Translate

29 Ağustos 2016 Pazartesi

KANALIMA DAXİL OLARKƏN REKLAMLARA GÖZ ATSANIZ ZƏHMƏTƏ QİYMƏT VERMİŞ OLARSINIZ.

İZLƏMƏK ÜÇÜN DAXİL OLUN:    




&  VƏTƏNSEVƏRLƏR

ŞAİR-PUBLİSİST, PROFESSOR FAMİL MEHDİnin "QARABAĞDAN ƏLİNİ ÇƏK" ŞEİRİ...

Şeiri İfa edir Azərbaycan Respublikasının Əməkdar Artisti Vidadi Rəcəb.




GÜNÜ SABAH BAŞLAYA BİLƏCƏK 10 DƏHŞƏTLİ MÜHARİBƏ

Tarix: 29 Avqust 2016 / 21:19

Bəşər tarixi heç vaxt müharibələrsiz ötüşə bilməyib. İnsanlar inkişaf edir, yeni texnologiyalar hazırlayır, inanılmaz yeniliklər kəşf edir, lakin bununla yanaşı, hələ də bir-birini məhv etməyi dayandırmır. Skeptiklər əmindir ki, müasir dünyamız müharibə astanasındadır.

Axar.az yaxın gələcəkdə baş verəcək potensial 10 müharibənin siyahısını təqdim edir.

1. Çin–Rusiya: Sibir müharibəsi

Bu fövqəldövlətlərdən biri öz durğunluq dövrünü yaşayır. Digəri isə bütün dünyanı fəth etməyə hazırdır. Rusiya və Çin Ural dağları və Şərqdəki ən böyük oyunçulardır. Hər iki ölkənin böyük ordusu, hər ikisinin nüvə silahı var. Sibir uzun müddətdir ki, Çinin maraq dairəsindədir.

Pekin artıq bu gün Sibirin şərq hissəsi ilə – etnik çinlilərin yaşadığı ərazilərlə bağlı tarixi tələblərini bildirir. Bu isə Rusiya Federasiyası üçün böyük problemdir.

Bu iki böyük dövlətin baş-başa gəlməsi və yeni bir müharibəyə start verməsi an məsələsidir.

2. Baltik müharibəsi

Son vaxtlar Avropanı Rusiya Federasiyası ilə mümkün müharibə ehtimalı narahat etməyə başlayıb. NATO–nun keçmiş komandan müavini Aleksandr Riçard Şirreffanın sözlərinə görə, bu, tamamilə mümkün ola biləcək bir ssenaridir.

Britaniyalı generalın fikrincə, artıq 2017-ci ilin may ayında Moskva Ukrayna ərazisindən Rusiya ilə Krımı birləşdirən yerüstü dəhliz açacaq, sonra isə bir və ya bir neçə Baltikyanı ölkəni işğal edəcək.

Çünki Estoniya, Latviya və Litva NATO-nun üzvüdür, bu, Rusiya ilə Qərbin müharibəsinə gətirib çıxara bilər.

3. Şimali Koreya baharı

Yüksək rütbəli Şimali Koreya diplomatı bu yay Londonda Cənubi Koreya tərəfinə keçdi.

Bu, Kim Çenin insidentli idarəçiliyinin qırılan zəncirlərinin sonuncusu idi. Artıq onun gücü qalmayıb.

Vətəndaşlar ucuz smartfonlar vasitəsilə bütün dünyada nələr baş verdiyindən agah olur. Bütün bunlar Koreya Xalq Demokratik Respublikasında inqilaba səbəb ola bilər.

4. İŞİD-in Avropada partizan müharibəsi

Hava zərbələri, iqtisadi böhran və beynəlxalq koalisiya dövlətlərinin hücumları nəticəsində İŞİD terror qruplaşması öz gücünü itirib. Amma terrorçuların bununla barışacağını gözləmək olmaz.

Böyük ehtimal ki, cihadçılar öz terrorçu-kamikadze üzvləri ilə Avropada partizan müharibəsinə başlayacaq.

5. Venesuelada vətəndaş müharibəsi

Karakas küçələrində qanunsuzluq, özbaşınalıq hökm sürür. İnflyasiya 500 faizdən çoxdur və tezliklə 1600 faizə çata bilər.

Hazırda Venesuelada polis qəddarlığı, zorakılıq, korrupsiya, vətəndaş etirazları artıq normaya çevrilib.

Maduro istefaya getmək istəmir. Vətəndaşlar tezliklə silaha sarıla və vətəndaş müharibəsinə start verə bilər.

6. Çində ikinci mədəni inqilab

Maonun dövründə baş verən mədəni inqilab olduqca qəddarcasına idi, 1,5 milyon insanın ölümünə gətirib çıxarmışdı.

Maonun hakimiyyətə gəlməyinin özü 7 milyon insanın ölümünə səbəb olmuşdu.

İndi ölkənin inkişafına baxmayaraq, hər gün Çində 500-ə yaxın etiraz təşkil olunur, hər il təxminən 100 min qiyam baş qaldırır.

İkinci mədəni inqilab gözləniləndir.

7. Bosniya N:2

1990-ci illərdə dünya qorxu içində Bosniyanın necə dağılmasını müşahidə edirdi. Etnik təmizləmə zamanı təxminən 100 000 mülki şəxs həlak oldu.

Nəticədə 1995-ci ildə ölkə daxilində 2 dövlət yaradıldı: Bosniya və Serbiya. Lakin indi görünür ki, bu yeni quruluş da stabil deyil.

Bosniyada yenidən vətəndaş müharibəsi qızışa bilər.

8. Səudiyyə Ərəbistanında inqilab

Ərəb baharı çox “yüngül” keçdi. Tunisdə, Misirdəki diktatorlar devrildi. Liviya və Suriyada müharibə başladı. Lakin Səudiyyə Ərəbistanı öz hakimiyyətini qoruyub saxlaya bildi. Hələlik. Artıq xalq partlamağa hazır bomba kimidir. Neftin qiymətinin aşağı düşməsi ölkədə çaşqınlıq yaradıb.

Səudiyyədə inqilab gözləniləndir.

9. Hindistan–Pakistan nüvə müharibəsi

2008-ci ilin qışında bütün dünya Pakistanla Hindistan arasında nüvə müharibəsi başlayacaq deyə, qorxuya düşmüşdü. Son anda diplomatlar danışıqlar yolu ilə vəziyyəti sabitləşdirdi.

Lakin iki ölkə arasındakı münasibətlər hələ də gərgin olaraq qalır. Əgər bu dəfə sözügedən bu iki ölkə toqquşsa, bu, dünyanın sonu olacaq.

10. Cənubi Çin dənizi və ya Üçüncü Dünya müharibəsi

Hindistanın və Pakistanın müharibəsindən daha dəhşətli ola biləcək tək müharibə ABŞ və Çin müharibəsidir.

Hazırda Cənubi Çin dənizi Üçüncü Dünya müharibəsinin katalizatoru kimi görünür.

Son illərdə Çin dəniz məkanında öz ərazilərini genişlənirməyə çalışır. Bu, çox böyük qarşıdurmaya gətirib çıxa bilər – dünyanın sonuna.


&  VƏTƏNSEVƏRLƏR

ƏLİ BƏY HÜSEYNZADƏ HAQQINDA SƏNƏDLİ FİLM - 2006

 İZLƏMƏK ÜÇÜN DAXİL OLUN :  IRSHAD TV

ƏZİZ VƏTƏNSEVƏRLƏR, SİZİNLƏ YAXINDAN TANIŞ OLUB TƏMAS QURMAĞA EHTİYACIMIZ VAR. BİZİM  ÖZƏL  SAYTIMIZA ( http://www.irshadtv.com/index.shtml ) DAXİL OLMAĞINIZI, SAYTIMIZI ƏTRAFLI NƏZƏRDƏN KEÇİRMƏYİNİZİ XAHİŞ EDİRİK. SAĞLIQLA İZLƏYİN. 


& VƏTƏNSEVƏRLƏR

QARABAĞIN QAYTARILMASINA MANE OLAN QÜVVƏ - ŞOK ETİRAF

Tarix: 29 Avqust 2016 / 11:00
     
Rusiya-Türkiyə 
yaxınlaşması erməniləri ciddi şəkildə təşvişə salıb.

Publika.az xəbər verir ki, “Arovat” qəzeti bunu Ermənistan üçün təhlükəli yaxınalşma adlandırıb.

“Ərdoğan və Putin bir il öncə düşmən mövqedə olmalarına baxmayaraq, indi dost kimi davranırlar. Xüsusilə Suriya kimi problemli məsələdə anlaşdıqları görünür. Məhz Suriyada rus-türk yaxınlaşması Moskva və Ankaranın bir çox məsələdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsində razılaşmasına səbəb ola bilər. Rusiya Türkiyəni də münaqişənin nizama salınması prosesinə qoşa bilər. Təsadüfi deyil ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağ münaqişəsinin nizama salınması məsələsinin Türkiyə-Rusiya-Azərbaycan formatı çərçivəsində müzakirə ediləcəyini bildirdi. Həmçinin, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Türkiyənin prosesə daxil olmasına qarşı olmadığının qeyd edib. Bütün bunlar Rusiya və Türkiyənin Suriyada olduğu kimi Qarabağ məsələsində də razılaşacağını göstərir”, - deyə qəzet yazıb.

Qeyd edək ki, aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sürətli proses hazırda dalana dirənmiş kimi görünür.

“Lragir” saytı isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına mane olan qüvvəni açıq şəkildə göstərib.

Saytın məqaləsində deyilir ki, Rusiya “Kazan planı”nı yeniləyərək, “Lavrov planı” adı altında dövriyyəyə saldı: “Bu, ərazilərin qaytarılmasını nəzərdə tutur. Lakin Putin “Lavrov planı”nda qaytarılacaq rayonların sayını 5-ə endirdi. Metyu Brayza isə bu günlərdə ilkin mərhələdə Azərbaycana qaytarılacaq rayonların sayının 2 olduğunu açıqladı. Lakin Rusiyanın münaqişənin həlli ilə bağlı planlarının həyata keçməsinə ABŞ mane olur. Rusiya ABŞ-dan Qarabağla bağlı güzəştlər gözləyir, əvəzində Suriyada güzəştə getməyə hazırdır. Amma görünür, Vaşinqton razılaşmır”.


Asif,
PUBLİKA.AZ  & VƏTƏNSEVƏRLƏR