Translate

8 Şubat 2014 Cumartesi

Əhalisinin 76 faizi türk olan İrəvan ermənilərə necə verildi?


Qərbi Azərbaycanın (indiki Ermənistan) rus-erməni işğalı və azərbaycanlılara qarşı törədilmiş müdhiş cinayətlər haqqında tarixi faktlar

 İşğalçılıq siyasətini və bəşəri cinayətlərini gizlətmək üçün özləri barədə “əzabkeş”, “yazıq” obrazı yaratmağı bacaran dünya erməniləri 2015-ci ildə qondarma “erməni  soyqırımı”nın  100 illiyini “təntənəli” şəkildə qeyd etməyə hazırlaşır.

Tarixi həqiqətlərin saxtalaşdırılması işində mahir olan bədnam qonşularımızın, erməni ideoloqlarının və onların havadarlarının gerçək mahiyyətinin açılması istiqamətində bir sıra ciddi qaynaqlar var ki, onların zaman-zaman ictimailəşdirilməsinə, onların Azərbaycan və xarici oxucu auditoriyasına çatdırmağa ciddi zərurət var.

Səməndər Mehdiyev: “Bizə məxsus olan İrəvan xanlığının torpaqlarını tələb etməli və hansı yolla olursa-olsun həmin torpaqlara qayıtmaq uğrunda mübarizə aparmalıyıq”
Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyinin rəhbəri Səməndər Mehdiyev tarixi sənədlərə və digər mənbələrə əsaslanaraq erməni vandalizmini və saxtakarlığını ifşa edən çox ciddi mətləbləri ortaya qoyub.

Bununla bağlı redaksiyamıza təqdim etdiyi müəllif yazısında S.Mehdiyev ermənilərin 99 ildir ki, hər il aprel ayının 24-də Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının mərkəzi sayılan İrəvan (Yerevan) şəhərinə toplaşdığını, Türkiyə və Azərbaycana tarixən düşmən olan bir sıra xarici dövlətlərin nümayəndələrinin iştirakı ilə 1915-ci ildə guya türklər tərəfindən ermənilərə qarşı törədilmiş “soyqrımı”nı yada saldığını,  öldürülmüş ermənilərin qisasını türk və müsəlmanlardan çıxmaq üçün quldur katolik keşişlərinin “xeyir-duasını” aldığını xatırladıb.

Hovannes Şahxatunyan: “390 il İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olub”

Araşdırmaçı xatırladır ki, erməni tarixçilərinin belə bir çoxu bu torpaqların İrəvan xanlığının inzibati ərazisi olduğunu və azərbaycanlı xanlar tərəfindən idarə edildiyini təsdiqləyib: “Hətta erməni kahin Hovannes Şahxatunyanın tərtib etdiyi siyahıda göstərilir ki, 390 il (1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olmuşdur. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də quldur yuvası kimi fəaliyyət göstərən erməni katolik kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı  "Erməni Sovet  Ensiklopediyası"nda öz əksini tapmışdır". S.Mehdiyev yazır ki, dünya ölkələrinin arxivlərində mövcud olan tarixi sənədlərə heç bir məhəl qoymayan daşnaklar  II Dünya müharibəsindən sonra yəhudilərin Almaniyadan təzminat almasından şirnikləşərək 1915-ci ildə bu “əzabkeş”, “yazıq” millətə qarşı guya Osmanlı Türkiyəsi tərəfindən “soyqırımı” törədildiyini iddia edir. Ancaq əslində XX əsrin əvvəllərində rus qoşunları və erməni silahlı dəstələrinin təkcə Türkiyədə deyil, Qərbi Azərbaycanda (indiki Ermənistan) türk və digər müsəlman xalqlara  qarşı kütləvi qırğınlar törətmələri tarixi sənədlərlə sübuta yetirilib.

S.Mehdiyev qeyd edir ki, tarixən əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. Hələ 1876-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamış, 1802-ci ildə çar I Aleksandr  Sisyanova yazdığı məktubda ermənilərə münasibətini belə ifadə etmişdir: “Nə olursa-olsun ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır”. Bu siyasət sonrakı illərdə də davam etdirildi. 1828-ci ilin mart ayının 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi. Elə həmin ildə İranın Marağa şəhərindən 40 min erməni Dağlıq Qarabağa, 40 min erməni  isə İrəvan xanlığının ərazisinə köçürüldü.

Cigərxanyanın tarixi etirafı

Yeri gəlmişkən, Dağlıq Qarabağa köçürülən ermənilər 1978-ci ildə köçürülmələrinin 150 illik yubileyini təntənəli şəkildə  qeyd etmələrinə və buna aid abidə ucaltmalarına baxmayaraq ermənilər indi özlərini Dağlıq Qarabağın aborigen milləti sayır. Qarabağda məlum hadisələr başlayandan sonra isə ermənilər bu bölgənin “əsl sahibləri” olduqlarını iddia etmək üçün həmin abidəni yer üzündən sildilər. S.Mehdiyev araşdırma materialında bu barədə yazır: “Maraqlıdır ki, bir neçə il bundan qabaq SSRİ xalq artisti aktyor Armen Cigərxanyan müsahibə verərkən jurnalistə kobud şəkildə belə dedi: "Ay uşaq, mənim ulu babamın qəbri İranın Marağa şəhərindədir. Ad-familyaları da qəbir daşında yazılıb. Mən necə deyə bilərəm ki, ulu babam stepanakertlidir". İndi həmin A.Cigərxanyan ermənilər tərəfindən “arzuolunmaz şəxs” hesab edilərək  daşnak məclislərinə buraxılmır".

***
Sonralar ermənilər çar Rusiyasına arxalanaraq “Böyük Ermənistan” dövləti yaratmaq iddiasına düşdülər və İrəvan xanlığının ərazisində müvəqqəti “Erməni vilayəti”ni dövlət kimi formalaşdırmağa başladılar. Birinci növbədə  Qərbi Azərbaycanda (indiki Ermənistan) əhalinin milli tərkibinin sayını öz xeyirlərinə dəyişdirmək məqsədi ilə xarici ölkələrdən xanlığın ərazisinə erməniləri köçürmək, Azərbaycan türklərini dədə-baba yurdlarından qovaraq yerli əhaliyə aid bütün tarixi abidələri yer üzündən silmək, tarixi toponimləri dəyişdirmək və s. kimi planlarını həyata keçirməyə başladılar. XX əsrin əvvəllərində öz sələflərinin  yolunu davam etdirən Sovet Rusiyası və digər havadarlar “türksüz Ermənistan” yaratmaq məqsədi ilə ermənilərin planlarına rəvac verdilər.

İrəvan xanlığının tarixi torpaqları üzərində erməni dövləti yaratmaq üçün hələ XIX əsrin əvvəllərindən başlayaraq ermənilər aborigen əhalini zorla dədə-baba yurdlarından  qovub çıxarmaq prosesini mərhələ-mərhələ həyata keçirib. S.Mehdiyev tarixi reallıqları konkret faktlarla təqdim edir:

I mərhələ 1828-1905-ci illəri əhatə edib və 595.000 nəfər soydaşımız deportasiya edilib. II mərhələ 1905-1907-ci illərə təsadüf edib ki, bu zaman 275.000 azərbaycanlı yurdundan qovulub. III mərhələ 1914-1920-ci illəri (575.000 qovulub), IV mərhələ 1948-1953-cü illəri (105.000 azərbaycanlı deportasiya olunub), V mərhələ isə 1988-1990-cı illəri əhatə edib və nəticədə Qərbi Azərbaycandakı 250.000 azərbaycanlı son nəfərinədək deportasiyaya məruz qalıb. Bu illərdə azərbaycanlılara qarşı saysız-hesabsız qırğınlar törədilib, təxminən 900 minə qədər qərbi azərbaycanlı öldürülüb, yerli əhaliyə məxsus bütün əmlakları talan edilib, yurd-yuvası dağıdılıb, dinc əhaliyə 105 milyarddan çox ABŞ dolları həcmində maddi ziyan dəyib. Təkcə 1918-1920-ci illərdə daşnak Andronikin başçılığı ilə törədilmiş soyqırım zamanı 50 mindən çox Azərbaycan türkü və müsəlman əhali öldürülüb. 1948-1953-cü illər deportasiyası zamanı köçürülən 105 min əhalinin yarıdan çoxu (!) şəraitsizlik və aclıqdan qırılıb. Maraqlıdır ki, pambıqçılığın inkişafı adı altında yurdlarında zorla qovulan əhalinin köçürülməsi o zaman ölkə rəhbərləri olmuş M.C.Bağırov (Azərbaycan) və Q.Y.Haruyutunovun (Ermənistan) Stalinə göndərdikləri 3 dekabr 1947-ci il tarixli razılıq məktubu əsasında həyata keçirilib. Azərbaycanda deportasiya olunmuş həmin əhalinin məskunlaşması üçün ayrılmış vəsaitin yalnız 47%-i xərclənmişdir. Bu da minlərlə insanların aclıq və şəraitsizlikdən məhvinə səbəb olub.
Tarixi faktlar sübut edir ki, ermənilər Qərbi Azərbaycan əhalisini zorla qovub çıxarmaqla bərabər boşaldılmış yaşayış məntəqələrinə xarici ölkələrdən erməni əhalisinin köçürülməsini də müxtəlif dövrlərdə planlı şəkildə həyata keçiriblər. Bu proses 1928-ci ildən başlayaraq 1953-cü ilədək daha geniş miqyasda həyata keçirilib. Ancaq elə son onilliklərdə də işğal olunmuş Qarabağ ərazilərində Suriya erməniləri hesabına qanunsuz məskunlaşma prosesi həyata keçirilir.

Müəllif yazır ki, yalançı vədlərə inanaraq “Ermənistan”a axışan ermənilərlə yanaşı, müxtəlif ölkələrdə ayrı-ayrı millətlərə qarşı cinayət törətmiş, gizlənmək üçün  İrəvan xanlığının torpağında məskunlaşan  terrorçu ermənilər əhalinin sayını öz xeyirlərinə dəyişdirə bildilər.

Ermənilərin Azərbaycana böyük köçü

Azərbaycanın tarixi ərazilərinə böyük erməni köçünü S.Mehdiyev aşağıdakı kimi qruplaşdırıb və köçürülən ermənilərin sayına diqqət çəkib:

1 . 1928-ci ildən başlayaraq: - İrandan 40.000 , Türkiyədən 84.600, Suriyadan 30.000 nəfər.
2. 1914-1922-ci illərdə: - Türkiyədən 70.000, Fransadan 30.000 nəfər.
3. 1946-cı ildən başlayaraq: - İran, Suriya, Livan, Bolqarıstan, Yunanıstan, Rumıniyadan 409.000 nəfər.
4. 1947-ci ildə: - ABŞ, Fələstin, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 35.000 nəfər.
5.1948-1953-cü illərdə: - ABŞ, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 100.000 nəfər.
Ermənilərdən daha bir etiraf - 76 faiz azərbaycanlı!
Erməni yazarları Z.Lalayanın “Tarixi xatirələr” kitabında (II hissə), X.Hakopyan, S.Melikbaxşıyan və X.Barseğiyanın “Ermənistanın və ətraf rayonların toponimlər lüğəti” əsərində və Ermənistan Sovet Ensiklopediyasında birmənalı şəkildə təsdiq olunur ki, İrəvan xanlığının və ətraf rayonların əhalisinin 76%-dən çoxu (!!!) Azərbaycan türkləri və müsəlmanlar olmuşdur.

Erməni vandalları insanlara qarşı törətdikləri cinayətləri Qərbi Azərbaycanda (indiki Ermənistan) tarixi abidələrə də tətbiq edilib. Onlar türk-müsəlman izlərini itirmək üçün bütün tarixi abidələri yer üzündən siliblər.

S.Mehdiyev təkcə İrəvan şəhəri və onun ətrafında dağıdılmış böyük həcmli möhtəşəm tarixi abidələrin bir qismi haqqında faktları xatırladıb:

- İrəvan qalası, 1413-cü ildə inşa edilmişdi.

- 1510-cu ildə Şah İsmayılın əmri ilə İrəvanda inşa edilmiş Şah İsmayıl məscidi. (ermənilər 1918-ci ildə həmin məscidə türk və müsəlmanları dolduraraq od vurub yandırmışlar)
- 1510-cu ildə İrəvan sərdarı Əmirqulu xan Qacar tərəfindən ucaldılan, Hüseynəli xan tərəfindən 1782-ci ildə təkmilləşdirilən Sərdar qalası.

- 1604-cü ildə I Şah Abbasın inşa etdirdiyi , İrəvan qalası ərazisində,  Sərdar sarayının şərqində yerləşən I Şah Abbas məscidi.

- 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalası yaxınlığında inşa edilmiş möhtəşəm məscid.

- Müxtəlif illərdə İrəvan qalası və onun ətrafında inşa edilmiş 8 məscid kompleksi.

- Sərdarabad qalası və s.

Müəllif yazır ki, ümumiyyətlə, Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində 42, Üçmüədzin qəzasında 33 və Zəngəzur qəzasında 35 böyük həcmli tarixi abidələr dağıdılıb: “Ermənilər bu gün də öz iyrənc əməllərini davam etdirərək bütün toponimləri, o cümlədən bütün yaşayış məntəqələrinin adlarını dəyişdirməkdə davam edirlər. Dəyişdirilmiş adların sayı 590-dan çoxdur. Göründüyü kimi, ermənilər havadarlarının köməyi ilə XXI əsrin əvvəllərində Qərbi Azərbaycanla (indiki Ermənistan) bağlı bütün planlarını həyata keçirərək təkmillətli dövlət yaratmağa nail oldular. Əslində bu onların hünəri, qüdrəti deyil. Zəncirlənmiş quduz it simasında havadarlarına  tulalıq  missiyasını həyata keçirirlər. Vaxt gələcək, onların əsas himayəçisi olan Rusiyanın da qatı düşməninə çevriləcəklər”.
Ermənilər barədə tarixi həqiqətlər zaman-zaman qeyri-azərbaycanlı məşhurlar tərəfindən qeyd olunub. Rus yazıçısı V.Valeçko yazırdı: “Ermənilər tarix boyu tez-tez öz himayəçilərini dəyişmişlər; Roma, Bizans, İran, Rus, İngilis, Fransız, Türk... Tarix səhnəsində ermənilərə yeni-yeni himayədar çıxarkən, həmişə köhnə himayəçilərini satmışlar”. ABŞ  tədqiqatçısı Samuel Uimzin isə yazırdı: “Terrorçu xristian erməni dövlətinin bugünkü işğalçılıq siyasətinin təməlləri XIX əsrin sonlarında ”Erməni məsələsi" ortaya atılarkən qoyulmuşdur. Bu siyasət SSRİ dövründə də Ermənistanın rəsmi siyasəti olmuşdur".

S.Mehdiyev Dağlıq Qarabağın və ətraf ərazilərin düşməndən azad ediləcəyinə əmindir: “İndi biz Qərbi Azərbaycan  (indiki Ermənistan) dövlətindən bizə məxsus olan İrəvan xanlığının torpaqlarını tələb etməli və hansı yolla olursa-olsun həmin torpaqlara qayıtmaq uğrunda mübarizə aparmalıyıq. Bu məsələnin həllində Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya edilmiş və hər cür zorakılığa, terrorizmə və soyqırımına məruz qalmış qərbi azərbaycanlılar xüsusi fəallıq göstərməlidirlər”. Təşkilat rəhbər ermənilərin tarixi cinayətlərini unutmamağa, düşməndən qisas almağa çağırır: “Biz, qərbi azərbaycanlılar VƏTƏNİMİZƏ QAYIDIŞ missiyasını həyata keçirmək üçün bütün vasitələrdən istifadə etməli və tarixi düşmənlərimizdən QİSAS almalıyıq.  Ermənilərin tarix boyu terrorizm, soyqırımı, vandalizmi  "kişilik" əlaməti saydıqları və insanlığa xas olmayan əməlləri həyata keçirmək üçün yaratdıqları “Daşnakstyün”, “ASALA”, “Hnçaq”, “Ramkavar”və s. terror təşkilatlarının törətdikləri cinayətləri onların özlərinə qarşı törətməyin vaxtı çatıb".

Elşad PAŞASOY

4 Şubat 2014 Salı

İLHAM ƏLİYEV UKRAYNANIN XİLASI ÜÇÜN PUL AYIRIR


Avropa İttifaqının sensasion planı məlum oldu, 
Azərbaycan da bu plana dəstək verənlərdən biridir 

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali komissarı Ketrin Eşton Brüsselin Ukraynadakı siyasi böhranının həllinə dair yeni planını təqdim etmək üçün Kiyevə gedir.
Virtualaz.org saytının "EU Observer” nəşrindən əldə etdiyi məlumata görə, bu plan siyasi böhranının həllinin əvəzində Kiyevə iri məbləğdə maliyyə yardımının edilməsini nəzərdə tutur. Məsələnin sensasion tərəfi odur ki, Azərbaycan da bu planda yer alanlardan biridir.
Xəbərə görə, plan fevralın 3-də Brüsseldə Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsinin iclasında müzakirə olunub. Ketrin Eştonun nümayəndələri Aİ ölkələrinin səfirlərinə planın bütün detallarını bildirməsə də bəzi detalları çatdırıblar. Plana görə, prezident Viktor Yanukoviç güzəştə gedərək müxalifətin qalan  tələblərini də yerinə yetirsə, Ukraynaya iri həcmdə maliyyə yardımı ediləcək.
K.Eştonun nümayəndələri məbləği açıqlamayıblar. Lakin deyiblər ki, pullar beynəlxalq sponsorlar qrupundan, o cümlədən Avropa İttifaqından, ABŞ-dan, habelə Azərbaycan, Yaponiya və Norveçdən daxil olacaq.
Komitənin iclasında həmçinin Litvanın Yanukoviçin yaxın ətrafına daxil olan şəxslərə qarşı sanksiyaların tətbiq olunmasına dair təşəbbüsü geniş dəstək qazanıb. Ketrin Eşton bu gün axşam Kiyevə səfər edir. Onun müxalifət və hakimiyyət nümayəndələri ilə danışıqları gözlənilir.

Avropa İttifaqının Ukraynaya yeni maliyyə yardımı təklifi Rusiyanın Ukraynaya vəd etdiyi 15 milyard dollarlıq krediti dondurmasından sonra irəli sürülür. Moskva həmçinin Yanukoviçi xəbərdar edib ki, Ukraynanın qaza görə 2,7 milyard dollar borcu yaranıb. Rusiya bu addımları Yanukoviçin müxalifətin irəli sürdüyü tələblərin bir neçəsini qəbul etməsindən, o cümlədən baş naziri istefaya göndərməsindən sonra atıb.
Brüsseldəki mənbə deyib ki, Aİ-nin təklif etdiyi maliyyə yardımının əvəzində Yanukoviç hökumətdə iqtisadiyyat bloku nazirliklərini müxalifət nümayəndələrinə verməli, seçki islahatları aparmalı, növbədənkənar prezident seçkilərinin vaxtını təyin etməli və prezidentin səlahiyyətlərinin azaldılaraq parlamentə verilməsini həyata keçirən onstitusiya düzəlişləri etməlidir.
Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ketrin Eştonun səfəri ərəfəsində Avropa İttifaqının Kiyevdəki səfirləri Ali Radada görüşlər keçirir. Müxalifət liderləri də Ali Radaya dəvət olunub. Ukrayna parlamentinin binası qarşısında Azərbaycan səfirliyinin xidməti avtomobili də park edib və bu, ölkəmizin Kiyevdəki diplomatik təmsilçisinin Avropa İttifaqının sözügedən planı ilə bağlı müzakirələrdə yer aldığını göstərir.
Bəs Azərbaycan Ukrayna üçün pul ayırmağa niyə hazırdır və nədən rəsmi Bakı Aİ-nin bu ölkədə hakimiyyətin Qərbmeylli müxalifətə keçməsinə imkan yaradan planına dəstək verir?

Bu sualın cavabını Ukraynanın Azərbaycan üçün nə dərəcədə mühüm ölkə olmasında axtarmaq lazımdır. Çünki Ukraynada gedən proseslər Qərbin məğlubiyyəti və Rusiyanın qələbəsi ilə başa çatsa, o zaman Azərbaycanın da müstəqil siyasət yürütməsi xeyli çətinləşəcək.
Deməli, Azərbaycanın Aİ-nin Ukrayna planına yer alması bilavasitə ölkənin uzunmüddətli milli maraqları nəzərə alınmaqla atılmış riskli, eyni zamanda kifayət qədər cəsarətli addımdır.
Keçmiş sovet məkanında Azərbaycanla Ukrayna həmişə koordinasiyalı xarici siyasət yürüdüblər və təsadüfi deyil ki, ötən ilin payızında prezident Viktor Yanukoviç Aİ-nin Şərq Tərəfdaşlığı sammiti ərəfəsində - Avropa ilə assosiasiya sazişinə dair qərar qəbul etmək ərəfəsində olanda Azərbaycan prezidenti ilə məsləhətləşmələr aparmağa ehtiyac görmüşdü.
Həmin sammit ərəfəsində Kiyevə səfər edən prezident İlham Əliyev Viktor Yanukoviçlə onun iqamətgahında yüksək məxfilik şəraitində uzun müzakirələr aparmışdı. 

29 Ocak 2014 Çarşamba

CHE GUEVARA-nın ÖLDÜKDƏN SONRA ÇANTASINDAN ÇIXAN NİTQ KİTABI



Kuba İnqilabının qabaqcıllarından və Fidel Castronun əqidə yoldaşı Argentinalı inqilabçı həkim Che Guevara, 1967-ci ildə Bolivyada tutulub öldürüldüyündə kürək çantasından, 
" Atatürkün Böyük NİTQi " kitabı çıxmışdır...

NİTQin Kuba İnqilabındakı yeri əslində daha əvvəlki illərə uzanır. Sosialist Kuba Respublika başçısı Fidel Castro, 12 May 1961 tarixində Havanada vəzifəli gənc Türkiyə diplomatı Bilal Şimşirdən "Atatürkün Böyük Nitq Kitabını" istər. ABŞın məlumatı olmaması xahişiylə edilən bu istək, Bilal Şimşir tərəfindən uzunca bir müddət sonra yerinə gətirilə bilər. İşdə, Fidel Castronun Atatürk heyranlığının qaynağı; İngiliscə "Nitq" kitabını özümsəyərək oxumasında və inqilabçı M. Kamal ATATÜRKün ilk antiemperyalist döyüşümünü zəfərə çatdıran "1919 Ruhu"ndan ilhamlanmasında yatır. 

 12 dekabr 1996da bir mükafat mərasimi üçün getdiyi Kubada Fidel Castro ilə görüşən Dursun ÖZDEN özünə "Türkiyədə solçu, qabaqcıl və inqilabçı gənclər; Che Guevara və Fidel Castronu çox sevirlər və sizləri mütləq öndər olaraq qəbul edirlər..." deyər. Bu sözlərə Castronun verdiyi cavab çox mənalıdır: "İnqilabçı M. Kamal ATATÜRK varkən, Türk gəncləri niyə özlərinə başqa öndər axtarırlar?... İnqilabçı ATATÜRK bizim və bütün məzlum xalqların əsil qaynağıdır..." 

Mart 1997 də Habitat Yığıncağı üçün İstanbula gələn Fidel Castro, etdiyi danışmada belə deyər: "Əsl inqilabçı M. Kamal Atatürkdür. Mən bir inqilab etdim, amma ONun etdiklərini əsla bacara bilməzdim. Əsla özünüzə başqa əsin qaynağı axtarışın..." Fidel Castronun bu sözləri qarşısında həyəcanlanmamaq mümkünmü? 

Bu məzmunda son illərdə Latın Amerika ölkələrində əsməkdə olan "milliçi və antiemperyalist küləkdə" Mustafa Kamal işığının təsiri yoxdurmu sizcə?...

O Mustafa Kamal işığıdır ki; şərqdən qərbə, cənubdan şimala, bir çox xalq hərəkətini və xalq öndərini təsir etmişdir. Məsələn, müasirləri Lenin və Churchill özünü həmişə təqdir etmişlər. Məsələn, 1935dəki Uzun Gediş əvvəlində Şankay Meydanında toplanan minlərlə Çinliyə səslənən Maonun ilk sözləri belədir: "Mən, Çinin Atatürküyəm.." Və 1948dən bu günə qədər, Çin Xalq Respublikasındakı 8. və 9. siniflərdə Yakınçağ Tarixi dərslərində Atatürk və Respublika İnqilabları oxudulur.

Mix.az
http://youtu.be/lOfo6VMFIHM

24 Ocak 2014 Cuma

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ - AZADLIQ VƏ MÜSTƏQİLLİK AŞİQİ


O, XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi tarixində özünəməxsus şərəfli bir iz buraxmış, 100 ildən artıq sürən rus işğalına son qoyaraq, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurmuş və 23 ay ərzində ona uğurla rəhbərlik etmişdi. O, millətini sevirdi, lakin millətçi deyildi. O, vətənin azadlığı uğrunda mübarizə aparan bir azadlıq mücahidi kimi ömrünü bu müqəddəs amala həsr etmişdi. Harada olmasından, yaşamasından asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, onun yenidən azadlığa qovuşması uğrunda mübarizəsini bir an da olsa dayandırmırdı. Bəzən onu tanıyanlar heyrətə düşürdülər ki, bu qədər iradə inam, mübarizə və güc onda haradandır. Əslində o, özünə ilham, güc verən, onu yeni azadlıq mübarizələrinə səsləyən mənəvi və fiziki gücü Azərbaycanın gələcəyinə, onun azadlığına qovuşacağına olan ümidlərindən alırdı. Bu ilham və güc idi müstəqilliyimizi əldə etdiyimiz ilk günlərdə ona dedirdən: “Bir dəfə ucalan bayraq bir daha enməz”.

Hətta son nəfəsində belə Azərbaycanın yenidən müstəqilliyinə qovuşacağına olan ümidlərini itirməyərək üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan”,-demiş və bu həsrətlə, bu arzu ilə də haqq dünyasına qovuşmuşdu. Necə deyərlər, onun Azərbaycan türklərinin azadlığı uğrunda apardığı mübarizə, siyasi uzaqgörənliklə Azərbaycanın xilas yolunu qardaş Türkiyə ilə ittifaqda görməsi və bununla bağlı nəinki Türkiyə, həm də türk xalqları arasında əbədiyyətə qədər davam edəcək qardaşlıq körpüsünün əsaslarını qoyması XX əsr türk dünyasının gələcəyini müəyyən edən müqəddəs bir amala, türk xalqlarının gələcəyinə işıq salan mayaka çevrildi. Bu böyük insan yanvar ayının 31-də 130 yaşı tamam olacaq Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi məşhur dövlət xadimlərindən biri olan Məhəmməd Əmin Rəsulzadə idi.

Uşaqlıq və gənclik illəri

Məhəmməd Əmin Rəsulzadənin həyat yolu da özünəməxsus olub desək, səhv etmərik. 1881-ci ilin yanvar ayının 31-də Bakının ən qədim kəndlərindən biri hesab edilən Novxanıda dindar bir ailədə anadan olan Məhəmməd Əmin Rəsulzadə uşaqlıq yaşlarından azadlıqsevər, vətənpərvər kimi tərbiyə edilmişdi. Atası dindar olsa da, sivil düşüncə tərzinə malik olan, millətini, xalqını sevən bir şəxs kimi tanınırdı. Hələ kiçik yaşlarından o evlərinə gələn atasının dostları arasında Azərbaycanın kafirlərdən ( rus işğalçılarından) necə xilas olması yolları barədə gedən söz- söhbətin şahidi olmuş və eşitdikləri onda böyük izlər buraxmışdı. O, bu söhbətlərin hamısını maraqla dinləyir və başımıza gətirilən bütün bəlaların kökündə nəyin dayandığını tapmağa çalışırdı. Atası balaca Məhəmmədin yalnız dini deyil, həm də sivil təhsil almasını və onun açıqgözlü, müasir bir gənc kimi yetişməsini arzulayırdı. Bu məqsədlə də Məhəmməd Əmini məşhur pedaqoq, yazıçı və vətənpərvər bir ziyalı olan Sultan Məcid Qənizadənin müdiri olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoymuşdu. Bu məktəb o vaxt Bakıda olduqca məşhur təhsil ocağı hesab edilirdi. İmkanlı ailələrin əksəriyyəti övladlarını bu məktəbdə oxutmaq istəyirdilər. Qənizadə məktəbdə yeni, Avropa üsulu ilə dərs deyirdi və şagirdlərin açıqfikirli, müstəqil, sivil üşüncə tərzinə malik olan gənclər, əsl vətənpərvərlər kimi yetişməsinə çalışırdı. Qənzadənin müdiri olduğu məktəbdə Məhəmməd Əmin əsl vətənpərvər kimi yetişdi. Hələ bu məktəbdə oxuduğu illərdə o tez -tez Azərbaycanın keçmiş tarixi barədə müəllimlərinə suallar verər və onları bəzən çətin vəziyyətə salardı. Ona görə də, dəfələrlə müəllimləri hər şeyi bilmək istəyən Məhəmməd Əminin aramsız suallarından bezərək, ondan Qənizadəyə şikayət etmişdilər. Qənizadə onu yanına dəvət edəndə nə üçün çağrıldığını bilməyən Məhəmməd ona da keçmişimiz barədə suallar vermiş və bununla məşhur pedaqoqu çaş-baş salmışdı. O balaca Məhəmmədin başını nəvazişlə sığallayaraq: “Hər şeyin vaxtı var, oğlum məndən soruşduqlarının cavabını böyüyəndə özün də biləcəksən”,- demişdi.

Məhəmməd Əmin bu məktəbdə sonralar özünün dediyi kimi ilk həyat, vətən dərsini almış və bununla gələcəyinə atılan möhtəşəm bir körpünün əsası qoyulmuşdu.

Texniki məktəbdə siyasi cəhətdən yetkinləşdi

Bu məktəbdə oxuduğu illərdə o rus dilinə də dərindən yiyələnə bildi və bu, onun dünyagörüşünün daha dolğun formalaşmasında müəyyən rol oynadı. Qeyd edək ki, ötən əsrin 80-90-cı illərində Rusiyada siyasi canlanma hiss olnurdu və ölkədə inqilabi hərəkat get-gedə güclənməkdə idi. Təbii ki, bu işdə də gənclər fəal rol oynayırdılar. Rusiyada güclənən iniqlabi hərəkat imperiyanın əsas neft xəzinəsi hesab edilən Bakıya da təsir etməkdə və gənclər arasında milli azadlıq ideyalarının yayılmasına gətirib çxarmışdı. Bu baxımdan rusca artıq oxumağı bacaran Rəsulzadə Bakıya gəlib çatan az saylı rus qəzetlər ilə də bəzən tanış ola bilirdi. Qənizadənin məktəbində oxuduğu illərdə Azərbaycanın nə üçün belə ağır vəziyyətə düşdüyü barədəki suallarına cavab tapa bilməyən Məhəmməd Əmin buranı bitirərək texniki məktəbə daxil olanda daha da püxtələşmişdi. Texniki məktəbdə oxuduğu illərdə Rəsulzadənin siyasi dünyagörüşündə əsl inqilab baş verdi desək, səhv etmərik. O, burada oxuduğu illərdə Rusiyada gedən siyasi proseslərlə müəyyən qədər tanış ola bildi. Bu da, onun milli dünyagörüşünün formalaşmasında önəmli rol oynadı. Artıq o, xalqının geridə qalmasının səbəblərindən birini tapmışdı. Əsarət altında olması Azərbaycanı milli inkişafdan geri salaraq xəstə bir insana çevirmişdi. Bakıda çıxarılan neftdən əldə edilən gəlirlərin sadə azərbaycanlıların problemlərinin həllinə, onların təhsil almasına, mədəni inkişafına sərf edilməməsi Məhəmməd Əmində çarizmə qarşı nifrət oyatmışdı. Həmin dövrdə Rusiyada gənclər, xüsusən, tələbələr arasında çarizmə qarşı mübarizənin güclənməsi Bakıda da əks-səda verməkdə idi.

İlk siyasi qurum

Texniki məktəbdə oxuduğu illərdə Rəsulzadə xalqını əsarətdən xilas edə, onun mədəni inkişafına yardım edə biləcək siyasi bir qurumun yaradılmasına ehtiyac duyulduğunu hiss etməyə başlamışdı. Ona görə də texniki məktəbdə oxuduğu illərdə 17 yaşında ikən həyatını xalqının azadlığı uğrunda siyasi mübarizəyə həsr etmək qərarına gəldi. Bu məqsədlə də 1902-ci ildə gizli şəkildə “ Müsəlman Gənclik Təşkilatı”nı quraraq ona rəhbərlik etməyə başladı. Yeni qurum Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yaradılan ilk siyasi təşkilatlardan biri idi. Təşkilatın əsas məqsədi gənclər arasında milli, mədəni dəyərlərin təbliği və bunun əsasında onları çarizmə, əsarətə qarşı mübarizəyə hazırlamaq idi. Həqiqətən də, qısa müddətdə bu təşkilat tələbələr və gənclər arasında böyük maarifləndirmə işləri apararaq onların siyasi mübarizələrə hazırlanmasında önəmli rol oynadı. Olduqca gizli şəkildə fəaliyyət göstərən “Müsəlman Gənclik Təşkilatı” tələbələrin arasında geniş şöhrət tapmışdı. Rəsulzadə bacarıqla bu qurumu idarə edir, gənclər arasında siyasi təbliğatı uğurla həyata keçirirdi. Çar xəfiyyələri haradansa gizli qurumun fəaliyyətindən xəbər tutmuşdular, lakin onun kim tərəfindən idarə edildiyini müəyyən edə bilmirdilər. Bir sözlə “Müsəlman Gənclik Təşkilatı” Məhəmməd Əmin Rəsulzadənin təşkilatçılıq bacarığının üzə çıxarılmasında önəml rol oynadı. Bu təşkilat həm də Məhəmməd Əminin siyasi baxımdan daha da yetkinləşməsi baxımından əsl həyat məktəbi rolunu oynadı. Amma Rəsulzadə çarizmə qarşı mübarizədə öz ətrafına daha çox insanları cəlb etmək istəyirdi. Ona görə də, təşkilatın fəaliyyətini genişləndirmək qərarına gələrək, “Müsəlman Gənclik Təşkilatı” əsasında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” ni qurdu. Gizli şəkildə fəaliyyət göstərən bu qurum tezliklə ətrafına yüzlərlə adam toplaya və aydan-aya fəaliyyətini genişləndirməyə başladı. Təşkilat nəinki Azərbaycanda, həmçinin İranda da fəaliyyətini genişləndirməyə başlamışdı. Bu məqsədlə də “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da İranda qurulmuşdu. Bir sözlə milli zəmində çarizmə qarşı siyasi mübarizənin əsası Azərbaycanda ilk dəfə Rəsulzadə tərəfindən qoyuldu. Təsadüfi deyil ki, Rəsulzadənin rəhbərlik etdiyi təşkilat iki il ərzində Azərbaycandakı əksər milli vətənpərvər qüvvələri öz ərafında toplaya və onları azadlıq uğrunda mübarizəyə istiqamətləndirə bildi. Qurum Rusiyadakı inqilab yönlü siyasi təşkilatlarla, o cümlədən Rusiya Sosial Demokrat Fəhlər Partiyası (RSDFP) ilə sıx əlaqələr qurmuşdu. Nəticədə 1904-cü ilin axırlarında RSDFP-nin Bakı komitəsi tərəfindən “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradıldı. Bu təşkilatın fəaliyyəti daha geniş və hərtərəfli idi. 1905-ci ildə Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı”na üzv oldular. Siyasi mübarizəni daha da genişləndirmək və əhali arasında çarizmə qarşı təbliğatı gücləndirmək məqsədilə 1904-1905-ci illər təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilib (cəmi 6 nömrə). Qəzetin əsas naşirlərindən biri Rəsulzadə idi. 1906-cı ildə “Hümmət” qəzeti çarizmin təzyiqlərinə tab gətirməyərək fəaliyyətini dayandırmağa məcbur oldu. Onun əsasında isə “Təkamül” qəzeti nəşr edilməyə başladı.

Həmin dövrdə Rusiyanın iri şəhərlərində siyasi mübarizələrinə görə təqib olunanların bir hissəsi həbs və sürgünlərdən xilas olmaq üçün Bakıya axışırdı. Bu da tezliklə Bakının çarizmə qarşı qızğın siyasi mübarizələr meydanına çevrilməsinə gətirib çıxardı.

Qeyd edək ki, gizli siyasi fəaliyyəti ilə paralel olaraq Rəsulzadə həmin dövrdə Bakıda nəşr olunan müxtəlif qəzetlərdə, o cümlədən “Şərqi Rus” qəzetində ədəbi məqalələrlə də çıxış edirdi.

"Zaman Azərbaycan"

16 Ocak 2014 Perşembe

İlham Əliyev NATO-da Ermənistana mesaj verdi: Ərazilərimizdən çıxmağa başlamalıdırlar


Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də  NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb. 

AzərTAc xəbər verir ki, NATO-nun baş katibi Anders Foq Rasmussen Prezident İlham Əliyevi alyansın mənzil–qərargahında qarşılayıb.

Anders Foq Rasmussen İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevin NATO-ya, özünün isə 2012-ci ildə Bakıya etdiyi səfərləri xatırlayan Anders Foq Rasmussen keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını deyib. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu deyib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. 

İlham Əliyev NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib, O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğulayıb. NATO ilə əlaqələrin Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlət başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Görüş başa çatdıqdan sonra mətbuat konfransı keçirilib. 

Baş katib Anders Foq Rasmussen və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Anders Foq Rasmussen deyib ki,  Azərbaycan Prezidenti ilə görüş NATO-nun tərəfdaşlığa olan sadiqliyinizi əks etdirir. 

“Bu, o deməkdir ki, biz Cənubi Qafqaz regionuna sadiqik və sadiq qalacağıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz, həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə də “Çox sağ olun” deyirik.

Cənab Prezident, 2014-cü ildən sonra əfqan təhlükəsizlik qüvvələri üçün təlim keçirmək, məsləhətlər vermək və yardım etmək kimi Əfqanıstandakı yeni missiyamıza verəcəyiniz davamlı dəstəyə görə minnətdaram. Bu, Sizin Avratlantik təhlükəsizliyin dəstəklənməsinə açıq şəkildə sadiq olduğunuzu göstərir. 

Bu gün biz NATO ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə etdik. Biz siyasi dialoqumuzu, o cümlədən enerji təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizə kimi strateji məsələlərin müzakirəsini möhkəmləndirmək əzmindəyik. İslahatların davam etdirilməsi, həmçinin Azərbaycan üçün əhəmiyyətlidir. NATO Sizə yardımı davam etdirəcəkdir. İnanıram ki, biz tərəfdaşlığımızın bir çox sahələri üzrə dialoqumuzu və əməkdaşlığımızı dərinləşdirə bilərik.

Bu ay biz “Sülh naminə tərəfdaşlıq” Proqramımızın iyirminci ildönümünü qeyd edirik. Sülh naminə tərəfdaşlığımız demokratik dəyərlərə və prinsiplərə sadiqliyə əsaslanır. Azərbaycan əvvəldən bu proqramın güclü tərəfdarı olub. 

Cənab Prezident, bizim dialoq və əməkdaşlıq üçün möhkəm çərçivəmiz vardır. Bu gün biz möhkəm və uzunmüddətli tərəfdaşlığımızı davam etdirmək barədə razılığa gəldik”.

Azərbaycan Prezidenti İlham Əliyevin NATO ilə Azərbaycan arasında strateji dialoqa aid müzakirələri davam etdirməyə çox şad olduğunu deyib:

“Bu, mənim NATO-nun mənzil-qərargahına artıq beşinci səfərimdir. Bu fakt əməkdaşlığımızın səviyyəsini göstərir. Bu əməkdaşlıq illəri və bizim NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına iyirmi il ərzində üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb.

Eyni zamanda, cənab baş katib, Sizin 2012-ci ildə Azərbaycana etdiyiniz səfəri və apardığımız müzakirələri xatırlayıram. Bu gün əməkdaşlığımıza dair bir çox məsələlər ətrafında müzakirələrimizi davam etdirdik. Cənab baş katibin qeyd etdiyi kimi, biz Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində iştirakımıza aid məsələləri müzakirə etdik. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə sadiq qalacağıq. Bu gün məhvetmə gücünə malik olmayan malların demək olar ki, 40 faizi Əfqanıstana Azərbaycan ərazisi vasitəsilə aparılır. Azərbaycandan keçən marşrut ən etibarlı və təhlükəsiz marşrutdur. Bir sözlə, biz regionumuzda sülhü və sabitliyi təşviq etmək üçün səylərimizi davam etdirəcəyik.

Eyni zamanda, biz, həmçinin keçmişdə Kosovoda aparılan sülhməramlı əməliyyatlarda iştirak etmişik. Bizim NATO-nun sülhməramlı əməliyyatlarında iştirakımız əməkdaşlığımızın mühüm hissəsidir. Biz terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq edirik. Mən Silahlı Qüvvələrimizdə aparılan islahatlara NATO-nun verdiyi dəstəyə görə minnətdaram. Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşdırılır. Biz, həmçinin NATO-nun yardımı, o cümlədən maliyyə dəstəyi ilə Azərbaycanda minalardan təmizlənmə layihələrini həyata keçiririk. Eyni zamanda, Azərbaycan Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna öz töhfəsini verir. Biz artıq 1 milyon avro məbləğində maddi yardım göstərmişik və daha 1 milyon avro yardım göstərəcəyik. Bu gün bildirmək istəyirəm ki, biz Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna əlavə 1 milyon avro ayıracağıq. Biz bu addımı Əfqanıstanda sülh və təhlükəsizliyə verdiyimiz töhfə kimi qiymətləndiririk.

Eyni zamanda, biz Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin akademiyalarında, həmçinin Diplomatik Akademiyada əfqan hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. Hesab edirəm ki, təlimlər və Əfqanıstanın yenidən qurulmasına göstərdiyimiz yardım Azərbaycanın verdiyi əlavə töhfə olacaqdır.

Biz bu gün, həmçinin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ermənistan ilə Azərbaycan arasında münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhlükədir. Biz münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə tezliklə nail olmalıyıq. 

Bir aydan az müddət öncə Azərbaycan XXI əsrin layihəsi hesab oluna biləcək layihəyə imza atdı. Azərbaycan qazını istehlakçılara çatdıracaq nəqliyyat infrastrukturunun tikintisi bu yaxınlarda başlayacaqdır. Azərbaycan bu layihənin vaxtında həyata keçirilməsi üzrə təşəbbüsü irəli sürüb və məsuliyyəti öz üzərinə götürüb. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi və əməkdaşlığı layihəsi olacaq və Avropanın ən iri infrastruktur layihəsinə çevriləcəkdir. Bu layihə iştirakçı ölklərin və şirkətlərin əlavə əlaqələndirmə səylərini tələb edəcəkdir. Əlbəttə ki, biz bu layihəni vaxtında həyata keçirmək məqsədilə Azərbaycanın ən mühüm enerji infrastrukturunun qorunmasını təmin etməliyik.

Bir sözlə, NATO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir. Bu gün biz baş katiblə həmin əməkdaşlığın perspektivlərini, bunun hansı yollarla dərinləşdirilməsini və gələcək münasibətlərimizin yeni formalarını müzakirə etdik. Gələcəkdə biz NATO-nun daha yaxın və etibarlı tərəfdaşı olmaq istəyirik və əminəm ki, bu, belə də olacaqdır”.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Qarabağ məsələsinin həllinə aid suala cavabında İlham Əliyev nikbin olmaq istədiyini qeyd edib. 

“Çünki münaqişənin başlanğıcından çox vaxt ötür və uzun müddətdir ki, torpaqlarımız işğal altındadır. Bu, iyirmi ildən artıqdır ki, davam edir. BMT-nin Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və o, bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yəqin ki, bilirsiniz, Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda yerləşən bir neçə rayon da iyirmi ildən çoxdur ki, işğal altındadır. Erməni təcavüzü nəticəsində bir milyon insan evsiz qalıb.

Mənim Ermənistan prezidenti ilə son görüşüm əvvəlki görüşlə müqayisədə ola bilsin ki, daha nikbin keçib. Ermənistanın danışıqlara getməməsi səbəbindən danışıqlar prosesində uzun durğunluq yaşandı. Biz yenə də tərəddüd edirik: Ermənistan tərəfi danışıqlar prosesində səmimidir, yoxsa sadəcə mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Bununla belə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri olduqca aydın şəkildə bəyan etdilər ki, mövcud status-kvo qəbuledilməzdir. Biz bunu Ermənistana ciddi mesaj kimi qəbul edirik, çünki status-kvonu dəyişmək üçün onlar bizim ərazilərimizdən çıxmağa başlamalıdırlar. Baxarıq, xarici işlər nazirlərinə göstəriş verilib. Bizim Vyanada keçirilmiş görüşdən sonra onlar da artıq görüşüblər. Ümidvarıq ki, onlar bu ayın sonunda və ya gələn ay yenidən görüşəcəklər. Ermənistanın danışıqlar prosesində nə dərəcədə səmimi olduğunu görəcəyik. Ümidvarıq ki, əgər Ermənistanda məsələyə real yanaşılarsa, biz onu tezliklə həll edə bilərik”.

15 Ocak 2014 Çarşamba

DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ TƏRKİB HİSSƏSİDİR


Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bunu bütün dünya tanıyır.


Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bunu bütün dünya tanıyır. Bu barədə çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə mətbuat konfransında deyib.

Dövlət başçısının sözlərinə görə, münaqişənin başlamasından xeyli müddət keçib və 20 ildən çoxdur ki, Azərbaycan torpaqları işğal altındadır: "Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazimizdən qeyd-şərtsiz, dərhal çıxarılmasını tələb edən qətnamələrinə əməl etmir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bunu bütün dünya tanıyır".
İlham Əliyev bildirib ki, Ermənistan Prezidenti ilə sonuncu görüş əvvəlkindən daha nikbin keçib: "Ermənistanın danışıqlar aparmaq istəyində olmaması səbəbindən danışıqlar prosesində uzun müddət durğunluq yaranmışdı. Buna baxmayaraq, Ermənistan tərəfinin danışıqlar prosesində səmimiliyinə və ya onların sadəcə status-kvonu qorumasına dair şübhələrimiz var".
Prezident deyib: "ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri hesab edirlər ki, münaqişədə status-kvo qəbuledilməzdir. Biz bunu Ermənistanın ünvanına ciddi ismarış kimi qiymətləndiririk, çünki status-kvonun dəyişməsi üçün onlar ərazilərimizin boşaldılmasına başlamalıdırlar. Xarici işlər nazirlərinə göstəriş verildi, onlar Vyanadakı görüşümüzdən sonra görüşdülər və ümid edirəm ki, onlar bu ayın sonunda və ya gələn ay görüşəcəklər. Biz Ermənistanın bu prosesdə nə dərəcədə səmimi olduğunu görəcəyik və ümid edirik ki, əgər Ermənistanda vəziyyətin real qiymətləndirilməsi üstün olacaqsa, o zaman məsələ tez bir zamanda öz həllini tapacaq".
Jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Bu, həmçinin Avropa Şurası Parlament Assambleyası tərəfindən öz təsdiqini tapıb. Ötən ilin dekabr ayında Avropa Şurasında bu barədə geniş diskussiya olmuşdu, Assambleyanın bəzi üzvlərinin Azərbaycanda siyasi məhbuslarla bağlı təşəbbüs göstərdiyi qətnamə isə iflasa uğradı. Assambleyanın əksər üzvləri bu qətnaməni dəstəkləmədilər. Bu o deməkdir ki, Avropa və dünyanın ən mühüm institutları ötən dəfə burada, Avropa Komissiyasında Azərbaycanda heç bir siyasi məhbusun olmadığı barədə söylədiklərimi təsdiq edib. Azərbaycan 10 ildən çoxdur ki, Avropa Şurasının, Avropa İnsan Haqları Məhkəməsinin üzvüdür və hər şeydən əvvəl, ölkəmizdə siyasi məhbus ola bilməz. Əgər kiminləsə ədalətli davranmırlarsa, hər zaman Avropa Məhkəməsinə müraciət etmək imkanı var və biz bu məhkəmənin qərarına riayət edirik".
Dövlət başçısının sözlərinə görə, siyasi məhbus anlayışını tərifi yoxdur: "Biz hesab edirik ki, Avropa Parlamenti və Avropa Şurası tərəfindən siyasi məhbus tərifinin müəyyən edilməsi yaxşı ideya olardı. O zaman kimin siyasi məhbus olub-olmadığını demək mümkün olardı".

"Olaylar.az"

10 Ocak 2014 Cuma

ERMƏNİLƏR SÜRƏTLƏ İSLAM DİNİNİ QƏBUL EDİRLƏR


Müsəlman ermənilər islami qaynaqların Erməni dilinə tərcümə olunmasına ehtiyac duyurlar.

Ermənilər sürətlə İslam dinini qəbul etməyə başlayıblar. ANS PRESS-in məlumatına görə, ictimai media üzərindən təşkilatlanmağa başlayan müsəlman ermənilər islami qaynaqların Erməni dilinə tərcümə olunmasına ehtiyac duyurlar.

Son illərdə Rusiya, Türkiyə, Çeçenistan, Gürcüstan, Suriya, İordaniya, Livan və hətta Ermənistanda yaşayan ermənilərin içərisindən belə İslam dininə keçənlərin sayının artdığı müşahidə edilib. Müsəlman olan ermənilərlə yanaşı İranda da əhəmiyyətli nisbətdə erməni mənşəli şiə var.

Ankarada fəaliyyət göstərən BMAR nəşriyyat Quranı Kərimi, Türkiyənin məşhur alimlərindən Elmalılı Həmdi Yazarın hazırladığı tərcümədən erməni dilinə tərcümə edləcək. 10 cild və 2500 səhifədən ibarət olan Erməni dilindəki Qurani Kərim 2014-cü ilin yanvar ayında çapa veriləcək.

Qeyri müsəlman ermənilər isə bu vəziyyətdən çox narahatdır. İslamı qəbul etməyən ermənilər isə müsəlman olanları təhqir edirlər.

Ermənistan dövləti də, müsəlman olan ermənilərə qarşı, məsafəli duruşunu qoruyur. Fransada yaşayan məşhur erməni müğənni Çarles Aznavur Ermənistan prezidenti ilə görüşdə, “Ermənistanın qapılarını İslam dinini seçən erməni diasporuna da açmalıdır" tələbinə hələlik bir cavab belə verilməyib. Aznavur tələbinin üzərindən 3 il keçdiyini, ancaq bu mövzu ilə əlaqədar bir cavab ala bilmədiyini açıqlayıb.

Mənbə :
Minber.az