AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ
© SAYT HAQQINDA / Siz saytımı vərəqlədikcə, Azərbaycandan və Azərbaycanın ürəyi sayılan Qarabağdan bəhs edən xəbərləri, yazıları, videoları izləyəcək və qurucunun tərcümeyi-halı, yaradıcılığı ilə tanış olacaqsınız. © Adil İrşadoğlu (Əliyev), saytın qurucusu.
Translate
22 Kasım 2013 Cuma
İLHAM ƏLİYEV MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ İLƏ BAĞLI SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Sərəncamda deyilir: “2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.
Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
3 Kasım 2013 Pazar
YAZIÇI - PUBLİSİST MUSTAFA ÇƏMƏNLİNİN TƏBRİKİ
http://525.az/site/?name=xeber&duzelis=0&news_id=12931
ADİL İRŞADOĞLUNUN 60 İLLİYİLƏ BAĞLI DOSTLARINA CAVABI VƏ TƏŞƏKKÜRÜ
Adil İrşadoğlu (Əliyev)
Mən vətənimi çox sevirəm, onun uğrunda canımı fəda etməyə hazıram, amma istəyirəm ki, vətən də məni azacıq sevsin...
Mən irqçi deyiləm, ancaq öz millətimi - türk millətimi, onun milli dəyərlərini çox sevirəm. İstiqlal şairimiz Xəlil Rza Ulutürk demişkən:
Biz türkləriz, Vətənimiz - başdanbaşa yer kürəsi,
Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi !
✔ Əzizlərim, mən heç vaxt kişilikdən danışmamışam, kişi olmağa çalışmışam.
✔ Demokratiyadan danışmamışam, demokrat olmağa çalışmışam.
✔ Boğazdan yuxarı vətən, vətən deməmişəm, vətənpərvər olmağımı əməllərimlə sübut etmişəm və edirəm.
✔ Çoxlarından fərqli olaraq heç vaxt xalqın adından danışıb saxta and içməmişəm. Saxta mövqe tutmamışam, saxta salamlaşıb, saxta gülməmişəm.
✔ Mən vicdanlı, namuslu, xeyirxah, səxavətli, halal olmağı bu insanlardan öyrəndim. Ölənədək onlara borcluyam. Onları müəllimlərim sayıram. Kimdir onlar?
Atam İrşad Məhəmməd oğlu Əliyev, Anam Qənirə Rüstəm qızı Rüstəmova, atamın qohumu Süleyman Sani Axundov, Həsən bəy Zərdabi, Mustafa Kamal paşa, Məmmədəmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Cavad, Əbdürrəhim bəy Haqverdiyev, Rəşad Nuri Güntəkin, Səməd Vurğun, Abbas Zamanov, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Famil Mehdi, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Nurəddin Babayev, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Akif Rüstəm oğlu Rüstəmov, Elşad Quliyev, Sabir Xuduş oğlu Rüstəmov, Seyfulla Hənifə oğlu Cəfərov, Vasif Hacağa oğlu Babayev, Aslan Rəfi oğlu İsmayılov. Dünyasını dəyişənlərə min rəhmət. Bu dünyada yaşayanlara isə Allahdan can sağlığı diləyirəm.
60 İllik yubileyim münasibətilə məni təbrik edən diqqətli dostlarıma təşəkkür edirəm. Diqqətsiz dostlarıma isə can sağlığı və diqqətli olmağı arzulayıram.
Çox sağ olun, dostlar. Yaxşı ki, varsınız. Həmişə sağlam və xoşbəxt olasınız. Allah verən ömrü dəyərincə yaşamaq hər insana nəsib olmur. Arzu edirəm ki, bu xoşbəxtlik hamıya nəsib olsun. Diqqətinizə görə bir daha təşəkkür edirəm.
© Adil İrşadoğlu (Əliyev).
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).
Bakı, 02.11.2013.
Kaydol:
Kayıtlar (Atom)