Translate

29 Nisan 2016 Cuma

PAKİSTAN HƏRBÇİLƏRİ AZƏRBAYCANA GƏLDİLƏR

29.04.2016
Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin 18 nəfərdən ibarət heyəti Azərbaycana akademik səfərə gəlib.



Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaq heyətin tərkibinə Milli Müdafiə Universitetinin "Milli Təhlükəsizlik və Müharibə kursu"nda təhsil alan Pakistan Silahlı Quvvələrinin və dövlət qurumlarının, o cümlədən Oman, Bruney və Nigeriya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

Səfərin əsas məqsədi ölkəmizin tarixi və mədəniyyəti ilə tanışlıqdan, Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik, iqtisadi, daxili və xarici siyasəti, müstəqillik illərində üzləşdiyi problemlər və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat əldə etməkdən ibarətdir.

Aprelin 25-də qonaq heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib. Onlar Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev tərəfindən qarşılanmış və rəhbərlər arasında ikitərəfli görüş keçirilib. Daha sonra Silahlı Qüvvələrimiz, onun Hərbi Akademiyası və aprel ayının əvvələrində qoşunların təmas xətdində baş vermiş hadisələr barədə qonaqlara ətraflı məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti 25-28 aprel tarixlərində bir sıra nazirliklərdə, dövlət xidmətlərində, agentlik və universitetlərdə görüşlər keçirib.


& VƏTƏNSEVƏRLƏR

AZƏRBAYCAN ORDUSU ERMƏNİSTANA "SÜRPRİZ" HAZIRLAYIR

29.04.2016 İsrail Azərbaycana lazerlə istiqamətləndirilən tanklara qarşı Lahad raketi verib. Azərbaycan bu raketi alan ilk ölkədir və bu ölkənin hərbi qabiliyyətinə üstünlük gətirir.



Şotlandiyalı siyasi təhlilçi və Qlazqo Kaledoniya Universitetinin məzunu Fuad Ələkbərovun, təmas xəttində yaşanan son gərginliklər və bunun regionun geosiyasətinə təsirləri barədə məqaləsini təqdim edirik :

Atəşkəsin pozulması ilə bağlı iki versiya var: Bunlardan biri Ermənistan tərəfin versiyasıdır ki, atəşkəsi Azərbaycan ordusu pozub. Azərbaycan rəsmiləri isə dəfələrlə bildiriblər ki, hərbi əməliyyatlara ermənilər başlayıb, Azərbaycanın suveren ərazisinə atəş açıblar.

Geosiyasətdən danışanda mənə belə gəlir ki, münaqişə Azərbaycanın regionda gücləndiyi yeni fonda baş verir. Çünki tam yəqinliklə Azərbaycan Cənubi Qafqazda ən mühüm və güclü ölkəyə çevrilib. Azərbaycan regionda yeni rol axtarır. Suveren torpaqlarının işğalı, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı mövqeyini aydın göstərmək istəyir. Eyni zamanda, Azərbaycan çox mühüm geostrateji layihə olan nəqliyyat dəhlizini həyata keçirmək istəyir.

Azərbaycan rəsmiləri Xəzər dənizində yeni liman, əslində, üç limandan ibarət bir kompleks inşa edir. Onlar sadəcə neft ixrac edən enerji ölkəsindən regionda enerji nəqliyyat mərkəzinə çevrilmək və hadisələrə ölkənin təsirinin artırılmasını istəyir. Bu nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsi bu mənada məntiqi görünür.

Ermənistanın ucbatından Azərbaycan 24 ildən çoxdur ki, təcavüzdən əziyyət çəkir. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb və bir milyondan çox insan oradan qovulub. Belə bir ölkənin parlamentariləri tərəfindən Azərbaycanın ittiham edilməsi riyakarlıq və ləyaqətsizlikdir. Erməni deputatların fikrincə, məgər bunlar insan hüquqlarının pozulması, beynəlxalq hüququn ən adi normalarının pozulması deyilmi?

İsraildə çıxan Haaretz qəzeti bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinə aid olan böyük yük təyyarəsi, son həftələrdə iki dəfə İsrailin Negev ərazisinin Uvda hərbi aerodromuna enib. Bundan əlavə, Meretz partiyası sədrinini ölkənin müdafiə nazirinə yazdığı etiraz məktubuna istinadən bildirir ki, İsrail yaxın günlərdə Azərbaycana "daha çox dron" göndərməyə hazırlaşır.

Qeyd olunmalıdır ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycana aid dronlardan birinin avtobusa çırpılaraq Qarabağda cəbhə xəttinə gedən "7 erməni könüllüsünü" öldürdüyünü iddia edib. Azərbaycan tərəfi "avtobusun məhvini" təsdiqləsə də, bu videoya münasibət bildirməyib. Serj Sarkisyan şahmat termini ilə desək, "tsuq tsvanq" vəziyyətinə düşüb."

Rusiyanın reaksiyası gözlənilən idi, çünki Rusiya regionda hadisələrin inkişafına təsir göstərmək imkanını saxlamağa çalışır. Rusiya hər iki tərəfə ən müasir silah satır. Bircə fərq ondadır ki, Ermənistan Rusiyadan bu silahları bazar qiymətinə alır və ağır silahlara 2 milyard dollar sərf edib. Ermənistan raket texnologiyalarının, hərbi texnikanın və s. təkmilləşdirilməsi üçün 200 milyon dollarlıq kredit alır. Bu, aydındır.

Rusiya cənub sərhədlərində hərbi əməliyyatların genişlənməsini istəmir. Mənə həm də aydındır ki, Ərdoğanla görüşlərində Əliyev öz mövqeyini və Dağlıq Qarabağda necə deyərlər, "dondurulmuş münaqişə"nin statusunun dəyişməməsi ilə bağlı narazılığını aydın ifadə edib və aydındır ki, o, dəstək alıb. O da mühümdür ki, hərbi əməliyyatlar həm Azərbaycan, həm də Ermənistan liderlərinin Vaşinqtonda olduğu vaxt baş verib.

İlham Əliyev aprelin 1-də Baydenlə danışıqlar aparıb. Hərbi əməliyyatlar da aprelin 1-də 2-ə keçən gecə başlayıb. Amerika rəsmiləri bu hadisələrdən narazıdır. Bir mühüm məsələni qeyd etmək lazımdır ki, martın 31-də İsrail Azərbaycana lazerlə istiqamətləndirilən tanklara qarşı Lahad raketi verib. Azərbaycan bu raketi alan ilk ölkədir və bu ölkənin hərbi qabiliyyətinə üstünlük gətirir.

Rəsmi olaraq İsrail hökuməti münaqişədə heç bir tərəfi dəstəkləməmək kimi seçim edib. Heç şübhəsiz, İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Aydındır ki, əgər Azərbaycana belə müasir hərbi texnika verilirsə, ölkənin hərbi qabiliyyəti artırılır. Bundan əlavə, İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Öz növbəsində, Azərbaycanın da kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiya sahəsində İsraildə istehsal edilən müasir yüksək texnologilayara ehtiyacı var.

Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksər hissəsinin hörmət və ehtiramını qazanıb. İsrail ilə Azərbaycan arasında, həmçinin azərbaycanlı müsəlmanlar və azərbaycanlı yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqla izah etmək olmaz. Müasir Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ortaq tarixə əsaslanır.

İki ölkə arasında mövcud insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi bu ölkələrin hər ikisini zənginləşdirir. Bundan əlavə, aşkardır ki, Azərbaycanda yəhudilərlə müsəlmanlar həmişə dinc yanaşı yaşayıb, bu gün də qardaş kimi yaşayırlar, bu xalqların ortaq tarixi və ümumi taleyi onları həmişəlik bir-birinə bağlayıb. (sputnik)


QAYNARİNFO.AZ  & VƏTƏNSEVƏRLƏR

BU VİDEONU "AZERBAİJAN REALİTİES" YERLƏŞDİRDİ...

"FORMULA 1" - in XARİCİ ÖLKƏDƏN GƏLMİŞ KÖNÜLLÜSÜNÜN 
İFASINDA AZƏRBAYCANIN "SARI GƏLİN" XALQ MAHNISI...  
İZLƏMƏYƏ DƏYƏR !  




& VƏTƏNSEVƏRLƏR

28 Nisan 2016 Perşembe

ORDUMUZ ERMƏNİ HƏRBİ OBYEKTLƏRİNİ BELƏ VURDU...

28.04.2016, 18:30

Gecə saatlarında cəbhə xəttində atəşkəsi pozan erməni ordusu ağır artilleriyadan atəş açaraq vətəndaşlarımıza və onların evlərinə xəsarət yetirib. 8 günahsız mülki vətəndaşımızı yaralayıb, iki vətəndaşımızı isə öldürüb. 

Buna cavab olaraq ordumuz düşmənin hərbi birləşmələrinə zərbələr endirib. 

Azərbaycan tərəfinin düşmənin hərbi mövqelərinə endirdiyi cavab zərbələrinin görüntüsü nəzarət kameralarının yaddaşına yazılıb və Erməni mediasında yayılıb. Həmin videonu sizə təqdim edirik:




& VƏTƏNSEVƏRLƏR

XƏBƏRDARLIQ: "ERMƏNİSTAN HÜCUMA HAZIRLAŞIR"

"Müşahidələrdən belə görünür ki,  Ermənistan öz   müttəfiqinin dəstəyilə hücuma hazırlaşır”.



Bu fikirlə politoloq Ərəstun Oruclu çıxış edib.

Ə.Oruclu qeyd edib ki, bu vəziyyət yaranarsa, növbəti hərbi qarşıdurma qaçılmaz olarsa, məncə biz növbəti addımları atmalıyıq:

“Hər şeydən əvvəl, elə indidən çox çevik informasiya siyasəti yürüdərək, bütün dünyanın diqqətinə çatdırmaq ki, Ermənistan hücuma hazırlaşır. Bütün beynəlxalq təşkilatlara, sülh prosesindəki vasitəçilərə, diplomatik missiyalara rəsmi müraciət edərək, bunu sənədlərlə ortaya qoymaq lazımdır. Ayrıca BMT-yə müraciət etməliyik. Ermənistana qarşı onun işğal etmiş olduğu ərazilərimizdə bütün vasitələrdən istifadə edərək, onun daxilində panika və qorxu yaratmaq da lazımdır. Canlı qüvvədən minimum, arsenalımızda olan müasir silahlardan maksimum və dəqiq istifadə etməklə işğalçının hərbi infrastrukturuna və kommunikasiyalara (yollar, hərbi hava limanları, komanda-qərəgah binaları, radar qurğuları, körpülər, rabitə qurğuları və stansiyaları və s.) qısa müddət ərzində fasiləsiz dağıdıcı zərbələr endirmək də olar. Bütün prosesin gedişatı boyu beynəlxalq aləmin nəzərinə çatdırmalıyıqq ki, əməliyyatın məqsədi yalnız işğalçının hərbi-texniki və s. resurslarını sıradan çıxarmaq, atəş nöqtələrini susdurmaq və hücum imkanlarını minimuma endirməkdir. Əsgər, gizir və zabitlərimizi düşmənin bütün mümkün həmlələrindən maksimum qorumaq və bu məqsədlə heç bir halda əraziləri azad etmək üçün ora canlı qüvvə yeritməməliyik. Bu, sonranın işidir”.

Ərəstun Oruclu hesab edir ki, bu halda Azərbaycan çox ciddi üstünlük və hətta siyasi-diplomatik qələbə qazanmış olacaq ki, sonrası da artıq sülh danışıqlarının predmetidir:

“Əminəm ki, belə bir əməliyyat baş tutarsa, ilk növbədə Rusiya Ermənistanı sülh danışıqları masası arxasına oturmağa məcbur edəcək, çünki əks halda Rusiya özü prosesə hərbi müdaxilə etməlidir ki, bu halda yeni sanksayalar qaçılmaz ola bilər. Bizə isə bu gün qələbə lazımdır. Azərbaycan insanı məğlub durumdan çıxmalıdır və onda o, bütün sahələrdə uğurlu addımlar ata biləcək. Hakimiyyət də xalqın qalıb ruhda olmasından qorxmamalıdır, çünki məğlub xalqın kini də, nifrəti də, dağıdıcı potensialı da qaliblə müqayisə edilməz dərəcədə çox olur”

 & VƏTƏNSEVƏRLƏR



ZAKİR HƏSƏNOV ORDUYA ƏMR VERDİ...

28-04-2016 21:22

“Düşmənin bütün hərbi obyektləri vurulsun”


Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Ermənistan hərbi birləşmələri artıq iki gecədir BM-21 yaylım atəşləri sistemindən də yaşayış kəndlərini atəşə tuturlar:

“İri çaplı silahlardan atırlar. Minaatanlardan, o cümlədən D-20 və D-30 haubitsalarından atırlar. Hətta iki gecədir artıq BM-21 yaylım atəşləri sistemindən də atırlar. Əsasən atılan mərmilər yaşayış kəndlərinə düşür. Mülki əhalinin yaşadığı kəndlərə düşür. Müdafiə naziri tərəfindən tapşırıq verilib. Bütün qoşunlara əmr verilib ki, düşmənə qarşı cavab zərbəsi açılsın. Və vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlətdikləri hərbi nöqtələr vurulmalıdır. Cavab tədbirləri görülür”.



& VƏTƏNSEVƏRLƏR