BÖYÜK QARABAĞ OYUNU DEYƏSƏN, BİTİR
Zahid Oruc
Hər zaman Rusiyanın Ermənistanda hərbi hərəkətlərini diqqətlə izləyən cəmiyyətimiz üçün ötən həftə İrəvanda keçirilən bir beynəlxalq forum gerçəkdən də heç bir maraq doğurmadı. Kimsə bunu qardaş Türkiyə ilə Qərb arasında güclənən siyasi qarşıdurmanın informasiya məkanımızda bəlli səbəblərdən daha çox dominantlıq etməsiylə əlaqələndirə bilərdi, lakin media və bloqosfer dünyamızın vətəndaşlıq duyğuları, siyasi birlik və həmrəylik ehtirasları Ağrı dağının ətəyinə toplanmış “Valday forumu” iştirakçılarının səsini bütövlükdə batıra bilməzdi,əgər qonşuda əleyhimizə atəş açılsaydı!
2004-cü ildən başlayaraq, Rusiyanın dünyaya ideya ixracının mühüm platformasına çevrilmiş Valday konfransı hər il prezident Vladimir Putinin siyasi arsenalında dayanan fikir və mülahizələri, mühüm strateji planları öyrənmək üçün yüzlərlə beynəlxalq miqyaslı alim, siyasətçi və informasiya quruluşlarının yığışdığı arenaya çevrilir. Doğrudur, Münhen Təhlükəsizlik Sammiti ilə müqayisədə Böyük Novqoroda-Valday gölü ətrafına can atan dövlət başçıları, nüfuzlu ideoloji klublar və beyin mərkəzləri təmsilçilərinin sayı minlərlə olmasa da, lakin Putinin hər addımını öyrənmək üçün müntəzir dayanan düşüncə kontorları - onun rəqibi sayılan çeşidli dövlət nümayəndələri Rusiyanın adı ilə bağlı olan heç bir tədbiri nəzərdən qaçırmaq istəmirlər.
Breyn-rinq və məhəlli maymaq
Lakin Ermənistanda keçirilən tədbirin gözlənildiyindən daha az effekt doğurması tamam başqa amillərlə bağlıdır. Prezident Serj Sərkisyanın strateji miqyasda təhlil apara bilmədiyini, belə brey-rinqin standartlarından kənar olduğunu nəzərə alan İrəvan hakimiyyəti son illər adı siyasi varis kimi hallandırılan müdafiə naziri Vigen Sərkisyanı baş məruzəçi qismində irəli sürmüşdülər. Əslində, düz də etmişdilər, çünki Poznerlə söhbətdə özünü “məhəlli maymaq” kimi aparan birisinin regional trendi formalaşdırmaq üçün qurulmuş tribunanı dar ağacına çevirəcəyini yaxşı bilirdilər. İnsafən, Sərkisyan erməni milli potensialının üzə çıxardığı ən zəif fiqurdur.
Hər halda hər gün Rusiya televiziyalarında sürətli və iti nitqləri ilə dünyanı dəyərləndirilən alim, politoloq və siyasi aparıcıların qarşısına qlobal düşüncədən kənar olanları itələmək Cənubi Qafqazın intellektual dövlət elitası ilə öyünən biriləri üçün ölümə bərabər akt olardı. Milli siyasi məkanı gündəlik boyat xəbərlərlə doldura bilmədiyinə görə yad ölkələrin sosial-iqtisadi həyatı, yaxud maraqları ilə yüklənməyə məcbur qaldığını ayıq ermənilər çoxdan açıq söyləyirlər.
Konseptual düşüncə və sistem analizləri ilə məşğul olan Hraçya Arzumanyan mənsub olduğu ölkənin siyasi vakuum şəraitində yaşamasını erməni dövlətçiliyinə vurulan ən böyük zərbə hesab eləyir. Həqiqətən də millətin başını yaşamaq uğrunda mübarizəyə qatanda, ictimai institutlar məhv ediləndə və köklü vətəndaş azadlıqları, mənəvi dəyərləri ayaqlar altında tapdananda təkcə xarici maliyyə yardımları deyil, həmçinin ideya və fikir idxalı da qaçılmaz olacaq.
Lakin İrəvandakı “Valday forumu”nun ortaya qoyduğu reallıq bizim üçün tamam başqa idi. 90-cı illərin Azərbaycanı Rusiya məkanında onun maraqlarını peşəkar qoruyan adamları tapmaq əvəzinə düşmənlərini hər gün artırmaqda davam edirdi. Doğrudur, təcrübə yox idi. Hamıya elə gəlirdi ki, maraqları qorumaq yalnız diplomatların işidir. Ona görə də dünyada nüfuz qazanmış istənilən peşə sahibini informasiya savaşında öz səngərinə çəkməkdənsə, hər gün təklənən Bakı yalnız sonrakı illərdə dünya şöhrətli Mstislav Rostropoviçi tipajlı şəxsləri axtarıb taparaq, onlardan lobbi maraqları üçün istifadəyə başladı.
Rusiya televiziyalarında isə Qurnovdan Sorokinayadək, Storovoytovadan Saxarovadək onlarla iriçaplı ictimai personalar hər gün Azərbaycanı mühakimə edir, erməni xalqının apardığı silahlı mübarizəni dünyaya azadlıq və ədalət uğrunda müqəddəs savaş kimi təqdim edirdilər. İndi vəziyyət xeyli dəyişib.
Ruslar İrəvandan Qarabağa baxmaq istəmir
Aleksandr Rarı dünyanın ekspert camiəsi yaxşı tanıyır. O, Almaniya-Rusiya arasında münasibətlərdə mühüm rol oynayan beynəlxalq araşdırmaçılardan biridir. Putindən bəhs edən dünya şöhrətli kitabların müəllifi bilirsizmi İrəvanda nə deyir? Diqqət edin-daim 90-cı illər Yeltsin dövrünün antiazərbaycan siyasətinin ağrısına köklənən və işğal faktından kənarlaşa bilməyən rusofoblar üçün görkəmli fikir adamı Rarın açıqlaması əsil məhkəmə hökmü sayıla bilər. O, deyir ki, Valday klubunun üzvləri öz aralarında razılaşdılar ki, Qarabağ münaqişəsinə toxunmasınlar. Eşitdinizmi? Bəli, ruslar İrəvandan Xankəndinə erməni gözü ilə baxmaq istəmir. Tarixi dəyişiklik, beyinlərin yenidən formatlandırıması adlandırıla biləcək bu hadisə gerçəkdən də inanılmazdır. Söhbət heç Kremlin direktivlərinin daha kəsilməsindən də getmir. Onsuz da Gümrünün sərhədlərini aşan 102-ci bazanın hərbi kontingenti Qafqazdan ayağını çəkməyəcək imperiyanın kimliyini yaxşı göstərir. Amma ruslar dünya siyasəti üçün yeni axtarışlara çıxanda Ağrı dağının ətəyində oturub türklər və azərbaycanlıları kölgəsini qılınclayan ermənilərlə eyni dildə danışmırlar. Bu, ağıla gətiriləsi iş deyil. Təsəvvür edirsizmi, ermənilər öz milli davalarını illər ərzində rus hərbçiləri ilə yanaşı, Moskva intellektuallarının çiyninə necə yükləyirdilər.
Azərbaycanın qələbəsi və rusların yeni obrazı
Deyəcəksiz ki, bilmək olmaz kim-kimdən istifadə edirdi. Olsun. Lakin son illər Moskva-Bakı arasında qurulan yüksək münasibətlər Rusiyanın siyasi-informativ resurslarının əleyhimizə işləməsini xeyli durdurub və bunun nəticəsində Ermənistanda bir əsrlik onları türklərə və azərbaycanlılara qarşı alətə çevrildiyini dərk edən asilər hərəkatı meydana çıxıb. Rarın dediyi odur ki, vaxtilə Bakının neft mədənlərini tankların tırtılları altına almaq istəyən rus hökuməti indi regionda qurulmuş balansı zədələmək istəmir. Çünki ağrılı mövzu adlandırdıqları Qarabağda növbəti toqquşma erməni tərəfinin-deməli, ənənəvi müttəfiqliyin ziddinə ola bilər və Azərbaycanın qələbəsi rusların regionda yeni obrazını formalaşdıra bilər. Rar belə ssenarini gördüyündən bunu İrəvanda açıq söyləməyi doğru saymır. Lakin başqa bir Rusiya ağırçəkilisi-Rossiya-1 televiziyası və “Sputnik” media şəbəkəsi, həmçinin, “Russia Today” telekanalının rəhbəri Dmitriy Kiselyov isə daha kəskin bir leksikonla erməniləri rüsvay edir. Onun çıxışını Rusiyanın Azərbaycana silah satmasına şimaldan verilən ən yaxşı cavab saymaq olar. Kiselyov bəyan edir ki, rəsmi Bakı hərbi texnikanı və sursatı bizdən möhkəm valyuta ilə alır. Nəticədə qazandığımız pulla Ermənistana heç də hər zaman əvəzi ödənilməyən sialh verməli oluruq. Lakin ən önəmlisi, Bakı və Moskva arasında qarşılıqlı təsir mühiti yaranır, əks halda Azərbaycan onsuz da dünya ilə açıq hərbi ticarət siyasətini yürütməkdə azaddır.
Eyni sözləri rus akademiki Vitali Naumkin də birbaşa tribunadan narazılıq edənlərin ön cərgəsində oturmuş Edvard Nalbəndyanın üzünə söyləyir.
“Valday” konfransını əldə fürsət kimi tutan erməni hakimiyyəti 21-ci əsrin ruslarını öz ideoloji davalarına qoşa bilmədiyindən son tədbiri Bakı Humanitar Forumuna alternativ kimi irəli sürməyə heç kəs cəsarət etmir. Əksinə, politoloq Fyodr Lukyanovun “müharibə başlasa, toqquşmaların Azərbycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərində getdiyi günə qədər Rusiya tərəfindən müdaxilə olmayacaq” bəyanatı hər halda rəsmi dövlət adamı olmasa da, tanınmış bir şəxsin hər gün erməni səhra komandirlərinin qurduqları böyük hərbi xəyallara zərbə sayıla bilər.
“Valday” intellektual meydanı döyüş poliqonu kimidir-orada rus çəkmələri altında qalan erməni beynini bizə açıq göstərdi. Düşməni təkcə səngərdə deyil, istənilən məkanda məğlub eləmək lazımdır. Rusiyanın təkcə dövlət resursu ilə deyil, bütün varlığı ilə qarşımıza çıxmağa çalışanların meydanını daraltmaq üçün geniş miqyasda işləmək lazımdır. Yoxsa, hər gün şahnazaryanları, miqranyanları, balayanları rus efirində görüb Putinə asi düşmək Qarabağdakı tankdan və topdan Moskvaya yaylım atəşi açmağa bərabər küfrdən başqa bir iş olmayacaq. Axı dünya hərb tarixi öyrədir ki, düşmənini başqa ölkədə qarşılayıb məğlub etmək daha itkisiz başa gəlir.
Azərbaycan “Valday” forumunu keçirsəydi, Rusiyanın intellektualları qarşısında İrəvana top atacaq dostlarımız kimlər olardı?
(Yazı "Axar.az" saytından götürülüb)

Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.