© SAYT HAQQINDA / Siz saytımı vərəqlədikcə, Azərbaycandan və Azərbaycanın ürəyi sayılan Qarabağdan bəhs edən xəbərləri, yazıları, videoları izləyəcək və qurucunun tərcümeyi-halı, yaradıcılığı ilə tanış olacaqsınız. © Adil İrşadoğlu (Əliyev), saytın qurucusu.
Translate
20 Şubat 2017 Pazartesi
16 Şubat 2017 Perşembe
TRAMPDAN ERMƏNİLƏRƏ BÖYÜK ZƏRBƏ
16.02.2017 / 15-00
“907-ci düzəliş” ləğv edilir, Qarabağ... İrəvan təşvişdə...
ABŞ və Rusiyanın Suriya və Ukrayna münaqişələrini müzakirə etmək, həmçinin, bundan sonrakı münasibətlərini ayırd etmək üçün məkan olaraq Bakını seçməsi Azərbaycanın regional və dünya səviyyəsindəki nüfuzunun aydın göstəricisidir. Bu gün ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Dunfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov məhz Bakıda bir araya gəlir.
Bakının nüfuz mərkəzi olaraq beynəlxalq güclərin münasibətlərini ayırd etməsinə ev sahibliyi etməsi Ermənistanda ciddi təşvişə qarşılanıb.
Irshadtv.com publika.az-a istinadən xəbər verir ki, Ermənistanın “lragir” saytı Bakı görüşünün ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ ola biləcəyini yazıb.
Sayt qeyd edir ki, Azərbaycanın İsraillə münasibətləri Bakı-Vaşinqton xəttində mühüm rol oynayır: “ABŞ “907-ci düzəliş”ə görə Azərbaycana silah sata bilmir. Lakin Azərbaycan İsraildən ən müasir silahları əldə edir. Son zamanlar, İsrailin “Dəmir günbəz” sistemlərini Azərbaycana satdığı haqda məlumatlar çoxalıb. Bu sistemin komplektləri ABŞ-da istehsal edilir və hesab etmək olar ki, Amerika bunları Azərbaycana satmamalıdır. Bununla bağlı Amerika erməni milli komitəsi Ağ Evə şikayət edib, lakin heç bir nəticə yoxdur”.
“Lragir” qeyd edir ki, ABŞ-ın İrana qarşı sərt siyasət yürütməsi regionda Azərbaycanın əhəmiyyətini artırıb.
“Artıq belə fikirlər səslənir ki, Tramp Administrasiyası Azərbaycana qarşı olan “907-ci düzəliş”i ləğv etməyi düşünür. Bu, ABŞ-Azərbaycan-İsrail əməkdaşlığının qarşısındakı maneələrin aradan götürülməsi məqsədinə xidmət edir”, - deyə sayt yazıb.
Qeyd edək ki, “907-ci düzəliş” 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yarıdımını qadağan edən düzəlişdir. Bu düzəlişi Konqresdə Obama Administrasiyası dövründə dövlət katibi vəzifəsini tutan Con Kerri kimi erməni lobbisinə bağlı konqresmenlər qəbul etdirib. Nəticədə bu günə qədər ABŞ Azərbaycana birbaşa dövlət yardımı edə bilmir. Bunun əksinə olaraq işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma rejimə Vaşinqton tərəfindən dəfələrlə dövlət yardımı olunub. Bu faktın özü də düzəlişin arxasında məhz erməni lobbisinin dayandığını sübut edir. Ermənistanda və İrəvanın Qarabağda yaratdığı qondarma rejimə ən çox dəstəyin Obama Administrasiyası dövründə olması da diqqətdən yayınmır. Məlumatlara görə, bunun əsas səbəbi Con Kerrinin ABŞ xarici siyasət kursuna rəhbərlik etməsi idi.
İndi ABŞ-da situasiyanın dəyişdiyi haqda söhbətlər gəzir. Yeni prezident Donald Tramp “Amerika maraqları hər şeyin üzərindədir” prinsipini əsas götürür. Bu isə Vaşinqtonun regionda Ermənistanla deyil, məhz Azərbaycanla münasibətləri inkişaf etdirməsini şərtləndirir. ABŞ və Rusiyanın yüksək vəzifəli generallarının görüş üçün Bakını seçməsinin arxasında bu amilin dayandığı da şübhəsizdir.
“Lragir” Azərbaycana qarşı düzəlişin ləğv edilməsi ehtimalının gücləndiyini xüsusi vurğulayır. Çünki Donald Tramp ABŞ-dakı erməni diasporunun və lobbisinin nümayəndələrini qəbul etməkdən imtina edib. Bu günə qədər Amerika erməni milli komitəsi və erməni lobbisində təmsil olunan siyasətçilərin cəhdləri nəticə verməyib.
Son dövrlər Ermənistan mediasında müzakirə edilən bir məsələ də bütün bunların fonunda diqqətdən yayınmır. Belə ki, erməni şərhçilər Trampın qapıları erməni lobbisinin üzünə bağlamasından sonra “ABŞ Ermənistan və Dağlıq Qarabağa (qondarma rejim nəzərdə tutulur – red.) yardımı kəsəcək” fikirlərini irəli sürürlər.
ABŞ-Azərbaycan-İsrail əməkdaşlığının güclənməsi fonunda bunun baş verməsi gözləniləndir.
& VƏTƏNSEVƏRLƏR

ERMƏNİLƏRİN TÜRKLƏRƏ QARŞI SOYQIRIM SİYASƏTİ
Ermənilər tarix boyu dünyayı aldatmaqda ən mahir tayfa kimi qəbul edilə bilər. Onlar kosmopolit siyasəti ustalıqla həyata keçirməyi bacarırlar. Gerçəkləri gizlədərək, yalanlarına inandırmaq qabiliyyəti yalnız bu tayfaya aiddir. Türklərin uğradığı haqsızlıq və ədalətsizliklər ermənilər tərəfindən əksinə təbliğ edilmiş və edilməkdədir. Türklərə və müsəlmanlara qarşı törətdikləri soyqırımı, ermənilərə edilmiş soyqırım adıyla dünyaya tam əksinə təbliğ edə bilmişlər. Xocalı soyqırımından ona görə bəhs edirik ki, ən azından əlimizdə video materiallar mövcuddur, xarici jurnalistlər də bunun canlı şahidləridir və xarici ölkə qaynaqlarında belə materiallar kifayət qədərdir. Halbuki, ermənilər Xocalı soyqırımındakı materialları da 1915-ci ildə onlara qarşı edilən soyqırım kimi nümayiş etdirməkdən çəkinməmişlər. Bu cür propoqanda həyata keçirməkdə ermənilər çox təcrübəlidirlər. Bu ədalətsizlik təkcə Anadolu türklərinə yox, Azərbaycan türklərinə, türk dünyasına qarşı da planlı şəkildə həyata keçirilmişdir və davam etməkdədir...
İZLƏMƏK ÜÇÜN BURAYA DAXİL OLUN : IRSHAD TV |
10 Şubat 2017 Cuma
8 Şubat 2017 Çarşamba
3 Şubat 2017 Cuma
26 Ocak 2017 Perşembe
BÖHRANIN DAHA ÇOX "VURDUĞU" TƏBƏQƏ YOXSULLAR OLUR
26.01.2017 / 12:00
Məcburi köçkün üçün vahid aylıq müavinət onların dolanışığını çətinləşdirəcək.
Mia.az verir ki, bunu iqtisadçı Qubad İbadoğlu yazıb.
Onun sözlərinə görə, böhran və müharibə dövründə belə qərarı verən hökümət onun risklərini də gözaltına almalıdır:
"Hər bir sivil dövlətdə aztəminatlı və həsas qrupların qayğısına qalmaq üçün müxtəlif sosial, kommunal, nəqliyyat, tibbi, təhsil güzəştləri tətbiq edilir. Burda məqsədlərdən biri onların yaşayışını minumum səviyyədə təmin etmək olsa da , digəri də cəmiyyətdə təhlükəsizlk üçün potensial riskləri aradan qaldırmaqdır.
Tarix göstərir ki, yoxsullar və yaşayış təminatı zəif olanlar sabitliyi daha çox pozurlar. Bunu əsas götürən bir çox ölkələrdə xüsusilə də böhran dövrlərində aztəminatlı və həsas qrupların sosial təminatı əlavə dəstək paketləri hesabına daha da gücləndirilir. Çünki, böhranın daha çox "vurduğu" təbəqə yoxsullar olur.
Belə ki, böhran dövründə genişlənən struktur və tsiklik işsizliyinin "qurbanlar"ı daha çox belə qrupların təmsilçiləri olurlar. Azərbaycanda isə əksinə mövcud hakimiyyət hazırkı böhranın "yükü"nü aztəminatlı və həsas qrupların üzərinə qoyur.
Hələ 2017-ci ilin dövlət büdcəsinin parlament müzakirəsi başlamamışdan əvvəl məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı ayrılan vəsaitin onların artan xərclərinin qarşılanmasına yetərli olmayacağına dair narahatlğımı mətbuatda bölüşmüşdüm. Təəssüf ki, bu narahatlığı büdcənin parlament müzakirəsində hətta məcburi köçkün rayonunu təmsil edən Məclis üzvləri belə bölüşüb, mövqe bildirmədilər.
Son zamanlar yaranmış vəziyyətdən çıxış üçün müxtəlif variantlar axtaran hakimiyyət bu günlərdə verdiyi fərmanla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edib.
Əgər bu müavinət yalnız yemək xərcləri üçün nəzərdə tutulardısa onda o ədalətli hesab oluan bilərdi. Çünki, son 2 ildə sürətlə artan xüsusilə ərzaq və dərman perparatlarının qiymətləri məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinətin artırılmasını onsuz da zərurətə çevirmişdi. Lakin, məcburi köçkünlərə veriləcək vahid aylıq müavinət həm yemək xərcini və həm də tarifləri bahalaşan qaz, elektrik enerjisi və digər kommunal xərcləri qarşılamalıdır.
Nəzərə alsaq ki, məcburi köçkünlər bu ilə qədər adambaşına ay ərzində 150 kVt/saat elektrik enercisindən, qış aylarında 45 kub metr, yay aylarında 25 kub metr olmaqla təbii qazdan pulsuz istifadə etmək hüququndan da məhrum ediliblər, onda onlara bütün xərclərini ödəmək üçün ayda 36 manatın ayrılması bu qrupda daxil olan böyük əksərriyyətin dolanışığını daha da pisləşdirəcək.
Bununla yanaşı son Fərmanla Nazirlər Kabinetinin vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti müəyyən edərkən onların sayını azaltmaq üçün məcburi köçkünlərin bir hissəsini bu siyahıdan çıxartması da ciddi narazılıq doğuracaq.
Çünki, 24-25 il bundan əvvəl yurdundan didərgin düşən məcburi köçkünlərin bir ailə üzvünə məxsus evdə məskunlaşması onun bu statusdan məhrum edilməsi üçün əsas sayıla bilməz. Çünki, hazırda müəyyən edilən vahid müavinət hətta yetərli olmasa da belə yalnız kommunal xərcləri deyil, həm də ərzaq xərclərinin də qarşılanması üçün nəzərdə tutulub.
Eyni zamanda məcburi köçkün harda yaşamasından asılı olmayaraq kommunal xərcləri ödəmək məcburiyyətindədir.
Odur ki, hökümət xüsusilə də böhran və müharibə dövründə, nəinki məcburi köçkünlər, hətta ixtisaslı şəxslər üçün iş yerlərinin əlçatmaz olduğu indiki şəraitdə belə qərarlara rəvac verərkən onun risklərini də gözaltına almalıdır”.

Kaydol:
Kayıtlar (Atom)