Vəfa Quluzadə: «Rusiya müharibə qorxusu olan regionda güclü görünmək istəyir»
Rusiya Xəzər və Qara dəniz ətrafı ərazilərə hücum təyinatlı hərbi texnika yerləşdirir. Eyni zamanda Cənub Hərbi Dairəsində sürətli silahlanma işləri aparılır, o cümlədən Ermənistandakı hərbi baza da yeni hərbi texnikalarla təchiz olunur.
Rusiyanın regiona silah və hərbi texnika yığmasının əsas səbəbi nə ola bilər?
Politoloq Vəfa Quluzadə burda iki məqsədin ola biləcəyini deyir. Birincisi, Ermənistan və Azərbaycanın işğal olunmuş əraziləri Iranla həmsədrdir. Rusiya da müharibə qorxusu olan regionda güclü görünmək istəyir. Çünki Suriya məsələsi təkcə bir ölkəyə aid deyil. Bu regionda Iran, Suriya, Hezbollah və Rusiya demək birgə cəbhə ilə Amerikanın əleyhinədir. ABŞ bunu çox gözəl bilir və bu səbəbdən də hərbi gəmiləri, sualtı qayığları Suriya sərhəddinə yaxınlaşıb.
Ekspert regionda Yaxın Şərqin taleyini həll edəcək böyük müharibənin olacağını deyir. Bu eyni zamanda Iranla Rusiyanın da taleyinə böyük təsiri göstərəck. Rusiya anlayır ki, Amerika qısa müddətdə Iranı, Suriyanı, Hezbullahı darmadağın etməyə qadirdir. Belə olan halda Rusiya Yaxın Şərqi tamamilə itirir. Ona görə Rusiya gələcək müharibəyə hazırlıq görərək “Isgəndər” raketlərini, güclü hərbi texnikanı, uzaq məsafəli təyyarələri regionda yerləşdirir. Yığılan bu hərbi qüvvə keçmiş sovet respublikaların əleyhinə işləməyəcək, Rusiyanın buna ehtiyacı da yoxdur. Çünki Rusiya siyasi yollarla keçmiş sovet respublikalarına təzyiq, təsir göstərə bilir.
Ekspertin sözlərinə görə, geniş müharibə olacağı təqdirdə region böyük təhlükə altında olacaq. Azərbaycan da öz sərhdlərini qorumaq üçün buna hazır olmalıdır: “Suriya, Iran və Hezbollah məsələsinin siyasi yolla həll olunacağına inanmıram. Ya ABŞ güclü antiAmerika və antiIsrail blokunun güclənməsini etiraf etməli və geri çəkilməli, ya da onlara zərbə endirməlidir. Zərbə endirməli olsa, bu böyük fəlakətlərə gətirib çıxaracaq. Bu yaxınlarda ”Nyu York Times" qəzetində belə bir pronoz dərc olunmuşdu ki, Yaxış Şərqdə 15-ə yaxın yeni balaca dövlətlərlər əmələ gələ bilər. Bununla onu nəzərdə tuturlar ki, ABŞ-ın Suriyaya zərbəsindən sonra Yaxın Şərqdə tamam başqa, yəni Amerika düzəni olacaq. Bunun Azərbaycana da böyük təhlükəsi var. Amerika Iraqı vurandan, Kosovanı müstəqil dövlət elan edəndən sonra Rusiya Gürcüstanın Abxaziya və Osetiya regionlarını işğal edib ABŞ-a cavab olaraq onları müstəqil dövlət elan etdi. Indi Amerika Yaxın Şərqdə bu əməliyyatları keçirsə, Rusiya Ermənistanın sərhədlərini genişləndirə, Azərbaycanın bu ərazilərini Ermənistana birləşdirə və Amerikanın acığına tanıya bilər. Bu varianta indidən hazırlaşmaq və Qarabağ məsələsini həll etməyə tələsmək lazımdır".
Fizzə
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.