Translate

19 Haziran 2020 Cuma

GÖZƏGÖRÜNMƏZ DÜŞMƏN ©

                                                     © Mustafa Çəmənli

                                                            (Ovqat)

Bir söz, əvvəlcə bizim qəzanın kiçik bir dairəsində, sonra bütün quberniyada, Rusiyada və bütün dünyada qansız, lakin böyük bir inqilab baş verməlidir; çünki ədalətli fikir səmərə verməyə bilməz.

L. N. Tolstoy             

İnqilab XXI əsrin iyirminci ilinin lap ilk günlərində Lev Tolstoyun vətəni Rusiyada yox, ucsuz-bucaqsız ərazisi, bir milyard yarım əhalisi olan Çinin Uhan şəhərində baş tutmuşdu. On milyonluq əhalisi olan Uhan şəhərində bu qansız inqilabı Çinin zavallı günə qoyduğu uyğur türkləri yox, hələ adı-sanı bilinməyən, ölçüyə, çəkiyə gəlməyən “Virus” adlı bir bəla törətmişdi. Bu gözəgörünməz, dava-dərman, varlı, kasıb tanımayan bəlaya tez-tələsik ad da tapmışdılar:

KORONAVİRUS !

Bu gözəgörünməz, əlacı tapılmayan Koronavirus Uhan şəhərində neçə min insanın canını almaqla, on minlərlə insanı da xəstəxanalar küncünə doldurub çarpayı dustağı etməklə kifayətlənməyib ildırım sürətilə sərhədləri aşıb dünyanın ən qədim, ən inkişaf etmiş ölkələrinə, şəhərlərinə keçdi. Zaman-zaman Allahlıq edənlər, bir ağacda oturub min bir budağı silkələyənlər, kosmosa uçanlar, uzaqmənzilli raketlər, pilotsuz təyyarələr, müasir döyüş texnikaları icad etdirənlər, əyninə demokratiya paltarı geyinib müsəlman ölkələrinə soxulanlar bu gözəgörünməz, ölçüyə, çəkiyə gəlməz bəlanın qarşısında aciz qaldılar. Gecə ikən üstünə qoşun yeritmək, tələyə salmaq, mühasirə etmək dəryada balıq sövdasıydı. Ortaya sual çıxırdı: Ölkələri, millətləri idarə edənlər bu dünyanın nizamını niyə pozublar? Niyə bəşəri dəyərlərə, insanlığa qənim kəsiliblər. İndi budur, gözəgörünməz cəllad dünyanın qapısı ağzını kəsdirib. Nədənsə, mənə elə gəlir ki, bu virus deyilən andıra qalmış İraqa, Əfqanıstana, Liviyaya, Suriyaya qoşun yeridib günahsız canlar alanlardan, minillik adət-ənənələri heçə sayanlardan, millətlər arasında ədavət toxumu səpənlərdən intiqam alır. 

Bəlkə, bu, Tanrının intiqamıdır. İstəyir, yolunu azmışlar düz yola qayıtsınlar. Əgər belə olmasaydı bütün ölkələr bu gözəgörünməz, hər kəsə yoluxmağa hazır olan, dövlətli, kasıb tanımayan, lotu-potuya, vorzakona, oğru-quldura, çörək əvəzinə dollar yeyənlərə, var-dövlətdən, saysız əmlakdan gözü doymayanlara, axirətini unudub min hoqqadan çıxanlara, pozğunlara, qarnındakı poxu qızıl unitaza boşaldanlara, əyyaşlara fərq qoymayan bu bəlanın qarşısında aciz olardımı? İndi budur, dənizdəki fırtınanı, səhər çıxıb axşam batan Günəşi, ata-anasının üzündəki qırışları, bağ-bağçaları, hər şeyi, hər şeyi görürsən, amma ayağına dolaşan, paltarına, əllərinə hopan koronavirusu kimsə görə bilmir, dərmanı tapılmır. Tam əminəm ki, bu bəlanı Yer üzünə Yaradanımız göndərib ki, papağımızı qabağımıza qoyub adam balası kimi düşünək, nəticə çıxaraq. Əlbəttə, şübhəm yoxdur, hamı mənim kimi düşünmür. Buna görə də heç kəsi qınamağa haqqım yoxdur. Koronavirus qapılarımızı döyəndən, bizi qorxuzub qınımıza soxandan bəri hər ağızdan bir avaz gəlir. Biri elə mənim kimi deyir ki, Allahın Yer üzünə göndərdiyi bəladır. Bir başqası bunu hansısa dövlətin, ya hansısa əclafın yaratdığı bioloji silah hesab edir. “Məqsəd Yer üzündə insanların hədsiz artımının qarşısını almaqdır” deyənlər də var. Birisi də sinəsini kürsüyə verib gur səslə söyləyir ki, əşi, bir çinli əclaf tamahını saxlaya bilməyib, Allahın yaratdığı yarasanı tutub, bişirib yeyib, bu yoluxucu xəstəlik də o yaramaza keçib, ondan da başqalarına.

Sizdən nə gizlədim, bu əclaf çinlinin yarasanı yeməsi xəbərini eşidəndən sonra bir neçə gün gözlərim hər yerdə yarasa axtardı. Mən ancaq gecələr hərəkət edən, uzun qanadlarını gərib harasa uçan, yatanda caynaqlarından asılı qalan itigözlü, məşum səsli, məməli heyvancığazı uşaq vaxtı kəndimizdə çox görmüşdüm. İndi bilmirəm nə deyim. Mal əti, toyuq, quş əti, qoyun əti, donuz çoşqası yeyən insanın yarasa ətinə yerikləməsinin səbəbini bilmirəm. Bircə onu bilirəm ki, əgər deyilənlərə inansaq, bu virus yarasadan insana keçmişdir. 

Bu gözünə döndüyüm gözəgörünməz düşmən bizi əziz gündə, Novruz bayramında yaxaladı. Dost-tanışla zəngləşib, bayramlaşıb gecəni yola verib səhərimizi bəd xəbərlə açmışdıq. Evdə qalın! Evdə qalın! Bir neçə gündən sonra bu “Evdə qalın!”ı birləşdirib “Evdəqal” elədilər. Dönə-dönə də tapşırdılar ki, çölə çıxma, evdə qal. Əmr etmişdilər ki, ümumiyyətlə, altmış beş yaşdan yuxarı olan kəslər evinin qapısını bağlayıb qaxılıb otursun evində, çünki onların virusa yoluxmaq ehtimalı çox yüksəkdir. Sizdən nə gizlədim, bu qadağa, göstəriş birbaşa mənə də aid idi.

Şənbə-bazar günlərindən başqa evdə ancaq axşamdan-axşama olan bir adamın günlərlə evdə oturub çölə çıxmaması, birdən-birə ətraf mühitlə ünsiyyətini kəsməsi bilirsinizmi nə deməkdi? -Bilmirsiniz? Əbdürrəhim bəy Haqverdiyev demiş: Səd heyf! 

İlk günlər mənim üçün çətin keçmədi. Amma elə ki günlər bir-birini əvəz elədi, darıxmağa başladım. İndi yumurtası tərs gəlmiş toyuq kimi evdə vurnuxuram. Gah televizora baxıram, gah eyvana çıxıram, gah da otağıma çəkilib kitab oxuyuram. Kitab oxumağın yaxşı bir cəhəti var ki, oxuduğun hər hansı romanın, hekayənin rejissoru da, aktyoru da sən özünsən. Xəyalında obrazları bir-bir canlandırırsan, gah üsyankar qəhrəman, gah adamayovuşmaz, gah yaltaq, gah xeyirxah mələk, gah qudurmuş köpək... Nə isə, saymaqla qurtarmaq olmaz... Yorulanda kitabı qatlayıb qoyursan bir tərəfə. Bax belə, filmin sonu. Sitatın sonu da demək olar!

Nə isə, Lev Tolstoyun ali məktəbdə oxuduğum “Anna Karenina” romanının beşinci hissəsini təkrar oxuyub yerimdən qalxıram, otaqda var-gəl edirəm. Birdən öz fiqurumdan diksinirəm. Özüm öz gözümdə olduğumdan nəhəng görünürəm (bədheybət demək istədim). Elə bilirəm ki, evdə qalmaqla otaqdakıların yerini xeyli daraltmışam. Özüm öz nəzərimdə çağırılmamış qonaq kimiyəm. 

Ömür-gün sirdaşımın baxışları məni izləyir: “Xeyir ola, ayrı gündə heç mətbəxə keçməzdi”.

- “Xeyirdi, əzizim, hər gün evdə qalan kişinin yeni-yeni vərdişləri üzə çıxmalıdı”. Xanımım içimdəki dialoqumuzu eşitmir. Gəldiyim kimi də mətbəxdən çıxıram.

Gəlib illərlə topladığım kitab dolabı ilə üzbəüz qoyulmuş divanda oturub onları seyr edirəm. Bu kitab müəlliflərinin çoxu dünyasını dəyişib. Bir gün mən də dünyamı dəyişəcəyəm. Görəsən, bu kitabların taleyi necə olacaq? Götürüb oxuyan olacaqmı? İndikilər ancaq mobil telefonla ünsiyyətdədirlər. Sosial statuslarda savadsız yazılmış cəfəngiyyatları oxuyurlar. Dərindən köks ötürüb sevdiyim kitabları bir-bir götürüb vərəqləyirəm. Heç bir kitabın vərəqləri arasında bircə manat da yoxdur. Amma elə fikirlər var, mənim nəzərimdə, dəyəri pulla ölçülə bilməz. Buna bax, bir gör Asif Ata nə deyib: “Dünyaya, həyata, insana heyrət hissini, müqəddəs duyğunu ürəyinizdə bəsləyin və qoruyun”. 

Allah rəhmət eləsin, elə bil bu ağır gün üçün yazıb. Həyat bizi sınağa çəkir, gərək dəyərlərimizi, adamlığımızı itirməyək. Amma itirənlər, qınından çıxıb, qınını bəyənməyənlər o qədər çoxalıb ki. Çoxları dərk eləmir ki, “Bu dünya aldıqca nəfəsin, qaldıqca qəfəsindir”

(Cəlaləddin Rumi).

Budur, indi Allahın gözəgörünməz bəlası bizi evlərimizdə dustaq edibdir. İndi əl verib görüşməyə də ehtiyat edirik. Vərdiş elədiyimiz öpüşmək qalsın bir yana.

Böyük Nəsirəddin Tusi demişdir ki, “Mənim üçün səadət günü və eyşü-şadlıq gecəsi mütaliə gecəsidir”. Mənim üçün də elədir.

Unudulmaz Şıxəli Qurbanov kitaba olan məhəbbətini belə izhar etmişdir:


Mən öylə bir aləməm ki, hər dəqiqəm bir kitab,

Əfsuslar ki, yadda qalmaz oxunulan hər kitab.

Göz baxdıqca sözüm vardır bu aləmdə yazmağa,

Qoca dünya rəfə bənzər, səma kitab, yer kitab.

... Sənət, kitab zinətidir bu dünyanın əzəldən,

Sənə nadan zəhər versə, əvəzinə ver kitab.


Abbasqulu ağa Bakıxanov isə deyirdi ki, “Ürək açan kitab nemətdir, bu gün mənimdir, sonra başqalarının olacaq”. Bəli, əvvəl özünü, sonra başqalarını düşünmək insanlıqdır!

Zaman-zaman oxuduğum, səhifələrində işarələr qoyduğum, dəyərli fikirlərin altını cızdığım kitabları vərəqləyə-vərəqləyə bir də gördüm ki, təsvir olunmuş qəhrəmanlar gözlərim önündə canlandı. Birdən mənə elə gəldi ki, bu kitablarda təsvir olunan personajlar gözəgörünməz ruhlar kimi ətrafımı sardı. Ah, necə də canlıdırlar. Necə möhtəşəm mənzərədir... Deməli, kitabdakı qəhrəmanlar əbədiyyət yolçularıdır. Görən, təsəvvürümdə yaranmış bu gerçəklik yaxşıdır, ya pis?! Bəlkə, mən reallıq hissini itirirəm?! Lənət sənə, kor şeytan!

Yerimdən qalxıb gəzinirəm. Allahım, bu nədir, lap qəfəsə salınmış şirə oxşayıram... Təki adamlığımı itirib vəhşiləşməyəm. Amma, öz aramızdı, son illər o qədər insanlıqdan çıxıb vəhşiləşən, ikiayaqlı canavara çevrilənlər var ki... İndi bu gözünə döndüyüm virus onları da ev dustağı edib.

Bizdən əvvəlkilər vaxtında deyiblər, yazıblar, bizə yol göstəriblər. Düşüncəsi olan ibrət götürüb, nadan isə əlini yelləyib keçib. Bernard Şou yazırdı ki, “Ən yaxınına ən böyük günah nifrət deyil, biganəlikdir, biganəlik qeyri-insanlığın ən yüksək zirvəsidir”. 

Görəsən, bu ağır gündə həmişə namusdan, vətənpərvərlikdən, ədalətdən danışan, amma ədalətdən uzaq, vətəndaş olmayıb ancaq ölkə vətəndaşı olan bəzi-bəzi ağzıgöyçəklər, heç olmasa, bu ağır gündə düşünürlərmi ki, kəmfürsətliklə qazandıqlarını Allah istəsə, bir göz qırpımında əlindən alıb onu dilənçi gününə salar. Gözəl-gözəl kostyumları nimdaşlaşar, çimməyə su tapmaz, yanından keçənlər burnunu tutub keçərlər. Eh, ölünü qəbiristanlıqda basdıranda hamı çorta gedir, sonunu görür, amma evə qayıdan kimi köhnə hamam, köhnə tas. Böyük alman filosofu Fridrix Nitsşe deyirdi ki, əgər insan niyə yaşadığını bilirsə, onun üçün necə yaşamağın əhəmiyyəti yoxdur. Doğrudan da, belədir. “Qeyrət və şərəf bahalı mülkdür. Pulla alınmaz və ucuz insanlarda olmaz” (Hz. Əli əleyhissalam).

Gərək, həmişə şərəf və ləyaqətimizi qoruyaq.

Pəncərədən çölə baxıram. Binamızla üzbəüzdəki prospekt bomboşdur, nə gələn var, nə gedən. İçim üşüyür... Maşınların hərəkəti məhdudlaşıb deyə hava çox təmizdir. Adam inana bilmir ki, udduğumuz havada virus ola bilər. Nə bilək, düzünü Yaradan bilir.

Ətrafda ölü bir sükut var. Amma ətrafı diqqətlə dinləyəndə sükutun da səsini eşidirsən. Bircə diqqətlə dinləyin. Eşidirsinizmi sükutun səsini?! Sanki ürəyin döyüntüsüdür. İcazə verin, həmişə xoş duyğularla çırpınsın. 

Divana uzanıb gözlərimi yumuram. Çoxdan unutduğum olub-olmuşlar yaddaşımın “künc-bucağından” yuvasını tərk etmiş quşlar kimi uçub yanıma gəlir. İstəyirəm hər şeyi unudam, yadıma salmayam, bacarmıram. Gah uşaqlığım yadıma düşür, gah gəncliyim. Yaşıdlarım, dostlarım... Rəsul Rza necə deyib? Hə, belə: 


Mən kölgəsiz bağ görmədim,

El dərdi tək dağ görmədim.

Gözlərimi yumub açdım,

Neçə dostu sağ görmədim.


Bu sətirlər ruhumla necə də həmahəngdir. Gör, insan nə anlaşılmaz məxluqdur.

Sən demə, iş-güc başımızı qatırmış. Düşünməyə vaxt tapa bilməmişik. Elə bir himə bənd imişik ki, keçmişimizi qurdalayaq, olub-olmuşları saf-çürük eləyək, vaxtında kişiliyimiz çatıb etiraf etmədiyimiz səhvləri, heç olmasa, indi etiraf edək. Ah, nə gözəl deyib rəhmətlik Cəlaləddin Rumi: 


Çox insanlar gördüm əynində libası yox, 

Çox libaslar gördüm içində insanı yox.


Görəsən, insan niyə yaxşılıqları tez unudur, pislikləri yox? Deyəsən, pisliklər insan yaddaşında daha çox diridir. İllər keçsə də, unuda bilmirsən, nifrət edirsən... Deyəsən, axı nifrət ruhi qüvvətdir, səni daim sərvaxt saxlayır, ehtiyatlı olmağa səsləyir. Ancaq həddində, yoxsa adamın ruhu çiyrənər. Çünki “Kin saxlamaq ürək üçün böyük yükdür” (Hz. Əli əleyhissalam).

Kinə başqa cür yanaşanlar da var:

“Məşhur yazıçı Emil Zolya çox haqlı olaraq göstərmişdir ki, nifrət müqəddəsdir. “Nifrət qüvvətli, qüdrətli və möhtəşəm ürəklərin hiddətidir, bu bayağılıq, kobudluq və axmaqlığın bəzi adamlarda doğurduğu hiddətin ən mübariz ifadə, təzahür və hiddət formalarından biridir. Nifrət etmək əslində sevmək deməkdir, öz qəlbində hərarəti, coşqunluğu və cəsarəti duymaq deməkdir, axmaq və eyibli hallara qarşı dərin hiddəti hiss etmək deməkdir. Nifrət qəlbin yükünü yüngülləşdirir, təmizləyir, nifrət ədalət doğurur. Nifrət əxlaqi saflıq törədir, insanları nəcibləşdirir”.

Məhz bu mənada, yalnız məhəbbət deyil, eyni zamanda şəraitdən, zamandan, məzmunundan və istiqamətindən asılı olaraq məhəbbətlə yanaşı nifrət də fəzilət doğuran qüvvədir, nifrət də müsbət əxlaqi keyfiyyətlərin yaradıcısı və mühafizəçisidir” (Ziyəddin Göyüşovun “Fəzilət və qəbahət” kitabından). Mənə qalsa, biz bir-birimizə yox, torpağımızı işğal edənlərə, min illər boyu formalaşmış dəyərlərimizi qəsdən, bilərəkdən əlimizdən almaq istəyənlərə nifrət etməliyik. Biz özümüz özümüzə yağı kəsilməməliyik. Belə olarsa, əsl düşməni unudar, ata-babalarımızın əsirlikdə qalan məzarlarını heç zaman ziyarət edə bilmərik. “Qul sərkərdə Spartak hökmdarların zülmünə bir də ona görə dözməyib, üsyan qaldırıb ki, onlar qullara öz valideynlərinin məzarını unutdurmağa çalışırdılar” (Antik Roma tarixi).


* * *

Xəbərlərin vaxtıdır. Yeni bir xəbər eşitmək ümidi ilə televizoru açıram. Dünya artıq bu televizorun içindədir. Hər yerdən, hər kəsdən xəbər tuta bilirik. Aha, İtaliyanın, Fransanın, İngiltərənin, ABŞ-ın, Almaniyanın, İranın... şəhərləri şərhsiz göstərilir. Bu ölkələrin şəhərlərinə elə bil əl çəkiblər, kimsə gözə dəymir. Şəhərlərdən birinin xiyabanında ağappaq keçilər görünür. Allah, Allah, gör dünya nə günə qalıb. Hansısa fermerin keçiləri gəlib şəhərdə sərbəst gəzir, otlayır, səkilərdə hoppanıb-düşür.

Nəhayət, xəbərlər başlayır. Aparıcı gözünü monitora dikib xəbər verir ki, koronovirusdan ölənlərin və yoluxanların sayına görə, ABŞ öndədir. İtaliyada da vəziyyət ürəkaçan deyil, dünyasını dəyişənlərə tabut çatışmır. Baho... İngiltərənin baş naziri də koronovirusa yoluxub, xəstəxanaya yerləşdiriblər. Bu xəbəri eşidəndə bir balaca fikrə getdim. Görən, bizdə adi bir məmur koronovirusa yoluxsa, xalqa bildirərlər?!

Allah eləməmiş, dünənəcən pulu olanın birisi xəstələnsəydi, dərhal Avropa ölkələrinə qaçardı. Belə nəticəyə gəlirdik ki, bizim səhiyyəmiz ancaq kasıb-kusub, əlsiz-ayaqsızlarımız üçündür. Amma indi bax, öz həkimlərimizə möhtacıq. Adama özününkündən doğma kim ola bilər?!

Xoş xəbər. Vətənə dönmək istəyənlərimiz də çoxalıb. Neyləsinlər, “gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı”. Heç kəsə ölüm diləmirəm. Allah qorusun. Amma Vətəni təkcə ağır gündə yada salmaq insafsızlıqdır.

Aha, vatsapıma mesaj gəldi. Telefonumu açıram. Tanımadığım bir nəfər muğam üstə oxuyur:


Bürüyübdür acı virus dünyanı,

Bilirsən ki, hələ yoxdur dərmanı.

Dövlət sənə yaradıbdır imkanı,

İşə getmə, ye, iç, kefdə qal,

Ağrın alım, bircə aylıq evdə qal.


Şirin avazla oxunan bu sözlər xeyli kefimi açdı. Nikbin xalqıq. Ən ağır gündə də yumorumuzdan qalmırıq. Budur, tanımadığım bu adam şirin səslə bizə məsləhət görüb deyir ki:

Səbirli ol, dözüm göstər, tab eylə,

Ciddi yanaş arvad yazan tabelə.

Çölə çıxma, bizi salma zibilə,

Müvəqqəti küncə qısıl, dibdə qal,

Ağrın alım, bircə aylıq evdə qal.


Qardaş, məsləhətinə görə sağ ol! Çöldə qalmayacağıq ha, evdə qalacağıq... Dərhal da gəldiyim qənaətdən diksinirəm. Hamı bilir ki, evsiz-eşiksiz insanlar, pis şəraitdə yaşayanlar da var. Vay o günə ki, belələrini görəsən, amma özünü görməzliyə vurasan. Şükür ki, belələrinə dar gündə dayaq duranlar da var. O gün sosial şəbəkədə görürəm ki, cavan bir oğlan dost-tanışının köməyi ilə çox pis gündə yaşayan ailələrin, tənha qocaların yanındadı. Onlara ərzaq, bəzilərinə soyuducu belə alıb gətirib. Hətta it damına oxşayan “ev”lərdən birini söküb yerində abad bir bina tikmək fikrindədi (əlbəttə, tikməyə icazə versələr). Bu cavan oğlanın xeyirxahlığından xeyli duyğulandım. Ürəyim “Təşəkkür! Təşəkkür!” duyğularıyla xeyli döyündü. Amma, sən demə, bu cavan oğlanın alicənablığı, kasıblara yardım etməsi, bu aciz, miskin adamların yaşayışını, şəraitini, acınacaqlı halını əl telefonu ilə çəkib xalqa göstərməsi hansısa icra başçısının bərk xətrinə dəyib. Gözünü yumub, ağzını açıb, düşünüb-daşınmadan deyib ki, eheyy, cavan oğlan, sağ əlin verdiyini sol əl bilməməlidir. Nə üçün etdiyin yaxşılıqları dünyaya car çəkirsən?

Görürsən, sən Allah bu məmurun düşüncəsini?! İsti kabinetində oturub, onun əvəzindən görülən işlərdən hələ bir rəncidə də olur. Ə, məmur ola bilmirsən, barı vətəndaş ol də. Əşi, vətəndaş, vətəndaş deyirik, amma çoxumuz ölkə vətəndaşı ola bilmirik də. Başımıza gələn müsibətlərin çoxu da vətəndaş ola bilməməyimizdən irəli gəlir. Şair necə deyib? “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”. Ölkə vətəndaşı olmaq şərt deyil, vətəndaş - vətənsevər, insansevər, təəssübkeş, xeyirxah, namuslu - saymaqla bitməz - olmaq gərəkdir.

Vətəndaşlıqdan, qardaşlıqdan danışmaq hələ böyük anlamda Vətəndaşlıq deyildir. Rus şairi Nekrosov demişkən: “Sən şair olmaya bilərsən, amma Vətəndaş olmağa borclusan”. Neyləyək ki, vətəndaşlıq borcunu unudanlarımız da var. Unudanda da olursan çölün daşı, çölün quşu. Əl-ayağa dolaşan zibil. Beləsindən yuvasına dən daşıyan qarışqa yaxşıdı. Hz. Əli əleyhissalam ona görə deyibdir ki: “And olsun Allaha, bir qarışqanın ağzındakı arpa dənəsinin qabığını almaq üçün mənə 7 iqlimi və bu iqlimin altındakı ölkələri versələr, yenə də qəbul etmərəm”. Əli əleyhissalam qarışqanın fədakarlığına görə belə deyibdir. Çünki dünya fədakarların çiyni üzərində dayanıb, yoxsa çoxdan məhv olardı...

Düşünməkdən yorulub yeni bir xəbər eşitmək istəyi ilə televizoru açıram. Şükür Allaha, kanallar saysızdı. İstədiyin kanalı aç bax. Bizim kanallar ayrı-ayrı adlar daşısalar da, bir-birindən sən deyən də fərqlənmirlər. İllərdir əksəriyyətində çal-çağırdı. Çalıb-oxuyandan, şou əhlindən özgə bir şey görməzsən. Hamı oxuyur. Hamı mikrofonlaşıb. Təbiətini, imicini dəyişənlərimiz də çoxdu. Amandı, birdən məni səhv başa düşərsiniz. Demirəm ki, hamı bir-birinə oxşasın. Amma istəyirəm ki, milliliyimizi qoruyub saxlayaq, öz sifətimiz olsun. Qarasaç doğulmuşuqsa sarısaç, qırmızısaç olmayaq. Allah bizim gözümüzün, çöhrəmizin rənginə görə saç verir. Siz qıvrımsaç qara zəncini sarısaçlı təsəvvür edə bilərsiniz? Mən heç cür edə bilmirəm.

Məni qınamasanız, koronavirus qaqaşa təşəkkür eləmək istəyirəm. Aha, gözünüzdə sual görürəm. Soruşmaq istəyirsiniz ki, a kişi, camaat bu virusun əlindən ağlamaq istəyir, sən nəyə sevinirsən? Öz aramızda qalsın, yoxsa sosial şəbəkədə söyərlər, infarkt edərlər, şəkərə tutularam. Qardaşlar, qınamayın məni, canımız bu səsi olmayan əlimikrofonlu şou əhlindən qurtarıb, şükür. Onların villalarını göstərən, dəbdəbəli yaşayışlarını nümayiş etdirən, məzmunsuz danışıqlarını məzmunlu hesab edən təmənnalı aparıcılardan da canımız qurtarıb. Bizi o qədər bayağı mahnıları eşitməyə vərdiş etdiriblər ki, təsadüfdən-təsadüfə mavi ekrana dəvət edilmiş hörmətli bir alimin söhbətinə qulaq asmağa hövsələmiz çatmır. Niyə belə hala salıblar bizi? Niyə susmuşuq? Bu “manıslara” nə üçün biz bir belə geniş meydan vermişik? Əlacımız deyinməyə, televizoru söndürməyə qalıb. Nə üçün? Filosofluq etmək istəmirəm. Çünki vətəndaş olmamışıq. Şər-şəbədədən, abırsızlıqdan, hörmətdən düşməkdən qorxmuşuq. Beləcə zövqlərimiz korlanıbdır. Kökdən düşmüşük. Deklomasiya deyənlə, əsl oxuyanı qarışıq salmışıq. Bülbülləri küsdürüb, cibimizə pul basan qarğaları tərifləyib millətə sırımışıq. Şou əhlini beşikdəki uşaqlar da tanıyır, amma beş alimin, üç filosofun, on yazıçı-şairin, beş hərbçi generalın, on milli qəhrəmanın adını bilən yoxdur. Axı hər bir şeyin həddi olmalıdır. Həddini keçdinsə, hesab elə ki, yad bir ölkənin sərhədini keçmisən. Keçmək olmaz sərhədi! Qadağandır!


Bəs bu qədər hoppanıb-düşməyin, diringi oxumağın, meyxana deməyin qarşısında niyə “stop” işarəsi olmasın? Hə, niyə?!

Hiss edirəm ki, bir gözəgörünməzin nəfəsi boynumun ardını qarsır:

- Bəs axşam-səhər muğamat oxumaq olar?

- Yox! Qətiyyən olmaz! Axşam-səhər muğamat oxunsa, qulaq yağır olar. Bezərik. Gözdən, dəyərdən salarıq. Hər şeydə əndazə gözlənilməlidir. Əndazəni itirmək yeyib-içmək hissini itirmək kimi bir şeydir.

Hər bir işdə əxlaq olmalıdı. Əxlaq bizim gündəlik həyatımızın ən başlıca kredosuna çevrilməlidir. Daşnakların həyasız hücumlarına qarşı “Difai partiyası”nı yaratmış, Sarbona Universitetində təhsil almış unudulmaz Əhməd bəy Ağaoğlu təəssüf hissilə yazırdı ki, “Bizim insanlar əxlaqı qurşaqdan aşağı başa düşür. Halbuki qurşaqdan yuxarı qəlb və ruh var”.

Əxlaqla məddahlıq bir yerdə ola bilməz. İşdə tabeçiliyində olduğun birisini tərifləyib çaşdırma. Müdrik insan tərif yükü götürməz. Hz. Əli əlehissalam demişdir ki: “Mənə dil rüşvəti verməyin. Mənim nöqsanlarımı deyin, məni öyməyin. Mən sizin dillə dediyiniz tərifdən aşağı, qəlbinizdə tutduğunuzdan isə çox yüksəyəm”.

Dahi Nizami Gəncəvi isə belə qənaətə gəlmişdir:


Dünyaya fateh olmaz zülmükarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdi, ədalət!


Deyəsən, başınızı ağrıtdım. Elə fikirləşməkdən mənim də sinirlərim gərginləşdi. Gedəsi başqa bir yerim yoxdur, həm də icazəm. Ona görə də çıxıram eyvana. Eyvanım mənim, qalam mənim! Qarşı binalarda kimsə görünmür, elə bil hamı yatıb. Şəhriyar necə demiş: “Hamı yatmış, bir Allah oyaqdı, daha bir mən. Məndən aşağı kimsə yox, ondan da yuxarı”.

Burada da qərar tuta bilmirəm, arxa tərəfdəki eyvana çıxıram. Tək-tük avtobuslar gözə dəyir, az qala boş gedib-gəlirlər. Az da olsa, maskalı, maskasız adamlar görünür. Fikirləşirəm ki, maska taxmaqdan eybi yoxdur, təki maskalanmayaq, birsifətli olaq. İmam Hüseyn öz dövründə bu qənaətə gəlib ki, “İnsanlar dünyanın quludur. Dünyalarına zərər verməyənə qədər dindən dəm vurarlar. İlk imtahan və sınağa yetişdikdə gerçək dindarın nə qədər az olduğu meydana çıxır”. İstəyirəm biz belə olmayaq, çox olaq.

İnşallah, bu ağır günlər gəlib keçər. Yurdumuza bahar gəlib. Günəşli günlər dadımıza yetər. Mirzə Mehdi Şükuhi yaxşı deyibdir:


Gələn birdir, gedən birdir, qalan bir,

Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.

Bir əvvəl var, bir axır var deyillər,

Bu bir sözdür, nə əvvəl var, nə axır.


Allah qoysa, bu bəlanın da öhdəsindən gələrik. “İnsanı fərqləndirən ən ali cəhət onun maneələri dəf etməkdə inadkarlığıdır” (L.Bethoven).


Bu koronovirus dövründə bizim hər bir hərəkətimiz, davranışımız, özümüzə və ətrafımıza təlqinimiz şüurlu, həm də ədalətli olmalıdır. Qurani-Kərimin “Yunus” surəsində deyilir: “Həqiqətən Allah insanlara zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər”. Bu dəyərli surəyə etiraz edən tapılarmı?! Qətiyyən! Çünki həqiqətdir.

Allah bizi bir-birimizə zülm etməkdən qorusun.

Əlac televizorun qarşısında oturub pultu ələ götürməyə qalıb. Dünya indi real aləmdən virtual aləmə keçib. Birbaşa verilişlərə ölkənin tanınmış şəxsləri, həkimlər, millət vəkilləri, mədəniyyət xadimləri canlı bağlantıya qoşulurlar, fikir və mülahizələrini söyləyirlər, sonda ənənəvi olaraq bizə evdə qalmağı tövsiyə edirlər. Sağ olsunlar. Yaşlılar bütün qaydalara, qadağalara can-başla əməl edirlər, amma ölkədə cızığından çıxanlar da var. 

Aha... “Səhər-axşam” verilişində məşhur xanım rəssamımızla canlı bağlantı var. Maraqlanıb kanalı çevirmirəm. Dərhal da heyrət məni bürüyür. Çox əcaib-qəraib mənzərədir. Bilmirəm bu mənzərəni məndən başqa seyr edənlər oldumu? Aparıcının sorğu-sualına səksəni haqlamış hörmətli xanım rəssam rus dilində cavab verirdi. Analoqu olmayan dialoq idi. Ayrı-ayrı dillərdə danışsalar da, bir-birini anlayırdılar. Görəsən, Almaniyada canlı bağlantıda jurnalistin sorğusuna cavab olaraq xanım rəssam almanca deyil, rusca cavab verə bilərdimi? Alman xalqı buna necə baxardı? Onu ekrana yaxın buraxardılarmı? Baxın bizim xanım rəssama. Təəccüblü deyilmi? Bu yaşa çatasan, doğma dilini öyrənməyəsən...

Bu yerdə Mirzə Əli Möcüzün bir parça şeiri yadıma düşdü:


Dünən şeir ilə bir namə apardım şahi-İranə,

Dedi: “Torki nəmidanəm, məra to beccə pəndari?”

Özü türk oğlu türk, amma deyir türki cəhalətdir,

Xudaya, müzməhil qıl təxtindən bu ali-Qacari!

Ümidini kəsmə, Möcüz, yaz anan təlim edən dildə,

Gəzər bir ərmağan tək dəftərin, bil, Çinü Tatari!


Bəli, rəhmətlik Mövlanə Cəlaləddin “Danış, səni görüm”, - deyib. Sabah-sabah da bu xanım rəssam danışdı, onu gördüm. Bizə məxsus olan ancaq bu xanımın daşıdığı addır. Yaxşı olar ki, adını, soyadını da dəyişsin. 

Nə isə, duyğulandım və darıxdım. Tələbə yoldaşımız Şamxal deyərdi ki:

Can ana, qatar vaxtıdır,

Yenə ayrılığın çatar vaxtıdır.

Telejurnalist dostum Adil İrşadoğlu da deyərdi ki, Şamxal, tələs, Bakı-Ağdam qatarına minib Qarabağa getmək vaxtıdır! Tələs, sonra gec olar.

- Hörmətli sərnişinlər, Bakıdan Ağdama gedən 656 nömrəli Bakı-Ağdam qatarına birinci platformadan minik başlayır... 

Gör neçə ildir bu elanı eşitmirik. Gör neçə ildi...


* * *

Biz yaşlılar bu il yazın gəlişini evdə oturaraq qarşıladıq. Ağaclar gözlərimiz önündə yarpaqladı... Elə ağaclar da bizə oxşayıb. Nə zamansa onlar da yaşlanır, qocalır. Payız gələndə yamyaşıl libasını dəyişir, yarpaqları saralıb tökülür, xəzəl olur. Nə etmək, təbiətin əbədi, əzəli qanunu budur.

Bu yerdə ömrümdə təmasda olmadığım, məşhur rejissor, aktyor Rza Təhmasiblə bağlı ibrətli bir detal yadıma düşdü. Bu əhvalatı mənə aktyor dostum Azad Şükürov danışmışdı.

Rza Təhmasib dərsə pərişan gəlir. Tələbələri soruşurlar: - Ustad, nə baş verib, niyə kefsizsiniz?

Rza müəllim deyir:

- Bilirsiniz, yolun üstündəki apteki tanıyırsınız də?

- Bəli, tanıyırıq.

- Onun yanındakı işıqfor var ha...

- Bəli.

- Bax orda maşınımız dayandı. Yaxınlıqdakı ağacın budağından bir yarpaq qopub hərlənə-hərlənə, fırlana-fırlana gəlib düşdü adamların ayaqları altına. Heç kəs bu yarpağa fikir vermədi, hamı tapdalayıb keçdi. Çox böyük amansızlıq gördüm. 

Deyirəm, Rza Təhmasib rəhmətlik yaşasaydı, bu gün nəinki yarpaqları, hətta ədaləti, vicdanı, şərəfi, ləyaqəti, insanlığı tapdalayıb keçən insan cildində həşəratlar görərdi.

... Bilmirəm daxilimdə, yaddaşımda nə baş verir, tez-tez “Hacı Murad”ın müəllifi Lev Tolstoyu anıram. Yəqin təkcə böyük yazıçı olduğuna görə yox, həm də ədalətli olduğu üçün.

Bir gün mətnşünas, şair Salman Mümtaz Rusiyaya, Lev Tolstoyun görüşünə gedir. Qapını döyür. Qulluqçu gəlib qapını açır.

- Bağışlayın, sizə kim lazımdı?

Salman Mümtaz cavab verir:

- Lev Nikolayeviç Tolstoy?

- Sizə Qraf Tolstoy lazımdı, yoxsa yazıçı Tolstoy?

- Yazıçı Tolstoy!

- Buyurun keçin içəri.

Salman Mümtaz içəri keçir. Görür ki, Qraf Tolstoy döşünə önlük taxıb bənnalıq edir.

Qraf Tolstoy belə sadə, zəhmətkeş yazıçı olmasaydı, insanlar uzaq-uzaq məmləkətlərdən onun görüşünə gəlməzdilər. 1901-ci ildə L.Tolstoy xəstələnəndə Çexov narahatlıqla demişdi ki, “Tolstoy ölsə, mənim həyatımda bir boşluq əmələ gələr”.

Bəli, dahilər öləndə hər kəsin ürəyində böyük bir boşluq yaranır. Döşünə önlük taxıb lazım gələndə bənnalıq edən yazıçının yeri həmişə görünəcək.

Zəhmətdən söz düşmüşkən, Ciban Xəlil Cibran deyirdi ki: “Yazıqlar olsun o millətə ki, hazırlamadığını içir, yazıqlar olsun o millətə ki, əkmədiyini yeyir, yazıqlar olsun o millətə ki, tikmədiyini geyir”.

Amma bu gün, bu ağır gündə imkansızlara göndərilmiş ərzaq malına bəziləri göz dikir. Min bir fırıldaqla başqasının ata-baba mülkünü, torpağını ələ keçirir. Belə-belə vicdansız əməlləri eşidəndə adamın damarlarında qanı donur. Xalq şairi Rəsul Rza demişkən:


Kimə deyim dərdimi?!

Dünya dolu adamdır.


* * *

Bu “Evdəqal” dövründə gecələri daha ağır keçirirəm. Bəzən sübhə kimi yata bilmirəm. Xəyalım dağda-bağda gəzir. Biədəb bir məsəl var: oynayıram, gülürəm, oynaş yaddan çıxmır.

Mənim yadımdan çıxmayan isə müqəddəs Qarabağdı! Qarabağ! İşğal altında inləyən, bizi haraylayan Qarabağ! İnsanın zaman-zaman unuda bilmədiyi bir şey varsa, o da gördükləridir. O, görmədiyini təsəvvür edir, sən deyən qədər də həsrətində olmur, gözü ilə görüb yaddaşına köçürdükləri isə əbədi yol yoldaşıdır. Son nəfəsinə qədər onu tərk etməz. O qədər həssaslıqla xatırlayar ki, özü öz yaddaşına heyran qalar. Səhər-səhər əlli il bundan qabaq bir həyətdə gördüyü açmış qızılgülün üstündəki şeh də yadına düşər. Mən bu 27 ildə elə bir gecə olmayıb ki, bir ruh kimi Qarabağı, eygili gündə gəzdiyim, gecələdiyim Ağdamı, Şuşanı, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı gəzib, görüb səhərə yaxın geri qayıtmayam. Ah, koronavirusdan, bu gözəgörünməz bəladan, insan qəsdinə durmuş cəlladdan qorxmuram. Qorxduğum tək bir şey var, qəflətən öləm, Qarabağın azad olacağı o BÖYÜK GÜNÜ görməyəm. Ey böyük Yaradan, sən belə bir əzabı mənə rəva görmə. Çoxları “Qarabağ, Qarabağ” deyə köçdü dünyadan. Barı yerdə qalanlara möhlət ver, İlahi. 

Budur, elə bil Azadlıq meydanındayam. Hələ torpaqlarımız işğal olunmayıb. Amma Xankəndidə xainlərin əli ilə körüklənmiş ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək eşqi ilə mitinqlər keçirirlər. Yaddaşımda 1988-ci ildir. Qarabağ adlı faciələrimizin başlanğıcı. 32 il keçib o gündən, 32 il! Bir igidin ömrü! Uzaqdan müğənni Zurufçunun səsi gəlir qulağıma:

Fikrindən gecələr yata bilmirəm,

Bu fikri başımdan ata bilmirəm.

Neyləyim ki, sənə çata bilmirəm,

Ayrılıq, ayrılıq aman ayrılıq.

Hər bir dərddən olur yaman ayrılıq.


Uzundur hicrindən qara gecələr,

Vurubdur qəlbimə yara gecələr.

Bilmirəm, mən gedim hara gecələr,

Ayrılıq, ayrılıq, aman ayrılıq.

Hər bir dərddən olar yaman ayrılıq.


Cənub həsrətli bu mahnını ilk dəfə Azadlıq meydanında eşitdik. Yüz minlərlə insanın əlləri ağ-ağ göyərçinlərin qanadları kimi çırpındı, sonra əllər yumulub yumruğa çevrilib havaya qalxdı:

- Qarabağ! Qa-ra-bağ! - hayqırtısı hökumət binasına dəyib əks-səda verdi:

- Qa-ra-bağ!

Gecə keçir. Ətraf sakitlikdi. Çox istəyirəm ki, heç nə haqda düşünməyəm, hər şeyi, hər kəsi unudam. Bacarmıram. Xəyalım bir yerdə qərar tutmur. Quş kimi qanadlanıb uçur. Çox istəyirəm ki, mənim xəyalım - ruh quşum aram olsun, harasa qonsun, sakitləşsin. Ancaq çifayda. Səməd Vurğun demiş:


Gah doğur, gah batır könül riqətim

Tez-tez yanıb sönən səyyarələrtək.

Düşərgə axtarır huşum, diqqətim,

Səfərdən qayıtmış təyyarələrtək.



Aprel, 2020-ci il
& Vətənsevərlər.

6 Ekim 2019 Pazar

DÜNYA ENSİKLOPEDİYASI AZƏRBAYCANA QARŞI TƏXRİBATLA MƏŞĞULDUR

Dünya Ensiklopediyası sayılan Vikipediya, 
sən Azərbaycanın tanınmış, ləyaqətli insanları haqqında dolğun səhifələri, məlumatları pozmağında ol. Qoyma gələcək nəsil ibrət götürüləsi insanlarımızı yaxından tanısın. Onlardan ilham alıb öz yollarını müəyyənləşdirsinlər. Axı sən kosmopolit insanlar yetişdirməyə güc vermisən...


Adil İrşadoğlu (Əliyev)

Sən pozdun, qiymət verənlər başqasını yaratdılar. Mənə dəyər verənlərə təşəkkür edirəm.

Buraya daxil olub izləyə bilərsən : https://peoplepill.com/biography/adil-irshadoglu-aliyev/?fbclid=IwAR0TE3_tZDc4Y6WD6xnktLwFEJGssIoKc_bnC-yhKBS-w5xM6gRxYo9LsyQ


Mehmet Akif Ersoy XX əsrin ən böyük türk şairidir

ŞAİR ÖZ SƏSİYLƏ 

"İSTİQLAL MARŞI" ŞEİRİNİ SÖYLƏYİR...


Məhmәd Akif Әrsoy 1873-cü ildə İstanbulun Fateh səmtində dünyaya gəlib. Anası Şərifə Xanımın ata və anası Buxaralıdır. Şərifə xanım Tahir bəylə izdivac bağlamış və bu evlilikdən Məhmәd Akif Әrsoy dünyaya gəlmişdir. M.Akif ilk və orta təhsilini Fatehdə almışdır.

Ali təhsil üçün beynəlxalq hüquq institutuna girsə də təhsilini yarımçıq qoyub baytarlıq təhsilinə başlamış, buranı qızıl diplomla qurtarmışdır. Şeir yazmağa baytarlıq məktəbində başlamış, Osmanlı dövlətinin tənəzzül dövründə vətənin işğalçılar tərəfindən tutulmasıyla Anadoluya keçərək xalqı milli azadlıq hərbi üçün ruhlandırmış və böyük işlər görmüşdür.

Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Misirə getmiş və Misir Universitetində türk dili dərsləri vermiş, 1936-cı ildə ölkəyə qayıtmış və 27 dekabr 1936-cı ildə dünyasını dəyişmişdir. 

* Mehmet Akif Ersoy XX əsrin ən böyük türk şairidir.

22 Eylül 2019 Pazar

“TÜRK OCAĞI” AZƏRBAYCANDA BƏRPA OLUNDU


“Şərq” qəzetinin baş redaktoru, 
tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı başqan seçildi

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan “Türk ocağı”nın bərpası konfransı keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun direktoru, professor Mustafa Balcı, Türkiyədən gəlmiş 10-ya yaxın elm adamı, millət vəkilləri və media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Türk ocağı”nın bərpaçılarını təqdim edib.



Çıxışlardan öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və ardınca “Türk ocağı”nın yaranması ilə bağlı sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan “Türk ocağı”nın bərpaçıları – millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, Uluslararası İlişkilər və siyasi elmlər doktoru İrfan Çiftçi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, “Şərq” qəzetinin baş redaktorunun birinci müavini Yusif Nəzərlidir.



İlk söz “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıya verilib. Baş redaktor Azərbaycanda “Türk ocağı”nın bərpası barədə uzun zamandır düşündüyünü deyib:

“1911-c ildəTürkiyənin çöküşü prosesinin qarşısını alan 190-a yaxın tibb tələbəsinin israrlı tələbi üzərinə türk ziyalıları İstanbulda Əhməd bəy Ağaoğlunun evində toplaşdılar. 1912-ci ildə İstanbulda “Türk ocağı” quruldu. Bu Ocağın qurucuları çağdaş Türkiyənin qurulmasında mühüm rol oynadılar. Eyni zamanda milli ruhun diri tutulmasında iştirak etdilər.

  1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən “Türk ocağı”nın yaradılmasının tarixi bağlantılarını nəzərə alaraq belə bir cəmiyyətin Azərbaycanda təsisinin zəruri olduğunu düşündük. Bununla bağlı Türkiyədən olan dəyərli elm adamları və ziyalılarla müzakirələr apardıq. Müzakirələrdə bizə dəstək verdiyinə görə İstanbul Türk Ocaqları başqanı Cezmi Bayrama təşəkkür edirəm. Həmçinin, Türk Ocaqları başqanı Mehmet Özə minnətdarlığımı bildirirəm. Nəzərə çatdırım ki, Cümhuriyyət vaxtı Azərbaycanda milli təsisatlar yaradılmışdı ki, onlardan biri də “Türk ocağı”nın bərpası idi. Azərbaycandakı “Türk ocağı” Türkiyədəki təşkilatla eyniyət təşkil edirdi. Məramı türk birliyini təşkil etmək, yenicə qurulan Cümhuriyyətə Türkiyənin maddi-mənəvi yardımlarını təmin etmək idi”. 
  
A.Aşırlı bərpaçıların arasında üç nəfərin adını xüsusi qeyd edib:  

“Əli bəy Hüseynzadənin nəvəsi Cəmilə Hüseynzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə və Əhməd Cavadın nəvəsi Anar Axundzadənin adlarını xüsusi vurğlamaq istəyirəm. Bu insanların babaları, Əhməd Cavad və Abdulla Şaiq Azərbaycan Xalq Cümhuriyyətinə rəsmi şəkildə Azərbaycanda “Türk ocağı”nın yaradılması ilə bağlı müraciət ediblər. Sentyabr ayında onlara vəsiqə verilib və cəmiyyət fəaliyyətə başlayıb. Qurumun fəaliyyəti bağlı kiçik kitabım çıxıb, eyni zamanda Türkiyə tükcəsində də çap olunub. Hazırda bu mövzuda istifadə olunan mühüm elmi mənbələrdən biridir. Bu cəmiyyəti bərpa etməkdə məqsədimiz Azərbaycanın türk dünyasında yerinin, rolunun möhkəmlənməsi və ölkənin istiqlalıdır. İstəyimiz Azərbaycanda “Türk ocağı”nın bərpası ilə Orta Asiyadakı Türk respublikalarının sıx əlaqə qurmasına nail olmaqdır. Niyyətimiz “Türk ocağı”nı ideoloji mərkəzə çevirməkdir. Qısa müddət ərzində saytımız da fəaliyyət göstərəcək. Bundan əlavə 3 aydan bir jurnal da çap ediləcək”.



   Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında “Türk ocağı”nın bərpasını həyata keçirənlərə təşəkkür edib:

“Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü də Azərbaycanın gücüdür. Artıq arxamızı söykəyə biləcəyimiz güclü bir Azərbaycan var. “Türk ocağı”nı bərpa edən hər kəsə minnətdaram. Biz Türkiyə olaraq 28 ildir dünyada özümüzü çox rahat hiss edirik. Çünki könül rahatlığı arxamızı yaslaya biləcəyimiz güclü Azərbaycan var. Bilirik ki, qardaşımız yanımızdadır, bizimlədir. Bir il öncə türk əsgəri Azərbaycanlı qardaşı ilə birlikdə Bakıda möhtəşəm parad keçirdi. 100 il əvvəlki şanlı tarix yenidən təkrarlandı. Əsgərlərimiz birlikdə yürüş edərək bütün dünyaya “tək yumruq, tək güc” olduğumuzu göstərdilər. Bizim birliyimiz kimsəyə düşmən olmaq deyil, insanlığı və mədəniyyəti daha irəliyə götürmək məqsədi güdür. O səbəbdən bəyan edirəm ki, səfirlik olaraq “Türk ocağı”nın fəaliyyətinə hər zaman dəstək verməyə hazırıq”.

Millət vəkili Cavanşir Feyziyev qurumun fəaliyyətini yüksək dəyərləndirib:

  “Türk ocağı”nın bərpası prosesində öncə Akif Aşırlıya minnətdarlığımı bildirirəm. Çünki bu iş üçün bütün bərpaçıları, elm və iş adamlarını, varisləri bir araya gətirən məzh Akif bəydir. “Türk ocağı”nın bərpası birbaşa onun təşəbbüsü ilə reallaşıb və hesab edirəm ki, çox nəcbi bir təşəbbüsdür. “Türk ocağı” öz tarixi rolunu oynayıb. Amma 1990-c illərdən etibarən dünya xəritəsində yeni türk dövlətlərinin ortaya çıxması “Türk ocağı”nın bərpasını zəruri edirdi. Çünki biz qloballaşan dünyada türk mədəniyyətini, siyasətini bütün dünyaya çatdırmalıyıq. Fikrimcə, qurumunn fəaliyyəti bu istiqamətdə yardımçı olacaq”.
    
Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram da “Türk ocağı”nın uğurlu fəaliyyət göstərəcəyindən əminlik ifadə edib:

“Azərbaycanda bərpa edilən “Türk ocağı”na fəaliyyətində uğurlar arzu edirəm və başqanımız Mehmet Özün salamlarını çatdırıram. Çox xoşbəxtəm ki, belə bir tarixi ana şahidlik edirəm. 60 ilə yaxındır tükrçülük və turançılıq ideyasının yayılması üçün çalışıram. Hesab edirəm ki, “Türk ocağı”nın Azərbaycanda bərpa konfransına qatılmağım indiyə kimi gördüyüm faydalı işlərin mükafatıdır. “Türk ocağı”nın qurucuları arasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Yusuf Akçura kimi türk dünyasının böyük fikir adamları var idi. Yəni, “Türk ocağı” qurulduğu gündən etibarən sadəcə Türkiyəyə məxsus bir dərnək olmayıb. Bütövlükdə türk dünyasının cəmiyyəti olaraq ortaya çıxıb. Buna görə də fəaliyyət bölgəsi “türklərin yaşadığı hər yer” olaraq müəyyən edilib. Cəmiyyətin heç vaxt siyasi məramı olmayıb. Məqsəd türklərin mədəni birliyini təsis etmək, tariximizin və dilimizin qorunması olub. Azərbaycanda bərpa edilən “Türk ocağı” Türkiyə ilə digər türk respublikaları arasında mədəni əlaqələrin qurulması baxımından çox önəmlidir. “Türk ocağı” türk dünyası ilə aramızda bir körpü rolunu oynayacaq. Ona görə də bu cəmiyyətin yenidən təsis edilməsi olduqca mühüm hadisədir. Bərpa prosesində qurucu insanların varislərinin iştirakı isə həyəcanverici bir olaydır. Biz Türkiyədə çox çalışsaq da, qurucuların varislərini bu prosesə cəlb edə bilmədik. O baxımdan arzu edirəm ki, siz öz işinizlə bizi arxada qoyasınız. Sizin daha da irəliyə getməyiniz bizi ancaq və ancaq qürurlandırar”. 

Millət vəkili Qənirə Paşayeva da vurğulayıb ki, belə bir qurumun varlığına ehtiyac böyükdür:

“Əhməd bəy Ağaoğlunun gözəl bir sözü var. Deyir ki, “türklük bölünə bilməyəcək qədər tamdır”. Bizim də məqsədimiz bu missiyaya xidmət etməkdir. Xeyli öncədən hesab edirdik ki, “Türk ocağı”nın Azərbaycanda bərpa edilməsi zəruridir. Çünki bunun böyük tarixi əhəmiyyəti var. Akif Aşırlı bu işə çox böyük əmək sərf edirdi. Çox şadam ki, Akif bəy bunun reallaşması istiqamətində yorulmadan çalışdı və bizim hamımızı “Türk ocağı”nın ətrafına cəm etdi. Bəziləri hesab edir ki, əgər 100 il keçibsə, deməli Türk ocaqlarının işi də başa çatıb. Qətiyyən elə deyil. Çünki Türk ocaqlarının missiyasındakı ana xətt sərhədlər üstü milli düşüncə anlayışıdır. Bizim buna çox ehtiyacımız var”. 

Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın belə bir tədbirdə olmağın onun üçün şərəf olduğunu söyləyib:

“İş adamı olaraq alimlər məclisində iştirak etmək və orada nəsə söyləmək mənim üçün çox çətindir. Amma söz verirəm ki, canla-başla bu Ocağa və onun fəaliyyətinə dəstək verəcəm”. 

Tarixçi-alim Firdovsiyyə Əhmədova da bəyan edib ki, “Türk ocağı”nın bərpası çox əlamətdar bir gündür:

“Mən bu tədbiri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlərin tərkib hissəsi sayıram. Bugün burada tarix yazılır. Azərbaycan insanı hər zaman, tarix boyu Türkiyədən olan qardaşlarına arxa-dayaq olub, onlardan yardımını əsirgəməyib. Azərbaycan və Osmanlı ziyalıları birgə addımlayıblar. Müştərək tariximiz olub. Türk xalqları arasında mədəni əlaqələri məhz iki tərəfin ziyalıları, elm adamları təşkil edirlər. Bu, tarixən belə olub. Gözəl təşəbbüsə görə Akif bəyə təşəkkür edirəm. O, həqiqətən əməl adamıdır. Sadəcə sözdə qalmır, “Türk ocağı” ilə bağlı kitab yazandan sonra cəmiyyəti də təsis edərək əməli fəaliyyətini ortaya qoyur”.

Daha sonra söz “Türk ocağı”nın qurucularının varislərinə verilib. Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə həyəcanlı anlar yaşadığını bildirib: 

“Atam sürgün olunanda 33 yaşı var idi. O, sürgünə gedəndə özü ilə Əli bəyin fotosunu aparmışdı. İllər keçəndən sonra o şəkli mənə də göstərmişdi və mən o zaman bilmişdim ki, Əli bəy Hüseynzadə kimdi və mən hansı ailəyə məxsusam. Mən sürgündə anadan olmuşam və orada böyümüşəm. Bugün Azərbaycanda olduğuma, babamın adını eşitdiyimə və bayrağımızı gördüyümə görə çox şad oluram”.

Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə isə vurğulayıb ki, babasının “Türk ocağı”nın qurucusu olduğunu yeni öyrənib:

Birləşəlim türk oğlu, bu yol zəfər yoludur” deyən Abdulla Şaiq hər zaman türkçü, turançı olub. Ancaq dövrün müəyyən prosesləri ilə əlaqədar o öz fikirlərini və əqidəsini gizlətməli olmuşdu. Onun oğlu və irsinin tədqiqatçısı Kamal Talıbzadə Abdulla Şaiqin gizli qalan tərəflərini hissə-hissə xalqımıza çatdırmağa çalışmışdı və onun sovet dövründə çap edilməmiş hekayələrini toplu şəkildə “Arazdan Turana” adı ilə çap etdirmişdi. Abdulla Şaiqlə bağlı nə varsa, hamısı onun ev muzeyində qorunur. Lakin mən “Türk ocağı” barədə eşidəndə çox təəccüb etdim. Çünki bunu bilmirdim, hətta övladı belə bu barədə heçnə danışmamışdı. O baxımdan belə bir məlumatı öyrənmək bizim üçün çox dəyərlidir”.
Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, Uluslararası İlişkilər və siyasi elmlər doktoru İrfan Çiftçi də “Türk ocağı”nın Azərbaycanda bərpa edilməsinin çox anlamlı olduğunu söyləyib. 

Tədbirin sonunda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bərpaçılar tərəfindən Azərbaycan “Türk ocağı”nın başqanı seçilib.

“Şərq” qəzetinin baş redaktorun birinci müavini Yusif Nəzərli isə başqan yardımçısı seçilib.
Həmçinin, qurumun nizamnaməsinin hazırlanmasına və fəaliyyət istiqamətinin müəyyən edilməsinə qərar verilib.

Məlumat üçün onu da əlavə edək ki, Azərbaycan “Türk ocağı”nın eyni adlı mətbuat orqanı da fəaliyyət göstərəcək.  

Modern.az & Vətənsevərlər

25 Ağustos 2019 Pazar

© HƏYATDIR, ÇIXARIQ ÇOX-ÇOX SINAQDAN... (3-cü söhbət).

Azərbaycan Respublikasının televiziya və qəzet jurnalisti Adil İrşadoğlu Malik həkimin Bakı şəhərində məskunlaşdığı evində olmuş və ondan maraqlı müsahibə götürmüşdür. Müsahibənin həcmi böyük olduğuna görə onu sizə bir neçə yerə bölərək təqdim etdik. 3-cü müsahibə isə Malik həkimin yaşadığı dövrdən, onun şəhidlərimizə olan ehtiramından, peşə fəaliyyətindən və Azərbaycanın qədim tarixindən bəhs edir. Videonu izləməyə dəyər. Sağlıqla izləyin...



3 Temmuz 2019 Çarşamba

© SEVGİSİ GÖZÜNDƏ, DƏRDİ DƏRİNDƏ... (2-ci söhbət).

Azərbaycan Respublikasının tanınmış jurnalisti Adil İrşadoğlu Malik həkimin Bakı şəhərində məskunlaşdığı evində olmuş və ondan maraqlı müsahibə götürmüşdür. Müsahibənin həcmi böyük olduğuna görə onu sizə bir neçə yerə bölərək təqdim edirik. 2-ci müsahibə də Malik həkimin yaşadığı dövrdən, 1980-90-cı illərdə isə Qarabağda şahidi və iştirakçısı olduğu maraqlı tarixi faktlardan bəhs edir. Videonu izləməyə dəyər. Sağlıqla izləyin...



© YOL VERİN, YOL VERİN İGİDLƏRƏ SİZ... (1-ci söhbət).

Azərbaycan Respublikasının tanınmış jurnalisti Adil İrşadoğlu Malik həkimin - Malik Camal oğlu İsmayılovun Bakı şəhərində məskunlaşdığı evində olmuş və ondan maraqlı bir müsahibə götürmüşdür. Müsahibənin həcmi böyük olduğuna görə onu sizə bir neçə yerə bölərək təqdim edirik. Həkimin yaşadığı ilk dövrdən, 1980-90-cı illərdə Qarabağda şahidi və iştirakçısı olduğu maraqlı tarixi faktlardan bəhs edən bu videonu izləməyə dəyər. Sağlıqla izləyin...


Rəşid Mahmudov indi də Ərdoğandan danışdı

21 Haziran 2019 Cuma

HƏMKARLARIMIZIN HƏYAT KREDOSU - İRADƏ ƏLİYEVA YAZIR...


İnsan dünyaya bir kərə gəlir. Düşünür, yazır, yaradır və həyatda olsa da, olmasa da, əbədi ömür qazanır...
Zaman isə fikir və əməllə dolu olanda mənalı və gözəl görünür...
Görkəmli maarifçilər ağlın gücünü təmsil edən insanları xoşbəxt hesab edir. Bunu əbədi və etibarlı sərvət sayırlar. “Hər şey biliyə sahiblik haqqı və səlahiyyəti ilə bağlıdır”, - deyirlər.
***
Biz elə bir vaxtda universitet təhsili almışıq ki, o dövrdə görkəmli alimlər, ustad jurnalistlər (Mir Cəlal Paşayev, Əzizə Cəfərzadə, Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi və başqaları) öz mühazirələrinə yaddaşın və tarixin dərsləri, varlığın məntiqi, dünyada xeyrin və xeyirxahlığın ölməzliyi, milli və mənəvi dəyərlərlə başlayırdılar. Mənəviyyat məsələlərinə, sözün qüdrətinə, ana dilinin böyüklüyünə və zənginliyinə xüsusi diqqət yetirirdilər. Fərdlər, nəsillər, ömürlər və əsrlər arasında fasiləsiz rabitənin olduğunu vurğulayırdılar.
Biz özümüz də anlamadan böyük təfəkkür sahiblərinin - mükəmməl ziyalı mühitinin içərisinə düşmüşdük. Yeni dünya, yeni aləmin işığında yolumuza davam edir, diqqətimizi dərinləşdirir, zəmanənin olaylarına düzgün qiymət verməyə çalışırdıq. Çalışırdıq ki, səhvlərə, qüsurlara yol verməyək, hadisə və meyillərin mürəkkəb, dolaşıq toruna düşməyək. Bizə dərs deyən müəllimlər ancaq yaxşılar, yaxşılıqlar, müsbət meyillər, etik-əxlaqi mövqedən irəli gələn həqiqətlər, güclü əməl sahiblərinin fədakarlıqlarından, şəxsiyyətlərdən danışırdılar. Pisliklərdən, mənfiliklərdən, yanlışlıqlardan, sapıntılardan söhbət açmırdılar. Biz hər yazımızda ədalət və həqiqət axtarşılarına çıxırdıq, örnəklərdən, nümunələrdən söhbət açırdıq.
Hamımız kitabxanalara üz tutur, görkəmli yazarlarımızın əsərlərini oxuyur, onlardan öyrənirdik. Yurd, torpaq sevgisi, ata-anaya, böyüyə hörmət, ehtiram və nəhayət, ziyalı missiyasına önəm verirdik. Heç kəs tərəfindən başa düşülməyən və qəbul edilməyən qəhrəmanlarımızı “başqa cür tale” idealı kimi qələmə verirdik. Bax, hər birimiz beləcə həyatı öyrənir, dərk edir və böyüyürdük. İrəlidə isə bizi nələr gözləyirdi?!.
Mən belə danışanda dünyagörmüş dayım deyirdi ki, bunlar həyat, ömür dərsləridir. Yaşadıqca içindəki mənəvi divar da böyüyüb ucalır, sağlam düşüncə əxlaqı da ucaldır, saflaşdırır, münasibətlərə də öz qiymətini verir, itirilmiş mənanı və dəyəri də geri qaytarır. Bu fikirlərlə mən sadəcə olaraq gənclik, tələbəlik illərimizin yaşam tərzini qısaca xatırlatmaq istədim. Yenə deyirəm, o dövrün gəncliyi yüksək fikirlər, nəcib duyğularla yaşayırdı...
Heç kəs məni qınamasın: tələbə yoldaşlarımızın hərəsi bir dünya idi. Adil Əliyevin (İrşadoğlunun) də öz dünyası var idi. Beş il eyni auditoriyada oxuduq və sonra ayrıldıq. Mən qəzetdə fəaliyyətə başladım, Adil isə televiziya jurnalisti idi. Müntəzəm olmasa da, tez-tez onun reportajlarına, televiziya filmlərinə, müsahibələrinə baxırdım.
Bu verilişlər ahəngdar bir üsluba malik idi. Yaradıcı dünyası ilə yurdsevərlik, torpağa, vətənə sonsuz bağlılıq təlqin olunurdu. Adil səngərlərdə vuruşan, təlim keçən əsgərlərimizin yanında idi. Onların mübariz ruhunu, mətanətini, şücaətini göstərirdi. Azərbaycan dövlətinin, xalqının və ordusunun gücünü, vətən təəssübkeşliyini, torpaq sevgisini təcəssüm etdirirdi. Hər reportajında xalqımızın şanlı tarixini, vətən naminə qurub-yaratmış, onun torpaqlarını qoruyub qəhrəmanlıqlar göstərmiş insanları xatırlayırdı. Alovlu vətənpərvərlərlə həmişə fəxr edirdi.
Adilin ömür və yaradıcılıq yolunun 20 ili Azərbaycan televiziyasında keçib. Kiçik redaktor, böyük redaktor, şöbə müdiri vəzifələrində çalışıb. Televiziyanın “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkilində və səviyyəli fəaliyyətində xüsusi xidmətləri olub. Bir sözlə, bu redaksiyanın ilklərindən biridir. Hazırladığı verilişlərə görə müxtəlif mükafatlara layiq görülüb. XTNS-nın xüsusi medalı ilə təltif edilib. Cəbhədə əsgər və zabitlərin həyatından hazırladığı salnamələrə görə “Şah İsmayıl Xətai” mükafatının laureatı olub. Təsadüfi deyil ki, Azərbaycan televiziyasında işlədiyi müddətdə efirə üç mindən çox veriliş çıxarıb. Əsas mövzusu isə o vaxt da, indi də hərbi vətənpərvərliklə bağlı olub.
Adil televiziyada işləyəndə də qəzet və jurnallarda mütəmadi çıxışlar edirdi. O, jurnalistikanın bütün sahələrində və bütün janrlarında qələm işlətməyi bacaran yazardır. Azərbaycan televiziyasından sonra redaktoru, yaxud aparıcı və məsul işçilərdən olduğu “Yeni dünya”, “De Fakto”, “Çempion”, “Sara Ekspress”, “Olaylar”, “Şans” və digər qəzetlərdə də məhz geniş diapazona malik qələm sahibi olduğunu sübut etmişdir.
Adil İrşadoğlu vətənpərvər jurnalistdir. Hələ 1989-cu ildə azərbaycanlıların Dağlıq Qarabağdan sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün dostları ilə birgə Şuşa Teleötürücü Stansiyasının nəzdində kiçik studiya yaratmışdı. Hazırda isə “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC-nin təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərir. Bu gün müstəqil jurnalist olan həmkarımızın bir sıra saytları da var. O, öz sevimli vətənpərvərlik mövzusunu müxtəlif janr və aspektlərdə işıqlandırır. Qəhrəmanları arasında keçmiş sərkərdələr də, İkinci Dünya müharibəsinin fəal iştirakçıları da, Azərbaycanın suverenliyi və torpaqlarının azadlığı uğrunda canından keçən igidlər də, bu gün sinəsini vətən üçün sipər edən oğullar da var.
Adilin Qarabağ haqqında hər teleoçerkində və qəzet məqaləsində torpaq sevgisi, vətən həsrəti və can yanğısı hissi olunur. Jurnalistin ürək çırpıntıları “Qulağıma bir səs gəldi...”, “Qardaş itirənlər qanad itirir”, “Canda can varkən ruhunu şad etmək dostluq borcumdur” və s. məqalələrində daha çox duyulur.
Cəsarətlə demək olar ki, Adil İrşadoğlu həm də tədqiqatçı jurnalistdir. Onun son onilliklərdə Qarabağda baş verən olaylara şahid olaraq yazdıqları və videolentə çəkdikləri tariximizə bir töhfədir. Belə ki, Adil İrşadoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xronologiyasını mərhələlərə bölərək işıqlandırmışdır.
Eyni sözləri onun filmləri və verilişləri haqqında da demək olar. “Vətən Səyyar Briqadası” ilə ön cəbhədə, hospitalda, sərhəd bölgələrində, döyüşçülər arasında olan fədakar jurnalistin fəaliyyəti ilə Qarabağın yeni tarixi videolentlərə köçürülmüşdür. Kimlər haqqında yazmayıb Adil İrşadoğlu?!. O, milli qəhrəmanları, sıravi döyüşçüləri vəsf edib. Fred Asif adı ilə çağırılan Milli Qəhrəman A.Məhərrəmovu oxuculara yaxından tanıdıb. “Müharibəni vətən yolunda canını fəda etməyə hazır olan əsgərlərlə edirlər”, - deyir Adil İrşadoğlu (Əliyev).
Peşəkar jurnalist onlarca vətən fədailəri haqqında məqalələr yazıb, bir-birinə bənzəyən və bənzəməyən insan, döyüşçü, vətəndaş taleyinə işıq tutub. Deyir ki, əgər əsgər tərəddüdsüz sinəsini düşmən gülləsinə sipər edirsə, günahsız insanları məhrumiyyət və müsibətlərdən qorumaq uğrunda öz həyatını od-alovun içərisinə atırsa, bu, fədakarlığın zirvəsi sayılaraq əbədi hörmətə layiqdir. Məhz buna görə Yer üzünün bütün xalqları döyüşçüyə məhəbbət və onun xatirəsinə ehtiram göstərirlər.
Bir döyüşçü də elə Adilin özüdür. Həm birbaşa, həm də məcazi mənada. Birbaşa mənada ona görə ki, yazdığı sətirləri qəzet səhifələrinə və televiziya ekranına müharibə alovlarının içərisindən keçərək gətirib. Məcazi mənada ona görə ki, əynində döyüşçü paltarı olsa da, qələmi ilə döyüşür - torpaq, vətən, xalq uğrunda...
Yaddaşın həssaslıq olçüsü deyilən bir anlayış var. Bilirsiniz, jurnalistlərin həssaslıq ölçüsü digər ixtisas sahiblərindən daha artıqdır. Ona görə də özgə talelərinə həssaslıq bizlərin, o cümlədən Adilin yaradıcı fəaliyyətində üstünlük təşkil edir. Bu həssaslıq isə hamıya kövrək bir həyəcan gətirir.
Tez-tez qəribə, uğursuz, təzadlı, mürəkkəb taleli adamlar, xarakterlərlə qarşılaşırıq və onlar haqqında gözəl yazılar hazırlayırıq. Jurnalistlərlə yazıçılar arasında fərq ondadır ki, bizlər bu insanlarla həyatda rastlaşırıq, onlar isə təxəyyüllərində bu surətləri yaradırlar. Təbii ki, biz jurnalistlərin işi daha çətin, ağır və məsuliyyətlidir. Hər mövzunun daxilinə varırıq. Vardıqca da mənəviyyat məsələləri ilə üzləşirik... Heyrətlənirik, yenə də axtarır, düşünür və yazırıq... Bu baxımdan Adil İrşadoğlunun (Əliyev) yaradıcı fəaliyyətində xalqın qəhrəmanlıq səhifələri daha çox vərəqlənir. Vüsət, ucalıq, təmkin, daxili əminlik, ümid və inam, dünya, həyat, insan barədə düşüncələr qabarıq ifadə olunur. Burada əsas qəhrəman Yurdsevərlik və Vətənə, torpağa məhəbbətdir...
Adil odun-alovun içindədir. Şəhid ana və ataların ağrı-acılarını, sızıltılarını daha yaxından eşidir, içində fəryad qoparır. Dilsiz duyğuların arasında boğulur, harayı ərşə qalxır. Söhbətlərində “hər dəfə çəkilişlərdən sonra bir həftə, on gün özümə gələ bilmirəm” - deyir.
Adilin jurnalistlik fəaliyyəti haqqında istənilən qədər faktlar söyləmək olar. Lakin onun xarakterini səciyyələndirən bir-iki qeydi də vurğulamaq istəyirəm.

*Adilin dünyaya baxışı safdır, təmizdir. Xeyrə və işığa son dərəcə həssasdır.
*Soykökə, ocağa bağlılığı çox güclüdür. Onda ədalət duyğusu, eyni zamanda güclü qisas yaddaşı var. Bu hissində o, əlbəttə ki, haqlıdır.
*Adil təmkinlidir, səbirlidir, insanı axıra qədər dinləyə və anlaya bilir. Sevdiyi insanlara qarşı çox mərhəmətli və şəfqətlidir.
*Yaxşı övladdır, yaxşı atadır, gözəl ailə başçısıdır.
*O, ruhu və təbiəti etibarı ilə əsl ziyalıdır. Bütün bu xüsusiyyətlər ona bol-bol hörmət qazandırır.

Tələbəlik illərindən çox-çox sonra Adilin yazılarından birində bu cümlələri oxudum: “Atam İrşad Əliyev Ağdamın, Qarabağın sayılıb-seçilən ağsaqqallarından idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə “min rəhmət” oxuması səbəbsiz deyil. Qoy bu hərəkətə patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlarda idi: böyüyə, ata-anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi”. Biz bu bünövrənin varlığına Adil İrşadoğlunun 65 illik ömür yolunda dəfələrlə şahid olmuşuq. Onu da bilirik ki, əzəldən üç idealı olub. Onlar Mustafa Kamal Paşa Atatürk, dahi Üzeyir bəy Hacıbəyli və atası İrşad kişidir...
Vaxtilə vətən sevgisini, torpaq təəssübkeşliyini, döyüş ruhunu, taleyini bağladığı işə sədaqəti atasından əxz etdiyini deyən Adil İrşadoğlu indi bunları bir ərməğan kimi gənc nəslə, o cümlədən övladları Fərhad və Elşada ötürür. Və onların bu ərməğanı qiymətləndirdiyinə, qoruyub saxladığına görə bir yazar, vətəndaş, ata kimi ürəkdən sevinir.
Bu günlərdə Adillə telefon söhbətimiz oldu. Dərdimiz, sərimiz, giley-güzarımız haqqında da danışdıq. Təbii ki, gündəmdə olan peşəkarlıq məsələsinə də toxunduq. “Çox təəssüf, sıralarımız seyrəlir”, - dedi Adil Əliyev. “Ciddi jurnalistika ortadan yox olur, peşəkarlar yetişmir, qeybət, şou jurnalistikası meydanı alıb əlinə. Nə yazdıqlarını, nə danışdıqlarını başa düşürük, nə hərəkətlərini, nə də vəzifələrini... Televiziya verilişlərində qeyri-etik normalar baş alıb gedir. Falçılar, baxıcılar, əqli cəhətdən xəstə insanlar kanallarda meydan qoparırlar. Qeybət proqramları, söyüş və təhqirlərlə, dava-dalaşla dolu verilişlər insanların mənəviyyatını korlayır, maarifçilik tamamilə unudulub... Peşəkarları isə axtaran yoxdur... İndi tanınmayan, xidməti bilinməyən “jurnalistlərə” evlər də verilir, təqaüdlər də, adlar da... Səviyyəsiz, peşəkarlıqdan uzaq olanlar xalq, əməkdar fəxri adlarına sahib çıxırlar. Bizlər isə o sırada yoxuq. Yenə də təəssüf, min təəssüf...”
Bu gün Adil İrşadoğlunun 100 mindən çox oxucusu var. İnternetdə 1 saytı, 2 kanalı, 12 səhifəsi, 7 bloku fəaliyyətdədir. Ən əsası isə böyük hörmətə, nüfuza malikdir. O, peşəkarlıq zirvəsinə seçdiyi yola sədaqət, xarakterindəki yorulmazlıq, məqsədyönlülük, topladığı böyük təcrübə sayəsində nail olub. Hərəkətlərində ancaq humanizmə, ədalətə, obyektivliyə söykənib. Davranışı, mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə hamının rəğbətini qazanıb.
Adil İrşadoğlunu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir və ona dopdolu yeni uğurlu illər arzulayıram. 


İradə ƏLİYEVA.
Əməkdar jurnalist.
AZpresAZ / 20.10.2018.

ÖMÜR DEDİYİN BUDUR: 65 NƏ TEZ OLDU?




Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü Adil İrşad oğlu Əliyevin anadan olmasının 65 illik yubileyi münasibəti ilə tədbir keçirildi. Tədbirdə Azərbaycan Mətbuat Şurası idarə heyətinin və Ahıl Jurnalistlər Məclisinin üzvləri,  KİV nümayəndələri, yubilyarın tələbə yoldaşları, dostları, qohumları iştirak edirdilər. 

"Keçmişə ehtiramla, gələcəyə inamla!" layihəsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə çıxış edərək, yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verdi. Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü Azər Həsrət  Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun təbriklərini yubilyara çatdırdı. A.Həsrət Dağlıq Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızı, o cümlədən Salatın Əsgərova başda olmaqla, şəhid jurnalistlərimizi yad edərək, müharibədə 7 nəfər azərbaycanlı, 2 nəfər də rus jurnalistinin şəhid edildiyi halda, Ermənistan tərəfdən bir nəfər də olsun, jurnalistin öldürülmədiyini diqqətə çatdırdı. Bildirdi ki, bu fakt biz azərbaycanlıların heç zaman savaşa dəxli olmayan insanlara güllə atmadığımıza sübutdur. Biz dinc insanları heç zaman hədəfə almamışıq, cəbhədən xəbər hazırlayan jurnalistlərə qarşı düşmənçilik etməmişik. Azər Həsrət Adil İrşadoğlu kimi bir jurnalisti tanımaqdan şərəf duyduğunu vurğulayaraq, onun yeni nəslə, gənc jurnalistlərə mükəmməl bir örnək, yol göstərən bir mayak olduğunu diqqətə çatdırdi. 

Məzahir Süleymanzadə A.İrşadoğluna Mətbuat Şurasının xüsusi diplomunu, Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi olaraq, “Qızıl qələm”  təqdim etdi. 
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinindən unudulmaz müəllimlərimiz Nəsir Əhmədlinin və Akif Rüstəmovun çıxışları biz tələbə yoldaşlarını o illərə apardı... Fakültədə təşkil edilən tədbirlərdə Adilin tarı sinəsinə basıb ruhumuzun gedə bildiyi məkana apardığını xatırlatdılar...

Yubilyarın dayısı, tələbəliyimiz müddətində müəllim yox, əsil dost, yaxın insan münasibətini bizdən əsirgəməyən  Akif Rüstəmov Adilin universitetə girdiyi illərdən başlamış, tələbəliyi bitirənəcən başına gələn maraqlı əhvalatlardan danışdı. Adilin tələbə yoldaşları və dostları Mustafa Çəmənli, Adil Cəmil, Üzeyir Cəfərov, Orxan Zakiroğlu, Tahir Aydınoğlu, İbrahim Mehdi, Şəmsiyyə Kərimova və başqaları çıxış edərək yubilyarın həyat və yaradıcılıq yolundan söz açdılar.

✔Böyük inamla demək olar ki, Adil İrşadoğlu o jurnalistlərdəndir ki, “qələmini süngüyə çevirib” ifadəsi məhz onun boyuna biçilib... 

✔Çünki Adil müharibənin qızğın vaxtında ön cəbhədə olmağı, isti yataqdansa, səngərdə gecələməyi üstün tutan jurnalist olub...

✔Adil iki körpəsini gözü yolda qoyub millətə daha dolğun və operativ xəbərlər çatdırmaq üçün gecəsini gündüzünə qatıb ön cəbhə həyatını seçən, hətta bir neçə dəfə mühasirəyə düşən jurnalist olub...

✔Adil torpağına möhkəm tellərlə bağlanan ziyalı bir ailənin yetişdirdiyi jurnalist olub və yenə fəaliyyətdədir...

Məlumat üçün bildirək ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü Adil İrşad oğlu Əliyev həm də Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi Məktəbini tar ixtisası üzrə bitirib. S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin məzunu Adil İrşadoğlu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişinə əsasən, 1977--1997-ci illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləyib.

 Adil İrşadoğlu Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edib. Həmçinin, dövlət televiziyasının hərbi vətənpərvərlik verilişləri baş redaksiyasının təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmyib. Teleradio Verilişləri Komitəsində işlədiyi müddətdə 3000-dən çox veriliş hazırlayıb xalqa təqdim edib. 1988-ci ildən bugünədək Qarabağla bağlı hadisələrdə yaxından iştirak edib.

Adil İrşadoğlu Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətinin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlayıb xalqımıza göstərməyi vətəndaşlıq borcu bilib. Teleşirkətin 1-ci Qarabağ Müharibəsi arxivinin yaradılmasında yaxından iştirak edib.

Teleşirkətdə işlədiyi zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazıları ilə çıxış edib. Sonralar "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, "De Fakto" qəzetinin yaradıcısı və ilk baş redaktoru, "Çempion"adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress" qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti olmuşdur. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü, Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir.

Tədbirin sonunda Adil İrşadoğlu göstərilən qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə minnətdarlığını bildirdi.

Adilin internetdəki və sosial şəbəkədəki fəaliyyətinə nəzər salmaq yetər ki, İrşadoğlunun fəaliyyəti ilə yaxından və əhatəli tanş olasan. Tələbə dostuma can sağlığı arzulamaqla bərabər “yaşadığımız ömür budurmu? 65 nə tez gəldi?” - deyirəm... Onun Qarabağ həsrətinin tezliklə bitməsi diləyilə tədbir düşüncələrini yazdı :



Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 26 Oktyabr 2018 13:57 - CƏMİYYƏT


19 Mayıs 2019 Pazar

3) MÖHTƏRƏM DOSTLAR, MƏNİMLƏ TƏMASDA QALIN ! ©

DAXİL OLUN VƏ SAĞLIQLA İZLƏYİN : 


https://adilirshadoglu.blogspot.com/2018/10/insan-mrd-olsun-grk.html




2) MÖHTƏRƏM DOSTLAR, MƏNİMLƏ TƏMASDA QALIN ! ©

SAĞLIQLA İZLƏYİN :  http://adilirshadoglu.blogspot.com/




1) MÖHTƏRƏM DOSTLAR, MƏNİMLƏ TƏMASDA QALIN ! ©

VƏTƏN BAĞI AL-ƏLVANDIR , YOX ÜSTÜNDƏ SARI BÜLBÜL ! ©

TANINMIŞ JURNALİST ADİL İRŞADOĞLUNUN 65 İLLİYİ MÜNASİBƏTİLƏ HAZIRLANIB. ©

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/vl.439382313474305/609240126157221/?type=1



"SƏBR ETMƏYƏN MƏQSƏDİNİ BULAMAZ" ©

FİLM TANINMIŞ JURNALİST ADİL İRŞADOĞLUNUN 65 İLLİYİ MÜNASİBƏTİLƏ HAZIRLANIB. ©

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/vl.439382313474305/346492612770370/?type=1



İLLƏR SAÇLARIMA DÜZÜLÜB DƏN-DƏN... ©

Əziz qazilər, möhtərəm dostlar, indi sizə təqdim etdiyim bu VİDEO "Qarabağ Qaziləri" və "Vətən Müharibəsi Əlilləri" ictimai birliklərinin öz qərargahlarında keçirdikləri tədbirdə iştirak edə bilməyənlər üçün daha maraqlı olacaqdır. Sağlıqla izləyin...

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/vl.439382313474305/383251442406631/?type=1