fariz və mən gedib məscidin qarşısında şəkil çəkdirdik. Yadımdadı, Ağdam bazarı məscidin yaxınlığında idi. Bu an istər-istəməz xəyal məni Ağdamlı günlərə apardı. Zaman-zaman Ağdam bazarında gördüyüm insanların bir-birinə oxşar, fərqli çöhrələri illərin ardından "qanadlanıb" gözlərim önündə cilvələnirdi. Xoşbəxt günlərin ağdamlı sakinləri sonradan qaçqın-köçkün olub hərəsi bir tale yaşadı. Şirinli-acılı xatirələrlə dolu bir tale! Vətən-vətən deyə dünyadan köçənlərin, yəqin ki, ruhları indi şaddır. Bütün məhrumiyyətlərə dözərək yaşayanlar, işğaldan sonra dünyaya gələnlər də az olmayıb. Anasının qucağında, bətnində doğma yurdunu tərk edənlər böyüyüb 44 günlük müharibədə Qarabağ uğrunda vuruşdular. Qəhrəmanlıqlar göstərdilər, qazi oldular, şəhidlik şərbətini içənlər də çox oldu. Ruhları qarşısında baş əyib, Allahdan onlara rəhmət diləyirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ağdam ictimaiyyətinin, ziyalılarının görüşü saat 11-də keçirildi. Olduqca səmimi görüş idi. Hər kəs fərəh hissi keçirirdi. Dövlətimizin başçısı görüşdə çıxış edərək dedi:

"Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilib. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu  gün bu gözəl mərasimi keçirək.

Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq".

Dövlət başçısının çıxışından sonra "Ağ şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıqov layihə-lövhələrin qarşısına keçərək şəhərin yeni Baş Planı haqqında məlumat verdikcə sabahkı Ağdam bütün gözəlliyi, əlvanlığı ilə gözlərim önündə canlanırdı. Küçələrində elektriklə işləyən tramvaylar dolaşan, içərisindən 2 kilometrlik motorlu qayıqlar üzə biləcək kanal keçən, süni gölü, şəlaləsi, "Qarabağ" universiteti, liseyləri, məktəbləri, 79 kilometrlik velosiped yolu, İşğal və Zəfər muzeyləri, yenidən abadlaşdırılmış İmarəti, Çay evi, Çörək və Diyarşünaslıq muzeyləri, teatr və musiqi məbədgahları, istehsalat müəssisələri, 125 hektarlıq meşə zolağı, körpüləri olan bir şəhər təsəvvür edin. Bu, bizim Ağdam şəhərimizdir! Sabahımızın, xoşbəxt gələcəyimizin şəhəri!


Mustafa Çəmənli,

Yazıçı-publisist.

4 iyun 2021-ci il.

525-ci qəzet.

& VƏTƏNSEVƏRLƏR

13 Haziran 2021 Pazar

MOĞOL LƏKƏSİ


Yeni doğulmuş uşaqların belinin aşağı — büzdüm hissəsində olan tünd göy rəngli ləkə tibbdə «moğol ləkəsi» adlanır.

Bu ləkə türklərin, moğolların, mancurların, Amerika hindularının uşaqlarında daha çox müşahidə olunur. Bununla yanaşı, Şərqi Afrikada yaşayan insanlar arasında da onun faizi kifayət qədər yüksəkdir. Slavyandilli bolqarlarda təxminən 6 %-dir. «Moğol ləkəsi» əsasən 3-5 yaşadək çəkilib gedir. Amma tək-tük hallarda qalır. Bəzən bu ləkə körpənin büzdüm hissəsində deyil, alnında — iki qaşının arasında, çox vaxt qırmızı rəngdə olur.

«Moğol ləkəsi» həm ata, həm də ana xətti ilə ötürülə bilər. Lakin daha çox oğlanlarda özünü büruzə verir. Ehtimala görə, qədim zamanlarda bu ləkə bir nəfər kişidə yaranmış və onun törəmələrinə keçmişdir. Moğollar onu «Çingiz xan ləkəsi» adlandırır və inanırlar ki, ləkənin tündlüyü körpənin xoşbəxt gələcəyindən xəbər verir. «Moğol ləkəsi» azərbaycanlılar arasında da kifayət qədər yayılmışdır. Həm də o yalnız türklərin deyil, talışların, tatların, ləzgilərin, avarların uşaqlarında da müəyyən faizlərlə müşahidə edilir.

Bu sətirlərin müəllifinin mənsub olduğu Şəhrili tayfasında (nəslində) yeni doğulmuş oğlanlarda «moğol ləkəsi»nin hər iki forması olur.


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist. 

& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

13.06.2021.



30 Mayıs 2021 Pazar

AĞDAM - VARLIĞIN YOXLUQ SƏHNƏSİ


Rəfail Tağızadə

Öpdüyüm torpaqdan həsrətin qoxusu ilə bərabər qan qoxusu da gəlirdi. Şəhidlərin tökülən qanı torpağa qarışıb. Torpaq qanla yoğrulub. Bu torpaqda bitən lalələrin qara xalları ləçəkləri boydadı.

Ağdamda 10 ballıq erməni zəlzələsi olub. 

Dünyanın indiyədək görmədiyi, Rixter şkalası ilə ölçüyə gəlməz erməni zəlzələsi. 

Bu zəlzələdən Ağdamda bir tikili qalmayıb. Sovet vaxtı tikilən binaların möhkəm beton dirəkləri də uçulub dağılıb. Nə vardısa, hamısı yerlə yeksandı. Sanki şəhərin varlığının üstündən 28 il yox, iki min il keçib. 

Bakıdan gələn qonaqlara şəhərlər gözəli Ağdamı göstərib, onların heyranlığına qürurlandığımız şəhər indi qonaqları yoxluğu ilə heyrətləndirir.

Daşı daş üstə qalmayan, qonağın pişvazına çıxa bilməyən şəhərə baxıb nələr yaşadığımı onu yaşayanlar bilər.

Ağdam varlığın yoxluq səhnəsidi. Hər daşı bir binanı, bir evi; hər cığırı bir yolu xatırladan Ağdamın yoxluq səhnəsi. 

Teatrı sökük-sönük, məscidi sükutlu, musiqi məktəbi səssiz, səs-küylü bazarı lal olan şəhər. 

Doğmasının ölümündən yazmaq kimidi indi Ağdamdan yazmaq.

Qatar Uzundərəyə çatanda hamımız hazırlaşardıq. Artıq Ağdama çatırıq. Səhər tezdən olsa da, Dəmir yolu vağzalı qaynayırdı. Doğma, tanış simalar. Şirindil insanların mehriban münasibəti adamı ovsunlayırdı. Şəhərə girəndə maşınların səsi şəhəri yuxudan oyadırdı. 

İndi hara gedəcəyimi, hara düşəcəyimi bilmirəm. Vaakkuma düşən kimiyəm. Qəhər məni boğur. Məni qarşılayan təkcə xoş, doğma havadı. Bir də izimi sinəsində gizlədən torpaq. 

Orada yaşamayanlar, sevincli günləri görməyənlər o ağrılı mənzərəni görəndə yaşadıqlarını, hisslərini ifadə etməkdə çətinlik çəkirlərsə, görün bizlər nələr yaşayırıq, nələr çəkirik...

Ağdamı dağılmış, viran qoyulmuş görmək çox ağırdı. Təsəllim “Nəsimi” filmində deyildiyi kimi: “Dövlət bəyin ölüsü də gözəldi” ifadəsi idi. Ağdamın da.



Torpaq varsa, Vətən var! Qalanı düzələr...

Ermənilərin özününküləşdirmək istədikləri, dəvət etdikləri xarici arxeoloqların hər qazıntıda “bura türk məskənidir” dediyi Şahbulaq qalasından bizim Boyəhmədli, Sofulu kəndinə 8-10 km-lik məsafə var.  Bir də 28 illik zaman. 

Kəndimizə gedib-gəldiyimiz bu yolla indi gedə bilməsəm də baxışlarımı yollayıram. İtiyi, qalığı axtarmağa. Nələri görəcəyi bəllidi, Qarabağın hər yerində olduğu kimi, ancaq dağıntılar... Nə xatirələri yaşadan evin divarı var söykənəsi, nə ağac var kölgəsinə sığınası. Tapacağı yoxluqda özünü saxlayan təsəlli torpaq, yurd yeri.

Hər dəfə Ağdamın Dörd yolundan keçəndə Ağdam tərəfə baxmağa utanırdım. 

Bu dəfə o tərəfə can atırdım. Ağdamı görməyə tələsirdim. Həsrətinə yox deməyə. Ağdama qovuşmağa. 

Bütün bu müvəqqəti ağrıların, hislərin sonunda “nə yaxşı ki, sənə gəldim, məbədim mənim” deyib Ağdama - torpağa baxıram. Qovuşduğuma, bu günümə şükür edirəm. Sevinirəm. 

Taleyimdə ayrı düşməklə bərabər qovuşmaq da varmış. 

Bu sevinc ayrı sevincdi.

Ağdamlılar yoxdan var edən, qurub-yaradandılar. 

İndi daha gözəl, müasir tələblərə cavab verən Ağdam salınacaq. Ağdam yenə Qarabağın iqtisadi-siyasi mərkəzi olacaq. 

İtən illərin yoxluq sükutu pozulacaq. Sözü, səsi özünə qayıdacaq. Məscidindən “Azan” səsi eşidiləcək, teatrında tamaşalar qoyulacaq. Hər küçədən, hər kənddən ağdamlıların ürəyə yatan məlahətli, şirin səsiylə muğamlar səslənəcək.

Həyat davam edəcək.

Hər tarix bir dərsdi.

Yaşadıqlarımız bizə çox ağrılı həyat dərsi keçdi. Olanlarına sahib çıxmağı, özününkünün qədrini bilməyi, dəyər verməyi, qorumağı, uzaqdan baxmağın acısını, yaşananları bir daha yaşamamağı öyrətdi. 

Qarabağa, Ağdama, Şuşaya hər gedənə

                   Yolçu mənə quş göndər,

                   Dimdiyində torpağım

 - deyirdim.

Axır ki, Ağdamıma özüm gəldim. Ağdamdan həsrətli köçən doğmalarımın, əzizlərimin qəbrinə səpməyə torpağı özüm gətirirəm.

Bu səfər həsrətin, nigaranlığın son günü idi.

Həyatda qovuşmaq qədər gözəl heç nə yoxdur.

Ayağın torpağına dəyəndə özün olursan. Varlığını hiss edirsən. Bu özünə qayıdışdı. Özünə baxıb ürəkdən “Bu mənəm!” - deyə bilirsən. Səssiz dediyin bu mən, hərbidə cərgədə qışqırdığın “Mən”dən daha uca və əzəmətli səslənir. 

Məni MƏN edən AĞDAMIM!  

Məni yaşadan məkan!

Sənə qovuşmaq həyatımın ən xoş anıdı!


Rəfail Tağızadə.

28.05.2021.

& VƏTƏNSEVƏRLƏR


18 Nisan 2021 Pazar

MAKEDONİYALI İSGƏNDƏR VƏ NADİR ŞAH ƏFŞAR : TALE OXŞARLIQLARI



Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabındakı faktlar əsasında hazırlanmışdır


Nadir şah Əfşar Asiyanın sonuncu böyük fatehi idi. Napoleon Bonapart özünü yeni Nadir hesab edirdi. Onu Avropanın Nadir şahı da adlandırırdılar. Deyilənə görə, İosif Stalin Nadir şahı və rus çarı İvan Qroznını özünün müəllimləri bilirdi. Bütün ətraf xalqlar və öz təbəələri Nadir şah Əfşarın qarşısında tir-tir əsirdilər.

O, Rusiya, Osmanlı və Böyük Moğol imperiyalarının ən qorxulu yuxusuna çevrilmişdi. Fransız alimi, türkoloq və yezuit Lui Bazen yazır: “Nadir şah sanki taxt-tac üçün doğulmuşdu. Qəhrəmanlara və böyük hökmdarlara xas olan keyfiyyətləri təbiət ondan əsirgəməmişdi”. Digər fransız alimi, yezuit Pierre Bayen: “Nadir şah Osmanlı imperiyasının dəhşəti, Hindistanın fatehi, bütün Asiyanın hökmdarı idi”. Maraqlıdır ki, Səfəvi xanədanının hakimiyyətinə son qoymuş Nadir şah Əfşarı, məhz Əhəmənilər sülaləsini süquta uğratmış Makedoniyalı İsgəndərə bənzədərək, ona Şərqin İsgəndəri ləqəbini vermişdilər. Bu iki fateh arasındakı digər oxşarlıqlara nəzər salaq:

1-ci paralel:

— Əhəmənilər imperiyasının varlığına son qoymuş Makedoniyalı İsgəndər bu imperiyanın qurucusu Böyük Kirin vəfatından 174 il sonra – e.ə. 356-cı ildə anadan olmuşdur;

— Səfəvilər imperiyasının varlığına son qoymuş Nadir şah Əfşar bu imperiyanın qurucusu Şah İsmayılın vəfatından 174 il sonra – 1698-ci ildə anadan olmuşdur (digər məlumata görə, o, 1688-ci ildə, başqa bir məlumata əsasən isə, 1689-cu ildə dünyaya gəlmişdir).

2-ci paralel:

— Makedoniyalı İsgəndər oktyabr ayında (başqa ehtimala görə, iyul ayında) anadan olmuşdur;

— Nadir şah Əfşar da oktyabr ayında anadan olmuşdur (onun noyabrda və ya avqust ayında doğulduğunu göstərən məlumatlar da vardır).

3-cü paralel:

— Makedoniyalı İsgəndərin Orta Asiya yürüşü e.ə. 329-cu ildə başlamışdı. Politimet döyüşündə soğd əyanı Spitamenin başçılıq etdiyi 600 nəfər soğd süvarisi 4.000 hərbçidən ibarət güclü Makedoniya birləşməsini darmadağın etsə də, iki il davam etmiş inadlı mübarizədən və Spitamenin xəyanət nəticəsində həlak olmasından sonra İsgəndər Soqdiananı (Orta Asiyanın böyük bir hissəsini – indiki Özbəkistanı və Tacikistanı) fəth edə bilmişdi;

— Nadir şah Əfşarın Orta Asiya yürüşü 1740-cı ildə başlamışdı. Buxara ətrafında özbək ordusu üzərində qələbə qazanan Nadir şah Buxara xanlığını ələ keçirmişdi. Pitnak döyüşündə isə Nadir şahın elçilərini qətlə yetirmiş Xivə xanı İlbarsın 30.000 nəfərlik ordusu darmadağın edilmiş, İlbars xan əsir alınaraq edam olunmuş, beləliklə, Orta Asiyanın böyük bir hissəsi (indiki Tacikistan, Özbəkistan və Türkmənistan) Nadir şah Əfşarın nəzarəti altına keçmişdi.

4-cü paralel:

— Orta Asiyanın böyük bir hissəsini işğal etdikdən sonra Makedoniyalı İsgəndər şimal istiqamətində hərbi ekspansiyanı dayandırmış və saka çöllərinə (indiki Qazaxıstana) girməmişdi;

— Orta Asiyanın böyük bir hissəsini ələ keçirdikdən sonra Nadir şah Əfşar şimal istiqamətində hərbi yürüşünü dayandırmış və qazax çöllərinə (indiki Qazaxıstana) girməmişdi.

5-ci paralel:

— Makedoniyalı İsgəndər Əhəməni şahzadələri Statira və Parisatida ilə evlənmişdi;

— Nadir şah Əfşar Səfəvi şahzadəsi Raziya Sultanla nikah bağlamış, oğlu Rzaqulu mirzəni isə digər Səfəvi şahzadəsi Fatimə Sultan Bəyimlə evləndirmişdi.

6-cı paralel:

— Əhəmənilərin sonuncu şahı V Artakserks Makedoniyalı İsgəndərin əmri ilə gələcəkdə tarixi Xorasan vilayətinin mərkəzi olacaq Bəlx şəhərində (Əfqanıstanda yerləşir) qətlə yetirilmişdi;

— Səfəvilərin sonuncu şahı III Abbas Nadir şah Əfşarın oğlu Rzaqulu mirzənin əmri ilə tarixi Xorasan vilayətinin Səbzivar şəhərində (İranın Xorasan-Rəzəvi ostanında yerləşir) qətlə yetirilmişdi.

7-ci paralel:

— Makedoniyalı İsgəndərin əmri ilə qətlə yetirilmiş V Artakserks Əhəmənilər sülaləsinin Əhəməndən başlanan birbaşa xəttinin 18-ci nümayəndəsi (şahı) idi;

— Nadir şah Əfşarın oğlu Rzaqulu mirzənin əmri ilə qətlə yetirilmiş III Abbas Səfəvilər sülaləsinin Şeyx Səfi əd-Dindən başlanan birbaşa xəttinin 18-ci nümayəndəsi (şeyxi, şahı) idi.

8-ci paralel:

— Makedoniyalı İsgəndər e.ə. 329-cu ildə Əhəmənilər sülaləsinin hakimiyyətinə son qoymuş, bundan 2 il sonra – e.ə. 327-ci ildə Hindistan yürüşünə başlamışdı;

— Nadir şah Əfşar 1736-cı ildə Səfəvilər sülaləsinin hakimiyyətinə son qoymuş, bundan 2 il sonra – 1738-ci ildə Hindistan yürüşünə başlamışdı.

9-cu paralel:

— Makedoniyalı İsgəndərin Hindistan yürüşü e.ə. 325-ci ilədək – 2 il davam etmişdir;

— Nadir şah Əfşarın Hindistan yürüşü 1740-cı ilədək – 2 il davam etmişdir.

10-cu paralel:

— Makedoniyalı İsgəndərin çox güclü yaddaşı var idi. O, özünün təxminən 30.000 döyüşçüsünün hər birini şəxsən tanıyır, onların hər birinin adını, xarakterini, fərdi xüsusiyyətlərini yaxşı bilirdi;

— Nadir şah Əfşarın çox güclü yaddaşı var idi. O, zabitlərinin hamısını, sıravi döyüşçülərinin isə böyük əksəriyyətini şəxsən tanıyır, onların hər birinin adını, xarakterini, fərdi xüsusiyyətlərini, hansını nə vaxt və nəyə görə mükafatlandırdığını, yaxud cəzalandırdığını yaxşı bilirdi.

11-ci paralel:

— Makedoniyalı İsgəndər müharibə vaxtı ordunun önündə gedir, döyüş meydanına birinci atılırdı;

— Nadir şah Əfşar müharibə vaxtı ordunun önündə gedir, döyüş meydanına birinci atılırdı.

12-ci paralel:

— Makedoniyalı İsgəndər işğal etdiyi ölkələrin xalqlarının nümayəndələrini, dünənki düşmənlərini (iranlıları, orta asiyalıları və s.) kütləvi şəkildə öz ordusuna götürür, sonuncular da ona sədaqətlə xidmət edirdilər;

— Nadir şah Əfşar da ələ keçirdiyi ölkələrin xalqlarının nümayəndələrini, dünənki düşmənlərini (əfqanları, özbəkləri və s.) kütləvi şəkildə öz ordusuna götürür, sonuncular da ona sədaqətlə xidmət edirdilər.

13-cü paralel:

— Makedoniyalı İsgəndər dahi sərkərdə olsa da, ideal dövlət başçısı deyildi;

— Nadir şah Əfşar dahi sərkərdə olsa da, ideal dövlət başçısı deyildi.

14-cü paralel:

— Makedoniyalı İsgəndərin qurduğu dövlət, əslində, hərbi xunta rejimi idi;

— Nadir şah Əfşarın da qurduğu dövlət, əslində, hərbi xunta rejimi idi.

15-ci paralel:

— Makedoniyalı İsgəndərin ruhi durumunda problemlər e.ə. 327-ci ildən başlamış, kütləvi qətllərə və cəza tədbirlərinə əl atmışdı. Bu vəziyyət çarın ölüm tarixinə – e.ə. 323-cü ilədək, 4 il davam etmişdi;

— Nadir şah Əfşarın ruhi durumunda problemlər 1743-cü ildən başlamış, kütləvi qətllərə və cəza tədbirlərinə əl atmışdı. Bu vəziyyət şahın ölüm tarixinə – 1747-ci ilədək, 4 il davam etmişdi;

16-cı paralel:

— Bir fərziyyəyə görə, Makedoniyalı İsgəndər e.ə. 323-cü ildə öz sərkərdəsi Antipatr tərəfindən zəhərlənərək öldürülmüşdür (başqa ehtimallara əsasən, o, təsadüfi zəhərlənmədən, sətəlcəmdən, qaraciyər sirrozundan, tif və ya malyariya xəstəliyindən vəfat etmişdir);

— Nadir şah Əfşar 1747-ci ildə özünün bir qrup sərkərdəsinin həyata keçirdiyi sui-qəsd nəticəsində qətlə yetirilmişdir.

17-ci paralel:

— Makedoniyalı İsgəndər e.ə. 323-cü ilin iyun ayında ölmüş və ya öldürülmüşdür;

— Nadir şah Əfşar 1747-ci ilin iyun ayında öldürülmüşdür.

18-ci paralel:

— Makedoniyalı İsgəndər sonuncu Əhəməni şahları III Daranın qətlindən 7 il (e.ə. 330-cu il), V Artakserksin qətlindən isə 6 il (e.ə. 329-cu il) sonra ölmüş və ya öldürülmüşdür;

— Nadir şah Əfşar sonuncu Səfəvi şahları II Təhmasibin və III Abbasın qətlindən 7 il sonra öldürülmüşdür.

19-cu paralel:

— Makedoniyalı İsgəndərin bütün oğlanlarını onun ölümündən sonra öz yaxın adamları qətlə yetirmişdilər;

— Nadir şah Əfşarın bütün oğlanlarını onun ölümündən sonra öz yaxın adamları qətlə yetirmişdilər.

20-ci paralel:

— Makedoniyalı İsgəndərin qurduğu nəhəng imperiya onun ölümündən 2 il sonra – e.ə. 321-ci ildə dağılmışdır (e.ə. 321–320-ci illərdə Makedoniyalı İsgəndərin sərkərdələri və yaxın qohumları arasında birinci vətəndaş müharibəsi baş vermiş, e.ə. 321-ci ildə bağlanmış Triparadisus sazişi ilə imperiyanın əraziləri həmin sərkərdələrin arasında bölünmüşdür);

— Nadir şah Əfşarın qurduğu nəhəng imperiya onun ölümündən 2 il sonra – 1749-cu ildə dağılmışdır (sözügedən hadisə 1747–1748-ci illərin vətəndaş müharibəsindən və 1749-cu ildə Nadir şahın nəvəsi Şahrux şahın Mir Seyid tərəfindən devrilməsindən sonra baş vermişdir. 1750-ci ildə Şahrux şah hakimiyyət başına qayıdıb 1795-ci ilədək dövlətə rəhbərlik etsə də, bu, artıq imperiya deyil, əsasən Məşhəd şəhərini və onun ətrafını əhatə edən kiçik bir xanlıq idi).


Bu paralellərdən bəzilərinin daxili məzmunu zahirindən daha dərindir. Məsələn, Makedoniyalı İsgəndərlə Nadir şahın aqoniya dövrünün 4 il davam etməsi… Müasirlərinin və tarixçilərin əksəriyyətinin qənaətinə görə, Nadir şahın psixoloji vəziyyəti oğlu Rzaqulu mirzəni kor etdirdikdən bir qədər sonra pisləşmiş, 1743-cü ildən etibarən özünü qabarıq şəkildə büruzə vermişdir. Nadir şahın nəhəng imperiyasının süqutu da həmin tarixdən başlamışdır. Lakin Nadirlə İsgəndərin oxşar cəhəti onların hər ikisinin tənəzzül və deqradasiya dövrünün dörd il çəkməsi deyil. Sözsüz ki, tarixlərin üst-üstə düşməsi sırf təsadüfün nəticəsidir. Nadir şahla Makedoniyalı İsgəndəri eyniləşdirən əsas cəhət isə budur ki, onların hər ikisi qanuni sülalələri məhv etmiş, proseslərin təbii axarını pozmuş, formalaşmış sistemləri dağıtmışdılar. Lakin özləri də sistemin tərkib hissəsi olduqlarına görə həmin ictimai-siyasi mühitin məhvindən sonra qalıb

inkişaf edə bilməzdilər. Fərq yalnız ondadır ki, Nadir Səfəvilərin noyonu (generalı) kimi əvvəldən sistemin içində idi, İsgəndər isə III Dara üzərində qələbədən sonra özünü Asiyanın və İranın şahı elan etməklə uçub-dağılmaqda olan sistemin içinə girmişdi. O, makedoniyalıları iranlı və baktriyalı qızlarla ailə qurmağa məcbur etmiş, özü də yalnız Əhəməni şahzadələri ilə evlənmişdi. Makedoniyalı İsgəndərin dörd həyat yoldaşından Statira Əhəməni şahı III Daranın, Parisatida Əhəməni şahı III Artakserksin, Barsina Əhəməni nəslindən olan Ərtabazın, Roksana isə Əhəməni əyanı Oksiartın qızı idi. O, yaxın ətrafına, ordusuna keçmiş Əhəməni əyanlarını, zadəganlarını, iranlıları, orta asiyalıları yığmağa, sarayında Əhəməni mərasimlərini tətbiq etməyə, Şərq libasları geyinməyə başlamışdı. Beləliklə, Makedoniyalı İsgəndərin aqibətini batan gəmiyə minən adamın taleyinə də bənzətmək olar.

Zənnimizcə, hətta sonuncu nominal Səfəvi şahlarının hakimiyyəti də fitri istedadına, cəsarətinə, liderlik keyfiyyətlərinə və xidmətlərinə rəğmən Nadir şahın hakimiyyətindən daha legitim olmuşdur. Bəlkə də Nadir şah Əfşarın özünün və sülaləsinin hakimiyyətinin uzunömürlü olmamasının səbəbi bunda idi. Səfəvilər bu hüququ 431 illik şeyxlik və şahlıqla qazanmışdılar.

Ardı var…


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist.

Fedai.az

& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

12.07.2020.


14 Nisan 2021 Çarşamba

BELƏ BİR KİTAB VAR - ARAZ ŞƏHRİLİNİN KİTABI




(Sizin stolüstü kitabınız - vacib kitab)


   Salam olsun, çox dəyərli oxucum! Şükürlər  olsun böyük Allahın ədalət və mərhəmətinə ki, gözəl bir səbəb, xeyirli bir məqsəd üçün yenidən görüşmək imkanını bizə tanıdı. Allahın salamı olsun Peyğəmbərə və onun pak Əhli-Beytinə. Bu şükrü-sənadan sonra ustad Bəhmənyara və Mahmud Kaşğariyə uca Allahdan rəhmət diləməyi özümə borc bilirəm. Ruhları şad olsun. İndi isə, istədiyi bəndəsinin üzünə bağlı qapıları taybatay açan rəhmli Allahın könüllərimizi aydınladan doxsan doqquz  adı ilə keçək mətləbə. 

   Yurdumuzun dahi oğlu ustad Bəhmənyarı söhbətimizin girişində rəhmətlə anmağım səbəbsiz deyil. Bu adı hələ orta məktəb şagirdi olarkən eşitmişdim. Onun ömür yolu məndə heyrət, fəlsəfəsi isə valehlik hissləri doğururdu. Həyata baxışımın formalaşmasında Bəhmənyarın fikirlərinin çox böyük təsiri oldu. Anladım ki, dünya və onun kiçik bir zərrrəsi olan insan həyatı, əslində, müəyyən qanunauyğunluqlar əsasında baş verən daimi təkrarlardan ibarətdir. Onu da dərk etdim ki, bu dairəvi hərəkətə necə daxil oluruqsa, hansı istiqaməti əsas götürürüksə, sonrakı nəsillərə də elə bu tərzi, bu yönü miras qoyuruq. Beləliklə, əcdadlarımız bizim, biz isə övladlarımızın taleyində bəzən müsbət, bəzən isə mənfi rol oynayırıq. Bu hərəkətə müdaxilə edib onun xarakterini və səmtini dəyişmək də bəzən çox çətin, bəzən isə ümumiyyətlə qeyri-mümkün olur. “Divanu Luğət-it-Türk” (ديوان لغات الترك - ''Türk dilləri lüğəti'' - türk dünyasının ilk ensiklopedik əsəri - XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdad şəhərində 1072-1074-cü illərdə yazılmış türkcə-ərəbcə lüğətdir) əsərinin müəllifi Mahmud Kaşğarini anmağımızın səbəbinə gəlincə, bu barədə bir qədər sonra...

   Yuxarıda təkrarlar məsələsinə əbəs yerə toxunmadım. Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri haqqında məlumata ilk dəfə bax elə bu “TARİX TƏKRARLANIR” ifadəsinin sayəsində saytların birində rast gəldim. Sonralar yenə ara-sıra müəyyən suallar yarandıqda düzgün və ya həqiqətə daha yaxın hesab etdiyim cavabları tapdığım məqalələrdə adətən mənbə kimi Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən ” qeydi nəzər-diqqətimi cəlb edirdi...


   Əski əlifbanı orta məktəbin son siniflərində, o vaxtlar Elçin müəllimin sədrlik etdiyi "Vətən" Cəmiyyətinin orqanı olan "Odlar yurdu" qəzetindən müstəqil şəkildə öyrənmişəm. Buna görə də Elçin müəllimi müxtəlif təhsil müəssisələrində mənə dərs demiş müəllimlərimdən ayırmıram. Onlardan biri, bəlkə də birincisi hesab edirəm. Gözümü açıb dünyanı dərk edəndən ana babam Molla Mürşüdün namaz qıldığını, “Quran” oxuduğunu görmüşəm. Həftənin Cümə axşamı günlərində (bu günə “Adına günü” də deyirdilər) aramsız olaraq, təkrar-təkrar “Yasin” surəsini qiraət edərdi. “Yaasiiiin” kəlməsindən sonra  “Vəl Quranil - həkim…” ayəsinin gəlməsinə rəğmən babam və sonralar diqqət etdikdə gördüm ki, digər mollalar da arada “səlləllahu əleyhi və alihi və səlləm” deyirlər. Halbuki, kitabda bu cümlə yoxdur. Nə qədər ki, kəndimizin hüdudlarından kənara çıxmamışdım, sanırdım ki, dünyada bütün müsəlmanlar eyni qaydalara riayət edirlər. Axı dinimiz bir, kitabımız bir, imanımız birdirsə, fərqli nə isə ola bilər? Sonralar rastlaşdığım mübahisəli və eyni zamanda maraqlı məsələlərdən biri məhz “Yasin” surəsinin ilk ayəsinin oxunuşu zamanı yaranan məqam idi. Düşünürəm ki, onun ən yaxşı izahını Türküyə telekanallarının birində çıxış edən ilahiyyatçıdan eşitmişəm. Alim bildirdi ki, Həzrəti Peyğəmbərin adı çəkiləndə “səlləllahu əleyhi və alihi və səlləm” söylədiyimiz kimi, “Yasin” kəlməsini də deyəndə və ya onu eşidəndə “səlləllahu əleyhi və alihi və səlləm” duasını oxumalıyıq. Çünki “Yasin” Peyğəmbərin ləqəblərindən, ayamalarından biridir. İzah məni qane etsə də, bu suala ən dolğun cavabı verən yazılı mənbə ilə çox-çox sonralar rastlaşdım. Necə düşünürsünüz? Bu, hansı kitabdır? Beləliklə, bir çox qaranlıq mətləblərin üzərinə işıq salan “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki məlumata nəzər salaq: “Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”dir. 83 ayədən ibarət olan bu surəyə “Quran”ın qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyil. Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri həmin surədəki “ya” və  “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarır, başqaları “ey insan” anlamı verdiyini ehtimal edirlər. Bir təfsirə görə, “Yasin” adı altında Muhəmməd Peyğəmbər nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, “Yasin” surəsinin 2-4-cü ayələrinin məzmunu da faktiki olaraq sonuncu fikri təsdiq edir.” Bu cümlələri oxuduqdan sonra müxtəlif sahələri əhatə edən belə zəngin bir ensiklopedik kitabın daim yazı masamın üstündə, əlimin altında olmasını istədim. “Google” axtarış sisteminin köməyi ilə kiçik bir araşdırma apardıqdan sonra öyrəndim ki, şəhərimizin əsas kitab dükanlarında (“Libraff”, “Azərkitab”, “Kitabevim.az”, “Baku book enter”, “Akademkitab”, “Akademiya kitab mərkəzi”, “Book zone”, “Kitabıstan” və s.) “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri vardır. Mənə ən yaxın olan mağazanı seçdim və bu kitabdan iki ədəd aldım. Birini özümə, birini isə ad gününü təbrik edəcəyim dostuma. Əsl dosta layiq hədiyyədir bu kitab. Xüsusi kitabdır.


   QISA ARAYIŞ. Araz Şəhrili (Abbasov) 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla - araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir.  “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.

   Kitabdan çoxlu misal gətirib yazını uzatmaq istəmirəm. Bu işi sizin özünüzə həvalə edirəm. Kitabla tanışlığıma vəsilə olmuş, yuxarıda qeyd etdiyim misalla kifayətlənirəm. Siz sadəcə internetin müxtəlif axtarış sistemlərində, məsələn “Google”də  Araz Şəhrili və ya “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” yazıb axtarışa verin. Əmin olun ki, nəticədən məmnun qalacaqsınız.

   Sonda bir daha onu qeyd etmək istəyirəm ki, bu kitabı hər dəfə açanda Bəhmənyara, bağlayanda isə Mahmud Kaşğariyə rəhmət oxuyuram.  

   Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…”  adlı 352 səhifəlik kitabı bir neçə cilddən ibarət  qalın-qalın ensiklopediyaları əvəz etmək iqtidarında olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, müxtəlif elm sahələrinin mütəxəssisləri, tələbələr, aspirantlar, doktorantlar, araşdırmaçı yazarlar tərəfindən istifadə edilə biləcək sözün əsl mənasında etibarlı və mötəbər mənbədir. 

   Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı müasirimiz tərəfindən dövrümüzdə yazılmış və Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk”ünə bərabər olan bir əsərdir.

   Söhbətimi öz yaxınlarıma, məni tanıyan insanlara, dəyərli oxucularıma ünvanladığım kiçik bir xahişlə yekunlaşdırıram. Əziz dostlar, necə ki, mən hər dəfə bu kitabı vərəqləyəndə yuxarıda adlarını qeyd etdiyim şəxsləri rəhmətlə anıram, eyni ilə siz də - mənim tövsiyəmlə bu kitabla, sözün əsl mənasında əvəzsiz bir nemətlə tanış olanlar hər dəfə maraqlı və qiymətli bir məlumat öyrənəndə məni xatırlasınlar. 

   Araz Şəhrili necə xoşbəxt müəllifdir ki, bu qədər xeyirli işlərə vəsilə olur. Öz adımdan və digər çoxsaylı oxucular adından Araz müəllimə təşəkkürlərimizi bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!   


10.04.2021 - Bakı.

Müəllif: Zaur Ustac,

şair-publisist.

& VƏTƏNSEVƏRLƏR


4 Nisan 2021 Pazar

MONQOL YÜRÜŞLƏRİNİN ƏSL SƏBƏBLƏRİ VƏ CƏLALƏDDİN RUMİNİN SİRRİ

 


Bizi bilən bilir, bilməyən isə özü kimi bilir.

Mövlanə Cəlaləddin Rumi

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında

XII əsrin sonlarında bugünkü Özbəkistan, Qazaxıstan, Türkmənistan, Əfqanıstan, İran və İraqın böyük bir hissəsi Xarəzmşahlar imperiyasının tərkibində idi. Xarəzmdən şərqdə – yenə də indiki Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya və Çinin bir qismini əhatə edən ərazidə Qarakitay imperiyası yerləşirdi. Mərkəzi Asiyanın bugün bir hissəsi Rusiyanın, bir hissəsi Monqolustanın, bir hissəsi də Çinin tərkibində olan geniş çöllərində isə köçəri türk və monqol qəbilələri yaşayırdılar.

Xarəzmşah Əlaəddin Təkəş (1172–1200) ölüm yatağında ikən oğlu Əlaəddin Muhəmmədə belə bir vəsiyyət etmişdi: “Qurxana (qarakitay xalqının imperatoru) qarşı çıxma və onunla sazişi pozma! Çünki bu dövlət dəhşətli düşmənlərin qarşısında böyük bir səddir”.

Amma Xarəzmşah Əlaəddin Muhəmməd (1200–1220) atasının bu sözlərini tez unutdu. 1210-cu ilin sentyabrında Xarəzm ordusu Qurxan Yelü Juluqunun (1177–1213) qoşunlarını məğlub etdi. Qələbə xəbəri Xarəzmə yetişdi. Hamı sevinib şadyanalıq etməyə başladı. Yalnız Seyid Murtəza adlı bir alim böyük kədər içində idi. Ondan bunun səbəbini soruşduqda dedi: “Ey ehtiyatı əldən vermiş insanlar! Bu türklərdən o tərəfdə sayı yəcuc-məcucdan (“Tövrat”a görə, qoq-maqoq) qat-qat artıq olan, qəzəbli, qisascıl və çox qətiyyətli bir xalq yaşayır. Qarakitay dövləti bizimlə onlar arasında, həqiqətən də, Zülqərneyn səddi idi. İndi bu sədd yox olandan sonra müsəlmanları çətin və məşəqqətli günlər gözləyir. Bu gün mən dinimiz üçün yas saxlayıram!”

Xarəzmşah Əlaəddin Muhəmmədin taxta çıxmasından qısa müddət sonra – 1204–1206-cı illərdə Altayda və indiki Monqolustanın ərazisində Çingiz xanın səltənəti təşəkkül tapdı. Onun qurduğu imperiyanın rəsmi adı Yeke Monqol Ulusu idi. Çingiz xan ona tabe olmuş köçəri xalqları köke moğol adlandırdı. 1218-ci ildə monqollar Xarəzmlə müharibələrdə zəifləmiş Qarakitay imperiyasını darmadağın edib Xarəzmşahlar imperiyasının sərhədinə çıxdılar. Xarəzmşah Əlaəddin Təkəşin və xarəzmli Seyid Murtəzanın öncəgörmələri gerçəkləşdi. 1219-cu ilin payızında Xarəzm–Monqol müharibəsi başlandı. 1221-ci ilin yazında Xarəzm Çingiz xanın əlinə keçdi. Həmin ilin dekabrında Xarəzmin son böyük ordusu monqollar tərəfindən Əfqanıstan ərazisində məhv edildi. Xarəzmşah Əlaəddin Muhəmmədin oğlu Cəlaləddin Manquberdi 1231-ci ilədək müxtəlif ölkələrdə – İranda, Azərbaycanda və Anadoluda yerli hökmdarları birləşdirib monqollara müqavimət göstərməyə çalışsa da, onun bütün cəhdləri uğursuz oldu.

Haşiyə: Muhəmməd ən-Nəsəvi (?–1250) Xarəzmşah Cəlaləddini belə təsvir edir: “O, bəstəboy və qarayanız idi. Həm türk, həm də fars dilini bilirdi. Şirlərin şiri, cəsurların cəsuru idi. Bununla yanaşı, Cəlaləddin təvazökar və həlim bir insan idi. O, qətiyyən əsəbləşmir, kobud sözlər işlətmirdi. Az danışan və ciddi idi. Heç bir zaman bərkdən gülmür, yalnız gülümsəyirdi. Ədaləti, təbəələrinin həyatını yaxşılaşdırmağı sevirdi. Lakin tənəzzül dövründə hökmdarlıq etdiyinə görə bəzən zorakılığa əl atırdı. Onun möhürünə bu sözlər həkk olunmuşdu: Yardım yalnız Allahdandır!”

Xarəzmşah Cəlaləddin həm istedadlı sərkərdə, həm də məğlubedilməz bahadır idi. Çingiz xan özü döyüşlərin birində onun qılınc və nizə zərbələri ilə qüvvətli monqol əsgərlərini yerə sərərək sıx mühasirə halqasını necə yardığını görüb öz oğlanlarına söyləmişdir: “Hər bir atanın fəxr edəcəyi əsl oğul belə olmalıdır”.

Başqa bir döyüşdə isə monqol sərkərdəsi Taynal noyon onun şücaətinin şahidi olmuş və demişdir: “Sən harada olursansa ol, xilas olacaqsan. Həqiqətən də, sən əsl kişi və əsl rəhbərsən”.

Şərəfxan Bitlisi (1543–1602): “Cəlaləddinin şəxsiyyəti qarşısında düşmənlərinin keçirdikləri qorxu və ehtiram hissi o qədər güclü idi ki, sultan yalqız qaldıqda belə heç kimin onu təqib etməyə cəsarəti çatmırdı”.

Sultan Cəlaləddinin Muhəmməd, Manqatuy şah və Qaymaqar şah adlı üç oğlu olmuşdur. 1260-cı ildə Çingiz xanın nəvəsi Hülakü xanın qoşununu Ayn əl-Cəlud döyüşündə darmadağın etmiş məşhur Misir sultanı Quduz xarəzmşahın bacısı oğlu idi.


Qeyd. Xarəzmşahlar dövlətinin tarixini iki dövrə bölmək olar.

Birinci dövr 1097–1221-ci illəri əhatə edir. İkinci dövr 1224-cü ildə Cəlaləddinin Hindistandan qayıtması ilə başlanmış və 1231-ci ildə sona çatmışdır. Sultan Cəlaləddinin 1224–1225-ci illərdə qurduğu səltənətin mərkəzi vilayəti Azərbaycan, əsas şəhərləri isə Təbriz və Gəncə olmuşdur. Bu, əslində, elə Azərbaycan dövləti idi. O, yerli hökmdarlardan birinə yazırdı: “Allahın mərhəməti və inayəti ilə millətimiz bir, dinimiz birdir. Dostluq etmək üçün ən münasib adam o şəxsdir ki, səninlə eyni dildə danışır və eyni dinə etiqad edir”.

Yeri gəlmişkən, bugün Azərbaycan dilinə ən yaxın dillərdən biri özbək dilinin Xarəzm ləhcəsidir. Ona özbək dilinin oğuz ləhcəsi də deyilir. Bir neçə milyon insanın danışdığı həmin ləhcənin əsas şivələrindən biri avşar şivəsi adlanır.

1230–1231-ci illərdə Cəlaləddin hakimiyyətinin mövcud olduğu ərazilərdə vəziyyət gərginləşərək kritik həddə çatmışdı. Belə ki, monqolların təzyiqi artmış, yerli hakimlərdən bəziləri ondan üz döndərməyə başlamışdılar. Bu ağır şəraitdə təbrizli Şəmsəddin Tuğrai (“tuğra” sözü nişan, gerb, ələm mənalarını ifadə edir) sultana sadiq qalmışdı. O, Təbriz camaatının dərin məhəbbətini qazanmış müdrik, mömin və saf bir insan idi. Ən-Nəsəvi onu bənzəri, tayı-bərabəri olmayan bir şəxsiyyət kimi xarakterizə etmişdir. Təbrizlilər Şəmsəddini özlərinin şəksiz lideri bilir, onun hər bir göstəriş və tapşırığını sorğu-sualsız yerinə yetirirdilər. Şəhər sakinləri hesab edirdilər ki, Şəmsəddinə bağlılığı saxlamaq onların müqəddəs borcudur. Ən-Nəsəvinin yazdıqlarından o da məlum olur ki, Xarəzmşah Cəlaləddin paxıl və iftiraçı adamların şər-böhtanlarına inanaraq Şəmsəddin Tuğrai ilə əvvəllər çox ədalətsiz davranmış, lakin sonradan bu hərəkətlərinə görə peşmançılıq və xəcalət hissləri keçirmişdir. Şəmsəddin 1229-cu ildən etibarən Cəlaləddinin məsləhətçilərindən və hörmətlə yanaşdığı şəxslərdən biri olmuşdur.

Haşiyə. İbn əl-Əsir (1160–1234): “(1231-ci ildə) Tatar sərkərdəsi öz qoşunları ilə Təbriz yaxınlığına çatıb sakinlərə təklif etdi ki, təslim olsunlar. Əks-təqdirdə onları cəzalandıracağı ilə hədələdi. Təbrizlilər də itaət edib çoxlu hədiyyə göndərdilər. Sərkərdə onlara təşəkkürünü bildirdi və tələb etdi ki, şəhər rəhbərləri gəlib onunla görüşsünlər. Təbriz qazisi, şəhər rəisi və bir neçə əyan ordugaha getdi. Lakin Şəmsəddin Tuğrai onların arasında yox idi. Halbuki təvazökarlığına görə heç bir zaman büruzə verməsə də, əslində, hər bir şey ondan asılı idi. Belə ki, təbrizlilər yalnız Şəmsəddinin sözünü eşidirdilər. Tatar sərkərdəsi onun gəlməməsinin səbəbini soruşdu. Şəhər başçıları cavab verdilər ki, Şəmsəddin Tuğrai bu dünyanın adamı deyil və onun dünyəvi hakimiyyətə heç bir dəxli yoxdur”.

1231-ci ilin avqustunda monqollarla növbəti savaşda yaralanmış Cəlaləddin onu təqib edən iki monqol döyüşçüsünü öldürdükdən sonra Anadolunun dağlıq hissəsində azaraq bir kürd kəndinə gəlib çıxdı. Orada qəfil hücuma məruz qaldı və girov götürüldü. Kürdlərin onu öldürmək fikri yox idi. Lakin kənd sakinlərindən biri qardaşının Xarəzm ordusu ilə hansısa döyüşdə həlak olduğunu iddia edərək köməksiz vəziyyətdə olan sultanı bir nizə zərbəsi ilə qətlə yetirdi.

Muhəmməd ən-Nəsəvi yazır: “Bir müddət sonra Əmir Şihabəddin Qazi ibn Əhməd (1220–1244) öz adamlarını həmin dağlara göndərdi. Onlar sultanın əşyalarını, atını, yəhərini, məşhur qılıncını və saçına taxdığı çubuğu tapıb gətirdilər. Cəlaləddinin yaxın adamları Utur xan və Təlsab təsdiq etdilər ki, bunların hamısı xarəzmşaha məxsusdur. Sonra sultanın cəsədini də gətirib dəfn etdilər”.

Digər rəvayətə görə, kürd hakimi Şihabəddin Qazi ibn Əhməd xarəzmşahın girov götürülməsi xəbərini alan kimi öz döyüşçüləri və Cəlaləddinin yaxın qohumu Utur xanla birlikdə həmin kəndə getmişdir. O, öldürülmüş şəxsin sultan olduğunu Utur xanın vasitəsi ilə dəqiqləşdirdikdən sonra əmr etmişdi ki, buradakı bütün kişiləri qətlə yetirib kəndi yandırsınlar.

Belə deyirlər ki, Sultan Cəlaləddin Diyarbəkr vilayətinin Harzem (Xarəzm) adlı kəndində dəfn edilmişdir.

Səhihliyi bir qədər şübhəli olan başqa bir rəvayətə əsasən, Xarəzmşah Cəlaləddin Diyarbəkrdə deyil, Dersimdə öldürülmüşdür. Onun məzarı Dersimin Dojik (Tacik?) dağının zirvəsindədir və Sultan Baba türbəsi kimi tanınır. Qeyd etmək lazımdır ki, Sultan Baba türbəsi bugün də zaza xalqının ən müqəddəs ziyarətgahlarından biridir. Deyilənə görə, sultanın kürd dostu Şeyx Həsən onun azyaşlı oğlunu himayəsinə götürüb saxlamış və bir neçə ildən sonra öz qızı ilə evləndirmişdir. Bugün də oğuzların şanlı bəydili boyundan olan Xarəzmşah Cəlaləddinin nəsli kürdlərin arasında yaşamaqdadır. Yenə də həmin bölgədə ağızdan-ağıza ötürülən bir rəvayətə görə, yerli zazaların əcdadları Dersimə qədim zamanlarda Türküstandan gəlmişlər. Türkiyəli müəlliflərin bəziləri zazaların bu hissəsini qızılbaş adlandırır və onları türkmən əsilli hesab edirlər. Amma, zənnimizcə, bu fikir kifayət qədər əsaslandırılmamışdır.

Fəzlullah Rəşidəddin (1247–1318): ”Adamların bir hissəsi danışır ki, sultan Hakkari dağlarında bir ağacın altında yatmışdı. Oradan keçən bir neçə avara onun bahalı paltarlarına və atına tamah saldı. Onlar Cəlaləddini yatdığı yerdə öldürüb ələ keçirdikləri qənimətlərlə Amid şəhərinə getdilər. Şəhər əyanları sultanın silahlarını və paltarlarını görən kimi tanıdılar. Yerli hakim məsələni araşdırıb həqiqəti öyrəndikdən sonra quldurların hamısını edam etdirdi. Sultanın cənazəsini Amid şəhərində dəfn edib üzərində türbə tikdilər”.

Əlaəddin Ataməlik Cuveyninin (1226–1283) nəql tərzindən isə hiss olunur ki, o, xarəzmşahın kürdlər tərəfindən öldürülməsi barədə məlumata bir qədər şübhə ilə yanaşır: “Sultanın öz sonunu necə qarşılaması barədə müxtəlif əhvalatlar danışırlar. Bəziləri deyirlər ki, Amid dağlarına çatdıqda o, gecələmək üçün bir yerdə dayandı. Burada bir dəstə kürd onun paltarlarını oğurlamaq istədi. Quldurlar nə etdiklərini və hansı ovu tutduqlarını anlamadan sultanı sinəsindən vurub öldürdülər. Əslində, bu təəccüblü deyil: bəzən arslan da sahibsiz itlərin hücumlarından yorulub əldən düşür. Sonra həmin adamlar sultanın paltarlarını geyinib şəhərə getdilər və orada ələ keçdilər. Amid hakimi məsələdən agah olub tapşırdı ki, həmin kürdləri qətlə yetirsinlər və qəbir qazıb sultan hesab etdikləri şəxsin meyitini orada dəfn etsinlər”.

Qeyd. Bu rəvayətlərin əksəriyyətini birləşdirən bir cəhət var: Cəlaləddinin yaxın adamlarına əvvəlcə onun meyiti deyil, şəxsi əşyaları göstərilmişdir. Həmin şəxslər də xarəzmşaha məxsus olan əşyalara əsasən onun öldüyünü təsdiq etmişlər. Bundan sonra cəsəd gizli bir yerdə dəfn edilmiş və qəbrin üstü düzlənmişdir ki, monqollar məzarı tapa bilməsinlər. Başqa iki variantda isə əksinə, deyilir ki, onun qəbri üzərində türbə ucaldılmışdır. Yalnız bir rəvayətə görə, Cəlaləddinin həm yaxın qohumu, həm də silahdaşı Utur xan təsdiq etmişdir ki, öldürülmüş şəxs həqiqətən də xarəzmşahdır.


Şərəfxan Bitlisi yazır: “Cəlaləddin yerli hakim Məlik Əşrəflə barışdı və onun qızı ilə evlənib bir müddət Bitlis şəhərində yaşadı. Məlik Əşrəf tez-tez ona deyirmiş ki, siz buranı tərk etməlisiniz. Çünki tatarlar, Allah eləməsin, bilsələr ki, şəhərdəsiniz, bütün vilayəti xarabazara döndərəcəklər. Bir gecə monqol ordusu Bitlisə yaxınlaşdı. Sultanı yuxudan oyatdılar. O, vəziyyətin ciddi olduğunu görüb Məlik Əşrəfin qızına dedi: sənin atanın məsləhətinə nahaq qulaq asmadım. Mənimlə getmək istəyirsən? Qız həvəslə, öz iradəsi ilə Cəlaləddinə qoşuldu və onlar atlanıb gecənin qaranlığında gözdən itdilər. Şeyx Əlaədövlə Simnani həzrətləri öz mürşidi Şeyx Nurəddin Əbdurrəhman Kəsrəfi (əl-İsfaraini) həzrətlərindən eşitmişdir ki, Sultan Cəlaləddin Uca Allahın xidmətçiləri (övliyaları) dərəcəsinə yüksəlmişdir”.

Fəzlullah Rəşidəddin xarəzmşah haqqında yazısını belə tamamlayır: “Digərləri isə iddia edirlər ki, Cəlaləddin öz libasını və silahını rastlaşdığı adamlara özü vermiş, əvəzində onların qaba paltarlarını geyinərək sufi və dərviş kimi ömür sürməyə başlamışdır”.

Əlaəddin Ataməlik Cuveyni isə öz hekayətini belə bitirir: “Amma başqaları nəql edirlər ki, monqollarla son döyüşdən sonra Xarəzmşah Cəlaləddin dərviş libası geyinərək sufi olmuş və müsəlman ölkələrində abid kimi yaşamışdır. Bir neçə il sonra şəhərlərdə və kəndlərdə davamlı olaraq şad xəbərlər yayıldı ki, sultanı hansısa şəhərdə görüblər”.

Mövlanə Cəlaləddin Rumi: “Allah ilə olduqdan sonra ölüm də, olum da xoşdur”.

Haşiyə. Rəvayətə görə, Xarəzmşahlar dövlətində doğulmuş Mövlanə Cəlaləddin Ruminin (1207–1273) atası Muhəmməd Bəhaəddin Vələd (1152–1231) Xarəzmşah Cəlaləddinin (1199–1231) bibisi oğludur. Göründüyü kimi, 1231-ci il hər iki Cəlaləddinin taleyində həlledici il olmuşdur. Həmin il Xarəzmşah Cəlaləddin ibn Muhəmməd izsiz-soraqsız yoxa çıxmış, Mövlanə Cəlaləddin ibn Muhəmmədin isə əksinə, səsi-sorağı tədricən bütün İslam aləminə yayılmağa başlamışdır.


Bir məsələni də qeyd edək: Türkiyəli tədqiqatçı Əbdulbaki Gölpinarlı faktlarla sübut etmişdir ki, Cəlaləddin Ruminin nəsil şəcərəsi və onun 1231-ci ilə qədərki həyatı barədə rəvayətlərin əksəriyyəti ziddiyyətli və qeyri-dəqiqdir. Məsələn, bir qəzəlində Xarəzm ordusu ilə Qurilər dövlətinin qoşunları arasında döyüşdən (1201–1206) bəhs edir. Digər bir şeirində isə bildirir ki, Səmərqənd Xarəzmşah tərəfindən zəbt edilərkən (1212) orada olmuşdur. O, bu zaman şahidi olduğu bir hadisəni də təsvir edir. Halbuki Cəlaləddin Rumi barəsində yayılmış bioqrafik məlumatlara görə, həmin vaxt onun 4–5 yaşı ancaq olardı. Başqa bir misal: onun 1207-ci ildə doğulduğu deyilsə də, son araşdırmalar göstərir ki, Mövlanə Cəlaləddin Rumi Xarəzmşah Cəlaləddin Manquberdi ilə demək olar ki, eyni tarixdə – 1200-cü ildə anadan olmuşdur.

Deyilənə görə, Mövlanə Cəlaləddin Ruminin əsli Bəlx şəhərindəndir. Bir fərziyyəyə əsasən, onun ailəsi bu şəhəri 1219-cu ildə tərk etmişdir. Həmin tarixdən iki sonra – 1221-ci ilin yazında monqollar Bəlxi yandırmış və şəhər sakinlərinin hamısını son nəfərinədək qətlə yetirmişdilər. Əgər salnaməçilər şəhərin başına gətirilmiş faciənin miqyasını şişirtmirlərsə, böyük ehtimalla, orada Cəlaləddin Ruminin həqiqətən də bəlxli olduğunu təsdiq edə biləcək adam və ya sənəd qalmamışdı. Görünür, elə bu səbəbdən sözügedən məsələni dəqiqləşdirmək mümkün olmamışdır. Çingiz xanın bəlxlilərə belə qəzəblənməsini isə onunla izah edirlər ki, 1220–1221-ci illərdə çox çətin vəziyyətə düşmüş şahzadə Cəlaləddin Manquberdi məhz bu şəhərdə sığınacaq tapıb vaxt qazanmış, sonra isə ətrafına qüvvə toplayıb monqollarla mübarizəni davam etdirmişdir.

Cəlaləddin Rumi 1231-ci ildən 1241-ci ilədək Seyid Bürhanəddin Tirmiziyə müridlik etmiş, onun yanında seyri-süluk (təsəvvüfdə cəhalətdən elmə doğru hərəkət) deyilən mənəvi təlim və tərbiyə yolunu keçmişdir. 1244-cü ildə Şəmsəddin Təbrizi (1185–1248) ilə tanışlıqdan və onunla söhbətlərdən sonra Cəlaləddin sanki yeni bir aləmə daxil olmuş və özünü tamamilə təsəvvüfə həsr etmişdir. Bütün vücudunu İlahi eşq bürümüş Cəlaləddin Rumi Mövlanəyə çevrilmişdır.

Cəlaləddin Rumi həm türk, həm də fars dilini bilirdi. Lakin şeirlərini əsasən fars dilində yazırdı. Ruminin adı ilə bağlı olan Mövləvilik təriqətini onun oğlu Sultan Muhəmməd Vələd (1226–1312) qurmuşdur. Deyilənə görə, Sultan Vələdin anası Gövhər xatun Xarəzmşahlar xanədanının nümayəndəsi idi. Onun adının əvvəlində “sultan” sözünün olmasını da məhz bununla izah edirlər. Mövlanənin digər oğlunun adı Əlaəddin Muhəmməd, kiçik oğlunun adı isə Müzəffərəddin Alim Çələbi olmuşdur. Cəlaləddin Ruminin Fatimə Məlikə Xatun adlı bir qızı da var idi. Qeyd etmək lazımdır ki, orta əsrlərdə “məlikə” və “xatun” sözlərini adətən hökmdar nəslindən olan qadınların adlarına əlavə edirdilər.


XARƏZMŞAH CƏLALƏDDİN İLƏ MÖVLANƏ CƏLALƏDDİN ARASINDA BƏZİ OXŞARLIQLAR

Xarəzmşah Cəlaləddin

1.Xarəzmşah Cəlaləddin Manquberdi 1199-cu ildə dünyaya gəlmişdir.
2. Sultan Cəlaləddin Manquberdi Xarəzmşahlar dövlətinin yeddinci hökmdarıdır.
3. Xarəzmşah Cəlaləddin Manquberdinin atasının adı Muhəmməddir.
4. Xarəzmşah Cəlaləddin Manquberdinin atasının tam adı Əlaəddin Muhəmməddir.
5. Cəlaləddinin Manquberdinin üç oğlu olmuşdur.
6. Sultan Cəlaləddin Manquberdi xarəzmşahlar xanədanının sonuncu nümayəndəsi idi.
7. Rəvayətlərə görə, Sultan Cəlaləddinin atası Xarəzmşah Əlaəddin Muhəmmədin ən çox hörmət bəslədiyi din xadimi böyük sufi şeyxi Nəcməddin Kubra (1145-1221) idi. Ürgənc şəhərinin mühasirəsi zamanı Çingiz xan onun amanda olduğunu bildirsə də, Şeyx Nəcməddin Kubra ölümə məhkum edilmiş camaatı tərk etməyərək monqollarla döyüşdə şəhid olmuşdur. Şeyxin məzarı Türkmənistanın Daşoğuz vilayətinin Köhnə Ürgənc şəhərindədir.
8. 1220-1221-ci illərdə çox çətin vəziyyətə düşmüş Cəlaləddin Manquberdi Bəlx şəhərində sığınacaq tapmış, bəlxlilərdən yardım almışdır.
9. Xarəzmşah Cəlaləddin Xorasan vilayətindən 1221-ci ildə çıxıb getməyə məcbur olmuşdur.
10. Xarəzmşah Cəlaləddin Manquberdi öz vətənini monqol istilası üzündən tərk etmişdir.
11. Cəlaləddin Manquberdinin mənsub olduğu Anuştekinlər nəslində şəxs adlarına “sultan”, “məlikə”, “xatun” kimi titullar əlavə edilirdi.
12. Sultan Cəlaləddin Manquberdinin ata nənəsi sənədləri belə imzalayırdı: “Cahan (dünya) məlikəsi (hökmdarı) Türkan xatun”.
13. Sultan Cəlaləddinin atası Xarəzmşah Əlaəddin Muhəmmədin titullarından biri “sultan” idi.
14. Xarəzmşah Cəlaləddin Manquberdi çox igid bir insan olmuşdur.
15. Cəlaləddin Manquberdinin və onun atası Sultan Əlaəddin Muhəmmədin Abbasi xəlifələrinə qarşı münasibətləri yaxşı olmamışdır.
16. Sultan Cəlaləddin 1225-ci ildə Bağdad ətrafında olmuş, Abbasi xəlifəsi ən-Nasirin qoşunlarına qarşı cavab əməliyyatları keçirmiş, xəlifəyə məktublarında onu tənqid etmişdir.
17. Xarəzmşah Cəlaləddin Manquberdi həm türk, həm də fars dilini yaxşı bilirdi.
18. Sultan Cəlaləddin Manquberdi 1231-ci ildə öldürülmüş və ya yoxa çıxmışdır.
19. Sultan Cəlaləddin Manquberdinin ömrünün sonu indiki Türkiyə ərazisində keçmişdir.
20. Salnamələrə görə, Cəlaləddin Manquberdi 1231-ci ildən sonra dərviş həyatı sürmüş və sufi olmuşdur.
21. Cəlaləddin Manquberdinin hörmət bəslədiyi şəxslərdən biri təbrizli Şəmsəddin idi.
22. Təbrizli Şəmsəddin onu tanıyan insanların hamısının ehtiramla yanaşdığı mömin və alicənab bir şəxs olmuşdur.
23. Sultan Cəlaləddinin həyatının böyük bir hissəsi monqollarla mübarizədə keçmişdir.
24. XIII-XIV əsrlərin böyük sufi şeyxlərindən bəziləri hesab edirdilər ki, Sultan Cəlaləddin övliya dərəcəsinə yüksəlmiş şəxslərdən biridir.
25. Sultan Cəlaləddin Manquberdiyə aid olduğu iddia edilən məzar dersimlilərin ən müqəddəs ziyarətgahlarındandır.
-----

Cəlaləddin Rumi

1.Mövlanə Cəlaləddin Rumi 1200-cü ildə anadan olmuşdur.
2.Mövlanə Cəlaləddin Ruminin əsli Xarəzmşahlar dövlətindəndir.
3. Mövlanə Cəlaləddin Ruminin də atasının adı Muhəmməddir.
4. Cəlaləddin Ruminin isə həm qardaşının, həm də ortancıl oğlunun adı Əlaəddin Muhəmməddir.
5. Cəlaləddinin Ruminin də üç oğlu olmuşdur.
6.Cəlaləddin Ruminin ata nənəsi və həyat yoldaşı güya xarəzmşahlar xanədanından olmuşlar.
7. Rəvayətlərə görə, Mövlanə Cəlaləddin Ruminin atası Sultan Bəhaəddin Muhəmmədin mürşidi Şeyx Nəcməddin Kubra, sonuncunun müəllimi isə Baba Fərəc Təbrizi idi. Kubraviyyənin bəzi ələvi təriqətlərinə (nurbəxşilərə və zəhəbilərə) böyük təsiri olmuşdur. Kubraviyyə təriqətinin digər məşhur nümayəndələri Şeyx Ruknəddin Əlaədövlə Simnani (1261-1336) və onun mürşidi Şeyx Nurəddin Əbdurrəhman əl-İsfaraini Kəsrəfidir (?-1317).
8.Mövlanə Cəlaləddin Ruminin əsli qədim Bəlx şəhərindəndir və onun ailəsi oranı 1219-cu ildə tərk etmişdir.
9.Cəlaləddin Rumi Xorasan vilayətindən 1219-1220-ci illərdə çıxıb getməyə məcbur olmuşdur.
10.Bir fərziyyəyə görə, Cəlaləddin Rumi də öz vətənini monqol istilası üzündən tərk etmişdir.
11.Cəlaləddin Ruminin övladlarının adlarının əvvəlində və ya sonunda “sultan”, “məlikə”, “xatun” kimi titullar vardır.
12.Mövlanə Cəlaləddin Ruminin ata nənəsinin adı və ya titulu belə idi: “Cahan məlikəsi (Məlike-i- Cahan)”.
13.Cəlaləddinin atası Bəhaəddin Muhəmmədin fəxri titullarından biri “sultan” idi.
14.Mövlanə Cəlaləddin Rumi də çox cəsarətli bir insan idi.
15.Cəlaləddin Ruminin və onun atası Sultan Bəhaəddin Muhəmmədin də Abbasi xəlifələrinə qarşı münasibətləri yaxşı olmamışdır.
16.Rəvayətə görə, Mövlanə və atası Bəhaəddin Muhəmməd 1221-ci ildə Bağdad şəhərində olmuşlar. Bəhaəddin şəhərin Cümə məscidində xütbə oxuyub Xəlifə ən-Nasiri tənqid etmişdir.
17.Mövlanə Cəlaləddin Rumi həm fars, həm də türk dilində şeirlər yazmışdır.
18. Cəlaləddin Rumi öz həyatının növbəti və əsas mərhələsinə 1231-ci ildə qədəm qoymuşdur.
19.Mövlanə Cəlaləddin Ruminin ömrünün böyük bir hissəsi indiki Türkiyə ərazisində keçmişdir.
20.Cəlaləddin Ruminin təsəvvüfə keçidi 1231-ci ildən başlamış, sonda o, böyük sufi şeyxi olmuşdur.
21.Cəlaləddin Ruminin yaxın dostu və mürşidi Şəmsəddin Təbrizi idi.
22.Şəms Təbrizi onu tanıyan insanların hamısının ehtiramla yanaşdığı mömin və alicənab bir şəxs olmuşdur.
23.Mövlanə Cəlaləddin Ruminin yaradıcılığında Xarəzm və monqol motivləri vardır.
24.Təsəvvüf əhli (sufilər) hesab edir ki, Mövlanə Cəlaləddin Rumi övliya dərəcəsinə yüksəlmiş şəxslərdən biridir.
25.Mövlanə Cəlaləddin Ruminin Konya şəhərindəki məzarı Türkiyənin ən müqəddəs ziyarətgahlarındandır.
-----

P.S. Belə bir ehtimal var ki, 1244-cü ilin noyabrında Cəlaləddin Rumi ilə görüşmüş Şəmsəddin Təbrizi, əslində, Xarəzmşah Cəlaləddindir. Başqa bir gümana görə, Şəmsəddin Təbrizi Cəlaləddin Ruminin özüdür. Bəs bu iki fərziyyəni bir-biri ilə tamamlasaq hansı nəticəni alarıq?

– Bu suala cavab tapmaq üçün 1231-ci ilin avqustuna qayıtmalıyıq. Beləliklə, tək qalmış bahadır atının üzünü onu təqib edən monqollara tərəf döndərir və iti qılıncını sıyırır. Ovçudan ova çevrilən düşmən ölülərini qoyub qaçır. Budur, qəhrəmanımız nabələd olduğu, tanımadığı Diyarbəkr dağlarının ətəyində dayanmışdır. Dünyanın ən sirli, ən sakral yerləri dağlardır. Dağ ucalıqdır, dağ məğrurluqdur, dağ müqəddəsdir. İgid döyüşçü özünün sonuncu zirvəsini fəth etmək üçün atını dəhmərləyib yola düzəlir. Həmin yol onu şahlıqdan, qılıncdan, qandan, dünyanın ötəri işlərindən ayırıb mənəviyyat aləminə aparacaq, əbədi səadətə qovuşduracaqdır.

1244-cü ilin noyabrına 13 il 3 ay qalırdı.


Ardı var…

Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist.

Fedai.az


& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

22.09.2020