Translate

16 Ağustos 2016 Salı

AZƏRBAYCANDA YERİN ALTINDAN SARAY TAPILDI

16.08.2016 / 09:56

Beynəlxalq Azərbaycan-Almaniya arxeoloji ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında 2500 il bundan əvvəl mövcud olan şəhər tipli böyük yaşayış yerində 2006-cı ildən arxeoloji qazıntı aparır.

AMEA-da Teleqraf.com-a bildirilib ki, ekspedisiyanın qənaətinə görə, qədim şəhərdə saraylar və digər tikililər bir-birindən xeyli aralı olmaqla, parkların, bağların arasında yerləşməklə divarlarla əhatələnib.

Böyük tikililərdə geniş sütunlu zalların, uzun dəhlizlərin olduğu qeyd edilir. Bu yaşayış yerindəki abidə eramızdan əvvəl 550-ci ildən 330-cu ilə qədər, 220 il mövcud olub və Əhmənilər imperiyasına məxsus Pasarqad, Persopol tikililəri ilə müqayisə olunur. Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yeri Əhmənilər imperiyasının bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzi olduğu güman edilir.

Beynəlxalq ekspedisiya Qaracəmirli yaxınlığında qədim yaşayış yerində hələlik bir neçə yerdə qazıntı apararaq böyük inzibati, təsərrüfat, istehsalat tikililərinin və dini abidənin qalıqlarını aşkarlayıb. Onlardan böyük sarayın qalıqları xüsusi əhəmiyyət kəsb edir.

Ekspedisiyanın rəhbəri İlyas Babayev deyib: "Bu vaxta qədər burada 28 sütun altlığı tapılıb. Görünür, burada 100-dən çox sütun altlığı var. Sarayın 8 metr enində, 25 metr uzunluğunda giriş hissəsi olub, onun arxasında 675 kvadratmetrdə audiensiya zalı yerləşir, ətrafında isə dəhlizlər və böyük zallar var. Burada tapılan maddi mədəniyyət nümunələri azdır, ancaq elitardır. Gil qablar çox azdır. Halbuki saray olmasaydı, gil qablar çoxluq təşkil edərdi. Ən maraqlısı isə burada mixi yazıların olmasıdır".

Hazırda ekspedisiya saraya aid edilən 5-ci sahə adlanan ərazinin qazıntısını aparır. Beynəlxalq ekspedisiyanın tərkibində almaniyalı arxeoloqla yanaşı, milliyyətcə yapon olan, Ankara Universitetinin magistrantı Masumi Uehara da iştrak edir. Masumi Uehara bildirib ki, 10 gün davam edən qazıntılarda kərpic tikililər və onun bərabərində zibil çökəklikləri aşkarlanıb, keramika və küp parçaları, daş alətlər tapılıb. Qeyd edək ki, saray və onun divarla əhatələnmiş hissəsinin ərazisi 20 hektardır. Hələlik bu sarayın yalnız giriş zalı və özünün bir hissəsi qazılıb. Sarayın e.ə. V əsrin birinci yarısında, 2480 il bundan əvvəl tikildiyi güman edilir.


TELEQRAF.COM
& VƏTƏNSEVƏRLƏR

10 Ağustos 2016 Çarşamba

ADİL İRŞADOĞLUNUN "VƏTƏN SƏYYAR BRİQADASI" QARABAĞ CƏBHƏSİNDƏ.

İZLƏMƏK ÜÇÜN DAXİL OLUN :  IRSHAD TV



DAĞLI - ARANLI QARABAĞI, ELƏCƏ DƏ AĞDAM VƏ FÜZULİ TORPAQLARINI

QORUYAN ƏSGƏR VƏ ZABİTLƏRİMİZLƏ MÜTƏMADİ GÖRÜŞƏRDİK... 

--------------------------

& VƏTƏNSEVƏRLƏR 

ADİL İRŞADOĞLUNUN "VƏTƏN SƏYYAR BRİQADASI" HƏRBİ HOSPİTALDA

İZLƏMƏK ÜÇÜN DAXİL OLUN :  IRSHAD TV



QARABAĞ TORPAQLARINI ERMƏNİ İŞĞALINDAN QORUYAN ƏSGƏR VƏ 

ZABİTLƏRİMİZLƏ HƏRBİ HOSPİTALLARDA GÖRÜŞÜMÜZ ÇOX OLARDI... 

------------------------

& VƏTƏNSEVƏRLƏR

9 Ağustos 2016 Salı

ƏRDOĞAN PUTİNLƏ GÖRÜŞDÜ

09.08.2016 / 12:11


Bu gün səhər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi təyyarəsi ilə Rusiyanın ikinci paytaxtı hesab olunan Sankt-Peterburqa səfərə gedib.

Hurriyyet.org xarici mediaya istinadən xəbər verir ki, prezidenti Ərdoğanı Ankaranın Esenboğa beynəlxalq hava limanında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmail Kahraman, milli müdafiə naziri Fikri Işık, Ankara şəhər valisi Mehmet Kılıçlar və Abkara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek yola salıblar.
Prezident R.T.Ərdoğanın Rusiyaya səfəri zamanı onu Türkiyə Baş nazirinin müavini Mehmet Şimşek, xarici işlər naziri Mevlüt Çavuşoğlu, mədəniyyət və turizm naziri Nabi Avcı, iqtisadiyyat naziri Nihat Zeybekci, kənd təsərrüfatı naziri Bakanı Faruk Çelik, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehdi Eker, Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri Hakan Fidan müşayiət edib.

Sankt-Peterburqa gələn Türkiyə prezidenti R.T.Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.
Daha sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək və geniş tərkibli görüşləri keçirilib.
Görüşlərdə bir sıra iqtisadi sazişlərin imzalanacağı gözlənilir. Hər iki tərəfdən 10 nəfərlik heyət görüşdə iştirak edir.
“Cənub dəhlizi” layihəsinin bərpası ilə bağlı da razılaşmanın imzalanacağı bildirilir.
Görüşün siyasi tərəfləri diqqət mərkəzindədir.
Rusiya mediasının məlumatına görə, ötən ilin noyabr ayında Türkiyə səmasında vurulan Rusiya bombardmançı təyyarəsinə görə rəsmi Ankara tərəfindən təzminatın ödənilməsi də danışıqların gündəliyinə salınıb. 


HURRİYYET.ORG
& VƏTƏNSEVƏRLƏR 

8 Ağustos 2016 Pazartesi

YENİKAPIDA TARİH YAZILDI

Türk milleti tarihine yeni bir destan ekledi. 5 milyon kişi Yenikapı'dan dünyaya haykırdı: TEK MİLLET, TEK VATAN, TEK BAYRAK, TEK DEVLET

08.08.2016 / 11:04


Fetullahçı Terör Örgütü'nün (FETÖ) darbe girişiminin ardından başlatılan "demokrasi nöbeti", Cumhurbaşkanlığı himayesinde, "Demokrasi ve Şehitler Mitingi" ile taçlandırıldı. Darbe ve iç savaş girişimine karşı günlerdir vatan nöbeti tutan Türkiye, dün dünyada emsali görülmemiş bir gövde gösterisi yaptı.

5 MİLYON KİŞİ TEK YÜREK OLDU

15 Temmuz'da FETÖ'cü ihanete göğsünü siper eden Türk milleti, Çanakkale ruhuyla Yenikapı'ya aktı. "Demokrasi ve Şehitler Mitingi" için kadını erkeği, genci yaşlısı toplumun her kesiminden yaklaşık 5 milyon kişi aynı alanda buluştu.



                    ( Yenikapı Şehitlik Mitinqi Sayğı duruşu ve İstiklal Marşı-Video-1)


MİLYONLAR "DARBEYE HAYIR" DEDİ

Karadan, denizden, yürüyerek hatta yüzerek alanı hıncahınç dolduran milyonlar, "Darbeye hayır" dedi; "Tek millet, tek vatan, tek bayrak ve tek devlet" sloganlarıyla dünyaya haykırdı.

TÜRKİYE'Yİ DİZAYN ETMEK İSTEYENLERE TOKAT GİBİ CEVAP

81 ile yayılan bu destansı buluşma, Türkiye'yi dizayn etmek isteyen odaklara tokat gibi bir cevap oldu.

LİDERLER İHANETE KARŞI BİRLİK MESAJI VERDİ

Cumhurbaşkanı Erdoğan, Başbakan Binali Yıldırım, CHP Genel Başkanı Kemal Kılıçdaroğlu ve MHP Genel Başkanı Devlet Bahçeli, ilk kez aynı meydanda kalabalığa hitap etti. Bu Türk siyasi tarihinde bir ilk oldu. Liderlerin mesajları birliğimizi ilan etti.

Sport ve sanat dünyasının ünlü isimleri alana koştu. FETÖ/PDY'nin ihanet girişimi sırasında şehit düşenlerin yakınları ve gaziler, mitingi protokolde kendilerine ayrılan yerden izledi.

                                   (Yenikapıda muhteşem işık gösterisi-Video-2)


ORG. AKAR DA KONUŞTU

Mitingde Cumhurbaşkanı ve siyasi parti liderlerinin yanı sıra, ilk kez bir genelkurmay başkanı da konuşma yaptı.

                    (Yenikapı mitinq alanı drone ile böyle görüntülendi-Video-3)


                 
                     

ENSONHABER.COM 
& VƏTƏNSEVƏRLƏR


ŞOK: TÜRK GENERALLAR PKK-ya SIĞINDI - ADLAR

08.08.2016 / 11:08

  
15 iyul dövlət çevrilişi cəhdi uğursuzluğa düçar olandan sonra bir çox hərbiçilər PKK-ya sığınıb.

Publika.az xəbər verir ki, qiyamdan sonra 3-ü general olmaqla 60 zabit “Sikorski” tipli helikopterlərlə Silopiyə gedib.

“Sözcü” qəzetinin yaydığı məlumata görə, fərari hərbiçilərə Gölbaşında Xüsusi Təyinatlı Komandanlığın qərargahını ələ keçirmək istəyərkən başından vurularaq öldürülən general Semih Tərzinin nəzarətindəki Silopi Xüsusi Təyinatlı Qüvvələr bazasındakı qiyamçılar yardım edib.

Qiyamçı hərbiçilər Silopa gəldikdən sonra Şimali İraqa keçiblər. 

Məlumata görə, 3-ü general olmaqla 60 zabit Zahoda PKK terrorçuları tərəfindən qarşılanaraq, Qəndildəki düşərgəyə aparılıblar. 

Türkiyə kəşfiyyatı PKK-ya sığınan zabitlərin bəzilərinin adlarını açıqlayıb: Admiral Mustafa Zeki Uğurlu, general Mehmet Nail Yigit, general Eli Kalyoncu, admiral Ayhan Bay, admiral İrfan Arabacı, admiral Eli Suat Aktürk, admiral Hayrettin İmran və general Mehmet Zeki Qıraplanın terrorçulara pənah aparanlar arasında olduğu deyilir.

Ehtimallara görə, PKK-ya sığınan qiyamçılar saxta pasportlarla Avropaya keçməyi planlaşdırır.


Asif, 
PUBLİKA.AZ  &  VƏTƏNSEVƏRLƏR

1 Ağustos 2016 Pazartesi

ORTAQ TÜRK DİLİ NƏ ZAMAN YARANACAQ ?


01.08.2016 / 11:54     

1 Avqust – Azərbaycan dili və əlifbası günüdür. Azərbaycan Prezidentinin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə latın qrafikalı müasir əlifbamızın bütün ölkədə geniş, mütləq tətbiqinə və həmin tarixdən bu günün qeyd olunmasına başlanılıb.

Hazırda dünyada mövcud olan 6700 dilin yalnız beş faizindən fəal istifadə edilir və yaxşı sənədləşdirilib. ABŞ-dakı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) məlumatına görə dünyada hər 14 gündə bir dil sıradan çıxır. Bu gedişlə də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq.

Dünyanın bəzi ölkələri dillərinin məhv olması təhlükəsini yaşayarkən türk xalqları ortaq dil və əlifba yaratmaq arzusundadır. Amma bu mövzu illərdir müzakirə olunsa da, yekun nəticə hələ də əldə olunmayıb. Bir neçə il əvvəl Türk Dövlətləri Əməkdaşlıq Şurasının yığıncağında Türk konseyi bayrağı qəbul olundu. Lakin dil məsələsində müzakirələr davam edir. Prosesin uzanmasına səbəb nədir? Ortaq dil və əlifba necə olmalıdır?



 Millət vəkili, filologiya elmləri doktoru Nizami Cəfərov Publika.az-a bildirib ki, ortaq əlifbanın yaradılmamasının əsas səbəblərindən biri eyni səslərin ayrı-ayrı ölkələrdə fərqli qrafiklərlə ifadə olunmasıdır: “Türk dövlətlərinin birgə toplantılarında, eyni zamanda ayrı-ayrı tədbirlərdə daim bu mövzu müzakirə olunur. Müzakirələr aparılsa da, əlifbalar arasında ciddi fərqlər mövcuddur. Ortaq əlifba üçün ilk növbədə bütün türk dövlətlərinin latın qrafikasına keçməsi lazımdır. Türkiyə və biz keçmişik, özbəklər həm latın və də kirildən istifadə edir, qazax, qırğızlarda isə latına keçmək istiqamətində müzakirələr aparılır. Tatarlar, başqırdlar, udinlər, çuvaşlar, altaylar, qaraçayların, bir sözlə bütün türk xalqlarının da eyni qrafikadan istifadə etmələri lazımdır.
Bundan başqa, hamımız ortaq səslərdən istifadə etsək də, işarələr fərqlidir. Ortaq əlifbanın yaradılmamasında uzun saitlər, bəzi hərflər problem yaradır. Məsələn, “q” səsi Azərbaycan, Türkiyə, tatar, özbək, qazax türkcəsində də var, amma onların hər birində işarəsi müxtəlifdir. İlk növbədə bu ortaqlıq həll olunmalıdır”.

Ortaq dil məsələsində də fikirlər üst-üstə düşmür. Yeni bir dilin yaradılması real görünmədiyindən, mövcud dillərdən birinin ortaq ünsiyyət vasitəsi olması lazımdır. Amma bu məsələdə də vahid bir qərar qəbul edilməyib. Başqa bir məsələ isə bu dilin işləkliyini təmin etməkdir. N.Cəfərov ortaq dil məsələsinin həll olunmamasının əsas səbəbini dövlətlər arasında qısqanclıqla əlaqələndirir: “Ortaq dilə Türkiyə türkcəsi də, biz də iddialıyıq. Prinsipcə bu iki dil arasında ciddi bir fərq olmadığından, hansısa birinin olmasında böyük fərq hiss edilməz. Özbəklər isə ortaq dilin süni şəkildə yaradılmasını təklif edirlər. Amma bu da özünü doğrultmur. Hazırda ortaq dil məsələsi müzakirə mərhələsindədir. Ümid edirik ki, bir neçə ilə bu məsələ həll olunacaq. Ən real variant Türkiyə türkcəsidir. Bu dili demək olar ki, bütün türk dövlətləri başa düşür. Bundan başqa, Türkiyə ortaqlığın yaradılması üçün bir çox layihələr həyata keçirib. Türkdilli ölkələrdə Türkiyə türkcəsində məktəblər, qəzetlər, jurnallar, radio, televiziyanın olması reallığın göstəricisidir. Amma əksəriyyətimiz yeni müstəqillik əldə etmiş ölkələr olduğumuzdan, biri-birimizə qarşı bir az da qısqanclıq var. Sabah Türkiyə türkcəsi üstünlüyünü təklif etsə, o zaman bir gərginlik yaşanacaq. Əslində hamımız eyni xalqıq, amma belə psixoloji problemlər mövcuddur. Düşünürəm ki, ortaq dil məsələsində ən uğurlu variant Türkiyə türkcəsidir”.

Ortaq türk dilinin qəbul edilməsi qədər, ondan necə istifadə edəcəyimiz məsələsi də problemdir. Bəs türk dövlətlərinin rəsmi yazışmalarında bu dilin tətbiqi nə qədər realdır?

N.Cəfərov yazışmalarda ortaq dildən istifadə edilməsini mürəkkəb məsələ hesab edir: “Çünki beynəlxalq yazışmalarda rus və ya ingilis dilindən istifadə edirik. Türk dövlətlərinin parlament assambleyasında hər bir türk dövlətinin öz dilində danışmasını yoxladıq. Qazaxlar qırğızlarla, biz isə türkiyəlilərlə bir-birimiz anladıq. Digərləri ilə anlaşmada tərcüməyə ehtiyac duysaq da, bunu uğurlu addım hesab etmək olar”.

Onun sözlərinə görə, ortaq dil və əlifbanın yaradılması üçün hər bir ölkə müəyyən güzəştlərə getməlidir: “Bu məsələnin rəsmiləşməsi üçün bir neçə il vaxt lazımdır. Amma bunun üçün həm də hər birimizin güzəştə getməyimiz vacibdir. Məsələn, biz latın qrafikalı əlifbaya Türkiyədən daha əvvəl keçmişdik. İkinci dəfə bu əlifbanı qəbul edəndə, türk dövlətləri ilə ortaqlığımız pozulmasın deyə türkiyəlilərin istifadə etdiyi variantı qəbul etdik. Ancaq bu gün güzəşt məsələsində subyektiv amillər meydana çıxır. Özbəklər Xəzər məsələsinə görə, Türkiyə ilə uzlaşmaq istəmir. Ortaqlığın alınmamasına həm də dövlət başçılarının xarakterindən irəli gələn problemlər də təsir edir”.


 Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professor Məhərrəm Məmmədli türk xalqları arasında tarixən ortaq dilin olduğunu bildirib: “Bu gün ortaq dil məsələsində ən uğurlu variant osmanlı türklərinin istifadə etdiyi türkcədir. Ortaq əlifba məsələsinə gəlincə, 90-cı illərin əvvəllərində İstanbulda türkdilli ölkələrin bir neçə toplantısı keçirildi. Həmin toplantılarda hər bir dövlət 34 işarədən çox olmamaq şərtilə ortaq əlifba layihəsini təqdim edib.
Tarixən türk xalqları arasında ortaq dil olub. Qədim mədəniyyət nümunələrinin bir çoxu məhz həmin dildə yazılıb. Mahmud Kaşğarlının “Divani-lüğət ət-türk”, Yusif Xas Hacibin “Kutadqu Bilik” əsərləri bu dildə yazılıb. Sonralar ayrı-ayrı dövlətlərin meydana gəlməsi, parçalanma nəticəsində bu ortaqlıq pozulub. Bu gün birliyin təmin olunmasında bəzi türk xalqlarının zəif iştirak etməsi, birliyin yaranmasına maneə olur. Dillərinin dövlət dili statusu olmayan bəzi xalqlar bu prosesə demək olar ki qoşulmayıblar. Ən böyük maneə isə Rusiya Federasiyası tərkibində olan xalqlarla bağlıdır”.

M.Məmmədli ortaq dil yaranandan sonra necə istifadə edəcəyimizə gəldikdə bunun ilk növbədə sadə insanlar arasında yayılmalı olduğunu bildirdi: “Bunun üçün ilk növbədə dil orta məktəblərdə kurslar açılmalıdır, lüğətlər, kitablar nəşr olunmalı, əlifbanın öyrədilməsi ilə bağlı verilişlər təşkil olunmalıdır. Türk dillərinin ümumi morfologiya, sintaksisi və s. tədqiq olunmalıdır. Ümumiişlək dilə çevriləndən sonra isə dövlətlərarası rəsmi görüşlərdə də istifadə oluna bilər”.

Gülxar Şərif
  
&  VƏTƏNSEVƏRLƏR