Qarabağ şikəstəsi Azərbaycan xanəndəlik sənətində iki şikəstədən biridir. O biri şikəstə isə Kəsmə şikəstədir. Qarabağ şikəstəsi 19-cu əsrdə zərbi muğam kimi təşəkkül tapmışdır. Şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır. Şikəstənin Qarabağ və Kəsmə şikəstəsi növləri xanəndələrimiz tərəfindən tez-tez oxunur. Hər iki şikəstədə sevgi və məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var. Məhz bu xüsusiyyətinə görə onların musiqisində həzinlik var. Qarabağ şikəstəsinin sözləri xalqdan alınmışdır. Qarabağ şikəstəsinin mətnini bayatılar təşkil edir.
Cəngi isə Azərbaycanın milli rəqsidir. "Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi" nin yaranma tarixi çox qədimdir. "Cəngi" xarakter cəhətdən eyni olan "Qaytağı", "Halay" kimi musiqi əsərləri qrupundandır. & VƏTƏNSEVƏRLƏR
Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısında çıxışı zamanı ilginc fikirlər səsləndirib : “İslam aləmində baş verən böhranlara başqa güclərin müdaxiləsini gözləmək əvəzinə, bu problemləri özümüz həll etməliyik. Onlar müdaxilə edəndə neft üçün müdaxilə edirlər” “Qərb ölkələri tərəfindən terror hadisələrinə ikili yanaşma var. Avropada Brüsseldəki terrordan danışır, ancaq Ankara, İstanbul, Lahordakı terrorlardan söz açmırlar. Bu, ikili yanaşmadır. Buradan beynəlxalq ictimaiyyəti errorçu qruplaşamalara yanaşmanı dəyişməyə, onlara maddi və silah yardımını dayanadırmağa çağrıram" "Öz dövlətlərində haqsızlığa uğrayan müsəlmanlar Qərb dövlətlərinə getməyə başlayır. Oralarda isə islamofobiya ilə üzləşirlər. Bu ikili yanaşma bizi üzür. Terror təşkilatlarının hamısına qarşı eyni formada mübarizə aparmaq lazımdır. Buradan bir daha dünya ictimaiyyətini terror təşkilatlarına münasibətlərini gözdən keçirməyə çağırıram” "İndi dünyada İslam dininə qarşı təbliğat aparılır. İslam sülh və barış dinidir. Odur ki, biz müsəlmanlar öz aramızda ixtilafları deyil, bağlılıqları gücləndirməliyik. Çünki yaşanan toqquşmalardan zərər görən sadəcə, müsəlmanlardır, İslam ölkələridir" "Mən nə sünniyəm, nə də şiə. İslam dünyası üçün ən böyük fitnə məzhəbçilikdir. Allah ədaləti, doğruluğu, barışı buyurur, kirli və çirkiin işləri qadağan edir. Bizlər müsəlman və islam ölkələri olaraq, sıxıntıya məruz qalanlara yardım etməli, bölücü deyil, birləşdirici olmalıyıq. Düşmənçiliklərdən uzaq olmalıyıq, çünki bütün münaqişələrdən ən çox zərər görən məhz İslam ölkələridir”. "Hazırda İŞİD, "Boko Haram", "əş Şahab" kimi terror qruplaşmalarının İraq, Suriya, Liviya, Afrika və dünyanın digər ərazilərində törətdiyi terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkir" Hazırladı : Bəybala Mirzəyev