Translate

10 Mart 2014 Pazartesi

QARŞIDURMA YARADARAQ, ÖZ MƏQSƏDLƏRİNƏ NAİL OLMAQ İSTƏYƏNLƏR...


Atatürkçü düşüncəni Türkiyədən silmək və qardaş ölkəni bölmək üçün 40 il hazırlaşan fətullahçı şəbəkənin Azərbaycan və Heydər Əliyev sevgisi timsahın göz yaşlarına bənzəyir. 

Əmirləri Qərbin dərin güclərindən alan və Türkiyənin milli maraqlarına zərbə vuran, Atatürk islahatlarını travma adlandıran fətullahçı zehniyyətin Azərbaycanda gücləndikdən sonra Heydər Əliyev islahatlarını tapdalamayacaqlarına kim qarantiya verə bilər?

Vaxtı ilə İzmirdə kiçik bir məsciddə bir molla vaizlik edirdi. Vaizlik imtahanından kəsilmiş, orta təhsili olmayan bu molla sabatayçı qohumlarının yardımı ilə ikinci dəfə imtahana girmiş və güc-bəla ilə vaiz təyinatını almışdı. Həmin molla müxtəlif variantlarla tədricən ətrafını genişlətməyə başladı. Dini savadı olmasa da, güclü hiyləgərliyi bacaran molla Fətullah (o zaman adı bizim yazdığımız kimi
Fətullah idi. Daha sonra adını M.Fəthullah olaraq dəyişdirdi) öncə gəncləri ətrafına cəlb etməyə başladı. Nur Camaatının içində fəaliyyət göstərən molla Fətullah zamanın nəbzini tutaraq, hər zaman güclünün yanında yer alaraq, min bir hiylə ilə öz imperiyasını qurmağa başladı.

Kiçik bir məsciddə başlayan bu fəaliyyət tədricən böyüdü. Nurçuların ətəyindən yapışan Gülən bu qrupun zəiflədiyini görüb, ulduzu parlayan Ərbakanı dəstəklədi. Ərbakanın dəstəyi ilə İzmirdən bütün Türkiyəyə yayıldı. Nur mədrəsələrindən tutmuş, Ərbakanın partiyasının əyalət şöbələrinə qədər öz adamlarını yerləşdirməyə başladı. Ərbakanın ulduzu sönən zaman isə ümmətçi Fətullah «milliyyətçi oldu» və seçimləri qazanmaq istəyən mərhum Alparslan Türkeşlə yaxınlaşdı. Daha sonra Turqut Özalın himayəsinə girdi. Süleyman Dəmirəl belə yavaş-yavaş güc mərkəzi halına gələn Güləndən istifadə etdi. Tansu Çillərdən Bülent Ecevitə, Məsud Yılmazdan Rəcəb Tayyib Ərdoğana qədər hər siyasətçi arxasında zombiləşmiş, Gülənin bir sözünü iki etməyən kütlənin səsini almaq üçün yarışdı. Ancaq bir sual meydana çıxır? Kim kimdən istifadə etdi? Gülən türk siyasətinin divlərindən istifadə etdi, yoxsa onlar ibtidai təhsilli vaiz-molladan?..

Gülənin bu gün Türkiyədə gəldiyi mövqeyə baxarsaq, bu siyasi oyunlarının əsas qalibinin molla Fətullah olduğunu görməmək mümkün deyil. Hər seçkidə qələbə çalmasına şübhə edilməyənə verdiyi dəstəklə kiçik bir məscidin mollası böyük bir imperiya qurdu. Dünənə qədər məscid pencərəsində yatan Gülən bu siyasi əlaqələr vasitəsi ilə böyük media imperatorluğu, dünyanın 95 ölkəsində məktəblər və şirkətlər yaratdılar. Dünənə qədər kirayə pulunu belə verə bilməyən molla Fətullah bu gün 25 milyard dollar kimi fantastik bir rəqəmli paranı yönləndirir.

Gülən bu mövqeyə bir iləmi gəldi? Xeyr! Gülənin və arxasındakı qüvvələrin bu gün sahib olduqları güc 40 illik fəaliyyətin nəticəsidir. Türkiyənin dünyəvi quruluşundan narahat olanların, Türkiyənin heç bir zaman fağır bir dövlət olmayacağını, bir gün güclənərək, öz əmrini başqa dövlətlərə diqtə dəcəyindlən qorxan güclər Güləni yetişdirdilər. Bu gün Avropa Birliyinin nümayəndəsi Laqendak aylardan bəri iddianaməsiz olaraq, zindanda saxlanılan insanlarla bağlı «Ergenekonun dibini qazımaq lazımdır» deyə, bəyanatlar verir və Gülənə bağlı media cəmiyyəti bu yönə istiqamətləndirirsə, bu bir günün işi deyil, ta 40 ildən bəri hazırlanan «Fətullah Gülən Şəbəkəsi» proyektinin pik nöqtəsindən xəbər verir. İzmirdə vaizlik edən ərzurumlu mollanı «Troya atı» kimi dindar çevrənin içinə salan güclər daha sonra onun üçün mədrəsələr, litseylər açdırdılar.

Bu mədrəsələrin, bu litseylərin görünən qeyri-leqal sahibi və ideya müəllifi Gülən idi. Həmin məktəblər Atatürk büstləri qoyulub, sinif otaqlarını Atatürk portretləri bəzəyirdi. Hər sahə üzrə kadr yetişditrilməyə başlanıldı. Bütün strateji postlarda çalışacaq kadrlar axtarıldı və onlar üzərində iş aparıldı. Molla Fətullahın «əsgər kazarması» adını verdiyi «İşıq evləri»ndə yetişən bu gənclər müxtəlif yollarla dövlətin bütün orqanlarına yerləşdirildi və yerləşdirilməkdə də davam edir. Gülən siyasi hakimiyyətlərlə etdiyi bazarlıqlarda bu kadrdara önəm verilib, önə çəkilmələrini istədi və «Gülənin cocuqları» siyasi iqtidarların seçici problemindən yararlanaraq, mühüm postları ələ keçirdilər. İş o yerə çatdı ki, əvvəlki seçkilərdə siyasi iqtidarlardan mandat və bürokrat yeri alan Gülən sonucda iqtidar ortağı oldu. Nəticə? Bu gün Atatürkün rəsmi altında oxuyan və Gülənin «vali, deputat, məmur, polis rəisi olacaq» dediyi gənclər bu gün Atatürk islahatlarını tarixdən silmək üçün çalışırlar.

Qarşısında tək bir əngəl gördü: Türk Ordusu! Əsgərlikdə olarkən, komandirinə yaltaqlanmaq üçün etdiyi çıxışdan sonra yıxılaraq, üç qabırğasının qırıldığını «Küçük dünyam» adlı kitabında anladan Gülənin ulduzu Türk Ordusu ilə heç vaxt barışmadı. Arada orduya yaltaqlanmaq istəsə də, siyasi iqtidarlardan fərqli olaraq, Türkiyənin mənfəətlərini düşünən və seçki kimi bir dərdi olmayan türk generalları hər zaman Gülənə şübhə ilə baxdılar. Gülənin Atatürkə sevgi ilə baxmadığını, gözdən pərdə asmaq üçün bunu etdiyini vurğuladılar. Əslində, generalların bu şübhəsi doğru çıxdı. Gülənin 35 illik dostu çıxıb onun Atatürk haqqında dediklərini ortaya qoydu və bəlli oldu ki, Gülən özündə güc taparan qədər hər kəsdən və hər şeydən istifadə etməyə maraqlıdır.

Bu gün Ərdoğan belə hakimiyyətinin gizli ortağı Gülənin əlindən zinhara gəlib. Molla Fətullahın tövsiyyələri və Avropa Birliyinin tələbləri ilə Türkiyə dövlətinin bel sütunu olan Türk Ordusuna qarşı səlib yürüşünə çıxan Ərdoğan belə etdiyi səhvin fərqindədir. Fəqət arxasındakı körpüləri yandırdığı üçün yalnız qabağa (oxu: tarana) getmək məcburiyyətində qalıb.

Bəzilərinin fikrincə, Gülən xilafəti bərpa etmək istəyir. Doğru, ansaq yarımçıq fikirdir. Gülənə müstəqil, üç qitəyə hökm edən xilafət yaratmağa kim icazə verər? Heç kim! Söhbət müstəqil və dünyəvi Türkiyə dövlətinin sütunlarının dağıdılmasından, Türkiyənin milli varlığının yox olmasından gedir. Gülən camaatına ayrılan rol isə bu işi məharətlə həyata keçirmək və bütün vasitələrdən istifadə edərək, Atatürk islahatlarını aradan qaldırmaqdır. Hədəf Avropadan asılı bir Türkiyə qurmaqdır. Qərbin nəyinə gərəkdir, Türkiyənin rəhbəri kim olacaq və ya dinçi olacaq, yoxsa dünyəvi. Hədəf Atatürk ideyalarından və islahatlarından məhrum bir Türkiyə yaratmaqdır.

Bu gün Türkiyədə əsl hədəfi Avropadan asılı olan Türkiyə qurmaq olan Gülən camaatının orduya qarşı kinini, nifrətini öyrənmək üçün “Star”, “Zaman”, “Tərəf”, “Vakit” və “Yeni Şafak”ı vərəqləmək kifayətdir.

Eləcə də, “Samanyolu”, “ATV”, “24 SAAT”, “Mehtap”, “Kanal 7” kimi telekanallar vasitəsi ilə Türkiyənin dövlət ənənələrinə qarşı savaş açılıb. Bir vaxtlar ağız dolusu Atatürkdən danışanlar bu gün ermənilərin və digər türk düşmənlərinin at oynatdığı «Tərəf»dən tərəf olub, Türk Ordusuna və Atatürkə qarşı kirləmə kampaniyanısını müdafiə edirlər. Çünki bu çirkli kampaniyanı həyata keçirənlər də, buna maliyyə dəstəyi verənlər də fətullahçılardan başqası deyil.

Cəmiyyəti xaosa sürükləyən, qarşıdurma yaradaraq, öz məqsədlərinə nail olmaq istəyənlər əslində bu gün Atatürkə qarşı nifrətlərini bəyan edir, Türk Ordusuna qarşı ən şərəfsiz siyasəti aparırlar. Heç şübhəsiz, Gülənin Türkiyəyə dönüşünü təmin edə bilməyən AKP iqtidarına da qarşı ayrı oyun izləyirlər. AKP-nin əli ilə dünyəviliyə qarşı savaş açanlar «gəminin su buraxdığını» görüb, «günah keçisi» olaraq, Ərdoğanı irəli sürürlər. Halbuki bu yollarda Ərdoğanla bərabər yürüyüb, Türkiyəni xaosa ürükləyənlərdən biri Abdullah Gül, digəri isə Fətullah Gülən idi… İndi isə hər iki şəxs yaxasını kənara çəkirlər. Halbuki prosses Fətullah Gülənin adamlarının təkidi ilə Abdullah Gülün cümhurbaşqanı olması ilə başladı.

Eyni hal Azərbaycanda da davam edir. Azərbaycanda da bəzi məmurlarımıza təzyiq etmək, cəmiyyəti yönləndirmək üçün Ulu Öndərimizə olan sevgidən sui-istifadə edirlər. Türkiyədə dünyəvilik düşmənləri yetişdirən məktəblərinin divarlarından Atatürkün şəkillərini asanlar, Azərbaycanda da ulu öndər Heydər Əliyevə olan sevgidən istifadə edirlər. Gözdən pərdə asmaq üçün Heydər Əliyevlə bağlı xüsusi buraxılışlar, təqvimlər buraxan fətullahçılar burada da Türkiyədəki siyasəti yürüdürlər. 1991-ci ildə Azərbaycana gələn və Ayaz Mütəllibovdan Əbülfəz Elçibəyə qədər o dönəmin siyasiləri ilə isti münasibət quran fətullahçılar bu gün Heydər Əliyevdən istifadə edirlər. Artıq Türkiyədəki kimi burada da media, təhsil və iş dünyasında öz yerlərini tutmaq üzrədirlər. “Çağ Öyrətim” litseyləri, ildə əlli min abuturiyentin hazırlandığı “Araz” kursları, dövlət orqanları üçün kadr yetişdirdiyi gizlədilməyən “Qafqaz” Universiteti, «Samanyolu»nun Azərbaycan versiyası adlandırılan “Xəzər” TV, “Xəzər” radiosu, “Zaman-Azərbaycan”, “Burc FM” kimi artıq birbaşa nəzarət etdikləri təhsil və media qrupları hər keçən gün Azərbaycanda Fətullah Gülənin ayaq səslərinin bir az da aydın gəlməsinin müjdəçiləridir.

Ancaq onlar bu gün hələlik Azərbaycanda təşkilatlanma ərəfəsində olduqlarından, dövlətin bütün orqanlarına hakim olmadıqlarından, hər kəs onları məzlum, fağır, «başına vur, çörəyini əlindən al» cinsindən adamlar hesab edir. Bunların əsl üzü təşkilatlanma işini bitirib, dövləti ələ keçirəndən sonra üzə çıxır. Türkiyədə olduğu kimi…

Bunlar yeri gəlir, hamıdan böyük milliyyətçi kimi özlərini göstərir, ən böyük dünyəvilik tərəfdarını belə şəriətçilikdə suçlayacaq qədər ultra-dünyəvi ola bilir və bu minvalla hər kəsin gözündə pərdə asa bilirlər. Ta o vaxta qədər ki, Türkiyədəki kimi güclənsinlər, dövlətin bütün qurumlarına təsir etmə mexanizmini öz əllərinə keçirsinlər.

Ondan sonra isə Türkiyədə olduğu kimi Azərbaycanda da hakimiyyətə öz şərtlərini diktə etməyə çalışacaqlar. Bu prossesi tamamladıqdan Azərbaycanla da şərtlə danışıb, istəklərinə nail olmadıqda, aranı qatmaqla, ölkədə xaos yaratmaqla iqtidara təzyiq edəcəklər. Necə ki, Gülən «xaos olmasa, düzən olmaz» deyir…

Əslində, fətullahçılrın iç üzü 2003-cü ildə Azərbaycana aydın olmalı idi. Mərhum Heydər Əliyevin qabağında ikiqat vəziyyətdə dayanan fətullahçılar Respublika sarayındakı canlı yayının göstərmədiyi məqamları xarici informasiya agentliklərinə sataraq, milyonlar qazanmışdı. O zaman bəzi şaiyələrin dolaşdığı ölkəmizdə Gülən tərəfdarları da durumu dəyərləndirir, hakimiyyətə birbaşa arxa çevirməyin riskli olduğunu düşünüb, eyni zamanda bəzi şirkətləri vasitəsi ilə müxalifətə də yardım edirlərdi. Seçkinin nəticəsi bəlli olduqdan sonra isə yenidən iqtidara yaltaqlanmağa başladılar.

Bu səbəbdən də, sürüşkən mövqeli olub, Türk Dünyasının düşmənlərinin maraqlarına xidmət edən, onların istəyi ilə hər oyuna gedən Gülən tərəfdarlarına meydan vermək, onların fəaliyyətinin genişlənməsinə yardımçı olmaq Azərbaycanın milli maraqlarına ən böyük zərbədir. Nə yazıq ki, bəzi məmurlarımız Azərbaycanın gələcəyini Gülənə bağlı şirkətlərin qəpik-quruşuna satmaqda davam edir. Fətullah Gülənin məktəblərinin nümayəndələrinə hətta diplomat rütbəsi verilməsini belə təşkil edirlər. Niyə? Çünki gözəl məddahlığı bacarır, həm də birilərinin gözünü doyduran paralar verir. Onsuz da daşdan da pul çıxaran məmurlarımız anlamırlar ki, onların Fətullah Gülən tərəfdarlarından aldıqları rüşvətin müqabilində gördükləri iş dövlətçiliyimizə qoyulan minalardır və bir gün bu minalar mütləq partlayacaq… Və bu gün Türkiyədə atatürkçü düşüncəni, Atatürk islahatlarını silərək, Gülənin ideyalarını hakim qılmaq istəyənlərin gələcəkdə güclənəndən sonra Ulu Öndərimizin islahatlarını, onun qurduğu Müstəqil Azərbaycanı ayaqlar altına almayacaqlarına kim qarantiya verə bilər? Kim qarantiya verə bilər ki, Türkiyədə ermənilərin hamisinə çevrilən Fətullah Gülən şəbəkəsi sabah milli maraqlarımıza xəyanət etməyəcək və Azərbaycanın Qafqazdakı mövqeyinin ermənilərin xeyrinə sarsılmasına yardım etməyəcəklər. Türkiyədə bu gün yaşananlar buna dəlil deyilmi?

Allah eşqinə söyləyin, Gülənin Qarabağ mövzusu ilə bağlı konkret olaraq, erməniləri suçladığına dair bir dəliliniz varmı? Əsla da ola bilməz. Ancaq hər an Azərbaycanın yanında olan, İran təyyarələri hava sərhədimizi pozduğu vaxt türk şahinlərini Bakıya göndərən Türk Ordusunun genraliteti, başda Hüseyn Kıvrıkoğlu olmaqla bu gün Gülən mediasının hədəfindədir. Suçları isə vtən sevmək, yad təsirlərə qarşı
mübarizə aparmaqdır. Və dünənə qədər fətullahçı olmadığını deyib, ancaq son günlərdə açıq şəkildə Güləni təbliğ etməklə məşğul olan «Zaman-Azərbaycan»ın da «Ergenekon» adlı bütün suçların üzərinə yıxıldığı xəyali bir təşkilatın bir nömrəli şəxsi olaraq suçladığı, Türkiyədə erməni-PKK-irtica üçlüyünün işlədiyi bütün cinayətlərin sifarişçisi adlandıraraq, həbs etdirilməsini istədikləri şəxs də
Azərbaycanın yaxın dostu Hüseyn Kıvrıkoğlundan başqası deyil… Niyə? Çünki molla Fətullahın iç üzü Kıvrıkoğlunun dönəmində üzə çıxıb. Dəvə qədər kinli olan Gülən (baxmayaraq ki, zombiləşmiş tərəfdarları onun mələk obrazını yaradırlar) Kıvrıkoğlundan xaricdə keçən günlərinin heyfini almaq üçün bu böyük insanın da həbs olunmasını istəyir. Ancaq hələlik prokuror bu əmri həyata keçirməkdə ehtiyat edir. Çünki AKP hökuməti belə bu riskin altına girməyə çəkinirlər… Türk Silahlı
Qüvvələrinin komandanını həbs etdirəcək qədər güclənən Gülən tərəfdarları bu səbəbdən də “Asala”nın, PKK-nın və “Hizbullah”ın bütün cinayətlərini də Türk Silahlı Qüvvələrinin üzərinə çıxaraq, Atatürk islahatlarının vəfalı keşikçilərinin nüfuzunu sarsıtmaq istəyir.

Bütün bunlardan Azərbaycanın çıxaracağı dərs olduqca böyükdür. Yetər ki, prossesləri düzgün oxuyub, Gülən tərəfdarlarının qəpik-quruşuna vətənimizi satmalayalım… Azərbaycanın gələcəyi naminə dünyəvilik düşməni olan, Azərbaycançılıq ideyalarını öz fikirləri ilə əvəz etmək istəyən fətullahçılara meydan verməyəlim… Yetər ki, Azərbaycanı Bakıda Heydər Əliyevi tərifləyən, ancaq Türkiyə mediasında ermənilərin xeyrinə təbliğat apararaq, erməniləri “milləti-sıddıka” (sədaqətli millət) adlandıranlardan qoruyaq. Bunu bizdən Azərbaycanın dövlət maraqları tələb edir…

Aqil ƏLƏSGƏR,
"Azərbaycan xəbərləri"

NURÇULUQ NƏDİR? TARİXİ VƏ BİLMƏDİKLƏRİNİZ…


NURCULUĞUN TARİXİ İNKİŞAFI:

Nurçuluq hərəkətinin qurucusu olan Səidi Nursi 1873-cü ildə Bitlis Elinin Hizan Mahalının Nurs Kəndində dünyaya gəlmişdir.

Əvvəllər Səid-i Kürdi olaraq tanınan və bu ünvanı istifadə edən, soyad qanunu çıxdıqdan sonra doğulduğu kəndə izafədən Nursi soyadını alan Səidi Nursi elmi karieri olmayan bir kimsədir. Necə ki Nur risalələrindən Tizyak adlı risalənin 68-ci səhifəsində risalələrini özünün yazmadığını, bunları köməkçilərinin (Nur Şakirtlerinin) yazdığı bildirilməkdədir.

Hökumətin elanından sonra Bitlisdə şeyxlik fəaliyyətlərinə başlamış, sonra İstanbula gələrək siyasi fəaliyyətlərə qatılmış, İttihad-ı Muhammed-i Cəmiyyətinin qurucularındandır.

31 Mart hadisəsindən əvvəl Dərviş Vəhdəti ilə əlaqə yaratmış, o tarixdə çıxan Volkan Qəzetindəki yazıları ilə 31 Mart Hadisələrini qızışdırmış, yenə o tarixlərdə qurulmuş olan “Kürd Teali Cəmiyyətinə” girmişdir. 1912-ci ildə yazdığı bir kitabında “Oyan ey Səlahəddin Əyyubinin nəvələri Kürdlər” deyərək kürdləri Türklərə qarşı təhrik etməyə səy göstərmişdir. Məktubat adlı risaləsində isə “Özünün Türk olmadığını, Türklük ilə münasibətinin olmadığını, Türkiyədə Kürd milləti deyə ayrı bir millətin olduğunu” irəli sürmüşdür.

İstiqlal Döyüşü əsnasında, Ankaranın xəlifəni qurtaracağı inancıyla Ankaraya gəlmiş, ancaq dünyəvi bir dövlət nizamının qurulması və Respublika elanı üzərinə Ankaranı tərk edərək Vana getmişdir. 1925-ci ildəki Şeyx Səid üsyanından sonra İspartada Barlada daha sonra Kastamonu, Tiryək və Əmirdağda məcburi məskənə təbii tutulmuşdur. Tiryək, Dənizli və Əskişəhir Həbsxanalarında məhkum olaraq yatmışdır.

Səidi Nursi 23 Mart 1960 tarixində Urfada vəfat etmişdir. Ancaq yetişdirdiyi tələbələri (Nur Şagirdləri) onun fəlsəfəsini günümüzə qədər gətiriblər.

Nurçuluq, bir təriqət fəaliyyəti olaraq qarşımıza çıxmasına baxmayaraq, Nurçular bu hərəkətin bir təriqət olmadığını, Qurani Kərimin 20-ci əsrdə təfsiri üzərinə qurulmuş bir məktəb olduğunu və sayı 130-a çatan Nur risalələrinin də Qurani Kərimin təfsirini əhatə etdiyini ifadə etməkdədirlər.

İlk dəfə 1955-1957 illərində Qurani Kərimin və Nur risalələrinin yazılışı səbəbiylə ortaya çıxan nurçular arasındakı qruplaşma, Səidi Nursinin ölümündən sonra daha aşkar bir hal almışdır.

Birinci qrup “Qurana küfr yazısı ilə xidmət olmaz” parolu ilə ortaya çıxaraq Risaləni Nurların mütləq Ərəbcə ilə və əl yazısı ilə yazılmasını, bunun üçün də bütün Nurçuların Ərəbcə öyrənmələri lazım gəldiyini müdafiə etmişlər. Bu qrupa yazıçı Nurçular deyilmişdir.

İkinci qrup “Oxucu Nurçular” deyə bilinməkdə olub, Latın hərfləri ilə ediləcək işin hədəflərinə çatmada köməkçi olacağını müdafiə etmişlər.

Oxucu və yazıçı qrup arasındakı bu fərqliləşmə 1969-cu ildən sonra oxucu qrup içində iştirak edən Fəthullah Gülən qrupunu ayrı bir qrup olaraq ortaya çıxarmışdır. Bu qrupun xüsusiyyəti şagird seqmentinə istiqamətli fond işlərinə ağırlıq verməsi olmuşdur.

1982-ci ildə edilən Konstitusiya səs verməsi oxucu qrup içində jurnalist və Şuraçı qrup olaraq yeni bölünmələrə gətirib çıxarmışdır.

İndiki vaxtda Yeni Nəsilçilər olaraq bilinən jurnalist qrup, 1992 Konstitusiyasına “yox” deyilməsini, Şuraçı qrup isə “hə” deyilməsini müdafiə etmişlər.

İndiki vaxtda Nurçular, “Jurnalistlər, Şuraçılar, Fəthullah Gülənçilər, Yazıçılar” olaraq fəaliyyət göstərməkdədirlər. Ancaq Yazıçılar qrupunun fəaliyyəti azalmışdır.

Nurçuluğun Laiq (dünyəvi) Respublikaya və Atatürkə qarşı bir hərəkət olduğunu görə bilmək üçün Nur Risalələrinə baxmaq lazımdır. Barla Məktubları səhifə: 53. Atatürkü nəzərdə tutaraq “Tək gözlü Dəccal, ya iman et, ya bütün Dünyanın məsxərəsi olacaqsan.” deyilmişdir. Bu xüsus Mətin Tokerin “Sağda və Solda Vuruşanlar” adlı kitabın 96 ncı səhifəsində vardır.

Fətullah Gülən haqqında İddianamə“Sönməz” adlı risalədə (Səhifə: 21-22), Atatürk nəzərdə tutularaq “Ayasofya Məscidini büdxanaya, məşihad məqamını (meşihat makamı) qızlar liseyinə çevirən bu adamı sevməmənin bir günah olması imkanı varmı?” deyilmişdir.

“Məktubat” adlı risalədə (Səhifə: 401) “Türkiyə quruluşu etibarilə dindən uzaq qalmış və dinə qarşıdır. Dünyəvilik ilə dinsizlik arasında heç bir fərq yoxdur. Xristianlıq dünyəvi əsaslara sahib olmadığı üçün, din ilə dünya əsaslarını bir-birindən ayırar. İslahat xristianlıqda mümkündür. Türk inqilabları dai xristian islahatlarının təqlidindən ibarətdir. Çünki İslamiyyət heç bir islahata ehtiyac göstərməyəcək qədər mükəmməldir” deyilmişdir.

“Tiryək” (Tiryak) risaləsində (Səhifə: 65), “Türkiyənin siyasi rejimi Nur səadətini söndürməyə çalışmaqdadır. Kəmalistlər səviyyəsiz, anarxist kəslərdir” deyilmişdir.

“Məsnəvi-i Nuriyyə” (“Mesnevi-i Nuriye”) risaləsində (Səhifə: 80-82), “İslam aləmində ediləcək inqilablar, İslami əsaslara uyğun olmaq məcburiyyətindədir. Əks təqdirdə qeyri qanunidir, bu baxımdan Məclis eyni zamanda xilafət funksiyası yerinə yetirməlidir” deyilmişdir.

“Möcüzə-i Quraniyyə” (“Mucize-i Kur’aniye”) adlı risalədə (Səhifə: 191-192), “Müsəlmanlara Quran xaricində bir Konstitusiya lazım deyil, 1347-ci ildə fəlsəfənin təhəkkümü ilə bu dindar millətə əhəmiyyətli təhəyyüşlər düçar edilmişdir və Konstitusiyada dövlət dininin İslam olduğu yolundakı hökm qalxmışdır. Bu vəziyyətdə gerçək qanuni əsas tətbiq edilmədiyi kimi, Quran da ifadə edilən Şər-i inqilabda reallaşdırma etdirilməmişdir. Halbuki Quran, Respublika Konstitusiyası kimi bir neçə adamın iradəsi deyil, ilahi bir iradənin nəticəsidir.” deyilməkdədir.

“Münazarad” risaləsində (Səhifə: 90-100), “İslam Dövləti üçün tək milliyyət İslam milliyyətidir. İslam dövləti sonunda bütün dünyanı hakimiyyəti altına alacaq və İslam edəcək.” deyilmişdir.

“Məktubat” risaləsində (Səhifə: 403), “İslam dinində inqilab etmək, şəriət əleyhdarlığı olduğu üçün, İslamiyyət dairəsinə zidd, inqilablar da İslamiyyətə zidddir.” deyilməkdədir.

“Xanımlar Rəhbəri” risaləsində (Səhifə: 57) “Çox qadın ilə evlənmək İslami olduğu kimi Taaddüdü Zevcat təbiətə, ağla və hikmətə muafiqdir.” deyilməkdədir.

 NUR TƏLƏBƏLƏRİ (ŞAGİRDLƏRİ) VƏ VƏZİFƏLƏRİ:

Nurçular, özlərinə Nur tələbələri adını verməkdə və Hizbul Quran olduqlarını irəli sürməkdədirlər. Nur Şagirdlərinin Nurçuluğa girə bilmələri üçün o məhəllədəki ən böyük nurçuya qarşı bəzi təəhhüdlərdə olmaları lazımdır. Bu təəhhüdlər Nurçuluğa və Nurçuların böyüklərinə sədaqət, Nurçuların sirlərini açıqlamamaq, məqsədləri üçün müşavirələrdə olmaq, nurun reallaşması üçün fəaliyyətlərdə olmaq kimi şeylərdir. Nurçuların olduqları yerlərdə Nurçuluq ilə əlaqədar hadisələri nur böyüklərinə bildirmələri də məcburudur.

Nur tələbələrinin digər bir vəzifələri də nur risalələrini çoxaldıb paylamaqdır. Səidi Nursi Əsayi Musa adlı risaləsində nur risalələrini yazıb paylamağı laqeydlik edənlərə giley etməkdədir. Nurçuluğun xüsusilə ordu mənsubları arasında yayılmasına əhəmiyyət verilməkdir.

Səidi Nursi risalələrin nəşr olunması üçün dini duyğuları da istismar etməkdədir. Sönməz adlı risalənin 3. səhifəsində bu sətirlər var. “Axirət qardaşlarıma mühüm bir xəbərdarlıq iki maddədir. Birincisi risalə-i nura intisab edən şəxsin ən əhəmiyyətli vəzifəsi onu yazmaq, yazdırmaq və intişarına kömək etməkdir. Onu yazan və yazdıran “Risalə-i Nur Tələbəsi” adı alar və o ad altında hər 24 saatda mənim dilimlə bəlkə yüz dəfə, bəzən daha çox xeyir-dualarımda mənəvi qazanclarımda, şərik olmaqla birlikdə, mənim kimi dua edən qiymətli minlərlə qardaşım və risalə-i nur tələbələrinin dualarına və qazanclarına da şərik olarlar.

İkincisi, Risalə-i Nurun amansız və imansız cinni və inni düşmənləri onun polad kimi, mətin qalalarına və almaz qılınc kimi qüvvətli höccətlərinə müdaxilə edə bilmədiklərindən çox gizli sənədlər və yarımmüdafiəçi vasitələri ilə məhdud olmadan yazanların şövqlərini qırmaq, fikir və yazıdan imtina etdirmək cəhətində, şeytan tərəfindən hücum edib zərbə vurarlar.

Səidi Nursi, nur tələbəliyini buraxmanın günah olduğunu, nur tələbələrinə sataşanların vətən və millət xaini olduqlarını elan edərək, ayrıca təhdidlər sovuraraq gizli bir təşkilatın taktikasına müraciət etməkdədir.

Nur tələbələrinin subay qalanları izlənilməkdə, şübhəsiz evlənməsi lazımsa bir nurçu ilə evlənməsi əmr edilməkdədir.

Yenə nur risalələrindən Tiryak adlı risalənin 33-cü səhifəsində “Ölüm edam deyil təbdili məkandır. Qəbir zülmətli quyu ağzı deyil, mənəviyyatlı aləmlərin qapısıdır. Dünya isə bütün caşası ilə birgə axirətə nəzərən bir zindan hökmündədir.”

Tərcümə edən: Cavid Behruz,
"Azərbaycan xəbərləri"
Mənbə:  T.C. ANKARA DEVLET GÜVENLİK MAHKEMESİ CUMHURİYET BAŞSAVCILIĞI / 31 Ağustos 2000





7 Mart 2014 Cuma

SAAKAŞVİLİ PUTİNİN İŞĞAL PLANLARINI AÇIQLADI


"Krımda əsas amil qaz ehtiyatlarıdır"

Rusiya prezidenti Vladimir Putinin Krımı işğal etmək planının arxasında qaz amili dayanır və onun planlarına hələ bir çox əraziləri də ələ keçirmək daxildir. Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili İrlandiyanın paytaxtı Dublində "Avropa xalq partiyası"nın konqresində videobağlantı zamanı deyib.

"Rusiya prezidenti Putin bir sıra çağırışlar edib. Əgər Ukrayna onlara qulaq assa, demokratik ölkə olsa, o zaman Rusiya vətəndaşları da niyə eyni şeylərə malik olmadıqlarını soruşacaqlar. Digər bir məsələ isə, Krımda zəngin qaz ehtiyatları var. Amerika şirkətlərinin sayəsində növbəti 3 il ərzində Ukrayna növbəti qaz ixracatçısına çevriləcəkdi və Rusiya qazını almağı dayandıracaqdı, bu isə o deməkdir ki, Qazprom Avropada ən böyük qaz alıcısını itirəcəkdi. Əminəm ki, əsas amil budur. Putinin Cənubi Osetiyanı, Abxaziyanı, Krımı, daha sonra Ukraynanın digər ərazilərini və cənubunu, sonra isə Moldovada Dnestryanı bölgəsini işğal etmək və Rusiyaya birləşdirmək planları var", - Saakaşvili belə deyib.

Saakaşvili həmçinin bildirib ki, Vladimir Putin Qərbi ciddiyə almır və dünya ictimaiyyətinin diqqətinin Ukraynadan hansısa digər böhrana yönələcəyinə ümid edir. "Putin sanksiyaların tətbiq edilə biləcəyinə inanmır. O, artıq Qərbi ciddiyə almır. O, ümid edir ki, başqa bir böhran yaranana kimi burada Qərbdə müzakirələr aparılacaq və ondan sonra hamı Ukrayna barədə unudacaq. Gürcüstanla da belə olmuşdu" 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları Rusiyanın Ukrayna mövqeyinə cavab olaraq, bu ölkənin bir sıra dövlət məmurlarına və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq etmək qərarını açıqlayıb. ABŞ həmçinin bəzi Krım dövlət məmurlarına qarşı da viza sanksiyaları tətbiq edəcək.

Mənbə:
Associated Press

6 Mart 2014 Perşembe

"Azərbaycanda tarixi saxtalaşdırmaqda maraqlı olan yüksək çinli məmurlar hər zaman olub"


Azərbaycanda antropologiya ilə məşğul olan hər kəs müəmmalı şəkildə ölüb. O, tarixi canlandırdı, etnoqrafiya və antropologiyanın sirlərindən danışdı. Bakıda başının quruluşu ilə çox erməninin olduğunu dilə gətirdi. Hətta buna görə narahatdır da, terror ola biləcəyini istisna etmir. Onunla Şah İsmayıldan danışacaqdıq, amma Türk tarixinin sirlərini, yaşamış kimi olduq.

Etatist.com BDU-nun “Arxeologiya ve etnoqrafiya” kafedrasının dosenti Kərəm Məmmədovun müsahibəsini təqdim edib:

“Əgər sən bütün qonşular üçün yaxşı görünürsənsə, deməli səndə bir anormallıq var”


- Son dövrlərdə və bundan əvvəl olduğu kimi Şah İsmayılla bağlı bir anti-təbliğat aparılır. SOCAR-ın nəzarətində olan Türkiyənin bir kanalında Şah İsmayılın əleyhinə olan bir veriliş yayımlanmışdı. Yəni bizim kanalımızda bizə qarşı anti-təbliğat qururlar. Ümumiyyətlə Şah İsmayıla niyə hücum edilir və bunun mahiyətində bizim bilmədiyimiz nə var? Bəlkə Azərbaycanın dövlətçilik, yəni fövqəl dövlətçilik tarixi ondan başladığından qaynaqlanır bütün bunlar?

- Mən təşəkkür edirəm ki, vaxt ayırıb belə bir müsahibə təşkil etmisiniz. Bizim söhbət mənə 90-cı illərdəki hadisəni xatırlatdı. Qarabağla bağlı problem çıxanda, bir dekan müavini var idi, deyirdi ki, “Qarabağ bizimdir! Qarabağ bizimdir!”. Bir dedi, iki dedi, sonra məlum oldu ki, sən demə onun soyadı erməni soyadı imiş. Bizimkilərdən biri də qalxıb ona sual verdi ki, “sən elə “bizimdi”, “bizimdi” deyirsən, bizimdi deyəndə kimi nəzərdə tutursan?”.  İndi bu bizimdi sözünün mahiyyətinə açıqlıq gətirmək lazımdır. Yadda saxlamaq lazımdır ki, əgər sən bütün qonşular üçün yaxşı görünürsənsə, deməli səndə bir anormallıq var. Biri var sənin təbii qonşuların, biri var sənə qonşu edilən xalqlar.

“İsmayılı sevmək üçün, Azərbaycan türkü olmaq lazımdır”

Azərbaycan Respublikasına “Azərbaycan” deməyə dilim gəlmir, ona görə Azərbaycan Respublikası deyirəm. Azərbaycan Respublikası  tarixi Azərbaycan torpaqlarının 15 faizini əhatə edən siyasi bir qurumdur. Bax, bu 15 faizlik Azərbaycanın ətrafına baxsaq, bizə qonşu edilən və təbii qonşu olan xalqlar var. Adını çəkdiyiniz Şah İsmayılın dövründə, deyilsəydi ki, rus bizimlə qonşudur, Şah İsmayıl heyrətlənərdi. Necə ki, Nadir heyrətlənmişti (söhbət Səvəfilər dövlətinin hökmdarından gedir – red.). Deyəndə ki, ruslar gəlib bizdən torpaq alıb, demişdi “yaxşı əfqanı tanıyıram, osmanlını tanıyıram, bəs rus kimdi?”. Yəni rus faktiki olaraq bu gün bizə qonşu edilib. Özünün qonşu edilməsi cəhənnəm, qərblə də dəmir pərdə çəkib. Erməni ömür boyu bizə qonşu olmayıb, bizə qonşu edilib. Gürcülərlə bizim tarixi qonşuluğumuz, əlaqəmiz olub. Farslar xeyli əvvəl gəlib, amma onlar da faktiki bizə qonşu edilib. Bu gün məlum olub ki, onlar Volqa boyundan köçürülüb gələn xalqdır. Niyə bizim tarixi şəxsiyətlərə belə münasibət yaranır? Birinci növbədə həmin o ideyanımı, Şah İsmayılımı, digər tarixi şəxsiyətimizimi aşağılamaq istəyən adamların milli mənsubiyətindən çox, onların cibinə kimin nəsə qoyduğunu öyrənmək lazımdır. Şah İsmayılı kim sevməyə bilər? Birinci növbədə Qızılbaş olmayan, ikinci növbədə Türk olmayan. Niyə? Çünki Şah İsmayıl dövründə, yəni əgər Sac oğlu Yusiflə başlandısa İslamla Türkün qovuşması prosesi, artıq İsmayılın dövründə zirvə nöqtəsində idi. Bu gün İslamın düşməni élan edirlər İsmayılı, bu nə dərəcədə düzgündür? – İslam elə dindi ki, hamı özünü müsəlman sayır, amma qurdalasan cibindən araq düşəcək. Gəlin xristiyan dinini deyək, görün xristianlıqda neçə dəfə qopmalar olub? – Provoslavlıq, Katoliklik, Protestantdıq, hələ qədim dövrdən Babtistik-filan. Bizdə də belə bölünmə var, hamı da özünə deyir müsəlman.
Birinci növbədə Şah İsmayılı sevməyənin başının kimin “qoltuğu altında” olduğunu axtarmaq lazımdır. Təbii ki, əgər başı Türkiyənin, radikal sünniçilik qanadlarının “qoltuğundadısa” təbii ki, o İsmayılı sevməyəcək. Necə ki, Osmanlı dövründə Türkü sevmirdilər Osmanlı sarayında. Digər tərəfdən Sələfilik cərəyanına mənsub adamdırsa yenə də, Şah İsmayılı sevməyəcək. Yaxud şimal qonşularımız təbii ki, sevməyəcək. İsmayılı sevmək üçün, Azərbaycan türkü olmaq lazımdır.

“Vaxt var idi, biz ayağımızın altında başqalarını tapdalamamaq üçün bığlarımızı qırxırdıq. İndi qaşlarımızı qırxırıq ki, görək başımızın üstündəki kimdir”

- Şah İsmayılın Azərbaycan üçün mahiyyəti nədir? Tarix kitablarında görmədiyimiz daha dərin bir mahiyyəti varmı? 
- Əslində hansısa şəxsiyyəti həddindən artıq şişirdib, hansınısa kiçiltmək daltoniklik əlamətidir. Çox təəsüf ki, bizim millətdə bu var. Sadəcə bir misal deyim; biz göyərtiyə, yəni yaşıl şeyə göy deyirik. Rusun “zelen” dediyi şeyə biz yaşıl deyirik. Niyə belədi? Bu pis əlamət deyil, əgər fikir versək, işığın sınma bucağıla yaşıl şeyə ən azı iki kilometrdən baxanda o göy görünür. Türk həmişə uzağa baxıb, ayağının altına baxmayıb. Ayağının altına baxmış olsaydı bu qədər tələlərə düşməzdi. Məsələ vaxt var idi, biz ayağımızın altında başqalarını tapdalamamaq üçün bığlarımızı qırxırdıq. İndi qaşlarımızı qırxırıq ki, görək başımızın üstündəki kimdir. Ağa axtarırıq. Halbuki, vaxtı ilə Azərbaycan türkünün buna ehtiyacı yox idi. İndi bizim Türkiyəli tarixçilərlə Səlcuq mirası, böyük Səlcuqlar haqqında mübahisəmiz düşür. Səlcuqluların varisi bizik. Bəzən bizim Səfəvi hökmdarlarına “bunlar İran hökmdarlarıdır” deyirlər – xüsusən də Abbasa (söhbət Səfəvi hökmdarı Şah Abbasdan gedir red.) Sual verirəm ki, “niyə sən bunu İran hökmdarı sayırsan?”. Deyir “Görmürsən İsfahanı paytaxt eləmişdi?!”. Amma adam bilmir ki, İsfahan Böyük Səlcuq İmperatorluğun paytaxtı olub. İsfahanda indi də farslar 10-12 faiz təşkil edir. Əgər bu Alp Arslanın (söhbət Səlcuqlu imperatorluğunun hökmdarından gedir – red.) paytaxtı olubsa, niyə İsfahanı fars şəhəri saymalıyam? Alp Arslannı ki, fars eləyə bilmərik. Eləcə də İsmayıl.

“Deyir Nadir o qədər zülmkar idi ki. Hətta rəiyyəti də orduya çağırırdı. Bu cümləni yazan adamın mən məntiqinə şübhə eləyirəm ki, normal adamdır”

Şah İsmayılın sarayında və sonrakı hökmdarların zamanında fars dili işlənməyib. Şah Abbas sarayında farsca danışan adamı saxlamayıb. Pis halda edam etdirib, yaxşı halda qovub sarayından. Mən buna necə deyim bu İran hökmdarıdır. Böyük hərflərlə yazılır ki, “Azərbaycan Səfəvi dövlətini, İran dövlətinə çevirib”. İran dövləti 1925-ci ildə yaranıb. 1925-ə qədər, bu ölkənin İran adı olmayıb. 1796-dan 1925-ə qədər buranın adı “Məmləkəti Məhluci Qacar”, yəni, “Qacarlar tərəfindən idarə olunan və Tanrı tərəfindən himayə edilən dövlət” olub. Hanı burda İran? Ondan əvvəl “Maliki Əfşar” yəni “Əfşarların tərəfindən idarə edilən dövlət”. Hardadı burda İran sözü? Nadir Şah özü fars dilində bilmədiyi halda götürüb yazırlar “İranın Şahı”. Nadiri nədə qınayırıq? Deyir Nadir o qədər zülmkar idi ki. Hətta rəiyyəti də orduya çağırırdı. Bu cümləni yazan adamın mən məntiqinə şübhə eləyirəm ki, normal adamdır. Hansı Şah rəiyyətin əlinə silah verir, əgər o zülmkardırsa? Demək ki, bu adam öz ədalətinə inanırdı. Əgər onları qul kimi görsəydi onların əlinə silah verməzdi. Məsələn qədim Romada qulların əlinə qətiyyən silah verilmirdi. Çünki üsyan edərdilər. Əgər Şah Abbas bu qədər farspərəst olubsa onda niyə bir çox nağıllarımızın başlığı “Şah Abbas Cənnət məkan” sözü ilə başlayır?

“Bu gün, bütün o türk olmayan dövlətlərin bayraqlarındakı aypara türklərdən gəlir”

Hər millətin siyasiləşməsində hansısa bir idealogiya rol oynayır. Bu bizdə də belə olub. Təbii ki, bu idealogiya müəyyən mənada dini baxışlarla bağlıdır. Baxın, biz hansı dinlərdən keçib gəlmişik. Bizdə tək Allahlıq olub. Bu da təbii ki, genetik yaddaşdan tək Tanrıçılıqdan gəlir. Fikir verin, biz xristianlığın hansı cərəyanını götürürük – monofizitliliyi. Yəni tək Allahı qəbul edən formasını. Sonradan ermənilər bu iddianı bizdən oğurladılar. Türk yalnız buna inanırdı. Maraqlı bir sujet var ki, Attila Qafqazdan keçəndə indiki Doğu Anadolu arasında qabağına haylar (ermənilər özlərinə hay deyir – red.) çıxır. Görürlərki Attilanın yanında xaç var, bizim o səkkiz guşəli xaçdan, elə bilirlər ki, bunlardandı. Attilaya incil verirlər. Attila bunu oxuyandan sonra deyir ki, “gözəl əsərdir. ancaq bir çatışmamazlığı var”. Soruşurlar “nədi”? Deyir “bu İsa dediyiniz adamı yazın ki, bu Tenqri Xanın oğludur”. Onda biz hamımız bu dini qəbul edərik. Ondan sonra da İslam möhkəmləndi və islama qarşı olan türklər birdən-birə İslamın əsas dayağına çevrildilər. Bu gün, bütün o türk olmayan dövlətlərin bayraqlarındakı aypara türklərdən gəlir. Bunu mən demirəm, bunu Bartold deyir. Belə bir məqaləsi var – “Ayparanın islam dininin simvoluna çevrilməsi haqqında”. Yəni, türklər müsəlman olmadığı dövrdə ayparanı bura gətirmişdilər və sonradan bu aypara İslamın simvoluna çevrildi. İstər xaç yürüşləri də daxil olmaqla bütün zamanlarda aypara islamın əsas simvolu kimi bayraqlarda yer alırdı. İsmayılın da bayrağının üstündə aypara var idi.
İndi filmlər də saxtalaşdırılır. Osmanlının bayrağında aypara göstərilir, amma bu belə deyil. Osmanlının bayrağı Əməvi, Abbasi xilafəti dövründə olan ağ-qara bayraqlar olub. Aypara, yaşıl rəng bu bizim bayraqdır – Azərbaycan türklərinin bayrağıdır. Səlcuqlar da ayparanın altında “İnna Fətəhnə” – biz fəth edəcəyik yazardılar. Təriqətçilər İsmayıl haqqında, çox şey deyə bilərlər. Amma belə bir söz var, “qızılı udsa da qara torpaqlar yenə öz qiymətini saxlar”. Bu nəsil ne edirsə etsin, bir 5 nəsil sonra yenə də bunları tapıb çıxaracaqlar. Dediyim kimi, bizim o genetik kodlarımız ki var, gəldik İslamı qəbul etdik, İslamı qəbul etsək də Türk inancını saxladıq və ondan sonra Sufilik yaratdıq. Sufilikdən süzüldü Hürufilik yarandı. Hürufilikdən süzüldü Qızılbaşlıq yarandı. Bu dövlət qızılbaşlıq fundamentində yaranıb.

- Türkiyənin prezidentinin gerbində 16 Türk imperiyasını göstərən ulduzlar var. Şah İsmayılın qurduğu dövləti o imperiyalardan saymırlar?

- Nəinki, Şah İsmayılı, nə Qaraqoyunlu, nə Ağqoyunlu deyilən Türk dövlətləri orda öz əksini tapmır.

- Qaraqoyunlu və Ağqoyunlu dövlətləri daha feodal tipli dövlət deyil? 

- O necə feodal dövlətdir ki, bir ucu Malatyada idi, bir ucu Amu-Dərya çayına çatırdı. Yenə Türkiyəli tarixçilərlə mübahisə edəndə deyirdilər, “Ağqoyunlu bəyliyi”. Deyirdim “ay bədbəxt insan bəyliyin ərazisi Malatyadan Amu-Dəryaya, Dərbəndən Kəngər körfəzinə qədər uzanmaz. Bəylik bilirsiz nədir? – Bəlli kiçik bir ərazi. Gəncə ətrafı kimi. Bu boyda bəylik olar? Bilirsiniz bu aşağılamadır. Burdan avtomatik bir sual yaranır – Necə olur ki, bu bəylik sənin qos-qoca Osmanlına Malatya döyüşündə diz çökdürdü? Ya sən qəbul etməlisən ki, sən pis gündə olan bir bəyliyə uduzmusan, ya da bunun bir imperiya olduğunu qəbul et. Bəyliyin ərazisinə rus çarı İvanın elçiləri gələrdi? Bəyliyin ərazisinə Qızıl Orda Xanından elçi gələrdi? Bəyliyin ərazisinə Venetsiyadan elçilər gələrdi? Axı niyə aşağlıyırsan mənim tariximi? Bizim Borçalıda gözəl deyim var, deyir “söymə nökər atama, söyərəm bəy atana”. Dərindən araşdıraq görək Türk geni kimdə çoxdur. 82 faiz bizdədir, 3 faiz Türkiyədə. Görək kimdir Türk? O, 3 faizi açsan ya ələvi çıxacaq ya azəri dediyi Türk toplumu çıxacaq.

- Bu dediyiniz faizləri necə araşdırmaq olur?

- Qapradılama deyilən sistem var antrapalogiyanın şah damarıdır.

“Daima burda hansısa sistem olub”

- Hər Türk dövlətinin bir-biri ilə əlaqəsi var. Məsələn Şah İsmayılın 1501-də qurduğu dövlət Teymurilər dövlətinin yıxılmasından dərhal sonra qurulur. Yaxud Səlcuqlu imperiyası Ərtuğrul Qazini bəylik olaraq indiki Anadolu ərazisini təyin edir və orda yenə bir dövlət qurulur…

- Burda bir fikir bildirmək istiyirəm: Kim kimin varisidi baxın. Türkün yayılma ərazilərinə baxaq: Anadolu, Orta Şərq, yəni bizim bugünkü torpaqlar, Azərbaycan və Mərkəzi Asiya. Daima burda hansısa sistem olub, Mərkəzi Asiyada Qaraxanlı dövləti, Azərbaycanda Səlcuqlu dövləti. Anadolu hələ Bizansın əlində idi, qalan hissəsi isə Azərbaycan dövlətinin tərkibində idi. Yəni Səlcuqlular tərəfindən idarə edilən, sonrakı mərhələdə böyük Səlcuqlu imperatorluğu böyük bir günəş kimi doğur, Qaraxanlıdan Malzagirtə qədər gəlir. Yəni indiki Türkiyənin mərkəzinə qədər. Yuxarıda yenə Dərbənd, aşağıda Kəngər körfəzi. Böyük Səlcuqlu imperatorluğu parçalanır, müxtəlif atabəyliklər yaranır. Yenə Azərbaycanda. İraq Səlcuqlu dövləti, faktiki indiki Azərbaycan Atabəyləri tərəfindən idarə olunub. Qoşun da, qoşun başçısı da, sultan da təbii ki, Səlcuqlu Atabəyləri idi. Rum Səlcuqlu tanı dediyimiz, bunlar qopmadı. Özü də separatizm nəticəsində qopub. Separatizm niyə baş verdi? – Süleyman Qutamış dediyimiz adam, hansı ki, Alp Arslanın əmisi idi, öz qardaşı oğluna qarşı qiyam qaldırdı, separatizm o cür yarandı. Sonra həmən Alp Arslan Süleyman Qutamışı həbs etdirdi. Mənbədə yazdırdı ki, “ömrünü qoyunun arxasında keçirtdi”. Yəni, get çobanlığını et. Sən dövlət qura bilməzsən. Anadolu Səlcuqluluları dediyimiz, Süleyman Qutamışın törəmələridir. Amma Azərbaycanda yaranan dövlət gör kimin törəməsidir?!

“Orta əsr Azərbaycan mənbələrində bir dənə də olsun Osmanlı sözünü tapa bilməzsiniz”

Sonrakı mərhələyə baxaq. Moğol istilasından sonra, böyük Türk dövlətləri yarananda Hindistan ərazisini yaddan çıxarırıq. İndi Hindistan dediyimiz ərazi 4-cü yüz ildən başlayaraq Türk ərazisidir. Əvvəlcə Ağhunlar, ondan sonra ayrı-ayrı xırda əmirliklər və Qəznəvilər Türk dövləti. Dehli sultanlığı, yəni birdən-birə Türkün yaşama arialı, Sibirdən Məmlüklərin simasında Misirə gedib çıxıb. Bəs sonra talehi nə oldu? – Səfəvi sülaləsi sanki Səlcuqlu sülaləsinin davamçısı kimi meydana çıxdı. İstər ərazi baxımından, istər varislik baxımından. Orta əsr Azərbaycan mənbələrində bir dənə də olsun Osmanlı sözünü tapa bilməzsiniz. “Rum diyarı”, “rum cocuqları”, “rumlular” deyilir ora, Türk deyilmir. “Türk” deyəndə biz nəzərdə tutuluruq. Ora “rumlu” deyilirdi. Bəlkə həqiqətən də belə idi. Niyə? – Çünki Türkiyənin millətçi təbəqəsində indi də “rumlu” sözü işlənir, “rum çocuqları” deyilir, Osmanlını indi də, xortlatmaq istəyənlər var. Sualım onlaradır; Osmanlını dirçəltməklə nəyə nail olmaq istəyirsiniz? – Osmanlı normal dövlət olsaydı yıxılmazdı. Atatürk də yeni dövlət qurmazdı. Atatürk Türkiyəni hansı əsaslarla qurdu? Milliyətçi əsaslarla. İsmayılı pisləyən “ağıllılar” nəzərdən qaçırıdırlar ki, Osmanlı olmasa idi bu gün doğu Anadolu Türkcə danışardı, Güneydoğu Anadolu Türkcə danışardı, İraq tamamilə Türkcə danışardı, Misir Türkcə danışardı. Niyə? – Çünki tarixdə ilk dəfə, adını rəsmi olaraq Türkiyə qoymuş dövlət Misir Məmlük sultanlığıdır. Biz onlara ” Misir Məmlük” sultanlığı deyirdik, onlar öz mənbələrində “Dövlət əl Türkiyə” yazırlar. Yəni Türk dövləti. Saray və əhali tamamilə Türkcə danışırdı. Osmanlı gəldi işğal etdi, nəticəsi nə oldu?
Yaxşı dedikləri kimi, Səfəvi dindən qışqarı idi, rafiz idi, qızılbaş idi hər nə idisə bütün dinlərdən qışqarı idi. Bəs “Misir Məmlük” sultanları ki, tamamilə sünni idilər. Nəyin ki, sünni idilər, üstəlik Monqol işğalı zamanı peyğəmbərin müqəddəs əmanətlərini Bağdatdan aparıb qoruyub saxlayan bunlar idi. Deməli sənin dərdin İslam deyil, Türklük deyil sənin dərdin başqadır. Dərdi də bəllidir.

“İstənilən sünnidən soruşmaq istəyirəm ki…”

Çox gözəl dediniz ki Teymuri dövləti çökərkən Səfəvilər mərkəzi Asiyada boşluq olmasına şərait yaratmadı. Ağır bir vəziyyətdə olduğu halda Babura da kömək etdi.
Hindistanda yenidən Dehli sultanlığının varisi kimi Baburlar meydana çıxdı. Hətta orta əsr minyaturu var ki, Babur İsmayılın əlini öpür. Biz bunları niyə demirik? Babur da ağıllı yoldaş idi, Osmanlıdan topları Alana qədər “Əliyən vəliyullah” deyirdi. Osmanlıdan topları aldıqdan sonra “Əliyən vəliyullah”-ı çıxartdı. Bu hərəkəti ilə bu iki Türk dövlətini lağa qoydu ki, bunun nə fərqi var? İstənilən sünnidən soruşmaq istəyirəm ki, “Əlinin peyğəmbərin varisi, əmisi oğlu olduğunu qəbul etməyən sünni varmı?”.

- Tez-tez iddia edirlər ki, Şah İsmayıl Fransa hökmdarı ilə, Qərblə əlaqə qurub…

- Fransaya kapitulyasiya verən, Fransızları Şərqə dadandıran Osmanlıdır. Niyə bunu görməyib, başqalarında qüsur axtarırlar? Sultan Səlim bütün Avropa ilə sülh müqaviləsi bağlayıb, əvvəlcə Səfəvilərin, sonra da Misir Məmlük sultanlığının üstünə yürüdü. Niyə bunu demirlər? Hələ çox gülməli bir şey iddia edirlər ki, Osmanlı dini dövlət deyildi, Səfəvilər dini dövlət idi. Osmanlı tamamilə teokratik dövlət idi, sultan həm də xəlifə idi. Hansı Səfəvi Şahı özünü xəlifə elan etib?

- Kərəm bəy siz Azərbaycanda antrapologiya ilə məşğul olan yeganə şəxssiniz…

- Bəli. Bu işlə məşğul olanların heç biri öz əcəli ilə ölməyib. Kimisi qəzaya salınıb, kimisi dəli olub.
- Öz əcəli ilə ölməyən antrapoloqlar kimlər idi?
- Yarkov nə vaxt ki, Sibir Türkləri ilə maraqlanırdı yaşıyırdı, elə ki onun “Gəncə Türkləri” əsəri çıxdı, üç ay çəkmədi şübhəli şəkildə öldü. Anserava nə qədər ki, ləzgiləri araşdırırdı, ona heç bir şey etmədilər. Ancaq “Naxçıvan Türkləri” əsəri çıxan kimi öldü. İkinci dünya müharibəsindən sonra Debeti gətirmişdilər ki, Qafqazda araşdırma aparsın. Bizdən də Muğamlinski iştirak edirdi. Az qala bütün briqadanı məhv eləmişdilər, Debet zorla qaçdı.

“Rəsmi tarixçilər deyirlər ki, Türklər bura gəlmədi, antropotolqlar deyir ki elə deyil”

- Bunun səbəbi nədir? 

- Bilirsiniz antrapologiya ilə indiyə qədər yazılmış rəsmi tarix arasında uçurum var. O uçurum nədən ibarətdi? – Rəsmi tarixçilər deyirlər ki, Türklər bura gəlmədi, antropotolqlar deyir ki elə deyil. Antrapologiya sümük əsasında işləyir və o sümük materialları içində də, etnik kimliyi bildirən ən gözəl vasitə kəllə quruluşudur. Qəribəsi burasındadır ki, mezolit dövründən başlayaraq, erkən orta əsr dövrünə qədər əksəriyyət uzun başlıdır – Tərəkəmə başı deyək. Ensiz sifət, uzun baş. Yaxşı, erməni burda qədimdirsə niyə onun baş formasına burda rast gəlinmir? Gürcü burda qədimdirsə niyə onların baş formasına burda rast gəlinmir? Bununla bağlı Gürcüstanın dövlət xadimi olan  İvana Cavaxaşvili gözəl bir şəkildə etiraf edir ki, “Əgər antropologiyaya müraciət etsək məlum olur ki, ermənilər və gürcülər bura sonradan gəlmədir”.

“Biri dedi ki, “Bizim kafamız böyle deyil”. Dedim “onu get nənəndən soruş” oğul ataya oxşayar”

Bir dəfə İstanbulda, konfransda mən çıxış edəndə biri yerdən dedi ki, “Bizim kafamız böyle deyil”. Dedim “onu get nənəndən soruş” oğul ataya oxşayar. Bilirsiniz antropologiya ilə nəyi məhv etmək olur? – Bizim Sibirdən gəlmək məsələmizi. Qəribəlik burasındadır ki, Neolitdən başlayan axından sonra, Azərbaycan ərazisindən çıxır, bir qol Xəzərin cənubu ilə hərəkət edir, bir qol isə Xəzərin şimalı ilə hərəkət edir və ordan keçir Sibir ərazisinə.

“Əgər türklər köçəridilərsə, niyə gürcü dilində, erməni dilində, slavyan dillərində əkinçilik alətlərinin hamısı türkçədir?”

Sonra Sibirdən dolx-kefal kəllə quruluşlu  insanlar tapılır. İnsanlar təəcüblənirlər, amma burda qeyri-adi heçnə yoxdur. Buzlar əridikcə insanlar günəşin ardınca gedirlər. Adamlar getdilər Sibirə, çinlilər bunların arasında nifaq toxumu səpdi, Hun İmperatorluğu yarandı, sonra həmin qardaşlar qayıtdılar geri. Burda təəccüblü nə var ki? Onların böyük bir qismi burda qaldı. Eradan əvvəl 19-cu əsrə aid olan Parsopol yazılarında bunların adları keçir. Niyə məhz elə bura qayıtdılar? Deməli vaxtı ilə burdan getmişdilər ki, bura da qayıtdılar. Geri qayıdanda da, burda öz doğmalarını gördülər. Burda yad adam yox idi. Əkinçiliklə maldarlıq kompleksi bizdə paralel gedib. Biz ancaq maldar olmamışıq. Çünki maldar olan xalq “Aranda tutdan, dağda quruddan” kimi atalar sözü yarada bilməzdi. Əgər türklər köçəridilərsə, niyə gürcü dilində, erməni dilində, slavyan dillərində əkinçilik alətlərinin hamısı türkçədi? Məsələn biz televizoru götürmüşük, yəni bizim ixtira deyil, ona görədə biz ona televizor deyirik. İndi buda əgər kənd təsərrüfatı alətinin adını mənim dilimdə deyirsə deməli o məndən götürülüb. Gürcülər lap gözəl etiraf edirlər. Ağır kotana “qaraqutani” deyirlər, yəni “qara kotan”. Dalına bir dənə “i” tulladı vəssalam. Türkə həmişə yaylaq lazımdır. Adi bir misal gətirim; bizim kəndimiz balaca bir kənddir. Hər yay yaylağa çıxmaq üçün 42 kilometr yol gedirlər, düz Ermənistanın sərhədlərinə. İndi fikirləşin ki, əgər balaca bir kənd 42 kilometr yol gedirsə 1 milyonluq Hun ordusu nə qədər yol getməlidir ki, ona yaylaq çatsın?

- Yəqin ki, antropoloq olaraq şəhərdə gəzəndə türk olmayanları görürsüz? Məsələn, faiz ilə götürsək nə qədər erməni var?

- Mən hər gün metroda o asteroid irqindən olan 3-4 nəfər görməyin üstündə bir gün infarkt keçirəcəm. Dövlətimiz sağ olsun sui-qəsd kimi şeylərdən məni qoruyur, amma infarktdan qoruya bilməyəcək. Baxırsan ki, istər çənə quruluşundan, istər burun quruluşundan, istər kəllə quruluşundan adam təmiz haydı. Amma yaxınlaşıb pasportuna baxsan ya Təranə olacaq, ya da onun kimi bir şey. Hər stansiyada 2-3 dənəsini görürəm. Bəzən ehtiyat edirəm, çantasına baxıb eləyirəm.
Bir də insanın özünü dərk etməsi var. Məsələn, Türkiyə bunun ən gözəl nümunəsidir. Adamın bəlkə də əcdadı türk deyil. Osmanlı cocuğudur. Arnavutlu ola bilər, serb ola bilər. İndi adam özünü türk kimi qəbul edibsə, burda artıq xarici görünüş rol oynamır. Amma Qafqazda bu rol oynayır.

- Ümumiyyətlə antropologiya mənəvi psixolojiyə təsir edir?

- Biz fiziki antropologiyadan danışdıq. Antropologiyanın növləri var. Dini antropologiya, sosial antropologiya, siyasi antropologiya, iqtisadi antropologiya və s. Bunların hamısı artıq 3 ildir ki, Bakı Dövlət Universitetində açılmış antropologiya bölümündə tədris olunur. Biz ora 15 uşaqdan çox götürmürük.

- Bəs buna nə ehtiyac yaratdı?

- Dünya buna doğru gedir. Məsələn Gürcüstanda və Ermənistanda belə bir fakultə yoxdur. Yəqin mütəxəssisləri yoxdur.

“Əgər şahzadə qeyri türk qızından doğulardısa…”

- Bəs bu bölgədə etnik konfliktlərin kökündə nə dayanır? 

- Məsələn; Gürcüstan Rusiyanın tərkibində olub sonradan SSRİ-in tərkibinə qatıldı. Onların tarixlərini saxtalaşdırıblar və türkü qatı düşmən kimi göstəriblər. Amma indi artıq özləri də həqiqəti görürlər. Gürcülərin ən nifrət etdiyi Səfəvi hökmdarı Şah Abbasdır. Oturduq söhbət etdik adamlarla. Dedim, deyirsiniz ki, Abbas qanımızı içib. Axı Abbas sizə nə edib? Osmanlı kimi məcburi dininizi dəyişdirməyib ki? – Yox. Kilsənizi qoruyub? – Hə. Özünüzü qoruyub? Duruxur. Deyirəm sübut edin. Osmanlı sizi qırmasın deyə adam sizi Fereydana, indiki İran İslam Respublikasının mərkəzinin, ən gözəl yerlərinə köçürdü ki, Osmanlının ayağının altında qalıb qırılmayasınız. Özüdə Şah Abbasın həyat yoldaşlarından iki sevimli cariyəsi gürcü qızı olub. Şah İsmayıldan sonrakı törəmələrin qanında gürcü qanı var. Ancaq Səfəvinin bir üstün cəhəti var idi: Əgər şahzadə qeyri türk qızından doğulardısa, ona anasının südünü verməyə qoymurdular. Hökmən ona bir türk qızı tapardılar ki, süd versin. Ərdəbildə saz yox idi, necə oldu ki, İsmayıl saz məclisləri qurmağı öryəndi? Çünki, ona süd verən qadın Borçalıdan idi. İsmayılın öz anası xristiyan idi. Bizim Dəspinə xatun dediyimiz Teodoradan Aləmşah bəyim oldu. Hansı ki, əsl adı Marta idi. İsmayılı dünyaya gətirəndən sonra, İsmayıla onun südünü verməyə qoymadılar. İsmayılın da beşiyinin üstündə həmişə saz çalırdılar, İsmayıl da onu götürdü. Ona görə həmişə döyüşdən əvvəl 7 aşıq cəngi-avaz çalardı, ondan sonra ordu gedərdi. İndi biz himn axtarırıq. Himn cəngi, ondan gözəl himn var?

- Kərəm bəy siyasilərin antropologiyasına diqqət yetirmisiz? 

- Mən onların antropologiyasından çox, danışdıqları sözlərə fikir verirəm ki, kimə qulluq edirlər? Başıma çox qəribə bir hadisə gəlmişdi. Keçmiş illərdə “Azərbaycan Türk hökmdarları” deyə təqvim buraxdıq. Orda da bir xəritə vermişdik Malatyadan Amu-Dəryaya qədər, Dərbənddən Kəngər körfəzinə qədər. Bununla əlaqədar demişdilər ki, bunlar kimdirsə İrana işləyir. Sonra baxmışdılar ki, İraqın bir hissəsi də burdadır və Kəngər körfəzi yazılıb, Fars körfəzi yazılmayıb. Ondan sonra dedilər yəqin Türkiyəyə işləyir, gördülər ki, Malatyadı, Ərzincandı, Qarsdı, Ərdahandı bu dövlətin içində olub. Böyük bir sual işarəsi yarandı, bu adam hara işləyir? Həmən yoldaşa xatırlatdım ki, bəlkə mən Azərbaycana işləyirəm, bu ağlına gəlməyib? – Dedi yox. Belə olmaz, hökmən Azərbaycan ziyalısının başı hansısa dövlətin qoltuğunda olmalıdır ki, burdan pis iyi duysun?

“Ağladığım yeganə yer Dərbənd olub”

- Mətbuatda Borçalı ilə bağlı oxuyuruq ki, toponimlər dəyişdirilir və s. Gerçəkdən, belə proseslər gedir Gürcüstanda?
- O proses bu aralar dayanıb. Mənim dərdim təkcə Borçalı dərdi deyil. Mən Borçalıdan ayrılanda o qədər qüssəm olmur, amma, tərk edərkən ağladığım yeganə yer Dərbənd olub. Mən kişinin ağlamağını sevmirəm, xoşlamıram, amma Dərbənddən çıxanda istər istəməz adam ürəkdən bir ağrı hiss edir. Gözümdən iki damcı düşdü. Orda mənə dedilər “sən Əfqanıstan veteranısan, ağlayırsan?” dedim “nə olsun ürək daşdan deyil ki”.

- Yəqin ki, Murad Acının Dərbəndlə bağlı yazdıqlarını oxumusunuz. Müqəddəs Georgi yəni bizim Xızır peyğəmbərin orada dəfn edildiyini yazır. Bu barədə fikirləriniz maraqlı olar.

 - Yox əslində o qəbr Beyləqandadır.

- Azərbaycan ərazisində olan qədim dövlətlərin Türklüyə bağlılığını necə izah edirsiniz?

- Bizim mənsub olduğumuz birbaşa Oğuz elidir, indiyə kimi buna Kaspian irqi deyirdilər. Buna qarşı üç il mübarizə apardım və nəhayət bugünkü terminologiyaya “Oğuz eli” sözü gəldi. Bu irqin ən bariz nümunəsi Quti Çarının heykəlidir. Bununla bağlı Türkmənistanda çıxan məqaləm var idi. Qəribə olan budur ki, onun görünüşü Türkmən görünüşüdür. O, məqalədə Türkmənlərə bizim eyni irqdən olmağımızla bağlı toxunmuşdum. Türkmənlərlə azərbaycanlı türklərin tipi eynidir. Eyni tipə aidik amma bu tipin vətəni Qobustandır, onlar da bununla razılaşmışdı. Bu həqiqətdir o kəllə quruluşunu dəyişmək mümkün deyil. İndi ermənilər hansı fırıldağa əl atıblar? – Hara qranit yataqları ilə zəngindirsə orda başda yastılaşma getdiyini iddia edirlər. Yaxşı bu adam gedib başını qranitə diriyib ki, başı yastılansın? Sonra bir ara da iddia etdilər ki, beşik insanın başını yastılaşdırır. Türklərdə “yəhərlik” sümüyü deyilən sümük var onu yastılaşdırmaq mümkün deyil.

- Makiavellinin bir fikir var idi, “öz xalqını tanımayan hömkdar ola bilməz”. Azərbaycanda öz xalqını həqiqətən tanıyan, onun gerçəklərini yazan nə qədər araşdırmaçı var?

- Çox təəssüf ki, etnoqrafiya deyəndə “inək belə sağılır”, “camış belə qaşınır” kimi başa düşürlər. Bu yanlışdır həm də kökündən yanlışdır. Çünki, etnoqrafiya üç bölümdən ibarətdir. Birinci bölüm: Etnik tarix və etnogenizm; ikinci bölüm: Maddi mədəniyyət; üçüncü bölüm: Mənəvi mədəniyyət. Bizdə mənəvi mədəniyyəti bir az dəyişib folklor ediblər, maddi mədəniyyəti şişirdiblər. “İtə belə yal verilir”, “inəyi belə sağırlar”, “qoyunu belə qırxırlar” bu etnoqrafia deyil axı. Etnoqrafiyanın “a” hərfi etnik tarix və etnogenizmdir. İndi Azərbaycandan çap edilən kitablara baxın – qalın-qalın “Azərbaycan etnoqrafiyası”. Fikir vermisiz o kitablara? Etnogenizm haqqında cəmi altı səhifədir. Halbu ki, bu kitabı yazan birinci etnogenizmi bilməlidir. Buna görə tarixi günahlandırırlar ki, tarix edəcək bunu. Bəlkə də rus dövründə, Sovet dövründə qəsdən belə ediblər. Mənəvi mədəniyyət hissəsini folkorçuların üzərinə yükləyirlər ki, gedin aşıq yaradıcılığını, bayatıları araşdırın. Özləri keçib maddi mədəniyyətə. Maddi mədəniyyət tarixin ayrıca bölməsidir, mənim buna ehdiyacım yoxdur. Etnoqrafiya böyük elmdir, bunu puç etmək olmaz. Bir ABŞ senetoru demişdi ki, hardasa hökmranlıq etmək üçün min əsgərin yerinə bir etnoqraf yetişdir.

“Mən bayrağımı əsgərimin qaldırmasını istəyirəm “manıs”ın yox”

- Yəni bütün bunlar formalaşdırılmayıb?

- Hal-hazırda Azərbaycanda yaxşı dialektologiya lüğəti yoxdur. Çox yaxşı etnik dialektologiya lüğəti hazırlamaq olar. Dünən çox qəribə bir halla rastlaşdım. Borçalıya bitişik olan Qazaxda Xıdırnəbi bayramı yoxdur, amma Zəngibasarda, Naxçıvanda Xıdırnəbi bayramı var. Şamaxıda Xıdırzində dağı var, bu nə iləsə bağlıdır. Hansı etnosla bağlıdır ki, bu yerlərin müxtəlif bölgələrinə ötürüb? Hansı gürcü qurucu David haqqında ağzını açıb pis söz deyə bilər? Baxmayaraq ki, həmin adam abxazdır, gürcü deyil. Amma biz Şah İsmayılı məsxərəyə qoyuruq.  Müqəddəs dəyərləri olmayan bir millət indiki dünyada varlığını davam etdirə bilməz. Müqəddəs dəyəri yarım gün çıxıb televiziyada oxuyan, ona “balet” edən millətdən millət ola bilməz, generalı ilə yox, aktyoru ilə fəxr edən millət millət ola bilməz. Mən bayrağımı əsgərimin qaldırmasını istəyirəm “manıs”ın yox. Mənim bayrağımı “manıs” qaldıracaqsa mən ona nə deyim?.

“Hər il 20 yanvarda Dərbənd məscidində, Şah Abbas məscidində ehsan verilir”

Biz Azərbaycan ifadəsini düz işlətmirik. Azərbaycan Respublikası, Azərbaycan demək deyil. Biz formalaşmamışıq. Azərbaycan Respublikası, Azərbaycanın bir parçasıdır. Azərbaycan başlayır Hələbdən, Laskiyadan, Kərkükdən, Qəndahardan, Xorasandan, Təbrizdən, Urmudan. Azərbaycan Respublikasının bir məscidini deyin ki, 20 yanvarda ehsan versin. Amma hər il 20 yanvarda Dərbənd məscidində, Şah Abbas məscidində ehsan verilir. Azərbaycan oradır nə yapışmışıq bu Respublikadan? Milli mədəni dəyərlərim harda yaşıyırsa Azərbaycan oradır. Son vaxtlarda Avropaya tərəf getdikcə bizim qonaqpərvərlik də ölür. Əvvəl kəndə adam girəndə onu evə qonaq aparmaq üçün kənddə dava düşərdi, indi adam kəndin ortasında sürünsün bir adam ona su da təklif etməyəcək. Baxın indicə sizin yanınıza gələndə də gecikdim. Üç əsgər dayanıb, yanlarında da metro kartları yox idi. Qırx adam dayanıb, biri də demir ki gəlin keçin. Onlar əsgərdir sizi qoruyur, sən onu gözünün üstündə saxlamalısan o boynunu bükməməlidir. Millət onda millət olur. Amma dizindən iki qarış yuxarı geyinmiş müğənni görəndə təzim edirik.

- Bütün bunları dəyişmək üçün nə lazımdır? 

- Özümüzdən başlamağımız lazımdır. Özümüzlə sözümüz nə vaxt ki üst-üstə düşəcək o zaman millət olacağıq. Özümüz ayrı, sözümüz başqa olanda, dözümümüz də qalmayacaq. Bu millət dözümlü olub ki, özü ilə sözü bir olub.

“Mən dünyaya məzhəblə yox, Türk olaraq doğuldum”

- Hər toplumun müqəddəs saydığı, torpağından çıxmış, istinad etdiyi bir şəxsiyyət var. Sizcə biz kimə istinad etməliyik, kimi örnək almalıyıq? 

- Bizdə o sistem dəyişməyib. Türkün törəsi bizdə daha çox saxlanılıb. Bizdə hökmdar seçmə qurultayı da olub, Ərzincan qurultayında İsmayılı Şah elan etdilər. Muğam qurultayı olub birincisində Nadir Şah seçildi, ikincisində Şah Qacar. Bizdə o sistem olub. Hər bəylərbəyliyinin bir mahalı var idi, mahallar daha alt qola, onlar da kəndlərə bölünürdü. Hər bölgədən bir nəfər nümayəndə yığılırdı hardasa, o da eləyirdi iki min iki yüz adam, və açıq səsvermə ilə hökmdar seçilirdi. Bundan böyük demokratiya var mı? Seçildikdən sonra Lamada çıxardı sözünü deyərdi, xeyir duasını verərdi. Bu baxımdan niyə mən Nadirə Şah deməyim? – Yeganə adamdır ki, sünni-şiə söhbətini yığışdırıb. İsmayıla niyə deməyim ki, “Şah babamdır”? – Mən özüm də sünni sayılıram, amma bu adam mənim hökmdarımdır. Mən dünyaya məzhəblə yox, Türk olaraq doğuldum. Məzhəb sonradan olan seçimdi və Allaha gedən yolda mənə məzhəb lazım deyil. Mən özüm Tanrımı tanıyaram və yeganə din İslam dinidir ki, Tanrı ilə bəndə arasında vasitəçi olmur. Bizim Tanrı ilə münasibətimiz vasitəsiz, şeyxsiz, mollasız, axundsuz olur. Səməd Vurğun deyir “Mənası var mı təriqətin? Aç qapını sən həqiqətin. Nə olar bir işıq ver bizə, bizim kor yaranmış gözlərimizə”. 21-ci əsrdə məzhəbçilik etmək ayıbdır, başqaları göyə peyk çıxardır, amma İsmayılın nəvələri məzhəbçilik edir.

02.07.2013

4 Mart 2014 Salı

TÜRKİYƏ HƏRBİ TƏYYARƏLƏRİ RUSİYANIN TƏYYARƏSİNİ QOVDU


Rusiya Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi bu gün Qara dəniz üzərində Türkiyə hava məkanına çox yaxınlaşaraq ölkənin hava sərhədləri boyu paralel uçuş həyata keçirməyə cəhd göstərib. APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı insident barədə rəsmi məlumat yayıb.

Baş Qərargahın açıqlamasında bildirilir ki, bu gün Rusiya Federasiyasına aid “İl-20” kəşfiyyat təyyarəsi Qara dəniz üzərindəki beynəlxalq hava məkanında Türkiyə hava məkanı ilə paralel uçuş həyata keçirilib. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd “F-16” qırıcı-bombardmançı təyyarəsi dərhal havaya qaldırılıb. Türkiyə hərbi təyyarələrinin xəbərdarlığından sonra sərhəd pozucusu uzaqlaşıb.


UKRAYNADA DÖYÜŞ OLARSA, TÜRKİYƏ NƏ EDƏCƏK ?


Rusiyanın hərbi qüvvə salaraq idarəetməni tamamilə ələ keçirdiyi Krımda gedən son proseslər Ankaranı da hərəkət etməyə təşviq edib.

ANS PRESS-in xəbərinə görə, Rusiyanın əsgərlərini Krımdan çıxarması üçün Ukraynaya 12 saat müddət verildiyi deyilən əsnada Çankaya köşkündə "Ukrayna-Krım Zirvəsi" keçirilib.

Türkiyə prezidenti Abdullah Gülün dəvəti ilə xarici işlər naziri Əhməd Davudoğlu və xarici işlər müşaviri Feridun Sinirlioğlunun iştirakıyla reallaşan toplantı təxminən 1 saat 45 dəqiqə davam edib. 

Görüşdə Davudoğlu həftə sonunda Kiyevdəki yeni rəhbərliklə, Krım tatarları və Yanukoviç tərəfdarları ilə reallaşdırdığı telefon danışıqları haqqında ətraflı məlumat verib.

Davudoğlu Türkiyənin rəsmi mövqeyinin Ukraynanın ərazi bütövlüyünün qorunmasının tərəfində olduğunu vurğulayıb. Görüşdə, həmçinin Krımda döyüş baş verəcəyi halda bunun Türkiyəyə və Qaradəniz sahili ölkərinə nə dərəcədə təsir edəcəyi müzakirə olunub. 

Avropanın Berlin Divarının yıxılmasından bəri ən ciddi böhranla qarşı-qarşıya olduğunun qiymətləndirildiyi görüşdə Ukraynanın bölünəcəyi halda bunun bölgədəki geniş bir coğrafiyaya mənfi təsir edəcəyi qeyd edilib.

Sonda Davudoğlu Rusiya tərəfi ilə də görüşmək üçün rus həmkarı Sergey Lavrovla görüşmək fikrini prezident Gülə çatdırıb.

Mənbə :
ANS PRESS