Translate

5 Mayıs 2016 Perşembe

“ERMƏNİSTAN QARABAĞI AZAD ETMƏYİN YOLUNU AÇDI”




Ermənistan hökuməti “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına razılıq verib və layihə parlamentə göndərilib. Belə ki, hökumət yekun qiymətləndirməni edərək müxalifətdən olan deputatlar Zarun Postancanyan və Qrant Baqratyanın həmmüəllifliyi ilə hazırlanmış absurd qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasına razılıq verib.

Qeyd edək ki, rəsmi Bakı “DQR”in tanınması halında baş verə biləcək hadisələrə görə Ermənistanın məsuliyyət daşıyacağını bəyan edib. Ekspertlər Azərbaycan tərəfinin bundan sonrakı daha fəal adekvat addımlar atacağını istisna etmirlər.

Siyasi məsələlər üzrə şərhçi Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, erməni tərəfi çox sərt istiqamət seçib:

“Görünür, danışıqlara son qoyulması üçün Ermənistana çoxdan bir bəhanə lazım idi. Düzdür, bu danışıqlar özü-özlüyündə bizə bir o qədər də xeyir verməyib. Hər halda formal olaraq xarici siyasətdə sülhpərvərliyimizi, sülhməramlı addımlarımızı atırdıq. Düşünürəm ki, bundan sonra Ermənistan özü üçün quyu qazıb. Faktiki olaraq bu məsələdə onlar sülh yolunun sona yetməsini özləri seçiblər. Bundan sonra Azərbaycanın əli-qolu açılacaq. Azərbaycan artıq heç bir şərtlə, tələblərlə özünü bürüməyəcək, tam sərbəst olacaq. Söhbət öz torpaqlarımızdan gedir. Ermənistanın bu addımı həm Minsk Qrupu çərçivəsində qəbul olunan qərarlara və beynəlxalq hüquq normalara zidddir. Açıq şəkildə o prinsiplərin tapdalanmasıdır. Eyni zamanda heç bir ölkə ilə hesablaşmayan bir addım atılıb. Bilmirəm qanunvericilik və parlament səviyyəsində b,u necə müzakirə olunacaq, amma əslində erməni tərəfi Azərbaycanın öz torpaqlarını heç bir şərtsiz azad etməyin yolunu açıblar”.

Alçina Amilqızı


4 Mayıs 2016 Çarşamba

"KÖNÜL DAĞI" - MÜƏLLİF NESET ERTAŞ

İFA EDİR ELNARƏ ABDULLAYEVA
BU VİDEO "HABER TEMPO" DA  5,5 MİLYON DƏFƏ İZLƏNDİ


ELNARƏ XANIM, BU QƏDƏR İÇDƏN OXUDUĞUNUZ ŞARKIYLA İNSANIN HALINI BÜSBÜTÜN DƏYİŞİRSİNİZ. ALLAH SİZƏ VƏ SƏSİNİZƏ QÜVVƏT VERSİN. AMİN...

& VƏTƏNSEVƏRLƏR

3 Mayıs 2016 Salı

MÜHARİBƏ ANONSU VERİLDİ...


"Müharibə mütləq olacaq. Özü də lap yaxın günlərdə başlayacaq".


Bunu Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən hərbi-siyasi prosesləri şərh edən hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, "aprelin əvvəlində cəbhədəki hərbi əməliyyatlar sadəcə yoxlama idi. Amma bu dəfə artıq genişmiqyaslı, əməlli-başlı müharibə olacaq. Prezident İlham Əliyev  Tərtərdə hərbçilərlə görüşündə dedi ki, hər an hazır olmaq lazımdır, çünki biz bu vəziyyətlə barışmayacağıq. Bu söz o deməkdir ki, ordu hər şeyə hazır olmalıdır. İstənilən an hücum əmri verilə bilər. Azərbaycanın ərazi bütövlüyü təmin olunmur, düşmən işğal etdiyi torpaqlarımızdan geri çəkilmir, haqq yoluna qayıtmaq istəmir. Havadarları da ermənilər üçün sadəcə vaxt udmağa çalışdılar, bununla da məsələ dayanıb, müsbət istiqamətdə heç bir dəyişiklik yoxdur. Aprelin əvvəlindəki Azərbaycan ordusunun 4 günlük uğurlu hərbi əməliyyatlarından sonra ötən bir ay ərzində bizim üçün baş verən müsbət dəyişikliklərlə yanaşı, bəzi proseslər ermənilərin xeyrinə işləyib. Ermənilərə vaxt lazım idi ki, müəyyən qrupları cəmləşdirsinlər, müəyyən silah-sursat, texnika əldə etsinlər. Ona görə də müharibə hər an başlaya bilər. Bu dəfə genişmiqyaslı, əsl müharibə olacaq. Özü də bütün döyüş vasitələrindən istifadə edilməklə... Bu olmalıdır və olacaq!"


MİLLİ.AZ  & VƏTƏNSEVƏRLƏR