Translate

28 Nisan 2016 Perşembe

ORDUMUZ ERMƏNİ HƏRBİ OBYEKTLƏRİNİ BELƏ VURDU...

28.04.2016, 18:30

Gecə saatlarında cəbhə xəttində atəşkəsi pozan erməni ordusu ağır artilleriyadan atəş açaraq vətəndaşlarımıza və onların evlərinə xəsarət yetirib. 8 günahsız mülki vətəndaşımızı yaralayıb, iki vətəndaşımızı isə öldürüb. 

Buna cavab olaraq ordumuz düşmənin hərbi birləşmələrinə zərbələr endirib. 

Azərbaycan tərəfinin düşmənin hərbi mövqelərinə endirdiyi cavab zərbələrinin görüntüsü nəzarət kameralarının yaddaşına yazılıb və Erməni mediasında yayılıb. Həmin videonu sizə təqdim edirik:




& VƏTƏNSEVƏRLƏR

XƏBƏRDARLIQ: "ERMƏNİSTAN HÜCUMA HAZIRLAŞIR"

"Müşahidələrdən belə görünür ki,  Ermənistan öz   müttəfiqinin dəstəyilə hücuma hazırlaşır”.



Bu fikirlə politoloq Ərəstun Oruclu çıxış edib.

Ə.Oruclu qeyd edib ki, bu vəziyyət yaranarsa, növbəti hərbi qarşıdurma qaçılmaz olarsa, məncə biz növbəti addımları atmalıyıq:

“Hər şeydən əvvəl, elə indidən çox çevik informasiya siyasəti yürüdərək, bütün dünyanın diqqətinə çatdırmaq ki, Ermənistan hücuma hazırlaşır. Bütün beynəlxalq təşkilatlara, sülh prosesindəki vasitəçilərə, diplomatik missiyalara rəsmi müraciət edərək, bunu sənədlərlə ortaya qoymaq lazımdır. Ayrıca BMT-yə müraciət etməliyik. Ermənistana qarşı onun işğal etmiş olduğu ərazilərimizdə bütün vasitələrdən istifadə edərək, onun daxilində panika və qorxu yaratmaq da lazımdır. Canlı qüvvədən minimum, arsenalımızda olan müasir silahlardan maksimum və dəqiq istifadə etməklə işğalçının hərbi infrastrukturuna və kommunikasiyalara (yollar, hərbi hava limanları, komanda-qərəgah binaları, radar qurğuları, körpülər, rabitə qurğuları və stansiyaları və s.) qısa müddət ərzində fasiləsiz dağıdıcı zərbələr endirmək də olar. Bütün prosesin gedişatı boyu beynəlxalq aləmin nəzərinə çatdırmalıyıqq ki, əməliyyatın məqsədi yalnız işğalçının hərbi-texniki və s. resurslarını sıradan çıxarmaq, atəş nöqtələrini susdurmaq və hücum imkanlarını minimuma endirməkdir. Əsgər, gizir və zabitlərimizi düşmənin bütün mümkün həmlələrindən maksimum qorumaq və bu məqsədlə heç bir halda əraziləri azad etmək üçün ora canlı qüvvə yeritməməliyik. Bu, sonranın işidir”.

Ərəstun Oruclu hesab edir ki, bu halda Azərbaycan çox ciddi üstünlük və hətta siyasi-diplomatik qələbə qazanmış olacaq ki, sonrası da artıq sülh danışıqlarının predmetidir:

“Əminəm ki, belə bir əməliyyat baş tutarsa, ilk növbədə Rusiya Ermənistanı sülh danışıqları masası arxasına oturmağa məcbur edəcək, çünki əks halda Rusiya özü prosesə hərbi müdaxilə etməlidir ki, bu halda yeni sanksayalar qaçılmaz ola bilər. Bizə isə bu gün qələbə lazımdır. Azərbaycan insanı məğlub durumdan çıxmalıdır və onda o, bütün sahələrdə uğurlu addımlar ata biləcək. Hakimiyyət də xalqın qalıb ruhda olmasından qorxmamalıdır, çünki məğlub xalqın kini də, nifrəti də, dağıdıcı potensialı da qaliblə müqayisə edilməz dərəcədə çox olur”

 & VƏTƏNSEVƏRLƏR



ZAKİR HƏSƏNOV ORDUYA ƏMR VERDİ...

28-04-2016 21:22

“Düşmənin bütün hərbi obyektləri vurulsun”


Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Ermənistan hərbi birləşmələri artıq iki gecədir BM-21 yaylım atəşləri sistemindən də yaşayış kəndlərini atəşə tuturlar:

“İri çaplı silahlardan atırlar. Minaatanlardan, o cümlədən D-20 və D-30 haubitsalarından atırlar. Hətta iki gecədir artıq BM-21 yaylım atəşləri sistemindən də atırlar. Əsasən atılan mərmilər yaşayış kəndlərinə düşür. Mülki əhalinin yaşadığı kəndlərə düşür. Müdafiə naziri tərəfindən tapşırıq verilib. Bütün qoşunlara əmr verilib ki, düşmənə qarşı cavab zərbəsi açılsın. Və vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlətdikləri hərbi nöqtələr vurulmalıdır. Cavab tədbirləri görülür”.



& VƏTƏNSEVƏRLƏR

26 Nisan 2016 Salı

YƏHUDİLƏR AZƏRBAYCANI ÖZ DOĞMA VƏTƏNLƏRİ KİMİ ÇOX SEVİRLƏR


AZƏRBAYCANA BAĞLI OLAN YƏHUDİLƏR ODLAR YURDUNU UNUTMADILAR...




& VƏTƏNSEVƏRLƏR

TÜRK KADINI ' NIN GÜCÜ !


BİLİYORMUYDUNUZ ?




& VƏTƏNSEVƏRLƏR

Ərdoğan: “Ölənin də, öldürənin də Allahu-Əkbər dediyi bir anlayış ola bilərmi?! ”

Tarix: 26 Aprel 2016 / 12:00 



“Qədim mədəniyyətlərin və xalqların birgə yaşadığı Azərbaycandayıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib".

APA-nın məlumatına görə, bunları bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı ilə bağlı təşəbbüsünü 11 il əvvəl Türkiyə İspaniya ilə birlikdə irəli sürüb: "Günümüzdə 140-dan çox ölkə bu təşəbbüsə dəstək verir. Birləşmiş Millətlər Təşkilatının  Sivilizasiyalar Alyansının Ali nümayəndəsi  Nassir Abdulaziz Al-Nasser rəhbərliyi ilə bu işlər görülür. Tolerantlıq və dialoq hədəflərimizə dəstək verən bütün dost ölkələrə təşəkkür edirəm. Ancaq hələ də Alyansın hədəflərinə çatmaqdan çox uzağıq. İnsanların inancları, etnik mənsubiyyəti ilə bağlı ayrımçı düşüncələri hələ tam ortadan qaldıra, terrorizmə qarşı bizdən gözlənilən ortaq mücadiləni yetərli qədər ortaya qoya bilməmişik. Suriyada, Fransada, Belçikada, İspaniyada, Türkiyədə, Pakistanda ard-arda bombalar parlayarkən məqsədimizi ortaq fikrə, ideyaya çevirməyi bacarmadıq. Zorakılığın qarşısının alınması üçün dialoqu inkişaf etdirməyin zəruriliyini bütün dünyaya qəbul etdirə bilməmişik. Etnik və dini fərqliliyin təhdid deyil, zənginlik olduğu barədə anlayışı yaymağı bacarmamışıq”.

Ərdoğan qeyd edib ki, bu təhlükəli gedişə son vermək zəruridir: “Dini və etnik səbəblərlə qarşıdurmalar nəticəsində 60 milyondan çox insanın evindən didərgin düşdüyü reallıqda yaşayırıq. Miqrantların bir qismi sulara gömülür, bir qismi isə getdikləri yerlərdə xoş qarşılanmır. İslam adına terror törədənlər ən böyük pisliyi müsəlmanlara qarşı törədirlər. Bu terror təşkilatlarının əli ilə qədim şəhərlər xarabalığa çevrilir, mədəniyyətlər məhv olur. Qərb ölkələrində bu səbəbdən müsəlmanlara mənfi baxış artır. Fərqli mədəniyyətə, dinə malik insanlar arasında uçurumların dərinləşməsi daha böyük fəlakətlərə aparır. Terrorun, terror təşkilatlarının dini, bölgəsi yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir din, vicdan qəbul etməz. Xüsusən, İslam mahiyyətcə sülh dinidir. Belə bir din terrora dəstək verərmi? Bizim dində terrora yer yoxdur. İŞİD və digər terror təşkilatlarının İslamla heç bir əlaqəsi yoxdur. Ölənin Allahu-Əkbər, öldürənin də Allahu-Əkbər dediyi bir anlayış ola bilərmi?! Mədəniyyətlərarası İttifaq, ortaq səylərimizlə bu təhdidlərin qarşısını ala bilərik. İlk növbədə, məzhəbçiliyə qarşı mübarizə aparmalıyıq. İkincisi, irqçilik çox ciddi təhdid olaraq terrora zəmin yaradır. Məzhəbçilyə və irqçiliyə qarşı orta mübarizə apara bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Bütün irqlərin nümayəndələrinə insan kimi baxmalı və qəbul etməliyik”.

Türkiyə prezidenti  qeyd edib ki, terrora qarşı qlobal ittifaq yaradılmalıdır: “Qlobal ittifaq yarada bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Suriyada terrorla başlayan proses daxili savaşa çevrilib. Suriyada əsl dövlət terroru var, insanları bombalayırlar. Suriyada dövlət terroruna yol verənlərin ayaqları altına qırmızı xalça sərənlər, onlara maddi yardım edənlər, silahlar verənlər məsuliyyət daşıyırlar. Egey və Aralıq dənizində ölümdən qurtardığımız insanların sayı yüz minə çatıb. Sadəcə, Suriya və İraqdan 3 milyona qədər insan Türkiyədədir. Gəlib bizə təşəkkür edirlər. Ancaq bal-bal deməklə ağız şirin olmaz. İndiyə qədər bu qaçqınlar üçün Türkiyə dövlət olaraq 10 milyard dollar xərcləyib.  Bura vətəndaş cəmiyyəti qurumlarının xərclədiyi vəsait daxil deyil. Biz yenə də sərhədlərimizi bombalardan qaçan insanların üzünə bağlamayacağıq”.


& VƏTƏNSEVƏRLƏR