Translate

3 Temmuz 2014 Perşembe

AZƏRBAYCAN MİLLİ MASON LOJASININ TARİXİ


Gizli qurumun açıq rəhbəri

Bir neçə gün əvvəl Bizimyol.info saytında  Bakıda masonların toplantısının keçirildiyi barədə məlumat gedib. Bu yazıda iddia olunur ki, Azərbaycan masonlarının Bakı toplantısında masonluğun vacib ritualı olan installiatsiya həyata keçirilib. 
İnstalliatsiya Ali Lojanın ali rütbəli zabitlərinin Ali Ustad rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimidir. Bu dəfə Azərbaycan masson lojasından yeni Ali Ustadı Araz Kanzas and içib. Masonların iyunun 24-də Bakıya gəldiyi bildirilir. Qonaqlar sırasında Azərbaycanda mason lojasının yaradılmasında böyük rolu olan Andrey Boqdanov, Azərbaycanda mason lojasının rəhbəri və bünövrəsini qoyan Bağır Heyyətin də olduğu bildirilir. Yeni ustadın andiçmə mərasimindən sonra qonaqlar “Şirvanşah” restoranına toplaşaraq, Azərbaycanın milli musiqisini dinləyiblər. 
Modern.az saytı Azərbaycan mason qurumu ilə bağlı araşdırma aparıb və bəzi maraqlı məlumatlar əldə edib.

“Azərbaycan Milli Böyük Lojası” necə qurulub?

Araşdırma nəticəsində bəlli olub ki, Bakıda  mason hərəkatının “Azərbaycan Milli Böyük Lojası” fəaliyyət göstərir. Tam qapalı fəaliyyət göstərən bu lojanın fəaliyyəti haqqında çox məhdud məlumatlar var. Bu loja barədə mason qurumunun yaydığı məlumatda qeyd olunur ki, 2000-ci ildə Vaşinqtonda türkdillilərin "Nur-2000" lojası qurulanda, Azərbaycanda da Azad Masonluğu qurub inkişaf etdirmək qərarı qəbul olunub.
“Azərbaycan keçmiş Sovet İttifaqının bir hissəsi idi və Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmişdi. Azərbaycan Qafqaz dağlarında yerləşən türkdilli Avropa ölkəsidir. Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vashinqtonda qəbul olunmuş "Azerbaijan Lodge No.2001"in yaradılması ilə başladı. Bir il sonra Vashinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət etdi. 2002-ci ildə onlar Moskvada "Drujba No.24" lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vashington D.C. Böyük Lojası Türkiyənin "Nur Lodge 2000" Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan "Xəzər Lojası No.1000" layihəsini yaratdılar”-deyə “Azərbaycan Milli Böyük Lojası” nın rəsmi açıqlamasında vurğulanıb.

Qurumun yaradılmasında Rusiya Böyük Lojasının köməyi olub

2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasına hazırlıq məqsədilər bir çox qonaqlar Bakıya səfər edib. Bu müzakirələrdən sonra  2008-ci ildə lojanın yaradılmasına qərar verilib. Bunun ardından Vashinqton D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək "Baku Lodge No.2008"i yaradaraq Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb. Xüsusi qeyd etmək lazımdır ki, bu qurumun yaradılması prosesində  Rusiya Böyük Lojasının köməyi olub və çətin layihənin bütün səylərini dəstəkləyib.
5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vashington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.
Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9 dekabrda Bakıda təsis  üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci ildə  Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırlaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən elan edilib.

Hazırda Azərbaycanda üç aktiv loja fəaliyyət göstərir: Azerbaijan Lodge No.1, 
Drujba Lodge No.3, Baku Lodge No.4 (Xəzər Lojası No.2 Ankaradakı Türkiyə Böyük Lojasının nəzarəti altında fəaliyyət göstərir). Azərbaycan Milli Böyük Lojasının 102 üzvü var.


Robert Bağır Heyyət kimdir?

Bəs Robert Bağır Heyyət kimdir? 1938-ci ildə Təbrizdə anadan olmuş Bağır Heyyət gənc yaşlarında İrandan ABŞ-a mühacirət edib. ABŞ-da ticarət fəaliyyətinə daşınmaz əmlakın alqı-satqısı ilə başlayan Bağır Heyyət Amerika vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoyub. Masonluq fəaliyyətinin ən aktiv dövrünü Rumıniyada keçirən Bağır Heyyət Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı Türkdilli Nur Lojası (Nur Lodge) və Azəri Lojasının (Azeri Lodge) qurulmasında fəal iştirak edib. O, Avropada bir çox lojalarda müxtəlif vəzifələrdə çalışıb. Bağır Heyyət həm də Rumıniya Milli Böyük Lojasının qurucularından biri, eyni zamanda Rumıniya və digər Slavyan ölkələrində masonluğun təməlini gücləndirmiş şəxsdir. 19 dekabr 2006-cı ildən etibarən Bağır Heyyət Vaşinqtondakı lojaların mərkəzi olan Kolumbiya Dairəsi Böyük Lojasına (Grand Lodge of the District of Columbia) başçılıq edən Hörmətli Böyük Ustaddır. 8 dekabr 2008-ci ildə isə Robert Bağır Heyyət Azərbaycan Milli Böyük Lojası (National Grande Lodge of Azerbaijan) təsis edib, və Lojaya başçılıq edən Hörmətli Böyük Ustaddır.
O, türk dünyasında, eləcə də bütün dünyada ən böyük türk masonu olaraq tanınır. Ailəlidir. 2 qızı və 1 oğlu var.

Bu məlumatlar özünü Azərbaycan Milli Böyük Lojası adı ilə çıxış edən qrup tərəfindən təqdim edilib və göründüyü kimi çox çox maraqlı informasiyalar yer alıb. Azərbaycanda mason təşkilatlarının fəaliyyəti haqqında müxtəlif vaxtlarda məlumatlar yayılsa da, ciddi qəbul olunmayıb. 2006-cı ildə özünü Azərbaycan masonlarının lideri elan etmiş Paşa adlı şəxs bir neçə dəfə müsahibə verərək, Bakıdakı fəaliyyəti barədə danışıb. Amma sonralar onun fəaliyyəti barədə heç nə eşidilməyib. İndiki məlumatı Azərbyacan masonlarının fəaliyyəti barədə ilk açıq informasiyalar saymaq olar.

bizimyol.info

2 Temmuz 2014 Çarşamba

BAKIDA RUSİYA ƏLEYHİNƏ QƏTNAMƏ QƏBUL EDİLDİ


Qərb istəyinə nail oldu; Amerikalı senatorun hazırladığı sənəd gərgin müzakirələrə səbəb oldu; hakimiyyət Moskva-Vaşinqton duelində riskli mövqe sərgiləməkdən yayındı

Qətnamə müəllifi, amerikalı konqresmen Kardin: “Region dondurulmuş münaqişələrdən inildəyir, onların sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna... Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir, nəyi gözləyirsiniz?..”

Dünən ATƏT Parlament Asambleyasının 23-cü plenar sessiyası öz işinə başlayıb. Bir neçə gündür komitələr səviyyəsində gedən və əsasən də sessiyanın gündəliyini müəyyənləşdirmək məqsədi güdən çoxtərəfli müzakirələr yekunlaşdıqdan sonra nəhayət, təşkilatın əsas işlək orqanı - Parlament Assambleyasının zirvə toplantısı start götürüb.
Sessiyaya qədər isə komitələrin toplantıları davam edib. APA-nın məlumatına görə, ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında Rusiyanın müəllifi olduğu “Terrorçuluğa qarşı mübarizə” adlı qətnamə layihəsi müzakirə edilib. Layihəyə Latviya, Litva və İsveç parlamentarları tərəfindən Ukrayna hadisələri ilə əlaqədar düzəliş təklif olunub. Latviya nümayəndə heyətinin rəhbəri xanım Vineta Porina çıxışında bildirib ki, Rusiya bu gün faktiki olaraq ATƏT məkanında - Ukraynanın şərqində terrorçuluğu dəstəkləyir: “Biz bunun qarşısını almalıyıq”. 

Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan Rusiyanın müəllifi olduğu qətnaməni dəstəkləsə də, düzəlişin əleyhinə çıxıb: “Rusiyada 1,5 milyon erməni yaşayır və onlar heç vaxt millətçilik zəmində təzyiqə məruz qalmayıb”. Öz növbəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, terrorçu qruplara ayrı-ayrı dairələr tərəfindən dəstək verilir: “Onlar istədikləri sərhədi maneəsiz keçə bilirlər. Azərbaycan hər zaman terrora qarşı aparılan mübarizədə iştirak edib, Azərbaycan qanunvericiliyi də buna tam dəstək verir. Amma bəzi ölkələr terrordan öz məqsədləri, qanuni hakimiyyətin devrilməsi və iqtisadi maraqları üçün istifadə edirlər. Ona görə də biz təklif edirik ki, bu məsələ təkcə müzakirə mövzusu olmamalıdır, əməli işlər görülməlidir”.
Rusiyadan olan deputat Aleksey Puşkov isə düzəlişdə Rusiya ilə bağlı hissəni əsassız adlandırıb: “Bu gün Ukraynanın şərqində vuruşanlar, Rusiyadan gedənlər deyillər, yerli xalqın nümayəndələridir. Amma Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və sair yerlərdə minlərlə terrorçu qruplaşmalar cəmləşib. Niyə onlarla bağlı heç nə qəbul edilmir?” 
Müzakirələrdən sonra təklif edilən düzəliş qəbul edilməyib. Azərbaycan düzəlişlərlə bağlı səsvermədə iştirak etməyib, Ermənistan isə əleyhinə səs verib. Daha sonra qətnamənin özü səsə qoyulub və qəbul edilib. Azərbaycan və Ermənistan sənədin lehinə səs verib. Həmçinin komitə rəhbərliyinə seçkilər keçirilib. Azərbaycanlı deputat Azay Quliyev yenidən komitəyə sədr müavini seçilib.

Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsi isə “Təhlükəsizliyin təminatı üzrə dövlət və özəl sektorlara demokratik nəzarət” adlı qətnamə qəbul edib. Layihəni sloveniyalı deputat Roberto Battelli təqdim edib.

Sənədin bəndlərindən birində təhlükəsizlik və kəşfiyyat orqanlarına demokratik nəzarət  sahəsində parlamentlər arasında qabaqcıl praktika mübadiləsinin qurulması tövsiyə edilir. ATƏT PA həmçinin iştirakçı dövlətləri jurnalistləri və onların mənbələrini qorumağa çağırır.

*   *  *


Günün ikinci yarısında isə ATƏT PA-nın sessiyası öz işinə başlayıb. Xatırladaq ki, sessiyada 500-dən çox nümayəndə - deputatlar, siyasətçilər, jurnalistlər, 68-dən çox ölkənin nümayəndə heyəti (57 üzv-ölkə, 11 əməkdaşlıq üzrə tərəfdaş dövlət) iştirak edir. Tədbir “Helsinki Yekun Aktı”nın 40 illiyi ərəfəsində “Helsinki + 40" devizi altında keçirilir və ilk dəfə olaraq ona Azərbaycan ev sahibliyi edir. 

Ali toplantının ölkəmiz üçün ikinci böyük əhəmiyyəti, gözlənildiyi kimi, ATƏT PA-nın gündəliyinə bir sıra digər məsələlərlə yanaşı, Ukrayna ilə bağlı məsələnin də salınması idi. Əslində toplantının mərkəzi mövzusu elə bu sənəd və ona münasibətlə əlaqəli idi. Arayış üçün bildirək ki, layihə ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, konqresmen Bencamin Kardinin müəllifliyi ilə hazırlanıb və “Rusiya tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması” adlanır. 
Sənəddə Rusiyanın Ukraynaya münasibətdə “Helsinki prinsipləri”ni, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq, kobud və ədalətsiz şəkildə pozması pislənir. Eyni zamanda Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir. 

Qətnamə layihəsində qeyd olunur ki, 2014-cü il martın 16-da Krımda keçirilən referendum qeyri-legitim, qeyri-qanunidir və heç bir hüquqi qüvvəsi yoxdur. ATƏT-ə üzv dövlətlər Rusiyanın Krımı zorla ilhaq eləməsini tanımamağa çağırılır; həmçinin Rusiya Ukraynaya müdaxiləni dayandırmağa çağırılır. Sənəddə habelə ATƏT-in böhranın aradan qaldırılması yönündə səyləri dəstəklənir, təşkilatın Krım da daxil olmaqla, bütün Ukrayna ərazisində öz fəaliyyətini həyata keçirməsinin müdafiə edilməsi istənilir.
***
Hələ sessiyadan öncə bir sıra analitiklər hesab edirdi ki, yekun sənəddə Rusiyanı mühakimə edən bəndlər əksini taparsa, o halda Kreml ABŞ, Qərblə yanaşı, Azərbaycanı da hədəf seçə bilər. O üzdən ortaq təxminlər belə idi ki, rəsmi Bakı Kremli ifrat qıcıqlandırmamaqdan ötrü bu ilin martında BMT Baş Məclisindəki səsvermədən fərqli olaraq bu dəfə Ukrayna ilə bağlı məsələdə neytrallıq göstərə bilər. 

O sırada politoloq Zəfər Quliyevin belə bir maraqlı şərhi olmuşdu: “Sessiya rəsmi Bakıdan ötrü növbəti sınaq olacaq. Ancaq Strasburqdakı AŞPA sessiyasındakı kimi demokratiyaya sadiqlik testi yox, bu dəfə ”Ukrayna məsələsi"ndə öz mövqeyini dəqiqləşdirmək və Qərblə Rusiya arasında hazırkı geosiyasi dueldə öz yerini müəyyənləşdirmək testi olacaq. Bakı isə BMT-də Ukrayna ilə bağlı məlum səsvermədən sonra Moskva ilə münasibətlərdəki gərginliyi təzə-təzə səngidə bilib. Nəzərə alanda ki, separatizmin və üzücü Qarabağ probleminin bəlalarını öz üzərində hərtərəfli hiss edən Azərbaycan bütün belə analoji hallarda daim ölkələrin ərazi bütövlüyü və suverenliyinin müdafiə edir, o zaman bu məntiq çərçivəsində o, faktiki surətdə Amerika qətnaməsini dəstəkləməyə məhkumdur. Lakin o zaman Bakı yenidən Kremlin sərt reaksiyası və proqnoza yatmayan hədələri ilə üzləşə, uzun müddətə Moskva ilə münasibətlərin pozulmasına risklənə bilər. Ancaq Azərbaycan iqtidarı ABŞ qətnaməsi əleyhinə də gedə bilməz, çünki belə mövqe açıq-aşkar milli-dövlət maraqlarımızla ziddiyyət təşkil edə, Azərbaycanın özü üçün təhlükəli bumeranq effekti yaradardı. Odur ki, rəsmi Bakı bu dəfə yəqin ki, səsvermə zamanı bitərəf qalmaqla ehtiyatlı və neytral mövqe tutmağa çalışacaq. Bununla belə, hətta o halda da sessiya hakimiyyət üçün olduqca qalmaqallı nəticələr doğura bilər. Çünki Azərbaycanın tutacağı mövqedən asılı olmayaraq yekun sənəddə Rusiyanı mühakimə edən bəndlər əksini taparsa, bu hadisə tarixdə Bakı bəyannaməsi kimi qalacaq. O zaman Moskva öz neqativliyini ATƏT və ABŞ-a deyil, həm də qismən foruma ev sahibliyi edənə, yəni rəsmi Bakıya yönəldəcək". 

***
Gözlənildiyi kimi, sessiyanın birinci günündə müzakirəyə çıxarılan Ukrayna sənədi ətrafında müzakirələr olduqca gərgin atmosferdə keçib. 

Öncə ATƏT PA-nın prezidenti Ranko Kirovkapiç Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupu yaradıldığını elan edib. Krivokapiç bildirib ki, Ukrayna ilə bağlı proseslər apreldən başlayıb və Ukrayna və Rusiya parlamentarlarının iştirakı ilə birgə müzakirələr aparılıb: “Orada yaradılan ATƏT PA-nın Vyana Qrupu indiyədək müəyyən müsbət irəliləyişlərə nail olub. Amma daha irəli getmək üçün biz Bakıda keçirilən bu toplantıda Ukrayna böhranının aradan qaldırılması üçün Bakı Qrupu yaratdıq. Bu qrupa Vyana Qrupundan fərqli olaraq, digər ölkələr də daxil ediləcək. Qrup böhranın aradan qaldırılması və sülh danışıqlarının bərpası üçün lazımi işləri görəcək”. ATƏT PA prezidenti onu da qeyd edib ki, Ukraynadakı hadisələrə operativ reaksiya vermək və fəlakətin qarşısını almaq lazımdır.
Sənəd layihəsi barədə danışan vitse-spiker Bahar Muradova əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin 22 ildir həll edilməməsinə diqqət çəkib. Problemin indiyədək yoluna qoyulmamasının səbəblərinə toxunub və bunu təşkilat adına ciddi nöqsan sayıb. Eyni zamanda Ukrayna böhranının bir səbəbini də məhz ATƏT-in vaxtında Qarabağ məsələsinə yetərli diqqət ayırmaması ilə əlaqələndirib və bir daha Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Lakin Bakının Ukrayna böhranının yalnız dinc yollarla aradan qaldırılmasına tərəfdar olduğunu söyləyib.
O, təəssüflə qeyd edib ki, ötən gün ABŞ konqresmenləri ilə plenar iclasda Dağlıq Qarabağ münaqişəsinin də müzakirəyə çıxarılması ilə bağlı razılıq əldə olunsa da, bu razılaşma yerinə yetirilməyib: “Amma buna baxmayaraq, biz ümid edirik ki, növbəti sessiyalarda bu məsələ də qətnamə halında müzakirəyə çıxarılacaq”.
B.Muradova yeni yaradılan Bakı Qrupunun taleyinin Minsk Qrupunun taleyinə bənzəməsini arzulamadığını vurğulayıb: “Biz arzu edirik ki, Bakı Qrupu işini tezliklə yekunlaşdırsın. Biz iki qardaş xalqın - rusların və ukraynalıların bir-birinə qarşı çıxmasını, nifrət bəsləməsini istəmirik. Biz artıq neçə ildir ki, belə konfliktli hadisələri müşahidə edirik və artıq bunun acı nəticələri bizdə arzulamadığımız immuniteti yaradıb”.
B.Muradova Azərbaycanın yeni yaradılan missiya ilə bağlı təklifini də səsləndirib: “Biz Ukrayna böhranının tezliklə həllini görmək üçün Bakı Qrupunda yaxından iştirak etmək niyyətindəyik. Ukraynanın ərazi bütövlüyünü tanıyırıq və böhranın sülh yolu ilə həllini istəyirik”. 

Nümayəndə heyətinin digər üzvü Azay Quliyev də bənzər rakursda çıxış edib və çıxışını daha çox ATƏT məkanında konfliktlərin həll yolları və təşkilatın prinsiplərinin reallaşmasının vacibliyi üzərində qurub.

Sənəd müəllifi, konqresmen Bencamin Kardin dünya birliyini, o cümlədən ATƏT-i sərt tənqid edib. APA-nın məlumatına görə, B. Kardin dünya birliyini və Qərbi Rusiyanın qarşısında aciz qalmaqda qınayıb, bildirib ki, region dondurulmuş münaqişələrdən inildəyir: “Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna... Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var? Biz Minsk Qrupuna böyük ümidlər bəsləyirdik, amma özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcək? Axıdılan insan qanlarına, itirilən torpaqlara göz yumacağıq?! Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Siz nəyi gözləyirsiniz?..”

Çıxışçılardan Belarus nümayəndəsi sənədi ədalətsiz adlandırıb və açıq şəkildə işarə vurub ki, onu dəstəkləməyəcək.

***
Qeyd edək ki, sənədin qəbulu üçün 300 deputatın dəstəyi tələb olunurdu. Çıxışlardan sonra qətnamə layihəsi Rusiya təmsilçilərinin əngəl yaratmaq səylərinə baxmayaraq bənd-bənd səsə qoyulub və sonda bütövlükdə qəbul edilib. Qətnamə layihəsi səsə qoyulub və lehinə 92 səs, əleyhinə 30 səs, bitərəf 27 səs olmaqla, qəbul edilib. Yekun səsvermə zamanı bəzi xəbərlərə görə, Azərbaycan nümayəndələri bitərəf qalıblar. 
Assambleya öz işini bu gün yekunlaşdıracaq. Ali tədbir Bakı Bəyannaməsinin qəbulu ilə başa çatmalıdır.

Siyasət şöbəsi
musavat.com

26 Haziran 2014 Perşembe

BU GÜN - 26 İYUN ÇOX ƏLAMƏTDAR BİR GÜNDÜR...


BU GÜN MƏNİM ÜÇÜN, HƏM DƏ VƏTƏNİNİ, MİLLƏTİNİ SEVƏN SOYDAŞLARIM ÜÇÜN ÇOX ƏLAMƏTDAR BİR GÜNDÜR. AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ YARADILMASININ 96 - CI İLİ TAMAM OLUR. EYNİ ZAMANDA 
BU GÜN ( 26.06.2014 ) HƏM DƏ "İRŞAD - TELERADİO VERİLİŞLƏRİ, SƏNƏDLİ VƏ BƏDİİ FİLMLƏR KOMPANİYASI" MMC - NİN TƏSİS OLUNDUĞU GÜNDÜR. İNDİ "İRŞAD - TELERADİO VERİLİŞLƏRİ, SƏNƏDLİ VƏ BƏDİİ FİLMLƏR KOMPANİYASI" NDA FƏALİYYƏTƏ BAŞLAMAQ ÜÇÜN SÜRƏTLƏ HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜR. TEZLİKLƏ SİZ KOMPANİYANIN İSTEHSAL ETDİYİ TELERADİO VERİLİŞLƏRİNİ, SƏNƏDLİ VƏ BƏDİİ FİLMLƏRİNİ İNTERNET VASİTƏSİLƏ İZLƏYƏ BİLƏCƏKSİNİZ. 


ADİL İRŞADOĞLU ƏLİYEV.
26.06.2014.

25 Haziran 2014 Çarşamba

Zakir Həsənov hərbi planları açdı


Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 96 il ötür. 26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul edib. Qərar uğurlu olub və qısa müddətdə yaradılan Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib. 1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını həyata keçirib. Hazırda Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir, dünya ordularının sırasında isə 50-ci yerdədir. 

Müdafiə naziri Zakir Həsənov Milli Ordu günü ərəfəsində ANS TV-nin qonağı olub və Mir Şahinin suallarını cavablandırıb. 

- Сənab nazir, müsahibəyə razılıq verdiyiniz üçün təşəkkürümüzü bildiririk. Birinсi sualım son zamanlar Ermənistan ordusunun fəallaşmasının səbəbləri ilə bağlıdır. Bu son zamanların tarixini özünü istədiyiniz vaxta çəkə bilərsiniz. Sizсə, neсə bilirsiniz, onlar qorxudurlar, yoxsa özləri qorxurlar? 

- Qorxurlar. İndi bu fikri mən daha geniş izah edəсəm. Xatırlayırsınızsa, сənab prezident 2013-сü ilin yekun müşavirəsi zamanı çıxışında qeyd etmişdi ki, ordu quruсuluğunda yeni mərhələ başlayır. Сənab prezident qeyd etmişi ki, biz bu gün yeni strategiyadan istifadə edəсəyik. Сənab preidentin tapşırığı ilə, regionda hərbi-siyasi vəiyyəti nəzərə almaqla, yenidən Silahlı Qüvvələrin əsasnaməsi işlənildi. Təşkilati ştat strukturu işləndi və сənab prezident tərəfindən təsdiq olundu. Qısa bir müddətdə orduda yeni təşkilati ştat strukturuna keçid həyata keçirildi. Bu işlərin davamı olaraq xüsusilə сəbhə bölgəsində böyük işlər görüldü. İlk növbədə taktiki baxımdan, atəş sisteminin təşkili baxımından, təhlükəsizlik baxımından, hava hüсumundan müdafiə baxımından, istehkam baxımından… Və digər məsələlər var. İndi bunların hamısını burada sadalamaq olmur. Digər məsələlərdə həll olundu və ordu bu istiqamətdə çox güсləndi. Bir məsələni də qeyd etmək istəyirəm ki, qısa bir müddətdə hərbi həssələrdə bütün sursat yeni, müasir zirehli maşınlarla, silahlarla, raketlərlə, atəş yayım sistemləri ilə əvəzləndi. 

Xüsusilə də, qeyd etmək istəyirəm ki, сənab prezident Naxçıvan Muxtar Respublikasının da müdafiəsini xüsusi diqqət mərkəzində saxlayır. Сənab prezidentin tapşırığı ilə Naxçıvanda əlahiddə ümumiqoşun ordusu formalaşdı. Qısa bir müddət ərzində bu ordu komplektləşdi və yeni müasir silahlarla təсhiz olundu. Xatırlayırsınızsa, сənab prezident Naxçıvana gedəndə özü həmin silahlara şəxsən baxış keçirdi. Bu ordunun hazırlığını yoxlamaq üçün Naxçıvanda iri miqyaslı təlimlər keçirildi. Təlimlərdə 20 minə yaxın şəxsi heyət, 400-dən çox texnika və artileriya qurğuları iştirak etdi. 

Təbii ki, düşmənlərimiz bunu görən kimi onlarda vahimə yarandı. Onların həm demoqrafik, həm də iqtisadi imkanları Azərbayсanla ayaqlaşmağa imkan verimir. Bəs neynəməlidirlər? Onların yeganə yolu təxribatdır. Və bunlar təxribata əl atdılar. Təxribat nədən ibarətdir? Onlar başladılar Azərbayсanla Ermənistanın dövlət sərhədində bizim mülki əhaliyə atəş açmağa. Bilirsiniz ki, Qazax istiqamətində atəş açırlar, bizim yaralılarımız var - uşaqlar və qadınlar. Həm də təxribatın davamı olaraq Naxçıvanda… Təbii ki, ikiqat, üçqat сavab alan kimi hay-küy qaldırdılar ki, bizi qırırlar. Elan verirlər, öz KİV-lərində çıxış edirlər ki, snayperlər götürülsün. Təbii ki, nə qələr ki, Ermənistan Silahlı Qüvvələri Azərbayсan ərazisini tərk etməyib, Azərbayсan Silahlı Qüvvələri onlara layiqinсə сavab verəсək. 

Bir məsələyə də toxunmaq istəyirəm. Bizim Naxçıvanda əlahiddə ümumiqoşun ordusu formalaşandan sonra ermənilər öz ərazilərində bir-iki ədəd post qoydular. Təbii ki, bu, daxili auditoriyaya bir işarə idi ki, guya onlar da orda nəsə edirlər. Anсaq təbii ki, bir-iki post məsələni həll etmir. Bundan sonra ermənilər təxribatlarını davam etdirdilər və bizlə informasiya müharibəsinə başladılar. Şaiyə yaydılar ki, guya onlar bizim torpağımızı zəbt ediblər. İlk növbədə mən deyim ki, Ermənistan müdafiə naziri təkziblə çıxış elədi. Hətta mənə göstərdilər ki, Ermənistan KİV-ləri də bunu təkzib etmişdi ki, belə şey yoxdur, təxribatdır. Amma sonra bizim bəzi KİV-lər başladılar bunu şişirtməyə, yaymağa. Ermənilərə bu təxribatdan istifadə etməyə imkan yaratdılar. Ermənistan müdafiə naziri ikinсi dəfə bunu təkzib edib dedi ki, belə şey yoxdur. Mən özüm 1993-сü ildən 2003-сü ilə kimi Dövlət Sərhəd Qoşunlarında xidmət eləmişəm. Bir vaxt qərərgah rəisinin birinсi müavini vəzifəsində xidmət göstərmişəm və birbaşa dölət sərhədinin mühafizəsinə сavabdeh şəxs olmuşam. Dövlət sərhədi haqqında neytral zona anlayışı yoxdur. Bir erməni əsgəri bizim əraziyə girməyib və girə də bilməz. Qorxurlar. 

- Сənab general, elə verdiyiniz сavabdan çıxış edərək belə bir sual vermək istəyirəm. KİV-lərimizin bu hərəkətləri, xüsusilə də sizin indi misal çəkiyiniz hərəkətləri Sizi nə dərəсədə narahat edir? Ümumiyyətlə, bir umaсaq yeri olaraq, mətbuatımızın davranışı sizi qane edirmi? 

- Bilirsiniz, bəzi KİV nümayəndələri öz şəxsi mənafelərini millətin və dövlətin mənafelərindən üstün tutur. Bu çox təhlükəli bir məsələdir. Təbii ki, mən hesab edirəm ki, bütün iсtimaiyyət bunlara qiymət verməlidir və bunlar bu çirkin əməllərindən əl çəkməlidirlər. Bzi hallarda orduya aid məlumatları yayırlar, bizim hərbi texnikanın hərəkətini çəkib internetə yerləşdirirlər. Buna qətiyyən yol vermək olmaz. 

- Boş yerdən Sizi iki dəfə istefaya göndərmişdilər. Daha hansı günahlarla müştərəkləşdirməmişdilər?!. Ümumiyyətlə, internet resurslarının fəallaşdığı bir dönəmdə, bir nazir olaraq, vətəndaşlara nə təklif edərdiniz. Bax, gələсək çağırışçılar sabahın əsgərləridir, birisi günün zabitləridir. Yaxşı halda şəhidləridir, pis halda əlilləridir. 

- Ümumiyyətlə, mən demək istəyirəm ki, biz hamımız gərək möhtərəm сənab przidentin ətrafında sıx birləşək və Vətən uğrunda mübarizəyə hazır olaq. Bütün şəxsi münasibətləri kənara qoyaq. Mən xüsusi qeyd etmək istəyirəm, təbii, məlumatlarımız var ki, bu yazılarla kim məşğuldur. Ordudan qovulan, hansısa şəxsi münasibət zəminində bu yazıları yazan adamlardır. Biz bu adamlara fikir vermirik, amma ümumiyyətlə hərbi sirrin yayılmasına qarşıyıq. Hesab edirəm ki, bu istiqamətdə tədbirlər görüləсək. 

- Ermənistan silahlı qüvvələrinin vəziyəti barədə, mənəvi-psixoloji, hərbi-texniki, bütün bu mühiti, yaşadıqları, düşündükləri barədə nə kimi məlumatlara maliksiniz, сənab nazir? 

- Bizdə olan məlumata görə, ilk növbədə Ermənistan silahlı qüvvələrinin mənəvi-psixoloji durumu aşağı səviyyədədir. Xüsusilə də Qarabağda yerləşən bölmələrdə. İlk növbədə Ermənistandan gələn qüvvələrlə Qarabağ ermənilərinin arasında qarşıdurmalar tez-tez baş verir. Nətiсələrini biz də KİV-dən eşidirik. O ki, qaldı ordunun təсhizatına, çox aşağı səviyyədədir. Biz bunu bilirik. Çünki iqtisadiyyatı çökən dövlətin ordusunun təсhizatının nə səviyyədə olmağı hamıya yaxşı aydındır. Bu da imkan vermir ki, ordu lazımi səviyyədə döyüş hazırlığını, taktiki təlimləri həyata keçirsin. Anсaq xırda bölüklərlə atəş meydanlarına çıxırlar, bir iki atəş açıb öz dislokasiya yerlərinə qaydırlar. Onda görə də biz bu gün biz Ermənistan ordusunun və Qarabağda yerləşən hərbi hissələrin döyüş hazırlığını çox aşağı səviyyədə qiymətləndiririk. 

- Nazir kimi fəaliyyətə başlayandan, mənim bildiyimə görə, elə nizam-intizam sahəsində əlinizdən gələni etməyə çalışdınız ki, islahatları bu istiqamətə yönəldəsiniz. Bu gün ordudakı nizam-intizamdan razısınızmı? 

- İlk növbədə mən deyim ki, сənab prezidentin tapşırıqlarından biri də nizam-intizamın güсləndirilməsi ilə əlaqədar idi. Bu istiqamətdə biz kompleks tədbirlər həyata keçiririk. Nizam-intizama birbaşa сavabdeh olan zabitlərin ştat sayı artırılıb. Bu, birbaşa bölükdən tutmuş baş idarənin strukturuna kimi yönəlib. Bu istiqamətdə biz hansı işləri planlaşdırırıq? Fərdi tərbiyədən tutmuş hərbi kollektivin formalaşması, hərbi qulluqçuların hərbiyə aid olmayan təsərrüfat işlərindən ayrılması, hərbi qulluqçular arasında qarşılıqlı hörmət, qarşılıqlı nizai-intizama aid hərəkətlər bura daxldir. Bizim hərbi prokurorluqla birgə planımız var. Onlar hərbi hisslərə gedirlər, tədbirlər keçirirlər, qanunları hərbi qulluqçulara izah edirlər. Mənim göstərişimə əsasən intizam pozan hərbi qulluqçular birbaşa hərbi hissədə mühakimə olunmalıdır və nizam-intizamı pozmağa meylli hərbi qulluqçular bu məhkəmədə iştirak etməlidir. İсtimaiyyətlə işləyirik, bilirsiz ki, hərbi hisslərdə olurlar. 

Biz hərbi hissələrdə nizam-intizamı güсləndirmək üçün digər vastilərədən də istifadə edirik. Bu gün biz psixoloji testlər keçiririk. Mənim tapşırığımda orduya çağırışa gələn şəxslər arasında həm mənəvi-psixoloji durumun yoxlanılmasını, həm də tibbi müayinəni güсləndiriblər. Orduya yaramayan şəxsiyyət ordudan kənarlaşdırılır. Bu kompleks tədbirlər hesab edirəm ki, yaxın zamanlarda nizam-intizamın güсləndirilməsində öz sözünü deyəсək. 

- İnşallah. Yeri gəlmişkən, dediniz ki, hərbi qulluqçuların təsərrüfat işləri ilə məşğul olmaqları yığışdırılır. Biz belə başa düşməliyik ki, bundan sonra əsgər ayaqyolu təmizləməyəсək. Yemək bişirməyəсək. Bizim imkanımız var, qoy əsgər dövləti, Vətəni qorusun. 

- Tamamilə düzdür. Möhtərəm prezidentin tapşırığı ilə bu işlər həyata keçirilir. Artıq bu işlərə mülki adamları götürmək üçün bizim ştat vahidimiz də var. Ona görə də biz 3 minə qədər mülki adamı işə götürmüşük. Mən bir sirr açıram, Müdafiə Nazirliyində 20 minə yaxın yeni ştatda mülki adamlar təmsil ediləсək. Biz mərhələ-mərhələ əsgərlərimizi və zabitlərimizi təsərrüfat işlərindən ayırсağıq. Birbaşa onlar döyüş hazırlığı ilə məşğul olaсaqlar. 

- Daha bir sual yaranır, сənab nazir. Sizin təyinatınızdan sonra biz islahatların şahidi olduq. Bu islahatlar sırasında infrastruktur layihələri də var idi, əsgərlərin, zabit heyətinin şəxsi keyfiyyətinin artırılması, güсləndirilməsi idə var idi. Bütün bunlar öz yerində. Maddi rifah halının yaxşılaşması, əsgər və zabitlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində сənab prezidentin - Ali Baş Komandanın tapşırıqlarının yerinə yetirilməsi istiqamətində hansı işlər görülür? 

- Bu ilin sonuna kimi biz sizinlə 10 yeni hərbi hissənin açılmasının şahidi olсağıq. Möhtərəm сənab prezident bu məsələyə çox сiddi fikir verir. 2014-сü ilin birinсi yarısının yekunları ilə bağlı çıxışında demişdi ki, mənə şəkillər göstəriblər və göstəriş vermişəm ki, qısa müddətdə orduda sosial bazanın güсləndirilməsi, hərbi hissələr, əsgər yeməkxanaları, zabit yeməkxanaları təmir olunsun. Yeniləri tikilsin, şərait yaxşılaşdırılsın. Bu istiqamətdə çox böyük işlər görülür. İlin sonuna kimi, yəqin ki, bu işlərin əksəriyyətini həyata keçirəсəyik. Təbii ki, bu işlərin hamısını qısa bir müddətdə həyata keçirmək mümkün deyil. Gələn il də bunu davam etdirəсəyik. Anсaq nailiyyətlərimiz var və biz yekunda sizi də dəvət edərik və siz də iştirak edərsiniz. 

Xüsusi qeyd etmək istəyiriəm ki, möhtərəm сənab prezident Silahlı Qüvvələrin döyüş hazırlığını daha da yüksəklərə qaldırmaq üçün tapşırıq verib. Və biz bu gün birbaşa döyüş hazırlığına təsir göstərən əsgər vəzifələrini ixtisar elədik. Onların yerinə müddətdən artıq müqavilə ilə xidmət edənlər сəlb edilib. 

Biz belə hesab edirik ki, ilin axırına kimi 10 minə yaxın bu vəzifələrə mülki şəxs götürəcəyik. Artıq 10 mindən artıq müracət edən var. Biz onlardan hardasa 6 mindən artığını işə qəbul eləmişik və əsgər vəzifələrinə yerləşdirmişik. Bu həm ordunun döyüş hazırlığını yüksəldir, həm də mənim tapşırığımla bu vəzifələrə cəbhəboyu kəndlərdən işçi götürürlər. Bunlar həm yeri iş yerləridir, 10 min iş yeri az deyil. Həm də ikiqat maaş alırlar. Onlar həm ailələrini, həm də Vətəni qoruyurlar. Hesab edirəm ki, bunların gəlişi ilə silahlı qüvvələrin döyüş hazırlığı daha da yüksəkə qalxacaq. 

- İştirak elədiyiniz təlimlərdən razı qaldınızmı? Əgər demək mümkündürsə, hansı sahələrdə problemlərimiz, hansı sahələrdə üstünlüyümüz var? 

- Ümumiyyətlə, döyüş hazırlığının həddi yoxdur. Dünyada elə bir ordu yoxdur ki, döyüş hazırlığı ilə kifayətləndiyini desin. Bu, davamlı bir prosesdir. Amma bununla yanaşı, Azərbaycan ordusu günü-gündən güclənir. Mən xüsusilə qeyd etmək istəyirəm ki, zabit-gizir heyətinin professonal hazırlığını daha da yüksəldilməsi üçün biz bu gün xüsusi proqram tərtib etmişik. Hərbi məktəbdən, təhsil müəssisələrindən başlamışıq, onların proqramlarını yenidən işləmişik. Daha çox onların yeni döyüş şəraitinə uyğun təlimlərinin təşkilinə diqqət yetirmişik. Mənim göstərişimlə, ümumiyyətlə, döyüş hazırlığının 70 faizi səhrada keçirilməlidir. Onun 30 faizi gecə vaxtı keçirilməlidir. Döyüş hazırlığı birbaşa döyüş şəraitinə uyğun keçirilməlidir. Bu artıq öz nəticəsini verir. Azərbaycanın iqtisadiyyatı imkan verir ki, biz daha çox döyüş hazırlığında daha çox döyüş texnikasından, daha çox döyüş sursatından istifadə edək. Bizim tanklarımız və toplarımız daha çox atacaq. Bu ilə və gələn il biz vertolyotlarımızın döyüş qabiliyyətinin artırılmasına çalışırıq. Bu, bir neçə aydır ki, artıq öz nəticəsini göstərir. Bununla yanaşı, bilikli kadrların müxtəlif vəzifələrə təyin edilməsi öz nəticəsini verir. Hərbi hava qüvvələrinin, hava hücumundan müdafiə qüvvələrininin xaricdə oxuması, qardaş Türkiyədə və digər dövlətlərdə peşə təcrübə mübadiləsi aparması, təbii ki, bunlar hamısı nəticə verir. Qeyd etmək istəyirəm ki, Silahlı Qüvvələrdə cənab prezidentin tapşırığı ilə keçirilən islahatlar artıq öz nəticəsini verir. Düşmən təbii ki, bundan ehtiyatlanır və təxribata əl atır. 

- Zakir müəllim, siz nazir olduqdan sonra Moskvada da oldunuz. Buna qədər Brüsseldə, NATO-nun toplantısında da olmuşdunuz. Belə bir sual verim. Azərbaycan ordusunun xətti hansı istiqamətdədir? Biz NATO-ya uyğunlaşırıq, yoxsa Rusiyaya? 

- İlk növbədə mən Moskvada MDB dövlətlərinin müdafiə nazirlətinin toplantısında da iştirak etmişəm. Təbii ki, biz bu bölgədə yaşayaraq bütün dövlətlərlə gərək öz münasibətimizi, əlaqələrimizi quraq. Əgər Rusiya Federasiyasından söhbət gedirsə, bizim yaxşı əlaqələrimiz var. Həm hərbi təhsil, həm də hərbi texniki əməkdaşlığımız var. Təcrübə mübadiləsi var. 

- Bu günlərdə də müdafiə sənayesi ilə bağlı yüksək səlahiyyətli insanları qəbul etdiniz...

- Bəli. İkinci tərəfdən ordunun inşikafında NATO-nun təcrübəsindən geniş istifadə edirik. Bu bizə müasir təcrübəni orduda tətbiq etməyə imkan yaradır. Sənədləşmə NATO standarları ilədir. Ancaq bir çətinliyimiz də var. Çətinlik ondan ibarətdir ki, NATO dövlətləri bizə silah satmırlar. Ona görə biz tam olaraq bu standartlara keçmək üçün, təbii ki, NATO standartı əldə etməliyik. Ancaq dünyada ikili standartların olması burada özünü biruzə verir. Ermənilər Azərbayacana təcavüz edib, torpaqlarımızın 20 faizini işğal edib, ancaq Azərbaycana NATO silahı satılmır. 

- Bəs niyə satılmır NATO silahı bizə? 

- Söhbət ondan gedir. Müharibəni nəzərə alaraq deyirlər ki, sizə NATO dövlətləri silah sata bilməz. Problem bundadır. Buna görə, biz bütün dövlətlərin imkanlarından istifadə edirik və öz yerli şəraitimizə, imkanlarımıza baxaraq öz ordumuzu silahla təmin edirik. 

- Zakir müəllim, qonşu ölkələrin birindən danışdıq. Amma İran, Türkiyə də var. Bunlarla hərbi əməkdaşlıq nə yerdədir? 

- Təbii ki, qardaş Türkiyə ilə əməkdaşlıq etməyimiz böyük şansdır. Türkiyə NATO-nun ən güclü ordularından biridir. Ümumilli liderimiz demişdi ki, biz iki dövlət bir millətik. Bundan istifadə edərək biz, təbii ki, Türkiyənin təcrübəsindən çox faydalanırıq. Bununla yanaşı, İran da bizim qonşumuzdur. Mən özüm də möhtərəm prezidentimizin səfərindən sonra İranda oldum. Yüksək səviyyədə səfər keçdi. Orda da yaxşı danışıqlarımız oldu. 

- Deyəsən, İranın müdafiə naziri bu yaxınlarda Azərbaycana gələcək? 

- Mən özüm də bu barədə mətbuatdan eşitdim. Mən onu rəsmi dəvət etmişdim. Ancaq hələlik rəsmi cavab yoxdur. İnşallah, gələr. Burada görüşərik. Çünki mənim İrana səfərimi çox yüksək səviyyədə təşkil etmişdi. Məndə istərəm ki, burada yüksək səviyyədə səfər təşkil edək. 

- Bir şeyi də soruşum, Zakir müəllim. Ermənistan silahalı qüvvələrinin imkanları barədə danışdınız. Təbii ki, biz bunları mətbuatdan da bilirik. Hər halda, Azərbaycanın müdafiəsinə cavabdeh olan Ali Baş Komandandan sonra ikinci şəxs kimi siz də məlumat verdiniz. Ermənistan bəzən Azərbaycanaın neft kəmərlərini təhdid edən bəyanatlarla, neft yataqlarımızı vurmaqla bağlı çıxış edir. Necə qorunur bu obyektlər? Onların dediyində nə dərəcə həqiqiət var?

- Ümumiyyətlə, onların dediklərinin 99 faizində həqiqət yoxdur. Bilirsiniz, onlar belə bəyanatlarla, təhdidilərlə, Azərbayacana aid deyilən sözlərlə daxili auditoriyaya aid olan məsələləri həll edirlər. Nə qədər desələr də, onsuz da görürsünüz ki, son vaxtlar biz onların mətbuatında da bunu görürük ki, onlarda bu həm demoqrafiq, həm iqtisadi istiqamətdə problemləri var. Təbii ki, onlar nə iləsə öz əhalisini sakitləşdirməlidir. Bizim neft kəmərlərinə heç bir təhlükə yoxdur. Mən bunu sizə deyirəm. Biz bu məsələni digər dövlətlərlə də müzakirə etmişik. Türkiyə, Gürcüstanla. Bu yaxınlarda bizim yeni üçtərəfli görüşlərimiz olacaq və biz bu məsələni yenə müzakirə edəcəyik. 

- Cənab general, biz demək oar ki, xarici düşmənlə neyləməyimiz barədə məlumat aldıq. Bu məsələyə yenə qayıdacağıq. Bir-iki sualım var. Bu, daxili düşmənlə bağlıdır. Daxili düşmən deyəndə mən birinci növbədə korrupsiyanı, rüşvətlə mübarizəni nəzərdə tuturam. Bilirəm ki, amansız mübarizəyə başladınız. Nəticələr barədə nə demək olar? Azərbaycan ordusunda korrupsiyanaın belini sındırmaq mümkün oldumu, yoxsa bu hələ bir az çəkəcək? 

- Qeyd etmək istəyimrəm ki, cənab prezidentin bununla əlaqədar xüsusi tapşırıqları olub. Kimin əsgərin payında, dövlətin malında gözü varsa, onlara qarşı ciddi mübarizə aparılıb, gələcəkdə də aparılacaq. Rütbəsinə, vəzifəsinə baxmayaraq, onlara qarşı qanunun bütün qüvvəsi ilə tədbirlər görüləcək. Təssüflər olsun ki, belə hallar Silahlı Qüvvələrdə də olub. Biz belə halların qarşısını almağa çalışırıq və alacağıq da. İndi tam alınıb desəm, birdən sabah nə isə üzə çıxacaq onu heç kim deyə bilməz, heç bir dövlətdə korrupsiyanın tam qarşısının alındığını deməzlər, mümkün deyil bu. Ancaq bunlarla mübarizə hansı dərəcədə aparılır, bu, onun göstəricisidir. Silahlı qüvvələrdə mübarizə ciddi şəkildə aparılır. Artıq dəfələrlə mən müşavirələrdə də qeyd etmişəm ki, birdən kiminsə ağlına bu gələrsə, indidən fikrindən yayınsın. Gec-tez bu, üzə çıxacaq. Bununla yanaşı, demək istəyirəm ki, artıq bunun nəticələri var. Bilirsiniz, Azərbaycanda məlumat almaq çox çətin deyil. Hamı bir-birinə ya tanışdır, ya qohumdur, ya da bir-birinə məlumat ötürür. Artıq biz biliriik ki, əsgərlərimizin təminatında nə qədər irəliləyiş var. Cəbhə bölgəsində və digər hərbi hissələrdə. Təminatdan başqa digər məsələlərdə - sosial bərabərlik, xidmətə cəlb olunma da ciddi nəzarətdədir. Və bu istiqamətdə də kiminsə öz vəzifə borcundan sui-isfifadəyə imkan verilməyəcək.

- Biz yeni tendensiyalar müşahidə edirik. Əvvəllər belə şeylər görəndə təəccüblənərdik. Hətta ağlımıza belə gəlməzdi. Bir sıra yeni çağırışçıları ordudan geri göndərirdilər ki, problemləri var. Komissiyaların yenidən yoxlanılmasına ehtiyac var. Hətta adamları zorla geri qaytarırlar ki, bizə belə əsgər lazım deyil. Bu yeniliklər olduğuna görə, sizə təşəkkür edirəm. 

- Bilirsiniz. Mən burada ətraflı məlumat vermək istəyirəm. İlk növbədə bu problemlə bağlı heç kimi günahlandırmaq istəmirəm. Niyə? Çünki özüm bu sistemlə tanışam və bu sistemdə çalışmışam. Hansısa çağırışçını tam şəkildə müayinədən keçirmək üçün buna imkan lazımdır. Təəssüflər olsun ki, bizim bəzi rayonlarda bütün mütəxəssislər, həkimlər yoxdur. Ona görə də bəzi rayonlarda çağırışçını tam şəkildə müayinədən keçirmək mümkün deyil. Bunun üçün müxtəlif avadanlıqlar lazımdır. Bəzi rayonlarda müəssisələr mütəxəssislərlə tam şəkildə təchiz olunmayıb. Lakin qısa müddətdə mütəxəssislərlə təmin ediləcəyənin şahidi olacağıq. Ancaq bu gün bəzi rayonlarda gələn çağırışçılarda xəstəliklər üzə çıxır. Hətta mən həkimlərlə də müşahidə keçirəndə deyirlər ki, bəzi xəstəliklər var ki, onlar özlərini biruzə də vermirlər. Lakin bir az çox hərəkət edəndə həmin xəstəliklər üzə çıxmağa başlayır.

 Bilirsiniz, bizim gənclər son zamanlar fiziki hazırlıqlardan uzaq olurlar. Kompüterlərin arxasında saatlarla vaxt keçirirlər. Orduya gələndən ilk günlərdən özünü biruzə verməyə başlayır. Bu baxımdan mən heç kimi günahlandırmıram. Ancaq müdafiə naziri kimi göstəriş vermişəm ki, qrup yaradılsın. Tibb məntəqələrimiz var. Müasir avadanlıqlarla təchiz olunmuş məntəqələrimiz var. Daim hərbi hissələrdə olurlar, hərbçiləri tibbi müayinələrdən keçirirlər. Çalışırıq ki, çağırışçının hansısa xəstəliyi varsa, bunu özümüz bilək və dərhal qarşısını alaq. Sizə deyim ki, orduda ciddi xəstəliyi olan əsgələrin sayı azalıb. Bunun bir neçə səbəbi var. Həm tibbi müayinə, həm təminat, həm təchizat və digər məsələlər. Bu sevindirici haldır. Ümid edirik ki, bunu gələcək illərdə daha aşağı səviyyəyə salaq. 

- Bu günlərdə mən oxudum. Hansısa hərbi hissədə ya ehtiyatsızlıq ucbatından öz əsgər yoldaşını həlak edib. Belə şeylər olur. Ümumiyyətlə, bu sahədə statistikanı necə tutuşdurursunuz? Paralelliyi necə aparısız. Yeni nazir təyin olunandan sonra belə hallar azalıb, yoxsa elə də qalıb? 

- Desəm ki, azalıb tənqid etməyə başlayacaqlar. Çoxalmayıb. Bilirsiniz, bu məsələyə bir konteksdın baxmaq olmaz. Biz dünya ordularını da izləyirik. Orda vəziyyət necədir - statiskasına baxırıq. Dünyada gedən prosesləri izləyirik. Təbii ki, ekologiyadan tutmuş bütün məsələlər insan psixologiyasına təsir göstərir. Biz hətta bir sıra mütəxəssisləri bu işə cəlb edirik. Ona görə ki, həm psixoloji baxımdan, həm dini baxımdan biz bu məsələləri müzakirə edirik. Bu barədə Şeyx də danışmışdı. Sağ olsun, o da bizə kömək oldu. İndi mütəxəssislər hərbi hissələrə ziyarət edirlər. Bizim əsgərlərin qarşısında çıxış edirlər. Bu kompleks tədbirlərdir. Ümumiyyətlə, insanlara bütün dünyada son zamanlar psixi təzyiqlər daha da çoxalıb. Bunun da müxtəlif səbəbləri var. Təsəvvür edin ki, minlərlə insan əlində silah ön cəbhədə fəaliyyət göstərir. Təbii ki, ehtiyatsılıqdan da olur, psixoloji vəziyyətdən olur. Təbii ki, bunun qarşısını almaq üçün tədbirlər görürük.

Və mən tam əminəm ki, qısa müddətdə bunun da qarşısını alacağıq. Tam şəkildə yox. Bu mümkün deyil. Heç kim bunu edə bilməz. Dünyanın heç bir ordusunda bu mümkün deyil. Ancaq sayını azaltmağa tam əminik. 

- Cənab general, qarşıdan Silahlı Qüvvələrin bayramı gəlir. Ordumuzun günü gəlir. Bu münasibətlə hansı tədbirlər planı həyata keçiriləcək? 

- Təbii ki, biz proqramlarımızı planlaşdırmışıq. İlk növbədə mən sizə deyim ki, möhtərəm cənab prezidentin rəhbərliyi ilə bu yaxınlarda Silahlı Qüvvələrin hissə və bölmələri, Daxili İşlər Nazirliyinin daxili qoşunları və sərhəd qoşunlarının iştirakı ilə birgə tədbirlər keçiriləcək. Və möhtərəm cənab prezidentə onlar təqdim olunacaq. Bizim bayram tədbirlərimiz var. Hərbi hissələrdə ictimaiyyətlə görüşlər nəzərdə tutulub. Bu gün mən zabit, gizir heyətinə xidməti mənzillərin açarını təqdim etdim. Məlumat üçün deyim ki, bu il 500-ə yaxın hərbi qulluqçuya xidməti mənzillər təqdim ediləcək. Təbii ki, digər bayram tədbirləri həyata keçiriləcək. 

- Ali Baş komandanımızın ordunu etibar etdiyi şəxs olaraq sizə sonuncu sualım Azərbaycan ordusunun hazırlığı barədədir. Azərbaycanın müdafiə naziri başda olmaqla Azərbaycan ordusu Ali Baş Komandanın əmrini yerinə yetirməyə nə dərəcədə və necə hazırdır? 

- Bu gün Azərbaycan Silahlı Qüvvələri, möytərəm cənab prezident, Silahlı Qüvvələri ali baş komandanın hər bir əmrini yerinə yetirməyə tam hazırdır. Fürsətdən istifadə edib mən silahlı qüvvələrimizin şəxsi heyətini, veteranlarımızı, onların ailələrini, şəhid ailələrini bayram münasibətilə təbrik edirəm. 

- Təşəkkür edirəm. Çox sağolun. 

- Siz də sağolun.

anspress

Bakı və Moskva tarixi anlaşma ərəfəsində - təhlil


Vazkeçilməz maraqlar sürpriz qərarlar doğura bilər; Avrasiya Birliyinin taleyi Azərbaycandan, Qarabağ məsələsinin həlli isə Kremldən asılı duruma gəlib. Tərəflərin dil tapması heç vaxt olmadığı qədər yaxın görünür, amma...

Azərbaycanın bir nömrəli məsələsi olan Dağlıq Qarabağ probleminə yanaşmada Rusiya tərəfdə son vaxtlar açıq-aşkar diqqət çəkən fəallaşma, siyasi canfəşanlıq müşahidə edilməkdədir. Xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin ardınca prezident Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevə telefon açaraq ilk növbədə Qarabağ konfliktinin həlli vacibliyindən danışması, eyni gündə Lavrovun İrəvandan bu mövzuda Bakının könlünü xoş edəcək Qarabağ bəyanatları verməsi diqqət çəkməyə bilməz. 
Azərbaycana rus emissarlarının çoxalan səfərləri (bu ziyarətlər hələ bitməyib, bir neçə gün sonra Rusiya baş nazirinin müavini, qatı qərbçi Dmitri Roqozin Bakıya gələcək) eyni zamanda təhdid xarakteri daşıyır. Sergey Lavrovun Bakıda “Azərbaycanın Avrasiya Birliyində təmsilçiliyindən məmnun olardıq” sözləri diplomatik dildən tərcümədə əslində elə “Azərbaycan Avrasiya Birliyində olmalıdır” mənasını verir.

Kreml yetkililərinin siyasi-diplomatik aktivliyinin qayəsində əlbəttə ki, Putinin düyünə düşən Avrasiya Birliyi (AB) projesi dayanır. Bu projenin taleyi indi böyük ölçüdə Azərbaycandan asılı duruma gəlib. Sirr deyil ki, Moskva strateqləri Azərbaycana qurumda həm də Ukraynanın potensial əvəzləyicisi kimi baxırlar. Yəni onların zənnincə, sonuncu dövlətin yoxluğunu AB-də məhz bənzərsiz iqtisadi-energetik gücü və strateji-coğrafi üstünlüyü ilə məhz Azərbaycan kompensasiya edə bilər(di). Bundan əlavə, Avrasiya İttifaqı layihəsinin baş tutması Qərblə soyuq savaş ərəfəsində olan Putinə güc nümayişi üçün hava-su kimi lazımdır.

Təbii ki, rəsmi Bakı bu önəmi və vazkeçilməzliyi anlayır. Rus siyasiləri və diplomatlarının dilindən səslənən və az qala cütü bir qəpiyə düşən “strateji müttəfiqlik”lə bağlı bəyanatların da Azərbaycanda yaxşı fərqindədirlər. Ancaq Bakının da öz(əl) dərdi var - Ermənistanın işğalı, həlli uzanan Qarabağ ixtilaflı - hansı problemin nizamlanması isə məhz bizə “işi düşən” həmin Moskvanın iradəsindən asılıdır. 

Vəziyyətin özəlliyi də budur: Azərbaycanın əsas dərdinin çarəsi Rusiyadan, Putinin 1 nömrəli probleminin çarəsi isə Bakıdan asılı duruma gəlib. İki ölkə münasibətlərində bəlkə də belə həssas, tarixi məqam yetişməyib. Bəs tarixi reallıqların diktə elədiyi sürpriz cavablar necə olacaq? 

Siyasi təhlilçilərin də qeyd elədikləri kimi, ilk baxışda tərəflər anlaşmaya yaxın görünür. Qarşılıqlı məqbul variantın tapılmasına qarşı ciddi maneələr də gözə dəymir. Hər halda, Azərbaycan tərəfinin Kremlin təklifini qəbul etməyə hazır olması təsəvvürü artıq formalaşıb. Azərbaycan rəsmilərinin açıqlamalarından belə incə çatdırışı sezmək çətin deyil. 

Məsələn, Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov bu mövzuda danışarkən deyib ki, “biz hələlik Avrasiya Birliyinə üzv olmaq barədə düşünmürük”. Yəni “hələlik” düşünülmür. Xarici işlər nazirinin müavini Araz Əzimov isə Lavrorun səfərindən dərhal sonra bəyan etdi ki, “Rusiya Qarabağ ixtilafının həllinə real töhfə versin, o zaman Azərbaycanla Rusiya arasında münasibətlər strateji müttəfiqlikdən də yuxarı qalxar”. 
Eləcə də bu qəbildən digər açıqlamalar. Başqa hansı şəkildə eyham vurula bilərdi ki? Bakının Moskva ilə siyasi bazarlıq təklifinə bundan aydın cavab təsəvvürə gəlmir...

*   *   *
Doğrudur, Qərb amili, Qərbin regionda vazkeçilməz maraqları məsələsi də var. Rusiyanın Qarabağ zonasında, ələlxüsus İranla sərhəddə sülhməramlı qüvvələr adı ilə öz hərbçilərini yerləşdirmək istəyi çətin ki, Qərbin xoşuna gələ. Yeri gəlmişkən, Dağlıq Qarabağ ixtilafının həll yolu tapılacağı təqdirdə bölgəyə daha çox hansı ölkənin “mavi dəbilqəliləri”nin gətirilməsi məsələsi indiyədək açıq qalıb. Gürcüstanda 2008-ci ildəki “5 günlük müharibə”dən və Ukrayna olaylarından sonra Rusiya sülhməramlılarına inam-etimad itdiyindən, həmçinin Rusiya rəhbərliyinə qarşı sanksiya rejimi işə düşdüyündən gözləmək olar ki, ABŞ və Avropa məsələni məxsusi diqqətdə saxlayacaq. 

Ancaq istənilən müqayisə qüsurludur. Ötə yandan, Qərbin özü də Qarabağ probleminin ədalətli həlli yönündə 21 ildə ciddi addım atmayıb, işğalçı Ermənistana göz ağartmayıb. Azərbaycan isə müstəqil dövlət olaraq Dağlıq Qarabağ məsələsində də müstəqil qərar vermək hüququna malikdir. 

*   *   *
Bütün hallarda belə bir qərar yəqin ki, bölgədə köklü maraqları olan təbii strateji müttəfiqimiz Türkiyə ilə uzlaşdırılmış şəkildə, sinxron veriləcək. Söz düşmüşkən, Türkiyə ilə Rusiya arasında son illər güclənən iqtisadi-ticari əməkdaşlıq, hətta Qərbin regional siyasətinə qarşı hansısa xəfif oraqlıq bu iki ölkəni də bir çox məsələlərdə bir-birindən asılı duruma gətirib. Demək, ortaq qərarlar istisna deyil.

Bir şey dəqiqdir ki, Rusiya Qarabağ məsələsində daha müstəqil qərar vermək mövqeyinə gəlib. Söhbət Ermənistanın tam zərərsiz vəziyyətə gətirilməsindən gedir. İrəvan rəsmiləri də artıq etiraf edirlər ki, Ermənistan Gömrük İttifaqına qoşulandan sonra bu məsələdə söz sahibliyi bütünlüklə Rusiyaya keçib. 

Azərbaycanın əsas üstünlüyü də odur ki, problemin həllində söz sahibliyini saxlayır və Ermənistanla yox, faktiki olaraq Rusiya ilə münaqişə tərəfi statusundadır. Hərgah, belə söz sahibliyi bizə üstünlüklə yanaşı, ehtiyatlı olmağı da diktə edir. Çünki qarşımızda proqnoza yatmayan Rusiyadır.

musavat.com

24 Haziran 2014 Salı

Elçibəyin səlahiyyətləri alındığı gün: qərarda nələr vardı ?


Milli Məclisin qəbul etdiyi qərar layihəsinin müəllifi və əleyhdarı maraqlı faktlar açıqladı. 
Fuad Ağayev: “Məndən başqa iki nəfər də olub, özü də hüquqşünaslar.” 
Arif Hacılı: “Onlar ölkəmiz üçün həlledici olan məqamda qanuni hakimiyyətin yox, silahlı müxalifətin, qiyamçıların tərəfində oldular”

1993-cü ilin iyun hadisələrinin 21-ci ildönümündə yenidən o hadisələrin mətbuatda sərf-nəzər edilməsi prosesi gedir. Həmin olayların pik nöqtəsi təbii ki, 1992-ci ilin 7 iyun seçkilərində xalqın etimadını qazanmış prezident Əbülfəz Elçibəyin parlament qərarı ilə hakimiyyətdən uzaqlaşdırılması idi. 

Məlum qərarın hazırlanması, onun parlamentə çıxarılması təşəbbüskarları haqqında növbəti dəfə müzakirələr açılıb, qarşılıqlı polemikalar gedir. Bugünlərdə BAXCP sədri, Elçibəy hakimiyyəti dönəmində dövlət katibinin müavini işləmiş Qüdrət Həsənquliyev də müsahibələrinin birində həmin olaylara ekskurs edib. “Qiyam zamanı ciddi addımlar atıla bilməməsinin bir səbəbi müharibə idisə, ikincisi, iqtisadi gücü yox idi. Üçüncü tərəfdən, ana müxalifətdə olan və kifayət qədər elektorata malik Etibar Məmmədov hərbi müxalifətə açıq dəstək verdi. Hətta Elçibəyin prezidentlikdən kənarlaşdırılması haqda qanun layihəsini parlamentə Etibar Məmmədov təqdim etdi. Layihəni isə Fuad Ağayev hazırlamışdı. Etibar Məmmədovun əsas adamlarından olan Şadman Hüseynov Gəncədə oturmuşdu...”(Publika.az) 

Elçibəyin postundan uzaqlaşdırılmasının hüquqi mexanizmlərini özündə cəmləşdirən, vəkil F.Ağayevin müəllifi olduğu qərar layihəsi iki günlük müzakirələrdən sonra səs çoxluğu ilə qəbul olundu. Həmin qərarın məzmununu tarix üçün bir daha xatırlatmağın yeri var:
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin)  Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin qərarı

“Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 121-4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının qanunlarına əməl olunmasının təminatçısı kimi çıxış edir, Azərbaycan Respublikasının suverenliyinin qorunmasına, müdafiəsinə, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə dair tədbirlər görür, Azərbaycan Respublikası dövlət orqanlarının bu sahələrdə fəaliyyətinə rəhbərlik edir.

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə getmişdir.
Prezidentin mətbuat xidməti tərəfindən yayılmış sonrakı rəsmi məlumata görə, “Prezident Əbülfəz Elçibəy iyun ayının 17-dən 18-nə keçən gecə Bakı şəhərində gözlənilən qırğının qarşısını almaq və öz təhlükəsizliyini təmin etmək üçün vəzifəsinin icrasını heç kimə həvalə etmədən Bakının Binə aeroportundan Naxçıvana uçmuşdur.

Həmin gündən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində qalan Əbülfəz Elçibəy Azərbaycan dövlətinin başçısı kimi fəaliyyətini həlledici dərəcədə məhdudlaşdırmış, respublikanın dövlət idarəetmə orqanları ilə faktiki olaraq əlaqəsini itirmiş və ali icra hakimiyyəti funksiyalarının yerinə yetirilməsindən özünü kənarlaşdırmışdır. Bu səbəbdən o, Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilmir. Bu müddət ərzində respublikanın başqa bölgələri, o cümlədən Bakı ilə bütün əlaqələrini yalnız son dərəcə qeyri-sabit işləyən ümumi telefon rabitəsi vasitəsilə quraraq Azərbaycan Respublikasının Prezidenti obyektiv məlumatların alınmasından, ölkədəki gərgin ictimai-siyasi və hərbi vəziyyətə düzgün qiymət verilməsindən, baş verən hadisələrə təsir göstərə bilən təxirəsalınmaz qərarların qəbul edilməsindən özünü məhrum etmiş və beləliklə də hadisələrin inkişafına nəzarət etmək imkanını itirmişdir. Bununla da Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Konstitusiyası ilə onun üzərinə qoyulmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikası qanunlarına əməl olunmasının təminatçısı kimi öz vəzifəsini yerinə yetirə bilmir.

Azərbaycan ərazisində müharibə getdiyi dövrdə respublikanın suverenliyinin qorunmasının, onun müdafiəsinin, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə məsuliyyət daşıyan respublika prezidentinin Ermənistanın işğalçı qoşunları ilə döyüşən hərbi hissələrlə ümumiyyətlə əlaqəsi yoxdur. Belə vəziyyətdə Əbülfəz Elçibəyin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı kimi üzərinə düşən vəzifələri yerinə yetirməsi, o cümlədən strateji əhəmiyyətli əməliyyat planlarını təsdiq etməsi, bilavasitə onun tabeliyində olan Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin silahlı qüvvələrini əlaqələndirməsi qeyri-mümkün olmuşdur. Xüsusi rabitə vasitələrinin olmaması üzündən dövlət və hərbi sirlərin açılması üçün real təhlükə yaranmışdır.

Hadisələrin bu səmtdəki inkişafı, habelə mövcud şəraitdə respublika həyatının mühüm sahələrini - müdafiəni, təhlükəsizliyi, daxili hüquq qaydasını təmin edən dövlət idarəetmə orqanları rəhbərlərinin olmaması Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoyur, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarır. Respublikamızın müxtəlif bölgələrində yaranmış hakimiyyət boşluğu nəticəsində müxtəlif cinayətkar qruplar fəallaşaraq ağır cinayətlər, xüsusilə də qətllər, qarətlər, ictimai təhlükəsi yüksək olan başqa əməllər törətməkdədirlər. Vəziyyətin bu cür kəskinləşməsi Azərbaycanın fəlakətinə, dövlətçiliyimizin süqutuna səbəb ola bilər.

Yaranmış vəziyyət respublikadakı durumun sabitləşdirilməsinə, gərginliyin aradan qaldırılmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun bərpasına, bütün qüvvələrin xarici təcavüzə qarşı səfərbər edilməsinə yönəldilmiş qəti və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Belə şəraitdə Azərbaycan Respublikasının Milli Məclisi 1993- cü il 21 iyun tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət etmişdir. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmamış və heç bir təsirli tədbir görməmişdir.

Bununla Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti vəzifələrini icra etməsini qeyri-mümkün etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçir”.

Göstərilənləri nəzərə alaraq, 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələrdən sonra Azərbaycan Respublikasında yaranmış ictimai-siyasi böhrandan çıxış yollarını tapmaq, habelə Qarabağın Ağdam, Ağdərə, Füzuli və başqa rayonlarında erməni hərbi qüvvələrinin qarşısını almaq, Azərbaycan dövlətçiliyi üçün yaranmış təhlükəni və vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, idarəetmə sisteminin fəaliyyətini bərpa etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsini rəhbər tutaraq qərara alır:

1. Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçsin. 

Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini

A. CƏLİLOV Bakı şəhəri, 24 iyun 1993-cü il № 630".

Vəkil Fuad Ağayev “Yeni Müsavat”a dedi ki, həmin qərarın müəllifi olduğuna görə “qətiyyən” peşman deyil: “Bu qərar o zamankı siyasi zərurətdən irəli gəlirdi və o zaman qüvvədə olan konstitusiyaya tam uyğun tərtib olunmuşdu. Kim necə hesab edir, öz işidir. Həm hüquqşünas, həm siyasətçi kimi hesab edirəm ki, bu, tam düzgün qərar idi”. F.Ağayev etiraf etdi ki, layihənin üç müəllifindən biri özüdür: “Məndən başqa iki nəfər də olub, özü də hüquqşünaslar. Yəni bu qərarı diletantlar hazırlamayıb. Ancaq özləri demək istəmədiklərinə görə mən də adlarını açıqlamıram. Sadəcə, onlardan biri peşəkar hüquqşünasdır, indi də bu hakimiyyətlə işləyir. Ancaq ad çəkməyəcəyəm”. F.Ağayev dedi ki, qərar layihəsi deputatlara paylanmışdı. Amma kimin oxuması onun yadında deyil. Bu qərarın Elçibəyin ad gününə təsadüf etməsinə gəldikdə, vəkil “Azərbaycan o zaman elə vəziyyətdə idi ki, heç kəsin ad günü yada düşmürdü” dedi.

Elçibəy komandasında dövlət müşaviri postunu tutmuş Arif Hacılı isə bildirdi ki, o sənəd özlərinin bəyan etdiyi kimi, AMİP rəhbərliyi, konkret olaraq Fuad Ağayev və Etibar Məmmədov tərəfindən hazırlanmışdı: “Sənəddə Milli Məclis tərəfindən prezidentin səlahiyyətlərinin əlindən alınması öz əksini tapırdı. Belə bir layihə parlamentin müzakirəsinə təqdim olunmuşdu. İyunun 23-də və 24-də bu sənəd ətrafında geniş müzakirələr getdi. Milli azadlıq hərəkatına aid olan bir neçə nəfər istisna olmaqla - burada ilk növbədə İsa Qəmbər, mən, Tofiq Qasımov, İbrahim İbrahimli və başqa Müsavat Partiyasının üzvü olan millət vəkilləri çıxışlar edərək Elçibəyin səlahiyyətlərinin alınmasının qeyri-qanuni olduğunu bəyan etdik və belə bir qərarın qəbul olunmasının Azərbaycanın milli mənafelərinə ziyan vurduğu, eyni zamanda Azərbaycan xalqının iradəsinə qarşı olduğu fikrini səsləndirdik. Belə ki, xalq tərəfindən seçilmiş prezidentin səlahiyyətlərinin Milli Məclisin üzvü olan 20-30 nəfər tərəfindən alınması məntiqə və qanunlara zidd idi. Bu, Azərbaycan cəmiyyəti və beynəlxalq birlik tərəfindən qəbul olunmurdu. Gəncədə qiyam törətmiş silahlı qüvvələrin tərəfində olan siyasi qüvvələr - Heydər Əliyev və YAP, Etibar Məmmədov və AMİP, Zərdüşt Əlizadə və ASDP, həmçinin digər qüvvələr ölkədə faktiki olaraq çevriliş həyata keçirərək Əbülfəz Elçibəyin səlahiyyətlərinin onun əlindən qeyri-qanuni alınmasına nail oldular”. 

Milli azadlıq hərəkatında iştirakçı olmuş, demokratik düşərgənin təmsilçiləri sayılan şəxslərin, AMİP üzvlərinin bu prosesdə iştirakından dolayı bir təəssüf hissi varmı? A.Hacılının suala cavabı maraqlı oldu: “Bu məsələlərə tarix öz qiymətini verib və verəcək. Mənə elə gəlir ki, insanlar öz vicdanları qarşısında hesabat verməyə borcludurlar. O ki qaldı AMİP-in demokratik düşərgəyə aid olmasına, indi bu partiyanın hansı ideoloji xətt əsasında fəaliyyət göstərdiyini bilmirəm, konkret olaraq Elçibəy hakimiyyəti dövründə nə AMİP, nə ASDP, nə YAP-ı milli demokratik düşərgəyə aid etmək mümkün deyil. Çünki həmin dövrdə faktiki olaraq bu qüvvələr ölkədə demokratik islahatların qarşısının alınmasında, xalq tərəfindən azad, demokratik seçki yolu ilə seçilmiş prezident hakimiyyətinin süquta uğradılmasında mühüm rol oynadılar. Onlar ölkəmiz üçün həlledici olan məqamda qanuni hakimiyyətin yox, silahlı müxalifətin, qiyamçıların tərəfində oldular”. 

A.Hacılı hesab etmir ki, məhz Elçibəyin ad günündə onun istefaya göndərilməsi məqsədli şəkildə hazırlanan planın tərkib hissəsi idi və bu, eks-prezidentə “ad günü hədiyyəsi” idi: “Mən bunu təsadüf hesab edirəm. Çünki 4 iyunda başlayan proseslər təxminən üç həftə ərzində öz məntiqi sonluğuna yaxınlaşmışdı. Düşünmürəm ki, səlahiyyətlərin alınması gününün məhz iyunun 24-nə təsadüf etməsi hansısa bir hazırlanmış planın tərkib hissəsi idi”.

E.PAŞASOY

20 Haziran 2014 Cuma

“HAKİMİYYƏT ÖZÜNÜ YIXAN TƏKLİFƏ GEDƏ BİLMƏZ "


«Lavrov beşinci kolonu məyus etdi»

Vəfa Quluzadə: «Rusiya bizə təzyiq edəcək və bu təzyiq zamanı biz gərək Qərbə söykənə bilək»

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri bir sıra bəyanatlarla yadda qaldı. Eyni zamanda bu səfər bəzi gözləntiləri doğrultmadı. Çünki Lavrovun Bakıya səfəri ərəfəsində əsas müzakirə məsələsinin məhz Dağlıq Qarabağ münaqişəsinin olacağı və hətta münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfinə güzəştlər təklif edəcəyi ehtimal olunurdu. Lakin bu baş vermədi və Rusiya XIN başçısı münaqişənin həlli ilə beynəlxalq təşkilatların məşğul olduğunu bildirdi. Eyni zamanda Rusiya ilə münasibətlərdə bəzi sualların bu günlərdə Bakıya gələcək daha iri Rusiya rəsmisi, Dmitri Roqozin və Sergey Narışkinin səfərinə qədər açıq qalacağı məlum oldu. 

Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri ilə bağlı politoloq Vəfa Quluzadənin fikirləri ilə tanış olduq.    

- Ruiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri başa çatdı. Bu səfərlə bağlı ümumi təəssüratınız nədən ibarətdir?

- Səfərdən əvvəl verdiyim şərhlər özünü doğrultdu. Yəni Lavrov açıq şəkildə dedi ki, Dağlıq Qarabağ münaqişəsi artıq beynəlxalq məsələdir. Bununla beynəlxalq qurumlar, yəni ATƏT məşğul olur. Bizə dəxli yoxdur. Avrasiya Ittifaqı və Gömrük Ittifaqı isə hamı üçün açıqdır, buyurun gəlin. Təxminən belə. Bizdə ictimaiyyət arasında belə şayiələr yayırdılar ki, Rusiya bu dəqiqə bizim torpaqlarımızı işğaldan azad edəcək. Heç olmasa, 2-3 rayon azad edəcək. Biz də gürultu ilə Gömrük Ittifaqın daxil olacağıq. Mən də demişdim ki, bu mümkün olmayan məsələdir. Çünki Qarabağ məsələsi Rusiyanın çoxdandan bəri, I Pyotrun, çarların vaxtından həyata keçirilən strategiyasıdır. Sovetlər Ittifaqı da bunu davam etdi. Sovetlər çökəndən sonra Putin Rusiyası bunu davam etdirdi. Yəni gözləmək ki, rus imperiyası indi bu strategiyasından əl çəkəcək, bu sadəlövlükdür. Imperiya çökməmiş imperiya ideyaları Rusiyanı dağıtsa da, bu davam edəcək. Lavrovun da çıxışından heç nə gözləmək lazım deyil, Roqozinin də çıxışlarından. Hesab edirəm ki, Lavrovun əsas məqsədi Azərbaycanı razı salmaq idi ki, Avropa ilə qaz məsələsində olduqca ehtiyatlı davranın və bizim maraqlarımıza toxunmayın. Yoxsa sizin üçün bu baha başa gələ bilər. Onun mesajı bundan artıq ola bilməz. Roqozin də gəlib bizə lazım olmayan külli miqdarda silah satacaq. Əgər Ermənistan Rusiyanın tərkib hissəsidirsə, biz Rusiyanın əleyhinə bu silahı nə cür işlədəcəyik? Məsələlər bu səviyyədədir. Amma ümumi proseslər ondan ibarətdir ki, artıq NATO-Rusiya qarşıdurması gündəmə gəlib və günü-gündən də güclənəcək. Bizim ümudimiz yalnız ona ola bilər ki, bu imperiya çöksün və onun yerində nəsə başqa proqressiv bir qurum yaransın. 

“Sualların hamısına cavab verməyə Azərbaycan iqtidarı əvvəldən hazır olmalı idi”

- Lavrovun səfəri zamanı Azəraycan və Rusiyanın strateji tərəfdaşlığı ilə bağlı bəyanatlar səsləndirildi. Ancaq belə ehtimallar var ki, Rusiyanın bu pozitiv görünən mövqeyi müvəqqəti xarakter daşıyır və Moskva Roqozin və Narışkinin səfərinə qədər Azərbaycan hakimiyyətinə vaxt verib. Onların səfəri zamanı Azərbaycan müəyyən suallara cavab verməlidir. Sizcə, Lavrovun ardınca Roqozin və Narışkinin səfərləri nəyə hesablanıb?

- Hesab edirəm ki, bu sualların hamısının cavabına Azərbaycan iqtidarı əvvəldən hazır olmalı idi. Çünki Azərbaycan iqtidarı birinci növbədə öz maraqlarını qorumalıdır. Yəni elə iqtidar yoxdur ki, öz maraqlarını, öz hakimiyyətini qorumasın. Ya onu kiməsə qurban verə bilsin. Ona görə də iqtidar öz hakimiyyətini nə Rusiyaya, nə də Avropaya qurban verə bilməz. Cavab da ondan irəli gələcək ki, nə cür edək bu iqtidar özü özünü, öz maraqlarını qorusun. Eyni zamanda bu maraqlar milli maraqlarla da üst-üstə düşsün. Məsələ bundan ibarətdir. 

“Azərbaycan Putinə vədlər veribsə, onları mütləq həyata keçirəcək”

- Lavrov səfəri zamanı Putinin 2013-cü ildəki Bakıya səfərini xatırlatdı. Onun “Putin tez-tez Bakıya səfəri barədə danışır” deməsi də müəyyən mesaj kimi dəyərləndirilir. Çünki Putin Bakıya səfəri zaman 2015-ci ilə qədər Azərbaycan-Rusiya əməkdaşlığında fəaliyyət planının olduğunu bildirmişdi. Eyni zamanda Azərbaycan tərəfinin Rusiya prezideninə müəyyən vədlər verdiyi deyilirdi. Belə olan halda Lavrovun bu səfəri xatırlatmasının arxasında hansı mesajlar dayanır?

- Əgər Azərbaycan Putinə konkret vədlər vermişdisə, o vədləri mütləq həyata keçirəcək. Amma inanmıram ki, Azərbaycan konrket vədlər verə bilərdi. Azərbaycan Putinin bütün təkliflərinə nə deyə bilərdi? Putin seçkiqabağı dövrdə gəlmişdi. Azərbaycan deyə bilərdi ki, yalnız seçkidən sonra biz bu suallara cavab verə bilərik və çalışacağıq ki, sizin arzularınıza mümkün qədər pozitiv cavab verək. Yəni cavab və vədlər bundan artıq ola bilməzdi. Ona görə inanmıram ki, Azərbaycan nəsə verib və indi gərək arxasından qaçsın. Sözsüz ki, Rusiya bizə təzyiq edəcək və bu təzyiq zamanı biz gərək Qərbə söykənə bilək. Qərb də gərək vəziyyətimizi başa düşərək bizi dəstəkləsin. Ona görə vəziyyət hələ uzun müddət bu cür gərgin olaraq davam edəcək. Çünki Qərb-Rusiya qarşıdurması artır. Ukrayna əldən gedib. Azərbaycana böyük ehtiyac var. Bunu bütün həm Qərb, həm də Rusiya mətbuatında deyirlər. Ona görə bu məsələdə sözsüz ki, bizim iqtidarın durumu olduqca çətin olacaq. Bu durumların öhdəsindən gəlmək lazımdır.

“Rusiya bilir ki, Azərbaycan özünü yıxan təklifləri həyata keçirməyəcək”


- Belə fikir var ki, Lavrov Azərbaycan qarşısında iqtisadi tələblər qoyub. Yəni Azərbaycanın Avropa ilə qaz əməkdaşlığına getməməsini istəyib. Eyni zamanda Avropa Birliyi ilə münasibətlərin ən yaxşı halda indiki vəziyyətdə saxlanılmasını tələb edib. Azərbaycan bu tələbləri yerinə yetirməsə, Rusiya ilə münasibətlər hansı səviyyəyə çata bilər?

- Hesab edirəm ki, bizə mümkün olmayan, yəni imkanlarımızdan kənar olan təkliflər ola bilməz. Rusiya bunu təklif edə bilməz. Çünki Rusiya bilir ki, Azərbaycan özünü yıxan təklifləri həyata keçirməyəcək. Eyni zamanda həmin vəziyyət Avropa ilədir. Ona görə bizim kimi bir ölkənin, belə geosiyasi məkanda yerləşən bir ölkənin durumu gərgin olur. Bu durumda da böyük diplomatik və böyük siyasət məharəti lazımdır. Faktiki bu vəziyyətdə bizim siyasətimiz bir olacaq. Yəni nə şiş yansın, nə kabab. Ona görə bunu da həyata keçirmək olduqca çətin bir missiyadır. Eyni zamanda Azərbaycandan heç kim mümkün olmayanı tələb etmir və edə də bilməz. Seçim etməyə gələndə, bizim kimi vəziyyətdə olan ölkəyə birmənalı şəkildə seçim etmək çox çətindir. Rusiya nə səbəbə görə Qarabağ məsələsi haqqında heç danışmaq belə istəmir. Səbəb ondan ibarətdir ki, Qarabağ məsələsi Rusiyanın bizə yeganə təsir imkanıdır. Rusiya Qarabağ məsələsi ilə bizə müharibə elan edə bilər. Ermənistanın müdafiə naziri bəyan etmişdi ki, biz Azərbaycanın başqa rayonlarını da işğal edib Kürə qədər Azərbaycanı bölə bilərik. Bu təzə məsələ deyil. Bu barədə birinci dəfə mənə Vladimir Kazimirov demişdi, hədələmişdi. Demişdi ki, siz bu itirilən torpaqlardan başqa Kürə qədər parçalana bilərsiniz. Onda hava limanında Kazimirovla görüşdüm. O çox qəzəbli idi. Çünki onun Heydər Əliyevlə razılaşması mümkün olmamışdı. Ona görə hava limanında Kazimirov bu hədələri mənə deyəndən sonra səfərimi ləğv edib qayıtdım Prezident Aparatına və Heydər Əliyevə bunu məruzə etdim. Heydər Əliyev də onda dərhal Qərb ölkələri səfirlərini kabinetinə çağırdı və orda bu məsələləri müzakirə etdi ki, Qərb Rusiyaya təsir etsin və bu məsələlər gündəmə gəlməsin, işğal davam etməsin. Ona görə hələlik Qarabağ məsələsi bizim üçün ən böyük hədədir. Bizim rusofillər, yaxud beşinci kolon düşünür ki, ura, Azərbaycan Gömrük Ittifaqına daxil olur və Rusiya ilə birləşir. Rusiya da səxavətli jest edir, bizim rayonların ya hamısını, ya da heç olmasa 3-4-ü işğal azad edir. Yəni bu çox sadəlövh fikirlərdir. Onların məyusluğunu başa düşürəm. Onlar Lavrovun Azərbaycana səfərindən olduqca məyus olublar. 

“Azərbaycan gərək öz seçimi ilə Qərbin real dəstəyini əldə etsin”

- Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo da Bakıya səfəri zamanı açıq şəkildə bəyan etdi ki, Azərbaycan iyunun 27-də “Strateji Modernləşdirmə Əməkdaşlığı” sazişini, ardınca isə Assosiasiya Sazişini imzalaya bilər. Bu səfərlərdən sonra Azərbaycan hansı mövqe ortalığa qoyacaq?

- Məncə, Azərbaycan elə seçim edəcək ki, o seçim məqbul olsun. Dediyim məsələlərdə o seçim gərək Azərbaycanın milli maraqlarını nəzərə alsın. Iqtidarın mövqelərini möhkəmləndirsin. Azərbaycanı yenə müharibə qarşısında qoymasın. Eyni zamanda o seçimlə gərək Azərbaycan Qərbin real dəstəyini əldə etsin. Biz Qərbi seçirik. Hesab edirəm ki, nə Lavrovun, nə Roqozinin, nə Narışkinin dedikləri sirr olmayacaq. Bunların hamısı Qərbə məlum olacaq. Ona görə Qərb baxıb görsün ki, bizə necə dəstək verməlidir və bizi Rusiyanın fəsadlarından, aqressiyasından nə cür qoruya biləcək. 

azadliq.info