Translate

26 Şubat 2013 Salı

BU GÜN, HƏM DƏ "QANADIMI" İTİRDİYİM GÜNDÜR


                                                  Oqtay İrşadoğlu (Əliyev)


Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.
Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatıblar. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmək istəmirlər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına, bu cinayətkarların öz layiqli cəzalarını alacaqlarına ümid edirəm. Bunun üçün xalqımın beynəlxalq birliyin köməyinə də ehtiyacı var.

Bu gün, həm də, yeddi il bundan əvvəl "qanadımı" itirdiyim gündür. O vaxtdan tək qanadla qalmışam, heç yana uça bilmirəm. Könlüm keçir Qarabağdan, uça bilmirəm. Könlüm keçir İrəvandan, uça bilmirəm. Könlüm keçir Urmiyadan, uça bilmirəm. Tək qanadla uçmaqmı olar ?

Bəli, bu gün, yeddi il bundan əvvəl "qanadımı" itirdiyim gündür. Bu gün, mərhum qardaşım Oqtay İrşad oğlu Əliyevi itirdiyim gündür.

OQTAY İRŞAD OĞLU ƏLİYEVİN İŞ ARDICILLIĞI :

1) 1986 - cı ilin fevral ayından 1987 - ci ilin fevral ayınadək SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk şəhərində yerləşən ali məktəbində ali kursların dinləyicisi olmuşdur.

2) 1987 - ci ilin fevral ayından 27 fevral 2006 - cı il tarixinədək ( yəni, iş başında rəhmətə gedənədək ) Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin orqanlarında və Nazirliyin özündə yorulmadan çalışmışdır.

3) Keçiriləcək əməliyyat əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün 1990 - cı ilin yanvar - fevral aylarında MTN - nin Ağdam rayon şöbəsinə, erməni silahlı dəstələrinə qarşı döyüşlərdə iştirak etmək üçün 1991 - ci ilin iyul ayında isə MTN - nin Goranboy rayon bölməsinə ezamiyyətə göndərilmişdir. Oqtay İrşad oğlu Əliyev ona tapşırılan vəzifəni məsuliyyətlə icra etmişdir.

4) 1992 - ci ilin fevral ayından 1993 - cü ilin avqust ayınadək MTN - nin Ağdam rayon şöbəsində könüllü xidmət edərək keçirilən bir sıra hərbi əməliyyatlarda da yaxından iştirak etmişdir. Ağdam rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunmazdan 2 (iki) gün əvvəl bölmənin istifadəsində olan əməliyyat rabitəsini, icraatında olan bütün əməliyyat sənədlərini öz təkid və təşəbbüsü ilə şəxsən xilas edib çıxarmış və mühüm sənədlərin düşmənin əlinə keçməsinə imkan verməmişdir. Oqtay İrşad oğlu Əliyev həmin sənədləri MTN - nin Yevlax rayon şöbəsinə təhvil vermişdir.

5) 1993 - cü ilin avqust ayında yenidən MTN - nin Biləsuvar rayon şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir.

6) 1995 - ci ilin dekabr ayının axırlarında MTN - nin Yardımlı rayon şöbəsinə əməliyyat müvəkkili təyin edilmişdir.

7) Vətənə göstərdiyi təmənnasız xidmətlərinə, tutduğu vəzifələrin öhdəsindən layiqincə gəldiyinə və rəhbərlik tərəfindən verilən tapşırıqları ləyaqətlə yerinə yetirdiyinə görə Oqtay İrşad oğlu Əliyev irəli çəkilərək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin özündə işlə təmin edilmişdir.

8) 1997 - ci ildə "Qarabağ Müharibəsi Veteranı" adını qazanmışdır.

9) Oqtay İrşad oğlu Əliyev 25 mart 2005 - ci ildə 10 (on) il qüsursuz xidmətinə görə 3 - cü dərəcəli, 15 (on beş) il qüsursuz xidmətinə görə 2 - ci dərəcəli medallarla və sonrakı fəaliyyətində digər mükafatlarla təltif edilmişdir.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyevin vətənimiz, xalqımız, dövlətimiz üçün gördüyü işlərdən, aldığı qiymətli mükafatlardan bu vaxtadək çox soydaşımız xəbərsiz olub. Oqtay Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında şəhid olub.
Allah rəhmət eləsin !

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN ! AMİN ...

Adil İrşadoğlu (Əliyev).
27.02.2013.

2 yorum:

Adil İrşadoğlu - Əliyev dedi ki...

QARDAŞIM - KƏSİLƏN QANADIM ! YERİN CƏNNƏT OLSUN ! SƏNİN ƏVƏZİNƏ NƏVƏN KİÇİK OQTAYI MƏN QUCAĞIMA ALIB XEYİR-DUA VERDİM. RUHUN ŞAD OLSUN.

Adil Irshadoqlu - Aliyev dedi ki...

BİR QANADLA UÇMAQMI OLAR ?!